1
Zövq nədir? Nə üçün verilmişdir?
Deyirlər ki: Dünyaya bir dəfə gəlirsən. Sonun başlanğıcı yoxdur. Gülün, əylənin, bir ildırım sürətilə keçən ömrünüzü zövq və səfa içində keçirin. İman, axirət, ibadət, halal, haram, ölüm kimi sizə məsuliyyətlərinizi xatırladacaq və zövqlərinizi məhdudlaşdıracaq ifadələri düşünməyin. Siz bir kəpənək qədər azad və sərbəst olmalısınız. "İç badə, gözəl sev, var isə ağlı-şüurun / Dünya var imiş, ya ki yox imiş nə umurun."
Bu bir həyat fəlsəfəsidir və adına Hedonizm deyilir. Dilimizdə "Həzçilik" və ya "Zövqçülük" deyə ifadə edilə bilər. Kökü Qədim Yunanıstana qədər gedib çıxır. İlk filosofu Epikürdür. Fəlsəfə tarixləri hər nə qədər Epikürə "ilk" desələr də, bu məni qane etmir. Qənaətimə görə ilki şeytan, ikincisi nəfsdir; Epikür ancaq üçüncü ola bilər! Daha sonra bu fikirlərin bir bənzərini Ömər Xəyyamda da görürük.
Fəlsəfə Nədimin "Gülək, əylənək, kam alaq dünyadan," misrası ilə şüar halına düşüb. Dövrümüzdə maddəçi (pula,mala və s. çox əhəmiyyət verən) toplumları zövq “qısqacının” qurbanı oldular. Bu yoluxucu xəstəlik bəzi şər qüvvələrin cəhdləri ilə vətənimizi hədəf alıbdır. Gənclərimizin beyinləri sözdə sənətlərlə yuyulur; mahnı sözlərinə qulaq verin, kifayətdir.
Əvvəlcə, Hedonizmin iç üzü üzərində durmaq istəyirəm. Bir sistemin qəbul edilməsi üçün cəmiyyətin bütününə, yaxud əksəriyyətinə xitab etməsi lazımdır.Lakin Həzçilik azlığı içinə alıb çoxluğu xaricində qoyur. Çünki cəmiyyətin əksəriyətini uşaqlar, xəstələr, yoxsullar, yaşlılar və bəlaya düşənlər təşkil edir. İstədiyi kimi əylənmək, hər arzusunu təmin etmək, hər zövqü dadmaq ancaq bəlli bir qruba vergidir.Həm gənc , həm sağlam, həm varlı olmalısan ki, kef arxasınca düşəsən. Qarnını doyura bilməyən kasıba, ağrılar içində inləyən xəstəyə, qəbir qapısında ölümü gözləyən yaşlıya "Ye, iç, əylən, kef elə," demək gülünc olmaz mı? Yoxsul ancaq bu dünyada dada bilmədiyi ləzzətlərə, axirətdə qovuşacağını düşünüb ümid edərək təsəlli ola bilər. Xəstələr acizliyini anlayıb Yaradanına dua etməklə mənəvi rahatlıq tapar.
Beli bükülmüş, fani zövqlərdən əlini çəkmək məcburiyyətində qalmış yaşlılar isə ölümün yoxluq olmadığını, əbədi bir aləmə getmək üçün vasitə olduğunu düşünməklə ifadəsi qeyri-mümkün kədərlərdən xilas ola bilər.
Şərq təfəkkürünün abidələrindən olan Sədinin də dediyi kimi; "İnsanlar bir vücudun əzalarıdırlar." Orqanların qarşılıqlı yardımlaşmalarıyla həyat davam edər. Toplum həyatı da fərdlərin birliyinə və bir-birləriylə müsbət mənada ünsiyətinə bağlıdır.
Ağıl, qəlb və vicdan sahibi hər insan digər həmcinslərinə mərhəmət edər, etməlidir. Ətrafındakı şəxslərin dərdlərinə, kədərlərinə, izdırablarına laqeyd qala bilənlər insani xüsusiyyətlərini itirənlərdir.
Ağlayan yetimlərə, qıvranan aclara, inləyən xəstələrə və titrəyən yaşlılara rəğmən zövqünü düşünənlərə, sadəcə kef üçün yaşayanlara insan mı deyilir?
Həzçilər çalışmağı da sevməzlər. Qazanmaq üçün tər tökmək belə istəməzlər. İş zamandan və kefdən fədakarlık etməyi tələb edir. Onda, zövq üçün xərclənəcək pulu hardan təmin edəcəklər? Şübhəsiz saf və məsum insanların çiynindən. Bu səbəblə, cəmiyyətdə zövqçülük artdıqca, möhtəkirlik da çoxalır. Bir tərəfdə qeyri-qanuni qazancı vərdiş halına salanlar, digər tərəfdə çalışdığı halda kifayət qədər qazana bilməyənlər. Dünya zalım “parazitlərlə” məzlum vətəndaşların dünyasıdır.
Zövq qayə olarsa, ailə zəyifləyər. Çünki cəmiyyətin çəyirdəyi olan ailə ancaq fədakarlıqlarla ayaqda dura bilər. Qadını "qadağa zövqlərin aləti"qəbul edən zehniyyət "şəfqət qəhramanı ananı" tanımaz. Uşaq isə kef vasitəsi olan pulu paylaşaraq azaldan düşməndir; doğulmadan öldürülməlidir.
Qəbilələri dövlət edənlər qəhrəmanlardır. Əsir millətləri əfəndi halına gətirənlər ideal adamlarıdır. Ölüm yuxusuna yatmış cəmiyyətləri oyadan, coşduran və ali məqsədlərə tərəf aparanlar alpərənlərdir. Şəxsi arzuları arxasınca sürüklənənlər qəhraman ola bilməzlər. Səfahət döşəyinə rahatlıq üçün yatanlar fədakarlıq etməyi bacarmazlar. Eqoistlər ölümə gülümsəyən, məna üçün yaşayıb məfkurə üçün ölənləri anlaya bilməzlər. Bunlardan meydana gələn toplum daxildən çürümüşdür.
Həyatın məqsədini zövq hesab edənlərin beyinləri mədələrinə enmişdir. Maddi zövqdən başqa zövqlərin də ola biləcəyinə ehtimal verməzlər. Acı doyurmağın, yetimi oxşamağın, yaşlıya əl tutmağın həzzinə yaddırlar. Gurultulu musiqidən, “qasıqları partladan” zarafatlardan, şəhvət qoxan ədəbiyatdan xoşlanarlar. Günləri yeni zövqləri xəyal etməklə keçər. Zövqün sərhəddi yoxdur. Təkrarlanan ləzzət dadını itirər. O zaman yeni və fərqli zövqlərin ardına düşərlər. Tapmadıqda, sıra ağlı uyuşdurmağa gəlir. Artıq yeni dostları tiryək, heroin və alqokoldur. Yatan, uyuşan və sızan bir cəmiyyət ortaya çıxar. Belə bir cəmiyyət dostu düşməndən ayıra bilməz. Azadlıq qapısı qapanmağa əsarət qapısı açılmağa başlayar. Ruhun cüzamı olan bu qorxunc xəstəliyə tutulanlar mənən ölüdürlər. Ölülər isə mülklərini qoruya bilməzlər. Bax bunun üçün xarici mərkəzli materyalistlər və onların içərdəki “kukla”ları zövqü və həzzi qayə olaraq göstərirlər!
Zövq vasitədir. Fərdi həyatın və nəslin davamı üçün yaradılmışdır. Ərzaqlarda ləzzət olmasaydı, yemək-içmək bir əzab olardı. Yeyə bilməz, içə bilməz və zəruri ehtiyacımız olan qidaları qəbul edə bilməzdik. Həyat davam etməzdi. Həmçinin, evlilikdə həzz olmasaydı, ailə qura bilməz, çoxala bilməz, yerüzünü şənləndirə bilməzdik. İnsan nəsli kəsilərdi. Halbuki, biz iman və ibadət üçün yaradıldıq. Bu uca vəzifələri yerinə yetirmək üçün yaşamalı, nəslimizi davam etdirməliyik. Yanlış olan vasitəni qayə yerinə qoymaqdır. Zövq üçün yaşayanlar ulağını doyurub özü aclıqdan ölənlərə bənzəyirlər.
Zövq və ləzzətin yaradılmasındakı bir hikmət də budur: Biz bu dünyaya bir imtahan üçün göndərildik. Bura maaş və mükafat yeri deyildir. Hər padşah kimi bu dünya mülkünün maliki olan Allahın da bəzi əmrləri və qadağaları var. Haram zövqlər də bu imtahanın bir parçasıdır. Bizdən məşru dairədə qalmağımız istənilir. Azad iradəyə sahib olaraq yaradılmışıq. Halal dairədə yaşayıb cənnəti qazanmaq da əlimizdə, haram zövqlərə qapılıb cəhənnəmə getmək də.
Əslində, Allahı tanımayan, axirəti bilməyən və qulluq şüuruna çatmayan şəxs dünyada da xoşbəxt ola bilməz. Çünki dünya ləzzətləri müvəqqətidir. Zövqün tükəndiyi yerdə dərd başlayar.Bunlar ölümə qədər növbələşərək davam edir. Həzlərin fani olduğunu düşünmək belə həyatı zindan etməyə kifayətdir. Həyatdan tam zövq alanlar ancaq inananlardır. Onlar bilirlər ki, ləzzətlər müvəqqətidir, amma nemətləri verən Allah əbədidir. Tükənən nemətlərin davamını da yaratmağa qadirdir. Bu dünyada verməsə belə əbədi səadət yeri olan axirətdə verə bilər. Onda, ləzzətin sonunu düşünüb kədərlənmək mənasızdır. Evindəki bir yeşik almanın bitəcəyini düşünərək kədərlənən yoxsul adam bilsə ki, padşah onu almasız qoymayacaq, hər nə zaman alması qalmasa, o, yenə verəcək, sevinər və ləzzətini tam alar.
İnsanı heyvandan ayıran ən mühüm xüsusiyyət ağıldır. Ancaq bu müstəsna qabiliyyət yerində işlədilməzsə, bəla olar. Çünki ağıl sayəsində keçmişi və gələcəyi düşünmək mümkündür. İnanmayan adam keçib gedən gözəl günlərini xatırlayaraq təəssüflənir. Gələcək zaman isə məchul təhlükələrlə doludur. Ölümü hər şeyin sonu bilən üçün keçmiş bir “yoxlar ölkəsidir”. Gələcək isə onu udacaq bir divin ağzıdır. Allaha təslimiyyəti olmadığı üçün hər hadisə ruhunu titrədir. Zahirən xoşbəxt görünür, lakin daxili dünyası acılarla cəhənnəmə çevrilib. Ancaq inanan şəxs üçün ölüm yoxluq deyil, bir başlanğıcdır. Nurani axirət aləminə keçid üçün vasitədir. Gələcək isə sonsuz mərhəmət sahibi olan Allahın əmrindədir. Dünya da, içindəkilər də fanidir, amma O, daimidir.
Əgər insan bu dünyada əbədiyyən qalacaq olsaydı, bəlkə zövqünə gərəyindən daha çox əhəmiyyət verə bilərdi. Ancaq yerüzündə hər an ölüm küləyi əsir. Çevrəmizdə ölümlü həyatın mübarizəsinə şahid oluruq. Hər məxluqda ölümün üzünü görürük. Dünən sapında gülümsəyən çiçəklər bugün ayaqlar altında. Yazda və yayda yaşıl paltarları olan ağaclar, qışda kəfənlər içində. Göylərdə uçan quşlardan geriyə qalan bir ovuc tük yumağı. Əlif kimi dik duran gənclər, bir də baxırsan ki, budaq kimi əyilmişlər. Zövq cilasıyla parıldayan gözlər torpaqla dolur. Sevdiklərimiz bizi bir-bir tərk edirlər. Bütün yollar qəbrə çıxır. Şübhəsiz, bilirik ki, bizim də axırımız qocalıq və ölümdür. Onda, hakimiyyət mübarizəsində həyatdan heç də geri qalmayan ölümün bizdən bir istəyi olmalıdır. Bax insanın ən öndə gələn məsələsi budur və heç kimsə bu həqiqətə laqeyd qala bilməyəcəkdir. Zövqpərəst ölüm qarşısında titrəyərkən, müsəlman rahatdır. Çünki ölüm torpağa girib çürümək deyil, sevgili Peyğəmbərinə (s.ə.s) və digər sevdiklərinə qovuşmaq deməkdir. Başqalarını dəhşətə salan Əzrail etibarlı bir əmanətçidir. Və onlar üçün dəfn mərasimiylə, düyün alayı eyni şeydir. Gediş Rəhman və Rəhimə olduqda qəbir gülüstana dönər.
“Həyatın qayəsi zövq deyildir”. Onda nə üçün yaradıldıq? İndi də bu suala cavab tapaq:
"Çoxluqda birlik" deyə tərif edilən ahəngin ən mükəmməlini kainatda görürük. Hər məxluq öz üzərinə düşən vəzifəni əksiksiz yerinə gətirir. Cansızlar həyata xidmət edir. Həyatın ən ülvisi də insana verilmişdir. Heç tərəddüd etmədən deyə bilərik ki, kainat insan üçün çalışır. Bitkilər heyvanların, heyvanlar isə insanların əmrində. Hər məxluqun bir qayəsi olduğuna görə insan da bir məqsəd üçün yaradılmışdır. Əksini düşünmək əbəs olar. Onda bu necə bir qayə olmalı? Bu sualın cavabı, Rəbbimizin kəlamıdır. Bütün ilahi kitablar eyni nöqtəyə toxunaraq deyirlər ki: Təməl vəzifəniz sizi yoxdan var edən və hədsiz nemətlərlə yaşadan Allahı tanıyıb, qulluq etməkdir. Sonsuz gənclik, əbədi səadət və tükənməz zövqlər istəyirsənizsə, Onun əmrlərinə itaət edib, qadağalarından uzaq durun. Dünyanın zövqləri aldadıcı ilğıma bənzəyir. Fani ləzzəttlərin cazibəsinə qapılaraq gerçək hədəfinizi unudarsanız, əzaba uğrayanlardan olarsınız. Üsyan və küfr nankorluqdur.
Qonaq ev sahibinin sözünə itaət etməlidir. Onu yedirdən, içirdən, istirahətini təmin edən zatı dinləməyərək öz istədiyini edən adam nankordur. Vəzifəsi təşəkkür ikən evin sahibini tanımaq istəməyən qonaq əzaba layiqdir. Bax, dünya qonaq evinə gəlib nemətlərə məzhər olan, ancaq Allahı bilməyən qulun halı bu misala bənzəyir.
Yeri gəlmişkən, bir mövzuya daha toxunmaq istəyirəm: Qərbli psixoloqlar daima nəfslə ruhu bir-birinə qarışdırmaq kimi əfv edilməz bir xəta edirlər. Təbii olaraq, bizdəki təqlidçilər də eyni xətanı təkrar edirlər. Nəticə, nəfsin istəklərini, sanki ruhun arzularıymış kimi qəbul etmək və psixolojik sistəmləri bu yanlışa dayandırmaq olur. Tövsiyələri isə: "Heç bir arzunuzu basdırmayın, içinizə atmayın, dərhal doyurun." Bu fikirlər qəbul edilir də. Günahlar elmi “paltarlara” bürünərək məşrulaşdırılır. Beləliklə,azğın ehtiraslarına sədd çəkə bilməyən "elmi əxlaqsızlar" və "ziyalı zalımlar" çoxalır. Zəiflər əzilir, məsumlar ləkələnir, quzular qurdların öhdəsinə buraxılır.
Halbuki, ruh ayrı, nəfs ayrı varlıqlardır. İkisi eyni şəxslərdə olmaqla yanaşı, xüsusiyyətləri daban-dabana ziddir. Birinin zövq aldığından, digəri diksinir. Nəfs pisliklərə məftundur. Lüğətində "doymaq" deyə bir kəlmə yoxdur. Həmişə daha çox istəyər. Ərköyündür, üsyankardır, üzsüzdür. Aldıqca daha çox qüvvətlənir. Nəhayət elə bir dərəcəyə gəlir ki, insana "həyatın qayəsi zövqdür" hökmünü qəbul etdirir. Məsuliyyətdən qaçar. Qaydalar, qanunlar və qadağalar onun ən sevmədiyi ifadələrdir. Dini və əxlaqı da sırf bunun üçün sevməz. Çünki bunlar insana başıboş olmadığını, heyvan kimi istədiyi yerdə “otlaya bilməyəcəyini”, ibadət üçün yaradıldığını xatırladır. Ona Allaha üsyanın nankorluq olduğunu söyləyir.
Ruhun da özünəxas qidaları vardır. O, elmlə kamilləşir, ibadətlə tənəffüs edir və təfəkkürlə ucalıqlara yüksəlir. Məxluqlardakı möhtəşəm sənətləri görərək Rəbbini düşünmək, əhatələndiyi nemətlər üçün minnət duyaraq şükr etmək ən mühüm qayəsidir. Bu yolla keçmişin dərdlərindən və gələcəyin sıxıntılarından xilas olur. Təslimiyyət və təvəkküllə mənəvi rahatlığa qovuşur. Orqanlar etdikləri işə görə qiymət alırlar. Sadəcə maddi zövqlər üçün işlədilən qabiliyyətlər dəyərlərini itirərlər. Ruh bu həqiqəti bilir. Ağlını və digər mənəvi cihazlarını mədəsinə və şəhvani istəklərinə xidmət etdirənlərin xoşbəxt olmaları mümkündürmü? Sahibin qulluqçularına kölə olduğu yerdə səadətdən söz gedə bilərmi?
Həzçiliyin sonu pessimizm, yəni bədbinlik fəlsəfəsidir. Çünki "Davam etməyən şeydə ləzzət yoxdur." Dünya nemətlərinin və özünün fani olduğunu bilən insanın məsud olması mümkündürmü? Ağlı uyuşduran maddələrin səfahət toplumlarında çoxalması da bu həqiqəti göstərir. Yenə maddi ləzzətlərə doymuş Qərb cəmiyyətlərində intahar hadisələri daha çox görülür ki, bu vəziyyət xoşbəxt olmadıqlarının ən açıq dəlilidir. Məsud bir insan nə üçün ağlını uyuşdursun və niyə intahar etsin!
Buna daim inanmışam: əgər zövqünə düşkün olanlar, cənnətdəki ləzzətlərə şübhəsiz inansalar, hamıdan çox ibadətlə məşğul olardılar. Çünki hər ləzzətin əsli ordadır. Dünya zövqləri isə bir kölgədən ibarətdir. Hedonistlərə bunu demək istəyərdim: Zövq və səfa içində sonsuza qədər yaşamaq istəyirsənizsə, heç durmayın; iman ab-i həyatından və ibadət şərbətindən için. Sabah çox gec ola bilər. Birigünə isə heç güvənməyin.
Sözün qısası, "Həqiqi zövq və ələmsiz ləzzət və kədərsiz sevinc və həyatdakı səadət yalnız imandadır və iman həqiqətləri dairəsində olur." Bundan dolayı zövq və səadət istəyənlərə deyiləcək söz budur: "Həyatın ləzzətini və zövqünü istəyirsənizsə, həyatınızı iman ilə həyatlandırın və fəraizlə zinətləndirin və günahlardan çəkinməklə mühafizə edin."
Ömər Sevincgül
2
İnsan nəfsi və onun xarakterik xüsusiyyətləri
Nəfsdə kibir, qürur, eqoizm, həsəd, haqsızlıq, düşmənçilik və buna bənzər ruhun qol-qanadını qıran şeytani xüsusiyyətlərlə yanaşı, insanı mənəvi olaraq yüksəldən bir çox əxlaqi keyfiyyətlər də mövcuddur.
Nəfs sözünün kəlmə mənası “bir şeyin əsli, əsası, özü” deməkdir. Bu mənalardan əlavə ərəb dilində məcazi olaraq “qan, qardaş, göz, su və cəza” mənaları da var.[1]
Quranda nəfs kəlməsi daha çox insanı insan edən nəbati, heyvani və mənəvi bütün keyfiyyətlərin məcmusu mənasında işlədilmişdir. Eyni zamanda nəfsin yaxşılığa meyl etdiyi kimi, pisliyə də meyl etməsinə diqqət çəkilmişdir.
Yuxarıdakı mənalar aşağıdakı ayələrdə öz əksini tapmışdır:
1. İnsanı ifadə mənasında “Evlərə daxil olduğunuz zaman özünüzü (nəfsinizi) Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın.”[2]
2. Can (ruh) mənasında “Allah ölənlərin canını (nəfsini) ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır.” [3]
3. İnsanın pisliyə meylli olmağını göstərmək üçün “nəfs (insana) pis işlər görməyi əmr edər.”[4] Bu məna daha çox təsəvvüf alimlərinə aiddir.
Nəfsə termin olaraq verilən tərif isə belədir: “Nəfs, şəhvət, qəzəb, kin, nifrət və s. bənzəri duyğuların əsası, mərkəzi, insan bədənində olan haldan-hala düşən və mənəvi olaraq kamilləşə bilən cövhərdir.”[5]
Nəfs və vicdana verilən təriflərdən biri də belədir: “Hər cür şəhvani arzu və istəklər, kin, nifrət, qəzəb, inadkarlıq və s. kimi müəyyən hikmətə görə insana verilən duyğular nəfsi meydana gətirirlər. Qəlb, ruh, xafi, əxfa kimi Rəbbani lətifələr, iradə, idrak, şüur, hiss və duyğular da vicdan mexanizminin əsasını təşkil edir.”[6]
Nəfsin sifətləri
Nəfs – İmam Qəzalinin ifadəsilə – düşdüyü vəziyyətdən asılı olaraq müxtəlif vəsflər alır. Duyğuların əsiri olmayan, onları özünə tabe edən nəfs, nəfsi-mütməinnə adlanır.
İstəkləri özünə tam ram edə bilməsə də, onlara qarşı mübarizə aparan və düşdüyü vəziyyətə görə özünü qınayan nəfsə isə nəfsi-ləvvamə deyilir. Nəfs, heyvani arzuların və həmin arzuları təhrik edən Şeytanın təsirində qalaraq hər hansı bəd əmələ meyl etdikdə isə nəfsi-əmmarə adlanır.[7]
Quran ayələrində nəfs kəlməsi yuxarıdakı mənalarda işlədilmişdir. Ancaq təsəvvüf alimləri nəfsin bundan başqa mərtəbələrinin də olduğunu deyir. Bunları nəfsi-mütməinnənin növləri də adlandırmaq olar. Bəzilərinə görə təsəvvüfdəki mərtəbələrdən olan seyri-sülukdan sonrakı ən üstün dərəcə mütməinnə zirvəsidir. Bundan sonra raziyyə, mərziyyə, kamilə və ya safiyə məqamları gəlir.[8]
Nəfslə əlaqəli iki xüsusu unutmamalıyıq:
- Nəfs, özbaşına, nəzarətsiz buraxıldığı təqdirdə sahibini insanlıq mərtəbəsindən endirməyə münasib yaradılmışdır. Ancaq nəfsdəki mənfi təmayülləri xeyirxahlığa və ya yaxşı əməllərə yönləndirmək mümkündür. Buna görə də, nəfs bizim məhv etməyə çalışdığımız düşmən yox, islah etməyə çalışdığımız güc (dost) olmalıdır. Nəfs, ruh və qəlbə qarşı olduğu müddətcə bizə düşmən, ruhla dostlaşdıqda isə insanı kamillik məqamına yüksəldən vasitədir.
- Nəfs kamillikdə müəyyən səviyyəyə çatdıqdan sonra “artıq bu kifayətdir” demək olmaz. Onun kamilik zirvəsində qalması üçün həmişə düşüncə və əməlin nəzarətdə saxlanması lazımdır. Bunu idmana məşğul olan idmançının bədən quruluşunu qoruyub saxlamaq məqsədilə mütəmadi idman etməsinə bənzətmək olar. Çünki, nəfsin islahı olduqca çətin, pis əməllərə meylliliyi isə həddindən artıq çoxdur.
İmam Qəzali həzrətləri nəfsi ata bənzədərək belə deyir: Nəfs insanı gedəcəyi mənzilə aparan ata bənzəyir. Ata həddindən artıq yem verilsə, at sahibinin əmrinə tabe olmaq istəməz və baş götürüb istədiyi yerə qaçar. Beləcə sahibi gedəcəyi mənzilə çata bilməz. Lakin ata miqdarında yem verilsə, at sahibinin əmrinə ram olar və onu gedəcəyi mənzilə aparıb çatdırar.
Nəfsin bəzi fitri xüsusiyyətləri
Böyük İslam alimilərindən biri, kamil iman sahibi olmaq üçün insanın acizliyi və zəifliyini dərk etməsilə yanaşı, həm də şəfqətlə hərəkət etməli olduğunu, aləmə hikmət nəzərilə baxmağının lüzmunu vurğulayır. Əməldə istiqamət və doğruluğu qoruyub saxlamaq üçün fərzlərdən ədəblərə qədər Rəsulullahın (s.ə.s) həyatını özümüzə düstur etməli, bunu vərdiş halına gətirməliyik. Bunlarla yanaşı insanın gözəl əxlaqı qazanmasına kömək edən nəfsə müəyyən vasitələrlə təsir etmək də lazımdır. İnsandakı pis əxlaqın formalaşmasının birinci səbəbi insanın özündən (varlığının mahiyyətindən) bixəbər olması, sahib olduğu nemətlərin fərqində olmamasıdır. İkinci səbəb isə, nəfsə müəyyən hikmətlərə görə verilən mənfi hisslərin dinin nəzarətindən kənarda qalması və beləcə nəfs sahibinin xeyirdən uzaqlaşmasıdır.[9]
Nəfs tərbiyəsindən əvvəl qəlbdə imanın inkişafına və əməllərin Sünnəyə uyğunluğuna bu qədər əhəmiyyət verilməsi, bizə gözəl əxlaqın ancaq qəlb, bədən və nəfsi bütövlükdə dəyərləndirməklə mümkün olduğunu göstərir.
Nəfsdə birib-tükənmək bilməyən ehtiras, kin, inadkarlıq, həsəd və paxıllıq kimi müxtəlif fitri xüsusiyyətlər mövcuddur. Ancaq biz nəfsin xudbinliyindən qaynaqlanan dörd mənfi xüsusiyyətindən bəhs etməyə çalışacağıq:
1. Nəfs, qüsur və xətaları əsla özünə yaraşdırmaz və qəbul etmək istəməz.
Nəfs, xarakterik olaraq özünü həddinən artıq sevər və mədh edər. Nəfsdəki özünü bəyənmə hissinin qarşısı alınmadığı təqdirdə, o, özünü pak və xətasız görməyə başlayar. Hətta elə həddə gəlib çatar ki, – sanki Fironlaşaraq – özünü Məbud (ibadət edilməyə layiq) kimi mədh edər, üstəlik bütün nöqsanlardan, xətalardan uzaq tutmağa çalışar. Bəli, mənəvi olaraq kamilləşməyə, tərəqqiyə mey etməyən nəfs, qüsurlarının deyilməsindən nifrət edər, əsla xətalarını eşitmək və qəbul etmək istəməz. Özünü vəkil kimi müdafiə edər. Nəfsin bu vəziyyətə düşməsində şeytana uymasının, onun sözünü dinləməsinin də təsiri böyükdür. Şeytana qulaq verən nəfs isə, əsla öz xətalarını görmək istəməz, görsə də bir çox bəhanələr gətirərək qəbul etməz.[10]
Nəfsi düçar olduğu bu xəstəlikdən qurtarmaq üçün, onu, özünü təmizə çıxaracaq düşüncələrdən uzaqlaşdırmağa çalışmalıyıq. Belə davranmaq Quran əxlaqıdır. Necə ki, Quran “Özünüzü (nəfsinizi) təmizə çıxartmayın!”[11] buyuraraq bizi diqqətli olmağa səsləyir.
Allahın əmanət olaraq verdiyi maddi-mənəvi duyğulardan öz mənfəətləri naminə sui-istifadə edən nəfsə[12] qarşı, möminlər ayədə buyrulduğu kimi davranarlar. Əsla nəfslərini müdafiə etməyə çalışmaz, əksinə istiğfar edərlər.[13]
- Nəfs ölümü və üzərinə düşən öhdəlikləri xatırlamaq istəməz və buna görə də onları asanlıqla unudar. Maaş, tərif, təşəkkür, hədiyyə və s. kimi maddi məsələlərdə mənəm-mənəmlik edərək ən öndə olmaq istər. Məsələn, nəfs hər canlı üçün qaçınılmaz olan ölümü unudar. Buna səbəb isə, “dünya həyatının aldatdığı şəxslər…”[14] ayəsindəki dünyəvi meyllərdir. Şiddətli dünyəvi ehtirasların əsiri olan nəfs, tədricən ölümü və nə üçün yaradıldığını unutmağa başlayar.
Dünya ləzzətlərini varlığının qayəsi halına gətirən nəfsin axirəti gözləməyə səbri çatmaz. Yəni, yalnız dünya həyatını düşünən, bu həyata bağlanan nəfs, bundan daha gözəl və əbədi həyatın varlığı haqqında düşünmək istəməz.
Ola bilər ki, nəfs bəzən ölümü xatırlayar, amma özünün öləcəyini düşünmək istəməz. Başqalarının öləcəyi haqqında dəfələrlə fikirləşsə də, özününü öləcəyini əsla ağlına gətirməz və sanki bunu unutmuş kimi davranar. Nəfsi belə rəftara vadar edən nədir? Qəflətə düçar olan nəfs, ölümlə dünyadakı bütün zövqlərin bitəcəyindən, sona çatacağından qorxar. Amma unudar ki, imanın bəhrəsi olan − əsl xoşbəxt olacağı, dərddən-qəmdən uzaq yaşayacağı günlər – həqiqi həyat ölümdən sonra başlayır.
Tərbiyə olunmayan nəfs, bundan əlavə tənbəlliyə meyl edər və çətinliklərlə qarşılaşmaq istəməz. Nəticədə üzərinə düşən mükələfiyyətləri unutmağa meyl edər. Digər mənfi xüsusiyyətlər kimi, tənbəllik də Şeytanın nəfsə təsir vasitələrindən biridir. İslam alimlərindən biri də namaz qılmayanlardan bəhs edərkən nəfsin tənbəllik qulağı vasitəsilə Şeytandan nəsə öyrənməyə daim hazır olduğunu qeyd edir. Nəfs cəhalətdən hazırlanmış tənbəllik döşəyində uzandığına görə namaz kimi gözəl ibadəti tərk edir.[15]
Nəfsi bu vəziyyətdən qurtarmağın yolu, onu nələri xatırlayıb və nələri unudacağını biləcək səviyyəyə çatdırmaqla mümkündür. Həşr surəsində belə buyrulur “Allahı unudan, buna görə də (Allahın) onları özlərinə unutdurduğu kəslər kimi olmayın!”[16]
Ayədən öyrənirik ki, əsl insan kimi yaşamağımız Allahla olan münasibətimizə bağlıdır. Bu, yarpaq və ya meyvənin ağacda olduğu müddətcə rəngini, canlılığını qorduğu, yerə düşdüyü andan etibarən özünəxas keyfiyyətlərini itirməsinə bənzəyir. İnsan da Allahla olan münasibətini qopardığı andan etibarən zahiri görünüş olaraq insan surətində qalsa da, mənəvi dünyası tədricən təravətini itirməyə sonra da çürüməyə məhkum olur.
Ayədəki “(Allahın) onları özlərinə unutdurduğu” ifadəsini belə anlamalıyıq; Qəfləti (çürüməyi) istəyən insandır, onun insanın daxilində gerçəkləşdirən (yaradan) isə Allahdır.
- Nəfs yaxşılıq və uğurları həmişə özünün qazandığını düşünər.
Nəfs etdiyi yaxşılıqların, qazandığı uğurların əsl sahibinin özü olduğunu, onları özünün əldə etdiyini düşünər. Bunun nəticəsi isə qürur, təkəbbür və lovğalıq kimi özünü büruzə verər. Bununla yanaşı nəfs pis işlərdə, qazana bilmədiyi uğurlarda özünü əsla günahkar görməz, daim başqalarını günahlandırar. Ətrafındakı insanlarda qüsur axtarmağa, onların doğru olmadıqlarını isbat etməyə çalışar.
Nəfsi “hər şeyi özündən bilmək” xəstəliyindən qurtarmaq, fəzilətlərin həqiqi mənbəyini ona öyrətməklə mümkündür. Yəni, nəfsə gözəllik və uğurların ona Allah tərəfindən bəxş edildiyini izah etmək lazımdır. Bəli, insanın etdiyi maddi-mənəvi bütün yaxşılıqlar, əldə etdiyi nailiyyətlərin hamısı, Allahın ona verdiyi istedad və qabiliyyət sayəsindədir. Əgər Allah insana həmin qabiliyyətləri verməsəydi əldə etdiyi uğurları qazana bilərdimi? Bu həqiqəti anlayan nəfs, verilən nemətlərlə lovğalanmaq əvəzinə onları verənə təşəkkür (şükür) edər.
Quran bizə Rəsulullahın (s.ə.s) timsalında belə səslənir:
“Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn pislik isə sənin özündəndir.”[17]
Bu ayə ilə nəfsimizə qarşı necə rəftar edəcəyimiz bildirilir ki, bu da yaxşılıqları Allahdan, pislikləri isə özümüzdən bilməliyimizdir.
4. Nəfs özünü azad, sərbəst və müstəqil varlıq hesab edər.
Bəlkə də nəfsin ən çox aldandığı düşüncə elə budur. Nəfs özünü heç kimdən asılı olmayan müstəqil varlıq kimi görər.
Özünün müstəqil olduğunu düşünən nəfs iki yönlüdür: inkar edən (kafir) nəfs və qafil nəfs.
Kafir nəfs varlığını (haşa!) Allah kimi özlüyündən zənn edər. Buna görə də özündən güclü Varlığı, Onun özünü hesaba çəkəcəyini əsla qəbul etmək istəməz. Bundan narahat olar. Hesabsız yaşamaq istəyən belə münkir nəfsə, haqq-hesab (axirət) gününə inanmaq mənasız görünər. Və öz-özünə dodaqaltı “əl, ayaq, göz, dil və s. mənimdir. Bunları necə istəyirəm elə də işlədərəm. Bundan kimə nə var?” tərzindəki ifadələrlə söylənər.
Qafil nəfs isə, münkir nəfs kimi olmasa da tədricən yaradanının Allah olduğunu unutmağa və Onun bəndəsi deyilmiş kimi davranmağa başlayar.
Nəfsi belə yanlış fikirlərdən qorumaq, onu, varlığı və özü ilə əlaqəli xüsusların Allahın təcəllilərinin aynası olduğu həqiqətinə inandırmaqla mümkündür.
Güzgü və ya aynada əmələ gələn görüntü günəşin varlığı və işığı sayəsindədir. Günəşin işığı kəsilən kimi görüntü də itir. Təşbeh xətalı deyilsə, bu aləmdəki bütün varlıqlar da Allahdan gələn təcəllilərlə varlığını davam etdirirlər. Bəli, özünə baxan yönüylə bütün varlıqlar “heç” hökmündədir. Heç nə Onun inayəti olmadan varlığını davam etdirə və yox olmaqdan qurtula bilməz.
Bu həqiqəti bizə xatırladan Quran ayələrindən biri belədir: “Allahdan başqa hər şey məhvə məhkumdur…”[18]
Ayədəki “vəch” kəlməsinin razılıq mənası da var. Buna görə də deyə bilərik ki, ancaq Allah üçün, Onun razılığını qazanmaq naminə edilən əməllər yoxluğa məhkum olmaz.[19]
Nəticə
Nəfs kəlməsi Quranda insanın zatı (özü, öz nəfəsi, öz varlığı) mənasında işlədilir. Bununla yanaşı ayələrdə nəfs kəlməsilə ruh nəzərdə tutulur.
Dini terminologiyada isə nəfs insan xarakterinin pisliyə meylli olan yönünü ifadə edir. Nəfs şəhvət, inadkarlıq, qəzəb kimi hisslərlə bir mexanizm kimi fəaliyyətini davam etdirir.
Nəfs müxtəlif vəziyyətlərə düşəcək səviyyədə yaradılıb. Özbaşına buraxıldığı təqdirdə sahibini doğru yoldan uzaqlaşdırar və onun kamilləşməsinə mane olar.
İnsanda potensial olaraq mövcud olan nəfs mexanizmini insan müsbət istiqamətdə istifadə edərsə ülviləşərək mələklərdən daha üstün ola bilər. Ancaq onun islahı etməyə çalışmaz, başıboş buraxarsa insanı heyvandan da aşağı mərtəbəyə düşürər.
Prof. Dr. Yener Öztürk
Yeni Ümit dərgisi 100-cü sayı, 2013.
[1] İbn Manzur, Lisanul-Arab, N-F-S md. (VI, 233-235)
[5] Kalbin Zümrüt Tepeleri, III, 219.
[8] Kalbin Zümrüt Tepeleri, II, 265.
[9] Məktubat (10-cu Məktub), s. 39-41.
[10] Ləmalar, (13-cü Ləma 13-cü İşarət) s. 131.
[12] Sözlər (6-cı Söz), s. 29-33.
[13] E.a.ə., (18-ci Söz), s. 300-301.
[15] E.a.ə., (21-ci Söz), s. 351.
[19] Məktubat (15-ci Məktub), s. 80.
3
Zövq
Deyirlər ki: Dünyaya bir dəfə gəlirsən. Sonun başlanğıcı yoxdur. Gülün, əylənin, bir ildırım sürətilə keçən ömrünüzü zövq və səfa içində keçirin. İman, axirət, ibadət, halal, haram, ölüm kimi sizə məsuliyyətlərinizi xatırladacaq və zövqlərinizi məhdudlaşdıracaq ifadələri düşünməyin. Siz bir kəpənək qədər azad və sərbəst olmalısınız. "İç badə, gözəl sev, var isə ağlı-şüurun / Dünya var imiş, ya ki yox imiş nə umurun."
Bu bir həyat fəlsəfəsidir və adına Hedonizm deyilir. Dilimizdə "Həzçilik" və ya "Zövqçülük" deyə ifadə edilə bilər. Kökü Qədim Yunanıstana qədər gedib çıxır. İlk filosofu Epikürdür. Fəlsəfə tarixləri hər nə qədər Epikürə "ilk" desələr də, bu məni qane etmir. Qənaətimə görə ilki şeytan, ikincisi nəfsdir; Epikür ancaq üçüncü ola bilər! Daha sonra bu fikirlərin bir bənzərini Ömər Xəyyamda da görürük.
Fəlsəfə Nədimin "Gülək, əylənək, kam alaq dünyadan," misrası ilə şüar halına düşüb. Dövrümüzdə maddəçi (pula,mala və s. çox əhəmiyyət verən) toplumları zövq “qısqacının” qurbanı oldular. Bu yoluxucu xəstəlik bəzi şər qüvvələrin cəhdləri ilə vətənimizi hədəf alıbdır. Gənclərimizin beyinləri sözdə sənətlərlə yuyulur; mahnı sözlərinə qulaq verin, kifayətdir.
Əvvəlcə, Hedonizmin iç üzü üzərində durmaq istəyirəm. Bir sistemin qəbul edilməsi üçün cəmiyyətin bütününə, yaxud əksəriyyətinə xitab etməsi lazımdır.Lakin Həzçilik azlığı içinə alıb çoxluğu xaricində qoyur. Çünki cəmiyyətin əksəriyətini uşaqlar, xəstələr, yoxsullar, yaşlılar və bəlaya düşənlər təşkil edir. İstədiyi kimi əylənmək, hər arzusunu təmin etmək, hər zövqü dadmaq ancaq bəlli bir qruba vergidir.Həm gənc , həm sağlam, həm varlı olmalısan ki, kef arxasınca düşəsən. Qarnını doyura bilməyən kasıba, ağrılar içində inləyən xəstəyə, qəbir qapısında ölümü gözləyən yaşlıya "Ye, iç, əylən, kef elə," demək gülünc olmaz mı? Yoxsul ancaq bu dünyada dada bilmədiyi ləzzətlərə, axirətdə qovuşacağını düşünüb ümid edərək təsəlli ola bilər. Xəstələr acizliyini anlayıb Yaradanına dua etməklə mənəvi rahatlıq tapar.
Beli bükülmüş, fani zövqlərdən əlini çəkmək məcburiyyətində qalmış yaşlılar isə ölümün yoxluq olmadığını, əbədi bir aləmə getmək üçün vasitə olduğunu düşünməklə ifadəsi qeyri-mümkün kədərlərdən xilas ola bilər.
Şərq təfəkkürünün abidələrindən olan Sədinin də dediyi kimi; "İnsanlar bir vücudun əzalarıdırlar." Orqanların qarşılıqlı yardımlaşmalarıyla həyat davam edər. Toplum həyatı da fərdlərin birliyinə və bir-birləriylə müsbət mənada ünsiyətinə bağlıdır.
Ağıl, qəlb və vicdan sahibi hər insan digər həmcinslərinə mərhəmət edər, etməlidir. Ətrafındakı şəxslərin dərdlərinə, kədərlərinə, izdırablarına laqeyd qala bilənlər insani xüsusiyyətlərini itirənlərdir.
Ağlayan yetimlərə, qıvranan aclara, inləyən xəstələrə və titrəyən yaşlılara rəğmən zövqünü düşünənlərə, sadəcə kef üçün yaşayanlara insan mı deyilir?
Həzçilər çalışmağı da sevməzlər. Qazanmaq üçün tər tökmək belə istəməzlər. İş zamandan və kefdən fədakarlık etməyi tələb edir. Onda, zövq üçün xərclənəcək pulu hardan təmin edəcəklər? Şübhəsiz saf və məsum insanların çiynindən. Bu səbəblə, cəmiyyətdə zövqçülük artdıqca, möhtəkirlik da çoxalır. Bir tərəfdə qeyri-qanuni qazancı vərdiş halına salanlar, digər tərəfdə çalışdığı halda kifayət qədər qazana bilməyənlər. Dünya zalım “parazitlərlə” məzlum vətəndaşların dünyasıdır.
Zövq qayə olarsa, ailə zəyifləyər. Çünki cəmiyyətin çəyirdəyi olan ailə ancaq fədakarlıqlarla ayaqda dura bilər. Qadını "qadağa zövqlərin aləti"qəbul edən zehniyyət "şəfqət qəhramanı ananı" tanımaz. Uşaq isə kef vasitəsi olan pulu paylaşaraq azaldan düşməndir; doğulmadan öldürülməlidir.
Qəbilələri dövlət edənlər qəhrəmanlardır. Əsir millətləri əfəndi halına gətirənlər ideal adamlarıdır. Ölüm yuxusuna yatmış cəmiyyətləri oyadan, coşduran və ali məqsədlərə tərəf aparanlar alpərənlərdir. Şəxsi arzuları arxasınca sürüklənənlər qəhraman ola bilməzlər. Səfahət döşəyinə rahatlıq üçün yatanlar fədakarlıq etməyi bacarmazlar. Eqoistlər ölümə gülümsəyən, məna üçün yaşayıb məfkurə üçün ölənləri anlaya bilməzlər. Bunlardan meydana gələn toplum daxildən çürümüşdür.
Həyatın məqsədini zövq hesab edənlərin beyinləri mədələrinə enmişdir. Maddi zövqdən başqa zövqlərin də ola biləcəyinə ehtimal verməzlər. Acı doyurmağın, yetimi oxşamağın, yaşlıya əl tutmağın həzzinə yaddırlar. Gurultulu musiqidən, “qasıqları partladan” zarafatlardan, şəhvət qoxan ədəbiyatdan xoşlanarlar. Günləri yeni zövqləri xəyal etməklə keçər. Zövqün sərhəddi yoxdur. Təkrarlanan ləzzət dadını itirər. O zaman yeni və fərqli zövqlərin ardına düşərlər. Tapmadıqda, sıra ağlı uyuşdurmağa gəlir. Artıq yeni dostları tiryək, heroin və alqokoldur. Yatan, uyuşan və sızan bir cəmiyyət ortaya çıxar. Belə bir cəmiyyət dostu düşməndən ayıra bilməz. Azadlıq qapısı qapanmağa əsarət qapısı açılmağa başlayar. Ruhun cüzamı olan bu qorxunc xəstəliyə tutulanlar mənən ölüdürlər. Ölülər isə mülklərini qoruya bilməzlər. Bax bunun üçün xarici mərkəzli materyalistlər və onların içərdəki “kukla”ları zövqü və həzzi qayə olaraq göstərirlər!
Zövq vasitədir. Fərdi həyatın və nəslin davamı üçün yaradılmışdır. Ərzaqlarda ləzzət olmasaydı, yemək-içmək bir əzab olardı. Yeyə bilməz, içə bilməz və zəruri ehtiyacımız olan qidaları qəbul edə bilməzdik. Həyat davam etməzdi. Həmçinin, evlilikdə həzz olmasaydı, ailə qura bilməz, çoxala bilməz, yerüzünü şənləndirə bilməzdik. İnsan nəsli kəsilərdi. Halbuki, biz iman və ibadət üçün yaradıldıq. Bu uca vəzifələri yerinə yetirmək üçün yaşamalı, nəslimizi davam etdirməliyik. Yanlış olan vasitəni qayə yerinə qoymaqdır. Zövq üçün yaşayanlar ulağını doyurub özü aclıqdan ölənlərə bənzəyirlər.
Zövq və ləzzətin yaradılmasındakı bir hikmət də budur: Biz bu dünyaya bir imtahan üçün göndərildik. Bura maaş və mükafat yeri deyildir. Hər padşah kimi bu dünya mülkünün maliki olan Allahın da bəzi əmrləri və qadağaları var. Haram zövqlər də bu imtahanın bir parçasıdır. Bizdən məşru dairədə qalmağımız istənilir. Azad iradəyə sahib olaraq yaradılmışıq. Halal dairədə yaşayıb cənnəti qazanmaq da əlimizdə, haram zövqlərə qapılıb cəhənnəmə getmək də.
Əslində, Allahı tanımayan, axirəti bilməyən və qulluq şüuruna çatmayan şəxs dünyada da xoşbəxt ola bilməz. Çünki dünya ləzzətləri müvəqqətidir. Zövqün tükəndiyi yerdə dərd başlayar.Bunlar ölümə qədər növbələşərək davam edir. Həzlərin fani olduğunu düşünmək belə həyatı zindan etməyə kifayətdir. Həyatdan tam zövq alanlar ancaq inananlardır. Onlar bilirlər ki, ləzzətlər müvəqqətidir, amma nemətləri verən Allah əbədidir. Tükənən nemətlərin davamını da yaratmağa qadirdir. Bu dünyada verməsə belə əbədi səadət yeri olan axirətdə verə bilər. Onda, ləzzətin sonunu düşünüb kədərlənmək mənasızdır. Evindəki bir yeşik almanın bitəcəyini düşünərək kədərlənən yoxsul adam bilsə ki, padşah onu almasız qoymayacaq, hər nə zaman alması qalmasa, o, yenə verəcək, sevinər və ləzzətini tam alar.
İnsanı heyvandan ayıran ən mühüm xüsusiyyət ağıldır. Ancaq bu müstəsna qabiliyyət yerində işlədilməzsə, bəla olar. Çünki ağıl sayəsində keçmişi və gələcəyi düşünmək mümkündür. İnanmayan adam keçib gedən gözəl günlərini xatırlayaraq təəssüflənir. Gələcək zaman isə məchul təhlükələrlə doludur. Ölümü hər şeyin sonu bilən üçün keçmiş bir “yoxlar ölkəsidir”. Gələcək isə onu udacaq bir divin ağzıdır. Allaha təslimiyyəti olmadığı üçün hər hadisə ruhunu titrədir. Zahirən xoşbəxt görünür, lakin daxili dünyası acılarla cəhənnəmə çevrilib. Ancaq inanan şəxs üçün ölüm yoxluq deyil, bir başlanğıcdır. Nurani axirət aləminə keçid üçün vasitədir. Gələcək isə sonsuz mərhəmət sahibi olan Allahın əmrindədir. Dünya da, içindəkilər də fanidir, amma O, daimidir.
Əgər insan bu dünyada əbədiyyən qalacaq olsaydı, bəlkə zövqünə gərəyindən daha çox əhəmiyyət verə bilərdi. Ancaq yerüzündə hər an ölüm küləyi əsir. Çevrəmizdə ölümlü həyatın mübarizəsinə şahid oluruq. Hər məxluqda ölümün üzünü görürük. Dünən sapında gülümsəyən çiçəklər bugün ayaqlar altında. Yazda və yayda yaşıl paltarları olan ağaclar, qışda kəfənlər içində. Göylərdə uçan quşlardan geriyə qalan bir ovuc tük yumağı. Əlif kimi dik duran gənclər, bir də baxırsan ki, budaq kimi əyilmişlər. Zövq cilasıyla parıldayan gözlər torpaqla dolur. Sevdiklərimiz bizi bir-bir tərk edirlər. Bütün yollar qəbrə çıxır. Şübhəsiz, bilirik ki, bizim də axırımız qocalıq və ölümdür. Onda, hakimiyyət mübarizəsində həyatdan heç də geri qalmayan ölümün bizdən bir istəyi olmalıdır. Bax insanın ən öndə gələn məsələsi budur və heç kimsə bu həqiqətə laqeyd qala bilməyəcəkdir. Zövqpərəst ölüm qarşısında titrəyərkən, müsəlman rahatdır. Çünki ölüm torpağa girib çürümək deyil, sevgili Peyğəmbərinə (s.ə.s) və digər sevdiklərinə qovuşmaq deməkdir. Başqalarını dəhşətə salan Əzrail etibarlı bir əmanətçidir. Və onlar üçün dəfn mərasimiylə, düyün alayı eyni şeydir. Gediş Rəhman və Rəhimə olduqda qəbir gülüstana dönər.
“Həyatın qayəsi zövq deyildir”. Onda nə üçün yaradıldıq? İndi də bu suala cavab tapaq:
"Çoxluqda birlik" deyə tərif edilən ahəngin ən mükəmməlini kainatda görürük. Hər məxluq öz üzərinə düşən vəzifəni əksiksiz yerinə gətirir. Cansızlar həyata xidmət edir. Həyatın ən ülvisi də insana verilmişdir. Heç tərəddüd etmədən deyə bilərik ki, kainat insan üçün çalışır. Bitkilər heyvanların, heyvanlar isə insanların əmrində. Hər məxluqun bir qayəsi olduğuna görə insan da bir məqsəd üçün yaradılmışdır. Əksini düşünmək əbəs olar. Onda bu necə bir qayə olmalı? Bu sualın cavabı, Rəbbimizin kəlamıdır. Bütün ilahi kitablar eyni nöqtəyə toxunaraq deyirlər ki: Təməl vəzifəniz sizi yoxdan var edən və hədsiz nemətlərlə yaşadan Allahı tanıyıb, qulluq etməkdir. Sonsuz gənclik, əbədi səadət və tükənməz zövqlər istəyirsənizsə, Onun əmrlərinə itaət edib, qadağalarından uzaq durun. Dünyanın zövqləri aldadıcı ilğıma bənzəyir. Fani ləzzəttlərin cazibəsinə qapılaraq gerçək hədəfinizi unudarsanız, əzaba uğrayanlardan olarsınız. Üsyan və küfr nankorluqdur.
Qonaq ev sahibinin sözünə itaət etməlidir. Onu yedirdən, içirdən, istirahətini təmin edən zatı dinləməyərək öz istədiyini edən adam nankordur. Vəzifəsi təşəkkür ikən evin sahibini tanımaq istəməyən qonaq əzaba layiqdir. Bax, dünya qonaq evinə gəlib nemətlərə məzhər olan, ancaq Allahı bilməyən qulun halı bu misala bənzəyir.
Yeri gəlmişkən, bir mövzuya daha toxunmaq istəyirəm: Qərbli psixoloqlar daima nəfslə ruhu bir-birinə qarışdırmaq kimi əfv edilməz bir xəta edirlər. Təbii olaraq, bizdəki təqlidçilər də eyni xətanı təkrar edirlər. Nəticə, nəfsin istəklərini, sanki ruhun arzularıymış kimi qəbul etmək və psixolojik sistəmləri bu yanlışa dayandırmaq olur. Tövsiyələri isə: "Heç bir arzunuzu basdırmayın, içinizə atmayın, dərhal doyurun." Bu fikirlər qəbul edilir də. Günahlar elmi “paltarlara” bürünərək məşrulaşdırılır. Beləliklə,azğın ehtiraslarına sədd çəkə bilməyən "elmi əxlaqsızlar" və "ziyalı zalımlar" çoxalır. Zəiflər əzilir, məsumlar ləkələnir, quzular qurdların öhdəsinə buraxılır.
Halbuki, ruh ayrı, nəfs ayrı varlıqlardır. İkisi eyni şəxslərdə olmaqla yanaşı, xüsusiyyətləri daban-dabana ziddir. Birinin zövq aldığından, digəri diksinir. Nəfs pisliklərə məftundur. Lüğətində "doymaq" deyə bir kəlmə yoxdur. Həmişə daha çox istəyər. Ərköyündür, üsyankardır, üzsüzdür. Aldıqca daha çox qüvvətlənir. Nəhayət elə bir dərəcəyə gəlir ki, insana "həyatın qayəsi zövqdür" hökmünü qəbul etdirir. Məsuliyyətdən qaçar. Qaydalar, qanunlar və qadağalar onun ən sevmədiyi ifadələrdir. Dini və əxlaqı da sırf bunun üçün sevməz. Çünki bunlar insana başıboş olmadığını, heyvan kimi istədiyi yerdə “otlaya bilməyəcəyini”, ibadət üçün yaradıldığını xatırladır. Ona Allaha üsyanın nankorluq olduğunu söyləyir.
Ruhun da özünəxas qidaları vardır. O, elmlə kamilləşir, ibadətlə tənəffüs edir və təfəkkürlə ucalıqlara yüksəlir. Məxluqlardakı möhtəşəm sənətləri görərək Rəbbini düşünmək, əhatələndiyi nemətlər üçün minnət duyaraq şükr etmək ən mühüm qayəsidir. Bu yolla keçmişin dərdlərindən və gələcəyin sıxıntılarından xilas olur. Təslimiyyət və təvəkküllə mənəvi rahatlığa qovuşur. Orqanlar etdikləri işə görə qiymət alırlar. Sadəcə maddi zövqlər üçün işlədilən qabiliyyətlər dəyərlərini itirərlər. Ruh bu həqiqəti bilir. Ağlını və digər mənəvi cihazlarını mədəsinə və şəhvani istəklərinə xidmət etdirənlərin xoşbəxt olmaları mümkündürmü? Sahibin qulluqçularına kölə olduğu yerdə səadətdən söz gedə bilərmi?
Həzçiliyin sonu pessimizm, yəni bədbinlik fəlsəfəsidir. Çünki "Davam etməyən şeydə ləzzət yoxdur." Dünya nemətlərinin və özünün fani olduğunu bilən insanın məsud olması mümkündürmü? Ağlı uyuşduran maddələrin səfahət toplumlarında çoxalması da bu həqiqəti göstərir. Yenə maddi ləzzətlərə doymuş Qərb cəmiyyətlərində intahar hadisələri daha çox görülür ki, bu vəziyyət xoşbəxt olmadıqlarının ən açıq dəlilidir. Məsud bir insan nə üçün ağlını uyuşdursun və niyə intahar etsin!
Buna daim inanmışam: əgər zövqünə düşkün olanlar, cənnətdəki ləzzətlərə şübhəsiz inansalar, hamıdan çox ibadətlə məşğul olardılar. Çünki hər ləzzətin əsli ordadır. Dünya zövqləri isə bir kölgədən ibarətdir. Hedonistlərə bunu demək istəyərdim: Zövq və səfa içində sonsuza qədər yaşamaq istəyirsənizsə, heç durmayın; iman ab-i həyatından və ibadət şərbətindən için. Sabah çox gec ola bilər. Birigünə isə heç güvənməyin.
Sözün qısası, "Həqiqi zövq və ələmsiz ləzzət və kədərsiz sevinc və həyatdakı səadət yalnız imandadır və iman həqiqətləri dairəsində olur." Bundan dolayı zövq və səadət istəyənlərə deyiləcək söz budur: "Həyatın ləzzətini və zövqünü istəyirsənizsə, həyatınızı iman ilə həyatlandırın və fəraizlə zinətləndirin və günahlardan çəkinməklə mühafizəedin."
4
Hislərə hakim olmaq...
Hislərə hakim olmaq deyərkən nəfsə hakim olmaq (nəfs tərbiyəsi) başa düşülür.
Bunun ən qısa yolu, haramlardan çəkinmək və fərzləri yerinə yetirməkdir. Bunları tam olaraq yerinə yetirməklə bərabər, məkruhları da tərk edərək, sünnələri etməkdir.
Bir tarladan yaxşı məhsul almaq üçün, tarlanı ziyan vericilərdən yaxşıca təmizləmək, qazıb-belləmək lazımdır. Əgər tarlaya yaxşı baxılmazsa, yabanı otlar və tikanlar hər tərəfi zəbt edər. Məhz, insanın nəfsi də tarla kimidir. Əgər tərbiyə edilməzsə, pis qabiliyyətlər bitməyə başlayar. Əgər yaxşı bir tərbiyədən keçsə, ondan çox istifadə edilir.
Xam neftin təmizlənməsi kimi, nəfsin də təzkiyəsidir (pis sifətlərdən təmizlənilməsi) mövzumuz . Bir qisim təsəvvüf əhli, nəfsin yeddi mərtəbəsindən bəhs edirlər. Bunlar:
1. Nəfs-i əmmarə
2- Nəfs-i ləvvamə
3. Nəfs-i mutmainnə( aram tapan, doyan nəfs)
4. Nəfs-i radiyyə
5. Nəfs-i mardıyə
6. Nəfs-i mülhəmə
7. Nəfs-i zəkiyyə. (1)
Nəfsin, tərbiyədən keçməmiş halı, nəfs-i əmmarədir. (2) Bu haldakı nəfs, şiddətlə pisliyi əmr edir. Günahlara batmaq istəyir.
Özünü qınayan nəfsə isə, nəfs-i ləvvamə deyilir. (3) Bu mərtəbədəki nəfs, günahlardan ötəri özünü qınamağa başlayır, peşmanlıq duyur.
Tərbiyənin irəliləməsiylə, nəfs mütməinnə mərtəbəsinə çıxır; Allahdan gələn hər şeyi razılıq ilə qarşılayır. Allahın razı olduğu bir vəziyyət qazanır. İlahi ilhamlara məzhər olur. Təmizlənmiş bir nəfs halına gəlir. İlk halı, tərbiyə edilməmiş vəhşi bir ata, son halı isə tərbiyə edilmiş və sahibinə çox faydalı itaətli bir ata bənzədilə bilər.
Bilindiyi kimi, sirklərdə nümayişdə istifadə edilən şirlər daha balacalığından tərbiyə edilirlər. Nümayiş əsnasında, ara sıra ağızlarına sakitləşdirici həb verilir. Ta ki, meşədəki günlərini xatırlamasınlar, sahiblərini parçalamasınlar. Onun kimi, nəfsin tərbiyəsinə də kiçik yaşlardan başlamaq; bundan başqa hər gün, nəfsə xitab edən və onu sakitləşdirən həqiqətlərdən oxumaq lazımdır. Yoxsa, illərcə tərbiyədən keçmiş bir nəfs, fürsət tapanda təkrar köhnə halına dönməyə uyğundur. Necəki, bir pedala basanda, onu yerə qədər əyirik. Lakin, ayağımızı boşaltdığımız ölçüdə, o başını qaldıracaqdır. Nəfs də belədir. Yaxşı bir tərbiyə ilə səsini kəsir. Uyğun bir mühit tapanda, təkrar hökmünü icra edir.
Bəzi şəxslər, "nəfsi öldürmək" təbirini istifadə edirlər. Bunun da bir nəfs tərbiyəsi olduğunu qəbul etməklə bərabər, nəfsin mahiyyətində yer alan duyğuların, qabiliyyətlərin xeyrə istiqamətləndirilməsinin daha məqsədəuyğun olacağı qənaətindəyik. Məsələn, hər kəsdə şiddətli bir hərislik var. Hərisliyin səsini tamamilə kəsmək yerinə, bu hərisliyin xeyirli işlərə istiqamətləndirilməsi daha faydalı olacaqdır. O zaman, etdiyi ibadəti, xidməti yetərli görməyəcək, daha sonrasını əldə etməyə çalışacaqdır. (4)
Nəfs, tərbiyəni qəbul etməyə uyğundur. Məsələn, hər kəsin fitrətində xəsislik vardır. İslami bir tərbiyə ilə, xəsis bir insanın çox comərd bir insan halına gəlməsi mümkündür.
Nəfsin fitri halı, dəli dolu axan bir çaya bənzəyir. Tərbiyə edilmiş halı isə, bu çayın önünə bir bənd tikilib ətrafının həm işıqlandırılması, həm də sulanması kimidir.
Qaynaqlar:
1. Elmalili Hamdi, VIII, 5817.
2. Yusuf surəsi, 53.
3. Qiyamət surəsi, 2.
4. Bu mövzuda bax. Nursi, Məktubat, s. 33-34.
5
İnsandakı Fabriklər ...
İnsanın içində çalışan mənəvi fabriklər, xaricindəki maddi fabrikdən, yəni bədən fabrikindan daha çox qəribədir. İnsan ruhunun mahiyyətini ancaq Xaliq-i Zülkəmâl bilir. Biz yalnız ruhumuzun bəzi fəaliyyətlərinə təşbih və təmsil durbiniylə uzaqdan uzağa baxmağa çalışacağıq:
Cənâb-ı Haqq, beyni qəribə bir fabrik olaraq yaratmışdır. Bu fabrikə zahirî və batini duyğularla, xammal kimi mənalar və məlumatlar gəlməkdə, ağıl bunları elm halına gətirib yaddaşda toplamaqdadır. Beyni bir tikiş fabrikinə bənzədəsi olsaq, bu fabrikin qulaq dediyimiz kanalından girən yunlar ağılda parçaya çevrilməkdə və yaddaşda saxlanmaqdadır. İstədiyimiz zaman bu parçalar saxlandığı yerdən(anbardan) alınmaqda və fabrikin ağız deyilən kanalından çölə ixrac edilməkdədir.
Burada işarə etməyimiz lazımlı olan çox mühüm bir xüsusiyyət də, anbardakı parçaların ağızdan çıxmasına baxmayaraq, parçalarda heç bir əksilmə olmamasıdır. Bu fabrikin digər gözəl bir tərəfi də fabrikin giriş və çıxış kanallarının müxtəlif olmasıdır. Belə ki:
Yuxarıdakı misalda giriş kanalı qulaq, çıxış kanalı isə ağız olaraq izah edilmişdi. Bununla yanaşı, fabrikə göz kanalından da yunlar girə bilməkdə və ağılda parçaya çevrildikdən sonra yaddaşda saxlanmaqda və istənildiyində əldən yazı surətiylə və ya yenə ağızdan söz surətiylə çölə tökülə bilməkdədir. Belə bir fabrik düzəltmək bəşər iqtidarının çox fövqündə olduğu kimi bu fəaliyyətlərin mahiyyətini anlamaq da mümkün deyildir.
Ağla məlûmat gətirən digər bir alət də dildir. Yediyimiz bir almanın vitamini bədənimizdə yerini alarkən, dadı dil vasitəsilə ağla və oradan da yaddaşa keçib özünə məxsus məqamında oturmaqdadır.
Beyin fabriki göz pəncərəsiylə də, seyr etdiyi şeylərin surətlərini, oxuduğu şeylərin mənalarını alır və yaddaşa həvalə edir. Daha əvvəl oxuyub yaddaşımıza yerləşdirdiyimiz qısa, gözəl bir söz yazmağımız istənilsə, yenə təxmin və təsvir edə bilməyəcəyimiz möcüzə bir fəaliyyətlə o söz yaddaşdan alınır və əl vasitəsiylə qələmimizin ucundan tökülür. Eyni gözəl sözləri söyləmək istədikdə isə, bu dəfə səs olaraq dilimizdən axmağa başlayır. Bu misalda fabrikə yun misalı girən gözəl söz, yaddaşda oraya məxsus bir halda saxlandıqdan sonra, istəni zaman yenə yun olaraq yəni birbaşa özü heç bir dəyişikliyə məruz qalmadan çölə çıxmış olur.
Xəyal isə, şəkər fabrikinə çox uzaq məsafələrdən şəkər çuğunduru gətirən vaqonlar kimi, yükləndiyi təxəyyülləri (xəyal) ağılın əlinə təslim edir. Ağıl bunların içərisindəki mənaları süzüb, lüzumsuz şeyləri çölə atır.
Digər alət və cihâzlarımızı bunlara müqayisə edə bilərsiniz.
Ağıl belə müxtəlif kanallarla aldığı məlumatı və mənaları elm halına gətirdikdən sonra, ancaq mərifətullah və muhabbətullah ilə mutmain (doyan, qane olan, aram tapan) olan qəlb fabriki, bu elmlərdən mərifətini və məhəbbətini artıracaq olanları almaqda və Cənâb-ı Haqqın lütfü ilə yenə ağıl almaz bir fəaliyyətlə feyzə, mənəvi zövqə çevirməkdədir.
Bu qədər möcüzə fabriklərlə dolu olan insan, bu dünyaya əlbəttə bu qısacıq dünya həyatını qazanmaq üçün göndərilməmişdir. Əbədi səadət fabrikləri olan bu cihâzlarımızı axirətə aid olmayan hansı işdə sərf etsək zərər etmiş olarıq. Dünyada qazandığımız cüzi sərvət, məqam, şöhrət kimi şeylər bu fabriklərin məqsədi və nəticəsi ola bilməz.
Bir insanın əlində qızıldan düzəldilmiş antik bir çəkic olsa, o insan bu çəkiclə daş yonub pul qazandığı təqdirdə, mənfəət qazandığını iddia edə bilməz. Çünki, çəkici daşa hər vuranda beş qəpik qazanmağa bədəl bəlkə beş yüz manat zərər etməkdədir. Bizlər də hər hansı bir dünyəvi mənfəət əldə etdiyimiz zaman sevinərkən, nəyi itirdiyimizi və hansı alətləri köhnəltdiyimizi bilmirik.
Bu xariqə alətlərlə təchiz edilən insan, sərf etdiyi ömür nəticəsində Xaliq-i Əzəl və Əbədin razılığı və dolayısıyla da əbədi səadətdən başqa nəyi qazansa zərər, hətta iflas etmiş sayılır.
Yazıçı: Məmməd Qırxıncı, 02-7-2010
6
Yeni tanış olduğum insanları öncədən tanıyırmış kimi hiss edirəm, səbəbi nə ola bilər?
- Bu mövzu çox subyektivdir. Bunu obyektiv kriteriyalara görə qiymətləndirmək olduqca çətindir. Bununla yanaşı, sizə kömək ola bilər düşüncəsiylə bir neçə nöqtəyə işarə edəcəyik:
a) Öncə bunu qəti olaraq bildirək ki, bu kimi hadisələr heç bir zaman "reinkarnasiya" nı təsdiq etməz. Çünki, bir çox ayənin ifadəsindən, reinkarnasiyanın doğru olmadığı aydın olmaqdadır.
b) Bu cür hadisələr, yəni "ilk dəfə gördüyü bir şeyi, daha öncə görmüş kimi bir mənzərə ilə qarşılaşmağ" nın bir iki səbəbi ola bilər:
Birincisi: İnsanın lap əvvəldən yuxuda görüb də sonradan unutduğu bir mənzərəni gördüyü zaman, daha öncə yuxuda gördüyü şəklini xatırlaması nəticəsi ola bilər. İnsan oyandığı zaman bu yuxusunu xatırlamaya bilər. Gecə yuxu halında hiss edib unutduğu mənaları, daha sonra normal həyatda qarşılaşdığı hadisələrlə xatırlayar və "sanki mən bunu daha öncə yaşamış kimiyəm" deyər.
İkincisi: Bəzi həssas ruha sahib kimsələrdə daha ruhlar aləmində ikən gördüyü bir mənzərəni, (ruhun bədənə girməsiylə- yəni normal bir insan olaraq-) dünyada təkrar gördüyü zaman keçmiş malumatını yenidən xatırlaması ola bilər.
c) İnsan bəzən hiss-i qablə'l-vukû / önsezi / hadisələri əvvəlcədən hiss etmək növündən, öncdən bəzi olacaq şeyləri hiss edər. Bu önseziylə şüur altına girmiş bir xüsus normal həyatda görüldüyü zaman, insan onu əvəllər gördüyünü zənn edər. Halbuki gördüyünü düşündüyü şey gerçək həyatda deyil, önsezi vasitəsiylə virtual aləmdə görülmüşdür.
d) Bu mövzunu bir əndişə qaynağı etmək yanlışdır. Hər hansı bir hadisəni əvvəlcədən hiss etmək və ya adı keçən bir şəxsin, üç-beş dəqiqə sonra çıxıb gəlməsi, ilk dəfə qarşılaşdığı şəxsi və ya mənzərəni əvvəl görmüş olma hissi .. birinin içindən keçənləri oxumaq, bir düşüncənin bir-neçə insan tərəfindən birdən ifadə edilməsi, olduğu kimi zühur edən ilhamlar ... Hamımızın başından keçən dünya qədər hadisə vardır. Bütün bunlar, insanın metafizik (mücərrəd) mahiyyətinin çox kompleks və çox möcüzəli bir quruluşda olduğunun göstəricisidir.
e) Fransız elm adamı Emil Katy Boyer "Psixologiya elminin gələcəyi" adlı əsərində "əvvəlcədən gördüyünü düşünmə" hadisəsini "Deja Vu" hadisəsi olaraq adlandırmışdır.
- Bəzi psixologiya mütəxəssisləri bunu üç hissəyə ayırırlar: "Deja Vu" (daha əvvəl görülən), "Deja Senti" (Daha əvvəl fərq edilən), "Deja Visite" (daha əvvəl ziyarət edilən)
- Elmi araşdırmalarda bu mövzu xüsusilə iki şəkildə izah edilmişdir:
Birincisi: İnsanın hafizəsi bəzən qayda xaricinə çıxar və beyni yanıldacaq şəkildə bəzi yanlış məlumatları çatdıra bilər. Bu yanlış məlumatlardan biri də "daha əvvəl görmə" xəyalıdır.
İkincisi: İnsanın məlumatı / bilgisi -mənalar halında- sağ və sol beynə göndərilmək surətiylə tamamlanar. Bəzən əlaqədar malumat, sağ beynə, sol beyindən əvvəl çatar. Bu zaman fərqinə görə, sağ beyin üçün hal-hazır zamandakı bir məlumat, sol beyin üçün hələ baş verməmiş bir mənzərə ifadə edir. Beləcə insan, sol beyinlə sonradan gördüyü məlumatı, sağ beyində əvvəlcə gördüyü ilə müqayisə edər və indiki gördüyünü daha əvvəl də görmüş olduğunu zənn edər. (bax. Funkhouser, Arthur, Three types of déjà vu, 1996, 1)
7
İnsanın əbədi yaşamaq arzusu axirəti isbat edir
İnsanın sonsuzluq arzusu, əbədi yaşamaq istəyi axirətin varlığını isbat edən güclü bir psixoloji dəlildir. İnsan ruhunun əbədi bir həyatı arzu etməsi və ona can atması belə bir həyatın mövcud olmasına böyük dəlildir. Bu psixoloji arzu aqibətin axirət həqiqəti ilə əlaqəsini qüvvətləndirir. Bəşər tarixi bu fitri duyğunun təzahürlərini göstərən nümunələrlə doludur.
Əslində, insanın ölümü ilk baxışda “yox olub getmək” kimi görərək ondan hürkməsi belə əbədiyyətə arzusundan irəli gəlir. Fitrətdən yüksələn bu səs insanın əbədi yaşamaq üçün yaradıldığını göstərir. İnsan “yoxluğu” qəbul etməyən fitri duyğusu ilə gəldi-gedər və fani bir həyat üçün deyil, əbədi və sonsuz bir həyat üçün yaradıldığını hiss edir. Bu hiss və şüur da fani həyatdan sonra əbədi bir həyatın var olduğuna aşkar dəlildir.
Hətta ən pis surətdə var olmaq belə yoxluqdan daha yaxşıdır. Filosof Migel de Unamuno insanların yoxluğun kor bəxtindən qurtulub varlığını davam etdirmək uğrunda hər cür əziyyətlərə dözməyə hazır olduğunu bu sözləri ilə dilə gətirir: “Yox olmaqdansa, Cəhənnəmdə əbədi yanmağa razıyam. Çünki heç bir şey mənə yoxluq qədər qorxunc gəlmir”[1].
Başqa bir aləmdə də olsa, əbədi yaşamaq arzusu insanın ruhuna xas güclü bir hisdir və bu duyğunu kiçik görmək olmaz. Şübhəsiz ki, ruhumuzun dərinliklərindən baş qaldıran bu əbədilik hissi bəşəriyyətin varlığında mövcud olan əsl və fitri bir duyğunun əks-sədasıdır.
Xülasə, insanın maddi ehtiyaclarını belə tam təmin edə bilməyən fani dünya onun əbədi yaşamaq arzusunu heç vaxt gerçəkləşdirə bilməz. Demək, insan əbədilik arzusuna bu dünyada deyil, başqa bir aləmdə çatacaqdır.
[1] Migel de Unamuno, “Yaşamın tragik duygusu”, s. 20
8
Sevdiyinə sevdiyini söyləmək...
Və aleykum Salam. Bir insana aşiq olmaq və ona sevdiyini söyləmək haram deyildir. Ancaq sevdiyi xanım ilə yalnız qalması və dolaşmaları caiz deyildir. Bundan başqa o insan ilə evlənməmək də günah deyildir.
Bəli, birinə aşiq olduğunu söyləmək haram olmaz. Amma bunu söyləməkdən qəsdi onu incitməmək və halal olan bir evlilik niyətiylə söyləmək olmalıdır.