Mövzusunda ən çox maraqlanılan

1 Cihad ayələrində necə bir sıra vardır?


Müsəlmanların həm sayca az, həm də şiddətli təzyiqlə qarşı-qarşıya qaldıqları Məkkə dövründə, müharibə etmək əmr edilməmişdi. Gələn ayələr, əfvdən , namazı qılmaqdan, zəkatı verməkdən bəhs edir(1). Şübhəsiz bunun bəzi hikmətləri vardır. Məsələn:

1- Müsəlmanlar sayca az idilər. Döyüşə icazə verilsəydi, əleyhlərinə olardı. Cənabı Haqq, onların sayının artmasını dilədi.

2- Əgər döyüşə icazə verilsəydi, vətəndaş müharibəsi meydana gələrdi. Çünki, bir ailədə həm inananlar, həm də inanmayanlar vardı. Müharibə olsa, hər ailədə qan axacaqdı. Hicrətdən sonra isə, tərəflər ayrıldı, bu maneə ortadan qalxdı. (2)

Beləliklə, tərəflərin ayrıldığı bu dövrdə, əvvəlcə bu ayə ilə döyüş icazəsi gəlir(3):


"(Kafirlərin) vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir."

(Həcc surəsi, 39)


Bu icazəni, daha sonra, bu əmrlər izləyir:


"Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. "

(Bəqərə surəsi, 190)


"Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir."

(Tövbə surəsi, 36)


Qaynaqlar:

1- Məsələn, “(Müharibədən) əl çəkin, namaz qılın və zəkat verin!” (Nisa, 77) "Sən təmkinlə səbir et!" (Məaric, 5) "Səhər və axşam çağı Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar." (Kəhf, 28) kimi ayələr Məkkə dövrü ilə əlaqədardır.

2- Seyyid Kutub, Fî Zılalil-Quran, Daruş-Şuruk, 1980, I, 185-186; Sabunî, Revaîul-Beyan, I, 213-214

3- İbnu Kesîr, V, 436

* * *

Quranda cihad necə təşviq edilmişdir?

Müəllif: Şadi Eren (dos. Dr.)

Cihadı təşviq edən və əmr edən bəzi ayələr belədir:


1- "Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? (Bilin ki,) onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz. "

(Tövbə surəsi, 19)


Hacılara su paylamaq, dünyada ən müqəddəs məkan olan Kəbəni təmir etmək, gözəl və savablı işlər olmaqla birlikdə, heç bir zaman Allah yolunda cihad etmək səviyyəsinə yüksələ bilməzlər. Kəbə qonşuluğunda ibadət xoşdur, amma daha da xoş olan, Allah yolunda cihaddır. Çünki, biri fərdi ibadətdir, digəri isə Allahın dinini yaymaqdır. Risalət vəlayətdən nə dərəcə üstündürsə, risalətlə əlaqəli olan, Allahın dinini yaymaq uğrunda mübarizə də o dərəcə şəxsi kəmalatlardan, ibadətlərdən üstündür.

Bu nöqtə tam aydın olmadığından, həccə gedən bəzi müsəlmanlar, o mübarək məkanlarda ölmək arzusunda olurlar. Halbuki, oraya ölməyə deyil, dirilməyə getsələr və döndüklərində yeni bir həvəs və həyəcanla İslama xidmət etsələr, onlar üçün daha xeyirli olardı.


2- "Möminlərdən – üzrlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir. "

(Nisa surəsi, 95)


3-"(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. (Lakin) siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir. "

(Nisa surəsi, 104)


"Ölsəm, şəhidəm" deyən bir mömin, belə bir ümidi olmayan batil inanc sahibindən daha cəsur olmalıdır.


4- "(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir. "

(Tövbə surəsi, 41)


"(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də)..." ifadələri belə açıqlanmışdır:

-İstər sevərək, istər xoşlamayaraq,

-İstər ailə yükünüz yüngül, istər ağır olsa da,

-İstər yüngül silahlarla, istər ağır silahlarla,

-İstər piyada, istər miniklə,

-İstər gənc, istər qoca,

-İstər sağlam, istərsə də xəstə- istənilən halda döyüşə çıxın. (1)

"Malınız və canınızla" ifadəsi, cihadın iki növünə işarə edir. Bir qisim insanlar vardır ki, mallarını Allah yolunda sərf edərlər. Bir qismi də vardır ki, həyatlarını bu yolda fəda edərlər.

"Allah yolunda" deyilməsi isə, çox mühüm bir qeyddir. Allah yolunda olmayan mübarizə, "cihad" adına layiq deyil. Cihada ruh qazandıran xüsusiyyət məhz budur (2). Yoxsa, müsəlmanlardan başqaları da döyüşürlər, öz din və ideologiyalarını yaymağa çalışırlar. Hətta, bu uğurda həyatlarını verirlər. Lakin onların bu mübarizəsi, Allah qatında dəyəri olan bir mübarizə deyil.


5- "Allah yolunda lazımınca cihad edin."

(Həcc surəsi, 78)


Cihadın haqqını verərək səy göstərməklə, özünü mücahid zənn etmək fərqli şeylərdir. Birincisi haqqı ilə cihad, ikincisi isə, yalnız vaxt itirməkdir.


6- "Öz əllərinizlə özünüzü təhlükəyə atmayın."

(Bəqərə surəsi, 195)


Bu ayə ilə əlaqədar olaraq, bu rəvayət nəql edilir:

Hz. Müaviyə zamanında, İslam ordusu İstanbul yaxınlarına gəlir. Döyüş əsnasında, mühacirdən bir şəxs, düşmən tərəfinə soxulur. Bəziləri, bu hərəkəti "öz əllərinizlə özünüzü təhlükəyə atmayın" ayəsinə zidd görür. Bunun üzərinə, Hz. Peyğəmbərin bayraqdarı Əbu Eyyub əl-Ənsari belə deyir: "Biz bu ayəni daha yaxşı bilərik. Çünki bu ayə, bizim haqqımızda endi. Rəsulullah ilə birgə yaşadıq. Onunla birlikdə çox hallarla qarşılaşdıq. Ona köməkçi olduq. Nəticədə İslam qalib gəldi. Ənsar olaraq bir yerə toplandıq. “Allah bizə, Rəsuluna əshabə olmağı, Ona köməkçi olmağı nəsib etdi. Artıq İslam qalib gəldi, müsəlmanlar çoxaldı. Biz Onu, ailə və mal-mülkdən üstün tutduq. Artıq döyüş bitdiyinə görə, evlərimizə, uşaqlarımızın yanına dönək, onlarla yaşayaq,"-deyə düşünərkən bu ayə nazil oldu. (3)

Elə aydın olur ki, təhlükə irəli atılmaqda deyil, geridə durmaqdadır. Ayənin əvvəlində, "Allah yolunda infaq edin" deyilməsi, cihadın iqtisadi yönünə işarə edir. Maddi imkanları olanlar, bu imkanları Allahın dinini yayma uğrunda xərcləməsələr, özlərini öz əlləriylə təhlükəyə atmış olacaqlar.


7-"Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. "

(Saff surəsi, 4)


8- "Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. (Bu təqdirdə) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ. "

(Saff surəsi, 10-13)


Ayədə, Allah yolunda cihad, "ticarət" adlandırılmışdır. Ticarətdə əsas olan qazancdır. Bir şey verilər və qarşılığında qazanc əldə edilər. Elə də, möminlər Allah yolunda mallarını-canlarını verəcəklər, bunun müqabilində, çox şey qazanacaqlar. Bunlar, ayədə bu şəkildə sadalanmışdır:

a. Allahdan bağışlama,

b. Cənnət,

c. Zəfər,

d. Yaxın bir fəth.

Bunlardan bağışlama və Cənnət axirətlə, zəfər və fəth dünya ilə əlaqəlidir. Deməli, həm dünya, həm axirət səadəti, ancaq Allah yolunda cihadla mümkündür.


9- "Ey iman gətirənlər! Ya­­xınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müt­­­təqilərlədir."

(Tövbə surəsi, 123)


Bu ayə, dinə dəvət strategiyasını təyin edən "əvvəl yaxınlarını qorxut" (Şuəra surəsi, 214) ayəsinə bənzəyir. Yəni xəbərdar etməyə yaxınlardan başlamaq lazım olduğu kimi, döyüşdə də yaxın düşməndən başlamaq lazımdır. Necə ki Rəsulullah, əvvəl qövmü ilə, sonra digər Ərəblərlə, daha sonra Bizansla döyüşmüşdür. Şübhəsiz, bütün kafirlərlə birdən döyüşmək qeyri-mümkündür. Bu səbəbdən, uyğun olanı yaxından başlamaqdır. (4)

Böyük təfsirçi Fəxrəddin Razi, yuxarıdakı ayənin "Onlar sizdə bir sərtlik görsünlər" qismini belə şərh edir: "Ğılza" riqqətin əksidir. Cəzalandırmada sərtliyi bildirir. Şübhəsiz sərtlik, pis əməllərdən çəkindirmədə daha təsirlidir. Lakin hər zaman sərt olmaq düzgün deyil. Çünki vəziyyət bəzən yumşaqlığı, bəzən də sərtliyi tələb edir. Bu səbəblə, yalnız sərtlik göstərməyin uyğun olmadığına diqqət çəkərək "onlar sizdə sərtlik görsünlər" deyilmişdir. Daima sərt olmaq insanları bir-birindən uzaqlaşdırır. "Onlar sizdə sərtlik görsünlər" bu sərtliyin hər vaxt olmadığını göstərir. Sanki belə deyilmişdir: "Onlar, sizin əxlaq və təbiətinizi araşdırdıqda, sizdə sərtlik də tapsınlar". Belə bir kəlam isə, ancaq çox hallarda şəfqətli, mərhəmətli olmaqla birlikdə, bəzən sərtlik göstərənlər üçün doğrudur... Bu sərtliyin, alış-veriş, qarşılıqlı oturub danışmaq, yemək-içmək kimi xüsuslarda olması uyğun deyil. (5)


Qaynaqlar

1- Razi,XVI, 69-70; Beydavi, I, 406; Əbul-Berekat Nesefi, Medariku't-Tenzil, Daru'l-Fikir, II, 127

2- Qütb, 1, 187; Sabunu, Safvetu't-Tefasir, 1, 127; Qədr/qadiri, 1,50; Mevdudi, Jihad en Islam, s. ,7; Afif Abdülfettah Tabbera, Ruhu'd-Dini'l-İslami, Daru'l-İlm, Beyrut, s., 380-381, Əbdüləziz Natiq, Könüllərin Fəthində Cihad, Gənclik Yay. İst., 1994, s., 118-119; Zeydan, Usulu'd-Dave, s., 272

3- İbnu Kəsr, I, 331; Əbu Davud, Sünen, Cihad, 22; Tirmizi, Təfsir, 2/19

4- Razi, XVI, 228-229

5- Razi, XVI, 230

*  *  *  *  *


Döyüşlə əlaqədar ayələrin, səbr etməklə əlaqədar ayələri qüvvədən saldığı doğrudur?

Müəllif: Şadi Eren (dos. Dr.)

Tövbə surəsi, ən son nazil olan surələrdəndir. Bu surədə döyüşlə əlaqədar bir çox ayələr vardır. Məsələn:


"Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir. "

(Tövbə surəsi, 36)


"Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir. "

(Tövbə surəsi, 5)


Bu iki ayə, "qıtəl ayəsi" və ya "seyf ayəsi" kimi məşhurdur. Bir qisim təfsirlərdə və Quran tərcümələrində deyilir ki, Məkkə dövründə səbri, əfvi tövsiyə edən ayələrin izahında, "qıtəl ayələri ilə mənsuhdur", yəni, döyüşü əmr edən yuxarıdaki ayələr endikdən sonra, bu ayənin hökmü ləğv edilmiş, qüvvədən qaldırılmışdır. Halbuki, mənsuh olduğunu söylədikləri ayələr bir mərhələni, qıtəl ayələri isə, başqa mərhələni göstərir. Məsələ bundan ibarətdir:

Cənabı Haqq, müsəlmanlar zəif və az olduqları zaman səbri, qüvvətli olduqlarında isə, döyüşü əmr etmişdir. Bu ayələrdə, bir nəsihdən (köhnə hökmü ortadan qaldırmaq) söhbət gedə bilməz. Nəsih, artıq tətbiq olunması caiz olmayacaq şəkildə hökmün ortadan qaldırılmasıdır. Yoxsa, müəyyən bir səbəbə görə əmr edilən bir məsələdə, başqa bir səbəblə yeni bir hökmə keçmək, nəsih deyil. (1)

Müsəlmanların zəif olduqları hallarda, əziyyətə səbri, əfvi əmr edən ayələr yenə qüvvədədir. Bunu, belə bir örnəklə izah etmək olar:

Avtobusda səyahət edərkən, uşağımıza "qətiyyən sürücü ilə danışma!" desək, səyahətin sonunda də "artıq onunla danış" desək, ikinci sözümüz birincinin hökmünü nəsh etməz. Çünki, ortada iki fərqli vəziyyət var. Səyahət əsnasında sürücü ilə danışmaq, qəzaya səbəbiyyət verə biləcəyindən, onunla danışmamaq müvafiqdir. Səyahət bitdikdə isə, belə bir təhlükə olmadığına görə, rahatlıqla onunla danışmaq olar. Yeni bir səyahətə çıxanda isə, birinci sözümüz yenə eynilə etibarlıdır.


Qaynaqlar:

 1- Baxın. Süyuti, II, 703-704; Suad Yıldırım, Quran İlimlerine Giriş, Ensar Yay. İst., 1983, s., 103-104; Rıza, X, 199; Mahmud Şeltüt, El-Kur-an'u ve'l-Kıtal, Daru'l Feth, Beyrut, 1983, s., 85-88; Zeydan, Şeriatul-İslamiyye vel-Kanunud-Düveliyyil-Àmm, Müessesetü Risale, Beyrut, 1988, s., 60;

* * *


Qurani Kərimə görə döyüşdə qalib gəlməyin qaydaları nələrdir?

Yazar: Şadi Eren (dos. Dr.)

1- Adətullaha riayət etmək

Cənabı Haqqın insanlıq aləmi üçün qoyduğu qanunlar vardır. Məsələn, çalışan qazanar. Səbr edən bacarar… Haqq düşüncə sahibi olmaq, döyüşdə qalib olmaq üçün kifayət deyil. Necə ki, Allahın ən sevimli qulu, ən böyük insan Hz. Məhəmməd (s.ə.v.), Allaha təvəkküllə birlikdə, səbəblərə riayət etməkdən geri durmamışdı. Məsələn, Uhudda iki zireh geymiş(1), Xəndək Döyüşündə xəndək qazmış, sipərə girmişdi...

2. Sirr tutmağı bacarmaq

Hz. Peyğəmbər (s.ə.v.), Təbuk Səfərindən başqa heç bir döyüşdə hədəfin hara olduğunu əvvəldən ifadə etməmiş, kinayəli ifadələr istifadə etmişdi. (2)

"Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın" ayəsi, bu mövzuda bizə yol göstərir. (Ali İmran surəsi, 118)

3. Hər şeyi hər yerdə söyləməmək

Rəsulullah dövründə çox hərəkətli günlər yaşanmışdı. Müsəlmanlar Mədinəyə hicrət edincə, qismən təhlükəsizliyə qovuşmaqla birlikdə, tamamilə təhlükəsizlikdə deyildilər. Hər an Məkkəlilərin hücum etmə ehtimalı vardı. Xalq arasında bəzən "gəldilər, gəlirlər" şəklində dedi-qodular yayılırdı(3). Bu ayə belə vəziyyətlərdə nə etmək lazım olduğunu dərs verir:


"Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər."

(Nisa surəsi, 83)


Rəsulullahın ifadəsi ilə, "adamın hər eşitdiyini söyləməsi, ona yalan olaraq yetər"(4). Hər eşidilənin doğru olması mümkün olmadığı kimi, hər eşidiləni, dərhal hər yerdə söyləmək də uyğun deyil.

Bədiüzzaman, bunu belə ifadə edir: "Hər söylədiyin haqq olsun. Lakin hər haqqı söyləməyə sənin haqqın yoxdur. Hər dediyin doğru olmalı. Lakin hər doğrunu demək doğru deyil." (5)

Yuxarıda zikr etdiyimiz ayədə, jurnalistlərə də təmas edən bir xəbərdarlıq vardır. (6) Dövlət sirri ola biləcək bir xəbəri, xəbər olaraq yazmaq, jurnalistika baxımından cazibədar ola bilər. Amma, bu xəbəri yaymaq, düşmənlərin işinə yarayacaqsa, nəşr edilməməsi uyğundur. Ayrıca, hələ doğruluğu dəqiq olmayan bir xəbəri, dəqiqləşmiş kimi yaymaq, insan haqlarını pozmaq olduğu kimi, bir qisim qarışıqlıqlara da səbəb ola bilər. Bu ayəyə qulaq asaq:


"Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz." (Hucurat surəsi, 6)


4. Döyüşün qaydalarını yaxşı bilmək

Rəsulullah (s.ə.v), "döyüş bir hiylədir" buyurur. (7) Rəsulullahın bu sözü, bəziləri tərəfindən döyüşdə hər cür yalan, böhtan kimi şeylərin mübah olduğu şəklində başa düşülmüşdü. Halbuki, tarixən sabit olan odur ki, Rəsulullah, əsla yalana tənəzzül etməmişdi(8). Amma düşməni aldada biləcək hərb oyunlarını tətbiq etmişdi. Başqa yerə səfər təşkil edirmiş kimi görünüb, əsl hədəfinə birdən yönəlməsi, Məkkənin fəthinin əvvəlində, gecə on min yerdə alov yandırtması kimi vəziyyətlər buna nümunə olaraq verilə bilər(9). Yenə, döyüşlərdə tətbiq olunan, təxribata düşmüş kimi edib, düşməni mühasirəyə almaq, soba borularını top kimi qala divarlarına düzmək və s. halların hamısı "döyüş bir hiylədir" sözünün nümunələridir. Döyüşdə yalanın caiz sayılmasını da bu məqamda zikr edə bilərik. (10)

5. İnsanları düzgün yetişdirmək

Döyüşlərdə qalib gəlməyin ən etibarlı yolu, insanları düzgün yetişdirməkdir. Qəlbi imanla dolu, ürəyi cəsarət yüklü, fikri uca idealların təqibçisi, əli sənətində mahir bir toplum, dünyanın ən qüvvətli birliyidir. Belə bir toplum, sayca az da olsa, bir çox topluluqlara qalib gələr.


 "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" (Bəqərə surəsi, 249)


ayəsi bu həqiqəti dilə gətirir. Bu gün Amerikanı güclü edən, yaxşı yetişdirilmiş bir azlıqdır.

Rəsulullahın (s.ə.v.) 40 adamla dünyaya meydan oxuması və nəticədə qalib gəlməsi, insanları yaxşı yetişdirməyin əhəmiyyətini göstərir.


Qaynaqlar:

1-Tirmizi, Cihad, 17; Ebu Davud, Cihad, 68; İbnu Mace, Cihad, 18

2-İbnu Hişam, IV, 159

3-Bkz. Beydavi, I, 227

4-Acluni, II, 113

5-Nursi, Məktubat, s., 265

6-Yazır, II, 1403

7-Müslim, Cihad, 17; Tirmizi, Cihad, 5

8-Hamidullah, İslam Peyğəmbəri, II, 1039; Ahmet Çelebi, İslam Düşüncəsində Cihad ve Savaş Siyasəti, Ter.Abdullah Kahraman, İz Yay., İst.,1994, s.98; Zuhayli, s.,57-60

9-Azzam, s., 196

10-İbnu Hanbel, VI, 454

2 İŞİD haqqında məlumat verə bilərsiniz?

     -Özlərinə İraq- Şam İslam dövləti (İŞİD) deyən qrup, İraq və Suriyada fəaliyyət göstərən silahlı bir təşkilatdır. Xəvaric bir ideologiyaya sahib İŞİD; İraq, Suriya, Fəlistin və İordaniya torpaqlarının daxil olduğu bölgədə Şəriət əsaslanan bir dövlət qurmaq istədiyini iddia edir.

     -Ancaq etdiyi zülümlər və çirkin  əməlləri onun əhli- sünnə əqidəsindən kənar, pozulmuş bir əqidəyə sahib olduğunu göstərir. İslam dininin nəzakət, saflıq, şəfqət, mərhəmət və ədalətinə başa-baş zidd olan əməlləri ilə daha çox  qədim Xəvariclik, Neo-Sələfilik, əl-Qaidə tipini, İraq və Suriya baaşçılığı görüntüsünü verir. 

     -ABŞ, Avropa Birliyi və Türkiyənin "Terrorist siyahısında" yer alan İŞİD Təşkilatı, 2004- cü ildə "Tövhid və Cihad" adıyla Əbu Musa Zərkavi tərəfindən İraqda quruldu. Sonradan Usamə Bin Ladin`in liderliyində olan Əl-Qaidəyə qatıldı. Əl- Qaidəyə qatıldıqdan sonra adını "Mesopotamiya`da Əl-Qaidə" olaraq dəyişdirdi.

     -2006-da yayımlanan bir videoda, Zərkavi "Mücahidlər Şurası Konseyinı” qurduqlarını  elan etdi. İraqdaki Zərkavi  7 iyun 2006 -cı ildə ABD qüvvələri tərəfindən təşkil edilən bir əməliyyatda öldürüldü. Yerinə Əbu Hamza el Muhacir keçti. 2006-cı ilin sonlarında Əl - Qaidə`yə yaxın  Əbu Ömer əl Bağdadi isə lideri olduğu “İraq İslam Dövlətini” qurduğunu açıqladı.

     -2010-ci ilin  aprelində, ABŞ və İraq qüvvələri Sisar bölgəsində Əbu Ömər əl Bağdadi və Əbu Hamza əl Muhacirinin  qaldıqları evə ortaq bir əməliyyat həayat keçirdilər. Əməliyyat da hər ikisi də öldürüldü. Əbu Bəkir əl Bağdadi təşkilatın yeni lideri olur.  İŞİD lideri, əsl adı İbrahim Avvad İbrahim Ali əl Bədri olan ancaq daha çox Əbu Bəkir əl Bağdadi olaraq tanınan İraq İslam Universitetinin köhnə təhsil görəvlisidir. 1971-ci ildə İraqın Samarra kəndində dünyaya gəldi.

     İŞDİ terror təşkilatının meydana gəlməsi ABŞ`ın İraqı işğal etməsi ilə formalaşdı. Dr. İbrahim Avvad İbrahim Ali əl Bədri 2003-ci ildə ABŞ`ın ölkəsinə girməsi ilə birlikdə Fellucə'yə getdi və orada Səddam Hüseynin safında yer alaraq komandirlərlə birlikdə kiçik partizan qrupları formalaşdıraraq döyüşə qatıldı. Döyüşdə ABŞ ordusuna əsir düşdükdən sonra həbsxanaya atıldı və bu Əbu Bəkir əl-Bağdadi üçün dönüş nöqtəsi oldu.

     Əbu Bəkir əl Bağdadi həbsxanada İslamçı militanlarla əlaqə quraraq indiki İŞİD təşkilatı üçün işlərə başladı. Həbsxanadan çıxdıqdan sonra (çox maraqlıdı ki, onu niyə buraxdılar) 2004-ci ildə İraqda qurulan Tövhid və Cihad təşkilatı sonrasında əl-Qaidə lideri Usamə bin Ladenin əmri ilə qurulan Mezapotamya'da əl-Qaidə təşkilatına qatıldı. İki il bu təşkilata bağlı qaldıqdan sonra 2006-ci ildə İraq İslam Dövləti olaraq adını dəyişdirərək yeni təşkilatın içərisinə girdi.

     O sıralarda ABŞ dövləti tərəfindən İraq İslam Dövləti liderləri tək tək öldürülürdü. -yukarıda da keçdiyi üzrə- Əbu Ömər əl-Bağdadi və Əbu Həmzə əl Muhacir'in öldürülməsi ilə Əbu Bəkir əl-Bağdadi liderlik kreslosuna oturdu. Tek lider qalan Əbu Bəkir əl-Bağdadi, həbsxanalardan buraxılan militanların çoxunu öz sıralarına qatmağı məqsəd qoydu və bunu bacardı. Militanlarına partizan təhsili verdikdən sonra İraq və ABŞ ordularına qarşı vur- qaç taktikası ilə hücumlar etdi və bu onun daha çox eşidilib tanınmasına, ayrıca xarici militanların da təşkilata qoşulmasına səbəb oldu.

     Özündən daha çox kiçik ölçüdə olan Jaysh əl-Fatiheen, Jeish əl-Taiifa əl-Mansoura, Katbiyan Ansar əl-Tevhid vəl Sunnah və Jund əl-Sahaba (Səhabələrin Əsgərləri) kimi savaşçı və qorxmaz qrupların qeydsiz-şərtsiz dəstəyini alarkən, Əl-Qaidə kimi geniş əsaslı bir təşkilatın də tam dəstəyinə sahib.

     Ümumiyyətlə fəaliyyət sahəsi, Orta şərqin şimal bölgələri. Sünni Müsəlmanların sıx olduğu İraq və Suriyada çox fəal. Ələ keçirdiyi şəhərlərdəki maddi zənginlikləri o şəhərlərin sakinləri ilə paylaşdığı üçün xalqın tam dəstəyini alaraq, varlığını qalıcı bir şəkildə davam etdirməyi bacarmış vəziyyətdə.

      - IŞİD'i quran Əbubəkr əl-Bağdadi, qlobal terroru yeni bir səviyyəyə daşıdı. Dünyanın təqib etdiyi Əbubəkr Bağdadi, indilərdə İraq, Suriya və Orta şərqin gələcəyini şəkilləndirmək, formalaşdırmaq niyyətli bir təşkilatın lideri olaraq önə çıxır. 

     - 2013-ci ilin fevralında əl-Qaidə, Suriyadakı IŞİD'i tanımadığını elan etdi və təşkilatın Suriyanı tərk etməsini istədi. Əl-Qaidə Suriyadakı nümayəndəsinin Nusra Cəbhəsi olduğunu açıqladı. Nusra Cəbhəsi və İŞİD arasında bir çox cəbhədə qarşıdurmalar yaşandı və nəhayət IŞİD'in Nusra Cəbhəsinin nəzarətində olan Deyr Əz-Zor kəndində nəzarəti təmin etməklə sona çatdı. 

     - İŞİD'in Suriyadakı hərbi gücünün 6-7 min civarında olduğu təxmin edilir. Döyüşçülərinin əksəriyyəti yerli deyil, xaricidir, təşkilatın İraqdakı silahlı üzvlərinin sayının isə 10 mindən çox olduğu təxmin edilir.

     İŞİD'in Bəşər Əsəd rejimiylə bir problemi yoxdur. Suriya müxalifəti, IŞİD'in Suriyada müxaliflər tərəfindən başladılan inqilabın əngəllənməsi üçün Şam rəhbərliyi tərəfindən dəstəkləndiyini iddia edir. Şam rejimi Suriyada müxaliflərin əlindəki bölgələrə mütəmadi olaraq barrel bombası atarkən, IŞİD'in idarəsindəki bölgələrə hücum etmir. İŞİDi Rakka'da çıxardığı nefti də Suriya rejiminə satır.

      Elə görünür ki, İŞİDi yalnız İraq və Suriya üçün deyil, bütün bölgə üçün bir təhdiddir. İraqdakı irəliləməsi də göstərir ki, bu terror təşkilatına qarşı dünyanın və xüsusilə bölgə insanlarının bu ortaq düşmənə qarşı mübarizə etmələri insanlıq adına zəruridir.

     İslamın terror dini olmadığını, tam əksinə terror, anarxiya və fitnəni qadağan etdiyini Qur`andan dəlil gətirərək isbat edərsinizmi?


    İnsanlığın axtardığı sülhün İslamda olduğunu necə izah edərsiniz?


3 BİZİM SAVAŞIMIZ NECƏ OLMALIDIR?

 

"Sizə nə oldu da Allah yolunda və: "Rəbbimiz, bizi xalqı zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir sahib göndər, bizə qatından bir yardımçı göndər! " deyən çarəsiz kişilər, qadınlar və uşaqlar uğrunda savaşmırsınız? / İman edənlər Allah yolunda, inanmayanlar isə batil (tağut) uğrunda vuruşurlar. Elə isə şeytanın dostlarına qarşı savaşın. Şübhəsiz ki, şeytanın planı (hiyləsi) daim zəifdir. "(Nisa, 4 / 75-76)

    Savaşla əlaqədar ayələrə baxdıqda İslâm'ın, ancaq zülmü, dinə görə təzyiqi və haqsız təcavüzü aradan qaldırmaq üçün buna icazə verdiyi görülməkdədir.

   Allah Təâlâ'nın heç bir şeyə ehtiyacı olmadığından, O'nun rizası üçün savaşmaq, qullarının xeyri, din və vicdan azadlığının təmin edilməsi üçün savaşmaqdır.

   Allah'a və haqq dinə inanmayanların da bir tanrıları, baş əydikləri, itaət etdikləri -maddî, mənəvî- öndərləri olacaqdır. Bu rəhbərlər Qur'an'a görə tağutlardır, şeytanlardır.

   Bunlara tabe olanların savaş məqsədləri isə hüquq və ədalətin gerçəkləşməsi deyil, eqolarının rahatlamasıdır, zülm, təzyiq və istismardır.

    Bunların tarix boyunca etdiyi müharibələrə baxdıqda, bu ilâhî təsbitin dəhşət verən nümunələrini xeyli görmək mümkündür.

   İnsanın yaradılış məqsədi Allah'a qulluq və itaətdir. Qulluq və itaət bölünməz bir bütündür.

   İnsan dini-dünya, zâhir-bâtin, ferdî- ictimai, siyasi, hüquqi ... həyatını -bölünməz tək bütün hâlında- Allah'a qulluq şüuru içində, O'nun iradə və rizasını nəzərə alaraq yaşamadıqca qulluq vəzifəsini yerinə gətirə bilməz, şirkdən xilas ola bilməz və əhli -i tövhid ola bilməz.

   Qaraudy'nin dediyi kimi "Peyğəmbərlərin, gerçək və tək Allah'a qul olmağa, Allah'dan başqa güclərə (tağutlara) tapınmağı tərk etməyə israrla dəvətlərinin səbəbini anlaya bilmək üçün buna diqqət etmək lazımdır: Pisliklərin əsl qaynağı, ya birbaşa, yaxud da dolayı olaraq bir qisim insanların digərlərinə tanrı olmalarıdır. "

   "Tarixi araşdırdığımız zaman; insanların tanrısız olmadıqlarını, ya gerçək tanrıya tapındıqlarını yaxud da özlərini tanrı yerinə qoyan şəxslərə, zümrələrə, siniflərə, partiyalara itaət etdiklərini görəcəksiniz ... "

   "İnsanların sosial tarazlığı gerşəkləşdirə bilmələri üçün insandan üstün bir gücə və dünya həyatının həzlərindən daha böyük və uca bir mükafata iman etmələri şərtdir. İnsanlar ilâhî hakimiyyəti tanımayıb və axirət günü hesabından xəbərsiz olsalar, öz nəfslərinin sərhədinə məhbus olaraq yaşayarlar. Allah yerinə insanı qoyan, insan yerinə də özünü qoyacaqdır; çünki başqa bir insanın ondan fərqli tərəfi yoxdur (o da insandır). "

   "Dünya həyatı və həzzlərindən başqa bir gözləntisi və hesabı olmayan insanların hədəfi nə olursa olsun dünyadan ən böyük payı özü üçün qoparmaq olacaqdır; bunun da qaçınılmaz nəticəsi eqoizm, maddi Praqmatizm (faydaçılıq), imkan tapanın altda qalanı əzməsi və istismar etməsidir. "

  Kadusiyyə Hərbinin əvvəllərində, İslam tərəfindən Rib'iyy b. Amir`in Farslıların komandiri Rüstəmin, "Bura nə üçün gəldiniz?" Sualına qarşı, verdiyi bu cavab ümumbəşəri məqsədin bəliğ bir ifadəsidir:

   "Bizi Allah göndərdi, göndərdi ki; dilədiyi İNSANLARI, qullara qul olmaqdan Allah'a qul olmağa, daralmış dünyadan geniş bir dünyaya, (cızığından  sapdırılmış) dinlərin zülmündən İslâm'ın ədalətinə çıxaraq. Bizi, dininə dəvət edək deyə xalqına Allah göndərdi. "

   İslam fəthinin məqsədi din azadlığını təmin, haqq dini təbliğ və ədaləti təsis etməkdir.

   Dində məcburiyyət yoxdur və Allah zalımları sevməz.

4 Müsəlmanlar digər dövlətləri, torpaqları işğal ediblərmi?

    Əvvəla, Ərəbistan yarımadasında, Məkkə-Mədinədə yaşayan insan, kimi və nəyi istismar edəcək? Harada görülüb ki, insan öz qövmünü, qəbiləsini işğal və zəbt, sonra da istismar etsin. Gəl gör ki, işğal olunduğu iddia edilən ərazi o dovrün bərəkətsiz Hicaz torpaqları, “istismar” edilən insan da yoxsul və kasıb Hicaz xalqı...

     Qaldı ki, İslamın səsini dünyaya yaymaq üçün təhlükələrə sinə gərən, inandığı dəyərlər uğrunda şəhidliyi ən böyük payə sayan və ömrünü sayca on beş-iyirmi qat çox ordularla əlbəyaxa çarpışmalarda, döyüşlərdə keçirən o ali ruhlu ideal insanları “müstəmləkəçi, imperialist, istismarçı” adlandırmaq gülüncdür. Deyin görüm, bu insanlar bu qədər əzab-əziyyət, bu qədər məhrumiyyət və bu qədər fədakarlıq əvəzində nə qazandı, nə istismar elədi, nə qəsb elədi?

     Əslində illərlə yurd-yuvadan, ailəsindən uzaqda Allahın adını yaymaqdan başqa heç nə düşünməyən, ölümü və şəhadəti ən böyük ideal sayan və hər döyüşdən sonra “ölüb dostlara qovuşa bilmədim” deyə qəm çəkən bu insanlara istismarçı deyənlər əslində heç özləri də buna inanmırlar...

    Yer üzündə işğalçılığı, ən iyrənc imperializmi İskəndərdən Napoleona, Romalılardan Germanlara, Monqollardan müasir davamçılarına qədər bəzi "istismarçı" sistemlər törətdilər. Ayaq basdıqları yerləri xarabazara çevirdilər. Əxlaqı pozub milləti bir-birinə qırdırdılar; “xarab əllər, yıxılmış xanümanlar, kimsəsiz çöllər, əməksiz günlər, fikri-fərdə bilməz axşamlar və qandan, irindən seylablar”[1] qoyub getdilər.

   İndi də iyrənc işlərin və utancverici hərəkətlərin “müəlliflər”i durub öz əməllərini ört-basdır eləmək üçün İslamiyyəti və onun şanlı Peyğəmbərini (sallallahu əleyhi və səlləm), Peyğəmbərin mümtaz xəlifələrini və şanlı Osmanlı Dövlətini, dövlət idarəçilərini müstəmləkəçilik və istismarçılıqla qaralamaq istəyir.

    Müsəlmanlar tarixdə heç vaxt, heç yerdə nə dövlət, nə də fərd olaraq kimsəni istismar etməmiş, əksinə hakim olduqları ərazilərdə istismar və işğalçılığa imkan verməmişlər.

     Bəli, aramsız fütüvvət zəfərləri çalan İslam dövlətinin başındakı xəlifə belə bir dövrdə: "Mənə ən kasıb müsəlman kimi yaşamaq yaraşar”[2] deyərək gününü bir neçə zeytunla keçirirdi. Belə bir insan nəyi istismar edir, kimi istismar edir?

     Təkbətək döyüşdə öldürdüyü düşmənin qəniməti uzadılanda əlini boğazına basıb: "Mən bax buradan bir ox yarası alıb şəhid olmaq üçün vuruşdum, qənimət üçün deyil!" deyən, gözü-könlü axirətdə olan bir insan nəyi istismar edə bilərdi?

     Başqa bir döyüşdə müsəlmanlara böyük tələfat verən kafiri öldürüb yoluna davam edən müsəlman döyüşçü ona and verib çağıran ordu başçısının yanına gəlməyə məcbur olur. Ordu başçısı üzü örtülü döyüşçüyə:

- Allah üçün de, bunu sən öldürdün?

- Bəli.

- Elə isə götür bu min dinarı.

- Mən bunu Allah üçün elədim.

- Sənin adın nədir?

- Adımı neyləyirsən? Yoxsa aləmə car çəkib savabımı hədər etmək istəyirsən?

    Rica edirəm, bu insanlar bəşəriyyəti istismar edərmi, yer üzündə müstəmləkələr qurarmı? Düzü, kin və ədavət müəyyən bir səviyyəyə çatanda insanın nə gözü görür, nə qulağı eşidir, nə də ağlı işləyir...

     İndi isə keçək əsas məsələyə: istismarçı və imperialist kimdir?

    İmperializm, başqa sözlə, müstəmləkəçilik bir xalqın başqa bir xalqa və ya bir dövlətin başqa bir dövlətə hökm etməsi, onu istismar etməsi və ondan faydalanmasıdır. Ancaq işğalçılıq, hakimiyyət və istismarçılıq həmişə eyni formada olmamışdır. Bunu hazırkı formalarını da nəzərə alaraq belə sıralaya bilərik:

    Mütləq işğal və hakimiyyət: Bir ölkəni əsl sahiblərinin əlindən alıb orada məskunlaşmaqdır. Tarix boyu qərbin ən ucqar nöqtəsindən ta şərqin künc-bucağına qədər dünyanın müxtəlif ərazilərində bir çox millət yerli xalqın məzarları üzərində saraylar tikmiş və onu sürgün edib öz ölkəsindən qovmuşdur.

     Hərbi işğal: Ölkədə hərbi hakimiyyət qurub yerli xalqın hər işinə müdaxilə etməkdir. Məsələn, bəzi ölkələr Hindistanı işğal etdikdən sonra uzun müddət bu torpaqlardan çıxmamışlar. İşğalçı dövlətin əsgərləri illərlə yerli xalqla belə rəftar etmişdir.

    Müdaxiləçilik: Ölkənin xarici, daxili, müdafiə və iqtisadi işlərinə gizli-aşkar müdaxilə etməkdir. Şərq və Qərb kasıb, iqtidarsız və geri qalmış ölkələrə qarşı məhz bu cür münasibət göstərmişdir.

     İntellekt transferi sistemi: Hazırda ən geniş yayılmış və ən təhlükəli imperializm formasıdır. Bu sistemdə istismarı hədəf tutulan ölkənin qabiliyyətli, istedadlı, təşəbbüskar övladlarını seçir, onlara ölkə daxilində, xaricdə xüsusi təhsil verir, xüsusi lojalarda qeydə alır və ölkənin taleyinə hökm etdirirlər. Daha sonra isə bu intellektləri sistemli şəkildə ölkənin ən əhəmiyyətli məqamlarına yerləşdirərək qalanı içəridən fəth edirlər.

    Son əsrlərdə Qərb müstəmləkəçilərinin tətbiq etdiyi bu sistem səmərə vermiş və bu üsulla qarşı tərəfdə ədavət hisləri oyatmadan, nifrəti duyğusu körüklənmədən, asta-asta məqsədlərinə nail olmuşlar. Hazırda İslam dünyasını bu kimi istismara məruz qaldığını deyə bilərik.

    Hansı formada olur-olsun, imperializmin işğalına məruz qalan ölkələrdə:

    Yerli xalqı assimilyasiya etmiş, tarixini silmiş və kimliyini unutdurmağa çalışmışlar.

    Milli şüuru yox etmiş, əraziləri səmərəsizləşdirmiş, sənayesini özündən asılı hala salmış, elmin kökünə balta vurmuş və araşdırmanın əvəzinə şablonçuluğu mənimsətmişlər.

    “Nə öldür, nə yaşat” siyasəti ilə ölkə xalqını nə tamamilə yox etmiş, nə də onun yaşamasına imkan vermiş. Yerli xalq başqalarına möhtac etmiş və onu ömrü boyu müasirlik, Avropaçılıq, sivilizasiya kimi qeyri-müəyyən mənalı sözlərlə ovutmuş və  yatırmışlar.

     Xaricdən dəstək və yardımlarla ölkələri mühasirəyə almış, idxalat və ixracata gizli-açıq məhdudiyyət qoymuş, inkişafı inhisarçılıqla tamamən imkansızlaşdırmışlar.

      Bir tərəfdən xalqları yoxsullaşdırmaq üçün əllərindən gələni etmiş, digər tərəfdən də milləti dəbdəbəli həyata, israfa sürükləmiş və millətin ruhuna tətminsizlik hissi saçaraq savaşa qədər gedib çıxan məmnuniyyətsizlik aşılamışlar.

    Elmi, texniki tədqiqat ruhunu söndürmüş, maarif yuvalarını təqlidçiliyə, fabrikləri montajçılığa alışdırmış, hərbi hissələri də imperialist güclərin tör-töküntü silahlarının sərgisinə çevirmişlər.

      İndi, görəsən, İslamı və İslam fütuhatını bu qədər şərə, zülmə səbəb olan imperialist və işğalçı sistemlərə bənzətmək nə qədər doğrudur?..

     Əvvəla İslam heç kəsin yurd-yuvasını qəsb etmədiyi kimi, heç kəsin əl-ayağına zəncir vurub fəaliyyətinə də mane olmamışdır. İslamiyyət fəth etdiyi ölkələrin xalqına din, söz azadlığı vermiş və hər mövzuda dindaşı, vətəndaşı kimi himayə etmişdir. Müsəlman fatehlər qədəm basdığı hər ölkəyə hüzur, dinclik və əmin-amanlıq gətirmiş, yerli xalq tərəfindən qəbul edilmiş, sevilmiş və alqışlanmışlar. Belə olmasa idi, suriyalı xristianlar ölkəni Roma imperatoru istila etməsin deyə kilsələrə doluşub müsəlmanlara zəfər duaları edərdimi?[3] Belə olmasa idi, bu başından o başına altı aylıq məsafəli geniş bir ölkədə əsrlərlə əmin-amanlıq və asayiş necə təmin oluna bilərdi? Müasir komunikasiya imkanları, son model hərbi silah və təchizata baxmayaraq, bir ovuc yerdə təhlükəsizlik və asayiş təmin edə bilmədiyimizi gördükcə onların bu məsələdə istifadə etdiyi dinamizmlərə (əsaslara) heyran qalmamaq mümkünmü? Zənnimizcə, artıq bir çox münəvvər insan da bu həqiqəti anladığına görə, şanlı tariximizə məxsus əsasları yenidən gözdən keçirmə zərurətini izhar etməyə başlamışlar.

    Müsəlman fatehlərə nəinki ölkələrin fəth etdikləri qapıları, hətta qəlblərin qapıları da açıldı, fəth etdikləri ölkə xalqının ehtiramını, etimadını və etibarını qazandılar.

    Ayaq basdıqları ölkələrin elmini və sənətini dəyərləndirib, alim və sənətkarlara şərait hazırladılar. 

     Müsəlman fatehlər heç vaxt müstəmləkəçi dövlətlərin işğal etdiyi ölkələrə rəva gördüyü zülmə əl atmadı. Zülüm bir tərəfə, fəth etdikləri ölkə xalqına öz dindaşı, öz soydaşı kimi baxdı, onlarla öz vətəndaşı kimi rəftar etdi.

     Həzrəti Ömər xəlifəliyi dövründə Məkkəli zadəgan bir qibtiyə yumruq vurur. Hz. Ömər bu qibtiyə: "Dön, sən də ona bir yumruq vur," deyir. Amr ibn Asın Misirin yerli sakinlərindən birini təhqir etdiyini eşidəndə isə: "İnsan anadan azad doğulur. Nə vaxtdan onlardan qul-kölə kimi istifadə edirsiniz?" deyə məzəmmət edir. Məscidi-Əqsa qapılarının açarlarını götürmək üçün Fələstinə gəlir. Kilsələrin birində olanda namazın vaxtı girir. Keşiş kilsədə namaz qılsın deyə israr etsə də, o: "Xeyr! Xəlifə Ömər burada namaz qıldı deyə sizi incidə bilərlər"[4] deyib çöldə torpaq üstündə namaz qılır və onlara qarşı İslamın insani, olduqca yumşaq və hələ də o əlçatmaz əxlaqını nümayiş etdirirdi.

     Rica edirəm, siz deyin, bunlar başqalarını istismar edə bilərmi? Belə insanlar başqalarını istismar edə bilərmi? Və bu yüksək ruha malik insanların təmsil etdiyi Quran sisteminə imperialist nizam demək mümkündürmü?

 
[1] Mehmet Akifin bir şeirindən
 
[2] es-Suyûtî, Târîhu'l-hulefâ, s. 132.
 
[3] Şiblî Nu'manî, Bütün Yönleriyle Hz Ömer ve Devlet İdaresi, 1/212-214.
 
[4] T.W., Arnold, İntişar-ı İslâm Tarihi, s. 99-100.

5 Cihada gedərkən, müsəlman olan ana atanın icazəsi olmalıdır mı?

Va aleykumussəlam

İslam hüququna görə cihad vəziyyətə görə fərz-ı ayın / əli silah tutan hər kəsin qatılması lazım olan və fərzi-kifayə / sadəcə müəyyən şəxslərin qatılmasının kafi olduğu şəkildə iki hissəyə ayrılır.

- Düşmən tərəfindən işğal edilmiş və hücuma məruz qalmış bir ölkənin insanlarının üzərində cihad fərz-ı ayındır. Bu cihadı edən isə dövlətdir. Bu səbəblə bu vəziyyətdə dövlət, ehtiyacı olduğu insanları əsgərə / cihada çağırdığı zaman ana-atanın icazəsi olmadan bu şəxslərin dövlətin əmrini yerinə yetirib cihada çıxmaları lazımdır.

- Əgər belə təcili bir vəziyyət yoxsa, cihad fərz-ı kifayə mövqeyində isə, bu vəziyyətdə hər kəsin cihada qatılması şərt deyil və bu cihada qatılmaq üçün ana-atanın icazəsi də şərtdir.

Necə ki;

Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onunla cihada çıxmaq istəyən bir gəncə, "Anan atan həyatda mı?" deyə soruşmuş. Bəli, cavabını alınca da "Sənin cihadın onlarla olmağındır." (Buxarî, Ədəb, 9) buyurmuşdur.

Başqa bir rəvayətə görə, bir adam Rəsulullah sallallahu aleyhi və səlləm`ə gələrək: "Hicrət etmək üçün səninlə andlaşmaya gəldim. Anamı və atamı da (ardımda) ağlayan vəziyyətdə buraxdım" dedi. (Hz. Peyğəmbər (s.ə.s.): ""Geri qayıt onları ağlatdığın kimi güldür." buyurdu. (Nəsâî, bəy'ati 10; İbn Mâcə, Cihâd 13; Əhməd b. Hənbəl, II, 160, 194, 198, 204)

Əbu Səid əl-Xudri`dən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə bir adam (cihada qatılmaq üçün) Yəmən`dən Rəsulullah sallallahu aleyhi və səlləm`in yanına hicrət etmiş, Rəsuli-Zişan Əfəndimiz də ona: "Yəmən`də hər hansı bir kimsən varmı?" deyə soruşmuş. (Adam); Anamla atam var, cavabını vermiş. (Fəxri-i kâinat əfəndimiz): "(Bura gəlmək üçün) Sənə icazə verdilər mi?" deyə (ikinci bir sual daha) soruşmuş (O şəxs təkrar): Xeyr deyə cavab vermiş. (Bunun üzərinə əfəndimiz):

"Qayıt onlardan icazə istə, əgər icazə versələr cihada qatıl, yoxsa onlara xidmət et." buyurmuşdur. (Hakim, əl-Müstədrək, II, 103; Beyhaqi, əs-Sün'nü'l-kübra, IX, 29)

Cihada getmək üçün ana atadan icazə almaq şərtdirmi?