Mövzusunda ən çox maraqlanılan

1 Quranda, faiz yeyənlər şeytan vurmuş kəslərə bənzədilmişdir, bu nə deməkdir?

Əsasən “faiz” sözüylə ifadə edilən riba, çəkisi və ölçüsü müəyyən olan bir malı eyni cinsdən olan daha çox bir mal ilə, bir qarşılığı olmadan, nağd və ya kreditlə dəyişdirməkdir.

Qurani Kərimdə, faizin haram olduğu və faiz yeyənlərin qəbirlərindən şeytan vurmuş kimi qalxacaqları bildirilir:

 

“Sələm yeyənlər (qəbirlərindən) şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. (Sələmçiliyə )qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.” (Bəqərə, 2/275)

 

Keçmiş təfsirçilər, faiz yeyənlərin yenidən dirilib qəbirlərindən qalxarkən və ya buradan məhşərdəki hesabın sonuna qədər sərsəmləmiş, epilepsiyaya tutulmuş insanlar kimi çırpınacaqlarını, yolda doğru gedə bilməyib sağa sola yırğalanacaqlarını ifadə etmiş, ayəni belə anlamışlar. Ayə belə başa düşülsə həqiqət mənasında ifadə edilmiş olar.

2 Şəbəkə marketinqi haramdır?

İslamın qadağan etdiyi faiz, aldatma, haqsız yerə başqasının malını yemə, qumar yoluyla qazanc və ya içki, donuz əti kimi haram malların satışı olmadığı müddətcə, hiylə qarışmırsa, israfı və lüks istehlakı da təşviq etmirsə internet üzərindən və ya başqa bir yolla ticarətə haram deyə bilmərik.

Sualda keçən sistemə gəlincə. Sistemin görə bildiyimiz qədəriylə İslami baxımdan qorxuları bunlardır:

1- Sistem, insanları, çoxlu üzv tap, sonra əlinin altındakılar işləsin, ömürünün sonuna qədər nizamlı gəlirin olsun deyərək tənbəlliyə itələyir. Millətə faydalı heç bir istehsal yoxdur.

2- Alınan xidmət və ya məhsuldan istəməmə haqqınız yoxdur. İslami ticarətin qaydası məhsulun alarkən əldə olması, xüsusiyyətlərinin müəyyən olması qaydasına da uyğun gəlmir.

3- Üzvlər, üzv tapdıqca pul qazana bilir amma əslində ən böyük pulu, dəyişik ölkələrdə qurulmuş yalançı şirkət qazanır. Əldə edilən gəlirin heç bir hissəsi ölkəmizdə vergi olaraq ödənmir. Hər əməliyyat internet üzərindən edilir. Milli sərmayə və təcrübə qeyri-qanuni yollarla, xarici əllərə köçürülür.

Sistemin işiylə əlaqədar edilən şərhlərə görə, alınan obyekt naməlum, daha da əhəmiyyətlisi "sistemdən çıxmaq istəyən heç bir şey ala bilmir"; bu da deməkdir ki, aldığı bir şey yoxdur, əməliyyat saxtadır. Bu halda belə bir əməliyyat caiz olmaz.

 

Prof. Dr. Heyrətdin Karaman

3 Faizdən gələn pulu kasıba versəm günah işləmiş olaram?

Pulu faizdə işlətmək caiz deyil. Bu puldan gələcək olan faiz miqdarı ilə edilən xeyirlərdən savab gözlənilməz. Ancaq siz xərcləmək yerinə başqasına verməklə haram yeməyi tərk etmiş olarsınız. Yenə də pulunuzun faiz əməliyyatlarında iştirakına görə məsul olarsınız. Ancaq haramı istifadə etmədiyiniz üçün məsuliyyətiniz azalır, savab qazanmırsınız.

Bu faiz gəlirini bir kasıba verməklə nə kasıb, nə də siz günah qazanmış olarsınız. Ancaq bu pulu kasıba verərkən mütləq: “Bu, faizdən gələn puldur,”- deməyinizə ehtiyac yoxdur. Kasıb da ehtiyac sahibi olduğu üçün bu pulu ala bilər.