1
Cinsi əlaqədə sərhədlər nələrdir?
"Evli insanların bir-birinə hər yerləri mübahdır, haram deyil" şəklindəki bir hökm doğru deyil; qadına arxadan yaxınlaşmaq (tərs əlaqə) əhlisünnətə görə caiz deyil. Ağız da cinsi təmas üçün deyil, başqa işlər üçün var edilmişdir; oradan cinsi təmas yaradılış məqsədinə də, fitrətə də tərs düşər, fitrətləri pozulmamış olanlar bundan nifrət edərlər. (Prof. Heyrətdin Karaman)
İslam, adamın bütün həyatını içinə alan və hər mövzunu qiymətləndirən bir dindir. Bu səbəblə insanın həyatında əhəmiyyətli bir yer tutan cinsəlliyə və tərbiyyəsinə də laqeyd yanaşmamışdır. Müəyyən ölçülər içərisində halal dairəsində kafi gələcək şəkildə təşkil edilmişdir.
Hər problemlərini Hz. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) soruşub öyrənən səhabələr və onların xanımları, cinsiyyətlə əlaqədar problemlərini də şəxsən soruşaraq öyrənmişlər.
Necə ki, səhabədən biri xanımına cinsi orqanından olmaq şərtiylə arxa tərəfindən yaxınlaşmaq istəmiş, ancaq xanımı buna qarşı çıxmış və doğulacaq uşağın çəp olacağı şəklindəki Yəhudi anlayışını da bəhanə göstərərək etiraz etmişdi.
Vəziyyət Peyğəmbər Əfəndimizə (sallallahu aleyhi və səlləm) xəbər verildiyində "Evlilərə, cinsi orqanından olmaq şərtiylə, istənildiyi şəkildə yaxınlaşıla biləcəyini" (Bəqərə Surəsi, 2/223) ifadə edən ayə gəldi.
Bu ayəni açıqlayan Peyğəmbərimiz aleyhissalatu vəssalam da "Cinsi orqanından olmaq şərtiylə arxadan, yandan, üstdən, altdan, istənildiyi və xoşuna gəlildiyi şəkildə cinsi əlaqəyə girilə biləcəyini" ifadə etmişdir. (Almalılı Həmdi Yazarın və İbni Kəsrin Təfsirlərinin Bəqərə, 2/233. ayənin təfsiri.)
İslam, evli insanların cinsi əlaqəsini bu vəziyyətlərdə qadağan etmişdir :
1. Adət(Aybaşı) halında və lohusalı ikən cinsi təmas.
2. Evlilərin nəcis yerindən yəni arxadan yaxınlaşmaq. Xanımına arxasından yaxınlaşmaq böyük günahlardandır.
Peyğəmbər sallallahu aleyhi və səlləm:
"Allah bir qadının arxasından münasibətdə olana rəhmət nəzəriylə baxmaz." buyurur. (İbni Macə Beyhaki)
Dinimizin bunların xaricindəki cinsi əlaqəni, cinsi orqanından olmaq şərtiylə hər cür şəklinə icazə verdiyini və haram etmədiyini anlayırıq. Evli insanların bir-birini öpmə, oxşama, dodaqlarıyla, əlləriylə cinsi əlaqəyə hazırlamaq üçün bədənlərinin fərqli yerlərinə etdikləri hər cür hərəkətin haram olmadığını söyləyə bilərik.
Ancaq qəti bir qadağanın olmaması, bəzi tövsiyələrin də olmadığı mənasını verməz. Cinsi əlaqə əsnasında diqqət yetirilməsi tövsiyə edilən xüsuslar bunlardır :
1. Evli insanların cinsi əlaqə əsnasında üstlərinə bir örtü örtmələri. (Kenzu'l-ummal, 6/415)
2. Bir-birlərinin cinsi orqanlarına baxmamaları. (İbn Macə, Nikah, 28)
3. Cinsi əlaqə anında az danışmaları. (Feyzu'l- Qədr, 1/327)
Bu tövsiyələrə tabe olmaq gözəl olmaqla birlikdə, cinsi orqanından olmaq şərtiylə hər cür sevişmə və əlaqə caizdir.
2
Yoldaşım hicaba keçməyimə icazə vermir. Necə etməliyəm?
Allah`ın razılığına uyğun olmayan mövzularda qadınlar ərlərinə itaət etmək məcburiyyətində deyildirlər. Əri istədiyi üçün başını açan qadın da əri də günahkar olar.
Boşanma səbəblərindən biri də şiddətli dolanışıqsızlıq və fikir anlaşılmazlığıdır. Kişi arvadına zülm edirsə və ibadətlərini etməsinə mane olursa bu vəziyyət boşanma səbəbi olaraq görülə bilər.
Ancaq əri özünə zülm edən bir qadın, boşanmayıb səbr etsə savabını qazanar. Ərinin istədiyi haram şeyləri yerinə yetirməz və ibadətlərini etməyə davam edər.
Allah heç bir yaxşılığı yox etməz. Bu baxımdan təsəttürə riayət etməməniz namaz qılmanıza mane deyil. Ancaq namaz əsnasında başınızı örtməniz lazımdır. Əks halda namazınız etibarlı olmaz.
Namazı qıldığınıza görə savab qazanarsınız. Başınızı açmanızdan ötəri də günah işləmiş olarsınız. Ən mükəmməl şəkli isə hər ikisini də etməyinizdir. Günahsız bir şəkildə qılınan namazın fəziləti daha çoxdur.
Biz Allah`ın qullarıyıq. O bizdən necə yaşamamızı istəyirsə o şəkildə yaşamalıyıq. Bizi yaradan Allah qadının başını örtməsini fərz etmişdir. Bu baxımdan gərək ailəmiz gərəksə ətrafımızdakı insanlar buna mane olmamalıdır və olmağa da haqqları yoxdur.
Əriniz razı olmasa belə Allah`ın əmrini yerinə yetirməniz lazımdır. Çünki Allah`ın razılığı yoldaşın razılığından əvvəl gəlir.
Ərinizin başınızın örtməsinə icazə verməməsinin səbəbi həqiqəti tam olaraq anlaya bilmədiyindəndir. O da sizin kimi gerçəyi anlamış olsaydı əlbəttə ki özü də buna razı olacaqdı.
Təsəttür münaqişələrində üç məfhum, bir-biriylə qarışdırılır: Ayıb, cinayət və günah. Bir söz, bir hərəkət və ya bir paltar cəmiyyətin dəyər hökmlərinə tərs düşürsə ayıblanır. Qanuna zidd isə, cinayət sayılır. Dinə müxalif isə, günah olur.
Bəzi kəslər, qanuna zidd olmayan bir şeyin günah da olmayacağını zənn edərkən, bəziləri, "hər kəsin etdiyi bir hərəkətin günahlıqdan çıxacağı" vəhminə qapılırlar. Bunların hər ikisi də olduqca səhv düşüncələrdir.
Ayıb, heç bir zaman gerçəyin ölçüsü ola bilməz. Fikir, düşüncə və hərəkətlərini yalnız ətrafın "ayıb" anlayışına görə təşkil edən insanlar, şəxsiyyətlərini cəmiyyətə fəda etmiş, izdihamlara əsir olmuşlar.
Halbuki, cəmiyyətin hər ayıbladığını "səhv", yaxud hər mənimsədiyini "doğru" qəbul etmək mümkünmü? Belə olsa, insanın hər toplumda ayrı bir şəxsiyyətə bürünməsi, buqələmun kimi tez-tez rəng dəyişdirməsi lazım deyilmi?
Qərbli bir alimin "insan ağılının acizliyini" ortaya qoyan bu ifadələri, bu məsələmizi nə gözəl şəkildə izah edər: "Bir insanın, atasını yeməsindən daha qorxunc bir şey düşünülə bilməz; amma, əvvəllər bəzi qövmlərdə bu adət varmış. Həm də bunu hörmət və sevgilərindən edərlərmiş. İstəyərlərmiş ki ölü, beləliklə ən uyğun, ən şərəfli bir məzara basdırılsın. Bədənləri və xatirələri içlərinə, ta iliklərinə yerləşsin. Ataları həzm etmə və assimilyasiya etmə yolu ilə öz diri bədənlərinə qarışıb yenidən yaşasın. Belə bir inancı iliklərində və damarlarında daşıyan insanlar üçün, anasını, atasını torpaqlarda çürüdüb, qurdlara yedirmənin, ən qorxunc günahlardan biri sayılacağını düşünmək çətin deyil."
İndi düşünək: Ətrafımızdakı insanların böyük əksəriyyəti, qatı təbliğatlarla, belə bir fikri mənimsəmiş olsalar, biz də cəmiyyət ayıblamasın deyərək, atamızın ətinimi yeməliyik? Demək ki, "ayıblama" tamamilə subyektivdir; gerçəyə təsir edəcək bir faktor deyil. Ayıb dərk edərək örtünməkdən qaçınan xanımların iddiaları iki hissəyə ayrılır: Biri: "Örtünməmək nə üçün günah olsun?" şəklindəki etiraz. Digəri isə: "İslamda örtünmənin olmadığı" tərzindəki, şəxsi qənaət.
Kənardan aralarında çox da böyük fərq olmadığı kimi görünür. Amma, gerçəkdə hər ikisi də müstəqil bir mövzudur. İllərdən bəri, müxtəlif mövzularda müxtəlif suallara həmsöhbət oldum. Bir çox mübahisələrdə oldum. Bir dəfə olsun rast gəlmədim ki, alverində faizdən uzaq dayanan bir tacir, qalxıb da "Faiz niyə haram olsun?" kimi bir sual atsın ortaya. Yaxud, namazını müntəzəm qılan biri, "Namaz qılmaqla da Müsəlmanmı olunarmış, sən mənim ürəyimə bax." tip bir iddiada olsun.
Örtünmə məsələsində də elə. "Örtünməklə də nə olacaqmış, insan hicabın içində də edəcəyini edər." kimi sözlərin sahiblərini bir-bir araşdırsanız, hər dəfə İslamı layiqincə bilməyən və ya bildiyi halda onun əmrlərini yerinə gətirə bilməyən biriylə qarşılaşarsınız.
Bu insanlar, vicdanlarının dərinliklərində hiss etdikləri günahkarlıq psixologiyasından xilas olmaq üçün, belə etirazlarda olarlar və tövbə edəcəkləri yerinə, günahlarını qanuni göstərməyə cəhd edirlər. Sanki digər insanları razı salmaqla, o mükəlləfiyyətdən xilas olacaqlarmış kimi. Halbuki, bir hərəkət günah isə günah, deyil isə deyil. Bunun təsbitini "izdihamlar" edə bilməz. Örtünmə dində varsa buna kimsə "yox" deyə bilməz. Amma, heç kim də başqalarını bu barədə məcbur etmə yoluna getməməlidir.
Bu xanımlardan bir xahişim olacaq. Lütfən, İslamı heç olmazsa, bir qeyri müslim qədər tərəfsiz olaraq araşdırsınlar. Örtünmənin dindəki yeri nə isə, onu eləcə təsbit etsinlər. Sonra o hökmə istər uyğun gəlsin, istər uyğun gəlməsinlər, bu, tamamilə özlərinin biləcəyi bir iş. Amma, İslamda örtünmə varsa, bu əmrə riayət etmədikləri təqdirdə, günah işləmiş olacaqlarını da bilsinlər. Ta ki günün birində tövbə qapısına çatmaları mümkün ola bilsin.
Örtünmənin İslamda yeri olub olmadığı məsələsinə gəlincə, bu barədə nə qədər fətvalar mövcud. Lakin günümüz Müsəlmanlarının bir qisimi, fətvanın dindəki yerini layiqiylə bilmədiklərindən, birbaşa Qur`an-i Kərimdən ayələr təqdim edəcək və bunların təfsirlərindən bəzi qisimləri eynilə köçürəcəyəm.
Cənab-ı Haqq, Nur Surəsində Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) xitab olaraq belə buyurur:
"Mömin qadınlara da söylə, gözlərini haramdan çəksinlər, ismətlərini qorusunlar, zinətlərini (bəzəklərinin taxılı olduğu yerləri) açmasınlar. Zahir olanı (görünməsi zəruri olan üz, əl və ayaqlar) müstəsna. örtüklərini yaxalarının üstünə salsınlar (sinə və boyunlarını göstərməsinlər). Zinətlərini (bəzək yerlərini) ancaq bu kəslərə göstərə bilərlər: Ərlərinə, yaxud atalarına, yaxud ərlərinin atalarına, yaxud öz oğullarına, yaxud öz qardaşlarına, yaxud qardaşlarının oğullarına, yaxud bacılarının oğullarına, yaxud öz qadınlarına (Müsəlman qadınlara), yaxud əllərindəki nökərlərə, yaxud (şəhvətsiz və qadına) ehtiyacı olmayan kəslərə, yaxud hələ qadınların gizli yerlərinin fərqinə varmamış olan uşaqlara." (Nur surəsi , 31)
Ayəni diqqətlə oxunduğunda, bu xüsuslar təsbit edilə bilər:
Birincisi: Xitabın mömin qadınlara olması.
Yəni, örtünmə qadınlar üçün bir iman əlaməti və yalnız mömin qadınlara fərz. Mömin olmayan bir insan, İslamın əmr və qadağanlarından məsul deyil. Yəni, bir kimsə əvvəlcə Allahın varlığını qəbul edəcək, Quran-i Kərimi Onun kəlamı və Hz. Muhəmmədi (sallallahu aleyhi və səlləm) Onun ən son elçisi biləcək ki, İlahi əmr və qadağanı qəbul etsin. Qul olduğunu biləcək ki, başıboş ola bilməyəcəyini də idrak etsin.
İkincisi: Harama baxmamanın yalnız kişilər üçün deyil, qadınlar üçün də olduğu.
Üçüncüsü: "Zinətlərin göstərilməməsi".
Ayəsi keçən "zinət" sözü üzərində edilən təfsirlərdən birini, xülasə olaraq ifadə edim:
"Zinət, bəzək əşyası demək isə də, mücərrəd olaraq bəzək əşyasına baxmaq heç kim üçün haram ola bilməyəcəyinə görə, bundan murad, bəzək əşyalarının taxıldığı qulaq, boyun kimi yerlərdir. Ayədə əsas məqsəd təsəttür (örtünmə) olduğuna və xitab zəngin-kasıb bütün möminlərə edildiyinə görə, zinət yalnız bəzək əşyası olaraq aydın olsa, ayə yalnız zənginlərə enmiş olar. Halbuki, xitab ümumidir, "mömin qadınlara da söylə." buyurulmaqdadır. Bir başqa əhəmiyyətli xüsus da budur: Qadın üçün əsl zinət, bəzək əşyası deyil, bu orqanların şəxsən özləridir. Yəni, göstərilməsi haram qılınan boyun kimi əzalar qadın üçün ayrıca bir zinətdirlər." (Haqq Dini Quran Dili)
Dördüncüsü: Mömin qadınların başörtülərini, cahiliyyə qadınları kimi, boyunlarına bağlayıb arxaya atmaq yerinə, başlarına örtmələri və tutarının üzərinə vurmaları.
Ayənin davamında, zinətlərin (bəzək yerlərinin) kimlərə göstərilə biləcəyi açıqlanır. Bunlar içərisində, bir də "öz qadınlarına" ifadəsi yer alır.
Bunu, "yaxın tanışları söhbət yoldaşlarına, öz yanlarında çalışan xidmətçi qadınlara" deyə təfsir edən alimlər olduğu kimi; "öz" sözünü "öz dinlərindən olan qadınlar, yəni Müsəlman qadınlar" deyə təfsir edənlər də var.
Bu təfsirlərdən birincisinə görə, mömin qadınların, zinətlərini tanımadıqları heç bir qadına göstərə bilməyəcəkləri, ikincisinə görə isə, Müsəlman qadınlara göstərə biləcəkləri, lakin qeyri müslimlərə göstərə bilməyəcəkləri aydın olmaqda.
Bir başqa ayədə isə, belə buyurular:
"Ey Peyğəmbər, xanımlarına, qızlarına və möminlərin qadınlarına söylə ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması (nökərlərdən, iffətsiz adi qadınlardan fərq edilib də) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Qafurdur (çox bağışlayandır), Rahimdir (çox mərhəmətlidir)." (Əhzab surəsi, 59)
Bu ayədə, örtünmə açıqca əmr edilməkdə və bu əmrin hikməti, "mömin qadınların digər adi qadınlarla qarışdırılaraq narahat edilməmələri, söz atmalar məruz qalmamaları və ruhlarının əziyyətə düçar olmaması" olaraq bəyan buyurulmaqda.
Nəticə olaraq, örtünməmək; həm ayıbdır, həm cinayətdir, həm də günahdır.
3
Qadının İslamdakı yeri nədir?
İslam qadına çox böyük və şərəfli bir mövqe vermişdir. Cənabı Haqq bir ayəsin də "Ana-atanıza of belə deməyin" (İsra Surəsi, 28) buyurmuşdur.
Əfəndimiz Həzrətləri də, "Cənnət anaların ayaqları altındadır," (Suyuti, əl-Camiüs-sağir, 3642) buyurmaqla analara çox böyük bir mövqe vermişdir. Bu münasibətlə, İslamda qadın-kişi bərabərliyi olmadığı şəklindəki etirazlara qısaca təmas edək:
Cənabı Haqq sonsuz hikmətlər sahibidir. Məxluqatını, hikmətinin iktizasına görə, istədiyi kimi yaradar. Bəzisinə digərindən fərqli qabiliyyətlər və üstünlüklər verər. Heç bir məxluqun, bu hökm və iradəyə müdaxilə etməyə haqqı yoxdur.
Allah, kişilər ilə qadınları hər istiqamətdən bərabər yaratmamışdır. Bu iki cinsi hər cəhətlə bərabər etməyə çalışmaq ancaq fitrəti dəyişməklə mümkündür, bu isə mümkünsüzdür. Kişinin və qadının mahiyyətləri bir çox cəhətlə fərqlilik göstərər. "Hökm əksəriyyətə görə verilər" qanunundan hərəkətlə belə deyə bilərik: Kişilər, "güc və qüvvətdə, təşəbbüs qabiliyyətində, cəsarətdə", qadınlar isə, "şəfqətdə, həssaslıqda, vəfa və sədaqətdə" daha irəlidirlər. Gərək qadının gərək kişinin bir-birindən üstün tərəfləri vardır. Ailə damı altında, hər iki tərəfin üstünlükləri birləşdirilər və beləliklə ailənin ehtiyacları yanında, səadəti də təmin edilmiş olar.
Kişilərin güc və qüvvət cəhətdən daha irəli olmaları səbəbiylə, Cənabı Haqq, ailənin məsuliyyətini, birinci dərəcədə, kişilərə yükləmişdir. Kişiləri, qadınların ehtiyaclarını yerinə yetirmək, onları maddi və mənəvi hər təhlükədən qoruyub güdməklə mükəlləf etmişdir. Bu həqiqət bu ayədə açıq bəyan buyurulmuşdur; "Kişilər qadınlar üzərinə idarəçi və qoruyucudurlar. Çünki bir dəfə Allah bəzilərini digərlərindən üstün etmişdir. Bir də kişilər mallarından (qadınlarına) aliment verərlər. Onun üçün yaxşı qadınlar, itaətkardır. Allah onları (ərlərinin himayəsinə verməklə) qoruduğu kimi, onlar da qeybi (namuslarını və ərlərinin mallarını) qoruyarlar." ( Nisa Surəsi, 34)
İslam kişinin qadına qarşı etdiyi bu lütfkarlıqlara qarşı qadına da ərinə qarşı itaəti vacib etmiş və bu itaəti ibadət saymışdır. Bu ayədə bir tərəfdən kişilərin hakimiyyətini, digər tərəfdən də qadınların qiymət və fəzilətini dərs verir.
Bu var ki, ailə rəisi olmaq başqadır, Allah qatında üstün olmaq daha başqadır. Qurani Kərimə görə, üstünlüyün ölçüsü cinsiyyət deyil təqvadır. Təqva isə ən qısa ifadəsi ilə, Allahdan qorxmaq, günahlardan çəkinmək, Onun razı olmadığı hərəkət, rəftar, hal və sözlərdən uzaq dayanmaq, Onun razılığına çatmağı ən böyük məqsəd bilib, bunu itirməkdən son dərəcə qorxmaqdır.
Ailə içindəki nizam və ahəngin davamı üçün kişinin ailə rəisi olması və qadının da ona itaət ilə mükəlləf olunması zəruridir. Mütləq bərabərlik bu itaəti qırmaqla ailədəki nizamı pozar; dinclik və səadəti məhv edər və çox vaxt boşanmalara gətirib çıxarar.
Qadının kişisinə itaəti nə qədər lazım isə, kişinin də qadının haqq və hüququnu güdməsi o qədər vacibdir. Buna görəİslamda "qadınların kişilərə əsir olduqları" iddiası tamamilə batildir. Əksinə İslamda qadın kişidən daha çox zövq və səfa imkanına malikdir. Çünki İslam, kişini qadının alimentini təmin ilə mükəlləf edərkən, qadını bundan azad tutmuş, bunun yerinə qadına ən zövqlü bir vəzifə olaraq "uşaq tərbiyəsini" vermişdir. Bunun üçündür ki, Allah, şəfqət hissini qadınlara, kişilərdən çox lütf etmişdir.
Bu gün qadın azadlığı deyə ortaya atılan şeylər, qadınların ancaq pozğunluğa düşmələrini və səfalətlərini nəticə vermiş, izzətlərini zillətə çevirmişdir. İslam isə onların iffət və namuslarını mühafizə altına almaqla, şərəflərini qorumuşdur.
Bəzi ətraflar, İslamın örtünmə əmrini qadının azadlığının məhdudlaşdırılması şəklində təqdim edirlər.
Əvvəlcə bunun bilinməsi lazımdır: Qadınların örtünmələri bütün səmavi dinlərin ortaq hökmüdür. Rahibələrin örtünmələri bunun açıq bir dəlilidir.
Kənar yandan, örtünmə yalnız qadınlar üçün deyil, bütün insanlar üçün fitri bir vəzifədir. Heç bir millətdə kişilərin və ya qadınların çılpaq olaraq gəzdikləri görülməz. Ancaq örtünmənin sərhədində münaqişə vardır. İslama görə qadın, xarici kişilərin şəhvətlərini təhrik edəcək bütün üzvlərini örtməklə öhdəçiliklidir. Beləcə, dünyada şərəfini, axirətdə isə əbədi səadətini qurtarmış olar. Kənar yandan, qadınlar, İslamın məhrum etdiyi şəkildə açılıb saçılmaqla, kişiləri günaha soxmaqda və "səbəb olan işləyən kimidir," hökmün tərəfindən, onların günahlarının bir qatı da özlərinə yazılmaqdadır. İslam, örtünmə əmri ilə qadınları bu təhlükədən də mühafizə etmişdir.
4
Yaxın qohum evlilikləri
Va aleykumussalam.
Müsəlmanların inancına görə normalı, ya da anormalı, yaxud mübahla, yəni sərbəst olanla haramı, yəni olmayanı təyin edən Allah`dır. O Qur'an-ı Kərim`də kimlərlə evlənilməyəcəyini açıqlamış və "Bunun xaricində qalanlarla evlənməyiniz halaldır" (Nisâ 4/24) buyurmuşdur. Bibi-xala, əmi-dayı uşaqları, evlənmələri haram olanlardan sayılmamışdır. Elə isə onlarla da evlənilə bilər.
Allah Rəsulu Əfəndimiz sallallahu aleyhi və səlləm, qızı Fatma anamızı də öz əmisinin oğlu Əli Əfəndimizlə evləndirilmiş və bu halı faktiki olaraq aydınlığa qovuşdurmuşdur.
Ancaq yad ilə evlənmənin bir sıra ictimai faydaları olduğu kimi, yaxın qohum ilə evlənmənin bəzən zərərləri də ola bilər. Məsələn qan bənzərliyindən ortaya çıxan uyğunsuzluğun, yaxın qohum arasında daha çox olduğu söylənir. Ancaq bu mövzuda günümüzün tərəfsiz olmayan tibbinə çox da güvənməmək lazımdır. Çünki, şikəst doğumlar mövzusunda süd qardaşlığı daha təsirli olduğu halda, onlar bundan söz etmirlər. Ya, "Dərsləri hələ oraya qədər gəlmədi" ya da onu Islâm qadağan etdiyi üçün onlar qadağan olmamasını istəyirlər. Bu halda yaxın qohumların evlənməsini də İslâm sərbəst saydığı üçün problemli göstərmək istəyir ola bilərlər.
Nə var ki, evliliyin davamında və uşaqların sağlam və güclü olmasında ər-arvadın bir-birini səmimi sevməsinin və bir-birlərinə qarşı çox canlı və qüvvətli cinsi arzu duymalarının çox böyük təsiri vardır. Əlaqə nə qədər içdən və hər iki tərəfi qane edici olarsa, uşaq da o qədər güclü, düzgün və ağıllı olar. Bundan olacaq ki, Allah Rəsulu Əfəndimiz sallallahu aleyhi və səlləm kişilərə, əlaqədə tələskən olmamalarını və qadınlarını da təminə qovuşdurmalarını şiddətlə tövsiyə edir. Məhz bəzən ola bilər ki, yaxın qohumlar bir dam altında böyümənin verdiyi duyğuyla bir-birlərini çox yaxın hiss edərlər və bir-birlərinə qarşı lazım olan cinsi xəbərdar edilməyi yaşamazlar. Bu gün əgər şikəst doğumlar yaxın evliliklərdə daha çox görünürsə, məncə bunun önəmli səbəbi budur.
İkinci önəmli bir səbəb də, ümumiyyətlə yaxın qohum arasında əmizdirmə hadisələrinin çox olması və önəm verilmədiyindən ya da unudulduğunda, bunun hesaba qatılmayıb, süd qardaşlarının bir-birləriylə evləndirilməsidir.
İmam-ı Qəzali həzrətləri, sünnət ölçüləri içində evlənəcək yoldaşlarda axtarılan vəsfləri sayarkən, cinsi duyğunun zəif olacağından dolayı qızın yaxın qohumlardan olmamasını da zikr edər. "Çox yaxınınız olan bir qadınla evlənməyin; çünki uşaq zəif, çəlimsiz olar" (Tərbiyətü'l-Övlad, 1: 39; əhya, 2: 42) hədis-i şərifinə yer verir.
Məhz bu üzrl göz önünə alınaraq, çox yaxın qohum ilə evlənilməsi tövsiyə edilməməkdədir.Yine bu barədə, "Yadlarla evlənin, yaxınlarınızla evlənməyin" (Qadı Beydavi. Qâyətü'l-Qusa, 2: 721) tərcüməsindəki hədis də bu hikmətləri nəzərə verməkdədir.
(Oxşar hədislər və Hz. Ömər`in sözü üçün bax. Əl-Hubeyş, əl-Bərâkə 165 vd .; Yaxın mənada bir hədisi üçün bax. Suyûtî, əl-Câmi`us-Sağir (Feyzu`I-Qadir ilə birlikdə) VI / 351. Burada hədisin zəif olduğuna işarə edilir. Eyni hədis Kenzu`I-ummâl`da Suyûtî`nin də qaynağı olan Xatib Bagdâdî`nin Tarix`indən alınaraq verilər. XVI / H. 44564. Şövqəni, əl-Fəvâid`də yenə bənzər mənada bir hədisi verir və sənədində Hâkim`in yalanci saydığı Səhl vardır, deyər s.131.)
Amma İraqi etibarlı bir əslinin olmadığını, bunun hədis deyil də, Ömər Əfəndimizin Saib oğullarına söylədiyi bir sözün bir hissəsi olaraq bilindiyini söyləyər. (QəzaIî N / 42)
Necə ki bu hədis, məşhur doqquz hədis kitabın heç birində yoxdur. Hərçənd Ömər Əfəndimizin sözü olmasının da bir mənası və gerçək payı vardır.
Günümüzdə tibb elminin verdiyi məlumatlara görə, şikəst doğumların səbəbi qohum evliliyi deyil, əksinə genetik problemlərdən qaynaqlanmaqdadır. Amma bu cür genetik problemlər qohumlar arasında daha çox görülə bilməkdədir. Səbəblər planında bunun qarşısını almağın çarəsi qohum evliliyini kökündən qadağan deyil, əksinə ehtimal olunan yoldaşların evlilik öncəsi tibbi təhlillərdən keçmələridir. Səbəblər dairəsində yaşayan insanlar olaraq edə biləcəyimiz şeylərin başında bu gəlir.
Amma bir-birini sevən iki qohumun evlənməsində heç bir qəbahət yoxdur. Yetər ki, bir-birlərini görmüş və sevmiş olsunlar. Bir-birlərini görərək sevənlər, mizaçları (xarakterləri) uyğun olduğu üçün sevmişlər deməkdir. Mizaçları uyğun olanlar arasında, bir-birlərini gördüklərində sevgi mübadiləsi və axını olacağından "Allah Rəsulu Əfəndimiz buna çox önəm vermiş və evlənəcəklərin bir-birlərini, şəhvətlə baxsalar belə, görmələrini əmr etmişdir. Siz də sevirsinizsə evlənməyinizdə qəbahət yoxdur.
5
Qohum evliliyi məkruhdur?
Əmi uşaqlarının evlənməsi caizdir. Xalqımız bir dövrdən bəri qohum evliliyi üzərində fərqli iddialar dinləməyə başlamışdır.
Kimilərinə görə qohum evliliyindən şikəst nəsil meydana gəlir. Kiminə görə də, belə qəti bir nəticə yoxdur, söz-söhbətlərə etibar edilməməlidir.
Media isə bu işin bir az da həddindən artığa qaçan şəkliylə görünüşlərini verir.
Bunlara baxsanız qohum ilə evlənmiş olan kəslərdən meydana gələn uşaqların kimi əlindən, kimi gözündən, kimiləri də ayaqlarından mütləq şikəst doğulmaqda, yaxud da daha sonra şikəstliklər meydana gəlməkdədir. Zehni üzrlülər də qohum evliliyindən hasil olan başqa bir təhlükə.
Mövzu ətrafında fərqli şərhlər meydana gəlincə fərqli anlayışlar da məcbur olaraq meydana gəlməkdə, tək fikiri müdafiə etmək də çətinləşməkdədir.
Görünən gerçək odur ki:
Qohum evliliyində sağlam nəsilin doğulduğu kimi, sağlamlıqsız nəsilin olduğu da qətidir. Hər ikisi də görülməkdədir.
Necə ki İslam tarixinə baxdığımızda qohum evliliyi edən məşhur alimlər, mənəviyyat böyükləri görülməkdədir. Bunların bir şikayətləri olmamışdır.
Amma heç bir zaman da, qohum ilə evlənin, deyə bir tövsiyədə də olmamışlar.
Hal belə olunca qohum ilə evlənmiş olanlarda, yaxud da evlənəcək olanlarda mütləq şikəst nəsil doğulacaq deyə qəti hökmə getmək mümkün olmaz. Ancaq əksinə hökm vermək də qətilik ifadə etməz. Ola bilər də. Necə ki olmaqdadır da. Elə isə bir zərurət olmadan, bir məcburiyyət olmadan qohum evliliyinə getməməli, uzaq da olsa belə bir riski gözə alınmamalıdır.
Çünki uzaq da olsa risk böyükdür. Kimsə balasının doğuşdan üzrlü və şikəst olmasını istəməz, belə bir nəticəni heç kim başqa bir qazancla kompensasiya edə bilməz.
Necə ki bu mövzuda bizə soruşduğu bir sualda oxucum belə deməkdədir:
- Qonşularımızdan qohum evliliyi edənlər vardır. Bunların birində şikəst doğum var, digərində isə yoxdur. Şikəst doğum sahibləri çox peşmanlar. Ancaq bunun qohumluqdan olmadığını iddia edənlər də vardır.
Ayrıca, qorxulu yuxu görməkdənsə oyanıq dayanmaq daha yaxşıdır. Təbii seçim məsələsi. Ehtimalı vaqe ola bilər şəklində şərh etmə hadisəsi. Mövzunun qəti olan tərəfi budur:
- Dinimiz qohum evliliyini qadağan etməmişdir.
Olabiləcək riski qəbul edənlər qohum ilə evlənə bilərlər. İnşaallah bir peşmanlıq da olmaz. Amma uzaq da olsa riski gözə ala bilməyənlər, qorxulu yuxu görməyi istəməzlər, uzaq qalarlar.
Burada mənim əsl üzərində dayanmaq istədiyim bir başqa xüsus, süd qardaşlığı məsələsidir. Əsl təhlükə, evliliklərə süd qardaşlarının evlənməsiylə meydana gələ bilər.
Bunun üçün deyilir ki, südü olan xanımlar təsadüfi uşaq əmizdirməməlidir. Çünki süd qardaşlığı zamanla unudula bilər. Sonra bu qardaşlar evlənib təhlükəli vəziyyətlərə səbəb ola bilərlər.
Əhməd ŞAHİN
Geniş məlumat üçün:
http://www.sorularlaislamiyet.com/subpage.php?s=article&aid=2610
6
Ailə müəssisəsində təməl faktor nədir?
Kainat nizam və hikmət diyarı... Onda nə gayəsiz tək bir element, nə də hikmətsiz, vəzifəsiz bir tək qarışıq var. Bir-birinə kömək edərək bir bədən təşkil edən orqanlardan, günəş sisteminə və ulduz qruplarına qədər bütün kainat bizə bu həqiqəti dərs verir. Aləmdə gayəsiz, hikmətsiz heç bir birlik mövcud deyil...
Bu yardımlaşma silsiləsinin ən qiymətli halqası: Ailə... Əlbəttə onun da çox qiymətli bir gayəsi olmalıdır. Nədir bu gayə? Bu sualın cavabı, "tərəflərin şəhvət təminləri" ola bilməz. Çünki, belə bir cavab ilə ağla dərhal belə bir sual gəlir:
Ailə həyatı bu gayəni dar bir qəlibə sıxışdırmış olmurmu? Bu nöqtədə heyvanlar aləmi insanlardan çox daha irəli deyilmi?
Sualımıza bir başqa cavab axtarır və belə deyirik: Qadın və kişinin ayrı-ayrı qabiliyyətləri, başqa-başqa xüsusiyyətləri, ailə damı altında ortaq olaraq qiymətləndirilir və tərəflər hər cəhətdə bir-birini tamamlayırlar... Bu cavabda bir həqiqət payı olmaqla birlikdə, məsələ yalnız dünya həyatının rahat və hüzuru baxımından qiymətləndirildiyində, bu cavab da ruhu qane etmir. Qarşımızda, dünənindən kədərsiz, sabahından əndişəsiz və hər cür ehtiyacını rahatlıqla görən bu qədər heyvan varkən belə bir cavabla necə qane ola bilərik?
Bu düşüncə bizi problemin gerçək cavabına aparır: Bu dünya hikmət dünyası və səbəblər aləmidir... Nə göydən alma yağır, nə yerdən insan bitir. Meyvə üçün ağaca, uşaq üçün ailəyə ehtiyac var. Bu bir ilahi qanundur. Tərəflər bu qanuna riayət etdikləri təqdirdə, nəsiblərində də varsa, onlara uşaq ikram edilir. Dünyaya imtahan üçün göndərilən və yol-iz tanımayan bu kiçik qonağın əmrinə Cənab-ı Haqq, onun valideynlərini verir; onları buna xidmət etdirir. Bu xidmətçilər üçün bu kiçik qonaq, bir cəhətdə lütf, bir başqa cəhətdə əzab vəsiləsidir. Onsuz da, körpələrlə heyvan balalarının və dolayısilə də evlənməklə cütləşmənin ən böyük fərqi də bu nöqtədə qarşımıza çıxır.
Bəli, uşaq, valideynləri üçün bir lütfdür. Çünki onlar Allah`ın bu narın, nazlı və cənnət namizədi bəxtiyar məxluquna etdikləri xidmətlər üçün savab qazanırlar. Ona yedirib içirdikləri, onlar üçün bir sədəqə olur. Həyatında bir tək möhtacın belə üzünü güldürməmiş ən xəsis bir insan belə, uşaqlarına etdiyi xərclər səbəbindən sədəqə savabına nail olur. Yenə lütfdür, çünki o uşağa haradan gəlib hara getdiyini, bu dünya həyatında vəzifəsinin nə olduğunu gözəlcə izah etdikləri təqdirdə, ilahi əmrləri təbliğ və insanları irşad şərəfindən, o ülvi peyğəmbərlik vəzifəsindən, kiçik bir dairədə də olsa hissədar olurlar. Ayrıca, o uşağın bir ömür boyu edəcəyi bütün gözəl əməllərindən də hissə alırlar...
"Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! (Təhrim Surəsi, 6)
"Hamınız çobansınız, hamınız idarə etdiyiniz kəslərin hüququndan məsulsunuz."(Buxari, Cümə, 11; Müslim,İmarət,20)
Uşaq digər cəhəti ilə bir əzab vəsiləsidir... Çünki valideynləri o ilahi əmanətə, o cənnət yolçusuna Rəbbini gözəlcə tanıtmadıqları, tərbiyəsinə layiqiylə diqqət yetirmədikləri təqdirdə, onun edəcəyi günahlardan məsul tutulurlar.
"Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır." (Teğabun Surəsi, 15)
"Ana-atanın uşaqları üzərindəki haqqı nədir?" deyə soruşan bir adama, Rəsulu-Əkrəm (s.ə.v.) belə buyurdu: "Onlar sənin ya cənnətin, ya da cəhənnəmindir."
Qısacası, "ailə" və dolayısilə "evlənmə" deyilincə, ağla ilk olaraq "uşaq və onun tərbiyəsi" gəlməlidir.
Ailə Xoşbəxtliyi
7
Evlilik öncəsi.
Nigahınız olmadıqdan sonra nişanlı da olsanız qucaqlaşa bilməz, əlini tuta bilməz, öpə bilməzsiniz. Bu davranışlar haramdır. Bir insanı tanımaq üçün baş-başa qalmağa ehtiyac yoxdur. Evləndiyi halda bir-birini tanıya bilməyən insanlar varkən evlilik öncəsi özünü ən şirin şəkildə göstərməyə çalışan birini nə qədər tanıya bilərsiniz.
Evlənəcək tərəflərin bir-birini araşdırmasının sünnədəki digər bir şəkli də birbaşa bir-birlərini görmələridir. Bunda kişi evlənəcəyi qızın üz və bədən gözəlliyini öyrənər. Burada ancaq üzünə, əllərinə və boyuna baxa bilər. Üz gözəlliyə, əllər zərifliyə və xeyirə dəlalət edər. Boy da uzunluq və qısalığı haqqında qənaət verər.
Bu məsələdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm`in şəxsən verdiyi icazə vardır.
Əbu Humeydin rəvayətinə görə Peyğəmbər Əfəndimiz (s.ə.s.) belə buyurmuşlar:
"Sizdən biriniz bir qadınla evlənmək istədiyində ona baxmasında bir qorxu yoxdur. Ancaq evlənmə niyyətiylə baxması caizdir. Bunu baxdığı qadın bilməsə də hökm dəyişməz." (Neylü'l-Əvtar, 6: 110.)
Hətta bu xüsusu Sevimli Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) təşviq etdiyini də görürük. Belə ki:
Muğire bin Şöbə bir qadınla evlənmək istəyirdi. Peyğəmbərimiz (s.ə.s.), ona, "Get, onu gör. Çünki görmək, aranızda ahəng olması baxımından daha yaxşıdır." (Nəsəi, Nigah: 17)
Bir başqa hədis-i şərifdə də Peyğəmbərimiz aleyhissalatu vəssalam`ın necə yol göstərdiyini öyrənirik:
"Sizdən biriniz bir qadınla evlənmək istədiyi zaman onunla evlənməsini təşviq edici xüsusiyyətlərinə baxa bilərsə baxsın." (Hakim, əl-Müstədrək, 2: 165.)
Bu hədisi şəriflər baxmanın lazımlılığını, faydasını və hikmətlərini izah edir. Baxma və görüşmə əsnasında bəzi məhdudlaşdırmalar da vardır. Birincisi görüşmə yeri ilə əlaqəlidir. Bu məsələyə bu hədisi şərif işıq tutur:
"Sizdən kim Allaha və axirət gününə inanırsa, yanında məhrəmi olmayan bir qadınla baş-başa qalmasın. Çünki bunu etsə üçüncüləri şeytan olacaq." (Buxari, Nigah: 111.)
Bunun üçün evlənmək düşüncəsiylə görüşəcək olan tərəflərin yanında mütləq üçüncü bir şəxs hazır olmalıdır. Əks halda "xəlvət" olaraq təbir edilən "baş-başa tək qalma" olar ki, bu caiz deyil. Bu görüşmənin içinə danışma, söhbət etmə, tərəflərin bir-birlərindən tələb və istəklərini dilə gətirmələri də daxildir. Çünki gərək danışmadakı həbslik və ya kəkələməlik, gərəksə səs tonu; tərəflərin düşüncə və mədəniyyət səviyyələri daha çox danışınca ortaya çıxar.
Bu görüşmə və danışmalardan bir müddət sonra tərəflərin bir-birləri haqqındakı qənaət və təəssüratları müəyyən olar. Çox keçmədən qərarlarını bildirərlər. Dini icazə bir dəfəlik görüşmə üçün vardır. Üç-beş dəfə görüşmə həm ciddilikdən uzaqdır, həm də qurulacaq ailənin sağlamlığı baxımından bir faydası yoxdur.
Bu məsələyə Şafi məzhəbinin baxışı ailə müəssisəsinin təmkin və ciddiliyini göstərməsi baxımından diqqət çəkicidir. Evlənmək istəyən adamın, talib olmadan əvvəl qıza baxması lazımdır. Bundan qızın və ailəsinin xəbərinin olmaması lazımdır. Bu şəkildə davranmaq qızın və ailəsinin şərəfi baxımından daha münasibdir. Əgər qızı bəyənsə talib olar, beləcə qız da, ailəsi də inciməmiş olar. Məqbul və təcrübəyə layiq olan görüş də budur. Qızın icazəsi olsun olmasın, baxmanın caiz olduğunu göstərən hədis-i şəriflər də bu fikiri qüvvətləndirməkdədir. (İslam Fiqhi Ensiklopediyası, 9: 24)
Nigaha qədər bundan sonrakı görüşmələrdə, hər hansı yad bir qadına baxmaqda olduğu kimi, şəhvani bir duyğu daşımamaq şərtiylə baxmaqda bir zərərin olmadığı açıqdır.
Məmməd Paksu Ailəyə Özəl Fətvalar
8
İslam dininin birdən çox qadınla evlənməyə icazə verməsini tənqid edənlərə necə cavab verməliyik?
İslam dini Ərəbistan yarımadasına yayıldığı sırada bir qisim cahiliyyə adətləri də bütün təsirləriylə hökmünü icra edirdi. İslamiyyət bunlardan bəzilərini tamamilə qaldırır, bəzilərini də ölçülü hala gətirirdi. Bunlardan biri də cahiliyyə dövründəki limitsiz sayda qadınla evlənmə məsələsi idi. İslamiyyət gəlmədən əvvəl Ərəb yarımadasında kişilər, ədəd məhdudiyyəti olmadan, istədikləri qədər qadınla evlənə bilərdilər.
Qurani Kərim bu cahiliyyə adətinə məhdudlaşdırma gətirdi. Maksimum olaraq dördə qədər evlənə biləcəyini açıqladı. Cənabı Haqq belə buyurdu:
"Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə (kifayətlənin)"(1)
Buna görə, birdən çox evliliyi Quran təsis etməyib. Ancaq daha əvvəl limitsiz olan ədədi məhdudlaşdırıb. Məsələn, Giylan adındakı əshabə Müsəlman olduğu zaman on xanımla evli idi. İslamiyyəti qəbul etdikdən sonra dörddən çoxunu boşadı.
İslamiyyət hər nə qədər bir çox qadınla evlənməyə icazə vermişsə də, bir tək qadınla evlənməyi əsas olaraq qəbul etmişdir. Birdən çoxuna icazə "əxlaqi və ictimai zərurətlər" halına məxsus qəbul edilmişdir. Bu vəziyyətdə qadınlar arasında ədalətin şərt olduğu açıqlanarkən, ruhi meyillərdə bərabər davranmanın o qədər də mümkün olmadığına diqqəti çəkmişdir:
"Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz." (2)
Cənabı Haqq bir ayədə ədaləti əmr edərkən, digər ayədə də insanların xanımları arasında ədaləti gerçək mənada reallaşdıra bilməyəcəklərini qeyd etməsi, birdən çox qadınla zərurət olmadan evlənməməyə işarə etmək üçündür.
Tarixin hər dövründə millətlər arasında ortaya çıxan qanlı müharibələrin mərhəmətsiz təsiriylə kişi əhalisi azalıb, qadın əhalisi bir neçə misli artır. Belə bir vəziyyətdə bir kişinin bir neçə qadını qoruması bir vəzifə olar. Türkiyə, Birinci Dünya, Almaniya da İkinci Dünya Müharibəsindən sonra bunu yaşamışdır. Almaniyada İkinci Dünya Müharibəsindən sonra qadınların sayı kişilərin sayından üç dəfə çox idi. Alman milləti şiddətli bir ictimai balanssızlıq təhlükəsiylə üz-üzə idi. Çünki qadınların az qala üçdə ikisi çarəsizlik və kimsəsizlik içində idi. Beləcə Almaniya hökuməti bir kişinin birdən çox qadınla evlənməsinə imkan vermək məcburiyyətində qalırdı. Bir Alman Professoru, Alman qadının xilas olması üçün İslamın bu icazəsini qəbul etməkdən başqa çarə olmadığını israrla ifadə edirdi.
Almaniyanın İkinci Dünya Müharibəsi sonundakı vəziyyətində olduğu kimi, əgər bir cəmiyyətdə bir kişiyə qarşı üç qadın olsa, problemin həll edilməsi üçün üç yol var:
1. Hər kişi bir qadınla evlənəcək və hər üç qadından ikisi ailə həyatını, uşaq sevgisini, analıq şəfqətini dada bilməyəcək.
2. Hər kişi bir qadınla evlənəcək və digər qadınlarla qeyri qanuni münasibətlər quracaq; qadın bu vəziyyətdə yenə ailə həyatını, analıq şəfqətini və uşaq sevgisini dada bilməyəcək.
3. Bir kişi bir neçə qadınla evlənəcək, halal dairə daxilində aralarında ədalət prinsiplərinə riayət edərək ləyaqət və şərəflərini qoruyacaq, vicdani narahatlıqdan qurtaracaq. Cəmiyyət də cinsiyyət və nəsil qarışıqlığından xilas olacaq.
Ağıl sahibi hər insan üçüncü variantı qəbul edər. Çünki insan fitrəti bunu tələb edir.
İslamın dördə qədər qadınla evlənməyə icazə verməsinin insan fitrətinə, ağıla və hikmətə uyğun olduğunu açıqlayan Bədiüzzaman belə deyir:
"Dördə qədər təəddüdü –zəvcat, təbiətə, ağla, hikmətə müvafiq olmaqla birlikdə, şəriət bir dənədən dördə çıxarmamış, bəlkə səkkizdən dördə endirmişdir. Bahusus təəddüddə elə şərait (şərtlər) qoymuşdur ki, ona müraat etməklə (tabe olmaqla) heç bir mazarrata müeddi olmaz (heç bir zərərə səbəb olmaz). Bəzi nöqtədə şər olsa da əhvəni-şərdir (iki şərdən daha az zərərli olanı). Əhvəni-şər isə bir ədaləti-nisbiyədir. Heyhat! Aləmin hər halında xeyri-məhz ola bilməz." (3)
Qaynaqlar:
1. Nisa Surəsi, 3
2. Nisa Surəsi, 129
3. Münazarat,69
9
Boşandıqda iddət müddəti nə qədər olmalıdır?
Talaq Surəsi, 4-cü ayə: "Hamilə olanların gözləmə müddəti isə, doğum etmələriylə sona çatar."
Ayədə olan hökm, rəhmində başqasının uşağını daşıyan bir qadının yeni evliliyiylə əlaqədardır. Nəsilin qarışmaması üçün bu tədbir görülmüşdür. Cinsi əlaqəylə birbaşa bir əlaqəsi yoxdur. Çünki, hamilə bir qadının gözləmə müddəti olan hamiləlik vəziyyəti davam etdiyi müddətcə, heç kim onunla nişanlana bilməz, onunla nikah qıya bilməz, onunla evlənə bilməz. Ayədə bu hökm ortaya qoyulur.
Ümumiyyətlə zahı (Yeni doğurmuş qadın. Hələ yataqdan qalxmamış qadın. Bu hal 9 elə 40 gün qədər davam edər) müddəti qurtardıqdan sonra, dərhal bir evlilik hazırlığına başlansa belə bu günlərlə, həftələrcə, bəlkə aylarla sürər. Tarixdə körpəsini doğurduğundan dərhal sonra evlənmiş bir hadisəyə çox rast gəlinməz. İndiki vaxtda da elədir.
Doğumdan dərhal sonra nikah olsa belə, zahılıq dövründə cinsi əlaqə onsuz da haramdır:
"Sənə aybaşılı ilə cinsi əlaqəni soruşurlar. De ki, bu (hər iki tərəfə də) əziyyət verici bir şeydir. Onlar adətli ikən onlardan ayrılın və təmizlənənə qədər onlara yaxınlaşmayın. Tam təmizləndiklərində Allahın sizə əmr etdiyi yerdən onlara gedin. Allah çox tövbə edənləri və tərtəmiz olanları sevər." (Bəqərə, 2/222)
İslam alimləri arasında zahılıq dövrünün maksimum müddəti ilə əlaqədar iki təməl görüş vardır: Hənəfi və Hənbəlilərə görə, bu müddətin maksimum miqdarı, qırx gündür. Maliki və Şafilərə görə isə, altmış gündür. Bu ixtilaf da göstərir ki, bu müddətin təsbiti təcrübəyə söykənəərək qiymətləndirilmişdir. (bax. Zuhayli, əl-Fıkhu'l-İslami, 1/467)
Tibb də təcrübi bir elmdir. Köçürəcəyi məlumatlar da təcrübəyə söykənəndir. İslamın qəbul etdiyi zahılıq müddətinin yuxarıda ifadə edilən şəkliylə sona çatdıqdan sonra, bunun tibbi baxımdan bir qorxusunun olduğunu söyləmək mümkün deyil. Praktik həyatdakı milyonlarla insanın təcrübəsi də bu istiqamətdədir.
10
Ata-ana uşaqlarının qürbətə çıxmalarına mane ola bilərlərmi?
Ata-ananın həqiqətən də övlad üzərində haqqı çoxdur. Bir övladın ilk işi onların razılıqlarını qazanmaq, könüllərini almaqdır. Onları incidərək heç bir xeyirli iş görülməz, məqsədəuyğun hərəkət olunmaz.
Ancaq, əlbəttə bunun da bir sərhədi vardır. İşləmək, oxumaq və ya Həccə getmək kimi məqbul və halal işlərə ana-atanın icazə verməməsi halında vəziyyətə baxılır: ata-anaya baxılacaq qədər imkan hazırlanmış, övlada möhtac olmayacaq bir mühit təmin edilmişsə, ata-ananın belə bir səyahətə mane olmağa haqları olmaz.
Əgər, övlad ata-ananı baxıma möhtac halda buraxır, özünə möhtac vəziyyətdən qurtarmadan gedirsə, ona icazə verilməyə bilər. Bu təqdirdə övladın getməyə də haqqı olmaz.
Fetavayı-Kadıhanda, uşaq özünü qoruya bilməyəcək şəkildə kiçik yaxud başqa bir səbəbdən ötəri qürbətə çıxması yanlış isə, ata-ana ona mane ola bilərlər. Bu səbəblər aradan qaldırıldıqdan sonra gedə bilər, deyilir.
Ata hörmətdə, ana da xidmətdə birincilik ifadə edir. Bu baxımdan övlad ataya hörmətdə, anaya da xidmətdə qüsur etməməli, mümkün olduğu qədər, haqlı da olsa, onların qəlbinə dəyməməyə çalışmalıdır.
11
Namaz qılmayan, təsəttürünə diqqət etməyən qadını boşamaq olar?
Dini vəzifələrində laqeydlik göstərən, təsəttürə riayət etməyən qadını tərk etməkdən çox, irşad və islahı üçün tutmaq daha fəzilətli bir yanaşmadır.
Halal olmasına baxmayaraq Allahın ən sevmədiyi şey, boşamaqdır. Boşamaqla nəticə çox vaxt dəyişməz, bəlkə vəziyyət daha da pisləşə bilər. Bu səbəblə boşamaq çarə olaraq görülməməli, islah və irşad üçün səbirlə səy göstərilməlidir.
Bir hədisdə qadının qabırğa sümüyündən yaradıldığına diqqət çəkilməkdədir. Bilindiyi kimi qabırğa sümüyü yaradılışda əyri şəkildə yaradılmışdır.
Öz halına tərk edilsə əyri qalar, düzəltmək istənilsə qırılar. Elə isə, nə tamamilə öz halına tərk edilməli, nə də məcbur edərək düzəltməyə çalışılmalı, bəlkə qismən farağat və fədakarlıqla orta yol tapılmalıdır.
12
İslama görə uşaq tərbiyəsi nə vaxt başlayır?
İslam, uşağın atası üzərindəki bu üç böyük haqqını diqqətə alır:
-Təmiz və əxlaqlı bir ananın seçimi
-Gözəl bir ad
-Dini tərbiyə
İslam, hələ dünyaya gəlmənin çox uzağında olan bir uşağın, atası üzərindəki birinci haqqını, "ona təmiz və əxlaqlı bir ana seçməsi" olaraq təsbit etməklə, uşaq tərbiyəsini pedaqoqların və sosioloqların xəyallarının da çata bilməyəcəyi bir nöqtədən başlatmış olur. Bir kişi, gələcək yoldaşını seçərkən bu birinci vəzifədə həssaslıq göstərdiyi təqdirdə, üçüncü vəzifəsi böyük ölçüdə asanlaşacaq.
13
Kişinin qadın üzərindəki haqqı
Ər-arvadın boşanması halında ümumi qayda belədir: Uşaqların baxımı anaya, xərclərin qarşılanması isə ataya aiddir.
Çünki uşağa baxmaq üçün lazımlı şəfqət və bacarıq anada, imkan hazırlayıb xərcləri qarşılama qabiliyyəti də atada vardır. Bunun üçün ata anası yanındakı uşaqların alimentini qarşılamağa məcburdur. Ancaq ana eyni şəkildə baxıma məcbur deyildir. Qəbul etməzsə, atanın anası və digər yaxınları uşağa baxmağa məcbur olarlar.
Ananın baxımı qızlarda doqquz yaşına, oğlanlarda isə yeddi yaşına qədər davam edir. Bundan sonra onları saxlama hüququ ataya aid olur. Ata saxlamağa daha layiqli görülür.
- Ana müsəlman olmasa belə, uşaqlar ona verilir. Ancaq yaşları böyüdükcə anadan İslamın ziddinə tərbiyə görüb, dindən uzaqlaşdırma şəklində bir təlqin aldıqları aydınlaşarsa, anadan alınar, bunu etməyən bir yaxınına verilər. Belə bir ana uşaqları saxlama hüququnu itirir.
- Ana saxlama hüququnu qorumaq üçün başqa biriylə evlənmiş olmamalı, uşaqlarına baxmağa qadir, qorumağa malik durumda olmalıdır.
Evlənən, yaxud ağlında və iffətində nöqsanlığı olan ana uşaqları saxlama haqqını itirir. Uşaqlar əlindən alınıb ataya təslim edilir.
- Baxıma davam edən ana xərc olaraq üç cür haqqa malikdir:
* Uşaq süd əmirsə, südd haqqı.
* Uşağa baxım haqqı.
* Uşağın öz xərclik haqqı.
Bu üç çeşid xərc səlahiyyətli kimsələrin uyğun gördüyü miqdarda ata tərəfidən anaya ödənilir. Ata uşağı ananın yanında ziyarət edə bilər. Ayağına aparmaq məcburiyyəti yoxdur.
Əlavə məlumat üçün aşağıdakı linkə daxil olun:
Boşanmalarda uşaqların himayəsi, şəriətə görə, kimə aiddir?
Əhməd Şahin
14
Sübh namazına getməyə atam icazə vermir.
Allah`ın fərz etdiyi bir şeydə bir başqa kimsəyə qulaq asıb ona tabe olunmaz. Ana - ataya tabe olmaq fərzdir. Sübh namazı üçün məscidə getmək isə sünnədir. Sünnə heç zaman fərzi çıxdaş edə bilməz, etməməlidir.
Ata-ananın halal əmrlərinə tabe olmamaq böyük günahlardan olmaqla, iki dünya itkisinə səbəb olmaqdadır.
Belə məsələlərdə bizlər öz şəxsi ibadətimizi, sübh namazını məsciddə camatla qılmağın həm savabın, həm də ondan alacağımız mənəvi zövqü düşünürük əsasən.
Geniş məlumat üçün aşağıdakı məqaləni oxuyun:
http://www.sorularlaislamiyet.com/article/1544/mukreh.html
15
Qırxlama deyə bir şey vardır?
Yaşayan xalq inanclarımızda körpənin və ananın qırxının çıxmasında "qırxlan"dıqlarını və təmizlənməsi istənilən qabqacaqların da "qırxlan"dığını eşidirik. Ancaq dini mənada belə bir tətbiq yoxdur və əsla doğru deyil.
Bu tətbiqlərə inanmaq və bunları etmək Dində olmayan bir şeyi Dindən saymaq mənasına gələ bilər. Bu baxımdan təhlükəlidir və əsla etməmək lazımdır.
16
Əri haram qazanan qadın bu qazancdan yeyə bilər?
Əri haram qazanan qadının edəcəyi ilk iş, ərini haramdan uzaqlaşdırıb halal yolla dolanmağa məcbur etməkdir.
Əgər təsiri olmur, əri haram qazancda israr edirsə bu dəfə şəxsinə aid malı varsa o maldan öz ruzisini təmin etməsi, ərinin haram malından yeməməyə cəhd göstərməlidir. Şəxsinə aid malı yoxdursa, ərinin gətirdiyindən ancaq ehtiyac qədəriylə kifayətlənməlidir. Ehtiyac xaricindəkiləri istifadə etməməyə səy göstərər.
Əgər evə gətirilən şeylərin özü haram olsa, bunu heç bir şəkildə istifadə edə bilməz. Məsələn, yeyiləcək maddə, yaxud geyiləcək paltar oğurlanmış, qəsb edilmişsə bunları istifadə edə bilməz. Çünki bunlar haramın özüdür. Haram qazancla satın alınmış şeylər deyil.
17
Evimizdə yaşı irəliləmiş olan ana ataya qarşı davranışlarımız necə olmalıdır; bəzən səhv davranışlarına səbr etməkdə çətinlik çəkirik, nə tövsiyə edərsiniz?
İnsan nəfsinə məğlub olacaq olsa, hadisələrdəki nəticəni ağla göstərib ağılı və nəfsi bu şəkildə razı salmaq lazımdır. Böyüklərə hörmət əsasdır. Əgər böyüklərimizin ürəyini qıracaq şəkildə davransaq əbədi bir əzaba müstahak(haqq etmiş,özü qazanmış) ola bilərik. Bu səbəblə davranışlarımızın bizə nəyəbaşagələcəyini düşünüb bunu davamlı özümüzə təlqin etməliyik. Bu, zamanla insanda vərdiş halına gələcək və hər hadisədəəvvəl ührəvi(axirətləəlaqəli) nəticələr ağla gələcəkdir.
Necə ki böyüklərimiz bizi yetişdirənə qədər bir çox çətinliyimizə səbr etdi, biz də indi uşaqlaşan böyüklərimizə səbr etməliyik.
Risalə-i Nur Külliyyatında Ana Ataya Hörmət Mövzusu:
"Onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağına çatacaq olsa, onlara əsla 'Of' belə dəmə, onları danlama; onlara gözəl söz söylə. Onların üzərinə mərhəmət və təvazö qanadını gər və de ki: 'Ey Rəbbim, necə onlar məni kiçikkən bəsləyib böyütdülərsə, Sən də onlara eləcə mərhəmət buyur.' Sizin içinizdə olanı Rəbbiniz haqqıyla bilər. Əgər siz saleh kəslər olsanız, şübhəsiz ki O, özünə yönələnlər üçün çox bağışlayıcıdır." (İsra Surəsi, 17:23-25.)
"EY XANASINDA qoca bir ana və ya atası və ya qohumundan və ya iman qardaşlarından bir iş etməz vəziyyətdə olan və ya aciz, əlil bir şəxs olan qafil! Bu ayət-i kəriməyə diqqət yetir, bax: Necə ki bir ayədə, beş təbəqə ayrı-ayrı surətdə qoca valideynə şəfqəti celb edir!"
"Bəli, dünyada ən yüksək həqiqət, ata və anaların övladlarına qarşı şəfqətləridir. Vəən ali hüquq da, onların o şəfqətlərinə müqabil hörmət haqqlarıdır. Çünki onlar, həyatlarını, kamal-ı ləzzətlə(tam bir ləzzet alaraq ) övladlarının həyatı üçün fəda edib sərf edirlər. Elə isə, insaniyyəti süqut etməmiş və canavara dönməmiş hər bir uşaq, o möhtərəm, sadiq, fədakar dostlara xalisanə(qarşılıq gözləmədən) hörmət və samimanə xidmət vərazılıqlarını təhsil və ürəklərini məmnun etməkdir. (Əmi və bibi, ata hökmündədir; xala və dayı, ana hökmündədir.Buharî, Sulh, 6; Tirmizî, Birr, 6; Ebû Dâvud, Talak, 35; Mecmeu’z-Zevâid, 9:269; Deylemî, Müsnedü’l-Firdevs, 2:207. )"
"İşdə, o mübarək qocaların bədənlərini istiskal(Soyuq davranışlarla xoşlanmadığını bildirmə) edib ölümlərini arzu etmək nə qədər vicdansızlıq və nə qədər alçaqlıqdır, bil, ayıl! Bəli, həyatını sənin həyatına fəda edənin zaval-i həyatını(hayatın bitmesi, ölüm) arzu etmək nə qədər çirkin bir zülm, bir vicdansızlıq olduğunu anla!"
"Ey dərd-i məişətlə(dolanışıq dərdi, çətinliyi) düşgün olan insan! Bil ki, sənin evindəki bərəkət direği və rəhmət vəsiləsi və müsibət dəf edəni, evindəki o istiskal etdiyin qoca və ya kor qohumundur. Əsla dəmə, "Məişətim dardır, idarə edə bilmirəm." Çünki onların üzündən gələn bərəkət olmasaydı, əlbəttə sənin dolanışıq darlığın daha çox olacaqdı. Bu həqiqəti məndən inan. Bunun çox qəti dəlillərini bilirəm; səni də inandıra bilərəm. Lakin uzun getməmək üçün qısa kəsirəm; bu sözümə qənaət et. And edərəm, bu həqiqət çox qətidir. Hətta nəfs və şeytanım də buna qarşı təslim olmuşlar. Nəfsimin inadını qıran və şeytanımı susduran bir həqiqət, sənə qənaət verməli."
"Bəli, kainatın şahidliyiylə, sonsuz dərəcədə Rahman, Rahm və Lətif və Kərim olanHâlık-ı Zülcelâli ve’l-İkram(haşmeti sonsuz, lütf və ikramları sərhədsiz yaradıcı, Allah) , uşaqları dünyaya göndərdiyi vaxt, arxalarından ruzilərini çox lətif bir surətdə göndərib və məmələr musluğundan (kranından) ağızlarına axıtdığı kimi, uşaq hökmünə gələn və uşaqlardan daha çox mərhəmətə layiq və şəfqətə möhtac olan qocaların ruzilərini də, bərəkət surətindəgöndərər. Onların iaşələrini(bəsləmə, yedirib içirmə), tamahkar və xəsis insanlara yüklətməz."
"Şübhəsiz ki ruzi verən, mütləq qüdrət və qüvvət sahibi olan ancaq Allahdır." (Zariyat Surəsi, 51:58.)
"Yer üzündə gəzən və öz ruzisini yüklənə bilməyən nə qədər canlının və sizin ruzinizi Allah verər." (Ənkəbut Surəsi, 29:60.)
ayələrinin ifadə etdikləri həqiqəti, bütün canlının varlıq növləri hal dili ilə qışqırıb o həqiqət-i kerimaneyi(ikram sahibi olana yaraşarcasına olan gerçək vədoğru`yu) söyləyirlər."
"Hətta deyil tək qoca qohum, bəlkə insanlara yoldaş verilən və ruziləri insanların ruziləri içində göndərilən pişik kimi bəzi məxluqların ruziləri dəbərəkət surətində gəlir. Bunu doğru edən və özüm gördüyüm bir misal: Mənim yaxın dostlarım bilərlər ki, iki üç il əvvəl hər gün yarım çörək-o kəndin çörəyi kiçik idi-müəyyən bir ərzağım vardı ki, çox vaxt mənə kafi gəlmirdi. Sonra dörd pişik mənə qonaq gəldilər. O eyni ərzağım həm mənə, həm onlara kafi gəldi. Çox dəfə də artıq qalardı."
"İşdə bu hal o dərəcə təkrarlama edib mənə qənaət verdi ki, mən pişiklərin bərəkətindən istifadə edirdim. Qətı bir surətdə elan edirəm, onlar mənəyük deyil. Həm onlar məndən deyil, mən onlardan minnət alırdım."
"Ey insan! Madam canavar surətində bir heyvan, insanların xanasına qonaq gəldiyi vaxt bərəkətə səbəb olur. Elə isə, məxluqatın ən mükerremi(ikram edilmiş, hörmət göstərilən) olan insan; və insanların ən mükəmməli olan iman əhli; vəəhl-i imanın ən çox hörmət və mərhəmətə layiq acizlər, xəstə qocayalar; və xəstə qocaların içində şəfqət və xidmət və söhbətəən çox layiq və müstehak olan qohumlar; və qohumların içində dəən həqiqi dost vəən sadiq muhib(sevən) olan ata və ana, qocalıq halında bir xanada olsa, nə dərəcə bərəkət vəsiləsi və rəhmət vasitəsi və "Beli bükülmüş qocalarınız olmasaydı, bəlalar sel kimi üstünüzə töküləcəkdi"(el-Aclûnî, Keşfü’l-Hafâ, 2:163; Süyûtî, Kenzü’l-Ummâl, 9:167; İmam-ı Gazâlî, İhyâu Ulûmi’d-Dîn, s. 341; Mecmeu’z-Zevaid, 10:227; Beyhakî, es-Sünenü’l-Kübrâ, 3:345.) sirriylə nə dərəcə bəlanı uzaqlaşdırma səbəbi olduqlarını sən müqayisə et."
"Bunun kimi, ey insan, ağılını başına al. Əgər sən ölməzsənsə, qoca olacaqsan. اَلْجَزَاۤءُمِنْجِنْسِالْعَمَلِ("Hər əməl öz cinsindən bir şeylə qarşılıq görər." ) sirriylə, sən valideyninə hörmət etməzsənsə, sənin övladın da sənə xidmət etməyəcək. Əgər axirətini sevsən, buyur sənə mühüm bir xəzinə: Onlara xidmət et, razılıqlarını əldə et. Əgər dünyanı sevsən, yenə onları məmnun et ki, onların üzündən həyatın rahatlı və ruzin bərəkətli olsun. Yoxsa onları istiskal(ağır görüb xoşlanmama, dəyər verməmə) etmək, ölümlərini təmənni etmək və onların incə və seriütteessür(dərhal kədərlənən, tez təsirlənən) ürəklərini təhqir etməklə, خَسِرَالدُّنْيَاوَاْلآخِرَةَ ("Dünyada da, axirətdə də ziyana uğradı.") (Həcc Surəsi, 22:11.) sirrinə məzhər olarsan. Əgər rahmət-i Rahmânı istəsən, o Rahmanın vedialarına və sənin xanandakı əmanətlərinə rahmət et."
"Axirət qardaşlarımdan Mustafa Çavuş adında bir şəxs vardı. Dinində, dünyasında müvəffəqiyyətli görürdüm, sirrini bilməzdim. Sonra anladım ki, o müvəffəqiyyətin səbəbi: O şəxs isə, qoca ata və analarının haqqlarını anlamış və o hüquqa tam riayət etmiş və onların üzündən rahat vərəhmət tapmış, inşaallah axirətini də təmir etmiş. Bəxtiyar olmaq istəyən, ona bənzəməli."
"Allahım! "Cənnət anaların ayaqları altındadır"(Süyûtî, el-Câmiu’s-Sağîr, 3642; el-Aclûnî, Keşfü’l-Hafâ, 1:335; el-Elbânî, Sahîhu’l-Câmii’s-Sağîr ve Ziyâdetuhu, 1259, 1260) buyuran Şəxsə salat və salam olsun."
(bk. Bədiüzzaman Səid Nursi, Məktubat,21)
18
Boşanmalarda uşaqların himayəsi, şəriətə görə, kimə aiddir? Əgər qadının ilk əri vəfat edərsə, ərindən qalan uşaqlara baxmaq məsuliyyəti varmıdır?
İslam hüququna görə uşağın himayəsi əvvəlcə qadınlara verilir.Çünki qadın kişilərdən daha şəfqətli və bu barədə daha səbirli, daha bacarıqlıdır. Qadınlardan ilk himayədarlıq hüququna sahib olan şübhəsiz uşağın anasıdır. Hz. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur:
“Atası məni boşadıqdan sonra indi də qarnımda daşıdığım, döşümdən yedirdiyim və qucağımda böyütdüyüm oğlumu məndən almaq istəyir.” deyə şikayət edən bir qadına “Sən evlənmədiyin müddətcə uşağa baxmaq sənin hüququndur.” (Əbu Davud, Beyhaqi və hakim rəvayət etmişdir, bx. əl_fiqhul_İslami, VII/720).
Hənəfi və Şafiilərə görə anadan sonra uşağın vəlayətinə ən layiq olan ana tərəfdən nənəsi, ata tərəfdən nənəsi, bacısı, sonra xalası gəlir.
Bu sıralama fiqh alimləri arasında uzun bir zəncir təşkil edir və sıralamalar fərqli şəkildə göstərilir.(a.k.ə).
Bu cümlədən belə çıxır ki, əvvəlki ərindən qalan uşaqlara, ana-ataları olmadığına görə, onların ana tərəfdən nənələri, ata tərəfdən nənələri və xalalarının saxlaması lazımdır.
Əgər sözügedən qadın ölən əvvəlki ərindən qalan uşaqların doğma anasıdırsa, bu halda başqa baxacaq kimsənin olmaması halında uşağa ananın baxması lazımdır. Əgər uşağın qayğısına qalacaq başqa kimsələr varsa, ananın himayədarlığı və uşağa baxması məcburi olmaqdan çıxır. Ana evlənsə, bu himayədarlıq barəsindəki üstünlüyünü itirir.(a.k.ə.).
Bir qadının evlənəcəyi kişinin onun uşaqlarını qəbul etmək məcburiyyəti yoxdur. Ancaq uşağa baxacaq başqa bir kimsə yoxdursa, bu məcburiyyət halını alır. Çünki əks halda uşağın zay olması mümkündür. Uşaq sahibi bir kişi ilə evlənən qadının da halı eynidir. Hüquqi baxımdan evləndiyi kişinin uşaqlarını qəbul etmək məcburiyyətində deyil. Lakin uşaqlar baxıma möhtac isə və baxacaq kimsələri də yoxdursa, ediləcək başqa bir şey yoxdur. Ya uşaqlar qəbul ediləcək və ya evlilik baş tutmayacaq.
19
Ata və ana uşağın yanında bir-birini təhqir edirsə gunahi nedir?
Va aleykumussalam va rahmətullah!
Əgər ata və ana uşağın yanında bir-birini təhqir edirsə təbii ki, uşağın heç bir günahı yoxdur. Amma çox çəkməz belə valideyni bir azdan uşağı təhqir edər. Bu İslam ədəb və əxlaqına zidd bir davranışdır
Uşaqların təhsili mövzusunda ilk pillədə ata məsuliyyət daşıyır. Atanın bu mövzudakı məsuliyyəti Allaha qarşıdır. Bu məsuliyyətini yerinə yetirməyən ailə rəislərinin qiyamət günündə ən bədbəxt və hüsrana uğrayan atalar olacağı Quranda ifadə edilməkdədir.
"Ey iman gətirənlər! Özünüzü və ailələrinizi o oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır." Təhrim(qadağan), 66/6
Uşaq doğulduğu andan etibarən ona verilən hər şey təhsil əhatəsinə daxildir. Onun əmizdirilməsi, altının təmizlənməsi, qucağa alınması, sevilməsi belə bu təhsilin bir parçasıdır. Nəyin təhsil olub olmadığıyla əlaqədar bir suala dinin verəcəyi cavab, "Uşağın duyğularını, düşüncələrini, bədəni inkişafını, Rəbbinə olan yaxınlığını, irəlidə yetkin bir iman sahibi olub olmamasını təsir edəcək hər şey təhsilin mövzusudur." olacaq. O baxımdan məktəbdə müəllimlərdən əvvəl evdə ana ata, uşaq üçün ən əhəmiyyətli "təlimatçı" olduqlarının fərqində olmalıdırlar.
Günümüz inkişaf psixologiyası məlumatları da bu mühakiməylə razılaşmaqdadır. Mütəxəssislər, uşağın 0-7 yaş arasındakı təhsilinin əsla ehmal edilməməsinin lazım olduğunu ifadə etməkdədirlər. Hələ hələ "əl qədər uşaq nə anlar" anlayışı çox səhv bir ifadədir. Çünki o heç bir şeydən anlamadığını sandığımız uşaq bir yaşına qədərki dövrdə ana və atanın danışmalarıyla, sözləriylə yaddaşını doldurar. Sonra da yaşını tamamlamağa yaxın yaddaşına yığdığı sözləri istifadə etməyə cürət edər. Tələffüzü asan sözlərlə də bunu bacarar.
Böyük İslam alimlərindən olan Əbu Esved et-Düeli uşaqlarına belə deyib öyünərmiş: "kiçikliyinizdə, böyüklüyünüzdə və doğumunuzdan əvvəl sizə yaxşılıq etdim." Doğumlarından əvvəl özlərinə necə yaxşılıq etdiyini soruşan uşaqlarına: "Sizə söyülməyəcək bir ana seçdim." deyərmiş.
Sən də valideyinlərinə örnək ol,onlara nəsihət et,Allahın kəlamından ,Pəyğənbərimizin əxlaqından onlara danış,islamın əmirlərində sən özün diqqətli,itiz ol ki onlar baxıb utansınlar.Yalandanışam,qiybət etmə ,ana-ataya gözəl sözlər söylə. Unutma ki onlar sovetin ateizmində yaşamış insanlardı.
20
Ana-ata fasiq və günahkardırsa onlara itaət necə olmalıdır? Ana və ataya itaətdə sərhəd nə olmalıdır?
Əsma Bintu Əbi Bəkr (radiyallahu anhə) deyir:
"Hələ müşrik olan anam yanıma gəldi; necə davranmağım gərəkdiyi barəsində Hz. Peyğəmbərdən (əleyhissalatu vəssalam) soruşaraq:
'Anam yanıma gəldi, mənimlə (görüşüb danışmaq) istəyir, anama yaxşı davranımmı?'dedim.
'Bəli, ona lazım olan hörməti göstər.' dedi. "[Buxari, Hibə 28, Ədəb 8; Muslim, Zəkat 50 (1003); Əbu Davud, Zəkat, 34 (1668)]
Hədisdə zikri keçən, Əsma anası haqqında bir çox münaqişələr var. Bizim üçün hədisin ifadə etdiyi əhkam mühümdür. Ana və ata kafir olsa belə onlara qarşı insani vəzifələrimizi, övladlıq əlaqə və hörmətini göstərmək lazım olduğu aydın olur. Hətta bu hədisdən kafir belə olsa ana və ataya nəfəqə verməyin vacib olduğu hökmü çıxarılmışdır.
Kafir belə olsaana və ataya qarşı hörmət etmək və nəfəqə vermək məsələsinin əhəmiyyəti buradan aydın olur ki, yuxarıdakı hədis üzərinə vəhy gəlmiş və məsələ Qurani-Kərimdə hökmə bağlanmışdır.
"Allah din uğrunda sizinlə vuruşmaya və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir."(Mumtəhinə, 60/8)
Müşrik belə olsa ana və ataya hörmət barəsində bu ayə daha açıqdır: (Tərcümə olaraq)
"Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağı üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! ..."(Loğman, 31/15)
Bu şərhlərə görə müsəlman olan bir ana-ata, nə qədər günahkar olursa olsun, onlara sayğı və hörmətdə qüsur etməmək lazım olduğu öz-özünə aydın olur.
İtaət etmək ayrıdır, üsyan etmək ayrıdır.Allah Təalaya üsyan olmadıqca ana-ataya mütləq itaət əmr edilmişdir. O halda Allahın əmrinə zidd olmayan hər istəklərini yerinə yetirmək lazımdır. Allahın əmrlərinə zidd olan istəklərinə isə tabe olunmaz,amma üsyan da edilməz. Bu istəkləri yerinə yetirilməz və səssiz qalınar. Hörmət və sayğı davam edər.
Qəlbləri çevirən Allahdır. Ona yalvarmaq gərəkdir. Uşaqların ana-atalarına göstərdikləri bu sevgi, sayğı və hörmət onların qəlblərinin yumşalmasına səbəb ola bilər. Hədəf və məqsəd onları qazanmaq olmalıdır.
Dinimiz xala və dayını ana yerində, bibi və əminidəata yerində qəbul etmişdir.Bu səbəblə onlara hörmət və sayğı ana-ataya edilmiş kimi qəbul edilmişdir. Onların haram istəklərinə uymaq olmaz. Lakin sayğı, hörmət və sılayı-rahimdə qüsur etməmək lazımdır.
Digər qohumlara gəlincə,sılayı- rahimi kəsmək doğru deyildir. Günahkar da olsa onlarla əlaqəni kəsmək yerinə düzəlmələri üçün çalışmaq lazımdır.
Yaxşı gündə yaxşı insanlarla hər kəs qardaşlıq edər. Önəmli olan ən çətin zamanlarda qardaşlıq etmək və qardaşını pislikləri və günahı içində buraxmamaqdır. Gerçək vəfa gerçək dostluq və qardaşlıq budur.
Dinicəhətdən bəzi qüsurları, İslami yaşayış baxımından bəzi əskiklikləri olan əqrabalarımızın imkan nisbətində bu əksikliklərininin aradan qaldırılmasınaçalışmaq, onları haqqa və həqiqətə isindirməyə səy göstərmək bizə düşər.
Cənabı-Haqqın da Peyğəmbərimizə (əsv) tövsiyəsi açıqdır:
"Əvvəl ən yaxın əqrabalarına haqqı təbliğ et." (Şuəra, 26/214)
Bu İlahi tövsiyyə hamımıza aid deyil?
21
Evlənmək istədiyim qızla nişanlı və ya sözlü deyilimsə islami cəhətdən görüşməyimizə icazə vardırmı?
Nigahlı olmayan tərəflərin bir-birinə dəyməsi, toxunması haramdır.
Flört (Eşqbazlıq), Müslümanlarların lüğətində yeri olan bir söz olmadığı kimi, ifadə etdiyi məna da Müsəlmanlarda həyat tapan bir hadisə deyil. Eşqbazlığa kimlər nə məna yükləyirsə yukləsin; İslâm bu cür hissi bir mövzuda kişilə qadına sərhədlər çəkir, məhdudiyyətlər qoyur və Əfəndimizin (sallallahu aleyhi və səlləm) məşhur xəbərdarlığı iki tərəfi də qəti ölçülərlə qorumağa alır, mühafizə edər.
Nədir Əfəndimizin (s.ə.s.) qəti və çox məqbul olan xəbərdarlığı?
"Yad bir qadınla bir kişi iki ikiyə, baş-başa qalsalar üçüncüləri şeytandır!"
Bəli, biribirinə yad iki qarşı cinsin tənha bir yerdə baş-başa qalmaları; hisslərinin üsyanına, yaradılışda var olan duyğuların ayaqlanmasına vəsilə təşkil edər. Cinsi hisslərin hərəkətə gəlməsi və üsyanından sonrakı mərhələləri isə kimsə təxmin edə bilməz. Harada başlayar, haralara qədər gedər. Onsuz da cəmiyyət həyatındakı peşmanlıqların, hətta cinayətlərin və pisliklərin böyük əksəriyyətinin bu xəbərdarlığa qulaq asmamaqdan, aradakı sərhədi aşıb daşmaqdan qaynaqlandığı da yaşanan gündəlik hadisələrlə sabitdir.
Bunun istisnası yoxmu, hər qadın, hər kişi belə mi?
Əlbəttə elə bir iddiamız olmaz. Əlbəttə hər qaydanın istisnası olur. Lakin istisnalar həmişə müstəsna qalar, umumi hökmü dəyişdirməz. Bildiyim gerçək odur ki qadın özünü ləkə, ayıb altına salacaq həyasızlıqdan, sırtıqlıqdan uzaq qalmalı, asan əldə edilən, asanlıqla da tərk edilən əyləncə metaı (dəyərsiz əşya) halına gəlməməlidir.
Məlum olduğu kimi asan əldə edilən şeyin qiyməti çox da bilinməz, asanlıqla da tərk edilməsində qəbahət düşünülməz. Qiymətli şeylər isə həmişə çətin əldə edilir, beləcə də asanca tərk edilməzlər. Qadın dəyərlərin ən ucası, etibarının qorunması lazım olanların da ən öndə gələnidir. Qadının bir gün filanın yanında, o biri günü də filan qolunda olması, bir başqa gün isə kimin yanında olacağının naməlum hala düşməsi, onu həyatı boyunca etibarsızlığa məhkum edər. Bir dəyərli həyatı bu cür dəyərsiz və etibarsız hala salan şeyə isə siz istər eşqbazlıq deyin, istərsə başqa bir şey; nə müdafiə olunar, nə də nəticəsi önəmsiz qəbul ediləcək bir təbiilik olaraq görülə bilər.
Yenə bir qüdsi bəyandan öyrənməkdəyik ki sonu evliliyə varmayan qeyri-qanuni yakınlaşmalardan tərəflər elə peşmanlıq duyacaq ki axirətdə: "Kaş ki, atəş parçası tutsaydım da belə nəticələr verəcək başlanğıclar etməsəydim." deyə fəryad edəcəklər.
Amma bunun faydası olmayacaq. Çünki ox yaydan çıxmış, güllə hədəfi vurmuş; təmiri mümkün olmayan təxribat baş vermişdir.
Onun üçündür ki, dindar ailələrdə qadın, quracağı yuvada xoşbəxt və dinc olmaq üçün geridə şübhəli, ləkəli, ayıb bir keçmiş buraxmamağa çox diqqət edər, gəldiyi yerdə başına vurulacaq bir çox səhvlərin sahibi olmama məsələsində böyük vasvasılıq göstərər. Bu diqqət və vasvasılığından dolayı da ömür boyu sevinc duyar, etibar sahibi olmanın xoşbəxtliyini yaşayar.
Qadını tərtəmiz xoşbəxt bir ailənin qurucusu deyil də, gündəlik zövqlərin vəsaiti halına gətirən kişilər, yaxud da özlərini bu vəziyyətə salmış qadınlar əlbəttə mövzunu bizim kimi şərh etməyəcəklər, hallarına uyğun gələn həyatın müdafiəçisi olacaqlar. Belələrinə bizim nə söyləyəcək sözümüz, nə də verəcək cavabımız olar. Özü yıxılan ağlamazdan başqa ...
(Əhməd Şahin, Ailə Elmihalı, s.142)
22
Evli olan bir kişi zina etdiyi qadınla nikahlarını elan etmədən evlənə bilərmi?
Birincisi: Sadəcə 2 kişi şahidin hüzurundaki nikah keçərlidir. Amma məzhəblərdə bu xoş görülməyib İmam Malikə rh. görə isə elan edilməyən nikah olmaz və tərəflər ayrılmalıdır.
İkincisi: Peyğəmbərimiz aleyhissalam elan etməyi tövsiyə etmiş, özü də elan etmişdir. Yəni elan etmək sünnədir.
Üçüncüsü: Ailəsinin dağılmasından qorxursa, bilsin ki, bunun əvvəl axır qoxusu çıxacaq və onda daha fərqli, ciddi, geri dönüşü olmayan problemlər meydana gələcəkdir.
Dördüncüsü: Əgər ilk evliliyində yoldaşı ikinci xanımla evlənməyəcəyi şərtini nikah müqaviləsində qoyubsa Hənbəli hüququna görə ikinci evlilik edə bilməz.
Beşincisi: Hər ikisinin zina etdiyinə dair bilgi zaid bir bilgidir, sualla nə qədər əlaqəsi var bilmirəm. Amma bu bilginin verilməməsi daha gözəl olardı. Yox əgər bunlar zina etdikdən sonra qadın zinadan hamilə qalıbsa onun sualı da fərqli olmalı idi.
Bu deyilənlər İslam Fiqhi əsasında yazılmışdır. Amma mövcud şəraiti, adət-ənənələri, praktiki təcrübələri və sui-istifadə hallarını nəzər alaraq deyə tövsiyə xarakterli deyə bilərik ki, günümüzdə qadının və sonradan doğulacaq uşaqların və s haqlarının qorunması baxımından, sonradan ortaya çıxacaq problemlər baxımından, o kişinin hər dəfə ikinci yoldaşının yanına getdiyində elan olmadığı üçün bunun yoldaşı da olduğunu bilməyən qonşuların o qadın haqqında əxlaqsız sözlər deyəcəyi baxımından, əgər o dul qadının uşağı da varsa və uşaq böyükdürsə məhlədə o uşağa deyiləcək sözlər baxımından İmam Malikin fətvası ən uyğun seçimdir. Yəni, illa ki evlənmək istəyirsə o qadınla evləndiyini elan etsin.
و اللهُ أعلم
23
İki Bayram arası Nigah Bağlana Bilər? Xalq arasında çox danışılan bu mövzunun əsli nədir?
Xalq arasında danışılan bəzi məsələlər yarımçıq və səhv başa düşülmüşdür. Bunlardan biri də "İki bayram arasında toy edilməz, nigah bağlanmaz." düşüncəsidir.
Şərtlər və imkanlar hazır olduğu zaman ilin bütün gün və saatlarında toy edilə, evlənilə bilər, nigah qurula bilər. Yəni nigah üçün müəyyən bir zaman və vaxt yoxdur. "Nigah bu gün caiz olar, bu gün caiz olmaz." deyə bir şərt yoxdur.
Bu məsələnin əslinə gəldikdə hadisə budur:
Bilindiyi üzrə, Ramazan və Qurban kimi illik iki bayramımızın yanında bir də həftəlik bayramımız vardır. O da cümə günü. Yəni Ramazan və ya Qurban Bayramı cümə gününə rast gələr, toy da bu günlərdə edilərsə; bu arada nigah işi ilə məşğul olunar və cümə namazına çata bilməmə kimi bir təhlükə yaranarsa o saat içində nigah qurmaq caiz olmaz.
Çünki bu saat içində nigahla məşğul olmaq fərzi-ayn olan bir ibadətin tərkinə səbəb olar. Xeyr iş görək deyərkən, şərrə səbəb olunar.
Fəqət belə bir sıxıntıya meydan verilmədən cümə namazından bir müddət əvvəl və ya namaz qılındıqdan sonra nigah bağlanarsa lap yaxşı olar, bir zərər də qalmaz.
Onsuz da belə bir hal da çox baş vermir. "İki bayram arasında nigah olmaz" sözünün batil də olsa tarixi bir keçmişi vardır. Xüsusilə bu inanc İslamdan əvvəlki Cahiliyyə Ərəbləri arasında məşhur idi. Onlar Ramazandan sonra başlayan Şəvval ayında evlənməyi uğursuz sayar, toylarını başqa bir tarixdə edərdilər. Hər Cahiliyyə adətində olduğu kimi, bu adəti də şəxsən Peyğəmbər Əfəndimiz yıxmış, etibarsız etmişdir. Rəsuli-Əkrəm Əfəndimiz Hz. Aişə anamızla Şəvval ayında nişanlanmış, üç il sonra da yenə Şəvval ayında evlənmişdir. Beləcə iki bayram arası olan Şəvval ayında toy etmək və nigah bağlamaq sünnət olmuşdur. (Muslim, Nikah: 73)
(bax. Mehmet Paksu, Kadın, Aile, Hayat, Nesil Yayınları)
24
Təsəttürə girməyən qadını boşamaq lazımdır mi?
Və aleykumusSalam.
Kişi yoldaşının baş açıq gəzməsinə razılıq göstərirsə o də məsul olar. Ancaq o razı olmadığı halda həyat yoldaşı baş açıq gəzirsə məsuliyyət qadına aid olar. Kişi bundan ötəri məsul olmaz.
Qadın əgər dinin əmrlərini yerinə gətirmirsə əri ona nəsihət edər. Ona örtünmənin hökmünü və əhəmiyyətini izah edən əsərlər oxutmağa və yaxşı xatibləri, vaizləri dinlətməyə çalışar.
Bunu etdiyin halda heç cür yola gəlməzsə, yoldaşının əbədi həyatını qurtarmaq məqsədiylə ona qarşı bir az sərt davranmaq, bununla də yola gəlməzsə müvəqqəti olaraq ondan uzaq qalması lazımdır. Bununla də yola gəlməzsə vəzifəsi sona çatmış olar. Artıq günah qadına aiddir.
Belə bir qadını boşamaq lazım deyil. Xüsusilə yuva qurub uşaq sahibi olduqdan sonra boşamaya baş vurmaq çox üzücüdür. İslâm dinində yaxşı olmasa da xristian və yəhudi bir qadınla evlənmək caiz olduğuna görə, fasiqə bir müsəlman xanım ilə evlənmək əlbəttə caiz olacaq. Fasiqə bir qadın yəhudi və xristian bir qadından çox üstündür.
Qadının ərinə qarşı vəzifələri:
1. Qənaət. Çünki qənaətkar olmaq qəlb rahatlığının səbəbidir. Bir qadın arsızlıq və xəsislik edərək əfəndisini, özündən və evindən soyutmaqdan çəkinməlidir. Qənaət; kafi gələcək miqdar ilə qane olmaq, qənaətlənmək, tamahkarlık etməmək deməkdir.
2. Ərə itaət. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm
"Bir qadın, əri ondan məmnun olaraq ölərsə, Cənnətə girər." (İbn Macə, Nikah, 4) buyurmuşdur.
3. Təmiz olma. Ərin görəcəyi yerlərə etina ilə diqqət etmək və təmizləmək. Bilinməlidir ki, gözəllik və təmizliyi gətirən şeylərin ən gözəli sudur. Daim gözəl qoxular sürtməli.
4. Ehtiyacların qarşılanması. Ərin yemək yeyəcəyi vaxta diqqət etmək, yuxu saatını keçirməmək. Ərin adəti necədirsə o zamanlarda yemək və yatağını hazırlamaq
5. Malın qorunması. Ərin mal və əşyasını qorumaq, çünki mal və əşyanı qorumaq iş bilməkdən keçər.
6. Qohuma hörmət. Ərin qohumuna və yaxınlarına ehtiram etmək. Çünki qadının, ərinin qohumuna və yaxınlarına ehtiram etməsi, gözəl idarə və tədbirdən irəli gəlməkdədir.
7. Sirr saxlanması. Qadın ərindən əldə etdiyi sirrini heç kimə duyurmaması, bildirməməsi. Əgər eşitdirəcək olarsa ərinin etimadını itirər. Qadında ondan əmin ola bilməz.
8. Hörmət və ehtiram. Ərin əmrini yerinə yetirmək. Ona qarşı gəlməmək və asi olmamaq. Əgər ona qarşı gələcək olunarsa onu özünə kinləndirib düşmən etmə ehtimalı yüksəkdir.
Ayrıca bir ərin xanımını istədiyi şeyə məcbur etməsi də caiz deyil və qadın bu kimi şeyləri dini baxımdan etmək məcburiyyətində deyil. Məsələn, bir qadın yemək bişirmək və ya öz uşağına baxmaq məcburiyyətində deyil. Amma ailənin xoşbəxtliyi və salamatlığı üçün, ailə fərdləri arasında qarşılıqlı hörmətin təsisi üçün qadının məşru və müsbət olanı (öz xoşuna gəlməsə də) etməsi əlbəttə gözəldir.
Ailə içində ər arvadın vəzifə paylaşması
İslamda ailə, qorunması lazım olan müqəddəslərin əvvəlində yer tutur. Bu səbəblə ailə başı boş buraxılmamış, fərdlərini qoruyacaq biri ailə rəisi olaraq ən başda məsul tutulmuşdur. Bu məsul kimsə, sözünü eşitdirəcək güc və qüvvətdə olmalıdır ki, ailədə həddi aşanları məşruluq cizgisində mühafizə edib sözünü keçirə bilsin. Bu də ailə içində təsirini hər kəsə qəbul etdirəcək gücdə olanı ata və ər olacaq.
İslam'da ailənin bu rəisi, başına buyruq, kimsədən icazə almadan istədiyi kimi davranan (kimsə) kimsə deyildir. Tam əksinə rəisi olduğu ailənin məsuliyyətlərini bütün ağırlığıyla yüklənən, dolanışığını təmin etmək vəzifəsini də çiyinlərinə alan kimsə deməkdir; yəni çöldə çalışıb ailənin dolanışığını təmin etmək məsuliyyəti ata və ərindir. Xanım ailə rəisi kimi çöl işlərində çalışaraq, güzəran, dolanışıq təmin etmək məcburiyyətində deyildir.
Əfəndimiz (sallallahu aleyhi və səlləm) Həzrətləri, qızı Fatimə (Allah ondan razı olsun) ilə kürəkəni Ali`ni (Allah ondan razı olsun) evləndirdiyi zaman, evin daxili işlərini qızı Fatimə`yə, xarici işlərini də kürəkəni Ali'yə verərkən bu tövsiyəni etmişdir:
- Bulaqdan su gətirmək, xəmir yoğurub çörək bişirmək, evin təmizliyini edib daxili işlərini təşkil etmək Fatimə`yə aiddir. Xarici işləri də Ali'nin məsuliyyətindədir!
Bununla birlikdə, bəy ev işlərinə də kömək edə biləcəyi kimi, xanımın də xarici işlərində bəyə dəstək olması də caiz görülmüşdür. Necə ki Peyğəmbərimiz Aleyhissalatu Vəssalam Həzrətləri ev işlərində ailəsinə kömək etmiş, hətta evdəki bu yardımın ümmətinə də sünnət olduğu kitablarımızda yer almışır
Təsəttür Risaləsi
Ailə Xoşbəxtliyi
Ailə müəssisəsində təməl faktor nədir?
25
Evlənmədən əvvəl, evləniləcək namizədlə görüş zamanı ölçülər nələrdir?
Evliliyə niyyət etmək, sonsuz bir bərabərlik üçün atılan ilk addımdır. İnsan hələ bu niyyət mərhələsində ikən məsələni ciddi qəbul edib, ölçülü və məqbul davranarsa, gələcək üçün sağlam və xoşbəxt bir yaşayışın təməlini atmış sayılır.Çünkü yaradılış, xarakter və xasiyyət baxımından fərqli olan müxtəlif çevrə və mühitdə yetişən iki ayrı insanın bərabərliyi söz mövzusudur. Ailə həyatının istənilən şəkildə olması və arzu edilən səadət və hüzurun təmin edilməsi baxımından ilk teşəbbüslərdəki davranışlar mühüm bir yer tutmaqdadır. Xoşbəxt bir yuvanın fərdləri, həm dünyaları, həm də dinî həyatları baxımından qazanclı kimsələrdir. Dolanışıqsız bir evdə isə, maddi və mənəvi sarsıntıların hər an ortaya çıxması mümkündür. Məhz, yuvanın təməli atılarkən, diqqətli, ehtiyatlı və ağıllı hərəkət etmək lazımdır.
Evlənməyə təşəbbüs edən insan, ilk olaraq araşdırma və istintaqa başlayar. Uyğun bir namizəd tapınca, necə bir insan olduğunu öyrənmək üçün görmək və bəzi xüsusiyyətlərini bilmək istəyər. Bu hal, şəxsin birbaşa özü tərəfindən edilə bildiyi kimi, yaxınları və ya etimad etdiyi kəslər tərəfindən də həyata keçirilə bilər. Bu məsələdə dinimizin göstərdiyi yol və tövsiyə etdiyi üsul ən məqulu və ən doğrusudur.
Arzuolunmaz bəzi halların ortaya çıxmasını əvvəldən qarşısını almaq üçün tərəflərin bir-birlərini görmələri istənilmiş və bu görmə sünnə olaraq təsbit edilmişdir. Səhabələrdən Muğirə bin Şöbə (Allah ondan razı olsun), bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm`ə gələrək bir qadınla evlənmək istədiyini söyləyər. Rəsul-i Əkrəm Əfəndimiz, "Onu gördün mü?" deyə soruşduqda, "Xeyr" deyər. Bunun üzərinə Peyğəmbərimiz,
"Get, o qadına bax. Çünki baxmağın, evləndiyinidə aranızda ülfət (uyğunlaşma, dolanışıq) və sevginin davam etməsi üçün daha uyğundur" buyururlar.
Hz. Muğirə (Allah ondan razı olsun), Peyğəmbərimiz aleyhissalatu vəssalam`ın dediyini edər, daha sonra qadınla evlənər. Hz. Muğirə, Peyğəmbərimizin tövsiyəsi üzərinə etdiyi bu evlilikdən xoşbəxt olduğunu və çox yaxşı anlaşdıqlarını söyləməkdədir. (Nəsai, Nigah: 17; İbni Macə, Nigah: 9.)
Yenə bir başqa Səhabə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm`ə gələrək, Ənsar qadınlarından biriylə evlənmək istədiyini söyləyər. Peyğəmbərimiz, ona da "O qadına baxdın mı?" deyə soruşar.Görmədiyini söyləyincə Rəsulullah, "Elə isə get, o qadına bax. Çünki Ənsarın gözlərində bir şey vardır" buyurur. (Müslim, Nigah: 74.)
Rəvayətlərdə Ənsar qadınlarının bəzilərinin gözlərinin kiçik və ya gecə korluğuna mübtəla olduğu bildirilməkdədir. Muhamməd min Məsləmə`yə də Peyğəmbərimiz aleyhissalatu vəssalam belə buyurur:
"Allah, bir kişinin qəlbinə bir qadınla evlənmə istəyini atdığı zaman, artıq onun o qadına baxmasında heç bir günah yoxdur." (İbni Mâcə, Nigah: 9)
Üləmadan Ameş isə bu barədə belə deməkdədir: "Hansı evlənmə ki baxmadan və tədqiq etmədən olmuşdur, sonu üzüntü və sıxıntıdır." (İhya-u Ulum’ud’Din, 2: 40.)
Bütün məzhəb imamları evlənmək niyyətində olan kimsənin talib olduğu qadına, qadının da kişiyə baxmasının caiz olduğu hökmünə gəlmişlər. Ancaq, bu görüş əsnasında, qadının yanında məhrəmlərinin birinin olması şərti qoyulmuşdur. Çünki tərəflər hər nə qədər evlənmək niyyəti ilə bir araya gəlmişlərsə də, nigah olmadığı müddətcə bir-birlərinə yad və naməhrəmdirlər. Yalnız olaraq bir arada olmaları doğru olmaz.
Tərəflərin bir-birlərini görmələriylə yalnız gözəllik və ya çirkinlikləri müəyyən olar. Lakin, diyanət cəhəti (dindarlığı), əxlaqı və ev xanımında olması gərəkən xüsusiyyətləri isə, ya şəxsən özü soruşar və ya sözlərinə güvəndiyi bir kimsə vasitəsiylə öyrənə bilər. Bu məsələdə diqqət yetirilməsi lazım olan ən mühüm məqam, tərəflərin açıq fikirli və yaxşı niyyətli olmalarıdır. Daha işin başındaykən vərdiş və xasiyyətlərini bildirməlidirlər. Hətta sevib sevmədiyi yeməklərə çatana qədər danışıqlarında fayda vardır. Sadəcə bəyənilən xasiyyətlərin bəhs edilməsi, xüsusi xarakter və vərdişlərdən söz edilməməsi, irəlidə bəzi narahatlıqlara meydan verə bilər.
Çox vaxt tərəflərin üz-üzə danışmaları mümkün olmaz. Bu vəziyyətdə hər iki namizədin vəziyyəti bir başqası vasitəsilə öyrənilir. Bu barədə İmamı Qəzali həzrətləri bu tövsiyyələri verir: "Qadının gərək əxlaqını və gərəksə gözəlliyini, ancaq, doğru, bəsirət sahibi, yaxşıyı pisi bir-birindən ayırd edə bilən birindən öyrənməlidir. Özüylə müşavirə edilən adam, istənilən qıza çox tərəfdar olmamalıdır ki, qızın vəsflərini olduğu kimi açıqlasın. Eyni zamanda bu adam qızı sevməyən biri də olmamalıdır ki, onun yaxşı vəsflərini gizləyib, üstünlüklərindən gərəyi kimi bəhs etməməsi halı ortaya çıkmasın.Çünkü insan təbiəti, evliliyin başlanğıcında və özüylə evlənilmək istənilən qadınların vəsfində ya ifrata və ya təfritə meyil edicidir. bu barədə normal hərəkət edib, həqiqəti söyləyən çox azdır. Bu səbəblə, ehtiyatlı hərəkət etmək, xanımından başqasına könül verməkdən qorxan bir mömin üçün çox mühümdür. " (A.k.ə)
Həqiqətən də, ətrafımızda mübaliğəçi bəzi qadınların kişini və ya qızı həddindən artıq dərəcə tərifləməsi, onlarda olmayan xüsusiyyətləri bir-bir sayması böyük əngəllərə gətirib çıxarmaqdadır. Evlilik həyata keçib, yoldaşlar bir araya gəldiklərində, bir-birlərində deyilənləri tapa bilməyincə hüzursuzluqlar başlamaqdadır. Bunun üçün, hər şeyi olduğu kimi bildirməli, ifrata və təfritə qaçmamalıdır.
Mənbə: Mehmet Paksu, Qadın, Ailə, Hayat, Nəsil Nəşrləri
26
Kəşf edilməyi gözləyən xəzinələr
Rəhman, Rəhim və tərbiyə edən Rəbb isminin əsl sahibi, gözəllər gözəli olan Allahın adı ilə.
Hər bir uşaq əslində kəşf edilməmiş bir xəzinədir. Əgər onları doğru şəkildə kəşf edərsək onların necə böyük bir xəzinə olduqlarını, onlardan sabahların necə böyük müsəlmanları yetişə biləcəklərini və bununlada həm cəmiyyətə həm dinimizə həm də insanlığa böyük bir fayda toxuna biləcəyini açıq şəkildə şahidi ola bilərik. Əslində hər bir uşaq, daha əkini olmayan amma xeyirli bir əkini gözləyən böyük bir tarladır. Əgər cütçü bu tarlada iman tumurcuqlarını doğru şəkildə əkərək, onun yetişməsində köməkçi olarsa, bu halda o, bir az sonra bu tarlada necə böyük bir iman ağaclarının bar verdiyini görəcəkdir. Deməli, hər bir uşaq cənnəti qazanmaq üçün bir tarla bir vəsilədir. Gözəllər gözəli Allahın sayəsində uşaqlarımızın tərbiyəsi bizdən çox asılıdır. Əgər Allaha bağlı olaraq doğru şəkildə hərəkət etsək nəticədə də xeyir olacaqdır. Əgər şah damarımızdan belə ən yaxın olan Allahdan uzaq olaraq uşaqlarımızı Allahın deyil nəfsimizin istədiyi kimi tərbiyə etsək və onları öz yaradıcılarından kənarda tutsaq bu zaman şər baş verəcəkdir.
Günümüzdə uşaqları əhəmiyyətsiz hesab edir, onlarla təmasda çox az-az oluruq. Halbuki onlar bizdən, bizlərin onları kəşf etmələrini gözləyirlər. Onlar bizdən gələcəyin Musablarını, İbni Abbaslarını, Əbu Zərrlərini, Cəfəri Sadiqlərini, Talha və Zubeyrlərini, Xədicələrini, Fatimələrini, Ümmü Sələmələrini, Səfiyələrini, Aişə və Zeynəblərini yetişdirilmələrinə vəsilə olacağımızı gözləyirlər. Onlar bizdən az bir şey istəyərək irəlidə bizə və ətrafımıza çox şey verməyə iddialıdırlar. Uşaqlara öyrədilən şeylər daşda həkk olan yazılar kimidir. Uşaqlarımızı daim yaxşı əməllərə təşfiq edərək onlara yaxşı əməlləri aşılıyarsaq onlar da böyüdüklərində başqalarına yaxşı əməlləri aşılıyacaqlar. Əslində hər bir uşaq cəmiyyətə verilən bir mesajdır. Bunun üçün uşaqlarımızı düzgün şəkildə yetişdirməliyik ki, cəmiyyətə necə yaxşı nümunə ola biləcək bir insan mesajını verə bilək. Əks halda pis mesajlarla dolu olan cəmiyyətimizə bir pis mesajıda biz qatacağıq. Əgər biz uşaqlarımızı kəşf etməyib onları öz başına buraxsaq, nəfslərinə uyaraq özlərinə zülm edə bilərlər. Dünyamızda geniş sahədə tutuma malik olan və bəlkə də milyardlarla insanların başında gecə gündüz fəaliyyət göstərən cahiliyyət sisteminin bir çox hərəkətləri səhv olmaqla birlikdə bu sistemin ən böyük çatışmazlıqlarından biri də uşaqlara əhəmiyyət verməmə, onları əhəmiyyətsiz hesab etmə, uşaqlara dəyər verməmə kimi ünsürləridir. Buna görə də digər sistemlər kimi cahiliyyət sistemi də bu həyatın standartlarına cavab verməyib məğlubiyyətə uğrayaraq sıradan çıxır. Bir şüurlu müsəlman olaraq bu gün biz kömək əhatəmizi genişləndirərək mümkün olduğu qədəriylə evlərimizdə olan uşaqlarla kifayətlənməyib, tanıdığımız və ya tanıya biləcəyimiz bütün uşaqlara hər cür kömək əlimizi uzadaraq özümüzü passiv deyil aktiv müsəlman olmağa məcbur etməliyik.
Uşaqlarımız bizlərə gözəllər gözəli Allah tərəfindən bəxş edilən böyük nemətlərdən biri olmaqla yanaşı, Allahın bizlərə olan lütfü və bu dünyada ürəyimizin istədiyi hədiyyələrdən biridirlər. Necə ki varlıq aləmi Allahın sevgisinin bir ifadəsidirsə, uşaq da insanın sevgisinin bir məhsuludur. Hər uşaq cənnət meyvəsidir və bu meyvə məhəbbət ağacında bitər. Həzrəti Peyğəmbər(s.a.s) buyurur: "Uşaq ürək meyvəsidir və cənnət ruzisindəndir. Uşaqlarınıza yaxşı baxın, onları gözəl tərbiyə edin." Sevgiylə böyüdülən uşaq sevgi, ümid və həyat dolu bir insana çevrilərsə, sevgisiz yetişdirilən bir uşaq isə nifrət, kin və intiqam hissləriylə dolu uşağa çevrilə bilər. Ailə uşağa verdiyi sevgini bir sədəqə, həm də sədəqələrin ən gözəli olduğunu bilmək məcburiyyətindədir. Çünki, uşaqları çox sevən və həmişə onlara xüsusi nəvaziş göstərən Muhəmməd (s.a.s) buyurur: "Bir kimsənin uşağını tərbiyə etməsi və ona ədəb öyrətməsi, hər gün sədəqə verməsindən xeyirlidir."
Sevgi ilə tərbiyə, tərbiyələrin ən gözəlidir və Allahın əxlaqıyla əxlaqlanmaq deməkdir. Hz. Peyğəmbəri (s.a.s) uşaqları öpüb sevərkən görən bir adam: "Demək sən uşaqları öpürsən? Mənim bu qədər uşağım var, indiyə qədər heç birini öpmədim" dəyincə Hz. Peyğəmbərin (s.a.s) cavabı belə olur: "Allah sənin ürəyindəki mərhəməti söküb götürübsə, mən nə edə bilərəm ki?" (Buxari, Ədəb 18).
Digər bir hədisdə isə: "Kiçiklərimizə şəfqətli olmayan, böyüklərimizi saymayan bizdən deyildir."buyurulmaqdadır.
Uşaqlar İslam fitrəti ilə doğulduqları üçün onlar biz müsəlmanların qardaşıdırlar. Müsəlman bir insan, dünyanın harasında bir uşaq görərsə ona dindaşı gözü ilə baxmaq məcburiyyətindədir. Bu səbəblə dünyanın bütün uşaqlarını sevmək, bir müsəlman üçün din qardaşlığı çərçivəsində bir vəzifədir. Əslində heç bir körpə anasından pis doğulmayıb və heç bir körpə günahkar deyildir. Böyük islam alimlərindən olan İmam Qəzali buyurur ki: "Uşağın ürəyi saf və təmizdir."
Həqiqətən də Allah bizim əllərimizə məsum və günahsız olan övladları bəxş edirsə onların tərbiyələrindən, bəslənmələrinə qədər məsul olan bizik. Uşaqlarımızı halal işlərdən qazandığımız halal ruzilər ilə bəsləməliyik ki, onlar sağlam şüurla yanaşı sağlam ruhla yetişə bilsinlər. Unutmamaq lazımdır ki, yedikləri ilə insanın davranışları arasında çox sirli həmçinin dolaşıq əlaqələr mövcuddur. İnsanın xarakteri, səciyəsi, qabiliyyəti, duyğu və düşüncə dünyası və hətta rəftar və davranışları yediklərindən tamamilə ayrı hesab edilə bilməz. Günümüzdə əgər halal və haramlara diqqət etmədən, qeybət və dedi-qodu edərək, uşağının bir dediyini iki etmədən, uşağın ruhundan çox yeməyini, geyəcəyini, düşünərək qohumu ziyarət etmir, ana-atamıza baxmır, üstəlik hər danışdığımızda da yalan danışaraq uşaqlarımıza gəldik də isə nəsihət edib sonra “bu uşaq niyə belə olub? söz dinləmir!” deyə özümüzə sual verərsək, cavabıda “təbii ki, dinləməyəcəkdir” şəklində olacaqdır.
Sağlam cəmiyyətlər yalnız sağlam analar vasitəsi ilə yetişdirilirlər. Bir cəmiyyətin keyfiyyəti, anaların keyfiyyətinin göstəricisidir. Bəzi analar uşaqlarına baxmaqdansa səbəbsiz olaraq şəxsi karyeralarını göz önündə tutaraq uşaqlarına baxıcı tutur, onlara göstərilməsi lazım olduğu qayğını göstərmirlər. Halbuki heç bir baxıcı xala, ananın yerini verə bilməz. Bir ananı analığından saxlayan hər iş, həm anaya həm uşağa və həm də cəmiyyətə bir zülmdür. Analıq bir ananın həyatını dolduracaq böyük həcmli bir ''iş"dir. Bu gün qadınlar küçələrə, fabriklərə, ofislərə, rəsmi dairələrə məhkum edilməklə, qadın təbiətinə xariciləşdirildi. Öz təbiətinə xariciləşən qadın təəssüf ki, analıq duyğusuna da xariciləşdi.
Həyatda nə əksək onu da biçərik. İbni Miskeveyh buyurur:
"Uşaq valideynlərinin yanında əmanətdir. Onun tərtəmiz ürəyi naxış və sürətdən kənar, aydın və mücərrəd bir cövhərdir. Bu mübarək ürək, özünə nəqş edilən hər şeyə meyillidir. Nə tərəfə meyl etdirilsə oraya meyl edər."
Biz uşağımıza əgər xeyiri öyrətsək, o da xeyir üzərində böyüyər. Dünya və axirətə sahib olar, bizlər də yəni ana və atalar da savabında ortaq olarıq. Əgər şərə alışdırılsa, heyvanlar kimi onlara laqeydlik edilsə, bu halda onlar həlaka doğru gedərək məhv ola bilərlər. Günah da onun tərbiyəsiylə mükəlləf olanın üzərindədir. Necə ki Allahu Təala Quranı Kərimdə buyurur:
“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.“(66;6)
Bu ayə ilə əlaqədar Əli bin Əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etməkdədir: "Siz özünüzü qoruyun, ailə xalqınıza da zikr və dua etmələrini əmr edin ta ki, Allah sizin vasitənizlə onları da qorusun".
Həzrəti Əli və digər bir neçə səhabə isə bu ayənin təfsiri haqqında belə buyurublar: "Etdiyiniz işlərlə özünüzü qoruyun, onlara edəcəyiniz tövsiyələrlə də ailə xalqınızı qoruyun". Allahu Təalanın Təhrim sürəsindəki bu əmrini bəzən unudur, bəzən xatırlamır, hətta bəzən də Rəbbimizin belə bir ayə buyurmasından bixəbərik. Halbuki bu ayə ilə Allah insanı daim və ciddi şəkildə xəbərdar etməklə yanaşı bu məsələnin nə qədər əhəmiyyətli bir məsələ olmasından xəbər verir. Bu ayəni təfsir etsək bunları qeyd etmək olar: Ey insan qulaqlarını aç və eşit! Özündən, əhlindən məsul olduğunu unutma. Rahatlanalaraq özünü və onları nəzarətsiz olaraq bir anlıq belə cahiliyyətin və gəldi-gedər dünya əyləncəsinin qoyununa buraxma.
İslam alimlərindən biri isə bu ayənin təfsiri ilə əlaqədar bunları buyurur: "Əgər özünüzü və yaxınlarınızı qorumasanız, yaşadığınız məkanlar cəhənnəmə dönər və o cəhənnəmin yanacağı da o məkanların içində yaşayan insanlar olar."
Səhih hədisdə Həzrəti Peyğəmbərin (s.a.s) belə buyurduğu ifadə edilməkdədir: "Hamınız çobansınız və hamınız sürüsündən məsuldur. İnsanların başındakı imam bir çobandır və o, onlardan məsuldur. Adam ailə xalqı üzərində bir çobandır və onlardan məsuldur." (Buxari, I, 304, II. 848, 901, 902, III, 1010, V, 19H8, 1996, VI, 2611; Müslim, III, 1459: Tirmizi, IV, 208; Əbu Davud, III, 130; Müsnəd, II, 5, 54, 111, 121)
Peyğəmbər (s.a.s) digər bir hədisində: "Uşaqlarınıza və ev xalqına xeyir və yaxşılıq öyrədin, onları yaxşıca tərbiyə edib, ədəbləndirin" buyurmaqdadır.
Davamlı təkrarlanan "əhlinizdən məsulsunuz" ilahi əmrəni, sanki uşaqlarımıza ən gözəl geyimləri geydirməklə, qarınlarını ən gözəl yeməklərlə doyurmaqla, masalarına kompüter, altlarına velosiped, ayaqlarına ayaqqabı almaq kimi dar çərçivələrdə qəbul edirik. Halbuki ailə həyatı içində, böyüklərə düşən vəzifə, uşaqlara nümunə olaraq, dünyəvi zövqlərdən fədakarlıq etmənin gərəyini izah etmək, Allah və Rəsulunu razı edəcək əməlləri səmimiyyətlə etməyi öyrətməkdən ibarətdir.
Uşaqlarımız, tv-dən və ətraflarındakı yoldaşlarının davranışlarından səhvli olan halları nümunə götürüb, öz həyatlarına tətbiq edirlərsə bu halda bilinməlidir ki, uşaq tərbiyəsini ailədən almamış, ana kifayət qədər ana ola bilməmiş, ata da yetərincə ata olmamışdır. Uşaqlar ana atanın əlindən itib getmişsə bizim, Allah qarşısındakı vəziyyətimiz və həyatın içindəki mövqeyimiz doğru deyildir. Çünki doğru yolda kimsə itə bilməz. Bunu bilməliyik ki, uşaqlarımızın qüsurları, bizim onlara qarşı etdiyimiz qüsurların davamından başqa bir şey deyildir.
Yenə digər bir başqa hədisdə:
"Şübhəsiz ki, Allahın sənin üzərində bir haqqı vardır, nəfsində sənin üzərində bir haqqı vardır, uşaq və övladında sənin üzərində haqqı vardır. O halda hər haqq sahibinin haqqını ver! "(Əbu Davud)
Bu hədisdən də anlaşılır ki, uşaqlarımızın bizim üzərimizdə böyük bir haqqları vardır. Uşağımızın yaxşı bir müsəlman olmasını istəyiriksə, əvvəlcə özümüzə nəzər etməliyik. Çünki uşaq tərbiyəsi məsələsində əvvəlcə ailə faktoru üzərində dayanaraq, ideal bir uşağın ancaq ideal bir ailə mühitində yetişəcəyinə inanmağımız lazımdır.
Bədiüzzaman Səid Nursi: "Uşağın ilk və ən təsirli müəllimi onun anasıdır" deyə buyurur. Ən böyük alimlər belə, ilk etiqad dərsini analarından almışdırlar. Bu sətirləri yazanda ilk iman dərsini anasından almışdır. Ananın uşağına olan sevgisinin, ona olan fədakarlığının qaynağı Allaha imandan kənar bir yol ola bilməz. Ana övladına haramı və halalı öyrədər. Doğruluğu və cömərdliyi, qohum və qonşulara köməyi, yaxşılığı və fədakarlığı öyrədər.
Hər bir ana uşağına qarşı şəfqət və sevgi ünsürlərini özündə cəmləşdirməsi ilə yanaşı uşağına qarşı məlumatlı və diqqətçi olma ünsürlərini də özündə cəmləşdirməlidir. Bu ünsürləri özündə cəmləşdirən ana kamil ana olmaqla yanaşı, uşağını ən gözəl şəlkildə yetişdirə bilən bir insandır.
Allahın sayəsində insanlara ilk sevgi dərslərinidə analar verir. Şəfqət qəhrəmanı olan analar, saf və duru sevgini, səmimi məhəbbət dərsini, ağrıyaraq ağlama və mərhəmət dərsini insanlara öyrədən analardır. Necə ki Allahına bağlı olaraq bunları edən qadının ayağının altında olduğunu söyləyir aləmlərə rəhmət olan peyğəmbərimiz(s.a.s): "Cənnət, anaların ayaqları altındadır. "(Nəsai)
Bu hədis əslində ixlaslı sevginin, mərhəmətin və fədakarlığın qarşılığıdır.
Peyğəmbər (s.a.s) belə buyurmuşdur: "Uşağın ata üzərindəki haqqı, uşağına gözəl bir ad verməsi və onu İslam ədəbi ilə tərbiyə edərək öyrətməsidir".
Uşağınızda gördüyünüz pis bir xasiyyətin günahını, mütləq özünüzdə axtarın. Əksər hallarda ana və ata uşaqda gördüyü səhv bir davranışın günahını ya uşağa ya da ətrafa yükləmə meylindədir. Uşaq, ailədən gördüklərini təqlid edərək böyüyər. Əgər siz, ona yaxşı bir tərbiyə vermisinizsə, ətrafdan eşitdikləri ona çox təsir etməyəcək.
Pis tərbiyənin ilk və ən təsirli pilləsi, pis nümunə sərgiləməkdirsə, pis tərbiyənin ikinci pilləsi uşaqlarımıza kafi zaman ayırmamaqdır. Yalnız dərsi üçün uşaqlarla bir-iki saat birlikdə olmaqla, ana və atalar vəzifələrini bitmiş saya bilməzlər. Çünki, uşaq geri qalan zamanını küçədə, təsadüfi yoldaşlarla və ya evdə televiziya qarşısında keçirməkdədir.
Uşağına ayırması lazım olan qiymətli vaxtlarını, qonaq qarşılamaqla və dedi-qodu etməklə keçirən bir ananın onun üzərində nə haqqı ola bilər? Belə bir ana, hərhalda, yaxşı bir ana olduğunu iddia edə bilməz. Sərvətinə sərvət qatmağa çalışan, işindən başqa bir şey düşünməyən, axşamlarını ya hesab edərək və ya çayxanada yoldaşlarıyla oyun oynayaraq keçirən bir ata da, yaxşı bir ata olduğunu söyləyə bilməz. Qısacası, vəhy ilə inşa olunmayan ailə cəmiyyəti bir gün mütləq zəlzələyə uğramağa möhtacdır.
Pis tərbiyənin üçüncü pilləsi isə tərbiyə metondundaki buraxılan səhvlərdir. Bu pillə elə dərindir ki, məsələn əgər çox şən və keyfiniz yerində olduğu zaman onların ən böyük dəcəlliklərini təbəssüm və qəhqəhə ilə qarşılasanız, işlərinizin yaxşı getmədiyi və canınızın sıxıldığı zamanlarda da, marağınızı çəkmək üçün etdikləri kiçik dəcəllikləri, döyməklə, təhqir və söyüşlə qarşılasanız, səmimi olaraq etiraf etdiyi bir günahında da cəza görüb, lakin inkar etdiyində də döyülməkdən xilas olarsa, xahiş və yalvarma ilə sizdən bir ehtiyacını qopara bilməyib, ancaq kaprizlik və təpinmə ilə bunu əldə edərsə, normal zamanda görə bilmədiyi diqqəti, şəfqət və sevgini, bir xəstəlik və ya qəza əsnasında görərsə tərbiyə metodunuz iflic və məhv olmuş deməkdir.
Uşaq təhsilində örnək davranışlar sözlərdən daha təsirli ola bilər. İbni Sina buyurur ki: "Uşaq təhsilində təşviq, təhdiddən daha yaxşı nəticə verər".
Uşaqda yetkinlik əlamətləri görüldüyü zaman, onu gözəl şəkildə güdmək lazımdır. Yetkinlik əlamətlərinin başlanğıcı, həya başlanğıclarının meydana çıxmasıdır. Çünki uşaq, çəkindiyi və utandığı zaman, bir qism hərəkətləri tərk etdiyi an, ağılın nuru onun üzərində doğulmuşdur ki, bir qisim şeyləri çirkin görür və bir qisminə də müxalif çıxır. Uşaq elə bir hala gəlir ki, bir sıra şeylərdən utanmaqdadır. Bu isə, Allahu Təalanın uşağa vermiş olduğu bir hədiyyəsidir. Bu vəziyyət, uşağın əxlaqının normala döndüyünü, ürəyinin səfinə qovuşduğunu göstərər və bu vəziyyət uşağın həddi-büluğ çağında ağılının kamala çatacağını da müjdələr. Bu baxımdan utancaq bir uşağı nəzarətsiz buraxmaq uyğun deyil. Əksinə ona utanması və utanmaması lazım olan şeyləri öyrətmək surətiylə onun ədəbinə kömək edilməlidir. Uşağın gizlicə etdiyi hər şeydən onu daşınmağa çağırmaq lazımdır. Çünki uşaq gizlicə etdiyi bir şeyi çirkin qəbul etdiyi üçün belə edir. Bu baxımdan uşağı bundan daşınmağa çağırmaq, çirkin davranışları tərk etməyi öyrətmək lazımdır.
Uşağımızı günün bir qisimində mümkün olduğu qədər gəzməyə, aktiv hərəkətlər etməyə, idman fəaliyyətlərinə alışdırmalıyıq ki, uşaq tənbəlliyə alışmasın.
Uşağı yersiz cəzalandırsaq, cəzanın lazımlı olduğu zaman isə nə edəcəyimizi bilməyə bilərik. Uşaqlarımız yaxşı işlər etdiklərində üzlərinə qarşı, xüsusilə başqalarının yanında təqdir edilə bilər, onların səhvlərini dərhal üzlərinə vurmayaraq hələ başqalarının yanında bunu heç etməməliyik. Əgər səhvlərində təkrarçı olsalar onlara səbirlə yaxınlaşaraq başqalarının görmədiyi yerdə onları tənqid edə bilər, doğrunu izah edə bilərik.
Uşağımızın qarşısında əsla iki qütb deyil, yekparə olmağımız lazımdır. Uşağımıza qarşı qəti və tutarlı davranmaq, öyüd verməklə yanaşı daha çox nümunə olan ata-ana olmağımız lazımdır. Uşağımıza yaxşını-pisi, doğrunu-səhvi təlqin etmək, öyrətmək bizə bir borcdur.
Uşaqlarımızdan gözlədiklərimizin bir anda reallaşmasını istəməyimiz səhv olardı. Unutmayaq ki, çəmən toxumları üç gündə, çinar toxumları isə üç ayda yaşıllaşar. Çəmənin ömürü bir neçə aylıq olursa çinarın ömürü bir neçə əsr sürür. Onları dinləməyə çalışaraq, onları anlayaq. Əsla dinlər kimi etməyək. Qarşılarına həmişə yetkinlər olaraq gəlməyərək bir də uşaq olaraq gəlməyi bacaraq.
Sədi Şirazi uşaq haqqında: "Uşaqlarımızı quzu kimi böyütməyək ki, gələcəkdə qoyun kimi güdülməsinlər" deyə buyurur. Bizdə o cücərtilərimizi tamamilə sərbəst buraxsaq bu halda onların istəklərinin sonu gəlməz. Lazım olduğunda "xeyr" deməsini də bilməliyik. Hər istədiklərini "bəli" ilə qarşılayaraq onları heç böyüdə bilmərik. Onlara hər istədiklərini almayaq. Bu al-mənili ətrafda hər istədiklərini almağımızın onlara doyumsuz və bədbəxt bir şəxsiyyət qazandıracağını unutmayaq.
Uşaqlarımızın yoldaşlarını evə dəvət edib, onları tanıyaq. Bu həm bizim onlara dəyər verdiyimizi göstərəcək, həm də bizə, uşağımızın yaxın ətrafdakı yoldaşlarını görərək onu nəzarət etmə imkanı verəcək. Uşaqlarımızın etdiyi davranışların nəticələrini görməyə onlara kömək edək.
Unutmayın ki, bir qadının dünya həyatında əldə edə biləcəyi ən böyük xoşbəxtlik ana olmaqdır və bir ananın dünyaya təqdim edə biləcəyi ən əhəmiyyətli hədiyyə, imanlı, şəxsiyyətli, xoşbəxt və azad olaraq yetişdirilmiş olan uşaqlardır.
Ananın uşağın ilk və ən təsirli müəllimi olmasına baxmayaraq, ananın analıq edə bilməsi üçün mütləq məsuliyyətinin şüurunda olan bir ata-ərə ehtiyacı vardır. Əgər ata uşağın məsuliyyətinin hamısını qadına yüklərsə, yoldaşına da kömək etməzsə üstəlik uşaqdan ötəri ananı günahlandırmaq kimi çox pis bir rəftara əl atarsa o zaman həm özünə həm də ailəsinə çox böyük zərər vermiş olar. Ananı uşaqlara qarşı əksiltməmək ağıllı ata-ərlərin ən qabaqcıl olan vəzifələrindəndir.
Gözəllər gözəli Allahın yaratdığı bu mükəmməl aləmdə heç bir ağacın heç bir ağaca, heç bir barmaq izinin heç bir barmaq izinə, heç bir qum dənəsinin heç bir qum dənəsinə, heç bir uşağın da heç bir uşağa bənzəri olmadığı kimi hər uşağın tərbiyəsi, ruhu, xasiyyət və xüsusiyyətləri də digər uşaqlardan fərqlidir. Onun üçün uşaq tərbiyəsinin hər yerdə, hər zamanda hər kəs üçün etibarlı tək bir standartı yoxdur və ola bilməz də. Necə ki Həzrəti Əli buyurur: "Övladınızı, olduğunuz zamandan başqa bir zaman üçün təlim və tərbiyə edin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılıblar. Uşağınızın tərbiyəsində əsla qüsur və qəflət etməyin". Həzrəti Əlinin bu möhtəşəm təklifində isə diqqət çəkən ən əhəmiyyətli ünsürlərdən biridə uşaqlarımızı öz və ya özümüzdən əvvəlki zamanlara aid təlim və tərbiyə etməli deyil uşağın yaşayacağı zamana görə təlim və tərbiyə etməliyik. Əks halda uşaqlarımız bir çox problemlərlə qarşılaşaraq zamana uyğunlaşamazlar və özlərini rahat hiss edə bilməzlər. Həzrəti Əlinin sözlərini Sokratda özünün bu ifadəsi ilə təsdiq edir: "Uşaqlarınızı sizin izinizdə olmağa məcbur etməyin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılmışlar."
Bir alimin də vurğuladığı kimi: ''Uşaq doğulduğu andan etibarən öyrənməyə başlayır. Əgər siz ilk illərdə ona təhlükəsizlik duyğusunu verər, onu sevgi və şəfqətlə bəsləsəniz o gələcəkdə "əmin olan və özündən əmin olunan" ümid, sevgi və inanc dolu bir insan olacaq. Əgər uşağınıza ilk illərdə təhlükəsizlik duyğusunu verə bilməsəniz, ömür boyu kimsəyə güvənməyən və kimsənin özünə güvənmədiyi, ümidsiz, sevgisiz və xoşagəlməz, pessimist bir insan olaraq yetişdirə bilərsiniz.
Biz uşaqlarımızdan məsul olduğumuz üçün onların bu günlərini düşündüyümüz kimi sabahlarını da düşünməyimiz lazımdır. Mümkün olduğu qədəriylə heç bir ana və ata uşağını qardaş-bacısız buraxmamalıdır. Çünki qardaş və bacısız bir uşağın ömür boyu qardaş və bacısı olmayacaq, özü də ömür boyu nə əmi, nə dayı və ya nə bibi nə də xala olmayacaqdır. Nə qədər təəccüblü olsa belə, ən asan uşaq yetişdirmə üsulu cüt-cüt böyüdülmə üsuludur. Yəni, uşağı tək buraxmayıb məqbul bir aradan sonra ona ikinci bir qardaş verib onu yalnız yetişdirməmək. Bu vəziyyətdə, həm ana-ata bir uşaq üçün verdiyi əməklə iki uşağı birdən yetişdirmiş olacaq, həm də uşaqlar bir-birlərinə arxa olaraq tək və yalnız olmanın ömür boyu sürə bilən psixoloji narahatlıqlarına tutulmayacaqlar.
Uşağımıza namaz qılmağı əmr etməzdən əvvəl uşağımızı mükəmməl bir şəkildə dinimiz haqqında məlumatlandırmağı, məlumatlandırdıqdan sonra bildiklərinə sevdirməklə birlikdə inandırmağı təmin edərək sonrada şüurlandıraraq, arxasından da öyrəndiklərinə tətbiqi öyrətsək uşağımızın gələcəkdə necə gözəl əxlaqlı möminə çevrildiyinin şahidi olarıq. Bunları etmədən uşağa sevdirmədən, məlumatlandırmadan və hamısından əhəmiyyətlisi şüurlandırmadan namaz qılmağa məcbur etsəniz, yalnız ağıl yetkin olana qədər namaz qıldıra bilərsiniz. Halbuki namaz, ağıl yetkin olduqdan sonra fərz olar.
Hər uşağın şəxsiyyəti yeddi yaşına qədər meydana gəlir. Halbuki, işi bilməyən ana-atalar hər şeyin yeddi yaşından sonra başladığını sanarlar. Bu yaş, hər şeyin başladığı deyil, az qala şəxsiyyət meydana gəlməsinin tamamlandığı yaşdır. Bu demək deyil ki, uşağına geri qalan uşaqlıq illərində ediləcək bir şey yoxdur və sizə, artıq oturub halınıza ağlamaqdan başqa bir şey düşməz. Əlbəttə, yeddi yaşından sonra da ediləcək çox şey vardır, lakin uşağın şəxsiyyət skeleti ilk yeddi il içərisində qurulur, daha sonra edilənlər isə bu skeletin büründürülməsi və bəzənməsidir.
Ana və atalıq böyük bir ustalıq tələb edən gerçək bir sənətdir Bu sənəti icra edə bilmək üçün hər vaxt lazımlı məlumat və təcrübələrlə donanmaya çalışmaq, uşaq tərbiyəsi ilə bağlı mümkün olduğu qədər təhsilimizi artırmalıyıq. Davamlı özümüzü yeniləmə səyində olmalıyıq. Madam ki, uşaq bir nəsildir, üstəlik bu uşaq bizim nəsilimiz və bizim əsərimizdir, lazım olan qayğı və incəliyi göstərməyimiz çox vacibdir.
Gözəllər gözəli əl-Hafiz olan Allah övladlarımızı qorusun, bizləri də onların şərindən qorusun, onları Allah üçün yaşayan, Allah rızasını qazanan və Allahın iman neməti ilə bəzənmiş qullarından etsin inşAllah. Sonda Həzrəti İbrahimin duası ilə bitirmək gözəl olardı: "Rəbbim! Mənə salehlərdən (bir övlad) lütfkarlıq et! "(37;100) Amin...