Va aleykumussalam va rahmətullah.
"Məni azdırmağına qarşlıq and içirəm ki, sənin doğru yolunda insanlara vəsvəsə vermək üçün oturacağam. Sonra onlara, önlərindən və arxalarından, sağlarından və sollarından yaxınlaşacam. Və sən onların əksəriyyətini şükür edən görməyəcəksən." (Əraf surəsi, 16-17)
Haqqınızı halal edin. Müəyyən səbəblərdən dolayı cavabınızı gecikdirmək məcburiyyətində qaldıq.
Ümumiyyətlə 100 rükət deyə bir namaz yoxdur. Bu sizə əmr olunmayıb. Allah`ın sizə əmr etdiyi fərzlərdir. Ona görə də siz vaxt, imkan tapan kimi qəza namazlarınızı qılın.
O sinsi şeytanın vəsvəsələrinə əhəmiyyət verməyin. Şeytan öz vəzifəsini çox yaxşı görməkdədir. Bizim vəzifəmiz də Cənab-ı Haqq`a ibadət etməkdir. Gəlin görək bizlər o cəhənnəm dəvətçisi kimi öz cənnətə aparan vəzifələrimizlə məşğul ola bilirikmi? Dilinizi Allah`ın zikrindən məhrum, ağlınızı təfəkkürdən cahil, qəlbinizi də Allah`dan qafil etməyin ki o məlun şeytan sizi tək görüb dost olmasın.
Ən önəmlisi isə, zərrələrdən şəmsə bütün mövcudatın möhtac və tabe olduğu, hüzurunda boyun əyib zikr etdiyi, hər şeyə qadir olan Qadir-i Mütləq, hər şeyi eşidən Səmi-i Mütləq, hər şeyi görən Bəsir-i Mütləq, hər şeyi bilən Alim-i Mütləq, hər şeydən xəbərdar olan Xabir-i Mütləq,hər şeyə nəzarət edən, şahid olan və hifz edən Müheymin olan, bir yarpağın belə O`nun izni olmadan yerə düşmədiyi, bizi bizdən yaxşı bilən, bizə bizdən çox şəfqət göstərən Allah Təala`ya qəlbimizin də xəbərdar olub iştirak etdiyi çoxlu dualar edək sıxıntılarımız və çətinlikərimiz üçün hər zaman.
Belə məsələlər bu şəkildə internet üzərindən həll olunacaq şeylər deyil. Sizinlə əlaq saxlamaq istədik, amma e-mailinizi doğru daxil etməmisiniz. Bu işdə sizə yardım edə biləcək qardaşlarla əlaqə saxlaya bilərsizin: İsmi: 070 6723901/ [email protected]. Yamin: 070 727 99 20 / [email protected]
Şeytan nə üçün insanlara düşməndir?
Nəfs, şeytanın vəsvəsələrinə həssas bir alıcıdır. Hədisdə, insan qəlbində həm mələk ilhamı, həm də şeytan vəsvəsəsi üçün, bir mərkəz olduğu bildirilmişdir. (1-Tirmizi, Təfsir, 2/35)
Qur`an`ın ifadəsiylə,
"Şeytan, sizin üçün bir düşməndir. Siz də onu düşmən qəbul edin. Şübhəsiz ki, o, özünə uyanları cəhənnəm əshabından olmağa çağırır." (Fatir surəsi, 6)
Şeytanın insana düşmənliyi Hz. Adəmlə başlayar. Hz.Adəm'ə səcdə etməməsi üzündən İlahi rəhmətdən uzaqlaşdırılar. Buna görə, Adəm`ə və nəslinə düşmən kəsilir. Allah'a gedən yolda, onların önünə əngəl olaraq çıxmağa icazə istəyər. İnsanların imtahan edilməsi və mahiyətlərindəki qabiliyyətlərinin təzahür etməsi üçün, Cənab-ı Haqq ona bu icazəni verər. Şeytan deyər:
"Məni azdırmağına qarşlıq and içirəm ki, sənin doğru yolunda insanlara vəsvəsə vermək üçün oturacağam. Sonra onlara, önlərindən və arxalarından, sağlarından və sollarından yaxınlaşacam. Və sən onların əksəriyyətini şükür edən görməyəcəksən." (Əraf surəsi, 16-17)
Şeytan insanlar üzərində hakimiyyət qurmaq üçün hər yola baş vurar, hər cür vəsvəsə verər. (baxın. Beydavi, I, 576)
Kimini qorxu damarından yaxalayar. Kimini boş xülyalarla, xamxəyalllarla aldadar. Kiminə surət-i haqqdan (görünür (özünü yaxşı niyyətli imiş kimi göstərmək). Kimini şəhvətdən sapdırar, kimini qəflətdən ... Hədisin ifadəsi,
"İnsanın damarlarında cərəyan edən qan kimi, insanın bədənində cərəyan edər." (Buxari, Bed'ül-xalq, 11; Əbu Davud, Savm, 78; İbnu Macə, Siyam, 65)
Qalalar zəif yerlərindən fəth edilər. Şeytan da, insanın zəifliklərindən istifadə edərək onu fəth etməyə çalışır.
Şeytanın vəsvəsələrinə qapılan və onun yolundan gedənlər, Allah'a qul olmaq yerinə, şeytana qul və kölə olarlar. Onun dediklərini etməklə, onun məmurları halına gələrlər. ( Elmalili Hamdi Yazır, I, 584)
Cənab-ı Haqq, insanlara bu xəbərdarlığı etməkdədir:
"Şeytanın izi ilə getməyin. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar düşməndir. O sizə ancaq pisliyi və fuhşiyâtı və Allah haqqında bilmədiyiniz şeyləri söyləməyi əmr edər." (Bəqərə surəsi, 168-169)
Şadi Eren (Prof.Dr.)
İbnu Abbas (radıyallahu anhümâ) nəql edir:
"Rəsulullah (aleyhissalâtu vəssalam) buyurdular ki:
"Şeytan insan oğlunun qəlbinin üzərində oturmuş vəziyyətdə gözləyər. Allah'ı zikr edincə sinər, gizlənər, çəkilər, qəflətə düşsə vəsvəsə verər." (Buxârî, Təfsir, Qul əuzu birabbi'nnəs 1.)
"əl-Vasvas: İnsan doğulanda şeytan ona soxular, Allah zikr edilincə gedər, Allah zikr edilməzsə ürəyində yerləşib qalar."
"İsa (əleyhissalam) Rəbbindən, şeytanın insandakı yerini göstərməsini tələb etdi. Allah da ona göstərdi; şeytanın başı ilan başı kimi idi və başını qəlbin meyvəsi üzərinə qoymuş vəziyyətdə idi. (O şəkildə ki), insan Rəbbini zikr edib anınca geri çəkilib sinər (Gözə daha az çarpmaq üçün aşağı oturmaq), zikri buraxınca müsəllət olub danışırdı. "
Nas surəsinin tərcüməsi:
"De ki: Sığınıram insanların Rəbbinə, insanların yeganə Malikinə, insanların mə'buduna, o hiyləgər (sinsi) şeytanın şərindən, ki o, insanların sinələrinə daima vəsvəsə verəndir. O (şeytan) gərək cindən, gərək insandan (olsun) ..."
Şeytanın içimizdən keçən düşüncələrimizi bilməsi mümkün müdir? Şeytanın bizi gördüyü və qanın damarlarımızda gəzdiyi kimi içimizdə gəzdiyi buyurulur ...
Şeytan, insanın hər halını müşahidə edib onu pisliyə sövq etməyə çalışmaqdadır. Şeytanın insan üzərində məcbur etmə gücü yoxdur. Verdiyi vəsvəsələrlə insanı pisliklərə sövq etməkdədir. Şeytan, insanın içindən keçən düşüncələri bilə bilər. Ancaq bu hər zaman mümkün olmaz. Allah'ın ona qoyduğu sərhədlər ölçüsündə bilməsi mümkündür. Bu baxımdan şeytanın insanın qəlbindən və düşüncəsindən keçən hər şeyi bilməsi mümkün deyildir.
Hədis-i şərifdə, şeytanın qanın dolaşdığı məcralarda gəzə bildiyi ifadə edilmişdir. (Buxari, Etiqaf 11-12) Bu vəziyyətdə, çox gizli düşüncələr olmasa da, -qeyb sayılmayan- bir qisim düşüncələri oxuması mümkündür. Necə ki, Bədiüzzaman Səid Nursi, şeytanın daxili agenti olaraq nəfs mexanizmini göstərməkdə və qüvvə-i şəhəviye və qəzəbiyəyi* (şəhvət və qəzb qüvvəti), "şeytanın hiylələrinə həm qəbilə, həm nəql edici / yəni hiylələrini həm eşidib qəbul edən bir qulağı, həm də onu başqa mexanizmlərə çevirən bir dili" olaraq dəyərləndirmişdi . (bax. Ləmalar, On Üçüncü Ləma, Beşnci İşarət).
Şeytanın fərqli insanlara fərqli təlqinlər etməsi, onun ən zəif damarından yaxalaması da onun insanın daxili aləmini yaxşı bildiyini göstərir.
Ayrıca, şeytanın qəlbə yaxın bir yerdə "lümmə-i şeytaniyə" adında bir kulübeciği vardır. İnsanların qəlbinə oradan yanlış fikirləri təlqin edər. Bu da onun insanın daxili aləmiylə yaxından əlaqədar olduğunu göstərməkdədir. Hətta səkərat vaxtında / ölüm anında insanın ağılını qarışdıracağına dair qaynaqlarda önəmli məlumatlar vardır. Yalnız, insanda bəzi lətiflər, bəzi dərin mexanizmlər var ki, şeytanın əli onlara çata bilməz. İnsanın sirri, hafisi, ahfası bunlardandır.
*qüvvə-i şəhəviye və qəzəbiyə: şəhvət və qəzəb hissləri; insanı dünya zövqlərini əldə etməyə və zərərli şeyləri dəff etməyə sövq edən duyğular
Seyrangah:Vəsvəsə və qurtuluş
Nur Pəncərəsi:Vəsvəsə
İçinizdən "Sən bunu istəyərək edirsən." deyən də şeytandır. Ağılınıza bu mövzuda nə gəlirsə gəlsin əhəmiyyət verməyin. Siz əhəmiyyət verməsəniz tez yox olar. Aman tez getsin deyə də özünüzü çətinliyə salmayın. Vəziyyətiniz vəsvəsə olduğu üçün günahkar olmazsınız.
Vəsvəsə, tamamilə təlqindən ibarət bir şeydir. Vəsvəsəni ağılınızda bitirəcəksiniz. Yəni insan özündə vəsvəsənin olduğunu anladığı anda, vəsvəsənin bitməsi lazımdır. Çünki vəsvəsə olduğunu bilmədiyinizdə özünüzü günah işləyir, səhv edir zənn edirsiniz. Bu zənndən ötəri də vəsvəsə artaraq davam edir. Halbuki bu vəziyyətin sizdən qaynaqlanmadığını, şeytanın təlqini olduğunu və sizin də bundan ötəri bir məsuliyyət altına girmədiyinizi, günahkar olmadığınızı anladığınız zaman vəsvəsə özbaşına gedəcək. Vəsvəsəni gözünüzdə böyütməyə ehtiyac yoxdur. Şeytanın hiyləsi zəifdir.
Əbu Hüreyrə (radıyallahu ənh) nəql edir:
Hz. Peyğəmbər (əleyhissalatu vesselam)`ın səhabələrindən bir qisimi ondan soruşdular:
"Bəzilərimizin ağılından bir qisim vəsvəsələr keçir, normalda bunu söyləmənin günah olacağına bilirik." Hz. Peyğəmbər (əleyhissalatu vəssalam):
"Həqiqətən belə bir qorxu duyursunuz?" deyə soruşdu. Oradakılar,
"Bəli!" dəyincə:
"Bax bu (qorxu) imandan gəlir (vəsvəsə zərər verməz) dedi." [Müslim, İman 209 (132); Əbu Davud, Ədəb 118 (5110)]
Digər bir rəvayətdə; "(Şeytanın) hiyləsini vəsvəsəyə çevirən Allah`a həmd olsun." demişdir.
Müslim`in İbnu Məs`ud (radıyallahu anh)`dan qeyd etdiyi bir rəvayət belədir:
"Dedilər ki: "Ey Allah`ın Rəsulû, bəzilərimiz içindən elə səslər eşidir ki, onu (bilərək) söyləməkdənsə kömür kəsilənə qədər yanmağı və ya göydən yerə atılmağı seçər. (Bu vəsvəsələr bizə zərər verər mi?)." Hz. Peyğəmbər (əleyhissalatu vəssalam):
"Xeyr bu (qorxunuz) gerçək imanın ifadəsidir." cavabını verdi."
Vəsvəsə və Qurtuluş:
http://www.seyrangah.tv/category/vesvese-ve-kurtulus
Həmd yalnız aləmlərin Rəbbi olan Tək, hər şeyə Qadir olan Rəhmli və Mərhəmətli Allaha məxsusdur. Allahın salat və salamı Rəsul və Nəbilərin sonuncusu Muhammədin (Salləllahu aleyhi və Səlləm), onun ailəsinin, əshabının və Qiyamətə qədər onun sünnətinə sarılanların üzərinə olsun.
Son zamanlar hədis inkarçılarının dində elmli olmayan müsəlmanların qəlblərinə şübhə salmaq üçün atdıqları iddialardan biri də namazlarda Qur`an tilavətinin hər bir şəxsin öz ana dilində yox, məhz ərəbcə oxunmasıdır. Onlar iddia edirlər ki, hər bir şəxs namazda Quran tilavətini öz ana dilində oxusa, oxuduqlarının mənasını daha yaxşı anlamış olar. Onlar həmçinin iddia edirlər ki, namazda Quran tilavətinin ərəbcə oxunmasının zəruri hesab edilməsi ərəblərin bir hiyləsidir ki, əcəmləri (qeyri-ərəbləri) ərəbləşdirsinlər. İlk baxışdan tutarlı bir iddiaya bənzəyir. Yuxarıdakı iddiaya elm əhli daha gözəl cavab verə bilərdi. Amma mən həm sadə bir müsəlman olduğum, həm də mövzu çox bəsit olduğu üçün araşdırma etmədən və mənbələrə və elm əhlinə müraciət etmədən avamın başa düşəcəyi dildə bu yazını yazmaq qərarına gəldim.
Əvvəla onu deyim ki, Allah hikmətlidir və milçək qədər çox kiçik bir canlını belə səbəbsiz yaratmış deyil. Ağacdan düşən bir yarpaq belə ondan iznsiz düşə bilməz və bu kiçik hadisə belə özündə bir hikmət daşıyır. Odur ki, Quran kimi Qiyamətə qədər bir möcüzə olaraq göndərilmiş bu möhtəşəm bir kitabın başqa dildə yox, məhz ərəbcə göndərilməsində bir hikmət var. Düşünə bilərsiniz ki, Quran Ərəbistan yarımadasına nazil edilmişdir, ona görə də orada yaşayan ərəb tayfalarının anlaması üçün bu dildə nazil olub. Bəlkə də bu haqlı bir fikirdir. Lakin nəzərə alsaq ki, İslam universal bir dindir və Qiyamətə qədər təkcə ərəblərə yox, bütün dünya xalqlarına, habelə cinlərə bir xitab olaraq enmişdir, Quranın məhz ərəb dilində nazil olmasını daha geniş şəkildə anlamaq məcburiyyətindəyik. Ərəb dilini bilənlər də məni təsdiq edərlər ki, ərəb dili həm leksik, həm qrammatik zənginliyinə görə çox zəngin bir dil idi və bu cür də qalmaqda davam edir. Allahın mesajı ən gözəl bir şəkildə çatdırılmağa, ən gözəl ifadə edilməyə və düzgün başa düşülməyə layiq olduğu üçün Rəbbimiz ən gözəl dili seçmişdir (millətçilərin xoşuna gəlməsə də). Allah (O Pak və Müqəddəsdir) öz elçisi ilə (Allahın Salat və Salamı onun üzərinə olsun) bu dildə danışmışdır. Quran məhz ərəbcə Allahın sözüdür. O, başqa dilə tərcümə olunduqdan sonra Allahın sözü olmaqdan çıxıb, bəşərin sözü olmuş olur. Belə ki, tərcümə bəşər övladının əməyinin nəticəsidir və orada xətaların olması labüddür. Odur ki, müsəlmanlar Allah qarşısında duranda (namaz) Quranın qüsursuz, orijinal kəlmlərindən istifadə etməli, Allahın sözü ilə danışmalıdırlar.
Yuxarıda da qeyd etdiyim kimi, tərcümə Allahın yox, bəşər övladının kəlamıdır. Odur ki, hər hansı bir ayə və ya kəlməni tərcüməçilər tərcümə etdikdə aralarında ixtilaf əmələ gəlir. Çünki ərəb dili zəngin olduğu üçün bir söz müxtəlif mənalara gəlir. Tərcüməçilərdən biri həmin sözün bir mənasını nəzərə alır, digərini isə nəzərə ala bilmir. Digər tərcüməçi isə başqa bir mənanı götürür, o biri mənanı nəzərə almır. Halbuki, ərəb dilində həmin kəlmə mövcud olan bütün mənaları və daha artığını əhatə edir. Dediyim kimi, aləmlərinin Rəbbinin seçdiyi kəlmələrlə bəşərin tərcüməsi heç vaxt eyni ola bilməz.
Həmçinin, Rəsulumuz (Allahın Salat və Salamı onun üzərinə olsun) dində yenilikləri (bidət) şiddətlə pisləmiş, əməllərin ən şərlisi olaraq tərif etmişdir. Rəsulullah və ona tabe olan səhabələr, həmçinin ərəb olmayan tabiin və ətbau tabiin olan qeyri-ərəb qaymaq alimlərimiz ibadətlərini məhz ərəb dilində ediblər. 1400 ildən sonra bir kimsə çıxıb özündən yeni fəlsəfələr uydursa, “Mən bu gün sizin dininizi tamamladım” ayəsini yalanlamış olar. Xatırladım ki, bir ibadətin məqbul olması üçün 3 şərt var:
1. İxlas;
2. Tövhid;
3. Sünnətə müvafiqlik (ibadətin bidətlərdən arınmış olması)
Yəni bir insan ibadətlərində ixlaslı (səmimi) olduğu halda şirkə yol verərsə və ya ibadətini Rəsulullahın (Allahın Salat və Salamı onun üzərinə olsun) öyrətdiyindən başqa bir tərzdə yerinə yetirərsə, o ibadət ondan qəbul olunmaz və əksinə özündən yeni şeylər uydurduğu üçün bu ibadətindən dolayı böyük bir günaha batmış olar. Odur ki, namazda Quran tilavətini azərbaycanca oxumağı təklif edənlərin ümmətə vermək istədiyi zərəri varın siz düşünün. Yenə də deyirəm, təkcə ixlas (səmimi niyyət) yetərli deyil, digər iki şərtin də olması vacibdir. Belə ki, dünyada elə bir bidət, elə bir zəlalət və sapıqlıq yoxdur ki, səmimi niyyətlə edilmiş olmasın. Əgər din bizim ağlımıza görə olsaydı, peyğəmbərlərin göndərilməsinə lüzum olmazdı.
Rəsulullah (Allahın Salat və Salamı onun üzərinə olsun) irqçiliyi ayağının altına aldığı, bir ərəbin bir əcəmdən (qeyri-ərəbdən) üstün olmadığını, üstünlüyün yalnız təqvayla (Allah qorxusu ilə) olduğunu söyləyədiyi və bu şüarını öz həyatı ilə sübut etdiyi halda, nəyə görə hələ də bu “ərəbləşdirmə” şübhəsi insanların qəlbində özünə yer edə bilir? Dünya xalqlarını ərəbləşdirmək istəyənlər nəyə görə Əbu Cəhlin, Əbu Ləhəbin, ərəblərin xalis bütpərəstlik dininə qarşı o qədər müsibətlərə qatlanaraq mübarizə apardılar. Ərəblərin xalis bütpərəstlik dinini qoruyub saxlayaraq, ərəb tayfalarını birləşdirmək yolu ilə bunu etməsi daha məntiqli olmazdımı? Əgər Muhamməd (Allahın Salat və Salamı onun üzərinə olsun) bu ideyayla ərəblərə liderlik etsəydi, heç kəs ona qarşı çıxmaz, ətrafında daha tez birləşərdilər. Müsəlmanlara Allahın Rəsulu (Allahın Salat və Salamı onun üzərinə olsun) haqqında yaxşı zənndə olmağı nəsihət edirəm.
Bununla belə, heç kəs “Quran başqa dilə tərcümə olunmasın, başa düşülməyinə ehtiyac yoxdur” demir. Əksinə, tərcümə olunmalıdır ki, ərəb dilini bilməyənlər də bu mesajı anlasınlar. Və müsəlmanların üzərinə heç olmasa əzbər bildikləri, namazda tilavət etdikləri surələrin anlamlarını tərcümədən, hətta təfsirlərdən oxuyub başa düşməkləri vacibdir ki, namazlarını daha çox huşu ilə yerinə yetirə bilsinlər. Lakin yaxşı olardı ki, müsəlmanlar elementar səviyyədə də olsa, ərəb dilinin leksika və qrammatikasını öyrənsinlər. Çünki ərəb dilini elementar səviyyədə bilmək ən azından öz ana dilində tərcüməsini bildiyi surələri təhlil etmək üçün kifayət edir. Azacıq savadı olan insana ərəb dilini elementar səviyyədə öyrənmək üçün isə cəmi 3-4 ay vaxt kifayət edir. Təəssüflər olsun ki, müsəlmanlar öz dinlərinə o qədər qeyri-ciddi yanaşırlar ki, ibadətlərini kamilləşdirmək üçün heç 3-4 ay belə səy göstərmək həvəsində deyillər. Əslində narahatlıq doğuran məqam bu olduğu halda, müsəlmanların milliyyətçilik duyğularını qamçılamaqla qəlblərinə şübhə salmaq, beyinlərini bulandırmaq istəyənlərin niyyətini anlamaq heç də çətin deyil.
Necə olur ki, gənclərimiz 3-4 günlük dünyalarını abad etmək üçün ingilis dilini yüksək səviyyədə öyrənməyə minlərlə manat, illərin səyini sərf etdikdə bu, “amerikanlaşdırma”, “ingilisləşdirilmə” siyasəti kimi başa düşülmür, başa düşüldükdə isə bundan heç kəs narahat olmur və millətçilik duyğuları vəcdə gəlmir? Məsələyə bu prizmadan yanaşsanız, pərdə arxasından xain şübhələri atanların kimliyini təsbit etmək heç də çətin olmaz.
Fərhad Hacıyev
Hənbəli alimlərindən Şəmsuddin İbn Qeyyim (691-751 h/1292-1350 m) şeytanın strategiyası haqda deyir:
أن اللهَ سبحانه بحكمتِه سلَّط على العبدِ عدوًّا عالماً بطرُقِ هلاكِه وأسبابِ الشرِّ الذي يُلقِيه فيه متفنِّناً فيها , خبيراً بها , حريصاً عليها , لا يفتُر عنه يقَظةً ولا مَناماً , ولا بدَّ له مِن واحدةٍ مِن ستٍّ يَنالها منه
إحداها - وهي غايةُ مرادِه منه - : أن يَحُولَ بيْنه وبيْن العلمِ والإيمانِ , فيُلقيه في الكفْر , فإذا ظفِر بذلك فرَغ منه واستراحَ
فإنْ فاتتْه هذه وهُدي للإسلام حرِص على تِلْوِ الكفر , وهي البدعةُ - وهي أحب اليه مِن المعصية فإنَّ المعصيةَ يُتاب منها والبدعة لا يُتاب منها - لأنَّ صاحبَها يرى أنه على هدىً
وفي بعضِ الاآثار : يقول إبليسُ : أهلَكتُ بني آدمَ بالذنوبِ , وأهلَكوني بالاستغفار وبلا إلهَ إلا الله , فلمّا رأيتُ ذلك بثَثتُ فيهم الأهواءَ فهُمْ يُذنِبون ولا يَتُوبونَ , لأنهم يحسَبون أنهم يُحسِنون صُنْعاً , فإذا ظفِر منه بهذه صيَّره مِن رُعاته وأُمرائِه
فإنْ أعْجَزتْه ألقاه في الثالثة , وهي الكبائرُ
فإنْ أعْجَزتْه ألقاه في اللَّمَم , وهي الرابعة , وهي الصغائرُ
فإنْ أعْجَزتْه شغَّله بالعملِ المفضولِ عما هو أفضل منه ليُرتِجَ عليه الذي بينهما , وهي الخامسة
فإنْ أعْجَزَه ذلك صار إلى السادسة , وهي تسليطُ حِزْبِه عليه يُؤذُونه ويشتِمونه ويُبهِّتونه ويرمُونه بالعظائم , ليُحزِّنَه ويشغَلَ قلْبُه عن العلمِ والإرادة وسائرِ أعمالِه
فكيفَ يُمكِن أن يحترَّزَ منه مَن لا علْمَ له بهذه الأمورِ ولا بعدوِّه ولا بما يحصِّنُه منه ؟ فإنه لا ينجُو مِن عدوِّه إلا مَن عرَفه وعرَف طريقَه التي يأتيه منها وجيْشَه الذي يستعِين به عليه , وعرَف مداخلَه ومخارجَه , وكيفيةَ محاربتِه , وبأيِّ شيءٍ يُحاربه , وبماذا يُداوي جِراحتَه , وبأيِّ شيءِ يستمِدُّ القوةَ لقِتاله ودفْعِه ؟ وهذا كلُّه لا يحصُل إلا بالعلمِ , فالجاهل في غفلةٍ وعمىً عن هذا ألامرِ العظيمِ والخَطْبِ الجسيم
ولهذا جاءَ ذكرُ العدوِّ وشأنِه وجنودِه ومكايدِه في القرآن كثيراً جداً , لحاجةِ النفوس لمعرفةِ عدوِّها , وطرُقِ مُحاربتِه ومُجاهدته , فلولا أن العلمَ يكشِف عن هذا لما نجا مَن نجا منه , فالعلم وثمََََََرَتُه هو الذي تحصُل به النجاةُ
"Allah - subhənəhu – hikmətilə qullara bir düşmən musallat etmişdir. O elə bir düşməndir ki, qulları həlak etmə yollarını, onları içinə düşürəcəyi şərr səbəblərini bilir, bunlarda ixtisas sahibi və onlardan xəbərdardır, bunlara qarşı hərisdir, yuxuda və oyanıqkən bu işləri buraxmaz.
Şeytan qulu bu altı şeydən birinə məruz qoyar:
1. Onunla elm və iman arasına girmək, beləcə onu küfrə düşürmək. Bu ən təməl/başlıca qayədir. Buna nail olduğu zaman ondan əl çəkib istirahət edər.
2. Bu məqsədinə nail ola bilməz və adam İslama hidayət edilərsə, (təhlükə baxımından) küfrdən sonra gələn yola düşürmək üçün çalışar ki, bu da bidət yoludur. Bidət şeytana günahdan daha sevimlidir. Çünki, günahdan tövbə edilər. Bidətdən isə tövbə edilmir. Çünki, bidət sahibi özünü doğru yolda sayar.
Bəzi (İslam böyüklərindən gələn) rəvayətlərdə belə deyilir: "İnsanları günahla həlak etdim. Onlar isə məni istiğfar və "lə iləhə illəllah"la həlak etdilər. Bunu gördüyüm zaman onlar arasında hava-həvəsi yaydım. Onlar (bidət cinsindən) günahlar işlədilər, lakin tövbə etmədilər. Çünki onlar çox yaxşı işlər gördüklərini zənn etdilər."
Şeytan bu yolla məqsədinə çatdıqda, o insanı öz çobanlarından və əmirlərindən birinə döndərər.
3. İkinci məqsədinə nail ola bilməzə onu üçüncüyə düşürər. Üçüncü məqsəd qulu böyük günahlara bulaşdırmaqdır.
4. Əgər bunada nail ola bilməzsə onu kiçik günahlara düşürər.
5. Əgər bunuda bacarmazsa, daha fəzilətli əməllər varkən onu nisbətən az fəzilətli olanla məşğul edər. Bunu, aradakı fəziləti qazanmasına əngəl olmaq üçün edər.
6. Buna da nail olmazsa altıncı hədəfə çatmağa çalışar: Bu da ona əziyyət edəcək söyəcək, çarəsiz buraxacaq, aşağılayacaq tərəfdarlarını o insana musallat etməkdir ki, beləcə onu hüzünləndirsin, qəlbini elm, iradə və digər əməllərdən uzaq tutub məşğul etsin.
Bu işlər, düşməni və ondan nəylə qorunacağı haqda məlumatı olmayan kimsə şeytandan necə qoruna bilər?
Şübhəsiz ki, düşməndən ancaq onu tanıyan, gələcəyi (təsir edəcəyi) yolları bilən, ona qarşı yardım alacağı ordusunu, giriş-çıxışlarını, onunla savaşma metodlarını, onunla nəylə savaşacağını, yaralarını nəylə tədavi edəcəyini, ona qarşı vuruşmaq və onu dəf etmək üçün nəylə qüvvə alacağını bilən biri qurtula bilər.
Bütün bunlar isə ancaq elmlə əldə edilər. Dolayısıyla cahil, bu böyük iş və təhlükəli bəla haqqında qəflət və korluq içərisindədir.
Bu səbəblə bu düşmənin özü, halı, ordusu və hiylələri Qurani Kərimdə çox zikr edilmişdir. Çünki nəfslər düşmənini tanımağa, onunla müharibə və mübarizə aparma yollarını bilməyə möhtacdır.
Əgər elm bütün bunları açıqlamasaydı heç kim qurtula bilməzdi! Elə isə qurtuluş elm və onun səmərəsiylə hasil olar!"
Qaynaq: Şəmsuddin İbn Qeyyim: Miftəhu Daris Səadə: 1/372-373
Daru İbni Affan: 1416/1996
Təliq: İbn Qeyyimin sözlərindəki faydanın tam hasili üçün mövzunun ana xətlərinə, önəmli xüsuslarına diqqət çəkək:
1. Şeytan öz sahəsində mütəxəssisdir. Belə bir düşmənlə mübarizə aparanın isə xüsusilə diqqətli olması lazımdır.
2. Şeytan öz azdırma yolunda öncəlikli bir sistem təqib edir. İlkin olaraq maksimum zərərə çalışır. Ona nail olmadıqda arada boşluq buraxmadan zərərdə yenə ən yüksək hədəfi seçir və bu minvalla davam edir. Bir sözlə zərərdə əvləviyyata riayət edir. Kaş ki, müsəlmanlar da öz öncəliklərini anlasalar və əvləviyyata riayət etsələr...
Bu tədrici metodda müsəlmanların əksərisinin içinə düşdüyü və fərqində olmadığı bir mərhələ var. Bu beşinci mərhələdir. Bir çox elm tələbəsinin öncəliklik fiqhinə müxalif olaraq nisbətən daha az önəm kəsb edən işlərlə məşğul olduğunu və toplumu bu "öncəliklərə" sürüklədiyini görmək mümkündür. Onlar üzərlərinə fərz və haram olan şeyləri öyrənib öyrətmək yerinə, cürbəcür öncəliksiz məsələlərlə məşğul olur və insanları buna təşviq edirlər. Zamanımızda namazın ərkanını bilməyən bir çox kimsənin "mürciyəlik" və digər çoxda önəmli olmayan mövzuların savaşınında aktiv iştirak etdiyini görmək mümkündür.
Bu sözlər üçün Allah İmam Ğazaliyə rəhmət etsin: Yaxşı əməllərdəki tərtibi pozmaq, ən böyük pislikdir.
3. Şeytana məğlub olmamaq üçün onun savaş metodlarını, vasitələrini, istifadə etdiyi hissləri, onun zəif yerlərini bilməsi qaçınılmazdır. Bu barədə elmi olmayan, şeytanla layiqincə mübarizə apara bilməz və məğlub olub xusrana uğrayar. Bu səbəblə müsəlmanların bu məlumatları əldə etməsi vacibdir.
4. Uca Allah, Onun Rəsulu – sallallahu aleyhi və səlləm – və bu elmlərdə mütəməkkin olan alimlər şeytanın təhlükəsinə, metodlarına diqqət çəkmişlər ki, müsəlmanlar bu məlumatlardan faydalansın.
—