Cadudan qorunmaq üçün Fələq və Nas surələrini öz dilinizdə vəya Ərəbcələrini oxuyun, bunun üçün başqasının yanına getmək düz deyil, çünki siz bunun üçün kiməsə pul verirsiniz o adam İslam adıan pul qazandığı üçün günaha girdiyi üçün sizdə verdiyiniz üçün günaha girmiş olursunuz, ayrıca o adamın sizə nə yazdığıda bilinmir.
Duaları sadəcə oxuyarlar yada kağıza yazıb yanında gəzdirərlər, yoxsa suya salmaq vs. bunların islamda yeri yoxdur, bunlar sadəcə xurafatdır və bəzilərinin işini "həqiqi" olmduğunu göstərmək üçün reklam xarakterlidir.
Cadu haqqında geniş məlumat üçün:
http://www.suallarlaislam.com/index.php?s=article&aid=330
Və aleykumussalam.
Dua, ovsun, muska; sehrbaz və üfürükçülərin oxuduqları şeylər.
İbn Hacər əl-Asqalani, alimlərin bu üç şərtin olması ilə Rukyənin caiz olacağı üzərində görüş birliyi içərisində olduqlarını bildirməkdədir:
a) Allah Təalanın kəlamı ilə (ayələrlə), isimləri və ya sifətləriylə olması;
b) Ərəb diliylə və ya başqa bir dillə başa düşüləcək şəkildə edilməsi;
c) Edilən Rukyenin birbaşa faydasının toxunduğuna deyil, umulan faydanın Allah Təâlâ tərəfindən göndərildiyinə inanılması (Fəthul-Bari, X, 206).
Rukye, mübah, haram və şirk olmaqla üç növdür.
1-Mübah olan Rukye: Qur'an-ı Kərimdən ayələrlə Allah Təalanın isim və sifətləriylə, ərəbcə və mənası başa düşülən bir dillə edildiyi təqdirdə mübahdır. Hz. Aişə (r.anh) 'dan rəvayət edilən bir hədis-i şərifdə belə deyilir:
"Rəsulullah (sas) son xəstəliyində muavvizeteyni (ixlas, fələq,nas) oxuyub ona üfürürdün. Xəstəliyi ağırlaşdığı zaman onları oxuyaraq üzərinə üfləyirdi və onların bərəkəti üçün əlini məsh edirdim" (Buxari, Tibb, 32 ; Müslim, Səlâm, 51-52).
Yenə Hz. Aişə (r.anh) Rasulüllah (sas) 'ın xəstəliyindən bəhs edərkən bunları söyləməkdədir:
"Rasulüllah (sas) yatağa düşdüyü zaman, İxlas surəsi və Mu'avvizeteyn'in hamısını oxuyaraq ovucuna üflədi və sonra əlləriylə üzünü və vücudunun əlinin çatdığı hər tərəfini məsh etdi" (Buxari, Tibb, 39).
Yenə əqrəb sancmasına qarşı Fatihə ilə rukye edildiyinə dair hədis varid olmuşdur (Buxari, Tibb, 33). Və yenə Rəsulullah (sas) 'ın xəstələnən bəzi kəslərə, Mu`avvizəteyn oxuyub, onları sağ əliylə məsh etdiyi və ardınca da belə söylədiyi rəvayət olunur: "Ey insanların Rəbbi olan Allah'ım xəstəliyi apar; buna şəfa ver. Şəfa verən ancaq sənsən. Sənin şəfandan başqa şəfa yoxdur. Xəstəlik buraxmayan şəfa ver "(Buxari, Tibb, 37).
Bu mənada rəvayət edilən hədislər çoxdur. Bəzi alimlər Rəsulullah (s.a.s) 'in; "Göz dəyməsi və qızdırma xaricində rukye yoxdur" (Buxari, Tibb, 17) hədisinə əsaslanaraq, göz dəyməsi, ilan və əqrəb sancması xaricində Rukyenin caiz olmadığı qənatinə gəlmişlər. Ancaq digər bəzi alimlər də bu hədisin, Rukyenin ən çox faydalı olacağı anlamına sərf edildiyini, "Zülfiqardan başqa qılınc yoxdur" sözünə qiyas edərək cavab landırmışlardır. Çünki digər hədislərdə görüldüyü kimi, Rəsulullah (sas) başqa şeylər üçün də Rukyəyə icazə vermişdir.
2- Haram olan rukyə: Anlaşılmaz sözlər, mənasız kəsik hərflər, bilinməyən adlar, bilənlərin Ərəbcədən başqa bir dillə rukye etməsi, dəmir, duz istifadə edərək və ya ip bağlayaraq rukye edilməsi haram edilmişdir. Fayda verdiyi təcrübə edilmiş tətbiqlər bunun xaricindədir. Sabir (r.ə) 'dan belə rəvayət edilməkdədir:
"Rasulüllah (sallallahu aleyhi və səlləm) ruky'ə edilməsini qadağan etdi. Amr ibn Həzmin uşaqları gəlib belə dedilər: "Ya Rəsulullah! Biz bir növ rukye edərdik və onunla əqrəb sancmalarına qarşı qorunardıq ". Rəsulullah; Ona dönün onda bir pislik görmürəm. Sizdən hər kimin qardaşına fayda verməyə gücü çatdırsa ona faydalı olsun" (Müslim, Salam, 63) demişdi.
əl-İzz b.Abdüsselam'dan mənası bilinməyən hərflərlə edilən rukye soruşulduğu zaman, küfrdən ibarət olan mənalardan təşkil olunub olunmadığı bilinmədiyinə görə buna icazə verməmişdir.
Psixoloji baxımdan qorxu yaşayıram.Nəyinsə mənə baxdığını hiss edib diksinirəm. Mənə nə kömək olar?
Sehr, ya da cadunun insanlıq tarixində feili olaraq var olduğunu, Babil dönəmindən bəri bilinib bəzi növlərinin tətbiq edildiyini bilirik. Ancaq sehrbazlar, cadugərlər tərəfindən fərqli məqsədlərlə edilərək bəzi təsir və nəticələrinin olduğu iddia edilən, özlərinə digər insanlardan üstünlük, fərqlilik, maddi-mənəvi qazanc təmin etdiyi müşahidə olunan sehr, ya da cadunun insanlar və ya əşyalar üzərində həqiqətən bir təsiri vardırmı?
Bu suala cavab olaraq tarixdən bu yana açıq, aydın və dəqiq bir fikir üzərində uzlaşıla bilinmədiyi müşahidə edilir.
Sehr, əsasən, iki hissəyə ayrılır:
Bir qrupu sırf yalan-dolan, saxtakarlıq, göz boyama və əl zirəkliyi, göz bağlayıcılığı növündən olanları ehtiva edir.
Digəri isə elmi, texnoloji bəzi həqiqətlərə əsaslanır və bu elmi həqiqətlərin istismar edilməsi surəti ilə ortaya qoyulan bəzi hadisələrdən ibarət olur.
Bu halda birinci qrup sehr, ya da cadunun heç bir şəkildə gerçəklə bağlılığının olmadığı ortaya çıxır.
İkinci qrup sehrdə isə bəzi elmi həqiqətlər yer alır, əşya, ya da Allahın təbiətdə yaratdığı bəzi qanunların xüsusiyyət və incəliklərindən yararlanıldığı, bunların pis məqsədlərlə işlənilərək şirk və küfrə alət edildiyi müşahidə edilir.
Bu cəhətdən birinci qrupa daxil olan və əsli olmayan, yalana-dolana əsaslanan sehrin hər hansı bir təsirinin olmayacağı bəllidir.
İkinci qrupa daxil olan sehrlərin bir qisim elmi həqiqətləri ehtiva etdiyini bildirən bəzi alimlər bu növ caduların təsir edə biləcəyini demişdirlər.
İslam sehrlə məşğul olmağı, cadu etməyi şirk və küfür dərəcəsində bir əməl saymış, bu məsələdə çox şiddətli bir münasibət ortaya qoymuşdur.
Bu cəhətdən sehr, ya da cadu kitablarında yer alan və az-çox elmi bir əsası olduğu irəli sürülən, insanlara və əşyaya təsir etdiyi iddia olunan bu sehrlərin xürafə, yoxsa gerçək olduğunu təcrübə edərək, sınaqdan keçirərək ortaya çıxarmağa da cəsarət edilə bilinməmiş, günümüzə qədər bu mövzuda dəqiq elmi nəticələrə gəlinməmiş olduğu qənaətindəyik.
Quran-i Kərimdə yer alan ayələrlə bəzi hədislərə əsaslanan bir qisim İslam alimləri cadunun bir həqiqət olduğunu və təsir etdiyini, bunun şərrindən Allaha sığınmağın lazım olduğunu demişdirlər.
Mötəziləyə və Əhli Sünnətə mənsub bəzi alimlərə görüə isə cadu gerçək deyildir, sehr adlı bir şey yoxdur, insan heç bir şəkildə toxunmadan başqasına təsir edə bilməz.
Ancaq mötəzilə və bəzi Əhli Sünnət alimlərinin kiməsə toxunmadan təsir edilə bilinməyəcəyi görüşünün, öz dövrlərindəki elmi və texniki tətbiqlərin çağımızdakı səviyyəyə çatmamış olmasından dolayı bu şəkildə ortaya qoyulduğu da bir gerçəkdir. Çünki günümüzdəki fiziki bir qisim yollarla, səs dalğaları, elektrik, ultraqırmızı və ya bənövşəyi şüalar istifadə edilərək əşyalara, ya da hər hansı bir insana təsir etməyin mümkün olduğu qəbul edilmişdir.
Əhli Sünnət alimlərindən İmam Əbu Hənifə, Əbu Bəkr ər-Razi, İbn Hazm, Əbu Cəfər əl-Əstərabaziyə görə cadunun reallığı yoxdur, hamısı göz boyamadan və insanları aldadıb tora salmaqdan ibadətdir.
Yenə qeyd edildiyinə görə Əhli Sünnət alimlərinin bir qisminə görə cadu vardır. Bunlara görə bəzi kimsələr riyazət, adların və rəqəmlərin xüsusiyyətləri, ovsun və yanlız yaşama kimi yollara baş vuraraq başqa varlıqlar üzərində təsir edə biləcək hala gələ bilirlər.
Cinlərin pis olanları ilə təmas qurub onlar vasitəsilə fövqəltəbii şəyləri yaradan yenə Allahdır. Sehrbaz, cadusu ilə bir hadisənin səbəblərini bir yöndə dəyişdirməyə sövq edər. O adlara və rəqəmlərə o özəllikləri verən də Allahdır. Beləcə, hər işin yaradıcısı Allah olur. (bax: İbrahim Canan, Kütüb-i Sittə Tərcümə və Şərhi, 8/88)
Sehr mövzusunu bir qisim axmaqlıqlardan, gerçək olmayan işlərdən və xürafələrdən təmizləyərək Quran və səhih sünnətin işığı altında düşünsək, alimlərimizin də bildirdiyi kimi bunlardan bir qisminin doğruluq payı olur.
Qısacası:
Bəzi alimlərə görə sehrin təsiri xəyal və şübhədən ibarətdir, fiziki bir təsiri yoxdur. (Təhanəvi, Kəşşaf, sehr maddəsi)
İbn Xaldunun da içlərində yer aldığı bir çox sünni alimlər isə Harut-Marut hadisəsi, Hz. Peyğəmbərə (əsm) sehr edildiyindən danışan hədislər kimi dəlillərə əsaslanaraq sehrin maddi təsirinin də olduğunu, ancaq bunu sehrbazın yox, (onun səbəblərini yerinə gətirməsi nəticəsində) Allahın yaratdığını qəbul etmişdirlər. (bax: Razi, Bəqərə, 2/102-103 ayələrinin təfsiri; İbn Xaldun, Müqəddimə, Vafi nəşri, s. 1147 və b.; Təhanəvi, eyni yer)
Sehr öyrənmə və etmənin hökmü nədir?
İstər təsirli olsun, istər olmasın sehr pisə də istifadə edildiyi, psixoloji olaraq insanlara təsir etdiyi, nəzarət edilə bilinməz olduğu, Allahın qurduğu təbii nizamı dəyişdirməyi hədəfə aldığı, insanları -dində "sünnətullah" deyə ifadə ediləcək qədər önəmli qəbul edilən- elmi həqiqətlərə (məsələn, elmi müalicə metodlarına) etimadsızlıq hiss etmələrinə yol açdığı, insanların zəyif yönlərini, dərdlərini, qorxularını və ya ümidlərini istismar etməyə və onları aldatmağa əlverişli olduğu, inanca zərər verdiyi və bunlara daha başqa təhlükələri də olduğu üçün şiddətlə qadağan edilmişdir.
Cadugər və ya sehrbaz bir çox gizli şeyləri bilə bildiyi, təbiət üstü işlər bacara bildiyi şəklindəki yayılmış inanclar, mötəbər qaynaqlarda İslama zidd görülmüş, sehri halal saymanın haramı halal saymaq mənasına gələcəyi, bu səbəblə də müsəlmanın dindən çıxmasına səbəb olacağı qənaətinə gəlinmiş; ayrıca, ən səlahiyyətli və mötəbər müsəlman alimlər bir kimsənin sehrin haram olduğuna inanması ilə yanaşı, sehr etməyinin və ya etdirməyinin, ya da sehrə və sehrbaza inanmasının da böyük günah olduğu mövzusunda ittifaq etmişdirlər. (Hədislər üçün bax: Buxari, Vəsaya, 23; Müslim, İman, 114; Əbu Davud, Vəsaya, 10)
Əslində sehr mənfəət məqsədli bir iş olduğundan Allah, Peyğəmbər və din kimi müqəddəs həqiqətləri tanımaz, bununla yanaşı ehtiyac duyulduğunda bu dəyərləri mənfəət və nailiyyət aləti kimi istifadə etməkdən də çəkinməz.
Bütün bu anlayış və tətbiqlər Allahın iradə və qüdrətinin üstündə işlər bacara biləcəyi iddiasında olan və ya elə zənn edilən, ya da əməlinin tərkibində belə bir iddia gizlənən sehrbaza Hz. Peyğəmbərdən (əsm), hətta Allahdan daha böyük dəyər vermək mənasını ortaya çıxarmış olub, sehr etməyi və elətdirməyi qadağan edən hökmün təməlində öncəliklə bu gerçəklər vardır.
Sehr öyrənməyi mütləq olaraq haram sayanlarla birlikdə, yalnızca məlumat sahibi olmaq və qoruyub-qorunmaq üçün öyrənməyin caiz olduğunu deyənlər də vardır. (bax: İbn Xaldun, s. 1157; İbn Hacər, Fəthul-Bari, Qahirə, XII, 335; Günay Tümer, Büyü, DİA, VI, 501-506)