Mövzusunda ən çox maraqlanılan

1 Kimlər Oruc tutmaya bilər?

Heç bir üzrü yoxkən oruc tutmamaq və ya başladığı orucu pozmaq günahdır. Həm də qəza və (əgər başladığı Ramazan orucunu əvvəldən pozmuşsa) kəffarə olaraq cəzası vardır. Bəzi hallarda isə, oruc tutmamaq və ya başlanmış orucu pozmaq caiz hala gələr. Bu hallar, bunlardır:

 
1 - Xəstəlik: Oruc tutduğu təqdirdə xəstəliyinin şiddətlənməsindən və ya çox sürməsindən qorxan kimsənin sonradan qəza etmək üzrə oruc tutmaması və ya başladığı orucu pozması caizdir.

 2 - Səfər: Ramazanda səfərə çıxanların oruc tutmayıb sonraya buraxmaları caizdir. Ancaq yolda məşəqqətə, bədəni bir halsızlıq və narahatlığa məruz qalmaq olarsa, oruc tutmaq, tutmamaqdan üstündür

 3 - İkrah (Təhdid və Məcbur etmə: Orucunu pozmadığı təqdirdə döyülmək və ya yaralanmaq və yaxud öldürülməklə təhdid edilən bir kimsə də oruc tutmaya bilər.

 4 - Hamiləlik və Əmziklilik: Oruc tutduğu təqdirdə özünə yaxud uşağına bir zərər gələcəyindən qorxan hamilə və ya əmzikli qadın, oruc tutmayıb sonradan qəza edər. Əmzdirdiyi uşağın başqasının uşağı olması hökmü dəyişdirməz.

5 - Şiddətli Aclıq və Susuzluq: Aclıq və susuzluqdan ötəri həlak olacağından və ya ağılı müvazinətinin pozulacağından qorxan kimsə orucunu poza bilər.

 6 - Düşkünlük Dərəcəsində Qocalıq: Belə kəslərin də oruc tutmaması caizdir. Belələr oruc tutmayacaqları kimi, qəza da edə bilməyəcəklərindən fidyə verərlər.

 7 - Aybaşı - nifaz halı: Bu hallarda oruc tutulması haramdır.


* Nafilə oruc tutanlar üçün, ziyafətə dəvət edilmək bir üzrdür. Belə bir kimsə, ev sahibinin məcburiyyətindən  orucunu poza bilər.

2 Gecə dırnaq kəsmək caizdir?

Dırnaq kəsmək yalnız həcc və ya ümrə ehramı müddətində yasaqdır. Bunun xaricində hər zaman

kəsilə bilər. Xalq arasında bəzi gün və zamanlarda, məsələn "gecə dırnaq kəsilməz" şəklində səhv

bir inanc vardır. Elektrikin olmadığı zamanlarda kəsilən dırnağın hara sıçradığının görülə bilmədiyi 

düşüncəsindən qaynaqlanan bu fikir belə hallar üçün etibarlı sayıla bilər. Lakin bu gün elektrikin 

işıqlandırdığı mühitlərdə gecə dırnaq kəsməyin heç bir qorxusu yoxdur.

 

Kəsilən dırnaqlar olduğu kimi buraxılmamalı, uyğun bir şəkildə ortalıqdan götürülməli, yox

edilməlidir. Bu səbəblə dırnaq gecə və ya gündüz hər zaman kəsilə bilər. Həftənin hər günü kəsilə

bilər. Cümə günü kəsmək daha yaxşı olar.

 

Dırnağı uzun olanın ruzisi məşəqqət ilə, sıxıntı ilə əldə edilər. Cümə namazı üçün qüsl almaq, gözəl

ətir sürtmək, yeni, təmiz geyinmək, saç, dırnaq kəsmək sünnədir. Dırnaqları cümə namazından

əvvəl və ya sonra kəsmək sünnədir. Namazdan sonra kəsmək daha yaxşıdır. (Dürrül-muxtar)

 

Hədisi-şərifdə, "Cümə günü dırnaq kəsmək şəfaya səbəbdir." buyuruldu. (E.Şeyh)

 

Başqa bir hədisi-şərifdə, Peyğəmbər Əfəndimiz (s.ə.s) cümə günü namaza getməzdən əvvəl

dırnaqlarını kəsərdi. Cümə axşamı günü də dırnaq kəsmək caizdir.

 

Kəsilən dırnaqları basdırmaq yaxşı olar. Hədisi-şərifdə buyuruldu ki:

"Saç və dırnağınızı torpağa basdırın, cadu edənlər onlarla sehr etməsin !." [Deyləmi]

3 Duaların qəbul olması üçün nə etmək lazımdır, dua bir növ ibadətdirmi?

Dua bir ubudiyətdir(qul olduğunu bilib Allah`a itaət etmək). Bizim dualardakı əsas prinsipimiz ibadət qəsdi və məqsədi hakim olmalıdır. Yoxsa duanı sırf qəbul edilməsi gərəkən və ehtiyac ərizəsi olaraq görmək yalnışdır.

Bəzən bir şey üçün dua edilər. Lakin istədiyimiz bu şey, zahirən qəbul edilməz. Buna baxmayaraq biz duanı tərk etməməliyik. Əgər istədiyimiz şey əldə edilsə və Cənâb-ı Haqq duamızı qəbul etsə nur üstünə nur. Amma zahirən qəbul edilməsə belə biz "duam qəbul olmadı" deməyəcəyik. Əksinə "Allah bu duamı âxirətim üçün və ya dünyada daha yaxşı bir şəkildə qəbul etdi" deyilər.

Həqiqətən bu dua boşa getmədi, ibadət olması səbəbindən âxirətdə mükafatını görəcəyəm deyə duasını tərk etmək deyil, əksinə daha çox dua etməyə səy və şövq daşımalıyıq.

Cənâb-ı Haqq Qur`an-i Kərimdə "mənə dua edin sizə cavab verim" ( mömin, 60) buyurmaqdadır. Bəziləri bu ayət-i kəriməni önə sürərək belə deməkdədirlər: madam Allah "mənə dua edin məndə qəbul edim" demişdir. Nə üçün çox dua etdiyimiz hâlda bəziləri qəbul edilmir. Bu barədə alimlərimiz ittifaqla bu ayədə Allah "cavab verərəm" deməkdədir, "Qəbul edərəm" deməməkdədir. Necə ki, sən bir həkimə getsən və desən " ey həkim mənə bu dərmanı ver" əlbəttə həkim sənə cavab verər və "buyurun" deyər. Lakin istədiyin şey ya hikmətsiz, ya faydasız və ya sənə zərərli bir dərman isə, onu deyil də daha gözəlini sənə verər.

Eynilə  O’nun kimi, mütləq hikmət sahibi Cənâb-ı Haqq " bizə və dualarımıza cavab verər. Amma qəbul etmək,hikmətinə tabe olduğundan bəzən istənilən şeyin eynisi bəzən də daha gözəlini bəzən də zərərli olduğunu bildiyi üçün heç verməz.

Bu qısa açıqlamadan sonra duaların qəbul şərtlərinə keçək. Əvvəla dua qəbul çərçivəsi daxilində olacaq. Sonra səmimi və günahsız bir ağızla olacaq. Mümkünsə dəstəmazlıhâlal loxma alınmaq surətiylə bərəkətlənəcək. Mübarək yerlərdə xüsusilə cami və məscidlərdə, mübarək zamanlarda xüsusilə ramazan ayı və qədr gecəsi, berat gecəsi kimi mübarək gecələrdə, namazlardan sonra xüsusilə səhər namazından sonra dua edilməsi qəbula yaxın olması hikmət-i ilahiyyə və Rahîmət-i ilahiyyəcə istəniləndir.Bu şərtlərdən uzaqlaşıldığı təqdirdə də duanın təsiri azalacaq.

Dua bir ibadətdirmi? 

Âləmlərin Rabbi, səmâ âləmini də ərz âləmini də insana görə və insan üçün tərbiyə etmişdi. İns və cinnə haqq yolu, doğru yolu, özünə çatan yolu göstərmək üzrə endirdiyi Qur`an-i Kərimi də "aləmlərin Rabbi olan Allah`a həmd" ilə başlayırdı. Fatihə Surəsində Cənâb-ı Haqq, Rahman və Rahîm olduğunu qullarına xəbər verir və din gününün yeganə mâliki olduğunu bildirdikdən sonra, sanki sözü insana buraxır, o da "biz yalnız sənə ibadət edər və səndən kömək diləyərik" deməklə aləmlərin tərbiyəsindəki gerçək məqsədin ibadət olduğunu, yalvarma, mədət diləmə olduğunu beləcə elan etmiş olurdu. Və surənin bundan sonrakı qisimi duaya ayrılırdı...

Məlumdur ki , insanın dünya həyatı iki əsas üzrə davam edir: Mənfəəti cəlp, zərərləri dəf. Mənəvî həyat da elədi; onun da fayda və zərər bölgələri var.Onun da dostları və düşmənləri mövcud. O da səhhət tapa bilir və yara ala bilir. O da bəslənir, böyüyür; xəstələnir və ölür...

Məhz bu iki əsası yəni mənfəət cəlbi və zərər dəf`i məsələsini surənin son qisimində ecazkar bir şəkildə görürük.

Bizi sırat-ı müstakimə (doğru yol), yəni "peyğəmbərlərin, sıddıkların, şüheda və Salehlərin yoluna" hidayət et, deməklə ruhumuzun ən böyük ehtiyacını dua ilə dilə gətirmiş oluruq. Və sanki bu xoşbəxt günün parıltıları üfüqdə görünmüşdə ,itmə təhlükəsi meydana çıxmış kimi, yenidən Rabbimizə sığınırıq: "Bu istiqamət ərlərindən ayrılaraq qəzəbinə uğrayanların yoluna deyil..."

İnsanın yaradılışında ibadət vardır, sığınma vardır, dua vardır... Və insan bu böyük şərəfə asanca çata bilməsi üçün son dərəcə kasıb və zəyif yaradılmışdır.

"Əsl mahiyyətin qüsur, naks, fakr, âcizlikdən yoğurulmuşdur ki; zülmət, qaranlığın dərəcəsi nisbətində nurun parlaqlığını göstərdiyi kimi, zıddiyyət etibarilə sən,  onlarla Fâtır-ı Zülcelâlin kamâl, camâl, qüdrət və rəhmətinə âyinədarlıq edirsən."  Risale-i Nur/Sözlər

İnsan zəyifdir. Nurların Müəllifi Bediüzzaman həzrətlərinin şirin bəyanıyla, göz ilə görülməyən və çox vaxt böyüdüldükdən sonra ancaq görülə bilən bir mikrob, onu yerə sərər öldürər.

İnsan âcizdir. Heç bir ehtiyacını öz başına görə biləcək gücdə deyil. Tərəvəz üçün torpağa, meyvə üçün ağaca möhtac. Və ikisini də etməkdən âciz. Günəşin doğulmasına da möhtac, batmasına da. İkisi də  onun qüdrəti xaricində. Qanının təmizlənməsinə də möhtac, hüceyrələrinin dəyişməsinə də. Bunlar da  onun gücü və qüvvətiylə icra edilmirlər.

Və insan sonsuz fəqir. Heç bir şey  onun öz mülkü və malı deyil. Gözündən qulağına, dişindən dırnağına qədər hər şeyi əmanət. Məhz insan mahiyyətinin, zəiflik, Âcizlik və fəqirlikdən yoğurulmasındakı hikmət, İlâhî isimlərə ən parlaq bir âyinə  ola bilməsidır.

Göz günəşə möhtac və  onu gətirməkdən də âciz. İşdə bu kiçik yağ parçasının hâl diliylə etdiyi duanı Allah qəbul edir və  onun imdadına nəhəng günəşi göndərir. Biz də cənnətə möhtacıq, əbədiyyətə möhtacıq, razılığa möhtacıq.. Və bunlar bizim cüz`i iqtidarımızla və sönük ibadətlərimizlə qazanılacaq kimi deyil...

Namaz, oruc və sair ibadətlərin hər biri birər dua... Gözü günəşə qovuşduran Allah, bizi də cənnətə qovuşdurmağa qadir. Yetər ki, duamız qəbul olsun...

Heç bir şeyə gücü çatmayan və hər şeyə möhtac olan insan, necə dua qapısını döyürsə, eyni şəkildə, dəf etməsindən âciz qaldığı həddsiz düşmənlərinə qarşı da yardım istemeyə baş vurur, Rabbinə sığınır, O’ndan mədət diləyir.

Rabb-ül-aləminə həmd ilə başlayan Qur’an surələri, "Rabbülfələq (sübhün Rabbi)" və "Rabbünnâs (insanların Rabbi)" olan Allaha sığınmaqla sona çatar... Uçan bir ağcaqanadı tutmaq istəsəniz, sizin şərinizdən qaçar və otağın gizli bir küncünə sığınar. Amma, o ağcaqanada içində uçuşduğu hava ünsürü düşmən olsa artıq hara qaçacaq? Edəcəyi tək şey qalmışdır: O ünsürün Xâliqinə sığınmaq.

Bizim də bütün məxluqatın şərindən, şeytana qana bilən nəfsimizin və digər insanların şərindən Rabbülfələq və Rabbünnas olan Allaha sığınmamız lazımdır bunun kimi...

Risale-i Nur Külliyatından Məktûbat’da şirin və təfsilatlı bir dua bəhsi vardır. Oradan bir həqiqət dərsi: “Həm dua bir ubudiyətdir. Ubudiyət isə səməratı uxrəviyədir (axirət sərmayəsi). Dünyəvî məqsədlər isə o nev’i dua və ibadətin vaxtlarıdır.”

İmam-ı Rabbaninin Məktubatında da, "İbadət, təzəllül və inkisardan ibarətdir" buyurular. Bunun kimi insanın öz âcizliyini, zillətini ən kâmil mənada hiss etdiyi və qəlbi buruk olaraq Rabbinə mütəvəccih (yönəlmiş) olduğu gözəl anlarından biri də dua vaxtıdır.

İnsan dua edərkən, A’raf Sûresində keçən "Rabbinizə yalvara yalvara, için-için dua edin." əmrinə tabe olar.  O’na sığınar,  O’ndan istəyər,  O’nun məğfirətini tələb edər. Məhz bu hâl bir ibadətdir və meyvəsini âxirətdə verəcəkdir. Bir də istənilən şeylərin dünyada yerinə yetirilməsi məsələsi var. İbadət  onlar üçün edilməz,  onlar ancaq ibadətə bir vəsilədır. Və o ehtiyac anları bir dua vaxtı. İnsan o vaxtlarda məzlumluğunu, âcizliyini daha yaxşı anlayar və bunları yerinə yetirməyə ancaq Rabb-ül- âleminin qâdir olduğunun idrakı içində əllərini  O’nun dərgahına açar,  O’na yalvarar.

İstəmənin ən irəli, ən ülvî dərəcəsi, O’ndan yenə  O’nu istəmək... Razılığını diləmək. Yaxınlığına talib olmaq.  O’na imanda,  O’nu sevmədə və  O’ndan qorxmada kamâla ərməyi istəmək. "Qəlblər ancaq  O’nun zikriylə mutmain olar" nasındakı ayənin verdiyi dərin mesaja qulaq asaraq,  O’ndan  O’nu anmağı diləmək. Bizə bizdən daha yaxın olduğunun şüuru içində,  O’nun yaxınlığını qəlbimizdə duymağı və beləcə O'nunla olmağı istəmək.

Nəfs, duada belə araya girər. Və O`nun hüzurunda O`na yalvaran qulu, bir baxıma O`ndan qəflətə salar. Və O`nu istəmək yerinə, dünya nemətləriylə oyalanmağı qəlbə təlqin edər.

________________________

Fâtır-ı Zülcelâl- Sonsuz böyüklük sahibi və bənzəri olmayan şeyləri yaradan Allah 
** mutmain -içi rahat, könül rahatlığı, şübhəsi qalmamış, əmin,doymuş,qane edilmiş.

4 Qüsl nədir və necə alınır?

Qüsl Nə Deməkdir?

Qüsl sözü, lüğətdə, yuyunmaq, mənasına gəlir. Bu sözün dini mənası isə, bütün bədənin, heç bir tərəfində iynə ucu qədər quru yer qalmayacaq şəkildə yuyulması deməkdir. Qüslə, Azəricə boy dəstəmazı da deyilir.

Qüsl Nə zaman lazımdır?

Qüslü gərəkdirən hallar üçdür:

1 - Cünüblükcənabət) halıdır. Bu, iki səbəbdən irəli gəlir:

a. İstər oyanıq halda olsun, istərsə yuxu halında olsun, hər hansı bir təmas və ya cinsi münasibət olmadan, kişi və qadından şəhvətlə məni çölə atılması. Mənim şəhvətsiz boşalmasından ötəri cünüblük halı meydana gəlməz. Bu səbəblə qüsl almaq də lazım deyil. Yalnız dəstəmaz pozulmuş olur.

b. Cinsi münasibətdə olmaq ... Burada mənim gəlməsi (inzal) şərt deyil. Cinsi münasibətin özü cünüblük səbəbidir.

2 - Qüslü fərz qılan ikinci hal, qadınların heyz halıdır. Qadınların heyz halları sona çatdıqda, qüsl etmələri fərz olur.

3 - Qüsl etməyi fərz qılan üçüncü vəziyyət, yenə qadınlara məxsus bir hal olan nifas, yəni doğumdan sonrakı loxusalıq halıdır. Nifas halından qurtulan bir qadına da qüsl etmək fərz olar.

Qüslü gərəkdirən hallar ilə Əlaqəli Bəzi Məsələlər:

* Şiddətlə yerindən qopan və şəhvətlə çölə boşalan Mənidə görə, qüsl lazım gəlir. Şəhvətlə yerindən ayrılıb, şəhvət dindikdən sonra çölə axan Mənidə görə isə, İmam-ı Əzəm və İmam-ı Məhəmmədə görə yenə qüsl lazım gəlirsə də, Əbu Yusufa görə, qüsl lazım deyil. Bu qövlə görə, şəhvətlə yerindən ayrılan məni, o anda çölə boşalması önlənər və şəhvət dindikdən sonra çölə axmasına yol verilsə; bu vəziyyət qüslü gərəkdirməz. Əbu Yusufun bu görüşündə, müsafirlikdə və ya qış mövsümündə belə bir vəziyyətlə qarşılaşanlar üçün, böyük asanlıq vardır.

* Qüsl üçün, cinsi birləşmə əsnasında, kişinin tənasül üzvü (penis) ilə qadının tənasül üzvünün (vagina) tam birləşməsi lazım deyil. Penisin yalnız uc hissəsinin vaginaya girməsi ilə məni axsın axmasın həm kişi həm də qadın üçün qüsl lazımdır.

* Kişinin tənasül üzvünü bez kimi bir şeyə sararaq cinsi birləşmədə olması halında, ancaq bu birləşmədən tərəflərin ləzzət almaları halında qüsl lazımdır. Ləzzət alınmazsa, qüsl lazım deyil. Lakin ləzzət alınmasa da, ehtiyat olaraq çimmək təqvaya uyğun görülmüşdür.

* Ön və arxa yoldan birinə barmağını soxmaq, qüslü tələb etmir. Barmağın kişi barmağı ilə qadın barmağı olması arasında bir fərq yoxdur. Lakin cinsi doyuma çatsa qüsl lazımdır.

* Birini əl ilə tutmaq, oxşamaq və ya baxmaq nəticəsində cinsi doyuma çatsa qüsl lazımdır. Bu vəziyyət, kişi üçün də qadın üçün də belədir.

* Yuxudan qalxan kimsə, yataq çarşabında və ya alt paltarında və ya budlarında bir yaşlıq görsə, vəziyyətə baxılır: Əgər yuxuda ehtilâm olduğunu xatırlayırsan, qüsl alması lazımdır. Lakin ehtilâm olduğunu xatırlamırsan, Əbu Yûsuf`a görə qüsl alması lazım deyil. Çünki, o yaşlıq məzi də ola bilər. Qaldı ki, məni belə olsa, şəhvətlə gəldiyi məlum deyil. İmam-ı A`zam və İmam-ı Muhamməd isə, o yaşlığı məni olmayıb, məzi olduğu qəti bilinməsi halında qüslü lazım görməzlər. Lakin məni və ya məzi olduğunda tərəddüd edilsə və ya məni olduğu zənni hasil olsa, ehtiyat olaraq qüsl lazımdır, deyirlər.

* Yuxuda ehtilâm olduğu halda, çölə məni axmayıbsa qüsl lazım deyil. Qadın ehtilam olar və məni çölə çıxdığını görməsə ehtiyat olaraq qüsl alması daha yaxşıdır. Çünki qadından çıxan məni geri dönə bilər.

* Bir qadından, yuyunduqdan sonra, ərinin mənisi axacaq olsa, təkrar çimməsi lazım deyil.

* Döyülmə, ağır bir şey qaldırma kimi səbəblərdən ötəri şəhvətsiz olaraq gələn məni qüslü gərəkdirməz. İmam-ı Şafi isə, bu halda da qüslü lazımlı görür.

* Qeyri müsəlmanın biri, qüslsüz və ya heyz və ya nifaslı halda ikən İslama gəlsə, ona qüsl etmək fərz olar. Lakin bu hallar özündə yox ikən İslama girməsi halında, çimməsi ona fərz deyil, məndubdur.

Qüsl gərəkdirən hallar nələrdir? İnsandan çıxan mayelərin (məni, məzi, vədi) hökmü nədir? ..

Büluğ çağına çatmış kimsənin dörd növ suyu vardır:

1. Sidik, 2. Məni, 3. Məzi, 4. Vədinin.

Bunlardan qüslü gərəkdirən yalnız mənidir. Məninin üç xüsusiyyəti vardır:

1. Sıçrayaraq çıxması,

2. Həzzin hasil olması.

3. Yaş ikən xəmir qoxusunu, quru ikən yumurtanın ağ hissəsinin qoxusunu verməsidir.

5 Haram Aylar (Əşhuru'l-Hurum) nə deməkdir?

       Haram aylar, hörmətə layiq aylar (Zilqədə, Zilhiccə, Məhərrəm, Rəcəb). Bu aylarda döyüş etmək qadağan olduğu üçün bu adı almışdır

       Cahiliyyə dövründə Ərəblər arasında daxili,iç müharibələr əskik olmazdı. Yalnız haram aylarda savaşmazdılar. Bu aylarda bazarlar qurular, şeir yarışmaları edilər; yəhudilər, xristianlar və bütpərəstlər dinlərini yayardılar. Əgər bu barış aylarında döyüş olsa, qadağan tapdalandığı üçün "Ficâr savaşı" deyilərdi. Peyğəmbərimiz (sallallahu alehyi və səlləm)`in iyirmi yaşlarında ikən, Qureyşlilərlə Hevazin qəbiləsi arasında edilən Ficâr döyüşlərinə qatıldığı rəvayət edilməkdədir. Peyğəmbərimiz (s.ə.s.) bu döyüşdə kimsənin qanını tökməmiş, tək atılan oxları yığıb əmilərinə vermişdir.

        Haram aylar, Ərəblərin Hz. İbrahim (Aleyhissəlâm )`dan bəri istifadə etdikləri, qəməri aylardandır. Yəni ayın hərəkətinə görə təşkil edilən təqvimin aylarındandır. Hicrət, İslam tarixində bir dönüş nöqtəsi olduğu üçün hicrətin edildiyi ay olan Məhərrəm ayı Hz. Ömər(Allah ondan razı olsun) zamanında təqvim başlanğıcı olaraq qəbul edilmişdir. Beləcə hicrətin edildiyi il birinci il olmaq üzrə hicri qəməri il ortaya çıxmışdır. Məhərrəm ilə başlayıb Zilhiccə ilə sona çatan hicri-qəməri ilin ayları bunlardır: Muharrəm, Safər, Rəbîuləvvəl, Rəbîulâhir, Cəmâziləvvəl, Cəmâzilâhir, Rəcəb, Şâban, Ramazan, Şəvvâl, Zilkâdə, Zilhiccə.

       Qur`an`da haram aylardan Tövbə surəsində bəhs edilər:

 ''Göyləri və yeri yaratdığı gündəki yazısına görə Allah`ın qatında ayların sayı on ikidir. Bunlardan dördü haram aylardır. Həqiqətən doğru din budur. O aylar içində (qoyulmuş qadağanı tapdalayaraq) özünüzə zülm etməyin və Allah`a ortaq qoşanlar necə sizinlə bütünlüklə döyüşürlərsə siz də onlarla bütünlüklə döyüşün və bilin ki Allah (günahlardan) qorunanla bərabərdir. Haram ayı içində döyüşmək qadağan edilmişdi. Bu ayda döyüşmək üçün haram ayını başqa bir aya təxirə salmaq, küfrdə daha irəli getməkdir. İnkar edənlər onunla sapdırılar. O (haram ayını) bir il halal sayarlar, bir il haram sayarlar ki, Allah`ın haram etdiyinin sayını tapdalayıb, Allah`ın haram etdiyini halal etsinlər. Etdikləri işin pisliyi özlərinə bəzəkli göstərildi ,Allah kafirlər toplumuna yol göstərməz '' (ət- Tövbə, 9/36-37) .

        Bu ayədə keçən "nəsî" (geciktirmə)`nin necə olduğuna və Ərəblərin bu sûrətlə haram ayı necə halal saydıqlarına gəlincə; Ay ili (354 gün) ilə günəş ili (365 gün) arasında on bir günlük bir fərq olduğu üçün qəmərî  aylar hər il on bir gün əvvəl gəlirdi. Buna görə Həcc mövsümü bəzən qış ortasında olur, bəzən yazın ən isti zamanlarına rast gələrdi. Bu vəziyyət müşriklərin xoşuna gəlmirdi. Çünki yazın istisində qışın soyuğunda bədəvilər Kəbə ziyarətinə gələ bilmir, ticarət həyatı da axsayırdı. Bundan ötəri hər üç ildə bir dəfə bir məclis toplanar, o ilin aylarına bir ay əlavə olunaraq ay ili on iki aydan on üç aya çıxarılardı. Həcc mövsümü isə davamlı olaraq, dörd mövsümdən işlərinə gələn (məsələn məhsulların yetişdiyi) mövsümə buraxılardı. Bu surətlə Həcc mövsümü dəyişmir lakin aylar yer dəyişdirmiş olurdu. Məhərrəm ayı Saferden başlayaraq sırasıyla on ikinci ay olan Zilhicceyə qədər bütün on bir ayın yerini alardı. Beləcə haram aylar halal ayların yerinə keçmiş olardı. Həcc ayı (Zilhicce) də, hər il on bir ay sonraya buraxıldığı (yəni nəsi' edildiyi) üçün həqiqi Həcc ayı olan Zilhicce`nin doqquzuncu günü ancaq otuz üç ildə bir dəfə əsas öz yerini tapırdı. Necə ki Hicrətin onuncu ili Zilhiccesi əsli yerinə gəlmişdi.

        Allah Rəsuulu (sallallahu alehyi və səlləm) Vida Xütbəsində haram aylar mövzusunda belə buyurmaqdadır:

"Ey insanlar, döyüşə bilmək üçün haram ayların yerlərini dəyişdirmək, şübhəsiz ki küfrdə çox irəli getməkdir. Bu, kafirlərin özüylə dəlalətə düşürüldükləri bir şeydir. Bir il halal olaraq qəbul etdikləri bir ayı o biri il haram olaraq üçün edərlər. Cənâb-ı  Haqq`n halal və haram etdiklərinin sayına uydurmaq üçün bunu edirlər. Onlar Allah`n haram etdiyinə halal, halal etdiyinə də haram deyərlər. Heç şübhə yox ki zaman, Allahu Təâlâ`nın yaratdığı gündəki şəkil və nizamına dönmüşdür. İl on iki aydır; dördü haram aylardır; üçü dalbadal gəlir: Zilkâdə, Zilhiccə, Muharrəm ve Şaban`la Cəmâziləvvəl arasındakı Mudar qəbiləsinin Rəcəb` (Mudar qəbiləsi Rəcəb ayına çox hörmət etdikləri üçün belə deyilmişdir) (ət-Tac, II, 149).

      Bu aylarda döyüş qadağanı nəshedilmiş (qaldırılmış)dır. "Nəfslərinizə zülm etməyin'' ayəsindəki "zülm" günah işləmək olaraq şərh edilmişdir. Bu səbəbdən bu aylarda günah işləmənini cəzası digər aylara görə daha çoxdur.

6 İbadətə ehtiyacı olan bizik!

Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm) “Dünya axirətin tarlasıdır.” buyurur. Bu dünya tarlasında kim nə əksə Allah ona o cinsdən məhsul verir. İnsanlar bu dünyada imanları ilə saleh əməlləriylə, gözəl əxlaqlarıyla mənəvi çiçəklər əkdikləri kimi, küfrləriylə, üsyanlarıyla, pis əxlaqlarıyla da yenə mənəvi tikanlar əkmiş olurlar. Hər iki növ əkinin də məhsulları axirətdə özünü göstərəcək. Bu məhsulların qazancı da, zərəri də insanlar üçündür.

Bir söhbətdə belə bir nümunə verilmişdi: 
Bütün insanlar gözlərini açsa və gündüz nemətindən faydalansalar günəşin işığında bir artma olmayacağı kimi, bütün insanlar günəşə göz bağlasalar onun işığında bir azalma da olmaz. 

Bu nümunə, Bədiüzzamannın “İslamiyyət günəş kimidir, üfləməklə sönməz. Gündüz kimidir, göz yummaqla gecə olmaz.” sözlərinin şərhi edilərkən deyilmişdi. 

İman, irfan, ibadət, təqva, gözəl əxlaq da elə deyilmi? Onlara qovuşan kəslər bir şərəf qazanarlar, üstün insan olarlar. Bütün insanlar bunlardan məhrum olaraq yaşasalar bu mənəvi dəyərlər əsl qiymətlərindən heç bir şey itirməzlər. 

Bir elm sahəsini bütün insanlar təqdir etsə, yaxud inkar etsələr, o elmin əsl dəyərində nə bir artma olar, nə də azalma. 

İnsan elmə möhtacdır; elmin isə insana ehtiyacı yoxdur. Hər kəs cahil də qalsa elmin üstün mərtəbəsində bir dəyişmə olmaz; onun aydınlığı cəhalətin qaranlığından daim üstündür. Elm öyrənən adam beləcə bir mərtəbə qazanar. Bu, əvvəlcə ruh və ürək dairəsində həyata keçər.

Alim insan, üstün insan olar. 

“Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?” (Zumər,9)

 Ayədə bu gerçək dəqiq şəkildə verilir. 
Elimli olmanın dünya işlərində də faydası var. Bir mövzuda məlumatı və ixtisası olan adam layiq olduğu mövqeyə gətirilər; digər insanlardan daha çox maaş ala bilər. 
İbadət də bir yönüylə elm kimidir. İbadətə qul möhtacdır. İbadət edilsin və ya edilməsin onun dəyəri nə isə odur. Bunda bir artma və ya azalma düşünülə bilməz. 
İbadətin bir mənası itaət deməkdir, başqa bir mənası isə şükür. 

İbadət insanın yaradılış gərəyidir və ibadəti əmr edən ayələr bir cəhətdən “insan fitrətinə uymağa” bir dəvətdir. 
Gözün yaradılışında görmə vardır, ona görmənin əmr edilməsi necədirsə, insana ibadətin əmr edilməsi də onun kimidir. Bu fərqlə ki, bu ikincisində insan iradəsi araya girər. Dünya imtahanının bir gərəyi olaraq, insanoğlu öz fitrətinə uyğun hərəkət edib etməməkdə sərbəst buraxılmışdır. 

İnsan fitrəti ibadəti necə əmr edir? Bu nöqtədə “Nur” risalələrindən bu təsbiti qeyd etmək istəyirəm.
Gözəlliyi sevmək insanın yaradılışında var. Gördüyümüz gözəl bir mənzərəni sevməyimiz üçün ağılımızı yorub, sonra qərar verərək sevməyə başlamamız gərəkməz. Qəlbimiz dərhal sevgi ilə ona meyl edər. 
Mükəmməl bir əsərə heyranlıq duymaq da belədir. O da yaradılışın bir gərəyidir. Əsəri kimin düzəltdiyini soruşmadan əvvəl ona heyran olur, daha sonra sənətkarı haqqında məlumat əldə edirik. 

Edilən bir ikrama, bir insana qarşı təşəkkür etmək, minnət duyğusu bəsləmək də yenə fitrətin bir gərəyidir. 
O halda, bütün sifətləri sonsuz kamalda, bütün isimləri gözəl, bütün işləri nemət və lütflə dolu olan Rəbbimizə ibadət etməmiz yaradılışımızda var. 
Gözün yaradılışında görmə vardır, demişdik. Göz bu vəzifəsini yerinə yetirdikdə dərhal qarşılığını görər; baxdığı əşyanın görünüşü onda təcəlli edər. Dağa baxmışsa onun görünüşünü içinə alar, günəşə baxmışsa günəşə qovuşar.
O halda, ibadət vəzifəsini yerinə yetirən insan da bir şeylər qazanacaq. Bu qazanc Allah kəlamında beləcə nəzərə çatdırılır: 

“Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allah`dan) qorxasınız.” (Bəqərə,21)

Ayənin əvvəlində ibadətin səbəbi, yəni “Nə üçün ibadət edirik?” sualının cavabı belə verilmiş olur: 

“O sizin Rəbbiniz olduğu üçün.”

Qulluq, qulun vəzifəsidir. İnsan, özünü bir damla sudan bugünkü mükəmməl hala gətirən, gözünü görəcək, qulağını eşidəcək, ağzını danışacaq şəkildə tərbiyə edən Rəbbinə şükürlə və ibadətlə mükəlləfdir. 
Ayənin davamında bu fitri vəzifəni yerinə yetirənlərin mükafatı, “təqva mərtəbəsinə nail olmaq” şəklində təyin olunur. Təqva üçə ayrılır:

1) Şirkdən təqva: Allah`a ortaq qoşmaqdan çəkinmək.

2)Masiyətdən təqva: Günahlardan çəkinmək.

3)Masivadan təqva: Allah`dan qeyri hər şeyi qəlbindən uzaq tutmaq. (Sevgisini də qorxusunu da Allah`a xas etmək. Məxluqları ancaq Onun üçün sevmək.) 
Təqva mövzusu Fatihədən sonra gələn Bəqərə surəsinin ikinci ayəsində belə nəzərə çatdırılır:

“Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.”

Bir sonrakı ayədə təqva sahiblərinin sifətləri bu cür sıralanır:

1)Onlar qeybə inanarlar,

2)Namaz qılarlar,

3)Özlərinə verdiyimiz mallardan zəkat verərlər.

Təqva mərtəbəsinə çatmaq, imanın qüvvətlənməsini, namaz və zəkat kimi ibadətlərin daha mükəmməl şəkildə yerinə yetirilməsini nəticə verir. Belə bir mömin, “Allah`ın özündən razı olduğu qul” olma mərtəbəsinə çatar. Razılıq mərtəbəsi isə bütün dərəcələrin üstündədir. 

Bu şərəfə nail olmaq, bir mükafatdır. Amma iş bununla qalmaz. Allah razı olduğu bu qullarını əbədi səadət diyarında, sonsuz nemətlərinə qovuşdurar. 

Təqva sahibləriylə əlaqədar bir başqa ayət-i kərimədə bu bəxtiyar şəxslərin əlamətləri beləcə sıralanır:

1) Onlar bolluqda və darlıqda Allah üçün xərcləyərlər,

2)(Qəzəbləndikləri zaman) qəzəblərini tutarlar və insanları bağışlayarlar.

3) Bir pis əməl işlədiklərində, yaxud nəfslərinə zülm etdiklərində dərhal Allahı xatırlayarlar və günahlarına tövbə edərlər
- İşlədikləri pis əməllərində bilərək israr etməzlər. (Ali İmran, 134-5)

Bütün bunlar kamil möminin xüsusiyyətləridir. Deməli, ibadətin meyvəsi təqva, təqvanın qarşılığı da belə üstün bir mərtəbəyə çatmaqdır. 

Bir qulun təqva ilə mənən yüksəlməsi və ucalması Rəbbini razı edər. Ancaq bu da unudulmamalıdır ki, Allah hər şeydən xəbərdardır və heç bir şeyə ehtiyacı yoxdur. İnsanın bu yüksəlişi özü üçün bir kamaldır, bir mənfəətdir. Allah onun yüksəlməsinə möhtac olmadığı kimi alçalmasından da, (haşa), bir zərər görəcək deyil. Hər iki halda da nəticə qula aiddir; həm zərər, həm də mənfəət onun üçündür. 

“Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir..” (Bəqərə, 286)

Bu nöqtə üzərində bir az dayanmaq lazımdır. Bir hədisi qüdsidə belə buyurulur:

“Mən gizli bir xəzinə idim. Bilinməyə məhəbbət etdim (bilinmək istədim) və məxluqatı yaratdım. “(Acluni, II,132)

Allah vardı və heç bir şey yox idi. Allah`ın bir adı Saməd, yəni hər şey Ona möhtacdır. O isə heç bir şeyə möhtac deyil. 

Bu gün gördüyümüz hər şey, ulduzundan günəşinə, dağından dənizinə qədər hamısı yoxluqda idilər. Onları Allah var etdi və Allah onların var olmalarına möhtac deyil.

Daha sonra canlıları yaratdı. Onlara göz verdi, qulaq verdi və Allah onların görmələrinə və eşitmələrinə möhtac deyil. 

Sonra insanları yaratdı, onlara ağıl verdi, qəlb verdi. Bu varlıq aləmindəki möcüzələri düşünmə və onları yaradana iman etmə qabiliyyəti lütf etdi. Allah ağılın anlamasına da qəlbin inanmasına da möhtac deyil. 

Qısacası, Allah yaratdığı məxluqların nə özlərinə, nə də etdikləri işlərə möhtac deyil. Çünki, onları da, işlərini də yaradan Odur.

Mövzunu bəzi nümunələrlə bir az daha açıqlayaq:
Günəşi və işığı da O yaratmışdır. O halda Allah nə günəşə möhtacdır, nə də onun işıq verməsinə. 
Ağacı və meyvəni də O yaratmışdır. O halda Allah nə ağaca möhtacdır, nə də onun meyvəsinə. 
Mədəni, ondakı həzm fəaliyyətini də O yaratmışdır. O halda, Allah nə mədəyə möhtacdır, nə də onun həzm etməsinə.

Maddə aləmindəki bu üç nümunəni ruh və məna iqliminə də daşıya bilərik. 

Ağılı Allah yaratmış, anlamağı da o yaratmışdır. O halda Allah nə ağılın varlığına möhtacdır, nə də onun anlamasına.

Qəlbi Allah yaratmış, ondakı inanma qabiliyyətini də O yaratmışdır. O halda Allah nə ürəyin varlığına möhtacdır, nə də onun inanmasına.
Allah`ın kamalı sonsuzdur. Sonsuz üçün nə artım düşünülə bilər, nə də azalma. Bütün insanlar kamil möminlər olsalar Allah`ın kamalında bir artma olmayacağı kimi, bütün insanlar Firon olsalar Onun kamalında bir azalma düşünülə bilməz. 

Qazanan da insandır, itirən də. Allah haqqında bu sözlər deyilə bilməz. 

Düşünmə və iman etmə insan ruhunun ən böyük ehtiyaclarıdır. İnsan bunlarla gerçək insan olur və kamalını tapır. Əks halda bitkilər və heyvanlarla ortaq bir həyat sürür. O böyük sərmayəsini bu kiçik işlərə xərcləməklə nəfsinə zülm edir, zərər edir, kiçilir və Qur`an`ın ifadəsiylə “heyvan kimi, hətta ondan daha aşağı” bir dərəcəyə enir. 
Allah onun bu tənəzzülündən bir zərər görmədiyi kimi, onun yüksəlişinə də möhtac deyil; hər ikisi də qulun özü üçündür.

7 Yemək ədəbi və Peyğəmbər əfəndimizin sünnələri.

Yeməyə duz ilə başlayıb duz ilə bitirmək yemək ədəbindəndir.

 

 

Peyğəmbər əfəndimizin sünnələri.

 

Sünnənin tərifinə bir baxaq. Peyğəmbərimizin etdiyi, danışdığı, hal və hərəkətlərinin hamısına sünnə deyirik. Elə isə həyatı boyunca etdiyi hər şeyə sünnə deyə bilərik. Fiqh kitablarında keçən sünnə sözü isə, daha çox "etsək savabı var, etməzsək günahı yox" mənasını verir. Məsələn, yeməyi sağ əllə yemək, dişləri təmizləmək, ayaqda yemək yeməmək kimi. Ancaq sünnə sözünü geniş mənasıyla ələ aldığımızda Peyğəmbərimizin etdiyi hər şeyi əhatə edər. Bu vəziyyətdə, Allahın istəkləri və qadağanları da sünnənin içində iştirak edər. Məsələn, Peyğəmbərimiz namaz qılmışmı? Bəli. Elə isə namaz qılmaqda bir sünnədir. Bu halda sünnəni hissələrə ayırmaq lazım olacaq.

 

Fərz olanları: Allahın mütləq etməmizi və ya tərk etməmizi istədiyi hər şeydir. Allahın əmr və qadağanlarını ən yaxşı şəkildə tətbiq edib nümunə olan Peyğəmbərimizdir. Biz də ona uyğun gəlmək surətiylə ən üst səviyyədə Peyğəmbərimizə uyğun gəlmiş olarıq. Namaz qılmaq , Oruc tutmaq, Zina etməmək, haram yeməmək kimi.

 

Vacib olanlar: Dinimizin vacibləri. Məsələn gecə namazını 3 rükət olaraq qılmaq vacibdir.

Nafilə olanlar: İbadətləri edərkən fərz və vaciblərin xaricindəki etdiyimiz şeylərdir. Məsələn namaz qılarkən Qurandan bəzi surələri oxumaq fərz, amma subhaneke duasını oxumaq nafilədir.

Ədəb olanlar: Bunlara da ədəb deyirik. Yemək yeyərkən, yatarkən, məscidə, tualetə girib çıxarkən (vs.) gündəlik işlərimizi edərkən Peyğəmbərimizə baxsaq o işi ədəbinə uyğun etmiş olarıq.

Demək ki Sünnəni fərz, vacib, nafilə və ədəb deyə ayıra bilərik. Sünnənin ən yüksəyi və ən fəzilətlisi bu sıraya görədir. Bunu bir insanın bədəni kimi düşünə bilərik. İnsanın yaşaması üçün lazımlı orqanları vardır. Beyin, ürək, baş və sairə. İman etməmiz lazım olan əsaslarda ruhumuzun beyni ürəyi kimidir. Bədənimizin gözü, qulağı, əli, ayağı və sairə duyğu orqanları vardır. Fərzlər də bunun kimidir. Ruhumuzun gözü, qulağı, əli, ayağıdır. Fərzləri etməyən əlsiz, ayaqsız, gözsüz, qulaqsız bir insan kimi əskikdir. Bədənimiz də bir də barmaq, qaş, saç kimi gözəlliklər və bəzəklər vardır. Bunlar olmasa da yaşayarıq. Amma olduğu zaman daha mükəmməl insan olarıq. Bunun kimi sünnənin nafilə və ədəb qisimləri də ruhumuzun bəzəyi və gözəlliyidir. Etsək çox savabı var, etməsək günahı yox. Yekunlaşdırsaq, fərz və vacib qisimlər mütləq edilməsi lazım olan sünnələrdir. Nafilə və ədəb qisimlər isə etsək çox savabı var. Haramların vəziyyətini soruşsan o da bədəninizi aids, zəhər və alov kimi öldürücü şeylərdən qoruduğumuz kimi ruhumuzu da öldürücü və zəhərləyici haramlardan qorumamız lazımdır.

8 Keziban adının mənası tam olaraq nədir?

Qızlarımıza verilən Kezban adı vardır ki, zənn edərik səhv başa düşülən adlardan biri də budur. Kezbanı həmişə yalançı mənasına anlayanlar, Qurandakı (tükezziban) ilə qarışdırmışlar.

 

Çox kəslər Farscadakı (ev xanımı) mənasını verən (Kedban)dan alınma Kezbanı, Ərəbcədəki 'yalanlayan' mənasını verən tükezzibandan alınma sanaraq bu addan həmişə ürkmüşlər. Halbuki "keziban" adı "ev xanımı" mənasını verməkdədir. Bu adın qoyulması caizdir, dəyişdirməyə də ehtiyac yoxdur.

9 Etdiyim ibadətləri başqalarına söyləmək caizdir?

Bir ibadətin, başqa zamanlarda edilmədiyi halda, sırf başqasına nümayiş olsun deyə Allah rizasından uzaq, mənfəət üçün edilməsinə riya deyilir. İbadətlərini Allah rizası üçün edən adam riyaya girməz. Çünki dünyəvi bir mənfəət üçün etməməkdədir.

Əsrimizdə sünnələr unudulmağa başladığı üçün, bunların açıqdan edilməsi gizli edilməsindən daha xeyirlidir. Çünki bu ibadətlər unudulmağa başlamışdır. Bu cür unudulmağa başlayan sünnələri Müsəlmanlar arasında yaymaq üçün açıqdan edilməsində bir qorxu yoxdur.

Hər insan vicdani olaraq etdiyi ibadətə riya qarışdırıb qarışdırmadığını bilər. Tək bu mövzuda çox vəsvəsə etməmək lazımdır. Çünki şeytan insanı ibadətdən uzaqlaşdırmaq üçün vəsvəsə verərək etdiyi ibadətin riya olduğunu təlqin edər. Şeytanın vəsvəsəsinə qapılmamaq lazımdır. Yeri və zamanı gəldiyində bir ibadəti etdiyini ifadə etmək riyaya girməz. Məsələn, "Namaz qılır sanmı?" kimi bir suala qarşılıq etdiyimizi ifadə etmək riya deyil.

Riyanın hər növü əxlaqsızlıq olduğu halda, ibadətlərdə riyakar olmaq çox daha böyük bir əxlaqsızlıqdır. Rəsulullah Əfəndimiz (s.ə.v.);

"Şübhəsiz ki, sizin üçün ən çox qorxduğum şey, kiçik şirk, yəni riyadır. "(Tirmizi, Hüdud, 24)

buyurmuşdur. İbadət, Allah üçün edilər. Allahın razılığı xaricində bir məqsəd; nümayiş olaraq ibadət etmək, Allah rizasını ortadan qaldırar. Nümayiş üçün və bir mənfəət düşüncəsiylə Quran oxumaq, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, həccə getmək, sədəqə vermək, ibadətləri boşa çıxarar. Allah Təala belə buyurmuşdur:

"Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz."(Bəqərə, 264)

Bu halda, Allahın əmrini və razılığını düşünərək deyil də, dindar görünmək üçün ibadət etmək, alim və məlumatlı desinlər deyə elmlə məşğul olmaq, comərd tanınmaq üçün zəkat və sədəqə vermək, riyadır. Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:

"Hər kim bilinsin deyə bir iş işlərsə, Allah onun qiymətsizliyini eşitdirər. Hər kim nümayiş olsun deyə bir iş etsə, Allah da onun nümayiş etməsini və dəyərsizliyini ortaya çıxarar." (Müslim, Zühd, 38);

"Şübhəsiz riya şirkdir." (İbn Macə, Fiten, 16).

Dünyəvi mənfəət söz mövzusu olunca əməllər boşa çıxar. Yenə Rasulüllah (s.ə.s) belə buyurar:

"Nümayiş üçün oruc tutan, namaz qılan, sədəqə verən kimsə Allaha şirk qoşmuşdur." (ət-Tergib ver-Terhib, I, 32).

 

Hədisi Qüdsidə də Cənabı Allah belə buyurar:

"Mən ortaqların ortaqlığından ən müstağni olanıyam. Hər kim bir iş edər də, onda, məndən başqasını ortaq etsə onu da, o ortaqlığını da tərk edərəm." (Müslim, Zühd, 46).

 

Riya çox dəyişik şəkillərdə edilməklə birlikdə, bunlarda ortaq xüsusiyyət, dindarlıq və ya dürüstlük görünüşü altında, insanlar arasında çıxar təmin etmək, şan və şöhrətə çatmaq arzusudur. Sevmədikləri kəsləri sevirmiş kimi görünən, onlara yağ çəkən, tərifləyən və beləcə mənfəət təmin etməyə çalışan riyakarlara da bol bol rast gəlinər.

 

Allaha və insanlara qarşı səmimi davranaraq riyadan uzaq dayanmaq mümkün olduğu qədər ibadətləri gizli etmək, Allah rizasını insanların tərifi, istəyi, tənqidi, qorxusu və çıxar düşüncəsinə seçmək, Müsəlmanın prinsiplərindəndir.

10 Misvak necə istifadə edilər, bu mövzuda məlumat verərsiniz?

Misvak istifadə edərkən ölçü, misvağın boyunun əllə tutulan qisimdən etibarən çənə uzunluğu qədər bir uzunluğa sahib olmasıdır. Yəni tutulan qisimin xaricində qalan hissə ağıza girməlidir. Buna görə qısa misvakların istifadə edilməsi təmizlik baxımından uyğun deyil.

 

Ayrıca misvağı tozun, pisliyin olmayacağı bir yerdə daşımaq, hətta mümkünsə xüsusi neylon paket içində daşımaq səhhət üçün daha uyğundur. Ayrıca ağıza alınan qisiminə çirkli əllə toxunmamaq, misvakla ağzı təmizlədikdən sonra uc qismini su ilə təmizləyib, üzərində ağız artıqlarını buraxmamaq ən gözəlidir.

11 Nə üçün ibadət edirik?
12 Təyəmmüm almaq.

Olmaz, təyəmmüm almağın şərtləri vardır və bu şərt orda yoxdur. Məcburən qüsl alıb namazı qəza etməlidir.

13 Namaz qılmayan insan müsəlman ola bilərmi?

Mövzu başqa səhifəyə köçürülmüşdür...

 

http://www.suallarlaislam.com/index.php?s=show_qna&id=135

14 Zariyat surəsi 56-cı ayə (3)

  Möhtərəm müsəlmanlar! Uca Rəbbimiz belə buyurur:

 “Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat,56) 

  Demək ki, cinlər kimi bizlər də yalnız ibadət etmək üçün yaradılmışıq. Bəs ibadət sadəcə namaz, oruc, həcc, zəkat və sairdənmi ibarətdir. Xeyir. İbadət sözü geniş mənadadır. Məsələn: Doğru söyləmək, əmanəti əhlinə təslim etmək, ata-anaya yaxşılıq etmək, qohum əqrabanı, dost tanışları ziyarət etmək, müqaviləni pozmamaq, yaxşılığı əmr etmək və pisliklərdən çəkindirmək, qonşuya, yetimə, kasıba yaxşılıq etmək ibadətdir. Dua, zikr, Quran oxumaq ibadətdir. Allah və Rəsulunu sevmək, Allaha tövbə etmək ibadətdir. Allahın hökmlərinə, qədərə səbr etmək, nemətlərinə şükr etmək, bağışlamasını ümid etmək və əzabından qorxmaq, bütün bunların hamısı ibadətdir. 
   Uzun tarixlər boyunca müsəlmanların başına gələnlər və bu gün bizim başımızda olan bir çox müsibət, sadəcə ibadət anlayışındakı azma səbəbinə görədir. Çünki bir çoxusu ibadətin sadəcə namaz, oruc, həcc, zəkat kimi şeylərdən ibarət olduğunu fikirləşir. Ona görə də ibadət edərkən, başqa saleh əməlləri tərk edər. Saleh bir əməl edərkən də ibadəti tərk edər. Belələri bəzən “özəl həyatımıza, qadının geyiminə, faizlə alış-verişə din niyə qarışmalıdır ki?” deyər. İslamın bütün bəşəriyyətə Allah tərəfindən göndərilmiş bir həyat tərzi olduğunu unudar və dini sadəcə məscidin divarları arasında olduğunu zənn edər. Buna görə də, namaz qılan, oruc tutan və Quran oxuyan bir müsəlmanın saxtakarlıq etməkdən, faizlə alverdən və ya zülm etməkdən uzaq durmadığını, namaz qılan, oruc tutan bir çox kişi və qadının şəriətə müxalifət etdiyinin də şahidi oluruq. 
    Əziz Müsəlmanlar! Yaşamaq üçün lazım olan əməllər, saleh niyyətlə böyüyür və ibadət oluncaya qədər yüksəlir. Eyni şəkildə mübahlar da əməl dəftərinə ibadət olaraq yazılır. Əkinçi tarlasında, fəhlə fabrikində, tacir dükanında, məmur iş yerində, həkim xəstəxanada, müəllim məktəbdə və ya hər hansı bir işin sahibi öz işini, ibadət halına gətirə bilər. Əgər iş ibadət olarsa, o zaman əkinçi də, fəhlə də, tacir də və ya hər hansı bir iş sahibi işinə məsuliyyətlə yanaşar, xəyanət etməz. Bu zaman həm də keyfiyyətli iş və xalqa xidmət ortaya çıxmış olar. Usta “Əşi bas getsin, onsuz da öz evimiz və ya maşınımız, qapı-pəncərəmiz, telefonomuz deyil ki” deməz! Müəllim dərsinə gecikməz, dərsə zəngdən neçə dəqiqə sonra girib, dərsdən də zəngdən neçə dəqiqə əvvəl çıxmaz. Dərsdə şagirdlərə və ya tələbələrə faydalı olmağa çalışar, onların qızıl kimi vaxtını lağ-lağa ilə israf etməz. Yoxsa aldıqları maaşın bir hissəsi haram olar və axirətdə hesaba çəkilərlər. İçimizdə belələri varsa qazanclarının bir hissəsini sədəqə versinlər ki, haram yemiş olmasınlar. 
   Bu ibadətin geniş mənasıdır. Bu cür saleh niyyət müsəlmanı xeyir və rəhmət, fayda və bərəkət fışqıran bir bulaq halına gətirər. Müsəlmanın Allaha ibadət, xalqa və millətə xidmət üçün əzmini artırar. Gözü yaşlı olanların gözünü silər, sıxıntıda olanın sıxıntısını azaldar, fəlakətə düçar olanın yarasını sarıyar, ac olanın qarnını doydurar, zülmə məruz qalanı müdafiə edər, üzr istəyənin xətasını əfv edər, ağır bir borc altında olanın borcunu ödəyər, yolunu azana yol göstərər, bilməyənə öyrədər, yoldan əziyyət verən şeyləri qaldırar, daima insanlara yaxşılığı əmr edər və pisliklərdən çəkindirər və o bunların hamısını ibadət duyğusu içində, Rəbbinin razılığını, cənnətini qazanmaq üçün edər. 
    Əziz Möminlər! Hər gün ümmətin, xalqın, millətin binasına sağlam bir kərpic qoya bilərsiniz. İbadət və yaxşılıq xananıza sizə adi və tərəzidə yüngül görünən, amma, axirət tərəzisində ağırlığı və dəyəri olan əməllər əlavə edə bilərsiniz. Allah Rəsulu s.a.v: “Sizə (nafilə) orucun, namazın və sədəqənin dərəcəsindən daha üstün bir əməl bildirimmi? demiş, səhabələr də bəli ey Allahın Rəsulu demişdilər. Allah Rəsulu “İki adamın arasını düzəltməkdir. İki adamın arasını vurmaq isə (dini) kökündən qazıyar” buyururmuşdur. (Əbu Davud)
   Başqa bir hədisdə: “Kim Allah üçün bir xəstəni və ya qardaşını ziyarət edərsə, bir carçı ona belə sözləyər: Sən də, yürüyüşün də qəbul oldu və cənnətdə özünə bir yer hazırladın” (Tirmizi). 
   Muslim səhihində Əbu Hureyrə (r.a) Allah Rəsulunun belə dediyini rivayət etmişdir. “Bir adam yolda gedərkən tikanlı bir budaq gördü və onu alıb yoldan kənara atdı. Etdiyinin əvəzi olaraq Allah onu bağışladı” 
   Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun. İbadəti pozan və savabını yox edən şeylərdən çəkinin. Bunlardan birisi də Allaha şirk qoşmaqdır. Riya və göstərişdir. Rabbimiz belə buyurur: “Əgər onlar Allaha şirk qoşsaydılar, etdikləri əməlləri boşa gedərdi”. (Muslim)
   İnsanlara zülm etmək, canlarına, mallarına, və namuslarına təcavüz etmək də, savabları boşa çıxaran əməllərdəndir. 4 şahid olmadığı halda bir adama zinakar demək də belədir. Uca Allah Kitabında bir kəsə zinakar demək üçün 4 şahidin gətirilməsini istəyir. Kamerada görmək, kimlərinsə deməsi, onları yan-yana çılpaq yatdıqlarını görmək belə keçərli deyildir. 4 şahidin dördünün də eyni anda, hadisəni gözləri ilə görmələri şərtdir. Uca Allah bunu belə çətin şərtlərə bağlamışdır ki, möminlər görmədikləri bir şeyi ətrafa yaymasınlar. Allah şübhəsiz bunun hesabını axirətdə mütləq soruşqcaqdır. Çünki, Quranda heç bir hökm boş-boşuna endirilməmişdir.Bir kəsə zinakar deyib 4 şahid gətirə bilməyənlərin cəzasını Uca Allah belə bildirir:

“İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt (əbədiyyən) qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir. Bundan sonra tövbə edib özlərini islah edənlər istisnadır. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir! (Nur, 3-4)

Rasulullah s.a.v belə buyurmuşdur: “Ümmətimdən iflas edən kimsə odur ki, qiyamət günündə namazla, orucla, zəkatla gələcək. Haqsız yerə birinə söymüş, birinə iftira etmiş, birinin haqqını yemiş, birinin qanını tökmüş, bir digərini isə döymüşdür. Bu adamın savablarından alınıb onlara verilir. Savabları qurtarar, ancaq yenə üzərində haqlar qalarsa, onların günahlarından alınıb buna yüklənir. Sonra da cəhənnəmə atılır”(Muslim) 

  Başqa bir hədisdə “İnsan, heç bir problem görməyərək Allahı qəzəbləndirən bir söz söyləyər və bu söz səbəbi ilə cəhənnəm atəşində 70 illik bir məsafəyə aşağı enər” (İbn Macə)

  İbadəti pozan və savabını yox edən şeylərdən birisi də Uca Allahın yerinə höküm verməkdir. Allah Rasulu belə buyurmuşdur: “Bir adam belə deyər: Allaha and olsun ki, Allah flankəsi bağışlamaz. Allah t. belə buyurar: Flankəsi bağışlamayacağam deyə mənim adıma and içən kimdir? Şübhəsiz mən flanı bağışladım və sənin əməlini boşa çıxardım” deyər.(Muslim) 
   Ey Möminlər! Bütün bədən üzvlərinizlə Allaha qulluq edin. Allah üçün baxın, Allah üçün qulaq asın. Dilinizi daim zikirlə və Allahın sevdiyi gözəl sözlərlə məşğul edin. Yalan şahidlikdən, başqasını ayıblamaqdan və qeybətdən uzaq durun. Yaxşılığı əmr etmək, pisliklərdən çəkindirmək və insanların arasını barışdırmaq kimi gözəl əməllər edin. Əllərinizi və ayaqlarınızı Allahın razılığını qazandıracaq işlərdə istifadə edin. Çünki Yasin surəsində Uca Allah buyurmuşdur ki, “Onların elədiklərinə ayaqları şahidçilik edəcək” (Yasin 65) Ayaqlarınızla, cümə və camaat namazına, halal ruzi qazanma dalınca gedin. Qiyamətdə ayaqlarınız məscidə namaz üçün getdiyinizə və digər saleh əməllər üçün yeridiyinizə şəhadət versin. Günah iş üçün yürüyən ayağınızı sındırın və bu ayəni tez-tez təkrarlayın De:

”Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” 

15 Nə üçün tam mənasıyla ibadət edə bilmirəm, Allaha xalis bir qul ola bilmirəm? Mən dini sağlam, inancları qüvvətli bir müsəlman olmaq istəyirəm. Bunu əldə etmək üçün nə etməliyəm? Nəfslə cihad ...

     Çox elm sahibi olmaq demək çox iman sahibi olmaq mənasına gəlməz. Namaz qılına qılına vərdiş halına gətirilir namaz haqqında çox kitab oxuyaraq deyil. Oxuma yazması olmayan nənələrimiz heç təhəccüd namazını qaçırmaz, amma namaz mövzusunda hər cür kitabı oxumuş olan bizlər nə üçünsə heç təhəccüd namazı qıla bilmirik. Bu vəziyyətdə israrla pratikanı tətbiq etmək çox  əhəmiyyətlidir.

     İnsan həyatının ən ön sırasına dini qoymalıdır. Dinimizi dünyaya deyil, dünyanı dinimizə uydurmalıyıq. Bunu bacardığımız  zaman özümüzü daha asan mühafizə edə bilərik. Diqqət edəcəyimiz çox əhəmiyyətli xüsuslardan biri, günahlardır. İnsan günaha girdikcə namazdan ibadətlərdən sıxılır, ibadət  etmək onu sıxmağa başlayır. Bir insan ibadətlərini tam olaraq yerinə yetirmirsə demək ki, onu ibadətdən məhrum buraxan bir günah vardır. Günahlar iman zəifliyinə səbəb olur; təqva ilə   (günahlardan çəkinməklə) iman qüvvət tapır. Hər şeydən əvvəl  həyatımızı gözdən keçirib haralarda səhv edirik, bizi ibadətlərdən saxlayacaq hansı günahlarımız var, bunları təsbit edib tövbəvə istiğfarla örtməyəçalışmalıyıq.

    Digər bir xüsus ətrafımızdır. İnsan ətraf mühitini, dini həyatını nəzarət altına ala biləcək şəkildətəkil etməlidir. Ətrafında  mənəviyyatı yüksək insanların çoxluğu ona mənəvi qüvvəolacaqdır. Mənəviyyatdan uzaq insanların çoxluğu isəonu zamanla ibadətlərdən soyudacaqdır. Bu mövzu çox əhəmiyyətlidir. Təqva sahibi insanlar insanın imanına qüvvət verərkən, günahkar  insanlar da insanın imanını zəifləşdirir. Bu gizli bir təlqin kimidir.

    Bir başqa xüsus isə, ibadətlərin yanında təbliği unutmamaqdır. İnsanın vəzifəsi iki istiqamətlidir. Biri vəlayətədigəri risalətəbaxır.Vəlayət insanın ibadətləri vətəqvasıdır. Risalət isətəbliğə baxır. Birindən birinin əskikliyi digərini dəgeri salır. Həm Allaha qul olmalı, həm də insanları şüurlu qulluğa dəvət etməlidir. Beləcə başqalarını qurtarmağa çalışarkən özümüzü də qurtarmış olacağıq.

    Ən əhəmiyyətli xüsus isə, iman qüvvətinin artırılmasıdır. Hər cür əksikliyin qaynağı iman zəifliyidir. Zamanımızın ən böyük xəstəliyi iman zəifliyidir. Təəssüf ki, ətrafımızda açıq-aşkar işlənən günahlar, mənəvi dünyamız üzərindəçox böyük təsirlər buraxır.  Fərqində olmadan imansızlıq təlqininə məruz qalmaqdayıq.

    "Hər işlənən günahda küfrə gedən bir yol vardır." Günah işləyən insana Allahın vəmələklərin onu görməsi ağır gəlir. Müvəqqəti də olsa Allahın varlığını mələklərin varlığını yox sayır. Bu hal davam etdikcə küfr toxumu cücərir, kök salır. Bu hal çox təhlükəlidir, tövbə ilə tez örtülməzsə, insanı küfrə aparana qədər ürəyini qaraldır. Açıqdan günah işləyən insan özünə zərər verdiyi kimi ətrafına də zərər verir. Sərbəst və sıxılmadan işlənən günahlarla ətrafına imansızlıq təlqini edir.

     İnsanlar bu təlqinə gün boyunca çox məruz qalırlar. Bu təlqinin zərərlərindən xilas olmaq üçün eyni şəkildə iman təlqini ilə qarşılıq vermək lazımdır. İmanı qüvvətləndirən əsərləri çoxlu oxumaq və ətrafımızdakı insanlara təbliğ etməklə  özümüzü, ətraf mühitin zərərli təlqinlərindən qorumaqla birlikdə ətrafımıza iman təlqini etmiş olarıq. Allah cümləmizə təqva üzərinə səbr qüvvəti nəsib etsin.

 

16 Ərəfə günü 1000 ixlas oxumaq

İxlas surəsini fərqli sayda oxumağın fəzilətlərinə dair hədislər olduğu (1) kimi, 1000 dəfə oxumağın fəziləti əlaqəli rəvayətlər də vardır:

"Kim min dəfə 'Qulhuvallahu Əhəd' surəsini oxuyarsa, öz nəfsini Allahdan satın almış olar."(2)

"Kim Ərəfə günündə min dəfə 'Qulhuvallahu Əhəd' surəsini oxuyarsa, Allah Təala ona istədiyini verəcəkdir."(3)

Bu səbəblə ərəfə günü min dəfə İxlas surəsini oxumaq, sələfi-salehindən gələn bir adət olmuşdur. Bədiüzzaman Həzrətləri də

"Ərəfə günündə bəyənilən bir İslami adətə görə İxlas surəsini yüz dəfə təkrar edərək oxuyub .." (4) demək surətiylə bu ənənəyə işarə etmişdir. Bu ədədin min olduğunu da bu sözlərlə ifadə etmişdir:

"Bizim məmləkətdə qədimdə ərəfə günündə min İxlası-Şərif oxuyardıq."(5)

Rəqəm verilərək bəzi zikrlərin təkrar edilməsi barəsində bir çox hədis vardır. Məsələn;

Hz. Aişə deyir: Hz. Peyğəmbər (ə.s.v) gecə təhəccüd namazı üçün qalxarkən, əvvəl on dəfə təkbir (Allahu əkbər), on dəfə təhmid (Əlhəmdulilləh), on dəfə təsbih (Subhənallah), on dəfə təhlil (ləiləhə illəllah) və on dəfə istiğfar çəkərək başlayardı. Ardından on dəfə "Allahım! Məni bağışla, məni doğru yolda sabit et və mənə ruzi ver. "(məalındakı) duanı oxuyardı. Sonra da "Allahım! Hesab günündə çətinliyə düşməkdən Sənə sığınıram. "(məalındakı) duanı oxuyardı."(6)

"Kim mənə bir dəfə salavat gətirərsə, Allah ona on həsənə / savab verər."Digər bir rəvayətdə; Abdullah ibni Əmr ibni As demişdir ki; "Kim Allahın Rəsuluna bir dəfə salavat gətirərsə, Allah və mələkləri ona yetmiş dəfə salat edərlər (Allah rəhmət edər, mələklər də onun üçün istiğfar və dua edərlər)." (7)

Bundan başqa -şəfa üçün- Fatihə surəsinin yeddi dəfə oxunması, təsbihlərin otuz üç dəfə oxunması kimi daha bir çox səhih hədislərdə müəyyən ədədlər verilərək zikrlərin edilməsi istənmişdir.

Haşiyələr:

1) bax. Tirmizi, Fəzaiul-Quran, 11; Müsnəd, 3: 437, 5: 141; Darimi, Fəzailul-Quran, 24; Suyuti, əl-Fəthul-Kəbir, 3/227; Beyhəqi, Şuabul-İman, 2 / 506-508.

2) Suyuti, əl-Fəthul-Kəbir, 3/227; Münavi, Feyzul-Qədir, 6/203 hədis no: 8953.

3) bax. Münavi, Feyzul-Qədir, 6/203 hədisin şərhi.

4) Məktubat, İyirmi AltıncıMəktub, Dördüncü Mebhas,Doqquzuncu Məsələ.

5) Şüalar (13. Şüa-299)

6) Əbu Davud, Əhməd ibni Hənbəl və Təbəraninin rəvayət etdiyi bu hədis səhih olaraq qiymətləndirilmişdir. bax. Məcmauz-Zəvaid, 2/263.

7) Əhməd ibni Hənbəlin bu rəvayətləri səhihdir. bax. Məcmauz-Zəvaid, 10/160.

17 Müsəlmanları namaza dəvət üçün azanın təsbiti necə olmuşdur, azanın şəklini kim təyin etmişdir?

Və aleykum Salam .

Hicrətin 1-ci ili. Milâdî  622.

    Məkkə`də ikən Müsəlmanlar ibadətlərini gizlicə edir, namazlarını kimsənin görə bilməyəcəyi yerlərdə qılırdılar. Bu səbəbdən orada namaza açıqdan dəvət etmək kimi bir məsələ söz mövzusu ola bilməzdi.

    Ancaq, Mədinə`də mənzərə tamamiylə dəyişmişdi. Dinî sərbəstlik vardı. Müsəlmanlar rahatlıqla ibadətlərini yerinə yetirirdilər. Din və vicdanları təzyiq altında deyildi. Müşriklərin zülm, əziyyət və təhqirləri də mövzu bəhs deyildi.

    Məscid-i Nəbəvî tikilmişdi. Lakin, Müsəlmanları namaz vaxtlarında bir yerə toplayacaq bir dəvət şəkli hələ təsbit edilməmişdi. Müsəlmanlar gəlib vaxtın girməsini gözləyir, vaxt girincə namazlarını ədâ edirdilər.(Sîre,2/154; Buxarî, 1/114 )

    Rəsûl-i Əkrəm aləyhissalâtu vəssəlâm bir gün Ashab-ı Kirâmı yığaraq onlarla necə bir dəvət şəkli təsbit etmələri lazım olduğu barəsində müşavirə etdi. Səhabələrin bəziləri, Xristianlarda olduğu kimi zəng çalınmasını, digər bir qisimi Yəhudilər kimi boru çalaq, bir qisimi də Məcûsilərinki kimi namaz vaxtlarında atəş yandırılıb, yüksək bir yerə aparılmasını təklif etdi. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm, bu təkliflərin heç birini bəyənmədi.(Buxarî, 2/3; Əbû Davud, 1/134)

O sırada Hz. Ömər radıyallahu anh söz aldı:

"Yâ Rəsulullah! Xalqı namaza çağırmaq üçün niyə bir adam göndərmirsiniz?" deyə soruşdu.

Rəsûl-i  Əkrəm o anda Hz. Ömər`in təklifini uyğun gördü və Hz. Bilâl'a, "Qalx yâ Bîlâl, namaz üçün səslən" deyə əmr etdi.

İbn Ömər radıyallahu anh rəvayət edir ki, müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra (əvvəl-əvvəl) namaz vaxtını təqribi hesablayıb bir yerə toplaşardılar. Çünki o vaxt heç kəs (camaatı) namaza çağırmırdı. Bir gün müsəlmanlar bu haqda söhbət açdılar və onların bəzisi dedi: “Xristianlar kimi zəng çalın.” Bəziləridə: “Yox, yəhudilər kimi buynuzabənzər bir alətdən istifadə edin”– dedi. Ömər isə dedi: “Bəlkə bir adam təyin edəsiniz (camaatı) namaza çağırsın?” Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu:“Ey Bilal, qalx, (camaatı) namaza çağır!” (əl-Buxari, 604)

    Bunun üzərinə Hz.Bîlâl radıyallahu anh bir müddət Mədinə küçələrində, "Əssəlâ, Əssəlâ (Buyurun namaza! Buyurun namaza!)" deyə səslənərək Müsəlmanları namaza çağırmağa başladı.(Buxarî, 1/114)

Abdullah İbn Zeyd(radıyallahu anh)`in Yuxusu

Aradan çox da zaman keçmədən Səhabələrdən Abdullah İbn Zeyd bir yuxu gördü. Yuxusunda, bu günkü azân şəkli ona öyrədildi.

Həzrət-i Abdullah səhər açılar-açılmaz ,sevinc içində gəlib yuxusunu Peyğəmbər Əfəndimiz (aləhissalâtu vəsəâm)`ə anlatdı. Rəsûl-i Əkrəm, "İnşallah bu gerçək bir yuxudur" buyuraraq dəvətin bu şəklini təsdiq etdi. (Sîrə, 2/155; Müsnəd, 4/43)

Hz. Abdullah(radıyallahu anh), Rəsûl-i Əkrəmin əmriylə azan şəklini Hz. Bilâl'a öyrətdi. Hz.Bilâl, yüksək və gur sədasıyla Mədinə üfüqlərini azan səsləriylə çınlatmaya başladı:

"Allahu Əkbər, Allahu Əkbər

Allahu Əkbər, Allahu Əkbər

Əşhədü ən Lâ ilâhə illallah,

Əşhədü ən Lâ ilâhə illallah

Əşhədü ənnə Muhammədən Rasûlullah

Əşhədü ənnə Muhammədən Rasûlullah

Hayyə âlə's-salâh, Hayyə âlə's-salâh

Hayyə âlə'l-fəlâh, Hayyə âlə'l-fəlâh

Allahü Əkbər, Allahü Əkbər

Lâ ilâhə illallah!"

 

Hz. Ömər radıyallahu anh da Eyni Yuxunu Görür

Mədinə üfüqlərinin bu səda ilə çınladığını eşidən Hz. Ömər, həyəcan içində evindən çıxaraq, Rəsûl-i Əkrəmin hüzuruna vardı. Vəziyyəti öyrənincə, "Yâ Rəsûlullah! Səni haqq dinlə göndərən Allah`a and içərəm ki, Abdullah`ın gördüyünün eynisini mən də görmüşdüm" dedi.

Bir az sonra bir neçə adam daha gəldi, eyni yuxunu gördüklərini söylədilər. Peyğəmbərimiz aləyhissalâtu vesselâm  bir neçə adamın eyni şeyi görməsindən ötəri Allah`a həmd etdi. (Sîrə, 2/155; Əbû Davud, 1/117)

İslâmın  nə dərəcə fitrî və təmiz,gözəl bir din olduğunu bu dəvət şəklinin təsbitindən də anlayırıq. Ruhsuz, mənâsız, həyəcansız və dadsız zəng çalmaq, boru ötdürmək və ya od yandırmaq harada? Yer üzündə "tövhid" ülvî həqiqətini elân edən, Rəsûl-i  Əkrəmin Peyğəmbərliyini hayqıran və dolayısilə îmân əsaslarının hamısını xalqa eşitdirən mənâ və kudsiyet dolu "azan" şəkli harada?

"Hüquq-u Şahsiyyə (şəxsi hüquq)" və "hüquq-u umumiyyə (ümumî hüquq)" adıyla iki növü hüquq olduğu kimi, şəriət məsələləri də iki qisimdir. Bir qisimi şəxslərlə əlaqədardır, fərdidir. Digər qisimi ümumiyə baxar, ümûmîdir. Onlara "Şəâir-i İslâmiyyə" təbir edilir.Şəâir-i İslâmiyyənin ən böyüklərindən biri də işdə bu hicrətin birinci ilində məşru(qanuni) edilən və "şahidlikləri dinin təməli" olan azandır. Bədiüzzaman Said Nursi Həzrətlərinin "Şəâir-i İslâmiyyə" ilə əlaqədar çox mühüm izah və qiymətləndirmələri vardır. Məktûbât adlı əsərinin 29. Məktubunda belə açıqlanır:

"Şəriət məsələlərindən bir qisiminə 'Taabbüdî' deyilir; ağılın mühakiməsinə bağlı deyildir; əmrolduğu üçün edilər. İlləti(əsil səbəb) əmrdir.

"Bir qisiminə “Mâkulü'l-Mânâ”* təbir edilər. Yəni; bir hikmət və məsləhət* var ki, o hökmün seçilməsinə səbəb olmuş; lakin səbəb və illət deyil. Çünki; həqiqi illət, əmr və nəhy-i İlâhîdir*. "Şəriətin taabbüdî* qisimi; hikmət və məsləhət onu dəyişdirə bilməz, taabbüdilik cəhəti üstün gəlir,seçilir; ona ilişilməz. Yüz min fayda gəlsə, onu dəyişdirə bilməz. Elə də; 'Şəriətin faydası, tək məlum faydadır' deyilməz və elə bilmək xətâdır. Bəlkə, o məsləhətlər isə, çox hikmətlərdən bir fâydası ola bilər. "İslâmın mühüm bir simvolu olan azânla əlaqədar olaraq da bunlar deyilir: "Məsələn biri desə: 'Azanın hikməti, Müsəlmanları namaza çağırmaqdır, bu halda bir tüfəng atmaq kâfidir.' Halbuki, o divanə bilməz ki, minlər azân məqsədləri içində o bir məqsəddir. Tüfəng səsi, o məsləhəti(gayəni) versə, görəsən nev-i bəşər(insanlıq) adına, yaxud o şəhər əhalisi adına, kainatın yaradılışının böyük nəticəsi və nev-i bəşərin yaradılış nəticəsi olan ilân-ı tevhid* və Rububiyyət-i İlâhiyəyə*  qarşı izhâr-ı ubudiyyete*  vasitə olan azânın yerini necə tutacaq?"

Xülasə: Cəhənnəm lüzûmsuz deyil; çox işlər var ki, bütün qüvvətiylə 'Yaşasın Cəhənnəm' deyər. Cənnət də ucuz deyil; mühüm qiymət istər."


* taabbüdî : sırf əmr olunduğu üçün edilən şeylər, ibadətlər

*Mâkulü'l-Mânâ :hikməti ağılla qavranıla bilər

*məsləhət : fayda, məqsəd

* nehy-i İlâhî : Allahın qadağan etməsi

* rububiyet-i İlâhiye : Allah`ın hər bir varlığa yaradılış məqsədlərinə çatmaları üçün möhtac olduğu şeyləri verməsi, onları tərbiyə edib idarəsi və hakimliyi altında saxlaması

* izhar-ı ubûdiyet : qulluğun göstərilməsi, ifadə edilməsi

* ilân-ı tevhid : hər şeyin bir olan Allah`a aid olduğunu elan etmə

 

Salih Suruç

18 Cümə gününün əməlləri

"Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (Cümə surəsi, 9)

Rasulullah aleyhissalatu vəssələmın qıldırdığı ilk Cümə namazı, Ranuna deyilən yerdə Salim İbn Avf məscidində olmuşdur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Mədinəyə hicrət etdiyində ilk olaraq Quba`da Amr İbn Avfoğullarına qonaq oldu. Orada bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri qalıb, Quba Mescidinin təməlini atdı; Sonra Cümə günü Mədinəyə getmək üçün yola çıxdı. Bənu Salim yurduna gəldikdə Cümə namazı vaxtı girmişdi. Orada xütbə oxuyub ilk dəfə Cümə namazını qıldırdı. Bu, Peyğəmbərin qıldırdığı ilk Cümə namazıdır. Cüməni vacib edən ayə bundan əvvəl nazil olmuşdur. Mədinə xaricində ilk Cümə namazı qılınan yer də Bəhreyndə "Cəvasa" da Abdi Qays Məscididir.

Əbu Hüreyrə radiyallahu anhdan rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu:

"Bizlər, bizdən əvvəl kitab verilənlərə görə ən sonuncuyuq. Qiyamətdə isə ən önə keçəcəyik. Onlar, Allahın onlara fərz qıldığı bu Cümə günündə ixtilafa düşdülər. Allah onu bizə göstərdi. Digər insanlar bu məsələdə bizə tabe olurlar. Ertəsi gün yəhudilərin, daha ertəsi gün isə xristianlarındır." (Buxari, Cümə, 1; Müslim, Cümə hədis no:Müslimin ləfzi az fərqlidir.)

Əbu Hüreyrə (Radiyallahu Anh) rəvayət edir ki, Rasulullah (Sallallahu Aleyhi və Sellem) buyurdu:

"İçərisində günəşin doğduğu ən xeyirli gün Cümə günüdür! Adəm o gündə yaradıldı, o gündə cənnətə qoyuldu, o gündə oradan çıxarıldı və o gündə qiyamət qopacaqdır! O gündə elə bir saat var ki, Müsəlman bir qul, o saata tuş gətirərək Allahdan xeyirli bir şey istəyərsə, Allah onun istəyini verər" (İbnul-Munzir əl-Əvsad 1714, Müslim 854/1717, Əbu Davud 1046, Tirmizi, 491, İbni Hibban 2772, Malik 1/108, 109, Bəğavi 1050, Abdurrəzzaq 5583, Əhməd 10307)

Böyük Fürsət-Cümə Günahların Bağışlanmasına Vəsilədir.

“Kim cümə günü qüsl edib bacardığı qədər hər cür təmizlik edər, saç və saqqalına yağ vurub darayar (saç və saqqalını səliqəyə salar) və ya gözəl ətir vurar, sonra evdən çıxıb məscidə gedər, orada yanaşı oturan iki möminin başı üstündən keçmədən və onları narahat etmədən gözəl şəkildə oturar, daha sonra Allahın (c.c.) buyurduğu qədər namaz qılar və ardınca da xütbəyə başlayan imama diqqətlə qulaq asarsa, həmin adamın o cümə ilə növbəti cümə arasında olan kiçik günahları bağışlanar”. [Buxari, Cümə 6]

Əbu Hüreyrə (radiyallahu anh) nəql edir: Rasulullah (Sallallahu Aleyhi və Səlləm) buyurdu:

"Böyük günahları işləmədikcə beş vaxt namaz və Cümə, digər Cüməyə qədər aralarında işlənən günahlara kəffarədir". (Müslim 233/14, Əbu Avanə 2/20, Tirmizi, 214, İbn Macə, 1086, İbni Huzeymə 314, İbn Hibban 1733, Tayalisi 2470, Beyhaqi 2/467, Bəğavi 345, Əhməd 2/484)

Cümə Günü Həftəlik Bayram Günüdür!

Abdullah ibn Abbas (Radiyallahu Anhuma) rəvayət edir ki, Rasulullah (Sallallahu Aleyhi və Sellem) buyurdu:

"Şübhəsiz ki, bu gün bayramdır! Allah bu günü Müsəlmanlar üçün bayram etmişdir! Cüməyə gələn insanlar yuyunsun! Əgər gözəl qoxusu varsa ondan sürtsün! Misvaka isə, önəm versin !". (İbn Macə, 1098, Tabarani Mucəmus-Sağir 1/1291/269)

Cümə günü qüsul almaq

İbn Ömər radiyallahu anhumdən rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu:

Sizdən kim cümə namazına gedəcəksə, qüsul alsın”. (Buxari, Cümə 2, 5, 12; Müslim, Cümə 1, 2, 4; Tirmizi, Cümə 3; Nəsai, Cümə 7, 25; İbn Mac, İqamt 80)

Əbu Səid əl-Xudri radiyallahu anhdan rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu:

Hər bir həddi-büluğa çatana cümə günü qüsul almaq vacibdir”. (Buxari, Azan 161, Cümə 2, 3, 12; Müslim, Cümə 5, 7; Əbu Davud, Təharət 127; Nəsai, Cümə 2, 6, 8, 11; İbn Macə, İqamt 80)

Mədineyi-Münəvvərə xalqı bir adamı təhqir etmək istədikdə "Cümə günü qüsul dəstəmazı almayandan betərsən"- deyərdi. Qüsul alarkən cümə qüsuluna niyyət edilməlidir.

Məscidə bəzəkli, təmiz və gözəl gəlmək. Bəzənmək, ağ paltar geymək ilə olur. Çünki Allah Təala paltarlar içərisində ən çox ağ olanı sevir. Gözəl qoxular sürtməli. Bunları məscidə və namaza təzim və hörmət üçün, ondan bir kimsəyə əziyyət verməməsi və ya qeybətə səbəb ola biləcək pis bir qoxunun çıxmaması üçün etməlidir.

Salavat gətir.

Əvs ibn Əvsin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Sizin ən fəzilətli, dəyərli gününüz şübhəsiz, cümə günüdür. Buna görə də o gün mənə çoxlu salavat oxuyun. Çünki sizin salavat və salamlarınız mənə xüsusi təqdim edilir”. [Əbu Davud, Salat 201, Vitr 26]

Allahummə salli aləə Muhammədin və aləə əəli Muhamməd

Cümə günü məscidə erkən get.

Bunun fəziləti böyükdür. Əvvəllər Cümə namazına səhər vaxtı (qaranlıq səbəbi ilə) şamla gedirdilər. Yolda sıxıntı çəkib çətinliklə yeriyərdilər. İbn Məsud bir dəfə məscidə getdi. Ondan əvvəl üç adam gəlmişdi. Öz-özünə hirslənib: "Sən dördüncü olsan, işin necə olar?"-dedi.

İslamda ortaya çıxan ilk bidətin Cüməyə erkən getməyin sünnət sayılmasının ortadan qalxması, unudulması olduğunu söyləyirlər. Yəhudilər və xristianlar şənbə və bazar günləri sinaqoqa və kilsəyə gedirlər, müsəlmanların da cümə cünündə qüsur etməsi doğru olarmı.

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Kim cümə günü cünub olmuş kimi yaxşıca qüsl edib məscidə erkən gedərsə, bir dəvə, bir qədər sonra gedərsə, bir iribuynuzlu heyvan, ondan sonra gedərsə, buynuzlu qoç qurban etməyin savabını qazanar. Nisbətən daha sonra gedərsə, bir toyuğu, axıra yaxın gedərsə, bir yumurtanı sədəqə vermiş kimi savab qazanar. İmam minbərə çıxanda (o vaxta qədər gələnlərin savabını qeyd edən) mələklər zikri (xütbəni) dinləmək üçün camaatın arasına düşər və namaza hazır dayanarlar”. [Buxari, Cümə 4; Müslim, Cümə 10]

Cüməyə tez gedən ön səfdə minbərə yaxın yerdə oturmaqla, həmçinin vaxtının çox hissəsini məsciddə zikirlə keçirməklə daha çox savab qazana bilər. 

Diz çökərək otur.

Çox təəssüf ki cümə günü əksər insan ayaq üsdə qalır və ya düzgün oturmur. Xütbə zamanı ayaq üstə durmaq olmaz. 

Malik bin Ənəs (radiyallahu anh) nəql edir:

"Nəbi (Sallallahu Aleyhi və Səlləm) Cümə günü imam xütbə oxuyarkən Hibve oturuşunu qadağan edib" (Əhməd 15630, Əbu Davud 1110, Tirmizi, 514, Hakim 1069)

Bu hədisi səhihdir. Hakim, bunun səhih olduğu qeyd etmiş, Zəhəbi də bunu təsdiq etmişdir. (bax. Hakim-Təlhislə birlikdə - 1/427.)

Hibvə /və ya Hubvə olaraq oxunan bu kəlmənin bildirdiyi oturuş şəkli belədir:

Adam, yumşaq yeri üzərinə oturar, dizlərini havaya dikər, ayaqlarını qarnına yapışdıraraq üzərindən qollarını birləşdirir. (bax. Avnul-Mabud, 3/322)

Bu oturuş, yuxunun gəlməsinə səbəb olduğu üçün dəstəmazın pozulmasına səbəb ola bilər. Həmçinin antari kimi paltarların açılıb övrət yerlərinin görülməsinə də səbəb ola bilər. Bu səbəblə, bu oturuş, cümə vaxtında və xütbə oxunarkən qadağan olunmuşdur.

Abdulla ibn Ömər (dadiyallahu anhuma) nəql edir: Rasulullahı (Sallallahu Aleyhi və Səlləm) eşitdim:

"Biriniz Cümə günü məsciddə mürgülədiyi vaxt oturduğu yeri başqa bir yerlə dəyişdirsin! buyururdu". (Əbu Davud 1119, Tirmizi, 526, İbn Əbi Şeybə 2/29, İbn Huzeymə 1819, İbn Hibban əl-Məvarid 571, Hakim 1/291, Beyhaqi 3/237, Əhməd 2/22)

Cümə günü duaların qəbul olunduğu zaman

Salman əl-Farisinin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

Peyğəmbərimiz, "Cümə günü ərzində elə bir vaxt var ki, Müsəlman bir qul namaz qıldığı halda o vaxta rastlayıb da Allahdan bir şey istəsə, mütləq Allah onun istəyini yerinə yetirir" buyurur və bu sözləri deyərkən də əli ilə bu vaxtın çox qısa olduğuna işarə edirdi. (bax. Buxari, Cümə 37, Talaq 24, Daavat 61; Müslim, Müsafirin 166, 167, Cümə 13-15)

Əziz və şərəfli olan bu saat Günəş doğarkənmi, zəval vaxtındamı, Günəş batarkənmi, azan oxunarkənmi, xatib minbərdə ikənmi, namaza durmaq vaxtındamı, yoxsa əsr namazı vaxtındadırmı. Bu vaxt dəqiq olaraq bildirilməmişdir. Şübhəlidir. Qədr gecəsi kimidir. O halda bu anı yaxalamaq məqsədilə bütün günü zikir və ibadətlə keçirmək lazımdır.

Əbu Bürdə bin Əbu Musa əl-Əşari radiyallahu anh belə dedi:

Bir gün Abdullah bin Ömər radiyallahu anhum məndən soruşdu:

- Cümə günü duaların qəbul edildiyi vaxt haqqında atanın Rasulullah sallallahu aleyhi və səlləmdən bir hədis rəvayət etdiyini eşitdinmi? Mən də:

- Bəli, eşitdim. Atam Rasulullah sallallahu aleyhi və səlləmdən belə eşitdiyini dedi:

Həmin vaxt imamın minbərə oturduğu andan namazın qılındığı zamana qədər olan müddət daxilindədir”. (Müslim, Cümə 16. Həmçinin bax. Əbu Davud, Salət 202)

İnsanlara əziyyət vermə.

Abdullah bin Busr (radiyallahu anh) nəql edir:

"Cümə günü minbərin yanında oturmuşdum. Rasulullah (sallallahu sleyhi və səlləm) insanlara xütbə oxuyurdu. O əsnada bir adam insanların çiyinlərini əzə-əzə gəldi.

Rasulullah (sallallahu aleyhi və Səlləm) ona dedi:

"Otur! Həqiqətən əziyyət etdin və gec qaldın!". (İbn Hibban 2790, Əbu Davud 1118, Nəsai 1398, İbn Macə, 1115, İbni Carut 294, İbn Huzeymə 1811, Əhməd 4/188)

"Cümə günü kim camaatın çiyinlərinə basaraq irəliləyərsə, cəhənnəmə bir körpü edilər". (Tirmizi, Salat 369, 513)

Əbu Hüreyrə (radiyallahu anh) nəql edir: "Rasulullah (aleyhissalatu vəssəlam) buyurdu ki:

"Birinizin Harrənin belində namaz qılması, onun üçün cümə günü oturub oturub da imam xütbəyə başlayanda gəlib, camaatın çiyinlərini yararaq camaata qatılmasından xeyirlidir". (Muvatta, Cümə 18, (1, 110))

Hədis cümə günü məscidə erkən gəlməyi təşviq edir, sonradan gəlib insanların çiyinlərini yararaq yer axtarmağı qadağan edir.

"Belə edəni qiyamət günü körpü edirlər, hər kəs üstünə çıxaraq keçir." (Əbu Davud, Nəsai, İbn Hibban , Hakim)

Hədisdə keçən Harrə, Mədinənin kənarındakı qara qayalağın adıdır. Rənginin hərarətə görə qaraldığı qəbul edilir. "Harrənin qızmar istisində namaz qılmaq əlbəttə ki, müşkül, bəlkə də mümkünsüz bir işdir. Amma cümə günü heç bir üzr olmadığı halda, gözləyib gözləyib tam xütbənin başlaması anında gəlib, ön səflərdə yer axtarmaq məqsədilə camaatı yararaq irəlilləmək pis bir işdir. Bu pis işə yönəlməkdənsə, Harrə qayalarında namaz qılmaq insan üçün daha xeyirlidir". deyilməkdədir

Alimlər, insanlara narahatlıq doğuran səbəblər içində yerindən qalxmaq yanındakına dirsəklənmək, bir əzasının üzərində oturmaq, səccadəsində razılığını almadan oturmaq, pis qoxu yaymaq və s-ni də zikr edər. Hədisdə həm "insat" və həm də "sükut" keçməkdədir. Bunlar bir-birinə yaxın məna daşımaları səbəbiylə ümumiyyətlə, ikincisinin birincini qüvvətləndirmək üçün zikr edildiyi bildirilmişdir. Ancaq insatın can qulağı ilə dinləmək mənasında minbərə yaxın olanlar haqqında, sükut da daha çox səssiz olmaq mənasında uzaqda olanlar haqqında, yəni imamı kifayət qədər eşitməsə də, xütbəni başa düşərək təqib edə bilməsə də sükunət içində durmaq mənasında işlədilmiş ola biləcəyinə diqqət çəkilmişdir.

Cümə günü məscidə erkən gələnlər ön cərgələrdə, minbərə yaxın yerlərini alarkən, başqalarının çiyinlərini yararaq əziyyət vermək halına düşməzlər və həmçinin insat yəni "xütbəni can qulağı ilə dinləmək" şansını da zəmanət altına alarlar.

Cabir (Radiyallahu Anh) nəql edir:

"Nəbi (Sallallahu Aleyhi və Səlləm) buyurdu:

"Sizdən biri Cümə günü əsla qardaşını yerindən qaldırıb sonra onun yerinə keçərək oturmasın, amma 'yer açı, genişləyin' desin". (Müslim 2178/30, Əhməd 342, Albani Səhih 1302)

Xütbə zamanı danışma

Fəqehlər xütbə əsnasında danışmağın haram, susaraq xütbəyə qulaq asmağın isə fərz olduğunu bildirirlər. Minbərdən çox uzaqda xətibin səsini eşitməyənlər isə, ürəklərində Allahı zikr edə bilərlər. Bəzi fəqehlərə görə xütbəni eşitməyəcək qədər uzaqda olanlar Qur`an oxuya bilərlər.

Xütbə oxunarkən danışmaq və danışanı tənbeh etmək məkruhdur. Habelə xütbə dinləyənlərin sağa-sola baxması, salam verib alması da məkruh hesab olunmuşdur. Əbu Hüreyrədən rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s) buyurmuşdur:

Cümə günü imam xütbə oxuyarkən yoldaşına “sus” deyən kəs boş danışmışdır” [Nəsai, Cümə, 22; Əbu Davud, Səlat, 228, 229, H. No: 1112; İbn Macə, İqamə, 86, H. No: 1110; Tirmizi, Cümə, 16, H. No: 51]

“Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına “sus” desən ləğv (yəni faydasız bir iş görmüş) etmiş olarsan.” (Buxari, Cümə, 36; Müslim, Cümə, 11-12)

Ləğv sözünü "cümə ədəbinə uyğun gəlməyən hər bir söz" deyə tərif edə bilərik. Xütbə sırasındaki hər cürə söz"ə ləğv deyilməkdədir, çünkü xütbədə hazır olmağın ədəbi, heç bir şey danışmadan can qulağı ilə dinləməkdir  Alimlər, camaatı yarmaq və s. surətdə camaata verilən əziyyəti də ləğvə daxil edirlər. İbn Həcər bu kəlməni açıqlarkən bu izahları qeyd etmişdir:

Ahfəş: "Şübhə və batilə girən əsassız sözlərə ləğv" demişdir.

İbn Arəfə deyir ki: Ləğv, sözün düşüyüdür, doğrudan ayrılmağa da ləğv deyilmişdir. وَاِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا ayəsinə görə ləğv günah deməkdir. Zeyn İbnu`l-Münir: "Müfəssirlər ləğv sözünün "gözəl olmayan söz" olduğunda ittifaq edir" demişdir.

Əbu Hüreyrə (Radiyallahu Anh) nəql edir: Rasulullah (sallallahu aleyhi və səlləm) buyurdu:

"..Kim çınqıl daşları ilə oynayarsa ləğv etmiş olar!".  (İbn Macə, 1025, Müslim 857/27, Tirmizi, 498, Bəğavi 336)

Əli ibn Əbu Talib radiyallahu anh Kufədə xütbə verərkən minbərdən belə səslənmişdir: "Cümə günü olanda şeytan bazara erkəndən bayraqları ilə gedər, insanlara min bir əngəl çıxararaq mane olmağa, onları cümədən (heç olmasa) gecikdirməyə çalışır. Mələklər də erkəndən gedib məscidin qapılarında dayanırlar. Gələnləri birinci saatda gələnlər, ikinci saatda gələnlər deyə yazırlar. Bu hal imam (xütbəyə) çıxana qədər davam edir. Şəxs məsciddə, imamı görüb, eşidə biləcəyi bir yerə oturub diqqətlə qulaq asdı və danışmadısa, ona ikiqat savab vardır. Şəxs uzaqda qalar və imamı dinləyə bilməyəcəyi bir yerə oturar, səssiz duraa və danışmarsa bir hissə savab alır. Əgər o, imamı görüb eşidə biləcəyi bir yerə oturur amma boş söz danışıb, səssiz qalmasa, ona iki hissə günah yazılır. Əgər, eşitmə və görmə imkanı olmayan bir yerə oturur və boş danışır və səssiz qalmazsa, ona bir hissə günah vardır. Kim də yanındakı dostuna cümə günü "sus" deyərsə "boş danışmış" olar. Kim də boş danışarsa, o cümədəki savabdan nəsibsiz qalar". Əli radiyallahu anh sözünün sonunda bunu dedi: "Mən bunu Rasulullahdan sallallahu aleyhi və səlləmdan eşitdim".  (Əbu Davud, Salat, 209 (1061))

Bu rəvayət, cüməyə erkən getməyi təşviq edən hədislərdən biridir. Hədisdə sadəcə erkən getmək deyil, xütbə verəcək xətibi görməyə və dinləməyə imkan tanıyacaq bir yerə oturmağı da təşviq edir. Hədisdə sadəcə, dinləmək deyil, "görmək" qeydinin da qoyulmuş olması xüsusən günümüz şərtlərində ağla gələ biləcək bəzi suallara cavab olur: Çünki səsucaldanlar sayəsində çöldə də xütbələri tam dinləmək olur. Bu halda vaizin görülə biləcəyi bir yeri tutmaq üçün tez davranmaq, bunu niyətə qoyaraq hərəkət etmək əsasdır. Buna baxmayaraq, kənarda qalanların insat və sükut şərtinə riayət etmələri halında, hədisdə vəəd edilən ikiqat savaba nail olacaqları İlahi rəhmətdən umula bilər, çünki möminin niyyəti əsasdır.

Bu halda, namazda danışmaq və ya camaatın çiyinlərini yararaq irəliləmək surətiylə başqasını narahat edənin cümədən əldə edəcəyi nəsib, başqalarına verdiyi bu əziyyətdən ibarətdir. Allah Rəsulunun bu ifadələri, hər nə sürətlə olursa olsun, camaata əziyyət verməyi şiddətlə şəkildə qadağan edir

İnsanın namaz məqsədilə evindən çıxdığı andan etibarən namazda olduğu nəzərə alınarsa, cümə namazına getmək niyyətilə evini tərk etdiyi andan etibarən boş sözləri tərk edib, zikr və ya sükun halında olması, xütbə əsnasında hədisdə "insat" kəlməsi ilə ifadə edilən diqqətlə,can qulağı ilə dinləməyə əhəmiyyət verməsi lazımdır.

Son olaraq onu da qeyd edək: əl-Muğnidə: "Namazda kəlamı caiz edən halların xütbədə də caiz edəcəyi barəsində aliminin ittifaq etdiyini" bildirir, gözləri kor olan kimsəni çuxura düşməkdən qorumaq kimi.

Xütbə oxunarkən xətibdən uzaqda və ya ona yaxın yerdə olan hər bir mömin xütbəni diqqətlə dinləyir. Çox uzaqda olub xətibin səsini eşitməyənlər isə yenə susub qəlbini zikrullah ilə məşğul edər. Üstün olan da budur. (Cəvahirül-Ahlati) Ehtiyata ən uyğun sayılan də budur. Zeylai də eyni fikirdədir.

Bəzisinə görə, xütbəni eşitməyəcək qədər uzaqda oturan kim Qur`an oxuyar. Bəzisinə görə, yuxarıda qeyd edildiyi kimi, susub zikrlə qəlbini məşğul tutur. Əl-Mühitin müəllifi Radıyuddin "Ən səhih olanı, susmaqdır". demişdir.

Xütbə zamanı namaz qılma

Hənəfi məzhəbinə görə xütbə oxunarkən namaz qılmaq olmaz. Camaat xütbə oxunarkən namaz da daxil olmaqla heç bir işlə məşğul olmamalı, ancaq xütbəyə qulaq asmalıdır. Elmihal kitablarında:

“İmam minbərə çıxdıqdan sonra camaat danışmamalı, salam alıb-verməməli, nafilə namaz qılınmamalıdır. Xütbədə Allah Rəsuluna (s.ə.s) səlat-salam gətirilərkən dinləmək daha fəzilətlidir. Camaat imam dua edərkən də səssiz “amin!” deyə bilər. İmam Əbu Yusifin bir görüşünə görə səssiz səlat-salam oxumaq olar.

Əgər bir şəxs cümə namazının ilk sünnəsini qılmağa başladıqdan sonra imam xütbə oxumağa başlasa həmin namaz tamamlanmalıdır. (Ö. N. Bilmən Böyük İslam Elmihalı) İkinci əzan oxunan əsnada məscidə gələn şəxs imam xütbəyə başlayana qədər qurtaracağını bildiyi təqdirdə namaz qıla bilər. Hənəfi məzhəbində tərcih olunan görüşə görə imam xütbə oxuyarkən namaz qılmaq təhrimən məkruhdur.

Hənəfi məzhəbinin bu görüşü aşağıdakı hədisə əsaslanır:

Məlumdur ki, “əmri bil məruf nəhyi ənil münkər” yəni yaxşılığı əmr edib pisliklərdən çəkindirmək vacibdir. Ancaq xütbə oxuyarkən danışan şəxsə xəbərdarlıq etmək belə qadağan olunmuş və bununla xütbənin əhəmiyyətinə diqqət çəkilmək istənilmişdir.

Maliki məzhəbindəki hökm də hənəfilərdəki kimidir.

Şafei və Hənbəlilər isə, aşağıdakı hədisə əsaslanaraq xütbə oxunarkən iki rükət təhiyyətul-məscid namazının qılına biləcəyini deyirlər. Cabir ibn Abdullahın (r.a) belə dediyi rəvayət edilmişdir:

“Cümə günü Rəsulullah (s.ə.s) xütbə oxuyarkən Qatafan qəbiləsindən Süleyk gəldi və dərhal oturdu. Rəsulullah belə buyurdu: “Süleyk! Qalk, iki rükət namaz qıl. Mümkün qədər qısa bitir.” Sonra belə davam elədi: “Sizdən biriniz cümə günü imam xütbə oxuyarkən məscidə daxil olarsa iki rükət namaz qılsın və onu mümkün olduğu qədər qısa tutsun.” (Müslim, Cümə, 59). Şafei, Əhməd ibn Hənbəl, İshak ibn Raheveyh və mühəddis fiqhçilərin (hədisçilər ekolu) görüşlərini Cabir ibn Abdullahın hədisinə əsaslandırırlar. Həsən əl-Bəsri və mütəqaddimun alimlərindən də bənzər görüşlər rəvayət edilmişdir. Qazı İyaz, Əbu Hənifə, Malik ibn Sad, Leys ibn Sad, Süfyan əs-Səvri, səhabə və tabeunun cumhuruna (əksəriyyətinə) görə imam xütbə oxuyarkən namaz qılmaq olmaz. Hz. Ömər, Hz. Osman və Hz. Əlidən (r.anhum) də belə nəql edildiyi bildirilmişdir.

Cabir ibn Abdullahın rəvayəti xəbəri-vahidddir. Başqa bir rəvayətdə Süleyk namaz qılana kimi Allah Rəsulu xütbəni dayandırmış, onu namazını qurtarınca davam etmişdir.

Bütün bunları nəzərə alaraq imam xütbə oxuyarkən namaz qılmamaq daha məqsədə uyğundur. Ancaq Şafei və Hənbəli məzhəbindən olanlar da qılsa onlara da bir şey deməmək lazımdır.

Cümədən sonra.

Səhl bin Səd (Radiyallahu Anh) nəql edir:

"Rasulullah sallallahu Aleyhi və Səlləmin zamanında biz Cümə namazını qılmamış nə qaylulə (günorta yuxusu) edərdik, nə də yemək yeyirdik". (Müslim 859/30, Buxari,Cümə 40,41, Hars 21, Ətimə 17.(899). Əbu Davud, Cümə 224 (1086), Tirmizi, Salat 378 (525))

Ənəs radiyallahu anh nəql edir: 

"Biz cümə namazını qılar, sonra (evlərimizə) qayıdar və qaylulə (günorta yuxusu) edərdik". (İbnu Macə, Sünən(1102))

Cüməyə gəlməmək

Əbu Hureyrə və İbn Ömər (r.anhumə) rəvayət edir: “Allah Rə­­su­lu (s.ə.s.) minbərdə buyurdu:

“Cümə namazını tərk edən bəzi adamlar ya buna son qoyacaqlar, ya da Allah onların qəlbini möhürləyəcək, qafillərdən ola­caqlar”. [Müslim, Cümə 40]

"Hər kim əhəmiyyət vermədiyi üçün üç Cüməni tərk edərsə, Allah onun qəlbini möhürləyər." (Ebu Davud,Salat 210, (1052), Tirmizi, Salat 359, (500), Nesai, Cuma 2, (3,88))

"Cümə namazını üzrsüz olaraq kim tərk edərsə bir dinar pul sədəqə versin, (bu qədər) tapa bilməsə, yarım dinar sədəqə versin".(Əbu Davud, Salat 211, (1053-1054), Nəsai, Kəffarə 3, (3,89), İbnu Macə, İqamət, 93 (1128))

Bu hədis, bu ağır cəzaya hədəf olmaq istəmədən, etinasızlığına peşman olanlara, xətanı düzəltmə yolu göstərməkdədir: Maddi kəffarət.

Həzrəti Əbu Hüreyrə Radiyallahu Anh nəql edir: "Rasulullah aleyhissalatu vəssəlam buyurdu ki: "Fərz edək ki, sizdən birinin, şəhərdən bir-iki mil uzaqda davar sürüsü olsun da, orada ot tapmaq çətinləşsin və daha uzaqlara getsin, sonra cümə gəlsin, amma o cümə namazına gəlməsin, bir cümə daha gəlsin, o yenə cümə namazına qatılmasın, üçüncü cümə gəlsin, o yenə də cümə namazına gəlməsin. Məhz Allah belə birinin qəlbini möhürləyər". (İbnu Macə, Sünən (1127) - Hds: (6327))

Bu hədis, şəhərdən iki mildən daha uzaq bir yerdə belə olsa, qoyun sürüsünün başında da olsa üst-üstə cüməni tərk etməyə icazə olmadığını bildirməkdədir. Heyvandarlıq, əkinçilik kimi məşğuliyyətlər cüməni tərk etməyə şəri (qanuni) bir üzr deyildir. Qəlbin möhürlənməsi isə, xeyrin çatmasını çətinləşdirən, əngəlləyən qatılıqdir. Demək ki insan fitrəti üst-üstə üç cümə gəlməməyə dözümlü deyildir. Əgər gəlmirsə mənəvi bağlardan və dini həssaslıq və sirrli duyğulardan çox şey itirəcəkdir. Bəzi alimlər qəlbin möhürlənmə təhdidini "üst-üstə üç cümənin tərkinə aid edərkən, bəziləri üst-üstə olmasa da, üç cümənin tərkilə möhürlənmənin olacağını söyləmişdir.

Bu gün bir dilim çörək də olsa, sədəqəsiz keçirilməməlidir. Çünki cümə günündəki sədəqənin fəziləti böyükdür.

Həfdənin bu günü axirət işlərinə həsr edilməlidir. Bütün günü xeyirlə, yaxşılıqla məşğul olunmalıdır. Dünya işləri ertəsi günə buraxılmalıdır. Allah Təalanın Qurani-Kərimdə "Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın!"(Cümə,10) buyurulur. Ənəs (Allah ondan razı olsun) bu ayəni belə açıqlayır:

Bunun mənası ticarət etmək və dünya malı qazanmaq deyil, elm öyrənmək, qardaşlarını və xəstələri ziyarət etmək, cənazə arxasında getmək və buna bənzər şeylər deməkdir. (İmam Qəzali/ Kimyay-Səadət)

Xatırlatma.

Cümə günləri cümədən sonra işləri olmayanlar cüməni çıxışa ən uzaq yerlərdə qılsınlar. Çünki əksər qardaşlarımız cümədən sonra tez işlərinə getməlidirlər. Onlar cüməyə icazə alıb gəliblər. Cümədən sonra tələsməyənlər çıxışlara yaxın yerdə namaz qılıb tələsən qardaşlarımıza mane olmasınlar.

Cüməyə maşınla gələnlər isə maşınlarını məscidə ən uzaqda saxlamaqla həm məscidə piyada gəlmək savabını qazanar həm də gediş-gəlişə əngəl olmadan qul haqqına da girməzlər.