Mövzusunda ən çox maraqlanılan

1 Zəka və yaddaşın inkişafı üçün, unutqanlıqdan xilas olmaq üçün oxunacaq dualar var?

Cavab 1:

 

Unutqanlıqdan xilas olmaq və zəkanın açılması üçün bu dua oxunar.

 

Ferdun, Hayyun, Qayyumun, Hakemun, Adlun, Quddusun. İyyake na'budu ve iyyakənəsta'in. İnna fetehna leke fethen mubina" Doqquz dəfə oxunacaq.

 

"Ya kəbiri entellezi la tehdil ukulü livasfi əzəməti." Min dəfə oxunacaq.

 

Sonra : "Subhane rabbiyel ala." deyiləcək. Sonra, "Sübhane minennaril eflaki, biezkaril əmlakı kema tüskinül ərzə biezkarizzakirine, qala li ezkari himiletin lil mahmuline, və meskenetin lil miskininə, və muherriketin lil mutehharrikine, sübhane men hüve küllə yevmin hüve fi şənin." oxunacaq.

 

Bundan sonra ehtiyac nəysə o deyiləcək və bunlar oxunacaq.: "Ya ğıyasel müsteğisine vela havle vela qüvvətə illa billahil aliyyil əzm." (Mecmuatül Əhzab)

 

Hz. İbnu Abbas (r.ə.) izah edir: "Hz. Əli İbnu Əbi Talib (r.ə.) Rəsulullah (s.ə.s.)a gələrək: "Anam və atam sənə qurban olsun, bu Quranı əzbərləyə bilmirəm. Özümü onu əzbərləyəcək gücdə görə bilmirəm" dedi. Rəsulullah (s.ə.s.) ona bu cavabı verdi: "Ey əbul-Hüseyn! (Bu məsələdə) Allahın sənə faydalı edəcəyi, öyrətdiyin təqdirdə öyrənən kimsənin də istifadə edəcəyi, öyrəndiklərini də sinəsində sabit edəcək sözləri öyrədimmi?"

 

Hz. Əli (r.ə.): "Bəli, ey Allahın Rəsulu, öyrət mənə!" dedi. Bunun üzərinə Hz. Peyğəmbər bu tövsiyə etdi:

 

"Cümə gecəsi (cümə axşamını cüməyə bağlayan gecə) olunca, gecənin son üçdə birində qalxa bilsən qalx. Çünki o an mələklərin də hazır olduğu bir vaxtdır. O anda edilən dua müstəcabdır. Qardaşım Yaqub da övladlarına belə söylədi: "Sizin üçün Rəbbimə istiğfar edəcəyəm, hələ cümə gecəsi bir gəlsin." Əgər o vaxtda qalxa bilməzsənsə gecənin ortasında qalx. Bunda da müvəffəq ola bilməzsənsə gecənin əvvəlində qalx. Dörd rükət namaz qıl. Birinci rükətdə, Fatihə ilə Yasin surəsini oxu, ikinci rükətdə Fatihə ilə Hamim, et-Duxan surəsini oxu, üçüncü rükətdə Fatihə ilə Elif lam mim Tenzilü'ssecde'yi oxu, dördüncü rükətdə Fatihə ilə Tebareke'l-Mufassal'ı oxu. Teşehhüdden çıxdığın zaman Allaha həmd et, Allaha sənanı da gözəl et, mənə və digər peyğəmbərlərə salat oxu. Mömin kişilər və mömin qadınlar və səndən əvvəl gəlib keçən mömin qardaşların üçün istiğfat et. Sonra bütün bu oxuduğun duaların sonunda bu duanı oxu:

 

"Allahım, mənə günahları, məni həyatda baqi etdiyin müddətcə əbədi olaraq tərk etdirərək mərhəmət et. Mənə faydası olmayan şeylərə təşəbbüsüm səbəbiylə mənə acı. Səni məndən razı edəcək şeylərə hüsnü nəzər etməmi mənə nəsib et. Ey səmavat və ərzin yaradıcısı olan cəlal, ikram və dil uzadıla bilməyən izzətin sahibi olan Allahım. Ey Allah! ey Rəhman! cəlalın haqqı üçün, üzün nuru haqqı üçün kitabını mənə öyrətdiyin kimi hafizəmə də yerləşdir. Səni məndən razı edəcək şəkildə oxumamı nəsib et. Ey səmavat və ərzin yaradıcısı, cəlalın və üzün nuru haqqı üçün kitabınla gözlərimi nurlandırmağını, onunla ürəyimi yarmağını, sinəmi ferahlatmanı, bədənimi yumağını istəyirəm. Çünki, haqqı tapmaqda mənə ancaq sən kömək edərsən, onu mənə ancaq sən nəsib edərsən. Hər şeyə çatmada güc və qüvvət ancaq böyük və uca olan Allahdandır."

 

Ey Əbul-Həsən, bu söylədiyimi üç və ya yeddi cümə edəcəksən. Allahın icazəsiylə duana razılıq ediləcək. Məni haqq üzrə göndərən Şəxsi Zülcelala and olsun bu duanı edən heç bir mömin razılıqdan məhrum qalmadı."

 

 

Cavab 2:

 

Zəkanın açılması, yaddaşın inkişafı üçün dua oxumanın yanında, maddi tədbirlərə uyğun gəlmək və edilən işin gərəklərini yerinə yetirmək lazımdır. Dərsinə çalışması lazım olan bir şagird yalnız diliylə deyil halıyla və bədəniylə də dua etməlidir. Buna hərəkəti dua deyilməkdədir. Üzərinə düşən vəzifəni haqqıyla yerinə yetirdikdən sonra diliylə dua etmək də kavli duadır. İki qanadlı bir quş kimi, həm hərəkəti həm də kavli duanı birlikdə etməklə istədiyi yerə uça biləcək.

 

Ayrıca öyrəndiklərini unutmamaq və onları qorumaq üçün də bəzi tədbirlər görməlidir. Çünki unutqanlığa səbəb olan mövzular vardır. Bunlardan çəkinmək lazımdır. Bəzilərini qısaca söyləyək:

 

1- Harama baxmaq.

2- Haramla bəslənmək.

3- Zehini çox yoracaq olan gərəksiz şeylərlə doldurmaq. Televiziya, kompüter kimi.

4- Həddindən artıq dərəcədə bədənə zərər verəcək qədər cinsi əlaqəyə girmək. Xüsusi ilə öz-özünə təmin olmaq.

5- Zehnin davamlı işini maneə törədəcək qədər boş dayanmaq. Unutqanlıqdan xilas olmaq üçün bu dua oxunar.

2 Sərf və Nəhv nədir?

Bunlar ərəbcə qrammatikayla əlaqədar elmlərdir.
Hər dilin bir kitabı olduğu kimi ərəbcədə də qrammatika kitabı iki hissədən əmələ gəlir; biri sərf digəri nəhv.

Sərf: Bir dili meydana gətirən sözlərin dəyişməsindən, bir-birindən törəməsindən bəhs edən elm şöbəsi. Söz məlumatı. Söz şəkli məlumatı. Morfologiya. Tasrif növlərini, ad və hərəkət növlərini öyrədən elm.

Nəhv: Sözlərin bir-birinə rəbt, izafət və əməl etmələriylə əlaqədar olan qaidələri içinə alan elm. Nəhv elmi ilə Ərəbcə sözlərin yeri və üsulu bilinər, yəni cümlə təhlili edilər.

3 Fateh Sultan Mehmet sırğa taxmışdır?

 

Cavab 1:

 

Fateh Sultan Məmməd Xanın sırğa taxdığıyla əlaqədar məlumat yoxdur. Ancaq ümumiyyətlə Yavuz Sultan Səlimin sırğa taxdığı və sırğalı şəkilinin olduğu iddia edilər.

 

Mövzunu bir neçə baxımdan ələ almaqda fayda vardır:

 

1) İslam Hüququna görə (1) qulaqların sırğa üçün deşilməsi, qadınlar üçün caiz görülmüş; amma kişilər üçün caiz görülməmişdir. Bəzi hüquqçular, oğlanların da qulaqlarının deşilə biləcəyini və bu cür bir hadisənin Hz. Peyğəmbər zamanında edildiyi halda qadağan edilmədiyini irəli sürməkdədirlər. Hər halda yetkin kişilərin qulaqlarını deşdirmələri və sırğa taxmaları, çox hüquqçulara görə haram və bəzilərinə görə isə məkruhdur; yəni qısaca caiz deyil.

 

Bu ardıcıl hökmü bilən Yavuz Sultan Səlimin qulağını deşdirib sırğa taxdığına ehtimal da vermirik. Çünki Yavuz, Misir Səfəri dönüşündə oğlu Süleymanın bəzəkli paltarlarını görüncə, 'Bre Süleyman, sən belə geyinsən, anan nə geyimin?' dediyini bilir və onun şəxsi həyatında sadə və bəzəkdən uzaq olduğunu qaynaqlardan öyrənirik. Yavuz, bəzək və ehtişamdan xoşlanmayan bir Padşahdır. Doğru olan şəkillərində, burma bığlar vardır; ancaq sırğa yoxdur.

 

2) Bu anda Topkapı Sarayının Portretlər Hissəsində 17/66 nömrə ilə 70 x 65 sm olan sırğalı Yavuz Portreti ilə Macar bir rəssama aid olduğu deyilən sırğalı şəkilə gəlincə; Əvvəla, Yavuzun miniatürlərdə və əlimizdə olan şəkillərində, bunun kimi sırğalı olan üçüncü bir rəsmi yoxdur. Qaldı ki, bu şəkillər arasında rəsmi nəqqaşlar tərəfindən edilənləri vardır. İkincisi, Yavuza isnad olunan, amma tamamilə xəyali və uydurma olan Avropalı və İranlı rəssamlara aid şəkillər çoxdur. Tarix qaynaqları bu nöqtənin vurğulamaqdadırlar. Bu sırğalı şəkilin də, uydurma şəkillərdən biri olması qüvvətlə olabiləcəkdir. Çünki Sultanın qulağında sırğa, boyunda incili medalyon, sarığında tac var. Osmanlı Padşahlarının paltarları ilə uyğun gəlməyən bu bəzəklər, cədvəlin yaxın tarixlərdə edildiyini göstərməkdədir. Onsuz da 1926-cı ildə Dolma Bağça Sarayından gətirilmişdir. Dolma Bağça Sarayına nə vaxt qoyulduğu da bilinməməkdədir. Üçüncüsü, bəzi araşdırmaçılara görə, bu sırğalı şəkil Şah İsmayıla aiddir. Çünki başında Şiə Məzhəbinin əlaməti olan qırmızı börk və bunun üzərində İran Şahlarına məxsus tac vardır. Ayrıca sırğa da Şiə məzhəbində caiz görülməkdədir.

 

 

Qaynaq: Bilinməyən Osmanlı, Prof. Dr. Əhməd Akgündür, s. 147-148 - 80. maddə

4 Din təhsilinə ehtiyac var?

İlk insan Hz. Adəmdir və yenə ilk insan peyğəmbərdir. Dinin tarixi, insanlıq tarixiylə başlayır.

 

 “ Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (1)

 

Allahın göndərdiyi bütün dinlərdə inanc sistemi eynidir. Fərqlilik bəzi ibadətlərdə və hökmlərdədir.

Peyğəmbərlər, haqq dinin təbliğçiləridir. Eyni vəzifə, indi alimlərin çiynindədir. Hər müsəlman, heç olmasa təməl İslami məlumatları öyrənmək məcburiyyətindədir. İslamda “din adamı” deyil, “alim”anlayışı vardır. Hər müsəlman, dinin adamıdır.

Din, müqəddəs dəyərlər mənzuməsidir. Hər insanın, dindən əldə edəcəyi çox şeylər vardır. Məsələn, dinin əsasını təşkil edən inanc sistemi, bizi metafizik aləmlə həmsöhbət edir. İbadətlər, Allaha qarşı vəzifələrimizi bildirir. Haram-halal, həyatımıza sabitlik qazandırır. İslami şəair (əlamətlər), ənənəmizi meydana gətirir. Şəairə hörmət, qəlblərin təqvasındandır. (2)

Dini təhsilin alınması, vicdanlara müdaxilə mənasını verməz. Adam dinin əsaslarını bildikdən sonra, dindar olub olmamaqda azaddır. Çünki,

 

Dində məcburiyyət yoxdur.” (3)

 

 Lakin, “Mən müsəlmanam,”- deyənlər üçün, bəzi dini müəyyidələrin (cəzaların) olması isə, qaçınılmazdır. Məsələn, çöldəki bir gənc, “Niyə məktəbin dərslərinə gəlmirsən?”-deyə hesaba çəkilə bilməz. Amma, şagird olanlar dərslərə gəlməzsə, hesab vermək məcburiyyətindədirlər.

Qaynaqlar: 
1. Əl-i İmran, 19.
2. Bax. Həcc, 32.
3. Bəqərə, 256.
4. Nursi, Sözlər, s. 669.

5 Bir kimsənin elmihal biliklərini öyrənməsi fərzdir?

Sualın cavabına keçmədən əvvəl, İslam elmihalında hansı mövzuların olduğuna baxmaq lazım olacaq.

Bilindiyi kimi, bu gün mövcud elmihallarda bu mövzulara ağırlıq verilir: İmanın və İslamın şərtləri, ibadətlər, halal və haram olan şeylər...

Onsuz da “elmihal”, hal elmi, həyat elmi, İslamı yaşama elmi deməkdir. İslamiyyət də ancaq bilərək, öyrənərək yaşanar. Öyrənmək üçün də dini məlumatların toplu halda olduğu bir kitabı oxumaq lazım olacaq ki, bu ehtiyacı böyük ölçüdə elmihal təmin edir.

Elmihal biliklərinin əsasını Peyğəmbər Əfəndimizin ( s.ə.v.) bu hədisi-şərifi təşkil edir:

“Elm öyrənmək hər müsəlmanın üzərinə fərzdir.” (İbni Macə, Müqəddimə: 17 )

Reyzavi, “Hədisdəki elmdən məqsəd, kainatın Yaradıcısını tanımaq, Onun birliyini və Rəsulullahın (s.ə.v.) peyğəmbərliyini bilmək; namazın necə və hansı hökmlər çərçivəsində qılınacağına dair məlumatları öyrənməkdir,”- deyir.

Beyhaki, “Hədisdəki elmdən məqsəd, yetkinlik çağına çatmış, ağılı başında bir müsəlmanın normal olaraq bilməsi gözlənilən və bilməməsi düşünülə bilməyən ümumi dini məlumatlardır,”- buyurur.

Bəzi alimlər də məsələni belə qiymətləndiriblər:

“Halal və haramla, İslamın şərtləri və etiqadla əlaqəli bilikləri öyrənmək fərzdir. Ayrıca hədisdən, insanlara faydalı olan hər elmi öyrənmək nəzərdə tutulmuş ola bilər. Çünki müsəlmanların ehtiyacını qarşılaya biləcək elmləri öyrənmək bütün müsəlmanlara fərzi-kifayədir. Aralarından bəziləri öyrənsə, bu məsuliyyət qalxmış olar.”

Bəli, bu izahlarda da görüldüyü kimi, elmihallarda olan məlumatlar, gərək etiqadda, gərəksə ibadət və gündəlik həyatda hər müsəlmanın bilməli olduğu mövzulardır.

Oruc, zəkat və həcc üçün də eyni hökmlər etibarlıdır. Bu ibadətləri edə bilmək üçün mövzuyla əlaqədar məlumatı əldə etmək lazımdır.

Halal və haramla əlaqədar mövzular üçün də eyni şeyləri söyləmək mümkündür. Gündəlik həyatda nəyin halal, nəyin haram olduğunu bilmədən İslami bir həyatın yaşana bilməyəcəyi aşkardır. Bunları öyrənmək isə fərzdir.

Qaynaq: Mehmet Paksu, Çağın Gətirdiyi Suallar

6 İslam elmi ilə məşğul olmaq istəyirəm. Nə tövsiyə edə bilərsiniz?

Və aleykumussalam və rahmətullah.

Sizə İxlas`ı tövsiyyə edirik. Bir hədisdə belə buyrulur.

"İnsanlar həlak oldu, alimlər müstəsna. Alimlər də həlak oldu, elmiylə əməl edənlər müstəsna. Əməl edənlər də həlak oldu, ixlas sahibləri müstəsna. İxlas sahiblərinə gəlincə, onlar da çox böyük bir təhlükə ilə qarşı-qarşıyadır." (Kənzül-Xafa, II / 312)

İslam dünyasının böyük alimi Hüccətul İslam adı ilə tanınan İmam Ğazalinin həcmcə kiçik, lakin müsəlman üçün böyük əhəmiyyət daşıyan "Əyyuhəl Vələd" (Ey oğul!) adlanan və tələbəsinin suallarına cavab olaraq yazdığı risaləsini təqdim edirik.

FAYDASIZ ELMİN ZƏRƏRLƏRİ

Ey istəkli və əziz oğlum!

Allah səni hər zaman itaət edən bəndlərindən və sevdiyi dostlarının yolunda gedənlərdən etsin. Bunu bil ki, Həzrət Peyğəmbər -səllallahu əleyhi və səlləmdən- rəvayət edilənlər ən gözəl nəsihətdir. Əgər sən indiyə qədər ondan bir şey öyrəndinsə mənim nəsihətlərimə ehtiyacın yoxdur. Əgər Ondan bir şey əldə edə bilmədinsə mənə de görüm:

-Bu keçib gedən illər ərzində nə qazandın və nə öyrəndin?

Ey oğul!

Həzrət Peyğəmbər -səllallahu əleyhi və səlləmin- ümmətinə verdiyi nəsihətlərdən biri bu dəyərli hədisidir:

«- Allah təalanın bəndəsindən üz çevirməyinin əlaməti, həmin bəndənin ona faydası olmayan, yararsız işlərlə məşğul olmasıdır. Bu şəxs yaradılışının səbəbi olan zikr və ibadətdən başqa bir işlə ömrünün bir saatını keçirirsə, «Cəza günündə» sözsüz ki, pərişan olacaqdır. Qırx yaşını keçən bir şəxsin xeyri şərrindən üstün deyildirsə, həmin adam cəhənnəm atəşinə hazırlansın.»

Bu nəsihətim elmli və başa düşən adama yetər.

BİLDİYİ İLƏ ƏMƏL ETMƏK

Ey oğul !

Nəsihət etmək asandır. Mühüm olan nəsihəti eşidib onunla əməl etməkdir. Bu isə çox çətindir. Çünki təkəbbürlü və nəfsi üstün olan şəxslərə nəsihət çox ağır gəlir. Qadağan olunan (nəhy edilən) əməllər isə onların qəlbində gözəl və cazibədar görünür. Bu sözlərimlə xüsusən süni şəkildə elm öyrənən və bir adamın zahiri görünüşünə aldanıb vaxtını nəfsinin həzzinə uyaraq və bu dünyada bir çox mövqelər qazanmaqla keçirən şəxsləri nəzərdə tuturam.Onlar mücərrəd və nəzəri elmin onları (əzabdan) qurtracağını, elmləri ilə əməl etməyə ehtiyacları olmadıqlarını zənn edirlər ki, bu da filosofların inancıdır (Sübhanallah!). Allah təalanı hər cür nöqsandan uzaq tuturam. Bu təkəbbürlü və aldanmış şəxs bilmirmi ki, bildiyi ilə (elmi ilə) əməl etmədikdə bu elmlər onların əleyhində bir dəlil olacaq. Necə ki, Rəsulullah səllallahu əleyhi və səlləm bir hədisində: “Qiyamət günündə ən şiddətli əzaba düçar olanlar Allahın elmlərinin onlara fayda vermədiyi alimlərdir”.Rəvayət olunur ki, Cüneyd Əbül Qasım vəfatından sonra bir nəfərin yuxusuna girir və ona belə sual verir.

- Ey Əbül Qasım əhvalın necədir, vəziyyətin nə yerdə?

Cüneyd bu suala belə cavab verir:

- Dünyada söylənilən o bərli-bəzəkli sözlər fayda vermədi və hamısı heç olub getdi. Faydasını gördüyün gecə yarısı qıldığım bir neçə rükət namaz oldu.

Ey oğul !

Əməl baxımından zərərə uğrayanlardan olma və “hal” elmindən də geri qalma. Bunu bil ki, yalnız nəzəri elm sənə yardım etməz. Buna aid sənə bir misal verim: Yanında on hind qılıncı və bəzi digər silahları olan döyüşçü, igid bir adama səhrada bir aslan hücum etsə, o adamın həmin silahları istifadə etmədən qurtuluşunu təsəvvür edə bilərsənmi? Çox yaxşı bilirsən ki, bu adamın qurtuluşu silahlarını istifadə etməklə mümkündür. Məhz belə bir adam elmdən yüz min məsələ oxusa və öyrənsə, amma öyrəndikləri ilə əməl etməsə ona heç bir faydası olmaz. Amma o, bildikləri ilə əməl etsə ona faydası dəyər. O adamı ancaq əməli qurtara bilər. Bunun digər bənzəri də: Xəstəliyə düçar olan bir adamın qızdırması qalxsa və ya sarılığa tutulsa, onun müalicəsinin isə “səksəncəbin və kəşkab” (orta əsrlərdə tibb dərmanlarından biri) ilə mümkün ola biləcəyini anlasa, həmin adamın yalnız bu dərmanı (həbi) istifadə edəcəyi məlum məsələdir. Anladığın kimi yüz il dərs oxusan da, on min kitab yazsan da, əməl etmədikcə Allah təalanın rəhmətinə qovuşa bilməzsən. Çünki Allah təala Qurani Kərimdə belə buyurur:

وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ

(və ən ləysə lil insəni illə məə səâ)

“İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! (ən-Nəcm, ayə 39).”

فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

(fə mən kənə yərcû liqâə rabbihî fəl ya’məl amələn sâlihən va lə yuşrik bi i`bədəti rabbihî əhadâ.)

“...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsünRəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın! (əl-Kəhf surəsi, ayə 110)”.

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا

“İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır! Onlar orada (o cənnətlərdə) əbədi qalıb oradan ayrılmaq (başqa yerə getmək) istəməyəcəklər! (ən-Kəhf, ayə 107-108).”

فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ ۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا

إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْئًا

Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar). Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar. (Məryəm surəsi, ayə 59-60.)”

Bu hədisi də unutma: “Islam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa İlah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirmək; namaz qılmaq; zəkat vermək; Ramazan ayında oruc tutmaq və (imkan olarsa) Həccə getmək”.

 

ELM TƏLƏBİ / TƏHSİLİ HƏR MÜSƏLMANA FƏRZDİR

طَلَبُ الْعِلْمِ فَرِيضَةٌ عَلَى كُلِّ مُسْلِمٍ

(taləbul i`lmi fəridatun a`lə kulli muslim)

"Elm tələbi/təhsili hər Müsəlmana fərzdir"

İmam Əbu Hənifənin yaxın tələbələrindən, Alləmə Muhəmməd bin Əl Həsən Əş Şeybani (131-189 h/748-804 m) "Əl İktisab fir Rizqil Mustətab" adlı kitabında bu hədisin açıqlarkən deyir:

"Hədis: "Elm tələbi/təhsili hər müsəlmana fərzdir".

Hədisdə qəsd edilən "Elmlərin ən fəzilətlisi hal elmi, əməllərin ən fəzilətlisi olduğu halı mühafizə etməkdir" sözündə deyildiyi kimi "Hal" elmidir.

Bunun açıqlaması belədir: İnsanın olduğu halda üzərinə vacib olanları əda etmək üçün ehtiyac duyduğu şeylər haqqında məlumat əldə etməsi onun üzərinə fərzul ayndır.

Məsələn namazın ədası üçün təharəti öyrənmək kimi.

Əgər insan ticarət etmək istərsə, ribadan və fasid anlaşmalardan çəkinməsinə yardımçı olacaq şeyləri öyrənməsi onun üzərinə fərz olar.

Əgər insanın malı varsa, əlində olan mal cinsinə düşən zəkat haqda məlumat əldə etməsi fərzul ayn olar ki, zəkatını əda edə bilsin.

Əgər insana Həcc fərzdirsə, Həcci yerinə yetirmək üçün lazım olan bilgiləri öyrənmək onun üzərinə fərz olar.

"Hal" elminin mənası budur.

Çünki, Uca Allah Şəriətin Qiyamət gününə qədər qalacağına hökm etmişdir. Bunun insanlar arasında qorunması isə öyrənmək və öyrətməklə olar. Buna binaən, öyrənmək də öyrətmək fərz olar." (Qaynaq: Muhəmməd bin Əl Həsən: Əl İktisab fir Rizqil Mustətab: 42; Beyrut: Darul Kutubil İlmiyyə: 1406/1986)

"Bir saat elmlə məşğul olmaq, altmış il ibadətdən üstündür" deyə bir hədis varmı?

Peygamber Efendimiz, "Faydasız ilimden Allah'a sığınırım." buyuruyor; faydasız ilim nedir?

İslâm'da ilim ve âlimin fazileti

İlim nasıl elde edilir? Okuduklarımızı nasıl aklımızda tutabiliriz?


 

7 İmam Əbu Hənifə kimdir?

Əsil adı Numan, atasının adı Sabit, künyəsi isə Əbu Hənifədir. Onun ən məşhur ləqəbi əl-İmam əl-Əzəmdir (yəni məşhur alim, fəqihlər və məzhəb imamları arasında ən böyük imam). Onun şəcərəsi belədir: ən-Numan ibn Sabit ibn Mərziban ibn Zuta ibn Mah.

Əksər alimlər Əbu Hənifənin əməvi xəlifələrindən Əbdülməlik b. Mərvanın (v.86\705) zamanında anadan olması haqqında nəql edilən versiyanı əsas kimi qəbul etmişdir. Tarixçilərin əksəriyyətinin qeyd etdiyinə görə o, hicri 80-ci ildə Kufədə anadan olmuşdur. Onun 61-ci, 62-ci və ya 70-ci ildə dünyaya gəlməsi barədə də fikirlər mövcuddur. Bunlardan 61-ci və 62-ci ildə doğulması barədə nəql edilən rəvayətlər zəif olsa da, 70-ci ildə anadan olması ehtimalı o qədər də zəif deyildir. Böyük mühəqqiq alim Muhəmməd Zahid əl-Kövsəri (1879-1951) "Tənibul-Xətib" əsərində bu fikrin güclü olduğunu, lakin hansısa səbəbdən məşhur olmadığını qeyd etmişdir.

Əbu Hənifə fars əsillidir. İrəli sürülən bəzi versiyalara görə isə ərəb əsilli olub nəsəbinin Ənsardan Zeyd ibn Əsədə çatdığı bildirilmiş, bəzi tarixçilər isə onun yaşadığı bölgədə türk qəbilələri çoxluq təşkil etdiyinə görə türk əsilli olmasının da ehtimal olunduğunu bildirmişlər.

Əbu Hənifənin ailəsinin əslən Nəsa, Ənbar, Kabil, Babil və ya Tirmizdən olması haqqında müxtəlif fikirlər mövcuddur. Bununla əlaqədar rəvayətlər tədqiq edildiyi zaman belə bir qənaət yaranır ki, böyük ehtimalla onun ailəsi əslən Əfqanıstanın Kabil şəhərindən olmuş, sonralar oradan çıxaraq müxtəlif zamanlarda yuxarıda qeyd edilən şəhərlərdə məskunlaşmış, axırda Kufədə qərar qılmışdır. Tarixi mənbələrdə onun ailəsinin zəngin bir ailə olduğu, parça-qumaş və hazır pal-paltar ticarəti ilə məşğul olduğu qeyd edilir. Ailəsinin, ailə üzvlərinin və qohum-əqrəbalarının şəxsiyyəti barədə mənbələrdə heç bir məlumat verilmir.

Əbu Hənifə iki dəfə evlənmişdir. Onun Həmmad adlı bir oğlu və adı dəqiq şəkildə qeyd edilməsə də (böyük ehtimal ki, Hənifə adında) bir qızı olmuşdur.

Əbu Hənifənin uşaqlıq illəri Həccac ibn Yusifin (v.95\713) İraq valiliyi illərinə (h.75-95\m.693-713) təsadüf edir. O, hələ kiçik yaşlarından etibarən ticarətlə yaxından maraqlanmışdır. O, beş və ya yeddi yaşında ikən səhabələrdən Abdullah ibn Əbu Əvfanı (v.87\705) görmüşdür. Böyük ehtimalla Ənəs ibn Malik (v.93\711) ilə də elə həmin illərdə görüşmüşdür.

16 yaşında atası ilə birlikdə həccə getmişdir. Həcdə ikən səhabələrdən Abdullah ibn əl-Haris ibn Cəz əz-Zübeydini görmüş və ondan: "Hər kim Allahın dinini öyrənərsə (Allahın dinində fəqih olarsa), Allah ona kifayət edər (onun dadına çatar, bütün qayğılarını dəf edər, bütün çətinliklərini həll edər, onu başqalarına möhtac etməz) və ona hesab etmədiyi (heç ağlına belə gəlməyən) bir yerdən ruzi verər" -hədisini eşitmişdir. Əbu Hənifə Əməvilərin zülmündən qaçaraq Məkkəyə hicrət edənədək onun anası sağ olmuşdur.

O, bazarda ticarətlə məşğul olduğu günlərdən birində məşhur alim və fəqih Şəbi (v.103\721) ilə rastlaşır. Onun elmlə məşğul olmadığını öyrənən Şəbi ona elmə yönəlməyi tövsiyə edir və deyir: "Elmlə məşğul ol və alimlərin dərs halqalarında iştirak et! Mən səndə elm üçün münasib zəka və qabiliyyət görürəm!"

Şəbinin nəsihətindən sonra Əbu Hənifə elmə yönəlmişdir. Elmə yönəldikdən sonra o, elmi müzakirələrdə iştirak etməyə başlamışdır. Bu məqsədlə dəfələrlə (təxminən iyirmi dəfə) kəlamın (əqidə elminin) mərkəzlərindən sayılan Bəsrəyə səfər etmişdir. Həmin illərdə (təxminən 100-cü (m.718) illərdə) Kufə məscidində (əqidə məsələlərinin müzakirəsi və tədrisi məqsədilə) kəlam halqası təşkil etmiş, qısa müddət sonra bir kəlamçı kimi məşhurlaşmışdır. Təxminən 5-6 il davam edən, elmi mübahisələrlə dolu keçən həmin günlərdə onun kəlam elmində olduğu kimi digər elmlərdə də mahir olduğunu zənn edən bazar əsnafı ona fiqhi məsələlərlə əlaqədar suallar verir, Kufə məscidində təşkil etdiyi kəlam halqasına gələrək ona fiqhi məsələlər barədə suallar yönəldənlər olurdu. Əbu Hənifə yoldaşları ilə bir yerdə ikən bir neçə dəfə fiqhi məlumatlarının kifayət qədər olmadığını ona isbat edən hadisələr baş verir. Bir tərəfdən də sırf kəlamla məşğul olanların əksəriyyətinin hava-həvəslərinin əsiri olduqlarını, Qurana və Sünnəyə sələf kimi bağlı olmadıqlarını, sələfin (səhabə və tabeunların) yolundan uzaq olduqlarını, onların üzündə salehlərin siması olmadığını, həyatlarının salehlərin həyatına bənzəmədiyini müşahidə edir. Bu səbəbdən kəlamla məşğul olmağı tərk edərək özünü ticarətə verir. Lakin bu əsnada gördüyü bir yuxu səbəbilə yenidən elm həyatına qayıdır.

İkinci dəfə elmə yönəldiyi zaman bu səfər nə qədər faydalı olub-olmaması baxımından bütün elmləri tədqiq edir və axırda onun nəzərində bu elmlərin arasında ən faydalı elm sahəsi olan fiqhi seçir. Müvəffəq əl-Məkkinin və Kərdərinin nəql etdiyinə görə o, Həmmad ibn Əbu Süleymanın (v.120\737) məclisində qərar tapmamışdan əvvəl dövrünün fəqihlərini ziyarət edərək onları bir-bir təcrübədən keçirmişdir. Əbu Hənifə on ilədək ustadı Həmmadın məclislərinə davam etdikdən sonra bir dəfə (təxminən 112-ci ildə (m.730)) onun məclislərindən ayrılıb özü üçün ayrıca elm məclisi qurmaq qərarına gəlir. Lakin o günlərdə qarşılaşdığı bəzi hadisələr onu bu fikrindən daşındırır və ustadı vəfat edənə qədər ondan ayrılmır.

Həmmadın vəfatından sonra onun qabaqcıl tələbələrindən Muhəmməd b. Cabir, Əbu Bəkr ən-Nəxşəli və Əbu Bürdə əl-Ətəbi əvvəlcə Həmmadın oğluna atasının dərs halqasına rəhbərlik etməyi təklif etsələr də o, bu işi idarə edə bilmədiyinə görə axırda məclis rəhbərliyini Əbu Hənifəyə təklif edirlər. Əbu Hənifə: "Elmin yoxa çıxmasına razı ola bilmərəm!", -deyərək bu məsuliyyəti qəbul edir (təxminən 120-ci ildə (m.737)). Beləliklə imam Əbu Hənifənin vəfatınadək davam edəcək otuz illik tədris (ustadlıq) həyatı başlayır.

Əbu Hənifənin ustadı Həmmadın yerinə dərs halqasına rəhbərlik etməyə başlamasından qısa bir müddət sonra, h.121-ci ildə Əhli-beytdən olan imam Zeyd ibn Əlinin (Allah ondan razı olsun) (v.122\730) Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikə (v.125\742) qarşı qiyamı baş vermişdir. İmam Əbu Hənifə bu qiyamı Rəsulullahın -sallallahu əleyhi və səlləm- Bədir döyüşünə bənzətmiş və həmin qiyama maddi dəstək vermişdir. Buna baxmayaraq Əməvilər bu hadisədən doqquz il sonraya qədər Əbu Hənifəyə toxunmamışlar. Böyük ehtimal ki, Əməvilərin Əbu Hənifədən və digər alimlərdən intiqam almağına mane olan səbəb onların Zeyd ibn Əlidən sonra h.124-cü illərdə Xorasanda baş verən Yəhya ibn Zeydin, onun arxasınca isə təxminən h.127-ci ildə məşhur xarici əd-Dahhakın (v.128\745) dalbadal baş verən üsyanlarını yatırmağa başlarının qarışması olmuşdur.

O dövrdə İraq valisi olan İbn Hübeyrə başda Əbu Hənifə olmaqla alimləri susdurmaq (onların ağzını bağlamaq, o dövrün zalım Əməvi hakimiyyətinə qarşı çıxmalarına mane olmaq) üçün onlara dövlət vəzifələri təklif edir. Çünki bu təqdirdə həmin vəzifələri qəbul edənlərin Əməvi hakimiyyətinə qarşı yönəltdikləri tənqidləri ciddiyyətini itirəcək və inandırıcı olmayacaqdı. Alimlərdən bir çoxu vəzifə təkliflərini qəbul etmir. Bunların başında Əbu Hənifə dayanır. Onu həbs edirlər. Ona hər cür işgəncə verilsə də, o, qərarından dönmür və belə deyir: "Hətta o (İbn Hübeyrə) mənə Vasitin (İraqın şəhərlərindəndir) məscidlərinin qapılarını saymağı belə tapşırsa, qəbul etmərəm!"

Bütün yollara baş vurmasına baxmayaraq Əbu Hənifəni razı salmağı bacarmadığını görən vali onu yoldaşları və dostları ilə məsləhətləşməsi üçün azadlığa buraxır. İmam Əbu Hənifə fürsətdən istifadə edib yayınaraq gizlicə Məkkəyə hicrət edir. Bu hadisə o təxminən əlli yaşındaikən, h.130-cu illərdə baş vermişdir. Hakimiyyət Abbasilərin əlinə keçənədək Əbu Hənifə Məkkədə qalmışdır. II Abbasi xəlifəsi əl-Mənsur (v.158\773) hakimiyyətə keçdikdən sonra o, h.136-cı ildə 6 illik Məkkə həyatından sonra yenidən Kufəyə qayıtmışdır.

Əvvəllər Əbu Hənifənin xəlifə əl-Mənsurla əlaqələri normal olmuşdur. Xəlifə hər zaman onu hörmətlə qarşılayar, ikram edər, onun elmini tərifləyərək dünyanın ən qabaqcıl fəqihlərindən olduğunu söyləyər, onu özünə yaxınlaşdırmağa çalışardı. Lakin Əbu Hənifə: "Məni özünə yaxınlaşdırsan fitnəyə salarsan, uzaqlaşdırsan mənə əziyyət və cəfa edərsən!", -deyərək nəzakətlə ondan imtina edərdi.

Sonrakı illərdə onunla xəlifənin arasındakı əlaqələrin pisləşməsi, etimadının qırılması nəzərə alınarsa, böyük ehtimal ki, xəlifənin onu imam Cəfər əs-Sadiq (Allah ondan razı olsun) (v.148\765) ilə münazirə etmək üçün hüzuruna dəvət etməsi, həyat yoldaşı ilə arasında meydana gələn bir mübahisəni həll etmək üçün ona müraciət etməsi, Bəsrə üsyanı, Musul xalqının əmanlarının (onların əmniyyəti barədə onlara verilən vədin) vəziyyəti, eləcə də Xəvariclərlə sülh müqaviləsi imzalandığı təqdirdə tətbiq ediləcək hüquqi hökmlər barədə onunla məsləhətləşməsi kimi hadisələrin hamısı bu mərhələdə baş vermişdir.

Xəlifə əl-Mənsur artıq zülmə başladığı mərhələdə Əbu Hənifənin onunla münasibətlərində gərginlik yaranmışdır. Əl-Mənsur ilə Əbu Hənifə arasında cərəyan edən əmanla əlaqədar söhbətdən sonra xəlifənin bu sözləri onların arasındakı münasibətin pozulmasından xəbər verən ilk əlamətlərdəndir: "Ey şeyx, doğru olan sənin söylədiklərindir. İndi isə məmləkətinə qayıt və xalqı imamına (xəlifəsinə) qarşı qiyama təşviq edən fitvalar verməkdən də uzaq dur!" Əvvəllər də imam Əbu Hənifəyə fitva vermək qadağan edilmiş və ona xəbərdarlıq edilmişdisə də, bu, ona qarşı ilk ən ciddi xəbərdarlıq idi. 141-ci ilin axırlarına yaxın əl-Mənsur əvvəllər özü də imam kimi beyət etdiyi Muhəmməd ibn Abdullaha (v.145\762) və onun qardaşı İbrahimə qarşı müqavimət göstərib, Əhli-beytə mənsub şəxsləri siyasi məqsədlərlə təqib edərək onlara işgəncə verməyə başladıqda Əbu Hənifə xəlifəyə qarşı açıq surətdə tənqidlər yağdırmağa başlayır. Əbu Hənifə əl-Mənsurun hüzurunda onun üsyançıların qətl edilməsi planına etiraz edərək bunun səhv hərəkət olduğunu şəri dəlillərlə isbat edir.

Əbu Hənifənin Abbasi hakimiyyətinə qarşı müxalifətçi mövqeyi bununla məhdudlaşmır. O, Mədinədə qiyam qaldıran Muhəmməd ibn Abdullaha beyət etmişdir. Onun öldürülməsindən sonra xalqı Bəsrədə qiyam qaldıran İbrahim ibn Abdullahın dəstələrinə qoşulmağa dəvət və təşviq edir. O, gizli şəkildə İbrahimlə məktublaşaraq onu Kufəyə dəvət edir. Xəlifə əl-Mənsur öz xilafətinin leqal olub-olmaması barədə mübahisələrin artdığını görüncə Əbu Hənifə, İbn Əbu əz-Zib (v.158\773), İmam Malik (v.179\794), əl-Əməş (v.148\765) və Süfyan əs-Sövri (v.161\776) kimi alimləri hüzuruna çağırtdıraraq onların rəylərini soruşur. İmam Əbu Hənifə bu toplantıda inandığı həqiqətləri olduğu kimi, açıq bir şəkildə bildirərək deyir: "Sən xilafət məqamına keçmisən, lakin sənin xəlifəliyin barədə şura (məşvərət) əhlindən iki nəfər belə ittifaq etməmişlər. Halbuki bu məqama ancaq möminlərin məşvərəti ilə və onların razılığı ilə gəlmək olar!" Bu cavabdan sonra onunla xəlifə arasındakı münasibətlər tamamilə qırılır.

Xəlifə əl-Mənsur onsuz da Əbu Hənifəni öz tərəfinə çəkə bilmədiyinə görə ona qəzəbləndiyi bir vəziyyətdə, üstəlik onun qızışan hadisələrdə bir siyasi rəhbər kimi hərəkət etməsi, xəlifəyə qarşı müxalif mövqedə duraraq onun müxaliflərini dəstəkləməsi, onlarla yazışması, xəlifə əl-Mənsurun xilafətinin leqal olmadığını açıq şəkildə dilə gətirməsi, hətta əl-Mənsurun ən seçkin ordu sərkərdələrindən olan Həsən ibn Quhtubanı hakimiyyətin zülmlərinə alət olmaqdan uzaq durmağa razı salması xəlifənin kinini düşmənliyə çevirir və əl-Mənsur Əbu Hənifəni qətl etdirmək qərarına gəlir. 148-ci (m.765) ildə Kufə qazısı İbn Əbu Leyla vəfat etdikdə xəlifə əl-Mənsur qazılığı Misar ibn Kidam (v.155\775), Süfyan əs-Sövri (v.161\776) və Şərik (v.177\792) ilə bərabər xalq tərəfindən sevilən Əbu Hənifəyə də təklif edir. İmam Əbu Hənifə özünün "məvali"lərdən (ata-babaları qeyri-ərəb kölə olduqları halda sonradan İslamı qəbul edənlərdən) olduğunu söyləyərək bu səbəbdən ərəblərin onun qərarlarına tabe olmayacağını bəhanə gətirərək xəlifənin təklifini qəbul etmir. Beləliklə qazılıq vəzifəsi Şərikə həvalə edilir. Səbəbi məlum olmasa da, yenə də həmin günlərdə ikinci və üçüncü dəfə Əbu Hənifənin fitva verməsinə qadağa qoyulur. O, vəfatından qısa bir müddət əvvəl Bağdada dəvət edilmiş və üçüncü dəfə ona qazılıq təklif edilmişdir. Namizədlər arasında yenə də Süfyan əs-Sövri və əvvəllər qazılıq edən, sonra vəzifəsindən azad edilən Şərik də var idi. İmam Əbu Hənifəyə Bağdad, Bəsrə və Kufə qazılıqları təklif edilir. Lakin o, hər hansı bir vəzifə qəbul etməməkdə israr edir. Qarşılıqlı surətdə and içmələr olur (o öz sözündən, xəlifə də təklifindən dönməyəcəyinə and içir) və nəticədə Əbu Hənifə həbs edilərək işgəncəyə məruz qalır. Ondan tələb olunan şey əldə edilmədiyinə görə bir müddət həbsdən çıxarılır və (qazı kimi) fitva verməyə məcbur edilir. Ona müəyyən məsələlər göndərilir və həmin məsələləri həll etmək ondan tələb olunur. O, bundan imtina edir və bu səbəbdən yenidən həbs edilərək işgəncələr davam edir. Məsələyə müdaxilə edən bəzi vəzirlərin məsləhətilə həbsdən çıxarılaraq bir evdə məcburi şəkildə göz həbsində saxlanılır və dördüncü dəfə ona fitva vermək qadağası qoyulur. Onun dərslərə davam etməsinə (tədrislə məşğul olmasına) də qadağa qoyulur. Bir müddət bu vəziyyətdə davam etdikdən sonra o, 150-ci (m.767) ilinin Rəcəb ayında Bağdadda vəfat etmişdir.

Tarixçilərin əksəriyyətinin fikrincə, imam Əbu Hənifə (r.a.) Bağdada çağırılaraq ona qazılıq təklif edildiyi zaman yetmiş, bəzi rəvayərlərə görə isə səksən yaşlarında olmuşdur. Tarixçilər onun ölümünə səbəb kimi məruz qaldığı işgəncə və əziyyətləri göstərmişlər. Bəzi qaynaqlarda bildirildiyinə görə, onun ölümünün səbəbi xəlifənin əmri ilə ona içirilən zəhər olmuşdur.

 

8 İslamın düşünməyə və araşdırmağa baxışı necədir ?

İnsanın məlumat əldə etmə yollarından biri, müşahidə etməkdir. İnsan, kainatdakı hadisələrin bir tamaşaçısı və müşahidəçisidir. Kainat, oxunmağı gözləyən məna dolu bir kitabdır.

 

Görün göylərdə və yerdə nələr var.” (1)

 

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi?.” (2)

 

Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir.” (3)

 

şəklində bir çox ayə, insanın müşahidə vəzifəsinə diqqət çəkir. Lakin, hər kəs bu müşahidəni edə bilməz. Ayənin ifadə etdiyi kimi,

 

Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər..” (4)

 

Baxmaq ayrı, görmək ayrıdır. Hər kəs kainata baxır amma, hər kəs kainatdakı sirləri, mənaları görə bilmir.

 

Onları sənə baxan görürsən, halbuki onlar görmürlər.” (5)

 

ayəsi, baxmaq və görmək arasındakı fərqə işarə edir.

Başqasının görə bilmədiyini görənlər, kainat kitabının sirlərini kəşf edərlər. Məsələn, suda yüngülləşdiyini hiss edən Arximed, suyun qaldırma qüvvətini tapır. Başına düşən almadan ilham alan Nyuton, cazibə qüvvəsini aşkar edir. Quşların qanad strukturlarını araşdıran elm adamları, bu məlumatlarını təyyarə sənayesində istifadə edərək, insanoğlunu quşlara yoldaş edirlər.

 

İnsan, diqqətlə aləmə baxsa, hər şeydən ibrət və dərs ala bilər. Qəlbində həyat olan və aləmi ibrətlə tamaşa edən şəxslər, hər şeydən bir dərs ala bilərlər. Hər şeyi əbəs görən və küfrün qaranlıqları içində yoluna davam edənlər isə, bu əngin və zəngin mənalardan məhrum qalırlar. Qurani-Kərim, elələri üçün “kor” təbirini istifadə edər.

 

Bu dünyada kor olan kəs axirətdə də kor olacaq.” (6)

 

Çünki əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur..” (7)

 

Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. O deyəcək: “Ey Rəbbim! Mən (dünyada) görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?”. (Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!” (8)

 

“Basar” gözün görməsi, “Bəsirət” qəlbin görməsidir. Basarı, olmayanlar əşyanı görə bilməz. Bəsirəti olmayanlar da, əşyanın həqiqətini müşahidə edə bilməz.

 

Qaynaqlar:
1. Yunus, 101.
2. Qaf, 6.
3. Rum, 50.
4. Yusuf, 105.
5. Əraf, 198.
6. İsra, 72.
7. Həcc, 46.
8. Ta ha, 124-126.

9 Fiqh nə deməkdir?

    Fiqh lüğət etibarı ilə bir şeyi bilmək və anlamaq deməkdir. Allah Rasulu İbn Abbas üçün belə dua etmisdir: “Allahım sən onu dində fəqih et və ona (Quran ayələrini anlamaq üçün) təvili öyrət”. Bir kimsəyə “Fəqihdir” demək yəni “Alim kimsədir” demək mənasına gəlir. 

   Din və şəriət elmi digər elmlərdən daha fəzilətli və şərəfli olması səbəbi ilə “Fiqh” sözü xüsusi ilə şəriət elmi üçün istifadə edilmişdir. 

    Fiqhin istilahdakı mənası isə belədir: Açıq dəlillərdən (yəni Quran, Sünnə, icma və qiyas) alınmış, əməl edilən şəri hökmləri bilməkdir. 

    Hənəfi məzhəbindəki fiqh alimlərinin mərtəbələri :

   Şeyx, Əllamə İbni Abidin  ( رحمة الله ضد ) Rəddül-Muxtar isimli kitabında Şəmsəddin Muhamməd bin Süleyman əş-Şəhir İbni Kamal Paşadan (رحمة الله ضد) islam fəqihlərini aşağıdakı şəkildə qisimləndirmişdir. 

   Birinci təbəqə: Bu təbəqə İmam Əzəm Əbu Hənifə (رضي الله عنه), Şafi (رضي الله عنه), Malik (رضي الله عنه), Əhməd bin Hənbəl (رضي الله عنه) kimi şəriətdəki müctəhidlərin təbəqəsidir. 

‌   Ikinci təbəqə: Bu təbəqə İmam Əbu Yusuf ( رحمة الله ضد ) və Muhamməd  ( رحمة الله ضد) kimi tələbələrin ustadları Əbu Hənifənin (رضي الله عنه) qoymuş olduğu üsul qaydalarına riayət edərək, dəlillərdən hökm çıxardaraq məzhəb içərisində müctəhid olanların təbəqəsidir. Bu kimi müctəhidlər bəzi fürui (fıqhin təfərruat məsələlərində) hökmlərdə müxalifət etsələr də üsul qaydalarında (əsas məsələlərdə) müctəhid imamlarını təqlid edərlər. 

 ‌  Üçüncü təbəqə: Bu təbəqə alimləri, haqqında məzhəb imamlarından heç bir dəlil olmayan məsələlərdə ictihad edən müctəhidlərdir. Bunlar da Xəssaf, Əbu Cəfər ət-Tahavi, Əbul Həsən əl-Kərxi, Səmsül-Əimmə əl-Həlvani, Səmsül-Əimmə əs-Səraxsi, Fəxrul İslam əl-Pəzdəvi, Fəxrud-Din Qazixan ( Allah hamısına rəhmət etsin ) kimi islam alimləridir. 

‌   Bu kimi alimlər istər Üsul məsələsində, istərsə də füru məsələlərində müxalif olan heç bir seyin üzarinə fətva vermək iqtidarında deyillər. Lakin Üsul və qaydalara görə heç bir dəlil olmayan məsələrində hökmlər çıxardarlar. 

     Dördüncü təbəqə: Bu təbəqə müqallid olanlardan olub, təxric əhlinin təbəqəsidir. Bunlar da ər-Razi ( رحمة الله ضد ) kimi əsla ictihad etməyə səlahiyyətləri olmayan alimlərdir. Lakin Üsul elmini bildikləri üçün məzhəb imamlarından nəql olunan iki tərəfli mücməl fətvalara və iki əmr üçün ehtimal olan mübham hökmlərə açıqlıq gətirməyə səlahiyyətləri olan alimlərdir. 

‌     Beşinci təbəqə: Bu təbəqə müqəllid olanlardan tərcih sahibləridir. Bu da Əbul-Həsan əl-Qudiri ( رحمة الله ضد ) və Hidayə sahibi kimi alimlərdir. Bunların səlahiyyəti bəzi rəvayatləri digərlərindən daha fəzilətli görərək “Bu daha yaxşıdır” və yaxud “Bu daha səhih rəvayətdir” sözlərlə hökm edərlər. ' 

 ‌   Altıncı təbəqə: Bu təbəqə güclü  və zəif fətvaların arasında ayırd etməyə qadir olan müqəllidlərin təbəqəsidir. Bu da Sahibul Kənz [1]Sahibul Muxtar,[2] Sahibul-Viqayə[3] kimi daha sonra yazıIan mötəbər kitabların müəllifləridir. Bu kimi alimlər rədd edilmiş fətvaları və zəif rəvayətləri nəql etməyə səlahiyyəti  olmayan kimsələrdir.

   Yeddinci təbəqə: Bu təbəqədə yuxarıda qeyd olunanlardan heç birinə səlahiyyətləri çatmayan avam müqəllidlərin təbəqəsidir.

     [1].Kanzud-Daqaiq adlı bu kitab Abdullah b. Əhmad Əbul Bərakat ən-Nəsəfinin  ( رحمة الله ضد ) (1310) yazdığı əsərdir. Müəllif bu kitabı yenə özünə aid olan “Vafi” isimli əsərdən ixtisar etmişdir. Vafi isə İmam Muhammədin kitabları “Əl-Camius-Sağir”, və “ƏI-Camiul-Kəbir”, “Ziyadatın” məsaili və Quduriya aid Müxtəsər ilə Nəsəfinin “Mənzumə”sində yer alan məsələrdən meydana gəlməkdədir. Kitab illərcə Osmanlı mədrəsələrində dərs kitabı olaraq oxudulmuşdur. Kitaba bir çox şərh və haşiyə yazılmışdı ən məşhurları Osman b. Əli əz-Zeylainin ( رحمة الله ضد ) (1343) “Təbyinul Həqaiq”i ilə İbni Nuceymin (1563)“Əl-Bəhrur-Raiq” adlı kitablarıdır.

 ‌  [2].Kitab Abdullah b. Mahmud b. Məsud əl-Məvsili ( رحمة الله ضد )(1284) tərəfindən yazılmışdı. Müəllif kitabını daha sonra “Əl-İxtiyar li Talilil Muxtar” adı ilə şərh etmişdir.

‌   [3].Hidayə adlı kitabın müxtəsəri sədədində olan "Viqayə" adlı bu əsəri Mahmud b.Əhməd ( رحمة الله ضد ) (1274) nəvəsinin əzbərləməsi üçün yazmışdır. Nəvəsi fiqh üsulunda məşhur olan "Tənkih" və onun şərhi olan "Təvdih" adlı kitabların sahibi Sədruş -Şəria Ubeydullah b. Məsuddur ( رحمة الله ضد ) (1346). Ubeydullah b. Məsud daha sonra babasının yazdığı  bu kitabı həm şərh, həmdə ixtisar etmişdir. İxtisar etdiyi bu kitab daha sonra "Nüqayə " adı ilə məşhur olmuşdur.

10 İstiharə mövzusunda ətraflı məlumat verərsiniz?

Ticarət, evlilik, səyahət və bənzəri bir işə təşəbbüs göstərən kimsə, o işin özü üçün xeyirli olub olmayacağı barəsində tərəddüdə düşsə, şübhəsini aradan qaldıracaq, tərəddüdünü ortadan qaldıracaq hal çarələri axtarmaq istər. Bu barədə ediləcək ilk iş, edilməsi istənən məsələnin qanuniliyinin və halallığının araşdırılması, dini ölçülərə uyğun gəlib uyğun gəlmədiyinin araşdırılmasıdır.

 

Adamın özü bir nəticəyə çata bilmədiyi təqdirdə ən sağlam yol, o məsələni münasib olan səlahiyyətli birinə məsləhətləşmək, onun fikirini almaq, lazım olsa məsələni hərtərəfli bütün təfərrüatıyla danışmaq; qısaca müşavirə etməkdir. Müşavirə ediləcək insanın da təcrübəli, məlumatlı və sözünə etimad edilər olması lazımdır.

 

Bir məsələni öz aralarında müşavirə etməyi, oturub danışmağı möminlərin xüsusiyyətlərindən sayan Qurani Kərim, "Onların işləri aralarında müşavirə ilədir"1 buyurarkən, müşavirə edərkən əhil kəslərin seçilməsini, fikirlə və inanc baxımından xarici olanlarla müşavirə edilməməsi barəsində də xəbərdarlıq etməkdədir:

 

"Ey iman edənlər! Sizdən olmayan kəsləri içli xaricli dost əldə edib sirlərinizə ortaq etməyin. Onlar sizi zərərə soxmaqda qüsur etməzlər. Sizə çətinlik verəcək şeylərdən xoşlanarlar. Sizə düşmənlikləri sözlərindən müəyyən olmuşdur; aşkar etməyib də ürəklərindən gizlədikləri düşmənlik isə daha böyükdür. Biz sizə dostunuzu və düşməninizi beləcə göstərib ayələrimizi açıqladıq-əgər ağıl etsəniz. "2

 

Görüldüyü kimi bəsirət sahibi mömin, öz xüsusi məsələsini, hər önünə gələnə açmamalı, təsadüfin fikirini almamalı. Çünki özünə köməkçi olacaq birini axtararkən çox dəfə onunla danışması nəticəsində səhv qərara gəlməsindən ötəri səhvə yol verəcəyini hesab etməlidir. Çünki insanın aldığı bəzi qərarlar həyatı boyunca özünü bağlaya bilər, təsiri altına ala bilər. Təhsil, iş və evlilik kimi. Tam ölçüb biçmədən bir iş quran kimsə, belə ki bir gün gəlir, işinin tərs getdiyini görər, iflasa getdiyin anlar, nəticədə sərmayəsini də itirə bilər. Bu hal maddi həyatına, həm də mənəvi həyatına çox böyük təsir edər. Yenə araşdırmadan bir evlilik həyatı quran insan bu tələsikçiliyin və tədbirsizliyin cəzasını həyatı boyunca çəkə bilər, dünyasını zəhər edə bilər. Bunun üçün müşavirəni özümüzə vərdiş halına gətirməli, ən sadə məsələmizi də təcrübəli və səlahiyyətli birinə soruşmadan etməməliyik.

 

"İstiharə edən kimsə zərər görməz, müşavirə edən peşmanlıq görməz, iqtisada riayət edən məişət tərəfindən ailə bəlasını çox çəkməz. "3

 

Diqqət yetiriləcəyi kimi hədisi şərif möminin ictimai həyatını üç təməl əsasa riayət etməyə bağlamışdır: Müşavirə, istiharə və iqtisad. Xüsusi ilə bunlardan müşavirə və iqtisadın nə qədər əhəmiyyət daşıdığı şübhə edilməz bir həqiqətdir.

 

 

İstiharə, lüğət mənası etibarilə, Allahdan xeyr diləməkdir. Yəni ediləcək bir işin yaxşımı, pismi olduğunu yaxud o işi dərhalmı, yoxsa bir müddət sonramı etmənin daha yaxşı nəticə verəcəyini anlamaq və ürəyin o məsələyə sakitləşməsini Allahdan diləmək və istəməkdir.

 

İstiharə Peyğəmbərimizin bir sünnəsidir. Ümmətinə tövsiyə etdiyi bir dua və ibadət şəklidir. Peyğəmbərimiz (s.ə.s.) istiharənin necə ediləcəyini, hansı duanın oxunacağını şəxsən öyrətmişdir. İstiharənin əhəmiyyəti barəsində Cabir bin Abdullah belə deməkdədir:

 

"Rəsulullah (s.ə.s.) bizə Qurandan bir surə öyrədər kimi böyük kiçik işlərimizin hamısında istiharəni öyrətdi və belə buyurdu:

‘Sizdən biriniz bir işə ürəkdən əzm etdiyi zaman, iki rükət namaz qılsın. "4

 

İstiharə namazı iki rükətdir. İmam Qəzali bu namazın birinci rükətində Fatihədən sonra Qul ya eyyühe'l-kafirune, ikinci rükətində də Qul hüvellahu ehad surələrinin oxunmasını tövsiyə edər. 5

 

Namazı qıldıqdan sonra Peyğəmbərimizdən (s.ə.s.) rəvayət edilən bu dua oxunar:

 

"Allahım, bu işimin haqqımda xeyirli olacağını tək Sən bildiyin üçün mənə doğrusunu göstərməyini niyaz edirəm. Uca lütfündən lütf etməyini istəyirəm. Şübhəsiz Sənin hər şeyə gücün yetər; mən isə heç bir şeyə güc çatdıra bilməm. Sən hər şeyi bilənsən, mən isə heç bir şey bilməm; Sən bütün qeybləri bilərsən, Allahım, bu iş mənim dinim, yaşayışım, işimin aqibəti, dünyam və axirətim haqqında xeyirli isə bunu mənə nəsib et. Sonra bunda mənim üçün feyiz və bərəkət gətir. Əgər bu iş mənim dinim, yaşayışım, işimin aqibəti, dünyam və axirətim haqqında xeyirli deyilsə, bunu məndən, məni bundan uzaqlaşdır. Bu barədə könülümdə bir meyl buraxma. Mənim üçün xeyirlisi nə isə onu asanlaşdır. Sonra da məni təqdir buyurduğun bu xeyrlə məmnun et. "6

 

 

İş tələsik olub da istiharəni təkrarlamaq mümkün deyilsə belə dua edilər:

"Allahım, haqqımda xeyirli olan nə isə onu nəsib et. Məni öz halıma buraxma."

İbni Abidin, istiharə edən kimsənin diləyinin uyğun olub olmadığına işarə olaraq belə bir qeydə yer verər:

 

"Yatmadan əvvəl dua oxunar və dəstnamazlı olaraq qibləyə yönələrək yatılar. Yuxuda ağ və ya yaşıl görülsə o işin xeyr olduğuna, qara və qırmızı görülsə də şər olduğuna işarə edər. Şərli olandan qaçınmaq zərurət edər. "8

 

 

1. Şura Surəsi, 38.

2. Al-İmran Surəsi, 118.

3. Təcrid Tərcüməsi, 4:135.

4. Buxari, Küsuf: 75.

5. İmam Qəzali. Əhyai İlahiyyat. (Darı İhyai'l-Kütübü'l-Arabi) 1:207.

6. İbni Macə, İkametetü's-Salat: 188; Buxari, Küsuf 75.

7. İbni Abidin, 1:461.

(Məmməd Paksu İbadət Həyatımız)

11 Qədim insanların yaşları və boyları necə idi?

Qdim insanların boylarının çox böyük olduğuna dair qəti bir məlumat yoxdur. Uzun ömürlü olmaları isə əvəllər bugünkü qədər insan yox idi nəsil az idi. Allah elə təqdir etmiş uzun ömürlü olmuşlar.

12 AZƏRBAYCANDA YETİŞMİŞ İSLAM ALİMLƏRİ

Allahın iznilə bu başlıq altında Azərbaycanda yetişmiş İslam alimləri haqda məlumatlar veriləcək. İlk öncə böyük müfəssir və üsulçu QAZİ BEYZAVİ. İbni Kəsir onun haqqında deyir:

 

البيضاوي صاحب التصانيف هو القاضي الامام العلامة ناصر الدين عبد الله بن عمر الشيرازي، قاضيها وعالمها وعالم أذربيجان وتلك النواحي، مات بتبريز سنة خمس وثمانين وستمائة.

ومن مصنفاته: " المنهاج في أصول الفقه "، وهو مشهور، وقد شرحه غير واحد، وله: " شرح التنبيه " في أربع مجلدات، وله: " الغاية القصوى في دراية الفتوى "، و " شرح المنتخب " و " الكافية في المنطق "، وله: " الطوالع " و " شرح المحصول " أيضا، وله غير ذلك من التصانيف المفيدة، وقد أوصى إلى القطب الشيرازي أن يدفن بجانبه بتبريز والله سبحانه أعلم.

 

“Əl Beydavi. Təsniflər sahibi, qazi, imam, alləmə Nasruddin Abdullah bin Ömər Əş Şirazi. Şirazın qazisi və alimi. Azərbaycan və o bölgənin alimi. 685- ci ildə Təbrizdə vəfat etdi.

Təsnif etdiyi əsərlərdən: “Əl Minhəc fi Usulil Fiqh”, bu əsəri məşhurdur və bir çoxları onu şərh etmişlər.

Dörd cildlik “Şərhut Tənbih”

“Əl Ğayətul Qusva fi Dirayətil Fətva”

“Şərhul Muntəxab”

“Əl Kifayə fil Məntiq”

“Ət Tavəli”

“Şərhul Məhsul”

Bundan başqa da faydalı təsnifləri vardır. Qutb Şiraziyə, Təbrizdə yanında dəfn edilməsini vəsiyyət etmişdi. Münəzzəh olan Allah bilir.”

 

İbni Kəsir: Əl Bidayə vən Nihayə: 13/363

 

Əlavə etmək istəyirəm ki, Beydavinin “Ənvarut Tənzil və Əsrarut Təvil” adlı möhtəşəm bir təfsiri də var ki üzərinə 250 dən çox şərh və haşiyə yazılmışdır, əsrlərcə bu kitab mədrəsələrdə dərs olaraq keçilib.

 

***

 

Bir alim daha. Əz Zeynəbi

 

Zirikli deyir:

 

الزينبي (570 - 646 ه = 1174 - 1248 م) بشير بن حامد بن سليمان، أبو النعمان، نجم الدين الزينبي الهاشمي الطالبي

التبريزي، البغدادي: مفسر، من الشافعية.

ولد بأردبيل- من مدن أذربيجان

 

“Əz Zeynəbi. (570-646 h/ 1174-1248 m)

Bəşir bin Hammad bin Suleyman, Əbu Numan, Nəcmuddin Əz Zeynəbi, Əl Haşimi Ət Talibi.

Ət Təbrizi, Əl Bağdadi. Şafiilərdən bir müfəsirdir.

Ərdəbildə anadan olmuşdur. (Cənubi Azərbaycanda şəhər)…”

 

Zirikli: Əl Alam: 2/56

 

***

 

Əl Bərdici. (vəfatı 301 h/914 m)

Əhməd bin Hərun bin Ravəha, Əbu Bəkr Əl Bərdici. Sağlam – güvənilən hədis ravilərindəndir. Əsli Azərbaycan ucqarlarındakı “Bərdic” səmtindəndir. Bağdada yaşamış və orada vəfat etmişdir. Səhabə, Tabiinlər və hədis əhli haqda təsnif etdiyi “Əl Əsma Əl Mufradət” isimli kitabı məşhurdur.

Yuxarıda dediklərim Ziriklinin “Əl Aləm” (1/85) kitabındandır.

 

Bəyhaqi, Tabərani kimi muhəddislər ondan hədis rəvayət etmişlər.

 

Bəzi qaynaqlarda Bərdicin Bərdə bölgəsinin qərbində olduğu söylənilir. Bəzi qaynaqlarda isə Bərzai olaraq qeyd edilmişdir. Daraqutni: “güvənilirdir” , Hakim “Şeyxlərimiz ondan dinlədi” dedilər…Zəhəbi onun haqqında “İmam Hafiz Hüccət” dedi (Siyəru Aləmin Nubələ 14/122)

 

***

 

Azərbaycan torpaqlarında elmlə şərəflənmiş başqa bir alim....

 

الاردبيلي - Yusuf Ərdəbili.

Yusuf bin İbrahim Əl Ərdəbili Əş Şafi, Cəmaluddin.

Doğum tarixini təsbit edə bilmədik, vəfatı hicrətin 799/ miladın 1397-ci ilidir... (Bəzi qaynaqlara görə 779 hicri)

Zirikli “Əl Alam” kitabında deyir ki: Azərbaycanın bölgələrindən olan Ərdəbil şəhərindəndir. Şafi fəqihlərindəndir. Fiqhdə “Əl Ənvar li Aməlil Əbrar” adlı kitabı var.

Zəhəbi “Muacəm Əl Muəllifin” kitabında deyir: Ərdəbil əhlindən bir mühəddis idi. Bəğavinin “Məsabih” əsərini şərh etmişdir.

Əl Bəbəni “Hidayətul Arifin” adlı kitabında onun haqqında deyir: Azərbaycan fəqihlərinin şeyxidir.

 

Qeyd: Müəllifin “Əl Ənvar li Aməlil Əbrar” adlı kitabının əl yazması Bağdad şəhərində lənətlənmiş Amerikan ordusu tərəfindən yandırılan minlərcə əlyazmalar arasında idi...Allaha həmd olsun ki, kitab yanmadan öncə nəşr edilmişdi.

 

Allahın lənəti onların və tərəfdarlarının üzərinə olsun!

 

***

 

التبريزي - Təbrizi (677-746 h/ 1278-1345 m)

 

Əli bin Abdullah ibnul Həsən ibni Əbi Bəkr Əl Ərdəbili Ət Təbrizi, Əbul Həsən Tacuddin.

Şafii fəqihlərindəndir. Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub, Təbrizdə məskunlaşıb. Bağdad və Məkkəyə səfərləri olub. Misirin Qahirə şəhərində vəfat edib. Allah rəhmət etsin.

Hədis, Təfsir, Üsul, Hesab sahəsində kitabları vardır…

“Məbsutul Əhkəm” , “Əl Kəfi fi Ulumil Hədis” , “Əl Qustas əl Mustəqim fil hədisis Sahih əl Qavim”, həmçinin Qazvininin “Əş Şərhul Havis Sağir” əsərinə haşiyəsi bu əsərlərdəndir…

 

***

 

أبو الفتح السلماسي - Əbul Fəth Əs Səlməsi (v 629 h/1231 m)

 

Məsud bin İsmail bin Əbi Əli bin Məsud bin Əli bin Musa, Əbul Fəth Əs Səlməsi.

Fəqih, ədib, şair. Cənubi Azərbaycanın Salmas şəhərindəndir.

“Şərhul Məqamət” , “Şərhul Cuməl” onun əsərlərindəndir...

 

***

 

Bərdəi ( بَرْدَعِي )

 

Əhməd bin Əl Hasən, Əbu Said Əl Bərdəi. (vəfatı 317 h/ 929 m)

Azərbaycanın qədim şəhərlərindən olan Bərdədəndir. Bağdadda Hənəfilərin şeyxi idi. Bağdadda İmam Davud Əz Zahiriylə münazirə edib, ona qalib gəldi. Məkkədə “Qaramatiyyə” vaqeəsində öldürüldü.

İmam Şafi və Hənəfilər arasındakı ixtilaflardan bəhs edən “Məsailul Xiləf” adlı əsəri var...

 

***

 

Əbul Fadl Əl Beyləqani ( أبو الفضل البَيلَقاني )

 

Hibətullah ibni Əbil Qasim bin Hibətullah ibni Yaqub Əbul Fadl. (doğumu 521 h)

Şafi fəqihlərindəndir. Azərbaycanın Beyləqan şəhərindəndir.

 

***

 

Şəmsuddin Əl Beyləqani - شمس الدين البيلقاني

 

Şəmsuddin Zəki bin Həsən ibni İmran əl Beyləqani əl Xarraqi.

Şafii fəqihlərindən olub, məşhur Fəxruddin Ər Razinin tələbələrindən biridir. Həmçinin kəlamçıdır. Hicrətin 676-cı ilində vəfat etmişdir.

 

***

 

Hafs bin Ömər əl-Ərdəbili - أبو القاسم حفص بن عمر الأردبيلي

 

əl-Hafiz əl-Mufid Əbul-Qasim Hafs bin Ömər əl-Ərdəbili

"əl-İbanə" əsərinin müəllifi İbn Battanın şeyxi. Əbu Hatim ər-Razi, Yəhya bin Əbi Talib, Abdulmalik bin Muhamməd ər-Raqqaşi kimi şəxslərdən elm almışdır.

Hicri 339-cu ildə vəfat etmişdir.

 

***

 

Sad bin Əli əz-Zəncani أبو القاسم سعد بن علي الزنجاني

 

əl-İmam, əl-Alləmə, əl-Hafiz, əl-Qudvə, əl-Abid, Şeyx əl-Haram Əbul-Qasim Sad bin Əli bin Muhamməd bin Əli bin əl-Hüseyn əz-Zəncani əs-Sufi.

Təqribən 380-ci ildə doğulmuşdur. Azərbaycanın Zəncan şəhərindəndir.

Əbu Abdullah bin Nazif, əl-Hüseyn bin Məymun əs-Sadəfi, Əli bin Sələmə, Muhamməd bin Əbi Ubeyd, Abdurrahmən bin Yasər əl-Cubəri və Abdurrahmən bin ət-Tabiz əl-Hələbi kimi zatlardan elm almışdır.

Ondan isə Əbu Bəkr əl-Xatib - yaşca daha böyükdür -, Əbul-Muzəffər Mənsur bin Abdulcəbbar əs-Səmani, Məkki ər-Ramli, Vahbətullah bin Faxir, Muhamməd bin Tahir əl-Hafiz, Abdulmunim bin əl-Quşeyri, Muxtar bin Əli əl-Əhvazi və digər böyük alimlər elm alıblar.

Sabit bin Əhməd deyir:

 

رأيت أبا القاسم الزنجاني في النوم يقول لي مرة بعد أخرى : إن الله يبني لأهل الحديث بكل مجلس يجلسونه بيتا في الجنة

 

"Əbu Qasim əz-Zəncanini yuxumda gördüm və mənə təkrar-təkrar deyirdi. "Həqiqətən Allah hədis əhli üçün oturduqları hər bir məclisə görə Cənnətdə bir ev tikir."

 

Əbu Sad isə deyir:

 

كان سعد حافظا متقنا ، ثقة ، ورعا ، كثير العبادة ، صاحب كرامات وآيات ، وإذا خرج إلى الحرم يخلو المطاف ، ويقبلون يده أكثر مما يقبلون الحجر الأسود .

 

"Sad hafiz və dəqiq bir idi, siqa idi. Təqvalı idi və çoxlu ibadət edərdi. Kəramət və əlamət sahibi idi. Haram məscidinə çıxdıqda insanlar başına toplaşardılar və onun əlini o qədər öpərdilər ki, heç qara daşı belə o qədər öpməzdilər."

 

Əbul-Həsən əl-Kərci əş-Şafi deyir:

 

سألت ابن طاهر عن أفضل من رأى ، فقال : سعد الزنجاني ، وعبد الله بن محمد الأنصاري . قلت : فأيهما كان أعرف بالحديث فقال : كان الأنصاري متفننا ، وأما الزنجاني فكان أعرف بالحديث منه ، كنت أقرأ على الأنصاري ، فأترك شيئا لأجربه ، ففي بعضِ يرُدّ ، وفي بعض يسكت ، وكان الزنجاني إذا تركت اسم رجل يقول : أسقطت فلانا .

 

"İbn Tahirdən Rəy şəhərinin ən fəzilətli şəxsini soruşdum. Dedi: Sad əz-Zəncani və Abdullah bin Muhamməd əl-Ənsari. Dedim: "Onlardan hansı hədisi daha yaxşı bilirdi?" Dedi: "əl-Ənsari dəqiq biridir, lakin əz-Zəncani isə hədisi ondan daha yaxşı bilərdi. əl-Ənsariyə hədis oxuduğum zaman çətin oxunulduğu üçün bəzi şeyləri tərk edərdim, əl-Ənsari onların bəzilərində düzəliş edərdi və bəzilərində isə susardı. Lakin bir ravinin adını tərk etdikdə əz-Zəncani deyərdi: "Fulankəsin adını düşürdün."

 

Sad bin Ali əz-Zəncani - rahiməhullah - çox sakit biri olmuşdur və yersiz yerə danışmazmış. Hətta qarşısındakı biri küfr mənası verəcək bir söz söyləsə belə düzəliş etməyə tələsməzmiş. İbn Muflih bunu "Şəriət ədəbi" kitabında belə nəql edir:

 

وَقَدْ ظَهَرَ مِنْ ذَلِكَ أَنَّهُ يَرُدُّ عَلَى الْقَارِئِ الْغَلَطَ الْخَطَأَ كَمَا عَلَيْهِ عَادَةُ الْعُلَمَاءِ , وَقَدْ قَالَ ابْنُ طَاهِرٍ الْمَقْدِسِيُّ الْحَافِظُ : سَمِعْت أَبَا إِسْحَاقَ الْحَبَّالَ بِمِصْرَ يَقُولُ : لَمْ يَكُنْ فِي الدُّنْيَا مِثْلُ أَبِي الْقَاسِمِ سَعْدِ بْنِ عَلِيٍّ الزَّنْجَانِيِّ فِي الْفَضْلِ , وَكَانَ يَحْضُرُ مَعَنَا الْمَجَالِسَ وَيُقْرَأُ الْخَطَأُ بَيْنَ يَدَيْهِ , فَلَا يَرُدُّ عَلَى أَحَدٍ شَيْئًا , وَلَوْ قُرِئَ بَيْنَ يَدَيْهِ الْكُفْرُ , إلَّا أَنْ يُسْأَلَ عَنْ شَيْءٍ أَجَابَ , وَأُرِيَ يَوْمًا بَعْضَ الصِّبْيَانِ يَتْبَعُونَ الْأَغْلَاطَ وَيُبَادِرُونَ بِالرَّدِّ عَلَى الْمُقْرِئِ وَلَا يُحْسِنُونَ الْأَدَبَ .

وَمُرَادُ أَبِي إِسْحَاقَ , وَاَللَّهُ أَعْلَمُ أَنَّ أَبَا الْقَاسِمِ لَا يُبَادِرُ بِالرَّدِّ , وَلَعَلَّهُ يَكْتَفِي بِغَيْرِهِ , وَلِهَذَا قَالَ وَلَوْ قُرِئَ بَيْنَ يَدَيْهِ الْكُفْرُ , وَمَعْلُومٌ أَنَّ مِثْلَ هَذَا لَا يَحِلُّ عَدَمُ بَيَانِهِ وَالسُّكُوتُ عَنْهُ , قَالَ ابْنُ طَاهِرٍ : سَمِعْت الْفَقِيهَ أَبَا مُحَمَّدٍ هَيَّاجَ بْنَ عُبَيْدٍ إمَامَ الْحَرَمِ وَمُفْتِيَهُ يَقُولُ : يَوْمٌ لَا أَرَى فِيهِ سَعْدَ بْنَ عَلِيٍّ الزَّنْجَانِيَّ لَا أَعْتَدُّ أَنِّي عَمِلْت خَيْرًا .

قَالَ ابْنُ طَاهِرٍ وَكَانَ هَيَّاجٌ يَعْتَمِرُ كُلَّ يَوْمٍ ثَلَاثَ عُمَرَ , وَيُوَاصِلُ الصَّوْمَ ثَلَاثَةَ أَيَّامٍ , وَيَدْرُسُ عِدَّةَ دُرُوسٍ , وَمَعَ هَذَا كُلِّهِ كَانَ يَعْتَقِدُ أَنَّ نَظْرَةً إلَى الشَّيْخِ سَعْدٍ وَالْجُلُوسَ بَيْنَ يَدَيْهِ أَجَلُّ مِنْ سَائِرِ عَمَلِهِ , قَالَ ابْنُ طَاهِرٍ : سَمِعْت أَبَا عَبْدِ اللَّهِ مُحَمَّدَ بْنَ أَحْمَدَ الْكَرْخِيَّ يَقُولُ : لَمَّا عَزَمَ الشَّيْخُ سَعْدٌ عَلَى الْإِقَامَةِ بِالْحَرَمِ وَالْمُجَاوَرَةِ بِهِ , عَزَمَ عَلَى نَفْسِهِ نَيِّفًا وَعِشْرِينَ عَزِيمَةً أَنَّهُ يُلْزِمُ نَفْسَهُ مِنْ الْمُجَاهَدَاتِ وَالْعِبَادَاتِ , وَمَاتَ بَعْدَ ذَلِكَ بِأَرْبَعِينَ سَنَةً وَلَمْ يُخَلِّ مِنْهَا عَزِيمَةً وَاحِدَةً رَحِمَهُ اللَّهُ .

 

"Bundan aydın olur ki, kitabı oxuyanın xətası düzəldilməlidir və bu, alimlərin adətidir. İbn Tahir əl-Maqdisi əl-Hafiz deyir: Əbu İshaq əl-Həbbəli Misirdə belə deyərkən eşitdim: Fəzilətinə görə dünyada Sad bin Əli əz-Zəncani kimi biri yoxdur. Bizimlə birlikdə məclislərdə iştirak edərdi və onun qarşısında xətalı şəkildə kitab oxunardı və o, bunlardan heç bir şeyi düzəltməzdi, hətta qarşısında küfr oxunsa belə. Yalnız bir şey barədə soruşulduqda cavab verərdi. Bu günlərdə bəzi uşaqlar görürəm ki, xəta edərək oxuyan kəsin xətalarına düzəliş etməyə tələsirlər və gözəl ədəb nümayiş etmirlər.

Əbu İshaqın qəsd etdiyi - doğrusunu Allah bilir - düzəlişdə tələskənlik göstərməməkdir. Ola bilsin ki, başqasının düzəliş etməsi ilə kifayətlənərdi. Elə buna görə də demişdir: "hətta qarşısında küfr oxunsa belə". Lakin məlumdur ki, bunun kimi xətalar qarşısında izah verməmək və sakit qalmaq halal deyildir. İbn Tahir deyir: Haram məscidinin imamlarından və muftilərindən olan əl-Fəqih Əbu Muhamməd Həyyəc bin Ubeydi belə deyərkən eşitdim: "Sad bin Əli əz-Zəncanini görmədiyim bir gün, hər hansı bir xeyir etdiyimi düşünmürəm."

İbn Tahir dedi: Həyyac hər gün üç dəfə umrə edərdi. Hər üç gündən bir oruc tutardı və çox sayda dərslər verərdi. Lakin bununla belə düşünürdü ki, Şeyx Sadı görməsi və onun qarşısında oturması bütün digər əməllərindən üstündür. İbn Tahir deyir: Əbu Abdullah Muhamməd bin Əhməd əl-Kərxini belə deyərkən eşitdim: "Şeyx Sad Haram məscidində bərqərar tumaq və qonşuluğunda yaşamaq barədə qərar verdikdə, orada mücahədə və ibadət edəcəyinə dair öz nəfsi üzərində daha çox və daha şiddətli qərar vermişdi. Bundan 40 il sonra vəfat etdi, lakin bu əzəmətindən bir dəfə də olsun dönmədi. Allah rəhmət etsin!"

 

"əl-Ədəb əş-Şəriyyə", 2/137-138

 

İmam Sad bin Əli əz-Zəncani hicri 471-ci ildə 90 yaşında vəfat etmişdir.

 

***

 

Seyyid Yəhya Cəlal əd-Din ibn əs-Seyyid Bəha əd-Din əş-Şirvani əl-Bəki

السيد يحيى جلال الدين ابن السيد بهاء الدين الشرواني الباكي

 

Taşkörpüzadə Kəmal Əfəndi "əş-Şəqaiq ən-Numaniyyə fi Uləma əd-Duvlətil-Usməniyyə" kitabında deyir:

 

ولد الشيخ العارف بالله السيد يحيى ابن السيد بهاء الدين الشرواني بمدينة شماخي وهي أم مداين ولاية شروان بالجنوب الشرقي من القوقاس ، وكان أبوه من أرباب الثروة ، وكان هو صاحب جمال وكمال

 

"əş-Şeyx əl-Arif billəh əs-Seyyid Yəhya bin əs-Seyyid Bəha əd-Din əş-Şirvani, Qafqazın cənub-şərqində yerləşən Şirvan vilayətinin paytaxtı Şamaxı şəhərində anadan olmuşdur, atası mülk sahiblərindən idi və o, gözəl və kamallı biri idi..."

 

"əş-Şəqaiq ən-Numəniyyə", 1/304

 

Hənəfi, sufi alimlərindən olmuşdur. Təsəvvüf elmlərində seçilmişdır, təriqət şeyxi olmuşdur. Xəstələndikdə Şamaxıdan Bakıya götürülmüşdür və orada hicri 868-ci ildə vəfat etmişdir. Qəbri Bakıdadır. Əsərləri arasında "Əsrar ət-Talibin", "Şifə əl-Əsrar", "Kəşf əl-Qulub", "Məratib Əsrar əl-Qalb", "Rumuz əl-İşərat", "Mənəzil əl-Arifin", "Şərh əl-Əsma əs-Səməniyə", "Şərh Suələt Kulşən Raz" və digər əsərləri məşhurdur. Əsərlərinin çoxunu fars dilində yazmışdır.

 

***

 

أبو العباس أحمد الخويي الشافعي

 

Əbul-Abbas Əhməd əl-Xoyi əş-Şafi

 

əl-Qadi əl-Faqih əl-Alləmə Şəms əd-Din Əbul-Abbas Əhməd bin əl-Xalil bin Səadə bin Cafər bin İsa əl-Xoyi əş-Şafi

Məşhur şafi fəqihidir, hicri 583-cü ildə (miladi 1187) şəvval ayında Azərbaycanın Xoy şəhərində doğulmuşdur. Hikmət, tibb, nəhv, usul, fiqh və digər elmlərə yiyələndi. Dəməşqə gəlmiş və burada qazi olmuşdur. Neysəburda Əbul-Həsən əl-Muid bin Muhamməd ət-Tusidən hədis öyrəndi və Dəməşqdə ondan hədis rəvayət etdi. Bundan əlavə İbn əz-Zubeydi, İbn əs-Salah və digərlərindən hədis aldı. Fəxr əd-Din ər-Razi'dən məntiq və əqli elmləri öyrəndi. Şaban ayının 7-si hicri 637-ci ildə (miladi 1240) Dəməşqdə vəfat etmişdir.

 

***

 

بشير بن أبي بكر نجم الدين النعماني التبريزي

 

Bəşir bin Əbi Bəkr Nəcm əd-Din ən-Numəni ət-Təbrizi

 

Şeyx Bəşir bin Əbi Bəkr bin Hamid bin Süleyman bin Yusuf əz-Zeyni Nəcm əd-Din ən-Numani ət-Təbrizi

Şafi alimlərindəndir.

İsmayıl Paşa əl-Bağdadi özünün "Hidayətul-Arifin Əsma əl-Muəllifin va Əsər əl-Musannifin" adlı kitabında deyir:

 

التبريزي: بشير بن أبي بكر بن حامد بن سليمان ابن يوسف الزيني نجم الدين النعماني التبريزي الشافعي نزيل مكة المكرمة ولد سنة 570 وتوفي سنة 646 ست وأربعين وستمائة له تفسير القرآن في عدة مجلدات.

 

"ət-Təbrizi; Bəşir bin Əbi Bəkr bin Hamid bin Süleyman İbn Yusuf əz-Zeyni Nəcm əd-Din ən-Numəni ət-Təbrizi əş-Şafi, Məkkə əl-Mukərrəmədə yerləşmişdir, hicri 570-ci ildə doğulmuşdur və hicri 646-cı ildə vəfat etmişdir. Onun çox cildli Quran təfsiri kitabı vardır.

 

"Hidayətul-Arifin", 1/232

 

***

 

إسماعيل بدر الدين أبو العمر التبريزي

 

İsmayıl Bədr əd-Din Əbul-Ömər ət-Təbrizi

 

التبريزي: إسماعيل بدر الدين أبو العمر التبريزي المحدث توفي سنة 601 إحدى وستمائة صنف أربعين في الحديث. كتاب الأنوار.

 

"ət-Təbrizi: İsmayıl Bədr əd-Din Əbul-Ömər ət-Təbrizi, hədis alimi olmuşdur, hicri 601-ci ildə vəfat etmişdir. Hədislər haqqında "Qırx hədis" kitabını yazmışdır, eləcədə "Kitəb əl-Ənvar" adlı kitabı da vardır."

 

"Hidayətul-Arifin", 1/211

 

***

 

الشيرازي الشرواني

 

Aud bin Əhməd Əbu Xaləf əş-Şirazi əş-Şirvani

 

الشرواني: عوض بن احمد أبو خلف الشيرازي الشرواني من نوحي دربند الفقيه الشافعي. صنف المعتبر في تعليل المختصر اعني مختصر التبريزي في الفروع فرغ منها سنة 544 وتوفي بعد سنة 550 خمسين وخمسمائة

 

"əş-Şirvani. Aud bin Əhməd Əbu Xaləf əş-Şirazi əş-Şirvani, Dərbənd tərəfdəndir. Şafi fiqh alimidir. "əl-Mutəbər fi Talil əl-Muxtəsar" kitabını, yəni furuda ət-Təbrizinin "muxtəsar" əsəri üzərinə yazmışdır. Həmin kitabını hicri 544-cü ildə bitirmişdir. Hicri 550-ci ildə vəfat etmişdir.

 

"Hidayətul-Arifin"

 

***

 

جمال الدين يوسف بن محمود التبريزي

 

Cəmal əd-Din Yusuf bin Mahmud ət-Təbrizi

 

Cəmal əd-Din Yusuf bin əl-Həsən bin Mahmud əs-Sərai əl-Əsl, ət-Təbrizi adı ilə tanınır. Ləqəbi İzzəddin olmuşdur. Şafi məzhəbinin məşhur fəqihlərindəndir. Hicri 730-cu ildə (miladi 1329) Təbrizdə anadan olmuşdur. Əsərləri arasında bir çoxları məşhurdur. "Haşiyətun aləl-Kəşşaf" kitabı əz-Zaməxşərinin "əl-Kəşşaf" əsərinə yazdığı əsəridir. Daha sonra hədis sahəsində "Şərh əl-Arbəin lin-Nəvavi" adlı kitabını yazmışdır, adından da məlum olduğu kimi İmam ən-Nəvəvinin "Qırx hədis" kitabına yazılmış şərhdir. Daha sonra əl-Beydavinin "Minhəc əl-Vusul ilə İlm əl-Usul" adlı üsul kitabına şərh yazmışdır. Hicri 804-də (miladi 1401) vəfat etmişdir.

 

***

 

محمد عفيف الدين التبريزي الشافعي

 

Muhamməd Afif əd-Din ət-Təbrizi əş-Şafi

 

Muhamməd bin əs-Seyyid Muhamməd bin Abdullah əl-Huseyni Afif əd-Din ət-Təbrizi əş-Şafi

Təbrizdə anadan olmuşdur. Şafi fəqihlərindəndir. "Haşiyə alə Arbəin ən-Nəvaviyyə", "Haşiyə alə əş-Şəməil", "Nəfəis ət-Tənsis fi Şərh ət-Təlxis" adlı kitabları vardır. Mədinəyə köçmüş və orada yaşamışdır və hicri 855-ci ildə orada ölmüşdür.

 

***

 

محمد محي الدين البردعي الحنفي

 

Muhamməd Muhyiddin əl-Bərdai əl-Hənəfi

 

Muhamməd bin Muhamməd bin Muhamməd əl-Bərdai Muhyiddin ət-Təbrizi, summə ər-Rumi əl-Hənəfi

Hicri 927-ci ildə Ədirnə şəhərində vəfat etmişdir. əl-Beydavinin "Ənvar ət-Tənzil" kitabına yazdığı haşiyəsi əsərləri içində məşhurdur. Bundan əlavə əs-Seyyidin "Təcrid əl-Aqaid", əl-İsağucinin "Şərh Hisam əl-Kəti" kitablarına haşiyə, Azdəddinin "Ədəb əl-Bəhs" kitabına isə şərh yazmışdır.

 

***

 

محمد بن الحسين تاج الدين الأرموي

 

Muhamməd bin əl-Huseyn Tac əd-Din əl-Urməvi

 

əl-Qadi Muhamməd bin əl-Huseyn əl-Alləmə Tac əd-Din Əbul-Fədail əl-Urməvi

Şafi məzhəbinin məşhur üsul alimlərindəndir, Azərbaycanın Urmiya şəhərindəndir. İmam Fəxr əd-Din ər-Razinin məşhur tələbələrindəndir. Onun yanında məntiq və üsul elmini öyrənmişdir. Fəxr əd-Din ər-Razinin "əl-Məhsul" kitabını ixtisar etmişdir və "əl-Hasil min əl-Məhsul" adı ilə məşhurdur. Hicri 656-cı ildə vəfat etmişdir.

 

bax: "Tabaqat əş-Şafiiyyə", 2/120; "Kəşf əz-Zunun", 2/1615

 

***

 

Əl Qarabaği – القرباغي

 

Yusuf bin Muhəmməd Xan Əl Qarabaği. (1030 h/1621 m)

Kəlam alimlərindəndir. Məşhur kəlamçı Aduddin Əl İcinin “Əl Aqaidul Adudiyyə” əsərini şərh etmişdir. Digər əsərləri də "Tətimmətul Həvaşi fi İzələtil Ğavaşi" və "Şərhur Risalətil Hanəfiyyə" kitablarıdır.

 

***

 

ميرمحمد كريم بن ميرجعفر العلوي الحسيني الموسوي الباكوي

 

MirMuhəmməd Kərim bin MirCəfər Əl Aləvi Əl Huseyni Əl Musavi Əl Bakuvi (1853-1938)

 

On doqquzuncu əsr Azərbaycan alimlərindən biridir. Qurani Kərimə Azərbaycan dilində bir təfsir yazmışdır. Müəllif – Uca Allahın rəhməti üzərinə olsun – təfsirinə girişdə deyir:

 

“… Bu səbəblə həqir (təvazökarlıq edərək özünü belə adlandırır) Mir Muhəmməd Kərim bin Mir Cəfər Əl Aləvi Əl Huseyni Əl Musavi Əl Bakuvi Azəri türkcəsində bir təfsir təlif etməyi üzərimə gərəkli gördüm. Ta ki, bundan belə İslam aləmində xidmət edənlər arasında bizim də acizanə bir xidmətimiz olsun…”

 

Təfsirin ismi belədir: كشف الحقائق عن نُكَتِ الآيات والدقائق

Kəşful Həqaiq an Nukətil Ayəti vəd Dəqaiq

 

Müəllif təfsirində Rəzi, Nəsəfi, Əbus Suud, Tabərsi, Hazin, Beydavi və Zəməxşəri kimi müfəssirlərin təfsirlərindən istifadə etdiyini bildirir. Təfsirinin bir çox yerində şiələrin görüşlərini tənqid edir, lakin Maidə surəsi təfsirində dəstəmazda ayaqların yuyulması deyil məsh edilməsinin lazım olduğu görüşünü tərcih etmiş və bəzi Sünni müfəssirlərdən nəqllər etmişdir.

Bu təfsirdən başqa Azərbaycan dilində yazılmış digər bir təfsir bilmirəm. Kitab Türkiyədə “Kəşful Haqaiq - Bakuvi Təfsiri” adı altında çap edilmişdir.

Həmçinin net aləmində də mövcuddur.

 

13 Elm adamlarının, Turritopsis Dohrnii olaraq adlandırdıqları meduza, ölmürmüş. Bu məsələ, "Bütün canlılar ölümü dadacaqdır." ayəsinə zidd olmaz mı?

    "Elm adamlarının, Turritopsis Dohrnii olaraq adlandırdıqları bir növ meduza, ölmür!" şəklindəki məlumatın sərhədlərini müəyyən etmək, yəni bu ölümsüzlük müddətinin nə mənaya gəldiyini söyləmək çətindir. Belə bir meduzanın minlərlə il yaşadığı təsbit edilmişdirmi? Belə bir şeyin gerçək olacağı təqdirdə, Qur'an'la ziddiyyət təşkil edən bir tərəfinin olub olmadığı xüsusuna gələk:

    Qur'an belə buyurur:

- "Hər nəfs ölümü dadacaqdır." (Al-i İmran, 3/185; əl-Ənbiya, 21/35, Ənkəbut, 29/57)

- "Allah'ın Zat-ı Aqdesi xaricində hər şey həlak / yox olacaqdır. Hökm O`nundur və hamınız O'nun hüzuruna qaytarılacaqsınız. "(Qəsəs, 28/88).

- "Yerin üstündə olan hər kəs fanidir." (Rahman, 55/26).

    Bu və bənzəri ayələrdə "bütün canlıların öləcəyi, hər şeyin yox olacağı, sonra Allah'ın hüzuruna qaytarılacağı" hökmlərini görməkdəyik.

   - Bəzi örnəklərlə, "elmin gerçək məlumatları ila, Qur'an'ın doğruları arasında əsla bir ziddiyyətin olmayacağı" hökmünü gücləndirmək çalışaq:

    Meduza qrupundan Turritopsis Dohrnii növü, açıq dənizlərdə və okeanlarda yaşayır. Jelatinik bir bədən quruluşuna sahib olan bu meduzanın həyat dövriyəsi, kəpənəyin və ya ayıdöşəyi otlarının həyat dövriyəsini xatırlatmaqdadır.

   Necə ki, kəpənəyin həyat dövriyəsi; yumurta ilə başlayıb, bir tırtıl dövrəsi keçirməkdə və sonunda kəpənək olaraq həyatını davam etdirməkdədir. Kəpənəyin ölümüylə həyatı sona çatmır, yumurtasıyla bir mənada onun həyatı davam etməkdədir.

     Eyni şəkildə, bir ayıdöşəyi otunun həyat dövriyəsi, sporla başlamaqda, bu spor cücərib 5-10 qəpik böyüklüyündə, protal adı verilən bitkini hasil etməkdə, o protalin üzərində erkek və dişi orqanların inkişafıyla sperma və yumurta hüceyrələri təşəkkül etməkdə, bu sperma və yumurta hüceyrələrinin birləşməsilə də ayıdöşəyi otu hasil olmaqdadır. Bu ayıdöşəyi otu spor verməsiylə həyat çevrəsi davam etməkdədir.

     Bu meduzanın da həyat dövrəsi, poliplə başlayır, daha sonra bundan meduza adı verilən və sərbəst üzən dəniz anaları ortaya çıxır. Bu meduzdan plamula adı verilən struktur hasil olmaqda, bundan da stolonlu fərdlər hasil olmaqda, daha sonra bu stolonlu strukturlar polip fərdlərini verməkdə, onlardan da çoxlu polip inkişaf etməkdədir. Beləcə meduzanın həyat dövriyəsi tamamlanmış olmaqdadır.

   Burada yetkin fərdlərin fitri (təbii) həyatının dəqiq müddəti bilinmədiyinə görə, ingilizce "Nearly immortal" (demək olar ölümsüz) təbiri istifadə edilməkdədir.

    Bu mövzu mediada, "ölümsüz həyat" olaraq təqdim edildi. Bir də üstəlik bunun, Qur'an-ı Kərim'dəki "Hər nəfs ölümü dadacaqdır" ayəsinə tərs düşdüyü qabardılmağa çalışıldı.

    Bu meduzanın fitri ömrünün bilinmədiyi ifadə edilir. Ancaq, bu fərdlərin başqa canlılar tərəfindən yeyilmiş olmasıyla, onların hər birinin həyatı sona çatacaq.

    Yuxarıdakı ayənin mənası mütləqdir. Yəni, hər canlının öləcəyi ifadə edilir, lakin bunun üçün müəyyən bir dövr və müddət bildirilməmişdir. Dolayısilə, qiyamətin qopması zamanı canlıların həyatının sona çatması halında də bu ayənin işarə etdiyi məna ortaya çıxmış olacaq. Bu baxımdan, elmi məlumatlar olaraq irəliyə sürülən fikirlərin, ayənin ruhuna zidd bir tərəfi yoxdur. (Prof. Dr. Adəm Tatlı)

   

   Meduzalar, yastılaşmış və üzməyə münasib bədənə malikdir. Üzmə orqanı çətir şəklini almışdır. Bu canlıların beyinləri yoxdur. Beyin vəzifəsi, işığa və qoxuya həssas şəkildə inkişaf etmiş olan sinir sistemləri sayəsində təmin olunur. Kiçik balıqlarla və plankton adı verilən kiçik canlılarla bəslənirlər.

   Meduzalar yumurta və sperma yolu ilə çütlük olaraq çoxala bildikləri kimi, tumurcuqlanma şəklində çütlük olmadan da çoğalırlar. Çütləşəmdən törəmə zamanı böyüyən tumurcuqların yeni bir canlını vermək üçün əsas bədəndən ayrılaraq inkişafları təmin edilər.

   Yetkin dəniz analarına medüz adı verilir. Medüz halına gəlmiş dişi yumurtaları suya buraxır. Kişi meduza da spermalarını suya salar, yumurtalar suda döllənər. Döllənmə nəticəsində yumurtadan əvvəl sürfələr təşəkkül edər. Daha sonra polip mərhələsinə gəlir. Poliplərdən də meduza meydana gətirilər.

   Qur'an-ı Kərimin Zariyat Surəsinin 49. ayəsində Cənab-ı Haqq belə buyurur:

    "Hər şeydən də cüt-cüt yaratdıq ki, bəlkə, düşünüb öyüd-nəsihət alasınız."

   İşin əhli olanlar bu ayəyə fərqli mənalar vermişlər, yalnız erkek və dişi şəklində başa düşülməməsi lazım olduğuna diqqət çəkmişlər.

   Xülasə olaraq; Allah hər şeyi iki növ, yəni çeşid olaraq yaratmışdır.

   Məsələn; göy ilə yer, günəş ilə ay, gecə ilə gündüz, dənizlər ilə qurular, dünya ilə axirət bir cütdür. Eyni şəkildə; hidayət ilə dəlalət, səadət ilə kədər, həyat ilə ölüm, aydınlıq ilə qaranlıq, gözəlliklə çirkinlik, yoxsulluqla zənginlik, soyuq ilə istilik, erkek ilə dişi, müsbət ilə mənfi bir cütdür. Bu misallar daha artırıla bilər. Bunların hamısı o ayənin açıqlamasına daxildir.

   Bu ayə mənən deyir ki; Ey insanlar! Bunları nəzərə alaraqAllah'ın qüdrətini düşünməlisiniz. Bu qədər müxtəlif, ziddiyyət yaradan bir zat, əlbəttə insanları öldükdən sonra təkrar diriltməyə və etdiklərindən və etməsi lazım olub da etmədiklərindən hesab soruşmağa qadirdir.

    Yuxarıdakı sualdan başa düşülən odur ki, Allah'a inanmayanlar, bu inkarlarına guya elmi bir qılaf geyindirmək üçün bəzi canlıların fərqli cinsiyətlərinin olmadığını irəli sürürlər. Burada olduğu kimi, cahilliklərini ortaya qoymuş olurlar.

    Bir şeyin yoxluğuna qərar verə bilmək üçün bütün kainatı hər istiqamətiylə araşdırmaq lazımdır. Bunlar işin içərisində olmayan gənclərin imanını oğurlamaq üçün müxtəlif saxtakarlıqları edirlər və bu batil fikirlərini elmi məlumat kimi təqdim edirlər.

   Denizanasının ölümsüzlüyünü haradan bilirlər? Meduzalar başda kiçik balıqlar olmaqla dəniz canlılarının qidasıdır. Bunlar hər bir meduzanın yanında mı edirlər ki, onların ölümsüz olduğundan söz edirlər. Bir ildə dənizlərdə nə qədər meduza meydana gəlir və nə qədəri balıqlara yem olur? Bunu bilirlərmi? Belə bir araşdırma etmişlər mı? Bir meduzanın neçə il yaşadığını hansı təcrübələrlə ortaya qoymuşlar?

14 Maturidi kimdir?

   Muhəmməd bin Muhəmməd bin Mahmud, Əbu Mansur Əl Maturidi. Əhli Sünnətin iki məşhur əqidə məktəblərindən birinin qurucusudur. Təxminən 235/850-ci ildə indiki Özbəkistanın Səmərqənd şəhərinin Maturid kəndində anadan olmuşdur. (Muhamməd Əbu Zehra  İslamda Siyasi və Etiqadi Məzhəblər Tarixi, s. 236,)

   İmam Matüridinin ailəsi, hansı soydan gəldiyi və həyatı haqqında çox  bilgi yoxdur. Bu səbəblə haqqındakı müzakirələr olduqca çoxdur. Ərəb olduğunu irəli sürənlər əsasən  bəzi tarixçilərin İmam Maturidinin Əbu Əyyub Xalid bin Zeyd Əl Ənsarinin soyundan olduğunu qeyd etmişlər. Digər bir ehtimal isə əsərlərindəki dil və üslubdan, ayrıca Səmərqəndin Türklərin çoxluq təşkil edildiyi bir bölgə olmasından dolayı İmam Maturidi’nin Türk əsilli olduğu söylənilmişdi.

   Əhl-i Sünnət vəl-cəmaatın kəlam elmindəki rəisləri iki zatdır. Bunlardan birisi Hənəfi, digəri Şafii’dir. Hənəfi olanı, Əbu Mənsur Maturidi (رضي الله عنه), Şafii olanı isə Əbü’l Həsən əl-Əş’ari’dir (رضي الله عنه).

    Hər ikisi də bidət və dəlalət firqələrinə qarşı Əhl-i sünnət etiqadını müdafiə və  isbat edib anlatmışlardır. Aralarında elmi nöqtədə bəzi içtihat fərqləri vardır. Ancaq bu fərqlər təməldə deyildir. Təməldə hər ikisi də Əhl-i Sünnətdirlər və təməl fikirlərdə birləşmişlərdir. 

   İmam Matüridi (رضي الله عنه), İmam Əzəm Əbu Hənifədən (رضي الله عنه) nəqlən gələn inanç və etiqad bilgilərini isbat etdi və kitablara keçirdi. 

    İslam dünyasında hicri ikinci əsirdən etibarən bir tərəfdən ağla dayanan fəlsəfi elmlər tərcümə və təlif yoluyla yayılarkən, digər yandan yenə ağlı ifrat dərəcədə ön planda tutan Mötəzilə ortaya çıxmış və görüşlərini yaymağa başlamışdı. Buna qarşılıq etiqad və inanç mövzularını doğru şəkildə  ortaya qoymaq üçüb yeni izah tərzlərinə ehtiyac vardı. Bu yeni izah tərzləri nəqlə bağlı qalmaqla birlikdə ağla da əhəmmiyət verməliydi. Beləliklə fərqli bölgələrdə yetişən İmam Maturidi (رضي الله عنه) ilə Əbu Həsən əl-Əşari (رضي الله عنه) Əhl-i sünnətin kəlam elmini ortaya qoymuş və Əhl-i Sünnət etiqadını dəlalət firqələrinə qarşı qorumuşlardır.  

   Zamanında İmam Maturidi (رضي الله عنه) Orta Asiya xüsusən Səmərqənd və ətraf bölgələrdəki Karamitilər, Şiələr və Mötəzilə məzhəbi ilə mücadilə etmiş və böyük nəticə əldə etmişdir. Şərqdə Mötəzilə ilə İmam Maturidi (رضي الله عنه) mücadilə edərkən, müasirlərindən olan İmam əl-Əş’ari (رضي الله عنه) də eyni zamanda İraqda Mütəzilə ilə mücadilə etmişdir.  

     İmam Maturidi’nin həyatı, əsərləri, görüşləri, tələbələri və müasirləri haqqında bilgi ala biləcəyimiz ən qədim qaynaq Əbü’l-Muin ən-Nəsəfî’nin (رحمة الله ضد) Təbṣıratü’l-Ədillə’sidir. Ayrıca Fəxrəddin ər-Razi (رحمة الله ضد) və İmam Qurtubi (رحمة الله ضد) təfsirlərərində onun görüşlərinə yer vermiş. İmam Qurtubi (رحمة الله ضد) ondan “Əş-Şeyxəl-İmam” deyə bəhs etməkdədir. Bundan əlavə İmam Maturidi  "İmamul Hudə - Hidayət İmamı", "Aləmul Hudə - Hidayət Əlaməti" və "İmamul Mutəkəllimin - Kəlamçıların İmamı" ləqəbləriylə tanınır.

    Elmi sənədi: İmam Maturidinin, məşhur imamlardan olan Əbu Hənifə (رضي الله عنه) , Əbu Yusuf Əl Ənsari (رحمة الله ضد), Muhəmməd Əş Şeybəniyə ( رحمة الله ضد ) çatan yetərincə ciddi elmi sənədləri vardır. Belə ki, onun şeyxlərinin şeyxi Əbu Yusuf (رحمة الله ضد) və İmam Muhəmmədin (رحمة الله ضد) tələbələridir. Digər bir kanalla isə şeyxlərinin şeyxi birbaşa İmam Əbu Hənifədən elm təhsil etmiş və onun əqidəsini rəvayət etmişlər. Bu səbəblədə əqidədə metodu İmam Əbu Hənifənin yanaşmaları üzərində qurulmuşdur. Belə ki, onun məşhur beş əsərindəki etiqadı təhzib etmiş, zamanın ehtiyaclarına görə müxtəlif yönlərdən şərh və təkmil edərək dəstəkləmişdir.

    İmam Maturidinin (رضي الله عنه) elmi sənədləri aşağıdakı şəkildədir:

   1. Əbu Mansur Əl Maturidi → Əbu Suleyman Əl Curcani → İmam Muhəmməd Əş Şeybəni → Əbu Hənifə

   2. Əbu Mansur Əl Maturidi → Əbu Nasr Əl İyədi → Əbu Bəkr Əhməd Əl Curcani → İmam Muhəmməd  Əş Şeybəni → Əbu Hənifə

   3. Əbu Mansur Əl Maturidi → Nusayr bin Yahya Əl Bəlxi və Muhəmməd bin Muqatil Ər Razi →Əbul Muti Əl Həkəm bin Abdillah Əl Bəlxi və Əbu Muqatil Hafs bin Səlm Əs Səmərqandi → Əbu Hənifə

   4. Əbu Mansur Əl Maturidi → Əbu Nasr Əl İyədi, Əbu Bəkr Əhməd Əl Curcani və Nusayr bin Yahya Əl Bəlxi → Əbu Suleyman Əl Curcani → İmam Muhəmməd Əş Şeybəni və Əbu Hənifə

    5. Əbu Mansur Əl Maturidi → Nusayr bin Yahya Əl Bəlxi və Muhəmməd bin Muqatil Ər Razi-İmam Muhəmməd Əş Şeybəni- Əbu Hənifə

   6. Əbu Mansur Əl Maturidi → Nusayr bin Yahya Əl Bəlxi - Əbu Süleyman Musa b Süleyman əl- Curcani - Əbu Yusuf - Əbu Hənifə

   7. Əbu Mansur Əl Maturidi - Əbu Bəkr Əhməd Əl Curcani - Əbu Süleyman Musa b Süleyman əl- Curcani - Əbu Yusuf - Əbu Hənifə 

   8.Əbu Mansur Əl Maturidi - Nusayr bin Yahya Əl Bəlxi - Əbu Muqatil Hafs bin Səlm Əs Səmərqandi → Əbu Hənifə

   Məşhur şeyxləri:

1. Nişabur qadısı Əbu Bəkr Əhməd bin İshaq Əl Curcani

2. Muhəmməd bin Muqatil Ər Razi (v. 248 h/862 m)

3. Əbu Nasr Əhməd bin Abbas Əl İyədi (v. 268 h/881 m)

4. Nusayr bin Yahya Əl Bəlxi (v. 268 h/881 m

   Məşhur tələbələri:

    1. Əbul Qasim Həkim Əs Səmərqandi (v. 342 h/953 m). Türk dilinə də tərcümə edilmiş “Əs Savadul Azam” adlı əqidə kitabının müəllifidir.

2. Əbu Əhməd bin Əbi Nasr Əl İyədi (v. 361 h/971 m)

3. Əbu Muhəmməd bin Musa Əl Bəzdəvi (v. 390 h/1000 m)

4. Əbul Leys Əl Buxari (v. 373 h/984 m)

5. Əbul Həsən Əli bin Səid Ər Rustuğfəni (v. 345 h/956 m)

    Məşhur əsərləri:

1. Kitabut Təvhid (Tükcəyə çevrilmişdir).Bu kitabda  sapıq firqələrin sözlərinin yanlış olduğunu isbat edib, doğru etiqad olan Əhl-i Sünnət etiqadını çox mükəmməl bir şəkildə açıqlamışdır.

2. Aqidətu İmam Əbi Mansur Əl Maturidi (Tacuddin Əs Subkinin "Əs Seyful Məşhur fi Şərhi Aqidəti Əbi Mənsur" adlı şərhiylə ərəbcə və türkcə tərcüməli olaraq İstanbulda çap edilmişdir. İmama nisbəti mövzusunda bəzi tərəddüdlər vardır.)

   3. Ər Rədd alə Availil Ədillə lil Kabi

  4. Rəddu Təhzibil Cədəl lil Kabi

  5. Rəddu Vaidil Fussaq lil Kabi

  6. Ər Rədd aləl Qaramita - Karamita firqəsini rədd edən əsərdir.

   7. Kitabul Cədəl - Usül-u fiqh elminə dair əsərdir

   8. Bəyənu Vəhmil Mutəzilə - Mütəzilə firqəsinə rədd edən və çürüdən bir əsərdir.

9. Təvilətul Quran (Təvilatu Əhlis Sunnə).Təfsirə dair bənzəri olmayan əsərlərdən biridir. Səmərqəndi bu əsərə böyük bir şərh yazmışdır.

  10. Şərhu Fiqhil Əkbər

1   1. Məaxizuş Şərai- Fiqh elminə dair bir əsərdir.

   12. Rəddu Kitəbil İməmə li Bədir Ravafida -  Allah Rəsulunun Səhabələrinə düşman olanları rədd edən bir əsərdir.

   13. Kitəbul Məqalat fil Kələm - Kəlam elminə dair bir əsərdir.

   14. Rəddu Usulil Xamsə li Əbi Muhəmməd Əl Bəhili

  15. Risalə fil İmən

  16. Risələ fimə lə Yəcuzul Vaqfu Aleyhi fil Quran

   17. Kitabul Usul

   Alimlərin İmam Maturudi haqqında sözləri zəbt edilməyəcək qədər çoxdur. Əhli sünnətin bir çox böyük alimləri, xüsusilə hənəfi fiqhi mənsubları məhz onun əqidəvi məktəbinə tabe olub, onu özlərinə öndər seçmələri İmama öygü və təzkiyə olaraq yetər…

  İmam Matüridi (رضي الله عنه) h.333 ci ildə ( m.944) ildə  Səmərqənddə vəfat etmişdir.

15 Əhməd b. Hənbəlin tələbələrindən olan İmam Zühlinin İmam Buxariyə kafir dediyi doğrudurmu?

İddia:
    Əhməd b. Hənbəlin tələbələrindən olan böyük hədis alimi İmam Zühli Quranın məxluq olub-olmaması məsələsi haqqındakı düşüncələri səbəbilə İmam Buxarinin kafir olduğunu, onun məclisinə qatılmanın doğru olmadığını bildirmişdir. 

Cavab:
   İddia yanlışdır, Zühli İmam Buxarinin kafir olduğunu deməmişdir. Bu həm Zühliyə, həm də Buxariyə atılmış bir iftiradır.  

Bu məsələ haqqında düzgün fikir sahibi olmaq üçün əvvəlcə Quranın məxluq olub-olmaması (xalqul-Quran) mübahisəsinin yaranması haqqında məlumat sahibi olmalıyıq:

Quranın sonradan yaradılmış bir şey - məxluq olduğu düşüncəsini ilk ortaya atanlar mötəziləyə mənsub Cad b. Dirhəm (v. 118/736) ilə Cəhm b. Safvan (v. 128/745) olmuşdur. Daha sonra bu ikisinin fikirlərinə Bişr əl-Mərisi(v. 218/833) də qatılmışdır.

Bişr bu fikri yeni "dəlillərlə" əsaslandırıb sistemləşdirməyə çalışırdı. Xalqul-Quran mübahisələri Xəlifə Məmunun dövrünə qədər (170-218/776-833) davam edirdi. Məmunun dövründə iş yeni bir hal aldı: Belə ki, Xəlifə Məmun mötəziləyə uydu, Quranın (haşa) məxluq olduğu fikrini zorla alimlərə, hədisçilərə, fəqihlərə diktə etməyə başladı. İş o yerə çatdı ki, bunu qəbul etməyənlərə işgəncə tətbiq edildi.

Məmunun ilk zamalarında heç bir zor tətbiq edilmədiyi halda yalnızca hədə-qorxu səbəbilə bəziləri Quranın məxluq olduğu fikrini qəbul etdiyindən, hakim dairələr bu fikri alimlərə qəbul etdirmənin mümkünsüz olmadığını anladı. Artıq bu fikri qəbul etməyənlərə güc tətbiq edilməyə başlandı. Xəlifnin əmri ilə digərləri kimi Bağdad əmiri də o bölgənin alimlərini toplayır və onları Quranın məxluq olduğunu qəbul etməyə çağırır. Həmin dövrdə Bağdadda bu fikrə qarşı çıxıb Quranın məxluq olmadığını müdafiə edənlər dörd nəfər idi: Həsən b. Hammad, Ubeydullah b. Ömər,  Muhəmməd b. NuhƏhməd b. Hənbəl.

Bu dördünü həbs edib zəncirləyirlər. Bir neçə gün sonra Həsən b. Hammad və Ubeydullah b. Ömər dözməyib Quranın məxluq olduğunu qəbul etdiklərini söyləyirlər. Muhəmməd b. Nuh və Əhməd b. Hənbəl bu fikrə qətiyyətlə qarşı çıxdıqlarından və "yola gəlmədiklərindən" Xəlifə Məmunun olduğu şəhərə xəlifənin onları cəzalandırması üçün yola çıxarırlar. Yolda Muhəmməd b. Nuh vəfat edir. Xəlifəyə qarşı gəlib Quranın məxluq olduğu fikrinə qarşı çıxan Əhməd b. Hənbəl tək qalır.

Əhməd b. Hənbəl xəlifənin olduğu şəhərə çatmamış bu dəfə də xəlifə dünyasını dəyişir və yerinə Mötəsim (177-227/793-842) gəlir. Mötəsim də Əhməd b. Hənbəli Quranın məxluq olması fikrini qəbul etməyə çağırır, əks halda cəzalandırılacağını bildirir. Əhməd b. Hənbəl bu fikri qəbul etmək üçün onlardan Quranın məxluq olduğunu təsdiq edən dəlil istəyirdi. Lakin nə Mötəsimin, nə də mötəzilə alimlərinin Qurandan və hədislərdən Quranın məxluq olduğuna dair bir dəlilləri olmadığından İmam Əhmədə işgəncə verməyə başlayırlar.

28 ay (bəzi mənbələrə görə 18 ay) həbsdə qalan Əhməd b. Hənbələ özündən gedənə kimi hər gün şallaq vururlar. Özündən gedib-getmədiyini anlamaq üçün isə onu qılıncın ucu ilə dürtmələyirdilər.

Əhməd b. Hənbəlin zindan həyatı ilə yanaşı azadlığa buraxıldıqdan sonra çəkdiyi sıxıntılar da Xəlifə Mütəvəkkilin dövrünün başlanğıcına qədər davam edir. Xalqul-Quran məsələsi bir xaosa səbəb olduğundan Xəlifə Mütəvəkkil bu mövzudan danışılmasını belə qadağan edir.

Artıq ümmətin 14 illik çəkdiyi əzab-əziyyət geridə qalmış, Əhməd b. Hənbəl haqlı olaraq özünün dostlarının da daxil olduğu bir qrup alimdən küsmüşdü. Çünki onlar Xəlifə Məmuna lap əvvəllərdən müqavimət göstərsə idi, zülüm və işgəncə bu qədər yayılmaz, sırf bir məsələyə görə bütün ümmət 14 il əziyyət çəkməzdi.

İmam Zühli də həmin İmam Əhmədin - ən yaxın dostu olan Yəhya b. Maindən belə Xalqul-Quran məsələsinə görə küsən İmam Əhmədin tələbəsi olmuşdur. 

Bu səbəblə on dörd illik əziyyətdən sonra -İmam Əhmədin digər tələbələri kimi- İmam Zühlinin də Quran haqqındakı ifadələrə diqqətlə yanaşdığı və bu mövzuda həssas olduğu hamıya məlumdur.

250-ci ildə bir gün İmam Buxarinin Nişapur şəhərinə gələcəyi eşidilir. İmam Zühli özünün də onu qarşılamağa çıxacağını bildirir. Lakin tələbələrindən istəyir ki, Buxaridən Quranın məxluq olub-olmaması haqqında söz soruşmasınlar. Çünki Zühli İmam Buxarinin bu mövzuda nə deyəcəyini bilmirdi və onların fikrinə zidd bir şey deməsindən, bu xaman da iğtişaşın yaranmasından qorxurdu. Böyük kütlənin arasında biri İmam Buxaridən Xalqul-Quran məsələsi haqqında soruşur. Qeyd edək ki, hal-hazırda bu mövzu haqqında danışanlar Buxarinin sözlərini təhrif edirlər. İmam Buxarinin cavabının məzmunu belədir:

Bizim gördüyümüz işlər məxluqdur, sonradan yaradılmışdır. Bizim Quran oxumağımız məxluqdur, lakin oxuduğumuz Quran məxluq deyildir. Quranı yazmağımız məxluqdur, lakin yazdığımız Quran məxluq deyildir. Hətta Ənkəbut surəsinin 49-cu ayəsində deyildiyi kimi hafizlərin qəlblərində olan ayələr də məxluq deyildir, Allahın kəlamıdır.

Məlumdur ki, Buxarinin sözləri doğru olsa da, mənbələrdə nə Quranın məxluq olmadığını bildirən, nə də Quranın məxluq olduğunu bildirən hədis vardır. Yəni bu mövzuda Rəsulullah və əshabı bircə söz belə deməyiblər.

Bu səbəblə də İmam Zühli müəllimi İmam Əhməd kimi haqqında Rəsulullahın danışmadığı bir imani məsələdə doğru belə olsa, bir söz deməyi bidət sayırdı.

Buxarinin də bu mövzuda danışmasını bidət hesab etmiş və Quran oxuyan adamın tələffüzünün məxluq hesab edənin bidətçi olacağını bildirdiyindən İmam Buxariyə bidətçi demiş, Buxari ilə eyni fikri bölüşməyən insanları onun məclislərinə qatılmamağa çağırmışdır.

Deməli, İmam Zühli İmam Buxariyə "kafir" yox, "bidətçi" (dinə yenilik gətirən) demişdir. 

Onun Buxariyə "kafir" dediyini bildirənlərin mənbə olaraq göstərdikləri Zəhəbinin "Ə'lamün Nübəla" kitabında da Buxariyə "kafir" dediyi yazılmayıb. Orada yazılıb ki, Zühli: "Quranın məxluq olduğunu bildirən adam imandan çıxar, Quran oxuyan adamın tələffüzünün məxluq hesab edənlər isə bidətçi olar", - demişdir. 

Bununla birlikdə İmam Buxari onu bidətçi hesab edən Zühlinin rəvayət etdiyi otuzdan çox hədisi öz "Camius-Səhih" adlı kitabına daxil etmişdir.

Qısacası, bu mövzuda da sırf bir hədis alimini tənqid edə bilmək üçün iftiraya baş vurulmuş, həm "Ə'lamun Nübəla" kitabının müəllifi olan Zəhəbiyə, həm İmam Zühliyə, həm də İmam Buxariyə böhtan atılmışdır.

İstifadə olunmuş ədəbiyyat:


1. Halku'l-Kur'an | Sorularla İslamiyet
2. Kuran okurken çıkardığımız lafızlar mahluk mudur? | Sorularla İslamiyet
3. Zühlî maddesi | TDV İslâm Ansiklopedisi
4. İslamoğlunun "Buhâri ehl-i hadis olduğu halde bakın nasıl öldü" videosuna tenkid | Abdullah Erkan

16 Keçmişin İmanı və Müasir Elm

   Dini mətnlərdə məzmun tənqidi avropalıların kəşf etdiyi bir yenilik deyildir. Erkən bir dövrdə hədislərin məzmunu tənqid olunub. Müsəlman alimlər uydurma, saxta hədislər barəsində məlumat verən kitablar qələmə alıblar. Əbu Said Muhəmməd bin Əli bin Amr ən-Nəqqaş əl- Əsbəhəni’nin (vəfatı h. 414) “əl-Məvduat”, İbnul-Qaysərani’nin (vəfatı h. 507) “Təzkiratul-Məvduat”, əl-Hüseyn bin İbrahim əl-Cəvzəqani’nin (vəfatı h. 543) “əl- Əbətil val-Mənəkir vas-Sihah val-Məşəhir”, Əbul-Fərac İbnul-Cəvzi’nin (vəfatı h. 597) “əl-Məvduat”, Əbu Həfs Ömər bin Bədr əl-Məvsili’nin (vəfatı h. 622) “əl-Aqidətus-Sahihə fil-Məvduat əs-Sariha” və “əl-Muğni anil-Hifzi val-Kitəbə”, Əbul-Fədl əl-Həsən bin Muhəmməd əs-Sağani’nin (vəfatı h. 650) “əl-Məvduat” kitabları və daha başqa kitablar bu mövzuda yazılmış ədəbiyyatın yalnız bir hissəsidir. Hədislərin məzmun baxımından tənqid olunmasına dair elm ayrıca bir maddə kimi kitablarda təlif olunub. Bunun ən məşhur misalı bəlkə də səkkizinci əsrin böyük alimlərindən İbnul-Qayyim əl-Cəvziyyə’nin (h. 691-751) “əl-Mənər əl-Munif fit-Təshih vat-Təd’if” kitabıdır. İbnul- Qayyimə verilmiş “sənədinə baxmadan hansısa ölçüyə əsasən uydurma hədisi tanımaq mümkündürmü?(“əl-Mənər əl-Munif”, səh: 43) sualına cavab olaraq bu kitabı ömrünün sonuncu üç ilində yazıb bitirmişdir. Kitabda uydurma və xətalı hədisləri tanımaq üçün çox sayda əlamətlər zikr edir. Bir başqa kitab məşhur mühəddis Saləhuddin əl-Aləi’nin “ət- Tənbihət əl-Mucmələ” adlı həcmcə kiçik bir kitabıdır. O, bu kitabında isnad baxımından səhih olan 23 hədisin mətnini tənqid edir və onların xəta olduğunu müxtəlif səbəblərlə izah edir. Şəmsuddin əz-Zəhəbi “Mizənul-İtidəl” adlı kitabında fərqli yerlərdə mətnlərin məzmununu tənqid edib. Biz o misalların hamısını bu kitabımızda qeyd etmədik, lakin kifayət qədər misal mövcuddur. Bütün bu misallar əlbəttə ki, hədis əhli məktəbindən göstərdiyimiz misallardır. Rəy əhlinə gəldikdə isə onlar bir miqdar hədisi məzmun və məna baxımında daha geniş çapda tənqid ediblər. Bu mədrəsənin ən qədim misalı bəlkə də İsa bin Əbən (vəfatı h. 221) sayıla bilər.

   Anlamaq lazımdır ki, tarixi mətnləri oxuduqda orada gördüyümüz mətnin özündən daha çox bizim öz dünya görüşümüzdür. Həqiqət budur ki, içimizdəki hər bir fərd yaşadığı mühitin təsiri altında proqramlaşıb və bizim gördüklərimiz əslində bu proqramlaşmış fərdin görmək istədikləridir. Bu proqramın bir hissəsi olaraq biz bütün insanlar arasında ümumi və ortaq düşüncənin olduğuna inanırıq və tarixi məntlər bu düşüncəyə zidd göründükdə dərhal beynimizdə sual işarəsi əmələ gəlir. Bu baxımdan biz məntiq ilə proqramlaşmış düşüncə arasında fərq qoymalıyıq. Müasir kütləvi informasiya vasitələrinin təsirinə məruz qalmamış biri də səmanın yuxarıda, yerin aşağıda olduğuna inanır, iki ayrı şeyin eyni bir şey olmayacağını, bir şeyin eyni zamanda iki ayrı yerdə ola bilməyəcəyini və bunun kimi məntiqi, universal prinsipləri bilir və təsdiqləyir. Bir də burada çoxumuzun “sağlam düşüncə” deyərək qarşımızdakını inandırmağa çalışdığımız rerefens nöqtəsi də mövcuddur. Biz universal olduğuna inandığımız bu “sağlam düşüncə” heç də hər zaman universal deyildir. Professor Jonathan Brown buna iki maraqlı misal verir.

   Məişət şərtlərində maliyyə krizisi yaşayan hər bir ailə xərclərini azaltmağa çalışacaq, çünki bu, sağlam düşüncədir. Lakin bu sağlam düşüncə dövlət səviyyəsində çalışmır, çünki müasir iqtisadiyyatın etiraf etdiyi nəticələrə əsasən iqtisadi böhrandan çıxmaq üçün dövlətin əksinə daha çox maliyyə xərcləməsi lazımdır. Burada artıq sadə “sağlam düşüncə” çalışmır, çünki bu, ekspertiza tələb edir.

   Həmçinin “sağlam düşüncə” bizə deyir ki, əhalinin sayının azalması üçün orada xəstəliklərin artması, ölüm hallarının çoxalması lazımdır. Ancaq bu gün dünya əhalisini azaltmaqda maraqlı olan təşkilatlar və fondlar bu məqsədə çatmaq üçün insanın həyatının uzadılması, səhiyyə imkanlarınınyaxşılaşdırılması üçün investisiya yatırırlar. Cəmiyyətdə səhiyyə imkanlarının yaxşılaşması halında əhalinin sayının azalması fikri statistik əsaslara dayanır. Bunun mexanizmini dərk etməsək də ilk baxışdan “sağlam düşüncə” ilə toqquşduğunu düşünmək olar. Bunu dərk etmək nə üçün bu qədər önəmlidir? Bu gün müsəlmanların gözlərində canlandırılan mənzərə budur ki, hədislərə qərbli orientalistlərin obyektiv, rasional, kritik və neytral baxışı müqabilində keçmiş müsəlman alimlərin qapalı, doqmatik və ənənəvi baxışı durur. Çox təəssüf ki, günümüzün müsəlmanları bu mənzərəyə inanırlar. Müsəlmanlar düşünürlər ki, müasir qərbli alimlərin əlindəki kritik alətlər və müasir elmi kəşflər qədim müsəlman alimlərin zamanında mövcud olmadığı üçün onların səhih saydıları bəzi hədisləri müasir metodlar inkar ediblər. Amma həqiqət budur ki, bu gün tənqid olunan elə bir hədis yoxdur ki, keçmiş zamanlarda o hədislə bağlı fərqli qruplar tərəfindən edilmiş eyni və ya bənzər tənqidlər mövcud olmasın.

    Misal üçün əl-Buxari’nin rəvayət etdiyi bir hədisdə Əbu Zərr deyir: “Günəş batdıqda peyğəmbər aleyhissalətu vassələm – dedi: “Onun hara getdiyini bilirsənmi?” Dedim: “Allah və rasulu daha yaxşı bilir!” Dedi: “O gedərək Ərşin altında səcdə edir, izn istəyir və ona izn verilir.” (“Sahih əl-Buxari” (3199))

    Bu hədis bu gün müzakirə olunan və tənqid olunan hədislər arasındadır. Müasir astronomiyadan məlumdur ki, Yür kürəsi Günəş sistemində digər planetlər kimi onun ətrafında fırlanır. O zaman günəşin səcdə etməsi, batdıqdan sonra Yer kürəsinin altında izn alıb yenidən şərqdən çıxması cəfəngiyat kimi görülə bilər. Amma bu hədisin müzakirəsi son iki əsrdə başladılmayıb. Namazın vaxtlarını dəqiq öyrənmək üçün astronomiya elmlərini öyrənən müsəlman alimləri erkən bir vaxtda günəşin Yer kürəsindən böyük olduğunu, Yerin kürə formasında olduğunu, günəşin bir yerdə batarkən digər yerdə hələ də səmada olduğunu və tamamilə başqa yerdə təzəcə doğduğunu bilirdilər. Həmçinin bilirdilər ki, günəş Yer kürəsinin bəzi yerlərində uzun bir müddət batmır və bəzi yerlərində isə uzun bir müddət çıxmır. Hətta bəzi hallarda ateistlər və ya başqa dinin nümayəndələri bu və bənzər hədisləri müsəlmanların dininə hücum etmək üçün misal gətiriblər.

   Nəcmuddin ət-Tufi’nin (h. 657-716) “əl-İntisarat əl-İsləmiyyə” kitabından bizə məlumdur ki, onun zamanında bir xristian ərəb dilində müsəlmanlar üçün İslam dinini tənqid edən bir kitab yazıb və orada Kəhf surəsindəki “nəhayət günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü” ayəsini, Yasin surəsindəki “günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər” ayəsini və bu hədisi misal gətirir. Sonra deyir: “Bunların hamısının batil olduğu astronomiya elmindən azca biliyi olan hər bir kəsə aşkardır, çünki günəş öz orbitində həmişə dövr edir və o, dördüncü planetdir və o, nə qara palçıqlı çeşmədə batmır, nə də onun üçün müəyyən olunmuş bir yerə axmır, çünki onun dayandığı bir nöqtə yoxdur.(“əl-İntisarat əl-İsləmiyyə fi Kəşfi Şubəh ən-Nəsraniyyə”, 1/362)

Görürük ki, miladi on üçüncü əsrdəki xətalı astronomik biliklərə əsasən Quran ayələri və hədislər tənqid olunur. əl-Qadi Əbu Bəkr İbnul-Arabi əl-İşbili (h. 458-543) deyir: “Qəflət əhlindən bir qrup (müsəlman) ateistlərə tabe olaraq günəşin səcdə etdiyini inkar ediblər.(“Aridatul-Əhvazi bi Şərhi Sahih ət-Tirmizi”, 9/25)

   Miladi təqvim ilə on birinci və on ikinci əsrin müsəlman İspaniyasında, daha dəqiq desək İşbiliya, indiki adı ilə Sevilya şəhərində yaşamış bu tanınmış alim öz dövründə gedən söhbətlərdən xəbər verir. Əmin ola bilərik ki, bu etirazlar ümumilikdə müsəlman dünyası üçün, xüsusilikdə müsəlman alimləri üçün yeni bir şey deyildi. Beləliklə də bu gün müsəlmanların ağlında əmələ gələn suallar min il öncə də müsəlman alimlərin ağlında mövcud idi. O zaman müasir müsəlmanlar ilə 500 il və ya 1000 il bundan öncə yaşamış müsəlman alimləri arasındakı fərq nədir? Bu fərq hədisin mətni ilə bağlı deyildir, onların görə bilmədiklərini biz görmüş deyilik. Xeyr! Bizim gördüyümüz problemləri onlar da görürdü. Sadəcə olaraq məsələ bu problemlərlə necə davranmalıyıq sualına, bu problemlərə necə reaksiya verməliyik sualına bağlıdır. Klassik müsəlman alimlərinin göstərdikləri reaksiya ilə müasir müsəlmanların reaksiyası arasındakı fərq bizim dünya görüşümüzdəki fərqə görədir. Biz dindən nə gözləyirik? Din necə olmalıdır, necə hiss olunmalıdır? Bu suallara onların verdiyi cavab ilə müasir müsəlmanların cavabı arasında aşkar bir fərq vardır və bu fərqin hardan qaynaqlandığını təxmin etmək çətin deyildir. Günümüzün həqiqəti budur ki, müsəlmanların bir hissəsi Qərb coğrafiyasında mühacirlər olaraq yaşayırlar, müsəlman torpaqlarında yaşayanlar da kolonialist dövlətlərin qurduqları institutlardan, təhsil ocaqlarından keçiblər. Biz islam ənənəsində əsli olmayan bir çox fikri Qərbin təlimlərindən götürmüşük. Qərbin texniki və hərbi gücü qarşısında 19-cu əsrdən başlayaraq müsəlman dünyası özünü zəif hiss etməyə başlayıb və artıq Avropa və Amerikada doğan fikirlər xüsusi bir cazibə qazanıb, onlar başqa sözlə müsəlmanları maqnit kimi özünə çəkir. Bunun gözəl misalını musiqi zövqündə görmək mümkündür. Azərbaycanda Qərb musiqisini sevən gənclər ilə muğamata könül bağlamış yaşlı nəsil üzərində düşünmək bunu anlamağa kömək edə bilər. Bu gün də özünü bu və ya başqa cür qərblilərə bənzətmək istəyən müsəlmanlar özlərini intellektual, rasional göstərməyə çalışırlar. Şərqə xas olan metafizik dünyaya inam, ruhanilik və mənəviyyatçılıq xüsusiyyətlərini özündə gizlətməyə çalışdıqlarını görərsən, mütaliə dairələrində qərbli filosofların kitablarını da göstərməyi sevərlər. Ona görə də müasir müsəlmanlar keçmişdən bəri məlum olan problemlərə bu gün daha sərt reaksiya verirlər, keçmiş alimlərin təqdim etdikləri təvillər ilə kifayətlənmək istəmirlər, özlərini daha rasional, daha intellektual göstərmək üçün onların tamamını inkar etməyi daha uyğun hesab edirlər. Bu intellektual dairəyə daxil olmağa ehtiyac hissi də əslində materialist Qərbin rişxəndli baxışlarından qurtulmaq üçündür. İyirminci əsrin əvvəllərində Muhəmməd Raşid Rida ilə əzharlı şeyx Yusuf bin Əhməd əd-Dicvi (1287-1365/1870-1946) arasında gedən münaqişəni də məhz bu fərqliliyin işığında anlamaq olar. (Raşid Rida özünə aid olan “əl-Mənar” jurnalında hədisləri tənqid edərkən Şeyx əd-Dicvi də əl-Əzhar universitetinin rəsmi jurnalında ona cavablar verirdi. Günəşin ərşin altında səcdə etməsi hədisi də bu münaqişənin mövzularından biri idi.)

   Bil ki, əziz oxucu, klassik müsəlman alimlər hədisi hərfi şəkildə başa düşməmişdilər. Axı günəşin kürə şəklində olduğunu bilməkləri, alnının olmadığını dərk etməkləri hədisdəki səcdənin hərfi mənada olmadığını özlüyündə xəbər verirdi. Ərəb dilinin geniş geniş imkanlarını onlar bizdən də gözəl bilirdilər. Əlbəttə ki, ərəb dilində “səcdə” sözünün Qur`anda itaət mənasında, boyun əymək mənasında keçdiyindən agah idilər. Allah – cəllə cələluhu – buyurur: “Ulduzlar da, ağaclar da səcdə edir.(ər-Rahmən, 6). Bir başqa ayədə isə “məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? deyir (əl-Həcc,22). Gəlin hicri altıncı, miladı on ikinci əsrdə vəfat etmiş sevilyalı müsəlman qazisinə qayıdaq. Onun bu hədislə bağlı apardığı müzakirədən bəzi hissələri təqdim etmək istəyirəm. İbnul-Arabi deyir: 

    “Qəflət əhlindən bir qrup (müsəlman) ateistlərə tabe olaraq günəşin səcdə etdiyini inkar ediblər və (günəşin səcdəsi) səhihdir, caizdir, mümkündür... “Ərşin altında” sözü ilə qəsd etdiyi “hakimiyyəti altında” mənasıdır... və günəş bütün halı ilə ərşin altında ərşin sahibinə səcdədədir və onun səcdə etməyinin bizə aşkar seçkin şəkildə göründüyü ən xüsusi halı isə batdığı və çıxdığı haldır və bu iki yerdə ən son mənzilləri arasındakı hərəkətidir... Bizə görünmədikdə belə günəş daimi hərəkətdə olsa da bizim müşahidəmizdə o, dayanmış kimidir; beləliklə də müşahidə olunan hərəkətin yoxa çıxmasını bizə nisbətdə dayanmaq” sözü ilə ifadə etmişdir... “Ərşin altında” deməsi də doğrudur, çünki Yer üzündəki hər bir şey ərşin altındadır, hətta bütün aləm ərşin altındadır, çünki hər bir şey mülk sahibinin əlindədir. Günəş də Onun qüdrəti və qəhri altındadır və (qüdrət, qəhr) mülkün və ərşin mənasıdır, beləliklə də bu bəlağətli məna ilə günəş onun altında olur.” (“Aridatul-Əhvazi bi Şərhi Sahih ət-Tirmizi”, 9/25-26;)

   Bu alim hansısa marginal bir qrupun nümayəndəsi olmayıb, əksinə müsəlman dövlətində qazi olaraq çalışmış, Şərqdən Qərbə qədər geniş müsəlman ərazilərində səyahət etmiş görkəmli bir İslam alimidir. Ateistlər hədisin hərfi mənasını inkar ediblər, müsəlman alimlər isə onsuz da hədisi hərfi mənada qəbul etmirdilər. Eyni vəziyyət bu gün də davam edir, dəyişən yeganə hal budur ki, indiki zamanımızda propaqanda maşınını idarə edənlər dinə geriçilik və xurafat libası geyindiriblər, digər tərəfdən isə ateizm, dünyəvilik üçün rasionallıq, intellektuallıq obrazı yaradıblar.

   Eyni şəkildə Quranda zikr olunan və səhih hədislərdə keçən “ayın ikiyə bölünməsi” möcüzəsinə də etiraz ediblər.  (“O saat yaxınlaşdı və Ay (ikiyə) parçalandı. Onlar bir möcüzə gördüklərində üz döndərib “tez keçib gedən bir sehrdir” deyirlər.” (əl-Qamər, 1-2)).

    Eyni dövrdə yaşayan bir başqa müsəlman alimi əl-Qadi İyad bin Musa əl-Yəhsubi (476-544/1083-1149) “əş-Şifə bi Tərifi Huquqil-Mustafə” adlı kitabında deyir: “Bədbəxt birinin “əgər bu (həqiqətən də) baş versəydi Yer əhalisindən gizli qalmazdı, çünki bu, hamıya görünən bir şeydir” deməyinə də əhəmiyyət verilməməlidir...(“əş-Şifə bi Tərifi Huquq əl-Mustafə”, səh: 176)

   İyad əl-Yəhsubu də Əndəlüsün Qranada bölgəsindəndir, eyni mühit və eyni cəmiyyətdə gedən müzakirələrdən bu şəkildə xəbərimiz olur. Təbii ki, möcüzələrə, Allahın sonsuz qüdrətinə inanan bir müsəlman olaraq o, bu xəbərləri müdafiə edir.

  O, bu etiraza belə cavab verir: “Bizə belə bir xəbər gəlməyib ki, o gecə bütün Yer əhli ayı müşahidə ediblər və onun parçalandığını görməyiblər. Yalan üzərində razılaşmaqları imkansız olacaq çoxluqda adamdan bizə (belə bir şey) nəql olsaydı yenə bizə qarşı bir dəlil olmazdı. Çünki ay Yer üzünün bütün əhalisi üçün bir həddə deyildir; bir qövmün üzərinə çıxmadan öncə başqalarına görünür. Bir qövmə Yer üzünün başqa ölkələrindən onların müqabilində olanlara görünənin ziddi görünə bilər və yaxud da ay ilə onların arasında buludlar və dağlar girə bilər. Bu səbəblə də eklips hadisəsini bəzi ölkələrdə gördükləri halda başqa ölkələrdə görə bilmirlər. Bəzi yerlərdə cüzi görürlər, bir başqa yerdə isə tam şəkildə görürlər. Bəzi ölkələrdə isə bunu yalnız bu elmə iddialı olanlar bilirlər. Bu, Allahın təqdiridir. Ay möcüzəsi də gecə olmuşdu və gecə vaxtı sakitçilik, qapıları bağlamaq, təsərrüfatı durdurmaq insanların adətindəndir və fürsətdən istifadə edib səmanı müşahidə edənlərdən istisna olmaqla səma hadisələrindən demək olar ki, heç bir şey haqqında xəbərləri olmur. Eləcə də ay tutulması ölkələrdə tez-tez baş vermir və insanların əksəriyyəti onlara xəbər verilməyənə qədər bu barədə bilmirlər. Bir çox halda etibarlı insanlar bəzi hallarda gecə səmadan üzə çıxan işıqlar, böyük parlaq ulduzlar barədə müşahidə etdikləri əcaib şeylər danışırlar və heç kəsin bundan xəbəri olmur.”

    Musa peyğəmbərin – aleyhissələm – ölüm mələyinin gözünü çıxarması haqqında “Sahih Muslim”də keçən hədisə də əsrlər öncə etiraz edilib. Tunisli alim Əbu Abdilləh Muhəmməd bin Əli əl-Məziri (453-536/1061-1141) deyir:

Bu hədis ateistlərin tənə etdikləri hədislərdəndir. Bunun səbəbi ilə əsərləri nəql edənlərə lağ edirlər və deyirlər: “Bir peyğəmbərin bir mələyin gözünü vurub çıxarması necə mümkündür?! Bir mələyin ümumiyyətlə gözü necə çıxa bilər ki?! Bəlkə də İsa gəldikdə digər gözünü də çıxarıb və kor olub!(“əl-Mu’lim bi Fəvaid Muslim”, 3/230;)

  Bu hədis əl-Məziri’nin dövründən öncə də mübahisələrə səbəb olmuş bir hədisdir. İbn Xuzeymə (h. 223-311), İbn Hibban (h. 274-354) kimi daha qədim alimlərin bu hədisin mənasını kitablarında müdafiə etdiklərini oxuduğumuzda hədisə qarşı etirazların çox qədim olduğunu anlayırıq.

  Alimlərin bu hədislə bağlı izahları çoxdur. Lakin bunlardan ən qədim olan alimlərin izahları budur ki, mələk Musanın gözünə onun tanımadığı bir surətdə görünmüşdür. Musa da evində tanımadığı bir kişini gördükdə ona yumruqla vurmuşdur. Bunun üçün İbn Hibban Qur`andan bəzi ayələr zikr edir. Misal üçün Hud surəsində Allah mələklərin İbrahimin yanına gəldiyini xəbər verir: “Elçilərimiz İbrahimə müjdə gətirdilər və “salam” dedilər. O da “salam” dedi və dərhal qızardılmış bir buzov gətirdi. Yeməyə əl vurmadıqlarını gördükdə onlar onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü.” (Hud, 69-70) Həmçinin Lut peyğəmbərin yanına gəldiklərində o və qövmü onların mələk olduqlarını anlamamışdılar. Ona görə də Lut peyğəmbər yanına kişi surətində gəlmiş mələkləri qövmünün şərrindən qorumağa çalışırdı. Həmçinin Məryəm haqqında da Allah – cəllə cələluhu – buyurur:

“Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş və onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuzu onun yanına göndərdik. O, Məryəmin qarşısında tam insan surətində peyda oldu. (Məryəm) dedi: “Mən səndən ər-Rahmənə sığınıram! Əgər müttəqisənsə (mənə toxunma)!” (Məryəm, 16-18)

   Bu ayədən də göründüyü kimi Məryəm onun mələk olduğunu anlamayıb, evinə yad bir kişinin daxil olduğunu zənn edərək özünü qorumağa çalışmışdır. Ona görə də Musa peyğəmbərin ölüm mələyini görüb tanımaması qəribsənilməməlidir. Ola bilsin ki, Allah sonsuz hikməti ilə Musa peyğəmbəri sınamışdır.

   İmam Muslim “əs-Sahih” kitabında Ənəs bin Malik’in belə dediyini rəvayət edir: “Bir nəfər Allahın elçisinin – salləllahu aleyhi va səlləm – ummuvələdi ilə ittiham olunurdu. Buna görə də Allahın elçisi – salləllahu aleyhi va səlləm – Əliyə dedi:

   Get və onun boynunu vur!” Əli onun yanına gəldi, gördü ki, bir quyuya girib orada sərinlənir. Əli ona dedi: “Çıx ordan!” Əlini uzatdı və onu oradan çıxardı. Bir də gördü ki, adam məcbubdur, kişilik orqanı yoxdur. Əli ondan əl çəkdi və sonra peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəldi və dedi: “Ey Allahın elçisi, o məcbubdur, kişilik orqanı yoxdur.”  (“Sahih Muslim” (2771))

   Bu hekayə peyğəmbərin – aleyhissələm – kənizi qibti Mariya ilə bağlıdır. Münafiqlər bir nəfərin onun yanına daxil olduğunu, onunla zina etdiyini söyləyərək peyğəmbərə əziyyət verirdilər. Buna görə də Allahın elçisi – aleyhissalətu vassələm – Əliyə həmin adamı öldürməyi əmr edir. Əli adamın gündüzün istisindən qorunub sərinlik tapmaq üçün lüt şəkildə quyuya girdiyini görür və oradan çıxardıqda haqqında söylənənlərin doğru olmadığını görür. Şeyx Muhəmməd əl-Ğazzəli bu hədisi “əs-Sunnə ən-Nəbəviyyə beynə Əhlil-Fiqhi va Əhlil-Hədis” adlı kitabında inkar edir. Onun bu hədisə etiraz səbəbi də qədimdən alimlərin qarşısında problem olaraq durub. Hətta İbnul-Qayyim’in sözündən anlaşılana əsasən elm əhlindən bəziləri “Sahih Muslim” kitabında keçməsinə baxmayaraq bu hədisi səhih saymayıblar. İbnul-Qayyim “Zədul-Məad” kitabında (5/15) deyir: “Bu hökm alimlərdən bir çoxuna problemli görünüb və buna görə də onlardan bəziləri hədisi zəif sayıbdır...

  İbnul-Cəvzi hədisdəki problemi bu şəkildə zikr edir: “Bu hədisə qarşı bir etiraz vardır və (etiraz olaraq) demək olar ki, peyğəmbər salləllahu aleyhi va səlləm - sadəcə ittihama əsasən necə bir nəfəri öldürməyi əmr etdi?!(“Kəşful-Muşkil min Hədisis-Sahiheyn”, 3/309)

 Bu problemlə bağlı müzakirəni biz hətta İbn Cərir ət-Tabəri’nin, İbn Həzm əl-Əndəlüsi’nin kitablarından oxuya bilirik. O dövrdən bu əsrə qədər müzakirə davam edir və müsəlman alimlər bu etirazlara müxtəlif yönlərdən cavab veriblər.

   Bu cavabların xülasəsi budur ki, peyğəmbər – aleyhissələm – dəlilsiz, sübutsuz heç kimi öldürməyi əmr etməyib. Yəni İslam alimləri bu hədisdən etiraz edənlərin başa düşdüyünü götürməyiblər. Bu hədisdə zikr olunmasa da digər xəbərlərdən bilirik ki, ittiham olunan adam Mariya’nın əmisi oğlu idi. İkisi də Misir kralı tərəfindən peyğəmbərə - aleyhissələm – hədiyyə edilmişdi. Qeyd edirlər ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – qulun axtalanmış olduğunu, hətta kişilik orqanının tamamilə mövcud olmadığını bilirdi. Çünki onun bundan xəbərinin olmaması iki səbəbə görə çox uzaq bir ehtimaldır. Birinci səbəb budur ki, şəriət qul sahiblərinə onların qayğısına qalmağı, ehtiyaclarını qarşılamağı əmr edir. Allahın elçisi – salləllahu aleyhi va səlləm – nümunəvi bir şəxsiyyət kimi bu məqama daha layiqlidir və köləsinin ehtiyacları ilə maraqlandığı halda bundan xəbərinin olmaması real görünmür. İkinci səbəb isə budur ki, Misir kralının hədiyyə verdiyini rəvayət edən səhabələr kölənin axtalanmış olduğunu zikr edirlər. Bu əmrin məqsədi peyğəmbərin öz ailəsini münafiqlərin iftirasından təmizləmək idi. O, Mədinə əhlinin qarşısında öz əmisi oğlu Əli bin Əbi Talibə gedib ittihamı yoxlamağı və doğrudursa onu öldürməyi əmr edir. Əli onun arxasınca getdikdə hamının qarşısında onun axtalanmış olduğunu üzə çıxarır, öldürməkdən əl çəkir və bu şəkildə də yayılan şayələrə son qoyur. Bunun bu şəkildə baş verdiyini, insanların qarşısında olduğunu biz əl-Bəzzar’ın rəvayət etdiyi hədisdən öyrənirik. İbn İshaq “əs-Sira” kitabında (səh: 271) deyir: “İbrahim bin Muhəmməd bin Əli bin Əbi Talib mənə atasından, o da babası Əli bin Əbi Talibdən belə dediyini xəbər verir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – məni çağırdı. İbrahimin anası Mariya’ya onu ziyarət edən, tez-tez yanına gələn əmisi oğlu qibti haqqında (deyilənlər) ağır gəlmişdi. Buna görə də Allahın elçisi – salləllahu aleyhi va səlləm – mənə dedi: “Bu qılıncı götür və get! Əgər onun yanında tapsan öldür onu!” Dedim: “Ey Allahın elçisi, sənin əmrində qızdırılmış damğa kimi olum, hətta mənə əmr etdiyini yerinə yetirənə qədər heç bir şey məni fikrimdən döndərməsin? Yoxsa qayıbın görmədiyini görə bilən şahid kimi olum?” Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Əksinə qayıbın görmədiyini görə bilən şahid kimi ol!” Qılıncım üstündə ora yaxınlaşdım və onu (Mariyanın evinin) yanında tapdım. Məni gördükdə qılıncı qınından çıxardım, bununla mənim onu axtardığımı başa düşdü. Bir xurma ağacına sarıldı və onun üzərinə qalxmağa başladı, yarısına çatmışdı ki, ona yaxınlaşdım və beli üstə aşağı düşdü. Sonra qıçını qaldırdı və gördüm ki, axtalanıb, kişilərdə olanın nə böyüyü, nə də balacası onda var idi. Qılıncı qınına qoydum, sonra Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yanına qayıtdım, ona xəbər etdim. Dedi: “(İftiraları) ev əhlimizdən dəf edən Allaha həmd olsun!” Muhəmməd bin İshaq’ın bizə Əlinin nəvəsindən, onun da öz atası Muhəmməd əl-Hənəfiyyə’dən, onun da öz atası Əli bin Əbi Talib’dən rəvayət etdiyi bu xəbərdən biz daha çox məlumat almış oluruq. Buradan öyrəndiyimiz bir neçə nöqtə vardır:

   1. Allahın elçisi – aleyhissalətu vassələm – hər bir halda öldürməməyi əmr edir. Həmin qibtini Mariyanın evində taparsa, başqa sözlə desək iftira əhlinin söylədikləri doğrudursa öldürməyi əmr edir.

  2-ci isə ona “qayıbın görmədiyini görə bilən şahid kimi ol” deməklə məsələni araşdırmasını əmr edir. Buradan anlamaq olar ki, peyğəmbər – aleyhissalətu vassələm – qulun məsum olduğunu bilirdi. Daha da öncə də qeyd etdik ki, öz qulunun axtalanmış olduğunu bilməməsi uzaq ehtimaldır. Xəbərin sonunda “(İftiraları) ev əhlimizdən dəf edən Allaha həmd olsun” deməyindən anlayırıq ki, bu hadisə ilə iftiralara son qoyulmuş oldu. Əgər bu hadisəni sadəcə Əli və peyğəmbər – salləllahu aleyhi va səlləm – bilmiş olsaydı o zaman iftiralar dayanmazdı. İftiraların dayanmağı yalnız ona dəlalət edir ki, Əli orada tək olmayıb və yanında bir qrup insan olub. Hər bir halda görürük ki, bu hadisə səhihdir, sadəcə olaraq problem hadisəni necə qəbul etməkdən asılıdır.

   Məşhur “milçək” hədisində görülən problem qədim zamanda da mövcud idi. İbn Quteybə əd-Dinəvari (213-276/828-889) deyir: “Dedilər ki, əqlin təkzib etdiyi bir hədis: “əgər qaba milçək düşərsə”. Dedilər ki, siz rəvayət edirsiz ki, peyğəmbər salləllahu aleyhi va səlləm – deyib: “Sizdən birinizin qabına milçək düşərsə qoy onu batırsın, çünki qanadlarından birində zəhər vardır, digərində isə şəfa vardır və o, birinci zəhər olanı batırır, arxasınca şəfa olanı batırır!” Dedilər: “Bir şeydə necə həm zəhər, həm də şəfa ola bilər. Milçək də zəhərin harada olduğunu necə bilir ki, onu öncə batırır və şəfanın harasında olduğunu necə bilir ki, onu axırda batırır?!(“Təvilul-Muxtəlif əl-Hədis”, səh: 334;)

Əbu İshaq əş-Şatibi də “əl-İtisam” kitabında əqlə zidd olduğu iddia olunan hədislər arasında bunu da zikr edir. Hətta mötəzili məzhəbinin böyüklərindən sayılan Əbu Osman əl-Cəhiz (h. 159-255) “əl-Heyvan” kitabında əl- Adəviyyə qəbiləsindən bir şeyxin bunu inkar etdiyini zikr edir. Alləmə İbn Dəqiqil-İd qeyd edir ki, əl-Cəhiz öz şeyxi İbrahim bin Səyyər ən-Nəzzam’dan (h. 160-229) bu hədis haqqında çirkin sözlər nəql edir. (Bax: “əl-Heyvan”, 3/312-313; “Şərhul-İlməm bi Əhədis əl-Əhkəm”, 1/334;)

   Gördüyümüz kimi bu hədis də qədim zamandan bəri müzakirə olunan bir hədisdir, əqlə zidd olduğu iddia edilib. İlk əsrlərdən başlayaraq alimlərin bu hədisə verdikləri izahlar da fərqlənib.

 

   Bu hədislə bağlı olaraq alimlərin əsasən iki izahı mövcuddur. Alimlərin bir hissəsi bu hədisdə keçən xəstəlik və ya zəhərin və şəfanın həqiqi mənada olduğunu deyiblər. Digər hissəsi bunların məcazi mənada qəsd olunduğunu söyləyiblər. Həqiqi mənada olduğunu deyənlər qeyd edirlər ki, bunun elmi Allahın yanındadır, onlar öz zamanlarına görə tibb elmində istifadə olunan metodları zikr etsələr də həqiqətdə milçəkdə həm xəstəliyin, həm də dəvanın necə bir araya gəldiyini bilmədiklərini etiraf ediblər. Bunun məcazi mənada olduğunu deyənlər bunun ruhani xəstəlik və ruhani tədavi ilə bağlı olduğunu söyləyiblər. Hənəfi alimlərindən İbnul-Mələk ər-Rumi (vəfatı h. 854) “Şərhu Məsabih əs- Sunnə” kitabında (4/514) deyir:

 

  “Deyilib ki, xəstəlik və şəfa həqiqi mənalarında götürülməlidir, çünki Allahın hikmətində bunları bir heyvanın iki hissəsində birləşdirməsi imkansız deyildir, necə ki, əqrəbin iynəsində zəhər qaynayır, amma bunun özünə qarşı onun cəsədindən tədavidə istifadə olunur. Bu ikisinin məcazi mənada olması da mümkündür, çünki milçək (qaba) düşərkən qanadlarından biri batır və insan nəfsi onu içməkdən iyrənir, bax bu, xəstəlik kimidir. Onun hamısını içinə batırdıqda nəfsini sındırmış olur və bu, şəfa kimidir.” 

   Ondan da öncə İmam İbn Dəqiqil-İd (h. 625-702) “Şərhul- İlməm” kitabında (1/332-333) bu izahı möhtəməl izahlar arasında qeyd edərək deyir:

  “Də və Dəva sözlərinin zahirindən anlaşılan bunların xəstəliklər və onların sağalması ilə əlaqəli olmasıdır. (Burada) xəstəlik ilə zənginlik və rəfah içində yaşayanların yeməkdən iyrənməsi, ondan qaçması və onu yeməyə təkəbbürlük etməsinin də qəsd olunması ehtimaldır. Hətta ola bilsin ki, (bu xəstəlik) yeməyin tərk edilib tələf olmasına səbəb olsun. (Burada) dəva isə nəfsi sındırmaq, onu təvazökarlığa məcbur etmək, rəfahda həddi aşmamaq və təkəbbürlülərin yolu ilə getməmək olacaq. (O zaman) bu, məcaz olur, həqiqi məna isə daha əvvəl zikr olundu.”

   İbn Dəqiq əl-İd də hər iki mənanın mümkün olduğunu söyləyir, yəni hədisdən bu iki mənanı başa düşmək mümkündür. Ondan da öncə hicri 449-cu ildə vəfat etmiş əndəlüslü Əbul-Həsən Əli bin Xaləf İbn Battal əl-Qurtubi “Sahih əl-Buxari” kitabına yazdığı şərhində (9/456) deyir:

   “Bu hədis iki mənada izah oluna bilər: Zahirinə həml etmək olar və bu, qanadlarından birində xəstəliyin olması, digərində isə dərmanın olmasıdır, necə ki, peyğəmbər – aleyhissələm – deyib. Batırmaqla xəstəlik gedir və batırmaqla yanaşı birinci qanadında olan xəstəlik dərmanla sağalır. Bu hədisin bəzi rəvayət yollarında gəlib ki, “(milçək) birinci xəstəlik olan qanadı batırır.” Digər izah isə budur ki, buradakı xəstəlik yeməyə milçək düşdükdə yeyənin iyrənməsi, onu murdar görməsidir. Digər qanadındakı dəva isə yeməyə onun hamısını batırmaqla iyrənməyi, təkəbbürü aradan qaldırmaqdır, onun yeməyə düşməyinə az önəm verməkdir. Çünki milçəyin axan qanı yoxdur, yeməyi (tamamilə) korlamasından qorxulacaq qədər qanı yoxdur, ona görə də iyrənməyin bir mənası yoxdur. Peyğəmbərin – aleyhissələm – bunlardan hansını qəsd etdiyini Allah bilir.”

 

   İbn Battal belə bu iki mənadan hansının qəsd olunduğundan əmin deyildir, hər iki mənanı mümkün hesab edir. Onlardan da öncə İmam Əbu Bəkr Muhəmməd bin Əbi İshaq əl-Kələbəzi əl-Buxari əl-Hənəfi (vəfatı hicri 380) “Məanil-Əxbər” kitabında (səh: 240) deyir:

   “Bu xəstəliyin fitnəsinin və şəfanın mənasının ruhani tibb mənasında olması mümkündür və bunun eynisi haqqında təbiblər danışıblar. Bunun mənası əxlaqı islah etmək, insan təbiətinə düzən vermək, adətləri və səciyyələri onlardan fasid olanları çıxarmaqla təmizləmək, onlardan saleh olanları tərbiyə etmək, düzəldilməsi mümkün olanları düzəltməkdir, çünki əxlaq xəstəliyi, adətlərin mərəzi dinə zərər verir, cisimlərin xəstəliyi isə bədənlərə zərər verir. Bədənlərin mərəzi günahların kəffarəsidir, halbuki əxlaqın mərəzi isə bəlalara səbəb olur. Beləliklə də qanadlarından birində olan xəstəliyin kibr olması, şəriətin mübah etdiyini, sünnətin halal etdiyini özünə sığışdırmayan təkəbbürlük olması mümkündür. Belə ki, sünnət axar qanı olmayan həşəratların içində öldüklərini yeməyi mübah saymışdır və bu barədə rüxsət varid olub. Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurur:

   “Allah Onun əzimətlərinə əməl edilməsini sevdiyi kimi rüxsətlərinə də əməl edilməsini sevir.” Sanki insan özünü daha üstün hesab edərək, təkəbbürlük edərək şəriətin mübah gördüyünü yeməməyə üzrxahlıq edərsə bundan onun dini üçün böyük bir fəsad vardır, öz nəfsini əzizləşdirmiş olur, bir çox halda içinə milçək düşmüş həmin yeməyi tullayar və ya həmin içkini dağıdar, beləliklə də bu əməli Allahın halal etdiyini haram etməyə, Allahın elçisinin – salləllahu aleyhi va səlləm – sünnətini özünə sığışdırmamağa, Allahın nemətlərini zay etməyə gətirib çıxarar. Beləliklə də özünü yuxarıdan dartmaq xasiyyətini aradan qaldırmaq üçün, nəfsindəki kibri öldürmək üçün peyğəmbər – salləllahu aleyhi va səlləm – qaba milçək düşərsə onu batırmağı əmr etmişdir...” əl-Kələbəzi bu müzakirəsini uzadır və bənzətmələr edir. Bu izahın hikməti aşkardır və hökmün arxasındakı məqsəd də aydındır. O dövrün qıtlığını, quraqlığını, məhsulun az hasil olduğunu nəzərə alsaq bu hökmü yeməyin içinə sadəcə bir həşərat düşdüyü üçün onu atmağın qarşısını almaq kimi başa düşmək olar, çünki dində israf və malı zay etmək şiddətlə qadağan edilib.

 

    Eləcə də əl-Buxari’nin “əs-Sahih” kitabına aldığı meymunlar arasında baş vermiş zinaya görə daş-qalaq etmək əhvalatı da mübahisəyə səbəb olub. İslam alimlərindən kimi bu hədisi tamamilə inkar etmiş, kimisi də hədisin doğru anlamağın əhəmiyyəti haqqında danışmışdır. Görünür ki, bu xəbər hələ hədislərin böyük kitablara toplandığı dövrlərdə mübahisəyə səbəb olmuş bir xəbərdir.

   Bəzi alimlər bu hədisin mətnini inkar ediblər, rədd ediblər. Əbu Ömər Yusuf İbn Abdilbərr ən-Nəməri (h. 368-463) “əl-İstiy’ab” kitabında (3/1205-1206) Amr bin Məymun əl-Əvadi haqqında danışarkən deyir: “O, kufəli böyük tabiinlərdən biri sayılır və cahiliyyə dönəmində meymunların arasında daş-qalağı görən də odur; əgər (əlbəttə ki,) bu səhihdirsə, çünki raviləri məchuldurlar... və mükəlləf olmayana zina nisbət etmək, heyvanlar arasında hədlərin iqamə olunduğu demək elm əhlindən bir qrupa görə münkərdir.”

   Hətta Əbu Abdilləh Muhəmməd bin Futuh əl-Humeydi (h. 420-488) “əl-Cəm’u beynəs-Sahiheyn” kitabında (səh: 490) deyir: “Biz bu xəbəri araşdırdıq və gördük ki, (bu xəbər) əlyazmaların bəzilərində keçir, hamısında keçmir. “Cahiliyyə günləri” bölümündə zikr olunur. ən- Nueymi’nin əl-Fərabri’dən rəvayətində əslən meymunlar haqqındakı bu xəbərdən bir şey yoxdur, ola bilsin ki, əl-Buxari’nin kitabına sonradan daxil edilənlərdəndir.” əl-Humeydi ilə bu iddiada Məcduddin Əbus-Səadət əl-Mubərak ibn əl-Əsir əl-Cəzəri (h. 544-606) “Cami’ul-Usul fi Əhədis ər-Rasul” kitabında, həm də qardaşı tarixçi alim İzzuddin Əbul-Həsən Əli ibn əl-Əsir əl-Cəzəri (h. 555-630) “Usdul-Ğabə” kitabında razılaşır. Amma İbn Həcər “Fəthul-Bəri” kitabında əl-Humeydi’yə etiraz edir və bu xəbərin “Sahih əl-Buxari” kitabının əslində keçdiyini inkar etməyini əsassız hesab edir, çünki əksər nüsxələrdə mövcud olduğunu deyir. Ümumiyyətlə “Sahih əl-Buxari” kitabında az bir sayda hədisin həqiqətən də kitabın əslindən olub olmadığı alimlər arasında mübahisəlidir, bu xəbər də onlardan biridir.

 Əbu Abdilləh İbn Quteybə əd-Dinəvari deyir: 

  “Dedilər ki, “siz meymunların bir dişi meymunu zinaya görə daş-qalaq etdiklərini rəvayət etmisiz. Əgər meymunlar o dişi meymunu ərə getmiş olduğuna görə daş qalaq etmişdilərsə, o zaman bu, hədis üçün daha məzəlidir. Bu müqayisəyə əsasən siz bilmədiyiniz halda ola bilsin ki, meymunlar Tövratın hökmlərindən çox şeyə əməl edirlər. Bəlkə də dinləri yəhudi dinidir. Əgər meymunlar yəhudidirsə ola bilsin ki, donuzlar xristiandırlar."

  Xəbərə qarşı edilmiş bu etirazı nəql etdikdən sonra İbn Quteybə deyir: “Biz bu istehzanın cavabında deyirik ki, meymunlar hədisi Allahın elçisindən salləllahu aleyhi va səlləm deyildir, nə də hansısa bir səhabədəndir. Bu, sadəcə olaraq Amr bin Meymun’dan zikr olunmuş bir şeydir... Ola bilsin ki, (Amr) meymunların bir meymunu daşladığını görüb və onu zina etdiyinə görə daşladıqlarını güman edib. Belə bir şeyi kiminsə güman etmədən bilməsi mümkün deyildir, çünki meymunlar özləri haqqında xəbər vermirlər. Onların bir-birinin üstünə çıxdıqlarını görən kəs zina edib etmədiklərini bilməz. Bu, sadəcə bir zənndir.(“Təvilu Muxtəlif əl-Hədis”, səh: 372)

   İbn Quteybə bəzi kimsələrin bu xəbər ilə istehza etdiklərini, o xəbəri hədis olaraq qələmə verdiklərini qeyd edir və sonra istehzaya cavab verir.

   Ümumiyyətlə əl-Buxari’nin bu xəbəri “əs-Sahih” kitabında qeyd etməsi nə ümumilikdə hədislərin, nə də xüsusilikdə “əs-Sahih” kitabının etibarına xələl gətirməz. Çünki əl-Buxari bu xəbəri rəcm hökmü üçün dəlil gətirmir. əl-Buxari’nin qəsdinin möhtəmələn nə olduğunu böyük təfsir alimi Əbu Abdilləh əl-Qurtubi təfsirində (1/442) izah edir: “Əgər bu rəvayət səhihdirsə əl-Buxari’nin bunu kitabında rəvayət etməsindəki tək məqsədi Amr bin Məymun’un cahiliyyə dönəminə şahid olduğunu göstərmək üçündür və onun cahiliyyə dövründə etdiyi zənnə önəm verməmişdir.” Gördüyümüz kimi alimlərimiz də Amr bin Məymun’un gümanında xəta etdiyini, bunun doğru olmadığını bəyan ediblər və əl-Buxari’nin “əs-Sahih” kitabında keçən bu xəbər ilə əl-Buxari’nin qəsdinin Amr bin Məymun haqqında məlumat vermək olduğunu deyirlər.

   əl-Buxari və Muslim’in kitablarında Ənəs bin Malik’dən dəvənin sidiyini içmək haqqında rəvayət etdikləri hədis isə bir başqa misaldır.

   Burada üç önəmli nöqtə vardır. İlk öncə qeyd edək ki, hədis səhihdir və hədisin səhihliyində şəkk yoxdur. Lakin bir hədisin səhih olması heç də onun mətnindəki hər bir ləfzin səhih olmasını gərəkdirməz. Bu hədisi Ənəs bin Malik’dən basralılar rəvayət edirlər, lakin görünür ki, basralılar bu hədisi rəvayət etməkdə ixtilaf ediblər. Əbu Qiləbə, Qatədə rəvayətlərində “sidiklər” sözünü zikr etdikləri halda, Humeyd ət-Tavil o sözü Ənəsdən eşitmədiyini deyir. əl-Xatib əl-Bağdadi “əl-Fəsl lil-Vasl əl-Mudrac fin-Nəql” kitabında (2/611-613) bu hədisi İsmail bin Cəfər – Humeyd ət-Tavil – Ənəs bin Malik yolu ilə rəvayət etdikdən sonra deyir: 

 “İsmail bin Cəfər bin Əbi Kəsir əl-Ənsari bu şəkildə hədisin hamısını Humeyd ət-Tavil’dən, o da Ənəs bin Malik’dən rəvayət edir. Orada tək bir ləfz var ki, Humeyd onu Ənəsdən eşitməyib, onu sadəcə olaraq Qatədə’dən, o da Ənəsdən rəvayət edib və bu söz sidiklərindən” sözüdür.”

  Daha sonra əl-Xatib əl-Bağdadi bir çox yoldan Humeyd ət-Tavil’dən tələbələri vasitəsi ilə rəvayətlərini zikr edir və Yezid bin Harun’un rəvayətində deyir: (Yezid bin Harun dedi: ) Humeyd dedi: “Qatədə “və sidiklərindən” dedi. Mən isə bunu Ənəs’dən eşitməmişəm."

   Əbu Davud “əs-Sünən” kitabında (333) deyir: “Musa bin İsmail mənə rəvayət etdi; Həmməd bizə Əyyub’dan, o da Əbu Qiləbə’dən, o isə Bənu Amir qəbiləsindən bir nəfərdən belə dediyini rəvayət etdi: “İslama daxil oldum və dinimi öyrənmək istədim. Əbu Zərr’in yanına gəldim, Əbu Zərr dedi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – mənə dəvəni və qoyunları məsləhət gördü və dedi: “Onların südlərindən iç!” - Həmməd (bin Sələmə) dedi: “Mən “sidiklərindən” sözündə şəkk edirəm. Bu, Həmmədin sözüdür. – Əbu Zərr dedi: “Sudan qaçardım, ailəm isə mənimlə idi, cənabətə bulaşdıqda təharətsiz namaz qılardım...” Daha sonra Əbu Davud uzun hədisi axıra qədər zikr edir və axırında deyir: “Həmməd bin Zeyd bunu Əyyub’dan rəvayət edib və “sidiklərindən” sözünü zikr etməyib.” Əbu Davud dedi: “Bu, səhih deyildir, (dəvənin) sidikləri haqqında Ənəsin hədisindən başqası yoxdur və onu yalnız Basra əhli rəvayət edib.”

   Bu məlumatlardan öyrənirik ki, Ənəs bin Malik bəzən bu sözü rəvayət etmiş, bəzən isə etməmişdir. Xüsusilə də Ənəsin o zaman uşaq olduğunu nəzərə alsaq bunun onun xətası olması möhtəməldir, lakin daha güclü ehtimal budur ki, Ənəs bu hədisi olduğu kimi eşidib və rəvayət edib. Buna görə də hədis qaydalarına əsaslanaraq peyğəmbərin – salləllahu aleyhi va səlləm – o insanlara dəvə südünü və sidiyini içməyi məsləhət gördüyünü deməyimiz lazımdır. Bununla belə hədisdə bunun sabit olduğunu bilməyimiz hədisi batil etməz, əksinə hədis qaydalara tabe olaraq səhih olaraq qəbul edilməlidir. Amma burada bəzi məlumatları diqqətə almaq lazımdır. Peyğəmbər – aleyhissalətu vassələm – dəvə sidiyinin xəstəliklərə dərman olduğunu deməyib, lakin xüsusilə onların halı üçün məsləhət görüb. Bunun da iki səbəbi ola bilər. İlk səbəb budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – onlara Mədinənin yeməklərinin və havasının düşmədiyini gördükdə, onlarda xəstəliyə səbəb olduğunu gördükdə əvvəlki qidalarına qayıtmağı məsləhət görmüşdür, çünki səhrada yaşayan bədəvi ərəblərdə dəvələrin südünü və sidiyini içmək adət idi. Bu barədə Əbul-Abbas Əhməd bin Ömər əl-Qurtubi (h. 578-656) “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim” adlı kitabında (5/19) deyir:

  “Çünki o insanlar bədəvi ərəblər idilər və dəvələrin sidiyini və südünü içmək, səhrada yaşamaq onların adətidir. Buna görə də şəhərlərə daxil olduqlarında və normal qidalarından, adətlərindən ayrı düşdüklərində xəstələndilər. Peyğəmbər də - salləllahu aleyhi va səlləm – onlara bu yolu göstərdi və beləliklə də öz adətlərinə geri qayıtdıqlarında yaxşılaşdılar, kökəldilər.

   əl-Qurtubi’nin bu nöqtə ilə bağlı izahı burada bitir. Buna əsaslanaraq demək olar ki, peyğəmbərimiz – aleyhissalətu vassələm – onlara bu məsləhəti verərkən sadəcə olaraq öz əvvəlki adətlərinə geri qayıtmağı doğru bilmişdir, onlara ümumi olaraq dəvə sidiyinin dərman olduğunu bildirməyib. Bəli, İbn Abbas’dan “dəvənin sidiyində və südündə şəfa vardır” sözü ilə hədis rəvayət olunub, lakin alimlər isnadının səhih olmadığını deyiblər. İkinci səbəb isə budur ki, o dövrdə bizim zamanımızda mövcud olan dərmanlar yox idi. Peyğəmbər – aleyhissələm – Hicazın çox məhdud şəraitində onlar üçün ən yaxşı seçimin dəvələrin südləri və sidikləri olacağını görüb və bu cür məsləhət görüb. Biz bu gün ümumiyyətlə sidiyin bədəndəki zəhərli maddələri kənarlaşdırmaq üçün mövcud olan bir proses olduğunu başa düşürük, insan orqanizminə ümumilikdə zərərlərinin olduğunu anlayırıq. Lakin ümumilikdə zərərli olan hansısa maddə xüsusi bir məqamda və xüsusi bir xəstəliyə qarşı yaxşı bir vasitə ola bilər. Ona görə də bu gün tibb elminin dəvə sidiyinin zərərlərinin olduğunu sübut etməsi onun bəzi faydalarının olduğunu inkar etməz. Bu mövzunun sonunda əlavə etməliyik ki, hətta müasir elm dəvə sidiyinin heç bir halda hansısa hala qarşı kömək edən bir xüsusiyyətinin olmadığını sübut etsə belə bu, hədisin batil olduğunu gərəkdirməz, çünki bu, dini məsələ deyildir, lakin dünyəvi işlərimizlə bağlıdır. Rafi bin Xudeyc’in hədisində peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – buyurur: “Mən sadəcə bir bəşərəm, əgər sizə dininizlə bağlı bir şey əmr etsəm onu götürün! Əgər sizə rəy ilə bağlı bir şey əmr etsəm sadəcə bir bəşərəm.” Ənəs bin Malik’in hədisində isə peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – deyir: “Əgər sizin dünyanızla bağlı bir məsələdirsə siz özünüz daha yaxşı bilirsiz, dininizlə bağlı bir şeydirsə mənə aiddir.” Bunun eynisini Aişə anamız, Talha bin Ubeydilləh, Cabir bin Abdilləh və Yəsir bin Amr rəvayət edir. Onların rəvayət etdikləri bu hədis peyğəmbərin – aleyhissələm – Mədinə əhlinə xurma ağaclarını mayalamaqla bağlı verdiyi məsləhəti haqqındadır və hədisdə onun məsləhətinin doğru çıxmadığı qeyd edilir. Tamamilə başqa bir vəziyyətdə Əbu Qatədə də peyğəmbərin eyni sözü dediyini rəvayət edir. Bu hədislərə əsasən biz öyrənmişik ki, peyğəmbərimiz – aleyhissalətu vassələm – dünyəvi işlərində və məsləhətlərində digər bəşər övladları kimi xəta edə bilər. Dəvə sidiyi ilə müalicə ərəblərdə mövcud idi və peyğəmbərimizin mövcud tibbi adətlərə uyğun məsləhət verərkən xəta etməsi tamamilə mümkündür. Bunun xəta olduğunu göstərib hədisin batil olduğunu iddia etmək özü batil bir yoldur və doğru metod deyildir. Əksinə bu rəvayətin sənədlərinə baxdıqda görə bilirik ki, rəvayət sistemi çox etibarlı şəkildə çalışır. Humeyd ət-Tavil digər tələbə yoldaşlarından fərqli olaraq müəllimi, şeyxi Ənəs bin Malik’dən hədisdəki “sidiklərindən” sözünü eşitmədiyini deyirsə bu yalnız ona dəlalət edir ki, o alimlər, o hədis raviləri işlərinə ciddi yanaşıblar.

Yaxud da əl-Buxari və Muslim’in rəvayət etdikləri “İsrail oğulları olmasaydı ət çürüməzdi” hədisi də bu qəbildəndir. Bu hədisə də alimlərimizin münasibəti bir mənalı olmayıb, onların izahları arasında fərqli yanaşmalar görürük.

  (Bu hədis səhihdir. “Sahih əl-Buxari” (3330, 3399) və “Sahih Muslim” (1470) kitablarında keçən bu hədisin zahirindən anlaşılan budur ki, əgər “İsrail oğulları ehtiyat üçün ətləri saxlamasaydılar ətlərdə çürümə prosesi heç zaman baş verməyəcəkdi.” Lakin peyğəmbərimizin – aleyhissalətu vassələm – bu mənanı qəsd etdiyini demək mümkün deyildir, çünki hədisi fərqli mənalarda başa düşüblər. Əbu Zur’a Vəliyyuddin əl-İraqi (vəfatı hicri 826) “Tarhut-Təsrib” kitabında (7/64) deyir: “Möhtəməldir ki, çürümə İsrail oğulları mövcud olmadan əvvəl qədimdən var idi; səbəbi isə sonradan İsrail oğullarının nə edəcəklərini Allahın əzəldən bilməsidir.” Bu izahın əsasını bəlkə də Vəhb bin Munəbbih’in bu sözü təşkil edir: “Bəzi (qədim) kitablarda oxudum ki, (Allah deyib: ) “Mən əgər ölüyə çürüməyi vacib etməsəydim insanları onları evlərində saxlayardılar, mən əgər yeməyə çürüməyi vacib etməsəydim zənginlər onları toplayıb saxlayar və kasıblara bir şey buraxmazdılar...”. Bunu Əbu Nueym əl-Əsbəhəni (h. 336-430) “Hilyətul-Əvliyə” kitabında (4/37) rəvayət edir. Bu izaha əsasən Allah – cəllə cələluhu - əzəli elmində insanların nə edəcəklərini bildiyi üçün ölmüş canlılara çürümə prosesini qanun qoymuşdur.

   Burada daha bir izah mövcuddur. İbn Həcər əl-Asqaləni (h. 773-852) “Fəthul-Bəri” kitabında (6/367) deyir: “Bəzi alimlər deyiblər ki, bu hədisin mənası budur: əgər İsrail oğulları əti ehtiyat üçün saxlamaq adətini çıxarmasaydılar – ki, əti saxladıqda çürüyür - ətlər saxlanılmazdı və çürüməzdi.” Bu alimlərdən biri Şərəfuddin əl-Hüseyn bin Abdilləh ət-Tibi (vəfatı hicri 743) “əl-Kəşif an Həqaiq əs-Sunən” kitabında (7/2326) deyir: “Bunun mənası budur ki, İsrail oğulları çürüyənə qədər əti ehtiyat üçün saxlamaq adətini çıxarmasaydılar (onlardan sonra ət) ehtiyat üçün saxlanılmazdı və çürüməzdi.” Ondan öncə bu izahı əl-Qadi Nəsiruddin Abdullah bin Ömər əl-Beydavi (vəfatı hicri 685) “Tuhfətul-Əbrar Şərh Məsabihis-Sunnə” kitabında zikr edib. Bu izahdan anlaşılan məna budur ki, ət, eləcə də digər bioloji maddələr canlılar yaradılandan çürüyür, lakin insanlar öncələr əti ehtiyac üçün saxlamazdılar, əti ehtiyac üçün saxlamaq adətini İsrail oğulları çıxardıqları üçün onlardan sonra kəsilmiş ətləri saxlamaq adəti yayıldı və bu şəkildə çox miqdarda ət çürüyüb tələf oldu.)

   Siyahımızı uzada bilərik, lakin mövzunun məğzi burada hər bir hədis üçün sünnət əhlinin təqdim etdiyi izahı toplamaq deyildir. Əsas məqsədimiz bu gün problemli qarşılanan bütün hədislərin və ya əksəriyyətinin keçmiş dövrdə də problemli olduğunu sərgiləməkdir. Texnologiyanın inkişafı qeyri-adi bir problem kəşf etməyib, doğrudur ki, müasir dövrümüzdə alimlərin bir hissəsinin bəzi hədislərə verdikləri izahın doğru olmadığını görə bilirik. Amma bu heç bir şəkildə hədis ədəbiyyatını batil çıxara bilməz, belə bir iddiada olmaq gülüncdür, elmi metodlardan uzaqdır. Bəzi hədislərdə xətaların olması ehtimalı minlərlə hədisin səhihliyini kölgə altına ala bilməz.

 

   Bir müsəlmanın öz peyğəmbərini – salləllahu aleyhi va səlləm – xətalardan qoruması təqdirə layiqdir. Bunu başa düşmək olur, sadəcə olaraq burada verilməsi gərəkli olan sual budur: Bunu etməyə ehtiyac varmı? İslam dini bir çox əsaslarda xristianlıq ilə yəhudilik dininin ortasındadır. Xristianlar peyğəmbəri ilahiləşdirdikləri halda, onu bir ilah kimi bütün xətalardan tənzih etdikləri halda yəhudilər peyğəmbərlərə fasiqlik sifətləri nisbət ediblər. İslam dininin baxışı isə ən mötədil baxışdır. Peyğəmbərləri də digər insanlar kimi bəşərə xas olan xətalarla vəsf edirlər, bununla belə peyğəmbərliklərinə xələl gətirəcək xətalardan onları tənzih edirlər. Bu baxımdan peyğəmbərlər yalan danışmazlar, lakin xəta edə bilərlər. Onlar öz rəyləri ilə hansısa dünyəvi bir məsələdə qərar verib xəta edə bilərlər. Quran da bu mənanı təsdiqləyir. Allah – subhənəhu va təalə - buyurur:

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məşvərət et! Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!(Ali-İmran, 159)

  Allahın peyğəmbərinə səhabələri ilə məşvərət etməyi uyğun görməsi onun xəta edə bilməsini göstərir, hətta məşvərət etdikdə belə çıxarılan qərar xətalı ola bilər. Məlumdur ki, İslamda azan vermək sünnəti məşvərətdən doğmuş bir sünnətdir və Ömər bin əl-Xattab’ın təklifi olub. Peyğəmbərimizin – aleyhissələm – təsdiqi ilə bu sünnət dinin bir hissəsi olmuş və İslamın şüarına çevrilmişdir. Bədr döyüşündən sonra ələ keçirilmiş əsirlər haqqında da səhabələri ilə məşvərət etmiş və Əbu Bəkr’in verdiyi məsləhəti bəyənib ona əməl etmişdi. Hərbi taktika və planlaşdırmalarda da məşvərət edərdi və rəyini dəyişərdi. Bədr döyüşündə su quyularının arxasında məkan seçməyə qərar verdikdə səhabəsi Həbbəb bin əl-Munzir bin Cəmuh soruşdu: “Ey Allahın elçisi, bu, Allahın səni yerləşdirdiyi mənzildirmi? Bundan nə qabağa keçə bilərik, nə də arxaya qayıda bilmərik? Yoxsa bu rəy, müharibə və hiylədir?” Bu sualı ilə Həbbəb bin əl-Munzir bu seçimin vəhy yoxsa hərbi taktika olduğunu bilmək istəyir. Allahın elçisi – aleyhissələm – ona “yox, bu rəydir, müharibədir və hiylədir” dedikdə Həbbəb ona su quyularının o biri tərəfindən yer almasını və beləliklə də düşmənin yolunu su quyularından kəsməsini məsləhət görür. Peyğəmbərimiz – aleyhissalətu vassələm – onun bu fikrini bəyənir və qəbul edir.

    Səhih bir hədisdə Allahın elçisi – aleyhissələm – deyir: “Mən sadəcə olaraq bir bəşərəm və siz (konfliktli məsələlərdə) aranızda hökm edim deyə mənə baş vurursuz. Ola bilsin ki, sizdən bəziləriniz öz arqumentini çatdırmaqda başqasından daha bacarıqlıdır. Mən eşitdiklərimə əsasən onun xeyrinə hökm edirəm. Əgər bir kimsəyə qardaşının haqqından kəsib verməklə hökm edirəmsə ondan bir şey götürməsin, çünki onun üçün kəsdiyim sadəcə olaraq atəşdən bir parçadır.(“Muvatta Məlik”, 4/1040 (2662); “Musnəd Əhməd”, 42/445-446 (25670); “Sahih əl-Buxari” (2680, 6967, 7168); “Sahih Muslim” (1713);)

  Şübhəsiz ki, peyğəmbərimiz – aleyhissalətu vassələm – bu hədisdə müsəlmanlara insanlar arasındakı konflikt və mübahisələrdə çıxardığı qərarlarda xəta edə biləcəyini öyrədir. Bir kimsə özünün haqsız olduğunu bildiyi halda əks tərəfin haqqını əldə etmək üçün arqumentlərini bəzəyərsə və buna əsasən də peyğəmbərimiz onun xeyrinə hökm verərsə onu xəbərdar edir, öz hökmünün başqasının haqqını alıb onun haqqına çevirməkdən aciz olduğunu ifadə edir. İmam Əhməd deyir: “Abdus-Saməd bizə rəvayət etdi; Həmməd bizə Səbit (əl-Bunəni)dən, o da Ənəs’dən belə dediyini rəvayət etdi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – səslər eşitdi və soruşdu: “Bu nədir?” Dedilər: “Xurma ağaclarını mayalandırırlar.” Dedi: “Əgər tərk etsələr, mayalandırmasalar düzələr.” Bunun üzərinə tərk etdilər, mayalandırmadılar və pis meyvə verdi. Peyğəmbər – salləllahu aleyhi va səlləm – soruşdu: “Siz nə olub?” Dedilər: “Sən dediyin üçün onlar tərk etdilər.” Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Əgər bir şey sizin dünya işinizlə əlaqədardırsa siz onu (məndən) daha yaxşı bilirsiz. Dininizlə bağlı bir işdirsə mənə aiddir.” (Musnəd Əhməd”, 20/19 (12544);)

   Bu hədisdən də gördüyümüz kimi peyğəmbərimiz – aleyhissalətu vassələm – dini işlərlə dünyəvi işləri ayırmışdır. Şəkk yoxdur ki, tibb, kənd təsərrüfatı, sənaye işləri, müharibə qərarları dünyəvi işlərə aiddir. əl-Qadi İyad deyir: “Peyğəmbərlərin dünyəvi məsələlər barəsindəki hökmü və rəyləri başqaları kimidir; bəzi işlərdə həqiqətin əksinə inana bilərlər. Bu, onlar üçün eyib deyildir, çünki onların vəzifələri Axirətlə bağlıdır, məşğuliyyətləri şəriətin əmrləri və qadağalarıdır, dünya işləri isə bunun ziddidir. Dünya əhlindən olan başqa insanlar isə bu baxımdan fərqlidirlər; dünya həyatını zahirən bilirlər, Axirətdən isə qafildirlər.(“İkməlul-Mulim bi Fəvaid Muslim”, 7/335;) 

Beləliklə də əgər müasir elmi kəşflərin işığında təvilə tabe olmayan hansısa bir hədisdə dünyəvi mövzu ilə bağlı xəta ilə qarşılaşsaq buna görə hədisi batil hesab etməyimiz üçün bir əsas yoxdur. Sadəcə olaraq həmin dünyəvi bir məsələdə peyğəmbərimizin – aleyhissalətu vassələm – xəta etdiyini qəbul edə bilərik. Amma əgər hədis müasir elmə müvafiq bir mənaya açıqdırsa o zaman o mənada qəbul etməyimiz lazımdır. 

 

Nəriman Hüseyn "Hədislərin Yazılma Tarixi" kitabından bir hissə

17 Müasir dövrdə müsəlman alimlərin nəaliyyətləri

Müxtəlif elm sahələrində müsəlmanlar daim böyük uğurlar əldə etmişlər. Elə bu dövrdə də dəyərli müsəlman alimləri və araşdırmaçıları mövcuddur.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

Bundan sonra:

Müasir dövrdə müsəlman gənclərin şübhəyə salınaraq özlərinin “alim və araşdırmaçı yetişdirməkdən yoxsun bir ümmətə” nisbət olunmaları onlara qarşı oynanılan oyunlardan və hiylələrdən biridir. Müxtəlif elm sahələrində müsəlmanlar daim böyük uğurlar əldə etmişlər. Elə bu dövrdə də dəyərli müsəlman alimləri və araşdırmaçıları mövcuddur. O alimlər və araşdırmaçılar ki, onların vəsiləsilə elmdə çiçəklənmə, inkişaf və yeniliklər baş verir.

Belə şübhələrlə barışmaq isə bir müsəlmanın daxilində “məğlubiyyət” toxumunu səpməyə, o cümlədən də dinin “geriləmə səbəbi” olduğunu iddia edən və dinin elmlə ayaqlaşmadığını deyən hər çağırışı qəbul etməyə gətirib çıxarır.

   Nəsrani və ateist səhifələrindən bu tipli çıxışları çox görmək olar ki, bu təbliğat nəticəsində çoxları dəyərli müsəlman alimlərindən bixəbər qalır, haqlarında xoş xatirələr olan elm adamları müsəlmanlardan gizli qalır. O alimlər ki, müasir elmə xidmətlər etmiş, elmi töhfələr vermiş, elmi ilə seçilmişlər. Bilmək lazımdır ki, belə şəxslər çoxdur. Onlardan bəzilərini bu kiçik yazıda qeyd etmək istərdik:

1 – Sherif el-Safty:

Yaponiyanın təbii fəlakətdən xilas olmasında mühüm addım atan şəxs.

Sherif el-Safty 1968-ci ildə anadan olmuşdur. Misirli müsəlman professordur. Elmdə təbiət çirklənməsi sahəsinə böyük maraq göstərir. Özünün kimya ixtisasından dolayı Yaponiyaya köçmüşdür. O, Beynəlxalq maddələr elmləri institutunun (National İnstitute for Materials Science) üzvüdür. Elə oradaca nanometrik materiallar elmləri üzrə araşdırma heyətinin rəhbəridir. O, kimya elmi sahəsində 20-dən çox elmi kəşfin müəllifidir. Onun elminin dünyamiqyaslı faydalarından biri Yaponiyanın Fokoşima şəhərində baş vermiş nüvə faciəsinin zərərlərinin elmi şəkildə aradan qaldırılmasında müstəsna rol oynamışdır. 

link- Prof Sherif EL-Safty' technology and his story to save Japan from Radiation, (NHK Report- Tokyo)

O, nano texnikasından istifadə etməklə bioloji və nüvə çirklənməsinin, şüalanmanın qarşısını ən az zərərlə alınması, mühüm tövsiyələri ilə Yapon xalqının bu böyük nüvə fəlakətinin zərərlərindən qurtulmasında böyük rol oynamışdır.

link-Leading the Fight Against Radioactive Pollution

    2 – Osama O. Awad el-Karem:

    Sudanlı müsəlman professordur. 1953-cü ildə anadan olmuşdur. Fizika elmi və nano texnikası üzrə mütəxəssisdir. Doktorantura təhsilini Britaniyanın «Reading» universitetində 1982-ci ildə başa vurmuşdur. Amerika və Britaniya universitetlərində bir çox mühazirələr vermişdir. 200-dən çox elmi məqalənin müəllifidir. Amerika xarici işlər nazirliyinin elmi işlər üzrə şöbəsinin elmi məsləhətçisi olmaqla elmi dairələrdə böyük nüfuz qazanmışdır. Onun nanotexnologiya və s. elmi mövzularda bir çox faydalı elmi araşdırmaları vardır.

    3 – Aziz Sancar:

    O, Kimya elmi üzrə Nobel mükafatçısıdır. 1946-cı ildə Türkiyədə anadan olmuşdur. O, Şimali Amerikada yerləşən Karolina universitetində seçilən alimlərdəndir. Doktorantura dərəcəsinə Amerikanın Texas ştatında (University of Texas at Dallas) nail olmuşdur.

    1984-cü ildə (NSF Presidential Young İnvestigator Award) ən kiçik araşdırmaçı mükafatına layiq görülmüşdür.

    1995-ci ildə isə Bir Merit Avard mükafatına layiq görülmüşdür.

    2004-cü ildə Amerika elm və fənlər Akademiyasının mükafatına layiq görülmüşdür.

    2006-cı ildə Türkiyə Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.

    2007, 2009, 2014 və 2016-cı illərdə də elmi fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Hal-hazırda Karolina universitetində təqaüdçü müəllimdir. Bu da onun Nobel mükafatı aldığı zaman etdiyi çıxışın video linkidir: 

    link- Turkish-born Aziz Sancar reacts to news of Nobel win

     

    4 – Oussama Khatib:

    Suriyanın Hələb şəhərindən olan müsəlman alim 1950-ci ildə anadan olmuşdur. Fransaya səfər edərək «Montellier» Universitetində təhsil alaraq elektrik mühəndisliyi ixtisasına yiyələnmişdir. Sonra magistr pilləsinə yiyələnmiş, sonra «Automatic control» sahəsində elmini artırmış, sonra isə «Elektron qanunlar» sahəsində doktorantura işini müdafiə etmişdir. Sonra isə Amerikaya səfər edərək Stanford universitetinin kompüter elmləri sahəsində müştərək müəllim kimi (1981-89-cu illər) fəaliyyət göstərir. O, İndonesia, İtaliya, Fransa və isveçrənin müxtəlif universitetlərində ziyarətçi müəllimdir. Öz ixtisası üzrə bir çox yüksək vəzifələrdə də çalışmışdır.

    Professor Oussama Khatibin ən səmərəli və məşhur işlərindən biri 90-cı illərdə «Romeo və Juliet» adlı iki robot qolları düzəltməsi olmuşdur. Bu robot qollar tikiş, ütüləmək və süpürmək kimi ev işlərini eyni vaxtda etmək qabiliyyətinə malik idilər. Bu onun robotlar sahəsinə uğurlu və əhəmiyyətli başlanğıcı işi olmuşdur.

    90-cı illərdən sonra isə professor Oussama Khatibin yeni məşhur robotu olan ASİMO robot sahəsində yeni uğuru olur. Bu robot insan kimi yıxılmadan pilləkənləri rahat çıxıb düşə bilirdi.

    2016-cı ildə isə insanın dala bilmədiyi dənizin dərinliklərinə dala bilən insanabənzər Ocean One 1 robotunu icad edir. O həmçinin, PR2 robotunun qurucularındandır.

    5 – Kamal Youcef Toumi: 

    1954-cü il təvəllüdlü əl-Cəzairli mexanika alimi həm də Quranı dəqiq təcvidlə oxumağı bacarır və bu sahədə gözəl qiraəti, səlis təcvidi ilə tanınmışdır. O, müasir dünyada dinin elmlə uzlaşdığını göstərən nümunəvi dünyəvi müsəlman alimlərdəndir. Əl-Cəzairli mexanika alimi Professor Kamal Youcefin robot sahəsində səmərəli işləri vardır.

    Amerikanın Ohaya vilayətinin Cincinnati universitetini 1979-cu ildə bitirmişdir. Magistr təhsilindən sonra Amerikanın Kambridc şəhərində elmi araşdırmalarının başlanğıcı olan texnologiya üzrə Massachusetts institunu oxuyuraraq magistr və doktorantura pillələrini tamamlayır.

    Onun 90-cı illərdə gördüyü ən bariz işlərdən biri dünyada ən sürətli yazı yazan robotu icad etməsi idi ki, bu robot əvvəlki robotlardan on dəfə sürətli yazı yazır, bir saniyədə 1300 sətir (və ya 10 metr) yazı yaza bilirdi. Həmçinin, o Samsung şirkəti üçün işıq skayneri cihazının düzəldir. Bu ixtirası onu həndəsə mexanikası sahəsində ilkin fərqlənmələrindən biri olur ki, bu, onu roboteka elmi, dinamiki dizayn və «mechatronics» sahəsində dövrün qabaqcıl mütəxəssislərindən birinə çevirir. Hələ tələbəlik illərində (doktoranturada) dəniz dərinliklərinin kəşfi üçün iki balıq robot icad etmişdi.

    Professor Kamal Youcef Amerika, Avropa, Yaponiya, Cənubi Koreya, Sinqapur, Finlandiya, Hindistan, Çin kimi ölkələrdə onlarla dünyamiqyaslı şirkətlərin elmi məsləhətçisidir. O 25-dən çox ixtiranın müəllifidir. O elmə verdiyi töhfələrlə yanaşı imanlı bir şəxsiyyətdir.

    Bu linkdən Kamal Youcefin gözəl Quran tilavətini dinləyə bilərsiniz: 

    link- العالم الجزائري كمال يوسف تومي و هو يقرأ القران

     

    6 – Ahmed Zewail: (1946-2016) 
     

    O, 1946-cı ildə Misirdə anadan olmuşdur.

    1999-cu ildə kimya elminin femtochemistry sahəsi üzrə Nobel mükafatına layiq görülmüşdür. İskəndəriyyə şəhərində universitetin elmlər fakultəsinin bakalavr mərhələsini tamamladıqdan sonra işıq elmi üzrə magistr işini yazır. Sonra isə Amerikanın Pensilvaniya universitetində Lazer elmi üzrə doktorantura işini yazır. Sonra isə Kaliforniya universitetində elmi araşdırmaçı kimi çalışır. O, bir çox elmi dərəcələrə, fərqlənmələrə və mükafatlara layiq görülmüşdür. Həmçinin, o bir çox kitabların və elmi məqalələrin də müəllifidir. Lazer sahəsində etdiyi ixtira isə bir çox alimlərin önündə yeni bir qapı kimi yol açmışdı.

    7 – Wissam Barbara:

    Cəmiyyətdə bəzən müsəlman qadının hicabına bəzi insanların etiraz etdiyini, hicabın guya elmə mane olduğunu iddia etmələrini və s. safsataları eşidirik. Bu ən qəribə sözlərdəndir. Bu cür sözlər “saqqallı kəsdən elm alınmaz” sözünə bənzəyir. Elmin saqqalıllarla nə əlaqəsi? Halbuki, qərb alimlərinin çoxu saqqallı olmuşdur.

    əl-Cəzairli gənc alim xanım Wissam Barbara dəridəki dərin yanıqların, hətta, qədim yanıqların əlacını ixtira etmişdir. O, əl-Cəzairdə aptekçilik və kimyaçılıq sahəsində ən kiçik mühəndis adı ilə məşhurdur. O, hələ 22 yaşını keçməmiş bu sahədə diplomu var idi. Onun şöhrəti cicatoop adlı dərmanın ixtirası ilə bağlıdır. Bu dərman hətta 3-cü dərəcəli yanıqlara belə faydalı olur, hətta, üzərindən otuz və ya qırx il keçmiş yanıqların belə müalicə edərək bir ay müddətində dərini böyük həcmdə öz təravətinə və canlılığına qaytarır. Bu prosses bədəndə heç bir cərrahiyyə işi görülmədən və ya bədənin başqa sağlam dəri nahiyəsindən istifadə edilmədən sadəcə kremin yanıq dəriyə sürtülməsilə baş verir. Bu niqablı müsəlman xanımın kəşf etdiyi dərman artıq elmi və təcrübi baxımdan dünyada öz effektini sübut etmiş və tanınmışdır.

    1.جزائرية تكتشف علاجا لحالات الحروق العميقة

    2. السيكاتوب قناة الشروق

     

     

    8 – Rachid Yazami: 

    Onu elektron cihazlarınıza elektrik verdiyiniz zaman xatırlayacaqsınız. 1953-cü ildə Məğribin Fas şəhərində anadan olmuşdur. Riyaziyyat elmləri üzrə bakalavrın 1961-cildə doğma ölkəsi Məğribdə tamamlamış, bir il də Rabat şəhərində təhsilini davam etdirmiş, sonra Fransanın «Grenoble institute of Technology» adlı texnologiya universitetini oxumuşdur. Doktorantura təhsilini də orada başa vurmuşdur. O, Fransanın milli elmi araşdırmalar mərkəzinin rəhbəri olmuşdur.

    Professor Rashid Yazami 50-dən çox ixtiranın, 200-dən çox elmi araşdırma və elmi məqalənin müəllifidir. O, 2014-cü ildə (Həndəsə sahəsində Nobel mükafatına bərabər olan) Charlz Derber mükafatına layiq görülmüşdür.

    O, bu gün bütün hazır batareyalı elektron cihazlarda mövcud olan batareyanın halından xəbər verən elektron kartı ixtira etmişdir. Bu elektron (the smart battery) kart bütün elektrik maşınlarında və elektrik cihazlarında mövcuddur.

    9 – Jackie Yi-Ru Ying: 

    Bura qədər qeyd etdiyimiz alim və araşdırmaçıların hamısı əvvəldən İslamda olan şəxsiyyətlərdir. Bu dəfə 36 yaşında İslamı qəbul etmiş əslən Sinqapurun müsəlman qadın alimdən bəhs edəcəyik.

    O, 1966-cı ildə Tayvanın Taybey şəhərində anadan olmuşdur. Bu müsəlman qadın dünyada nanotexnologiya üzrə ən məşhur mütəxəssis alimlərdən biridir. O, taxdığı hicabıyla dinin elmə zidd olmadığını və maneə olmadığını bir daha sübut edərək elm sahəsində uğurlarını davam etdirməkdədir. O, dünyanın ən yaxşı 100 mühəndisi arasında seçilən 8 qadından biridir. Hələ 25 yaşında ikən doktora adını almış, 35 yaşında isə professor olmuşdur. 2003-cü ildən biologiya və nanotexnologiya institutunun müdirəsidir. Onun rəhbərlik etdiyi elmi mərkəzdə 160 alim və araşdırmaçı vardır ki, onlar birbaşa xanım Jackie Ying’in göstərişləri və nəzarəti ilə fəaliyyət göstərirlər. Onun nəzarətində elmi mərkəz 505-dən çox elmi ixtira və elmi kəşfə təqdimatı irəli sürmüşdür. Onun şəxsi olaraq 150 ixtirası və kəşf qeydiyyatına alınması üçün təqdim olunmuş elmi işi, 340-dan çox elmi yazısı var. 2015-ci ildə yarım milyon dollar dəyəri olan «Mustafa» mükafatına layiq görülmüşdür.

    10 – el-Mahdi A. el-Khammas:

    Dünyada, xüsusən də Amerikada orqan plantasiyası üzrə ən məşhur mütəxəssislərdən biri (xüsusən də ciyər, böyrək və mədəaltı vəzi) cərrah professor Mehdi Xamməsdir. O, 60-cı illərdə Liviyanın Zabiyə şəhərində anadan olmuşdur. Benqazidəki Ərəb Tibbi universitetini oxumuşdur, sonra isə ümumi cərrahlıq üzrə «Gar-Younis» universitetini bitirmişdir. Sonra isə ABŞ-ın Ohayo ştatının «Kolumbs» universitetindən məzun olmuşdur. Amerikada son illərdə ardıcıl olaraq onun ismi dəfələrlə ən yaxşı cərrah həkimlərin siyahısında göstərilir. 2008-ci ildə xidmətlərinə görə Liviya həkimləri cəmiyyətinin təşəbbüsü ilə «Enjaz» mükafatına layiq görülmüşdür. O, eyni zamanda orqan plantasiyası üzrə Liviya milli tibbi mərkəzində müdürün birinci məsləhətçisidir.

    Mənbə: İncəzət muslimin fi asril-hədis kitabindan.

    Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

    Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

    http://senxatirlat.com/

    18 Tahavi kimdir?

     Tahavi əqidəsi Babərti şərhi:

    https://archive.org/details/tahavi-qidsinin-srhi-son-12.03.2020

    -------------------------

    -------------------------

    İmam Tahavi  رحمة الله ضد) 853)–cü ildə dünyaya gəlmiş, 933-cü ildə vəfat etmişdir.  İmam Tahavi, Kutubu Sittə müəlliflərinin dövründə yaşamış və bunların bir qismi ilə hədis rəvayət etmişdir. Səhihi Buxarinin müəllifi İmam Əbu Abdullah Muhamməd b. İsmayıl əl- Buxari ( رحمة الله ضد ) vəfat etdiyində Tahavi (رحمة الله ضد) on yeddi yaşinda idi. Səhihi Müslimin müəllim Müslim b. əl–Haccac (رحمة الله ضد) vəfat etdiyində iyirmi iki, Sünən sahibləri Əbu Davud əs–Sicistani ( رحمة الله ضد) vəfat etdiyində otuz altı, Əbu İsa ət–Tirmizi ( رحمة الله ضد ) vəfat etdiyində qırx, Əhməd b. Şuayb ən–Nəsai (رحمة الله ضد) vəfat etdiyində altımış dörd yaşında idi. Digər Sünən sahibi Muhamməd b. Yezid b. Macə (رحمة الله ضد ) vəfat etdiyində də otuz dörd yaşında idi.

       İmam Tahavinin (رحمة الله ضد) dayısı imam Muzəni ( رحمة الله ضد) , İmam Şafi fıqhini ən yaxşı bilən, İmam Şafinin elmini təbliğ edən biridir. Qurani–Kərimi Əbu Zəkəriyya Yəhya b. Muhamməd b. Amrusdan ( رحمة الله ضد) öyrəndi. Bu ustadı haqqında, “Məsciddə yanında Quranı xətm etmədiyi heç bir dirək yoxdur”, deyilmişdir.

      Daha sonra dayısı Əl-Muzənnidən ( رحمة الله ضد ) fiqh öyrənmiş Şafi fiqhinə dair yazdığı əl-Müxtəsəri ondan dinləmişdir. Tahavi (رحمة الله ضد) bu kitab ilə fiqh öyrənən ilk kimsədir.

       Şafi Məzhəbindən Hənifə Məzhəbinə keçməsi:

       İmam Tahavi (رحمة الله ضد) iyirmi  yaşına gəlincə, əvvəlki görüşlərini tərk etmiş, fiqh sahəsində Əbu Hənifənin üsuluna keçmişdir.Bunun müxtəlif səbəbləri vardır:

       1 – О dayısının Əbu Hənifənin əsərlərini mütaliə etdiyini, onları davamlı oxuduğunu, onlardan təsirləndiyini görürdü. əl-Xəlili (رحمة الله ضد) belə deyir: “Hafiz Abdullah b. Muhammədi ( رحمة الله ضد ) belə deyərkən dinlədim: “Mən Muhamməd b. Əhməd əş–Şərrutini ( رحمة الله ضد ) belə deyərkən dinlədim: “Tahaviyə: “Nə üçün dayının məzhəbinə müxalif çıxıb Əbu Hənifənin məzhəbini seçdin?” deyə soruşdum 0 “Çünki mən dayımın da Əbu Hənifənin kitablarını çox mütaliə etdiyini gördüm.Bu səbəbdən mən də Hənəfi məzhəbinə keçdim",cavabını verdi".

       2– İmam Şafinin tələbələri ilə Əbu Hənifə məzhəbinə mənsub  elm  adamları arasında gözü qarşısında cərəyan edən və şəxsən qulaq asdığı elmi müzakirələr.

       3 - Hər iki məzhəb ilə əlaqədar yazılmış əsərlər. Bu əsərlərin hər birisi, haqqında ixtilaf edilmiş məsələlərlə əlaqədar olaraq, birinin digərinə verdiyi cavablar da iştirak etməkdədir. Məsələn əl–Muzəni, əl–Müxtəsər adlı əsərini təlif edərək çeşitli məsələlərdə Əbu Hənifənin görüşlərini rədd etmiş, daha sonra Qazi Bəkkar b. Kuteybə onun bu görüşlərini rədd edən bir başqa əsər təlif etmişdir.

       4- Bəkkar b. Quteybə, İbn Əbi İmran və Əbu Həzim kimi, qazilik vəzifəsinə gəlmələri səbəbiylə Misir və Şam bölgələrinə gələn elm adamları arasında Əbu Hənifənin məzhəbini mənimsəyən elm adamları.

       İbn Asakirin (رحمة الله ضد) Dəməşq Tarixində (11, 177- 178) Tahavinin ( رحمة الله ضد ) belə dediyini nəql etməkdədir: “Elm yazdığım ilk adam əl-Muzənidir. İmam Şafinin fikirlərini mənimsəmişdim. Aradan illər keçdikdən sonra Əhməd b. Əbi İmran Misirə qazi olaraq gəldi. Onunla birlikdə oturub-durmağa başladım və onun fikirlərini mənimsədim.

       Özü kufəlilərin üsuluna görə fiqh sahəsində alim biri idi. Beləlilklə məndə ilk məzhəbimi tərk etdim. (Dayım) əl– Muzənini röyamda gördüm. Mənə:"(Bu adam ) səni qəsb etdi,ey Əbu Cəfər,səni qəsb etdi ey Əbu Cəfər, deyirdi".

       Müəllimləri:

      1. Böyük elm adamı, İmam, İslam ümmətinin “fəqihi, zahidlərin öndəri İsmayil b. Yəhya b.Əmr b. əl-Muzəni əl-Misri. İmam Şafınin tələbəsi, əl-Müxtəsər, əl-Camiul-Kəbir, əl-Camius-Sağir, əl- Mənsur və bənzəri bir çox əsərin müəllifi olub,müctəhit biri idi.

       2. İmam, böyük elm adamı, Hənəfi məzhəbinin ən böyük ustadı Əbu Cəfər Əhməd b. Əbu İmran Musa b. İsa əl–Bağdadi. Fəqih, mühəddis.

       Bu müəllimi İmam Əbu Yusuf və İmam Muhamınəd b. əl–Həsən əş–Şeybaninin tələbələrindən fiqh öyrənmiş. İmam Tahavi də onunla eyni ləqəbə sahib Əhməd b. Əbu İmran ilə birlikdə oturub–durmağa başlamış və iyirmi ilə yaxın ondan fiqh öyrənmişdir.

        Əbu Süleyman b. Zəbərin Tahavidən nəql etdiyinə görə, Hənəfi məzhəbinə keçməsində bu müəlliminin böyük bir təsiri olmuşdur. Əbu Cəfər bu müəllimiylə öyünür və ondan çox rəvayət edərdi.

       3– Böyük fiqh alimi, böyük elm adamı, qadılar qadısı Əbu Həzzim Abdulhəmid b. Əbdüləziz əs–Səkuni əl–Bəsri əl-Hənəfi. Bu şəxs Şam, Kufə, Kərh və Bağdadda qadılıq vəzifəsində olmuş. Tahavi Şama gəldiyində ondan fıqh öyrəndi.

       4– Böyük qadı, böyük elm adamı, mühəddis Əbu Bəkrə Bəkkar b. Quteybə əl-Bəsri. Misir  qadılar qadısı idi. Bu müəllimi, İmam Şafinin, Əbu Hənifənin görüşlərini rədd edən qənaətlərinə cavab verən bir əsər təlif etmişdir.

       5– Qadı, böyük elm adamı, mühəddis, qadı Ubeyd Əli b. əl–Hüseyn b. Hərb b. İsa əl–Bağdadi. Şafii məzhəbi alimlərindəndir.

       6- İmam, hafiz, rəvayəti siqa (sağlam) Əbu Əbdürrəhman Əhməd b. Şuayb Əli b. Sinan b. Bəhr əl-Xorasani ən- Nəsai. Elm təhsili üçün Xorasan, Hicaz, Misir, İraq, Cəzirə və Şama səyahətlər etmiş, daha sonra Misirə yerləşmişdir. İmam  Tahavinin "Şərhu Müşkilil-Əsər adlı əsərində Nəsaidən etdiyi rəvayətləri olduqca çoxdur.

       Elm Adamlarıının İmam Tahavi ( رحمة الله ضد) haqqında dedikləri.

       İbn Yunus ( رحمة الله ضد ) onun haqqında: “О, siqa (etibarlı), rəvayəti sağlam, fəqih və özü kimi birini yerinə qoymadan vəfat edən bir kimsədir. (İbn Asakir, Tarix-u Dəməşq, VII, 368) demişdir.

       Məsləmə b. əl–Qasım, əs-Sıla (رحمة الله ضد) bunları deməkdədir: “O, siqa (etibarlı), rəvayəti sağlam, üstün, dəyərli, olduqca fəqih, alimlərin fərqli görüşlərini və təsnif qaydasını çox yaxşı bilən biri idi”. (ibn Həcər, Lisanul-Mizan, 1, 276)

       İbnun-Nədim (رحمة الله ضد): “O zamanın ən alimi və ən çox zühd sahibi olanı idi” deməkdədir.  (əl–Fihrist, s. 260)

       əl-Cəvahirul–Mudiyyə adlı əsərdə İbn Abdilbərr ( رحمة الله ضد ) belə deyər: “Kufəlilərin sirətini, xəbərlərini və fiqhlərini insanlar arasında ən yaxşı bilən kimsə idi. Bununla birlikdə bütün fəqihlərin məzhəbini də bilərdi”.

       İmam Səmani ( رحمة الله ضد ) Tahavi haqqında deyir ki: “İmam, siqa (etibarlı), rəvayəti sağlam, fəqih, alim, geriyə özü kimi birini qoymadan ölən biri idi”.  (əl–Ənsab, VIII, 218)

       İbnul–Cövzi ( رحمة الله ضد ) deyir ki: “О rəvayəti sağlam, üstün anlayışlı, yaxşı bir fəqih və  çox ağıllı biri idi”.  (əl–Müntəzəm, VI, 250)

      İbnul-Əsir ( رحمة الله ضد ): “О, imam və Hənəfi məzhəbində fəqih Siqa (güvənilən) və sağlam idi” demişdir. (Siyəru Alamin-Nubəla, XV, 27).

       İmam Zəhəbi ( رحمة الله ضد ) deyir ki: “İmam, çox böyük elm adamı, çox böyük hafiz, Misirin mühəddisi və fəqihi... Bu imamın təlif əsərləri araşdıran bir kimsə, onun elmi dərəcəsini və üstünlüyünü anlayar”  (Siyəru Alamin-Nubəla, XV, 27).

       İbn Kəsir ( رحمة الله ضد ) deyir: “Hənəfi fəqihi, çox faydalı əsərlərin, dolub daşan faydalı elmin sahibi, siqa ravilərdən, çox üstün dahi hafizlərindən biridir.(əl-Bidayə, XI, 186)

       İmam Tahavinin  ( رحمة الله ضد )   Əsərləri:

       1- Şərhu Məanil-Asar: Onun ilk yazdığı əsərdir. Əsərin əvvəlində elm əhlinin istəyinə görə kitabın yazılma səbəbini belə ifadə etməkdədir: “Əhkama dair mövzularda zikr edilmiş bu rəvayətlər haqqında bəzi inkarçılarla, bəzi məlumatı qıt müsəlman kəslər, bunların nasix (hökmü ortadan qaldıran) ilə mənsuxlarını (hökmü ortadan qalxmış) və lazımınca əməl edilməsinin lazım gəldiyini kifayət qədər bilmədiklərindən ötəri dəlillər arasında bəzi uyğunsuzluqlar olduğunu düşünməkdədirlər. Bu səbəbdən burada hər bir bölümdə hansılarının nasix, hansılarının mənsux olduğunu, elm adamlarının mövzu ilə əlaqədar şərhlərini, bir-birlərinə qarşı gətirdikləri dəlillərini və bunlar arasında mənə görə kimin dəlilinin səhih olduğunu zikr etməyim istəndi. Bu barədə düşündüm və çox ciddi şəkildə araşdırdım. Onun istədiyinə uyğun müxtəlif mövzulara dair məlumatları ortaya çıxartdım, bunları kitablara (ana hissələrə) ауırdım və hər bir ana hissədə bu barədə nə varsa zikr etdim”.

       2– İxtilaful–Fuqaha: Bu əsərdən ibn Hallikan, ibn Kəsir, Süyuti kimi bir çox elm adamları bəhs etmişdir.

        3– Hənəfi fiqhinə dair Müxtəsərul–Tahavi: Bu da Şafi məzhəbində əl–Müzəninin Müxtəsər mahiyyətindədir. Bu Müxtəsərin də bir çox şərhi olmaqla bərabər ən əhəmiyyətlisi isə Əhkamul–Quran adlı əsərin müəllifi  Əbu Bəkr ər–Razi əl–Cəssasın yazdığı şərhdir.

       4– Sünənuş–Şafii: Tahavi bu əsərində dayısı əl-Muzənidən, onun da əş-Şafiidən eşitdiyi hədisləri rəvayət etmişdir.

       5- Əl–Əqidətut–Tahaviyyə: Tahavi bu əsərində sələfin mənimsədiyi etiqadı zikr etmiş və bu mövzuda İmam Əbu Hənifədən, iki tələbəsi Əbu Yusuf ilə Muhamməd b. əl–Həsəndən, onların dinin əsaslarına dair mənimsədikləri əqidəni qeyd etmiş.

       6– Əş–Şurutus–Sağir:

        7– Əş-Şurutul-Əvsat: Bu əsəri şeyx Abdulqadir əl-Kuraşi ilə Əli əl–Qari zikr etmiş.

       8- Əş–Şurutul-Kəbir:

       9- Ət-Tarixul-Quran.

       10-Ən-Nəvadirul-Quran. 

        11- Ən-Nəvadir vəl-hekayət.

     

     

     

    19 İman zəkalılar üçün deyil?!

       Bəziləri deyirlər ki, “Allaha inanmaq zəkalı alimlər üçün deyil.” Bunu deyərkən elə bilirlər ki, sanki, onlar həqiqətin və haqqın yeganə təmsilçiləridirlər.

    Rəhmli və Mərhəmətli Allahın adı ilə

    Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

    Bundan sonra:

    Bəziləri deyirlər ki, “Allaha inanmaq zəkalı alimlər üçün deyil.” Bunu deyərkən elə bilirlər ki, sanki, onlar həqiqətin və haqqın yeganə təmsilçiləridirlər. Həmçinin, onlar elə hesab edirlər ki, onlar kimi düşünməyən insanlar onlardan aşağı səviyyədədirlər.

    İndi isə sizə parlaq zəkası olmasında ixtilaf olmayan bəzi dünyəvi elm adamlarını, alimləri, onların Allahın varlığı barəsində dedikləri sözləri misal çəkərək bu iddianın batil olduğunu göstərəcəyik. Zənnimizcə bu parlaq zəkalı alimlərin sözləri cavab olaraq kifayət edəcəkdir. Baxmayaraq ki, bu iddiaya əslən dəlil yoxdur.  Həmçinin, biz etiqad edirik ki, haqq kişilərə görə tanınmır. Kişilər haqqa görə tanınırlar. Həmçinin də haqq haqqa görə tanınır. Elə isə gəlin bəzi parlaq zəkalı şəxslərin Allah barədə sözlərini oxuyaq:

       1 –Albert Einstein:(1879-1955) Təbiət elminə görə ölümündən sonra Nobel mükafatçısı – Noble Laurate in Physics. Onun nəzəriyyəsi nisbi olduğundan dolayı ölümündən sonra bu mükafata layiq görülmüşdür. O, müasir Fizika elminin qurucularından biri hesab olunur. Məncə onu çoxumuz yaxşı tanıyırıq və çox tanıtmağa lüzum görmürəm. Keçək onun Allah barədə bəzi sözlərinə:

    «İnsan hər dəfə təbiətin sirlərini öyrəndikcə, Allaha olan təzimi (Onu Uca hesab etməsi) və ehtiramı çoxalır!» (Mənbə: Einstein, as cited in brian, 1996, 119)

    Həmçinin, Eynşteyn demişdir:

    «Hər dəfə elm öyrəndikcə Allaha olan inancım daha da artdı.» (Mənbə: Einstein, as Cited in Holf, 1997)

        2 – Max Plank:(1858-1947) O, 1918-ci ildə Fizika üzərə «Elementary Quanta» nəzəriyyəsinin qurulması və inkişaf etdirilməsindəki gördüyü işlərinə görə Nobel mükafatına layiq görülmüşdür. Müasir Fizika elminin qurucularından, nisbi nəzəriyyənin inkişaf etdirənlərdən biri, 20-ci əsrin ən mühüm nəzəriyyələrindən birinin «Quantum Theory» banisi, üstəlik də «Electromagnetic Radiation» nəzəriyyəsinin inkişaf etdirənlərdəndir. O, həm də «Quantum Mechanics» nəzəriyyəsinin qurucularından biridir:

    Max Plank 1937-ci ilin may ayında «Din və Elm» adı altında etdiyi məşhur mühazirəsində belə yazmışdı:

    «Din və Elm, bunların hər ikisi də öz məzmununda Allaha imanı gərəkli edir. Daha da dəqiq desək, Dinin əvvəlində Allah dayanır, ikinci isə (elm barədə) bütün düşüncələrin sonunda yenə Allah dayanır.» (Mənbə: Max Plank, Religion and Naturvissenchaft, Leipzig, JohannAmbrosius Barth Verlag, 1958, 27)

    Həmçinin, Max Plank 1932-ci ildə ən məşhur kitablarından biri olan «Where is science going?» kitabında demişdir:

    «Dinlə elm arasında həqiqi bir ziddiyyətin olması mümkün deyildir. Çünki, bu iki şeyin biri digərini tamamlayır.» (Plank, 1977, 169)

    «Max Plank ölümdən sonrakı həyata da inanırdı, O, bu həyatın fövqündə olan başqa bir həyata inanırdı. Elə bir əbədi həyat ki, biz onu özümüzə sığınacaq və qurtuluş edə bilərik.» (Plank, as Cited in HeilBorn, 1986, 197)

        3 – Erwin Schroedinger:(1887-1961).

    O, 1933-cü ildə Fizika üzrə atom nəzəriyyəsi sahəsində yeni aktiv formalar tapdığı üçün Nobel mükafatına layiq görülmüşdür.

    (For the Discovery of Productive Forms of Atomic Theory). Həmçinin, o «Maddələrin dalğaları» nəzəriyyəsində «Wave Theory if Matter» və «Quantum Mexanics» nəzəriyyələrində və başqa elmi mövzularda öz elmi səylərini göstərmişdir. O, dalğalar mexanikasının banisidir. Almaniya, Amerika və s. universitetlərində Təbiət müəllimi olmuşdur.

       Erwin Schroedinger maddəçiliyi inkar etmiş (yəni, maddənin yeganə həqiqət olması nəzəriyyəsini inkar etmiş), o iqrar etmişdir ki, insanın idrakı maddədən tamamilə fərqlidir və belə demişdir:

     «İnsan idrakının Fizika baxımından izahı mümkün deyil. Çünki, idrakın özü əsl olan bir şeydir ki, o başqa bir (əsl olmayan) şeylə izah oluna bilməz.» (Schroedinger, 1984, 334)

    Onun müasir elmdə oynanılan oyunlar barədə də maraqlı sözləri var.

         4 – Werner Heisenberg: (1901-1976)

    O, 1932-ci ildə Fizika elmi sahəsində hidrogen elektron formullarının (Allotrpic forms of Hidrogen) kəşfinə aparan kvantum mexanikası üzrə Nobel mükafatına layiq görülmüşdür. Bundan öncə isə o 1927-ci ildə öz adı ilə əlaqəli olan təyin edilməzlik (Principle of Uncertainty of İndeterminacy) qaydasının əsasını qoymuşdur. Onun sözlərindən bəziləri:

    Təbii elmlər kubokunun zahirinə baxsan bu səni ateizmə aparacaq, lakin, (az sonra) bu kubokun dərinliyində Allahın səni gözlədiyini görəcəksən! (Yəni, müasir elmi ateizmə yönləndirmək cəhdləri olsa da, elmi düzgün öyrənən kimsə elmin özünün Allahın varlığına şahid olduğunu görəcəkdir). (Heisenberg, as cited in Hildebrand, 1988, 10)

    Həmçinin, o belə demişdir:

    «O zaman ki, yolu təyin etmək üçün əsaslar qalmır, dəyərlərin miqyası itir, bununla birgə əməllərin və ağrıların da mənası itir. Bu isə yalnız pessimizmə və ümidsizliyə aparır. Deməli, din dəyərlər nizamının qurucusudur, dəyərlər nizamı isə həyatın mənasıdır.» (Heisenberg, 1974, 219)

        5 – Guglielmo Marconi:(1937-1974)

       Uğurlu məftilsiz teleqraf ixtirasına görə 1909-cu ildə Nobel mükafatına layiq görülmüşdür. Marconi həmçinin, radionun ixtiraçısıdır. Bu kəşf müasir dövrümüzdə elektron əlaqələrin mümkünlüyünə aparıb çıxaran bir inqilaba səbəb oldu.

    Onun sözlərindən bəzilərini qeyd edək:

    «Hər dəfə təbiət qüvvələriylə çalışdığım zaman Allahın verdiyi yaxşılıqla insanlara yaxşılıq etdim. Hər dəfə əzəmətli həqiqətə hər şeyin Əbədi Qəyyum olan Yaradana gedib hər dəfə əzəmətli həqiqətə yaxınlaşdıqca, daha çox hiss edirdim ki, «elm adlanan şey» (hansı ki, mənə ağrı verir və məni məşğul edir) insanları biri-birinə yardım etməyi hədəf seçən Əzəmətli İlahi iradəni ifadə edir, hansı ki, yaxşılığı anlamalı və istəyərək etməlidirlər.» (Marconi, as cited İn Mario Cristina, Marconi, 1955, 246)

    Həmçinin, demişdir: «Məftilsiz cihaz (radio) boşluğa mesaj göndərə bilir. Dua edərkən də insan əbədi aləmə (Allaha) gizli dalğlar göndərə bilir. Bu dalğalar Allah qarşısında öz hədəfinə çatır.» (Marconi, as cited in Popov, 1992, 298)

         6 – Charles Darwin: (1809-1882)

     Təkamül nəzəriyyəsinin banisi. Darwin yazmışdı ki, o bu əzəmətli əsrarəngiz kainatın kor-koranə təsadüf və ya sadəcə bir ehtiyac nəticəsində yarandığını düşünməyin mümkünsüz olduğundan dolayı böyük bir təhlükə ilə qarşı-qarşıyadır. Ona görə də məcbur oluram ki, bu ağıllı kainatın ilk yaranma səbəbinə baxım. Ona görə də mənə «inanclı insan» deyilməsini haqq edirəm. (The Language if God, Francis Collins, 99)

    Darwin 1879-cu ildə, ölümündən 3 il əvvəl yazmışdı ki:

    «O, Allahı inkar mənasında heç vaxt ateist olmamışdır.» (Darwin as cited in Bowden, 1988, 273)

         7 – Sir Isaac Newton:(1642-1729)

    O, klassik təbiət elminin banisidir. Onun sözlərindən bəzilərini qeyd edək:

    «Günəşin, planet və ulduzların əsrarəngiz dəqiq nizamının ərsəyə gəlməsi yalnız Qüdrətli, (hər şeyi hökmündə saxlayan) Hökmdar olan bir Yaradanın  tərəfindən mümkündür. O hər şeyə hökm edir.» (Newton, 1687, principia)

       O həmçinin demişdir: «Məgər bütün quşların heyvanların və insanın (daxili orqanların yerləri istisna olmaqla – qəlbin sol tərəfdə olması və s.kimi) zahiri orqanlarının eyni vəsfdə olması təsadüf nəticəsində mümkün ola bilərmi? məsələn; üzün hər iki tərəfində çox deyil, yalnız iki gözün olması, çox deyil, yalnız iki qulağın olması, çox deyil, yalnız iki nəfəs dəliyi olan bir burunun olması, ya da iki qol və ya iki qanad və ya iki qıçın olması təsadüfidirmi?!

    Məgər (varlıqlar arasındakı) bu zahiri bərabərlik bizi yalnız Hər Şeyə Qadir olan Hökmdara və Nəzarət Edənə tərəf yönəltmirmi?!» (Liməzə ləstu mulhidən? Kerim Ferhat, səh 300)

         8 – Nicolaus Copernicus:(1473-1543)

    O, məşhur astronom, astronomiya elmində böyük xidmətləri olmuş şəxsiyyət, «Heliocentric cosmology» günəşin mərkəz olması nəzəriyyəsini ilk irəli sürən şəxsdir.

    Onun sözlərindən:

    «Allahın əzəmətli feillərini tanımaq, Onun hökmran Olan qüvvəsi və hikmətini anlamaq, insanı bihuş edən əsrarəngiz qanunlar qoymasına şükür etmək və ona minnətdarlıq etmək üçün Onun (Yaradanın) bütün bu feilləri bizə təkidlə bir razı qalınan və məqbul yolu göstərir ki, O da (Yaradan) Uca Rəbbə ibadət etməkdir. Hansı ki, O Rəbbi tanımamaq mümkün ola bilməz ki, Onu tanımaq kimi qane edici ola bilsin!…» (Copernicus, as cited in neff 1952, 191-192 and in Hubbard, 1905)

         9 – Sir Francis Bacon:(1561-1626)

     O demişdir: «Bu bir həqiqətdir. Az bir fəlsəfə ola bilsin ki, insanı ateizmə aparsın. Lakin, fəlsəfədə dərinə getmək yenidən ağılları dinə qaytarır.» (Bacon, 1875, 64)

    ________

    Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

    Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

    20 Hənəfi məzhəbinə aid kitabların mərtəbələri:

        Hənəfi alimlərinin məsələlərini 3 qismə bölmək mümkündür:

       1 .Üsul məsələləri. Bu eyni zamanda Zahirur-Rəvayə də adlanır. Bu kimi məsələlər İmam Əbu Hənifə, İmam Əbu  Yusuf (رحمة الله ضد) , İmam Muhamməd (رحمة الله ضد), bəzən də İmam Züfər (رحمة الله ضد) və Həsən bin Ziyaddan (رحمة الله ضد) və Əbu Hənifədən (رضي الله عنه)  elm alan digər tələbələrindən nəql olunan hökmlərdir. Amma zahirur–rəvayədə ən məşhur olanlar ilk üç imamdan nəql olunanlardır. Zahirur–Rəvayə kitabları İmam Muhammədə aid olan bu 6 kitabdır: əl-Məbsut, əz-Ziyadə, əl–Camius-Sağir, əs-Siyərus-Sağir, əI–Camiul–Kəbir, əs–Siyərul–Kəbir. Bu kitablar istər mütəvatir, istərsə də məşhur yol ilə olsun, İmam Muhamməddən ( رحمة الله ضد ) sağlam yol ilə nəql olunduğu üçün Zahirur–Rəvayə deyə isimləndirilmişdir.

        2. Nadir məsələlər. Bu kimi məsələlər yuxarıda adı keçən imamlardan nəql olunsa belə, ya İmam Muhammddən (رحمة الله ضد) səhih yolla rəvayət edilməmiş və ya adı keçən kitablarda zikr edilməmişdir. Bu məsələlər İmam Muhammədin (رحمة الله ضد) “Keysaniyyat”, “Haruniyyat”,“Curcaniyyat” kimi kitablarında, ya da Həsən bin Ziyada aid “Muharrər” isimli kitabda və İmam Yusufdan (رحمة الله ضد) rəvayət olunan “əl–Əmali” kitablarında zikr edilmişdir.

        3. əl–Vaqiat və əl-Fətava. Bu kimi məsələlər də daha sonra gələn müctəhidlərin verilən suallara qarşı məzhəb imamlarından görməyib, ictihad edərək fətva verdikləri məsələlərdir. Bunlar da Imam Yusufun, İmam Muhammədin tələbələri və bu tələbələrin tələbələridir. İmam Əbu Yusuf və İmam Muhamməddin tələbələrindən bir neçəsi bunlardır: İsam bin Yusuf, İbni Rüstəm, Muhamməd bin Sümaə və Əbu Süleyman əl-Cürcani. Bunlardan sonra gələn müctəhidlərsə aşağıdakılardır.Muhamməd bin Sələmə, Muhamməd bin Müqatil, Nuseyr bin Yəhya,Əbu Nəsr əl-Qasim (Allah hamısına rəhmət etsin ).

        Onların  fətvalarının toplandığı və bizə gəlib çatan ilk kitab Əbu-Leys əs-Səmərdəndiyə (رحمة الله ضد) aid “ən-Nəvazil” kitabıdır. Bundan sonra İslam alimlərinın fətvalarını toplayan bəzi kitablar yazılmışlar. Məsələn: Natifıyə aid Məcmuun–Nəvazil və əl–Vaqiat və Sadus-Şəhidə aid əl-Vaqiat bunlardandır.

       Mutəəxxirin adlanan daha sonra gələn islam alimləri bu fatvaları ayırmadan qarışıq şəkildə zikr etmişlər. Qazixan fətvaları və əl–Xülasat bunlardandır. Rizauddin əs–Sərxsiyə (رحمة الله ضد)  aid əl–Muhit isimli kitabda olduğu kimi bəziləri, fətvaları ayıraraq yazmışlar. Adı çəkilən kitabda ilk başda üsul məsələləri, daha sonra nadir məsələlər, daha sonra digər fətvalar yer almaqdadır.

       Fiqh kitablarında “İmam” kəlməsi istifadə olunarsa, bundan məqsəd İmam Əbu Hənifə  (r.a)dir. “Sahibeyn” kəlməsi istifadə olunubsa, bundan məqsəd İmam Əbu Yusuf və İmam Muhamməddir. “Tərafan” kəlməsi istifadə olunubsa, bundan məqsəd də İmam Əbu Hənifə və İmam Muhamməddir. “Şeyxeyn” kəlməsi istifadə olunubsa, bundan məqsəd İmam Əbu Hənifə və İmam Yusufdur.“Ləhu” yəni “Ona aid” kəlməsi keçirsə, İmam Əbu Hənifə, “Ləhumə” “İkisinə aid” istifadə olunursa, İmam Əbu Yusuf və İmam Muhamməd qəsd olunur. “0 ikisinə görə“ və ya “ikisinin məzhəbinə görə”; şəklində ifadə olunubsa, bu zaman da yenə İmam Əbu Yusuf və İmam Muhamməd qəsd edilməkdədir.

      Səhih hökmlərin çoxu “Üsul" deyə isimləndirilən Zahirur-Rəvayə kitablarında yer almaqdadır. Bu kitablar da aşağıdakılardır: əl-Cəmiul–Kəbir, əl–Camius–Sağir, əs–Siyərul-Kəbir,əs -Siyərus Sağir, əl-Məbsut, əz–Ziyadat. əs-Siyərul–Kəbir və əs-Siyərul-Sağir İmam Muhammədin İraqdan ayrıldıqdan sonra yazmış olduğu kitablardır. Bu kitablardan geri qalanlar isə Nadir rəvayətlərdən sayılır. Bunlar da Əbu Yusufa aid Əmali kitabları, İmam Muhammədə aid ər–Ruqiyyat kitabıdır. Bu kitabı Muhamməd bin Sumaə İmam Muhamməddən rəvayət etmişdir. İmam Muhammədin Süleyman bin Şüeyb əl-Keysaniyə yazdığı “əl-Keysaniyyat” kitabı, İmam Muhammədin Harun ər–Rəşidin zamanında qələmə aldığı “əl–Haruniyyat” kitabı, Cürcanda qələmə aldığı “əl–Cürcaniyyat” kitablarıdır. Imam Şafi İmam Muhammədə aid Məbsut kitabını bəyənmiş və əzbərləmişdir. Yenə əhli kitabdan biri Məbsutu mütaliə edərək müsəlman olmuş və belə demişdir: “Bu sizin kiçik Muhammədınızin kitabıdır. Böyük Muhammədinizin   (محمد صلى الله عليه وسلم ) kitabı necədir?”

    21 RAZİ ƏL-CƏSSAS ( رحمة الله ضد )

       Əhməd b. Əli Əbu Bəkir ər-Razi əl-Cassas əl-Hənəfi (ö. 981)

       Cəssas (رحمة الله ضد) -ci ildə Reydə doğulub. İyirmi beş il burada yaşadı. Bağdada gələnə qədər Reydə keçirmiş olduğu bu iyirmi beş illik həyatı haqqında qaynaqlar hər hansı bir məlumat vermirlər. Gənc yaşda Bağdada gəldi və orada yaşadı. Müəllimi Əbul-Həsən əl-Kərhidən ( رحمة الله ضد ) (6. 951) fiqh oxudu. Onun Bağdaddakı həyatı haqqında da çox bir məlumata sahib deyilik. Ancaq şiddətli qıtlıq səbəbiylə bir dəfə əl-Əhvəzə, bir dəfə də əl-Hakim ən-Nişaburi ilə Nişabura getdi. Bu sonuncu səyahətinə şəxsən müəllimi əl-Kərhi (رحمة الله ضد) icazə vermişdir. Lakin şeyxi, o Nişaburdaykən, Bağdadda vəfat etmiştir. Müəlliminin ölümündən sonra onun yerini alan Cəssas (رحمة الله ضد), Bağdadda elm və fətva ilə məşğul olmuş və davamlı tələbə oxutmuşdur. Hər fani kimi O da 981- ci il tarixində,bazar günü 65 yaşlarında Bağdadda vəfat etmişdir. 

        Cəssasın ( رحمة الله ضد ) təhsil aldığı ustadlar bunlardır:

       1- Əbul-Həsən əl-Kərhi ( رحمة الله ضد ) (874-951). Cəssasın ( رحمة الله ضد ) hər mövzuda özündən bəhs etdiyi və ən çox istifadə edib təsirində qaldığı müəllimi əl-Kərhidir. Geniş elmi sayəsində Hənəfilərin rəisi qəbul edilmiş, müctəhid, zühd və təqva sahibi bir kimsədir. Qazilik etməmiş, amma bir çox elm adamı yetişdirmiş fəzilətli bir alimdir. “Müxtəsər fil-Fiqh”, “əl-Camius-Sağir” və “əl-Camiul-Kəbir” şərhləri, Hənəfilər tərəfindən əsas alınan “üsul qaidələri” (Qəvaidul-Külliyyə)-ni ehtiva edən otuz doqquz qaidəlik təb olunmuş bir də üsul kitabı vardır.

       2- Abdülbaqı b. Qaani əl-Hafiz ( رحمة الله ضد ) (879-962). Cəssasın ən çox hədis rəvayət etdiyi şeyxlərindəndir.

       3- əl-Hakım ən -Nişaburi ( رحمة الله ضد ) (933-1014). Ən-Nişaburi, Hədis və Tarix elmlərində məşhurdur. Cassas ondan Hədis və Hədis Üsulu oxumuşdur. Bir çox əsəri vardır. Ən məşhuru əl-Müstədrəkdir.

       4- Abdullah b. Cəfər b. Faris ən-Nəhvi ( رحمة الله ضد ) ərəb dili qrammatikası və lüğət sahəsində tanınmış bir alimdir. Bununla birlikdə Fiqh və Hədis elmində də qüvvətlidir.əl-İrşad fin-Nəhvi, Əxbarün- Nühat adlı əsərləri yanında daha başqa əsərləri də vardır.

       5- Süleyman b. Əhməd ət-Təbərani ( رحمة الله ضد ) (874-971) Doğru və etiıbarlı bir hədis alımı olub, geniş bir hifzə malikdir. Çox səyahət edən bu alimdən Cassasın İraqda istifadə edə biləcəyi qənaəti vardır.

       6- Əbu Səhl əz-Zəccaci Cəssasın ( رحمة الله ضد ) fiqhdə olan dirayətli müəllimlərindən biridir. Nişaburda vəfat etmişdir. Əbu Səhl əz-Zəccaci “Kitabür-riyad”ı ilə məşhurdur.

        7. Muhamməd Gulam Səhləb ( رحمة الله ضد ) (ö. 956) Qulam Səhləb, lüğət sahəsində böyük alimlərdən olduğu üçün Cəssas ondan sahəsi ilə əlaqədar rəvayətlər etmişdir.

       8. Əbu Əli əl-Farisi ( رحمة الله ضد ) (6. 987). Ərəbcə sahəsində zamanının ən böyük alimlərindəndir. Çox gəzmiş, bir çox alimlə görüşmüş onlardan elm almış, özü  də bir çox  tələbə yetişdirmiş və qiymətli əsərlər yazmışdır.

       İmam Cassas (رحمة الله ضد) hər biri öz sahəsində böyük bir qiyməti olan bir çox müəllimdən istifadə etmiş və özü də elm və mədəniyyətdə təmayüz etmə imkanı tapmışdır. Bu səbəbdən Pezdevi, Səraxsi, Amidi kimi alimlər, onun üsula dair yazdığı bu əsərindən böyük ölçüdə istifadə etmişlərdir. Bu əsərin bir əl yazması, Qahirə Yazmalar İnistitutundadır.

       Müctəhid mərtəbəsinə yüksəlmiş, qüdrətli və hər tərəfli bir alim olan Cəssas, daha çox özünü Fiqh, Fiqh Üsulu, Hədis və Təfsir sahələrində verdiyi əsərləriylə qəbul etdirmiş və təsirini zamanımıza qədər davam etdirmişdir. Cəssas, Hənəfi fəqihlərinin ən məşhur olanlarından biridir. Bu məşhur fəqih haqqında Xatib əl-Bağdadi   ( رحمة الله ضد ) deyir: “Zamanında Hənəfi məzhəbinin rəisi olub, zühd və vəra’da məşhur idi. Ona dəfələrcə qazilik təklif edildi, ancaq qəbul etmədi.”

       Muhamməd bin Abdülbaqi   ( رحمة الله ضد ) isə: “Cəssas Hənəfi məzhəbi imamlarından və Nişəbur’un hədisdə hafiz olan alimlərindəndir” demişdir. Ayrıca onun müctəhid olduğu xüsusu da ittifaqla qəbul edilmiş lakin müctəhidliyinin dərəcəsi haqqında ittifaq edilməmişdir. Taşköprüzadə  ( رحمة الله ضد ) “Tab aqatül-Füqaha” adlı əsərində Cəssası qədən yəni Təxric əhlindən saymışdır. Buna qarşılıq olaraq Ömər Nəsuhi Bilmən ( رحمة الله ضد ) Ömər Rıza  Kəhhalə, Əbu Zəhra vs. kimi alimlər bu fikirə şiddətlə qarşı çıxaraq Cəssasın Hənəfi fəqihləri arasında təmayüz etmiş olan digər müctəhidlərin fikirlərinə də bələd olduğunu, fiqhi məsələlər haqqında uzun-uzun tədqiqatlar apardığı,müctəhidlərin o mövzudakı fikirlərini ayrı-ayrı yazdığını, bunların dəlilləri sənədləriylə birlikdə bildirdiyini, əsərlərinin dəyərinin də göz önünə alaraq onun “Məzhəbdə Müctəhid” olduğunu bildirərlər.

       Cəssasın həyatından bəhs edən əsərlər, onun müəllimi və şeyxi əl-Kərhinin yolunda getdiyini, zühd və təqvada onu izlədiyini yazır.

       Heç vəzifədə olmayan, yəni  qazılıq etmədən yalnız dərs oxudan Cassasın bir çox, hətta saysız-hesabsız tələbəsi vardır ki, onlardan bəziləri bunlardır.

       1. Əbu Bəkr əl-Xərəzmi   ( رحمة الله ضد )

     (ö.1012 ). Fətvalarının məqsədə uyğun olması və gözəl dərs verməsi ilə tanınmışdır.Qazilik qəbul etmədiyi kimi hədiyyə də qəbul etməzdi.

       2- Əbu Abdillah Muhamməd b. Yəhya əl-Cürcani   ( رحمة الله ضد ). “Tərcih əhlindən” qəbul edilmiş olan bu fəqih, məşhur əl-Qudurinin müəllimidir. “Tərcihi Məzhəbi Əbi Hənifə” adlı əsəri vardır.

       3- Əbu Cəfər ən-Nəsəfi   ( رحمة الله ضد ) (ö. 1023). Müəllimi Cəssas kimi zühd və təqva sahibi olub, iffətli bir fəqih idi. Məqsədə uyğun görüş və möhkəm bir elmə sahib idi. “ət-Taliqat fil-Xilaf” adlı əsəri məşhurdur.

       4- Əbul-Hüseyn əz-Zəğfərni    ( رحمة الله ضد ).əl-Hidayədə tez-tez adı çəkilən bir alımdır və Cəssasın tələbələrindəndir.

       5- Muhamməd b. Əhməd əl-Vasiti əl-Qəməri   ( رحمة الله ضد )(ö. 1026) İraqlıdır. Vasıtdə qaziliyi etmişdir.

       6- Əbu Cəfər əl-Ustruşəni   ( رحمة الله ضد ) (6. 1009). Cəssas və Muhamməd əl-Fadldan elm öyrənmiş olan əl-Ustruşəni, əd-Dəbusinin müəllimidir. "əz-Ziyadat" adlı bir əsəri vardır.

       7- Əbul-Fərəc, Əhməd b. Muhamməd b. Ömər. İbnül-Məsləmə   (رحمة الله ضد) adıyla tanınır.

    Böyük alim Cəssas, bir çox əsər yazmışdır. Bunların çoxu Furu Fiqhə aiddir və bu əsərlərdən bir qisimi bizə qədər gəlmişdir. Bir qisimının də yalnız adları məlumdur.

       Bizə qədər gələn əsərləri bunlardır:

        a- Şərhi müxtəsərit-Təhavi. Nəşr edilməyən bu əsərin Süleymaniyə Kitabxanası No: 717 də yazma bir nüsxəsi var.

       b- Şərhi Ədəbil-Qadi lil-Xəssaf.

       c- Müxtəsəri İxtilafil-Füqaha. Bu əsər Tahavinin böyük bir əsərinin müxtəsər hala gətirilmiş şəklidir.

       d- Əhkamul-Quran. Cəssasın bu əsəri, Fiqhi Təfsir sahəsinin ilk nümunəsi olaraq zamanımıza qədər gəlmiş olan Fiqh, Üsulu-Fıqh, Xilafiyyat baxımından dəyəri böyük olan bir kitabdır. Qiymətinə və şöhrətinə görə əl yazmaları və nəşri çoxdur. Əsərdə ayələr sırayla ələ  alınaraq bunlardan yalnız əhkamla əlaqədar olanlar təfsir edilmiş, "Fiqhi məsələlər haqqında uzun uzadıya tədqiqlər edilmiş,müctəhidlərin mövzu ilə əlaqədar fikirləri yazılmış,bunların dayandıqları dəlilləriylə  və sənədləriylə birlikdə verilmişdir."

        e- “Usulül-Fiqh (əl-Fusul fil-Üsul). Hənəfi məzhəbinin bizə qədər gəlmiş olan ilk Fiqh Üsulu kitabıdır. Bu əsər yalnız bir Hənəfi üsul kitabı deyil, eyni zamanda digər məzhəb müctəhidlərinin fikirlərinə də yer verilmiş bir xilafiyyat, yəni məzhəblər arası müqayısəli bir hüquq kitabıdır.

    Muxtasar-i Kərhi

    Şərh-i Muxtasar-ı Tahavi

    Şərh-i Cami’i Muhamməd bin Həsən

    Şərh-i əsma-il hüsna

    Ədəb-ul-kada

    Kitab-ü ilham-ül-Qur’an

    Kitab-ü cəvabat-il-məsail.

    22 İMAM FAXRUL-İSLAM ƏL-PƏZDƏVİ ( رحمة الله ضد )

       Əli bin Mühamməd bin Hüseyn bin Abdülkərim bin Musa bin İsa bin Mücahid ən-Nəsəfi əl-Pəzdəvi (ö. 1089)

       Mavərənnəhrdə yetişən Hənəfi fiqh alimlərindəndir. Adı, Əli bin Muhamməd bin Hüseyn bin Abdülkərim bin Musa bin isa bin Mücahid ən-Nəsəfi əl -Pəzdəvidir. Ləqəbi Əbul-Həsəndir. “Faxrul-İslam” ləqəbi ilə məşhur oldu. 1009-cu illərdə İranın Pəzdə (və ya Bəzdə) ‌şəhərində doğulub yetişdiyi üçün “Pəzdəvi” nisbətiylə məşhur olmuşdur. Pəzdə, Nəsəfdən 6 fərsax (34,1 km.) uzaqda bir qaladır. Qala adı, yanında qurulan şəhərin də adı olmuşdur. Atası Muhamməd Səmərqənd və Buxarada qazilik (hakimlik) vəzifəsində olmuş, daha sonra bu vəzifədən ayrıldığında Pəzdəyə gedib oraya yerləşmişdi. Qardaşı Muhamməd bin Muhamməd əl- Pəzdəvi də, Mavərannəhrdə Hənəfi alimlərinin ən böyüklərindən olub, “Sadrül-İslam” ləqəbi ilə anıldı. Ornun kitabları asan aydın olduğu üçün, “Əbul-Yüsr” ləqəbi ilə məşhur oldu. Bir çox əsər yazdı. l089-cu ili Rəcəb ayının beşində Keşş deyilən yerdə vəfat etdi. Cənazəsi Səmərqəndə aparılıb, dəfn edildi.

       İmam Faxrul-İslam Pəzdəvi (رحمة الله ضد), Hənəfi məzhəbi alimlərinin böyüklərdəndir. Hənəfi fiqhinin füru və üsul məlumatlarında zamanındakı alimlərin imamı, ən böyüyü idi. Çox sayda mötəbər kitabları vardır. Müxtəlif elmləri də özündə cəm etmişdir. Hələ üsulu fiqhə dair yazdığı və “Üsulu Pəzdəvi” adıyla bilinən çox qiymətli bir kitabı, bütün İslam ölkələrində mötəbər bir əsər olub, bir günəş kimi açıq və nur saçmaqdadır. Qasım bin Qutluboğa  ( رحمة الله ضد ) , “Tabaqatu Hənəfiyə” adındakı əsərində deyir ki, “Mən, bu kitabdakı hədisi-şərifləri təxric etdim. Məndən əvvəl onunla kimsə məşğul olmamışdı. Əbul—Məali Muhamməd bin Nəsri Xatib  ( رحمة الله ضد ) , ondan hədisi–şərif rəvayət etmişdir”. Təfsir, hədis və fiqh elmlərində də məşhur və mötəbər olan kitabları vardır.

        Qardaşı Əbul–Yüsr Muhamməd bin Muhamməd əl–Pəzdəvidə  (رحمة الله ضد), Hənəfi fiqhinin üsul və füru elmində böyük bir alim idi. O, Əbu Yaqub Yusuf bin Muhamməd ən–Nişaburidən  (رحمة الله ضد)  elm öyrənib yetişdi. Səmərqənddə qazilik (hakimlik) etdi. Zamanındakı alimlərin imamı, ən böyüyü idi. Onun yanına, şərqdəki və qərbdəki hər məmləkətdən elm öyrənməyə gəlirlərdi. “Əbul–Yüsr” deyə məşhur olmasının səbəbi, kitablarında yüsrə, yəni asan başa düşülməyə çox diqqət yetirməsi idi. Ömər bin Muhamməd ən—Nəsəfi  (رحمة الله ضد), “Kitabül-kənz” adındakı əsərində; “Əbul-Yüsr Pəzdəvi, Mavərənnəhrdə əshabımızın, yəni Hənəfi alimlərinin şeyxi idi. İmamların imamı idi. Şərqdəkilərin və qərbdəkilərin sığınacağı oldu. Bütün tələbənin məqsudu idi. Fiqh elminin üsul və füru məsələlərinə aid təsnifləri və kitabları ilə dünya işıqlanmış, şərəflənmişdi".1099-cu il Rəcəb ayında Buxarada vəfat etdi.

       Faxrul-İslam Pəzdəvi   ( رحمة الله ضد ) məzhəbini əzbərdən bilməkdə zərbi məsəl olmuşdu. Onun bu böyüklüyü hər kəs tərəfindən bilinməkdə və hər vaxt danışılmaqda idi. Səmanı (رحمة الله ضد) deyir ki, “O, Mavərannəhrin fəqihi, imamların və ən böyük alimlərin ustadı, İmamı Əzəm Əbu Hənifə həzrətlərinin məzhəbinin qüvvətli və böyük saliki idi”. Mavərənnəhrin ən böyük fəqihlərindən olan Səmsül-Əimmə Muhamməd bin Səhl əs-Səraxsi ilə  (رحمة الله ضد)  eyni əsrdə yaşamış və Əbdüləziz bin Əhməd əl-Halvani   ( رحمة الله ضد )  tərəfindən idarə edilən mədrəsədə İmamı Səraxsiyə   (رحمة الله ضد) yoldaşlıq etmişdi. Ayrıca o, hədis elmini də təhsil alıb, bir çox hədisi-şərif rəvayət etmişdir. Yoldaşı olan Səmərqənd xətibi Əbul-Məali Muhamməd bin Nəsr bin Mənsur əl-Meydani (رحمة الله ضد) və öz oğulu Qazı Əbu Sabit əl-Pəzdəvi  (رحمة الله ضد) , ondan hədis rəvayət etmişdir.  Bir ara Səmərqəndə getmiş və orada dərs oxutmuşdur. 

    Başlıca əsərləri bunlardır: 

    1. Kənzül-vüsul ilə marifətul-üsul: “Üsulu Pəzdəvi" adı ilə bilinən və üsulu fiqh elmində ən mötəbər və bütün alimlər tərəfindən etimad edilən qiymətli bir əsərdir.

    2. Əl-Məbsut: On bir cildlik bir fiqh kitabıdır.

    3. Təfsirül-Qur`an: Hər biri Qur`ani-Kərim qalınlığında, yüz iyirmi cild olan bu əsərin bir nüsxəsinə rast gəlinə bilməmiş, bu  günə qədər ələ keçməmişdir.

    4. Şərhi Camiul kəbir və Camiul sağir: Üsul elminə aid olan iki qiymətli əsərdir. Bizə qədər gələ bilməyən əsərlərindəndir. İmam Muhamməd Şeybani həzrətlərinin, Hənəfi fiqhini izah cdən kitablarının şərhidir. 

    5. Əz-Ziyadat: Fiqh elminin füru məsələlərini izah edən bir əsərdir. Bu əsərin bir nüsxəsi, Süleymaniyə Kitabxanasında (Fateh) Nömrə: 1665 ilə) qeydlidir. 

    6. Şərhül-hidayə: “Hidayə” adındakı fiqh kitabının nikah babına qədər olan qisiminin şərhini içinə alan bir əsərdir.

    7. Zəllət-ül-Qari.

    8. Gina-ül-Fuqaha.

    9. Ər-Risalə fi Qiraat-il-Musalli.

    23 Hammad b. Əbi Süleyman Müslim b. Yezid əl-İsfahani əl–Kufi ( رحمة الله ضد ) (ö. 738)

        İmam Əbu Hənifənin (رضي الله عنه) müəllimi, dövrünün Kufə fəqihi. Atası əslən İsfahanın Bürhuvar bölgəsində olub rəvayətə görə İsfahan məlikinin oğuludur. Qaynaqların verdiyi məlumata görə atası, Əbu Musa əl-Əşarinin İsfahanı fəthi əsnasında (641 və ya 642) əsir düşdü və onun hüzurunda müsəlman oldu. Əbu Musa əl Əşari ilə aralarında himayə və hökmü qohumluq razılaşması demək olan “vəla bağı” qurulduğu üçün Əşari nisbəsiylə də xatırlanar. Əbu Süleyman, Əbu Musa tərəfindən Hz. Ömərə aparıldı və onun huzurunda müsəlmanlığını yenidən elan etdi. Hz.Ömər ona Kufədə bir ərazi verdi.

        Qaynaqlarda Əbu Musa əl-Əşari ailəsinin və ya onun oğulu İbrahimin yaxud da nəvəsi Bilal b. Əbu Bürdənin mövlası olaraq xatırlanan Hammadın həyatı haqqındakı məlumatlar olduqca məhduddur. Yaxşı bir təhsil görməsi üçün atası tərəfindən Kufə Məscidində hədis və fiqh təhsili verən İbrahim ən-Nəxainin (رحمة الله ضد) yanına verildi. Zəngin bir insan olan atası oğulunun elmdən başqa bir şeylə məşğul olmasını istəmir, bunun üçün əlindən gələni edirdi. Üstün bir zəkaya sahib olan Hammadın təhsil almasında şübhəsiz ki ən böyük pay, Əməvilər dövründə İraq bölgəsində fiqhi düşüncənin və rəy hərəkətinin inkişafına rəhbərlik edən və İraq mədrəsəsinin imamı olaraq xatırlanan İbrahim ən Nəxaiyə (رحمة الله ضد) aiddir. Hammad (رحمة الله ضد) Nəxainin (رحمة الله ضد ) ən qabaqcıl şagirdi idi. Hədis təhsil aldığı müəllimləri arısında səhabələrdən Ənəs b. Malik, təbiindən Səid b. Müəyyəb, Həsəni Bəsri, Səid b. Cübeyr, Əbu Vail Şaqiq b. Sələmə, Abdullah b. Büreydə. Hz. Ömərin mövlası Abdurrahman b. Sad və İbn Abbasın mövlası İkrimə əl-Bərbəri vardır. 

        İmam Nəxai (رحمة الله ضد) həyatda ikən fətva verməyə başlayan Hammad (رحمة الله ضد) onun ölümündən sonra (714) Kufə bölgəsi elm mühitinin ortaq istək və qəbulu nəticəsində Kufə Məscidində Elm halqasının başına və fətva məqamına keçərək həyatının sonuna qədər iyirmi dörd il fiqh təhsili verdi. Nəxaiyə də ondan sonra kimdən fətva istəniləcəyi soruşulunca, Hammadı göstərmişdi. Çünki Hammad (رحمة الله ضد) fiqhçi şəxsiyyətiylə təmayüz etmiş, rəy və qiyas mövzusunda özünü yetişdirmişdi. Dərslərinə on səkkiz il davam edən İmam Əbu Hənifədən (رضي الله عنه) başqa məşhur şagirdləri arasında oğulu İsmayıl, Hakəm b. Uteybə, Aməş, Zeyd b. Əbu Üneysə. Muğirə b. Miksəm, Hişam ət–Dəstüvai, Muhamməd  b. Əban əl–Cufi, Həmzə b. Həbib əz–Zeyyat, Misar b. Qidəm, Süfyan əs Səvrı, Şubə b. Haccac, Hammad b. Sələmə vardır.

       Kufədə müəllimi Nəxainin ( رحمة الله ضد ) izindən gedən Hammad (رحمة الله ضد) rəy ilə içtihada, hökmlərin səbəblərini araşdırmağa, ayə və hədisləri bu istiqamətiylə izah etməyə əhəmiyyət vermiş və bu mövzuda rəhbərlik etmişdir. Həcc dönüşü başından keçənləri Kufəlilərə izah edən Hammad (رحمة الله ضد), Hicazın məşhur alimləri Ata b. Əbu Rəbah, Tavus b.KeysanMücahid b. Cəbr (Allah hamısına rəhmət etsin) ilə qarşılaşdığını söyləyər və onların dəlillərinin zahirınə yapışmalarını (fikir verdiklərini) dərin elmə sahib olmadıqlarını qəsd edərək, “Sizin uşaqlarınız və nəvələriniz onlardan daha alimdir”. deyərdi. İbn Şübrümə, elm mövzusunda Hammaddan daha etibarlı bir kimsə görmədiyini bildirir. Vəki b. Cərrah isə “Hammad olmasaydı Kufəlilər fiqhsiz qalardı” demişdir. Bir yaxınının ölməsinə görə Hammad  730-cu ilində yerinə İmam Əbu Hənifəni (رضي الله عنه) qoyaraq Bəsrəyə getdi. Özüylə arasında Vəla bağı olan Bəsrə valisi (yaxud qazisi) Bilal b. Əbu Bürdə ilə görüşdü. Bu ziyarət əsnasında Hammad b. Sələmə, Hişam ət-Dəstüvai kimi Bəsrəli məşhur hədis alimləri ondan hədis dinlədilər. Hammad b. Əbu Süleyman (رحمة الله ضد), hədislərin sənədlərində qopuqluq olmadan rəvayət edilməsi (isnad) üsulunu Bəsrəyə ilk gətirən adamdır. İbn Main, Əbul Həsən əl İcli, Nəsai, İbn Hibban ( Allah hamısına rəhmət etsin) kimi hədis alimləri onu siqa (hədis elmində siqa (etibarlı) alim) qəbul edərlər. Buxari (رحمة الله ضد) əl-Ədəbul-müfrəddə, Müslim əl-Camius-Səhihdə bir yerdə, ayrıca digər dörd Sünən sahibi Hammaddan (رحمة الله ضد) hədis rəvayət etmişdir. Buxari (رحمة الله ضد) əl-Camis-Səhihində mövzu başlıqlarında ("Dəstəmaz",36,67, "Oruc",29, "Kəfalət",1, "Boşanma",25, "Diyət,29) Hammadın fikirlərinə yer vermiş və bir yerdə ( "Dəstəmaz",36) onun vasitəsilə Nəxainin ( رحمة الله ضد ) fikirini nəql etmişdir

    24 İMAM ƏBU HƏNİFƏNİN (رضي الله عنه) HƏDİS ELMİNDƏKİ YERİ:

        1.İmam Əbu Hənifənin (رضي الله عنه) Elmi Əhatəsi.

       Kufədə yetişən İmam Əbu Hənifə (رضي الله عنه) zəngin və rəngarəng bir elmi mühit içərisində olmaq fürsətinə sahib olmuşdur. Həzrəti Ömər, Abdullah ibn Məsudu insanlara Quran və fiqhi öyrətmək üçün Kufəyə göndərəndə: “Abdullahı göndərməklə sizi özümdən üstün tutdum,”- demişdir. Çünki Abdullah ibn Məsud səhabə içərisində öz elmi ilə fərqlənən bir neçə nəfərdən biridir. Kufənin salınmasından Həzrəti Osmanın xəlifəliyinin axırlarına qədər Kufə camaatına Quran və fiqh öyrədən Abdullah ibn Məsud dörd minə yaxın fəqih və mühəddis yetişdirərək Kufəni digər islam şəhərləri ilə elmi rəqabətə girə biləcək bir səviyyəyə çatdıran əsas simadır. Buna görə Həzrəti Əli Kufədəki fəqihlərin çoxluğundan dolayı sevinərək: “Allah İbn Ummi Abda (Abdullah ibn Məsuda) rəhmət etsin. Bu şəhəri elmlə doldurubdur,” demişdir. Bundan başqa burada Şə'd ibn Əbi Vəqqas, Huzeyfə, Əmmar, Salman Farisi, Əbu Musa əl–Əşəri kimi səhabələr də məskunlaşmışdılar. Həzrəti Əli xilafətin paytaxtını Kufəyə köçürdükdən sonra bura çoxlu səhabə köçdü. Hətta bunların sayının beş min yüz nəfərə yaxın olduğu bildirilir.

       Bu səhabələrdən  elm almış tabeinlərin sayının da bundan az olmayacağı özlüyündən bilinən bir şeydir, Burada onların ən məşhurlarından bəzilərinin adlarını və kimdən elm aldıqlarını xatırlatmaqla kifayətlənəcəyik.

       1. Əlqəmə ibn Qeys ən-Nəxəi (رحمة الله ضد) (ö–62): Əsvəd ibn Yəzid ən-Nəxəinin əmisi olan Əlqəmə Həzrəti Ömər, Həzrəti Osman,Həzrəti Əli, Abdullah ibn Məsud, Huzeyfə, Salman Parisi və Əbu Dərdadan rəvayət etmişdir.

        2. Məsruq ibn əl-Əcda əl–Həmdani (رحمة الله ضد) (ö–63): Həzrəti Ömər,Həzrəti Əli, Abdullah ibn Məsud, Xəbbab ibn əl–Ərətt,Ubeyy ibn əl–Kə'b, Abdullah ibn Ömər, Həzrəti Aişə və Ubeyd ibn Umeyrdən elm almışdır.

       3. Əsvəd ibn Yəzid ibn Qeys ən–Nəxəi ( رحمة الله ض ) 75): Əlqəmə ibn Qeysin qardaşı oğlu olan və ondan yaşca böyük olduğu bildirilən Əsvədin Həzrəti Əbu Bəkr, Həzrəti Ömər, Həzrəti Əli, Abdullah ibn Məsud, Muaz ibn Cəbəl, Salman Parisi,Əbu Musa əl-Əşəri və Həzrəti Aişədən rəvayətləri vardır.

       4. Qazı Şureyh ( رحمة الله ضد ) (ö-83): Həzrəti Ömər zamanında Kufə qazılığına təyin və ölümünə qədər, altımış iki il, bu vəzifədə qalan, eyni zamanda şair olan Şureyh İbn əl-Haris əl-Kindinin rəvayət etdiyi səhabələrin önündə Həzrəti Ömər gəlir.

      5. Əbdürrahmən ibn Əbi Leyla ( رحمة الله ضد ) (ö-83): Ənsardan yüz iyirmi səhabəni gördüyünü söyləyən, Əbdürrahmən ibn Məhəmməd ibn əl–Əş'əslə birlikdə Həccaca qarşı qoşulduğu üsyanda öldürülən, Əbu Hənifənin müasiri, məşhur İbn Əbi Leylanın (رحمة الله ضد) da atası olan Əbdürrahmənin elm aldığı səhabələr bunlardır; Həzrəti Ömər, Həzrəti Əli, Abdullah ibn Məsud, Ubeyy ibn Kə'b, Səhl ibn Huneyf,Həvvad ibn Cubeyr, Huzeyfə, Abdullah ibn Zeyd, Kə'b ibn Ucrə, əl Bərra ibn Azib, Əbu Zərr əl-Gifari, Əbu Dərda,Əbu Səid əl–Xudri, Qeys ibn Sə'd, Zeyd ibn Ərqam.

       6. İbrahim ən- Nəxai  ( رحمة الله ضد) (ö- 96): Əbu Hənifənin ustadının ustadı olan İbrahim ən-Nəxəi Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Abdullah ibn Əmr, Cabir ibn Abdullah, Numan ibn Bəşir və Əbu Hureyrə kimi səhabələrdən elm almış öncül tabeinlərdəndir.

       7. İbrahim ən-Nəxəinin tələbəsi və İmam Əbu Hənifənın ustadı olan Həmmad ibn Əbi Suleyman ( رحمة الله ضد ) da bu mühitdə yetişmiş məşhur fəqihlərdən idi. O, Nəxəiyə ifrat bağlılığı ilə tanınırdı. Bir gün İbrahim ən–Nəxəi Həmmadı ət almaq üçün bazara göndərir. Minəyi ilə yol gedən atası Həmmadın əlində səbət görüb hirslənir və səbəti əlindən alıb atır və bazara getməyə mane olur. İbrahim vəfat etdikdən sonra bir qrup Xorasanlı Həmmadın atası Müslim ibn Yəzidin qapısını döyür.Gələnlər gecənin qaranlığında, əlində şamla bayıra çıxan Müslimə: “Bizə sən yox oğlun lazımdır,”- deyirlər. Atası içəri qayıdaraq: “Ау oğul, qalx onları qarşıla. Bunları sənin ayağına gətirənin о səbət olduğunu indi anladım”- deyir.

        Kufənin o dövrdə hədis elmi baxımından canlılığına işarə edən bir çox rəvayətlər vardır. Bunlardan birində Ənəs ibn Sirin ( رحمة الله ضد ) belə deyir: “Kufəyə gəldim. Orada hədis öyrənən dörd min adam və fəqih olan dörd yüz adam gördüm”. Əffan ibn Müslim isə belə deyir: “Kufəyə gəldik. Dörd ay orada qaldıq. İstəsəydik bu müddət ərzində yüz min hədis yaza bilərdik. Ancaq, imla xaricində heç kəsdən hədis qəbul etmədiyimizə görə əlli min hədis yaza bildik“.

        Hədis rəvayətinin bu qədər bol olduğu bir bölgədə İmam Əbu Hənifənin bunlardan xəbərsiz olaraq yetişməsi mümkün deyildir. Əksinə bu rəvayət bolluğundan xəbərdar olduğuna görədir ki, seçim edərkən çox həssas davranmış, qarşısına çıxan hər rəvayəti qəbul etməkdən qaçmışdır. Fəqihləri mühəddislərdən fərqləndirən ən önəmli xüsus da elə budur. Mühəddislərin bir qisminin hər eşitdikləri rəvayəti onunla əməl edilib edilməyəcəyinə baxmadan, hətta bəzilərinin nədən bəhs etdiyini belə anlamadan toplamağa və nəql etməyə çalışdıqları bilinən bir şeydir. Buna görə onlara həşv* əhli, kitab karvanları, qissə və hekayət hambalları deyilmişdir.

        İmam Əbu Hənifədən vermiş olduğu bir hökmün qaynağını soruşan Əməş  رحمة الله ضد) , aldığı: “Sənin rəvayət etdiyin bu, bu hədislərə əsaslanıram,”– cavabından sonra: “Kifayətdir. Yüz gündə rəvayət etdiyim şeyi mənə bir saat ərzində rəvayət etdin. Sənin bu hədislərlə əməl etdiyini bilmirdim. Еу Fəqihlər, sizlər təbib bizlər isə əczaçılarıq. Sən isə ey adam, hər ikisinə də sahibsən,"-deyərək fəqihlə mühəddis arasındakı fərqə diqqət yönəltmişdir.

    ______________

    *Həşv-dolğu,ərəb dilində içi boş olan bir şeyi doldurmaq üçün istifadə olunan hər şeyə həşv deyilir.Burada söz arası söylənən əlavə sözlər nəzərdə tutulur.

    25 İMAM ZÜFƏR BİN HÜZEYL ( رحمة الله ضد ) (Ö. 775)

        Hənəfi məzhəbinin böyük fiqh alimlərindən biri. Hədis elmində də məşhur bir alim olub, İmam Əzəmin (رضي الله عنه) tələbəsidir. Ləqəbi, Əbu Huzeyldir. Əslən İsfəhanlı olub, 728-ci ildə doğuldu. 775-cı ildə Bəsrədə 48 yaşındaykən vəfat etdi. Bəsrədə yaşadı və orada qazılıq etdi. Atası Bəsrə şəhərinin valisi idi. İmam Züfər bin Hüzeyl   (رحمة الله ضد) elm öyrənməyə orada başladı. Əvvəl hədis elmini öyrəndi. Sonra Kufəyə gedib, İmam Əzəmin (رضي الله عنه) dərslərinə qatıldı. Ondan fiqh elmini öyrəndi və bu elmdə zamanının məşhur alimlərindən oldu.

       Bütün ömürünü elm öyrənmək və öyrətməklə keçirtdi. Hənəfi məzhəbi imamlarından və fəqihlərin ikinci təbəqəsindən olub, məzhəbdə müctəhiddir. İmam Əzəm (رضي الله عنه) onun üçün “Tələbələrimin ən mükəmməlidir" buyuraraq onu mədh etmişdir.

        İmam Züfər  ( رحمة الله ضد ), elmdə o dərəcə yaxşı yetişmişdi ki, ona bir sual soruşulduğu zaman, geniş cavab verər, aydın bir şəkildə izah edərdi. İsbatı lazım olan məsələləri qəti dəlillərlə isbat edərdi. İmam Əzəmin (رضي الله عنه) üsulu üzərinə ictihad edərdi. Çox ibadət edən, doğru sözlü və elmdə dərya bir alim idi. Evləndiyində müəllimi İmam Əzəmi (رضي الله عنه) toyuna dəvət etmişdi. İmam Əzəm (رضي الله عنه) tоу әsnasında etdiyi bir söhbətində, "Züfər müsəlmanların imamlarındandır. Şərəf, nəsəb baxımından ən tanınmışlardandır” buyurmuşdur. Bundan əlavə olaraq İmam Əbu Hənifə (rahiməhullah ) İmam Zufər  ( رحمة الله ضد )  haqqında belə demişdir: 

        "Həm qazıliyə, həm də fətva məqamına layiq olan iki tələbəm var: Əbu Yusuf və Zufər" (İbn Bəzzaz, Mənaqıb əl-imam əl-A'zam, 11, 125)

        İmam Züfər   (رحمة الله ضد) bir dəfə bir miras məsələsi səbəbiylə Bəsrəyə getmişdi. Bəsrə xalqı ondakı üstün halları görərək yetkin və müstəsna bir insan olduğuna heyran qalmışdılar. Bu səbəblə Bəsrədə qalmasını israrla istədilər. O da bu arzu üzərinə bir müddət Bəsrədə qaldı. Elm ilə və üstün hallarıyla insanlara çox faydalı oldu. Hər harada olursa olsun, heç boş danışmazdı. Daim elmi məsələlər üzərində söz söyləyər, həmişə bu barədə danışardı. Olduğu yerdə boş danışılmağa başlansa, dərhal o məclisi tərk edərdi.

       Bir müddət Bəsrə qaziliyi etmişdir. Ayrıca elm öyrətmək  və dərs verməklə məşğul olmuşdur. Məşhur alimlərdən Muhamməd bin Abdullah Ənsari, Xələf bin Eyyub, Asam bin Yusuf, Hilal ər-Rəy kimi böyük alimlər İmam Züfərin  (رحمة الله ضد) dərs halqasında yetişmişdilər. 

        İmam Züfərə  (رحمة الله ضد) İmam Əzəm (رضي الله عنه)  soruşulduğu zaman, “Biz onun yanında, şahin quşunun yanındakı sərçə kimiyik”- deyərək müəllimi  İmam Əzəmin elmdəki üstün dərəcələrini ifadə etmişdir.  

       O əsrin alimlərindən biri olan Muzəniyə   ( رحمة الله ضد ) bir şəxs İraqdakı fiqh  alimlərini soruşmuşdur. “Əbu Hənifə (رضي الله عنه) haqqında nə deyərsən?” deyincə, "O fiqh alimlərinin əfəndisi və ən böyüyüdür cavabını vermişdir. “Bəs Əbu Yusuf   (رحمة الله ضد ) haqqında nə deyirsən?” soruşduqlarında,“Hədisi-şərifə ən çox tabe olandır”. “Bəs Muhamməd bn Həsən (رحمة الله ضد) haqqında nə deyirsən?” soruşunca, “Füru  məsələlərini ən yaxşı açıqlayandır” demişdir. “Bəs Züfər  ( رحمة الله ضد )  haqqında?”, “Qiyas elmində ən kəskin zəkaya sahib olandır” demişdir.

      İmam Züfər  (رحمة الله ضد)  Bəsrəyə gedincə, qəbul etmək istəmədiyi halda qazilik etməsini istədilər. Bu barədə çox məcbur etdilər və bunun üzərinə bir müddət qazilik etdiyi, qaynaqlarda yazılmışdır. Bəsrədəki bəzi elm adamları İmam Əzəmin (رضي الله عنه) böyüklüyünü anlaya bilməmiş olmaları səbəbiylə ona müxalifət etmişlər. Bir qismi də həsədləri səbəbiylə qarşı çıxmışdı.  Bu səbəbdən  İmam Zufər  ( رحمة الله ضد )   belə demişdir. "Əbu Hənifə əleyhdarlarının sözlərinə qulaq asmayın! Çünki Əbu Hənifə və  dostları, hər hansı bir mövzuda bir fikir irəli sürdükləri zaman; mütləq Qurana, Sünnəyə və səhih görüşlərə dayanırlardı. Sonra da bunlara müqayisə edərdilər." (İbn Əbdülbərr, əl-İntiqa, s.270; Sayməri, a.k.ə, s.26; İsfəhani, a.k.ə, s.22, 23; Xatib, a.k.ə, 13/340-341).

        İmam Züfər  ( رحمة الله ضد )  Bəsrəyə gedincə elm mütəxəssisləri onun yanında toplanıb, elmi münazərələr və müzakirələr etməyə başlamışlardı. İmam Züfərin (رحمة الله ضد) məsələləri ələ alış tərzinə, etdiyi izahlara və gətirdiyi dəlilləri eşidərək heyran qalmışlar. Onun izah etdiyi şeyləri və etdiyi izahları bəyənib, bunları haradan öyrəndiyini soruşmuşlar. O da Müəllimi İmam Əzəmdən (رضي الله عنه) öyrəndiyini söyləmişdir. Bu şəkildə qurulan hər elm məclisində etdiyi izahlarla Bəsrədəki elm əhli arasında özünə və müəllimi İmam Əzəmə qarşı bir sevgi oyandı. Əzəmin böyüklüyünü anlayıb, düşmənlik edənlər dost oldu. Onu sevməyə və mədh etməyə, istifadə etməyə başladılar.

       İmam Züfər  ( رحمة الله ضد ), qiyas etmədəki üstünlüyü ilə məşhur olmuşdur. Bu barədə belə buyurmuşdur: “Bir məsələdə hökm verərkən o məsələ haqqında hədisi-şərif (əsər) tapsaq onunla hökm edər, qiyas etmərik. Əsər olunca qiyası tərk edərik. Əgər yoxdursa, qiyas edərik...” Müəllimi İmam Əzəmin (رضي الله عنه) vəfatından sonra səkkiz ilə qədər qısa bir müddət yaşamış, onun məzhəbini yaymışdır. İmam Züfər  (رحمة الله ضد)  çox az məsələdə İmam Əzəmdən ayrı ictihad etmişdir. Müəllimi İmam Əzəmə həyatında və vəfatından sonra müxalif çıxmamışdır. Hənəfi məzhəbində, zərurət halında İmam Züfərin ictihadı ilə əməl etmək caizdir. Bundan əlavə məzhəbdə iyirmi (20) görüş İmam Zufər ibn Huzeylin fətvası alınır." (İbn Abidin Raddul-Muxtar"ın 5 cild 330-332)

       İbni Abdul-Bərr  (رحمة الله ضد) belə demişdir: “Züfər bin Hüzeyl yüksək bir ağıl və idraka sahib idi. Haramlardan çox çəkinən, vəra sahibi və hədis elmində də siqa (etibarlı), möhkəm bir alimdir”. O övliyanın böyüklərindən Davudu Tai ilə dost olub bir-birlərini çox sevərdilər. Davudu Tai ibadətlə, zühd və təqva ilə yaşadı. İmam Züfər ayrıca elmə davam etdi.

    26 İmam ibn Hümam

       Muhamməd bin Abdulvahıd bin Abdulhəmid bin Məsud əs-Sivası (ö. 1457)

       On beşinci əsrdə yetişən Hənəfi məzhəbi fiqh alimlərindəndir. Adı, Muhamməd bin Abdülvahid bin Abdulhəmid bin Məsud əs-Sivasidir. Ləqəbi Kəmalüddindir. 1386-cı ildə İskəndəriyyədə dünyaya gəldi. 1457-ci ildə Qahirədə vəfat etdi. Babasının babası Hümameddin'ə nisbətlə İbnul-Hümâm ləqəbi ilə məşhur olmuşdur. Atası Abdulhəmid və babası Məsud əslən Sivaslı olub burada qazılıq etmişlər. Atası, yəqin ki, yaşadığı dövrdə Anadolunun içinə düşdüyü qarışıqlıq mühitindən xilas olmaq məqsədiylə Məmlüklər'in idarəsi altındakı Misirə getmiş və İskəndəriyədə Hənəfi qaziliyi vəzifəsində olmuşdur. İlk dərslərini atasından alan İbnul-Hümam, on yaşında ikən atasının ölümü üzərinə nənəsinin nəzarətində yetişdi. Onunla birlikdə Qahirəyə gedərək Şəhabəddin əl-Heysemî'nin yanında Quran-ı Kərimi əzbərlədi, İbnü'z-Zəratiti və Zeynuddin Abdürrəhman et-Təfəhnî'dən qiraət dərsləri aldı.

        Seyid İmam Cəlaluddindən (رحمة الله ضد) fiqh elmini öyrəndi. Ərəbcəni və alət elmlərini (sərf, nəhv, lüğət...) Cəmaluddin Hamididən, üsul və digər elmləri Bisatidən, hədis elmini Əbu Züraya İraqidən (رحمة الله ضد) öyrəndi. Cəmaluddin Hənbəli və Şəmsuddin Şamidən hədisi-şərif dinlədi. Məraği və İbni Zahirədən başqa qırx böyük alimdən icazət aldı. Dörd məzhəbin alimləri ondan elm öyrəndi. Çox faydalandığı müəllimi Abdürrahman ət-Təfəhnî ilə birlikdə Qüdsə, fiqh üsulu oxuduğu Abul-Vəlid İbnu's-Şıhnə ilə birlikdə 814 (1411) ildə Hələbə gedərək bir müddət bu şəhərlərdə təhsilini davam etdirdikdən sonra yenidən Qahirəyə qayıtda.

        Tələbəlik illərində müxtəlif çətinliklər və xronik xəstəliklərlə mübarizə aparan İbnul-Hümâm təhsilini tamamladıqdan sonra elm və təlimlə məşğul oldu. 829 (1425-26) ildə əl-Məliku'l-Əşrəf Barsbay'ın qurduğu Əşrəfiyyə Mədrəsəsi'nə müdərris təyin edildi və 18 Şa`ban 833-ci ildə (12 May 1430) öz istəyiylə ayrılana qədər bu vəzifədə qaldı. 847-ci ildə (1443) gətirildiyi Şeyxuniyyə Xankahı'nın şeyxliyindən də 858-ci ildə (1454) öz istəyiylə ayrıldı. Bu arada Mansuriyyə və Qubbetü Saleh mədrəsələrində müəllimlik etdi. 824 (1421), 854 (1450) və 858-860 (1454-1456) illərində etdiyi həcc ziyarətləri əsnasında Məkkə və Mədinədə müxtəlif alimlərlə elmi müzakirələr apardı.

        İbnul-Hümâm fiqh və fiqh üsulu ilə yanaşı kəlam, məntiq, ərəb dili və ədəbiyyatı, təfsir, hədis sahələrində yetkin bir alimdir. Apaprdığı müzakirələrdə və yazdığı əsərlərdə mövzuları ortaya qoyma şəkli, fikirləri və dəlilləri qiymətləndirib müzakirə edərək bir nəticəyə gəlməsindəki qabiliyyəti möhkəm bir məntiq, cədəl və fəlsəfə təhsili aldığını göstərməkdədir. Şəxsən özünün, "Makulâtda (əqli məsələlərdə) heç kimsəni təqlid etmərəm" sözü də (Süyuti, Buqyətü'l-vu'at, I, 167) əqli elmlərdə yetkinliyini ifadə etməkdədir. Sərf, nahiv, bədi', bəyan, məani kimi sahələrdə müstəqil əsər verməmiş olsa belə kəlam, fiqh və fiqh üsuluna dair əsərlərində dil və ədəbiyyata nə qədər bələd olduğunu görmək mümkündür. Yəhya b. Attar, İbnul-Hümam'ın nümunə göstərildiyi istiqamətlərdən birinin də fəsahatı olduğunu söyləmişdir. (Səxavi, əd-Dav'ul -lami', VIII, 129). Ərəbcə ilə yanaşı Fars və Türkçe də bilən İbnul-Hümâm şeir yazmış, müstəqil bir divanı olmasa da şeirlərindən bəzi parçalar tabakat kitablarında yer almaqdadır (Aydın, s. 74-78).

        Qaynaqlarda İbnul-Hümam'ın gözəl səsiylə nəğmə icra etdiyinə dair verilən məlumatlar onun sənətkar bir şəxsiyyətə sahib olduğunu göstərməkdədir. İbrahim b. Ömər əl-Ədqavi və Muhamməd b. Muhamməd əl-Havâfî'yə intisab edərək ondan təsəvvüf tərbiyəsi almış, İbnul-Arabinin Fusûsu'l-hikəm' əsərini oxudan Nəsrullah b. Abdürrahman əl-Ənsari ilə söhbətlərdə iştirak etmişdir. Təsəvvüfə olan əlaqəsi səbəbiylə seçmə sufilərə verilən "şeyxü'ş-şüyûx" və "Şeyxü'l-arifin" ünvanlarıyla anılmış və Şeyxûniyyə Hankahı'nın şeyxliyinə təyin edilmişdir. İbnul-Hümam, bir ara təsəvvüfü həyata marağını artıraraq üzlətə (xəlvətə) çəkilsə də ətrafındakı insanlar onu xalqın içinə qayıtmasınin vacibliyi mövzusunda xəbərdar etmişlər.

      Təsəvvüf əhlinin qovuşduğu mənəvi mövqe və dərəcələrə də qovuşan İbni Hümamın kəşf və kəramətləri də görülmüşdür.l-Lüknəvî, Fəvâid, s. 180.) Bir müddət insanlardan ayrılıb inzivaya çəkildisə də, edilən arzu və israrlar üzərinə geri dönərək yenidən müəllimliyə başladı. Mənsuriyyə, Əşrəfiyyə və Şeyhuniyyə mədrəsələrində fiqh dərsləri oxutdu.

       əl-Hidayə`nin önəmli şərhlərindən biri olan Fəthu`l-qadiir və ət-Təhrir adlı əsərlərində təqib etdiyi metod, istifadə etdiyi bol vasitələr və apardığı müzakirə və təhlillərlə yanaşı məzhəb taassubuna düşmədən öz fikir və seçimini ifadə etmiş olması İbnul-Hümam'ın fiqh sahəsində nüfuz sahibi olduğunu sübut edir. Gərək istifadə etdiyi dəlillər gərəksə gəldiyi nəticələr ümumi olaraq qiymətləndirildiyində onun əhli-i rə'y ilə əhli-i əsər arasında orta bir yol tutduğu deyilə bilər. Digər tərəfdən elmə və elm adamlarına qarşı bəslədiyi hörmət və xoşgörüşdən dolayı başqaları ilə müzakirələrə girməyən İbnul-Hümam, o zaman Misir və Şam bölgəsində fikirləri və mübarizəsi müzakirəyə edilən Takiyyuddin İbn Teymiyyəyə qarşı cəbhə almamış, hətta ona olan hörmət və heyranlığını dilə gətirmişdir (Səxavi, əd-Dav'ü'l-lami', VIII, 131).

       Tələbəsi Səxavi tərəfindən elmi üstünlükləri nəql edilərkən verilən nümunələrdən və istifadə olunan ifadələrdən İbnul-Hümam'ın tərcih əhli bir fəqih olduğu aydın olmaqdadır. et-Tahrir'ə Teysîrü't-Təhrir adıyla bir şərh yazan Əmr Padşah, İbnul-Hümam'ın "şeyx, allâmə, zamanının müctəhidi, əsrinin muhakki, şeyxülislâm, müftilənam və kutbu`l-arifin" olaraq anarkən, Hənəfi fəqihlərindən İbn Qani əl-Maqdisi, Leknevi və İbn Abidin onun müctəhid olduğunu söyləmişdir (əl-Fəva'idü'l-Bəhiyyə, s. 180; Məcmu'atu rəsa'il, I, 32; Rəddu'l-muxtar, III, 173, 621, 688). Son dövr hukukçularından Seyyid Bəy də İbnul-Hümam'ı Hənəfi məzhəbinin son müctəhidlərindən biri saymışdır (Üsulu Fiqh, s. 58; ictihadlarına dair bəzi nümunələr üçün bax. Aydın, s. 112-119).

       Elm, fəzilət və gözəl əxlaq sahibi təvazökar bir kimsə olan İmam İbni Hümam bir çox əsər yazdı.

       Əsərlərindən bəziləri bunlardır:

      1) Fəthul-Qadir: “Hidayə” adlı fiqh kitabına yazdığı şərhdir. Hənəfi məzhəbinin ən məşhur əsərlərindən olub, Talik və Hidayənin digər bəzi şərhləri ilə birgə doqquz cild halında nəşr edilmişdir.

       2) Tahrir: Üsul elminə dair qiymətli bir əsərdir. Bu əsərin sonunda əməldə dörd haqq məzhəbdən birinə tabe olmağın vacib olduğunda və bunlardan birinə tabe olmayanın Əhli sünnədən olmadığında icma olduğu bildirilməkdədir. Əsərin İbni Əmr Həcc (رحمة الله ضد) tərəfindən edilən şərhi də çox qiymətlidir. 

       3) Zad-ül-Fəqir: Namazla əlaqədar məsələlər haqqında yazılmışdır.

       4) Şərhi Bədii-ən-Nizam li-İbni Saati:

       5) Fəvatihul-Əfkar fi Şərhi Ləməatıl-Ənvar:

       6)  əl-Müsayərətü fil-əqaid-əl-Münciyəti fil- Axrrət:

       İbnul-Hümâm təməl İslam elmlərinin hər sahəsində əsər yaza biləcək qüdrətdə bir alimdir. Ancaq o fiqh və fiqh üsulu sahəsindəki əsərləri ilə tanınmışdır.Kelam ilə əlaqədar əl-Müsayərə də ona aid əhəmiyyətli bir əsəridir. İbnü'l-Hümâm bu əsəri yazmağa Qazzalinin (ö.5005 / 1111) "ər-Risâlətü'l-qudsiyyə" əsərini şərh etmək məqsədilə başlamış olsa da, əsərin yazılması müstəqil və müxtəsər bir kitab olaraq nəticələnmişdir. Bu əsər tam və şərhli olaraq nəşr olunduğu kimi ölkəmizdəki (Türkiyyə) müxtəlif kitabxanalarda əl yazması olaraq da mövcuddur. (Geniş məlumat üçün bax. Taşpınar, “Kemaleddin İbnü’l-Hümâm’ın İslam Düşünce Tarihindeki Yeri”, s. 149.

       Elm Adamlarının İmam İbnül-Hümam ( رحمة الله ضد ) haqqında dedikləri:

       1) İmam Keşmiri ( رحمة الله ض ) (1352/1933): “İbnül-Hümam, təriqət əhlindəndir. Misirdə Şeyxuniyyə Xanəgahında Şeyxuş-Şüyux olaraq dərs verdi və ömrü boyunca verdiyi dərslərdən heç ücrət almadı. Sadəcə Allah rizası üçün dərs oxudurdu. Mal və pul toplamazdı. Misir sultanı ona böyük bir güvən duyar, İbn Həcər əl-Asqalani və Ayni kimi alimlər olduğu halda, önəmli məsələlərin həll edilməsində ona baş vururdu”. (Kəşmiri, “Fəyzul-Bari”, I,163.)

        2) İmam Muhamməd bin Avvamə (hafizəhullah): “İbnül-Hümam, elmini tasavvufla nurlandıranlardan, tasavvufunu elimlə bəzəyənlərdəndir. Bax kamillik də budur. Ona görə tasavvuf; boş söz, hilə, bəzi adamları müqəddəsləşdirmək deyil, əksinə; İslamın qəlbən, ruhən, taabbudən, əxlaqən əməl edilməsidir. Nəbiyə tabe olmaq, onun sünnətiylə əməl etməkdir. Zatən Müsəlman alimlərdən heç biri də belə bir tasavvufu qəbul etməkdə tərəddüd etməz” (Avvamə, “Dirasə Hədisiyyə”, s. 230)

        Yetmiş üç illik bərəkətli ömrünə bir çox əsər və tələbə sığdıran İbnu'l Hümam hicri 7 Ramazan 861, miladi 30 İyul 1457-ci ildə Cümə günü vəfat etmişdir. Cənazə namazını qazı İbnu'd-Deyri (ö. 867/1463) qıldırmışdır.Cenaze namazında dövrün sultanı Seyfüddin İnal ilə digər dövlət məmurları da iştirak etmişdir. Cənazəsi Misirdə Karafə mövqeyində Məşhur sufi Ataullah əl-İskəndəri'nin (ö.709/1309) türbəsinə dəfn edilmişdir. (əs-Səxavi,əd-Dav’ul-lami, c. 8, s. 127-132.)

    27 İMAM SƏRAXSİ ( رحمة الله ضد ) :

       Muhamməd bin Əhməd bin Əbi Səhl Səraxsi (ö.1090)

      İslam alimlərinin məşhurlarındandır. Hənəfi məzhəbində böyük fiqh alimidir. Adı, Muhamməd bin Əhməd bin Əbi Səhl Səraxsidir. Ləqəbi Əbu Bəkr, ləqəbi Şəmsül-Əimmədir. Türkistanda yetişən İslam alimlərindən olub, 1010-cu ildə Səraxsda doğuldu. 1090-cu ildə vəfat etdi. Səraxs şəhərinə istinadən Səraxsi deyildi. Səraxs şəhəri, Türkmənistanda Məşhəd ilə Mərv arasında qədim bir şəhər olub, bu gün İran və Türkmənistan sərhədi üzərindədir.

       Əbu Bəkr Səraxsi (رحمة الله ضد) təhsilini Buxarada alıb. Fiqh elmini zamanının ən məşhur alimlərindən olan Şəmsül-Əimmə Əbu Muhamməd Əbdüləziz bin Əhməd Hulvanidən (رحمة الله ضد) alımışdır. Uzun illər bu müəlliminin dərslərinə davam edib, fiqh elmində çox yaxşı yetişdi. Bu şəxsdən başqa, digər alimlərdən də dərs aldı. Dövlətlər hüququ barəsində alim və bu barədə İmamı Muhamməd Şeybani (رحمة الله ضد) tərəfindən yazılan əsərlərdə mütəxəssis olan Əbul-Həsən Əli bin Muhamməd bin Hüseyndən ( رحمة الله ضد ) və Əbu Hafs Ömər bin Mənsur əl-Bəzzardan (رحمة الله ضد) dərs almışdır.

    ‌   Səraxsinin (رحمة الله ضد) ən başda gələn müəllimi Şəmsül-Əimmə Hulvani (رحمة الله ضد) Buxarada məşhur Hənəfi məzhəbi alimlərindən idi. Elmiylə, yaşayışıyla, tələbə yetişdirməsi ilə insanlığa çox xidmət edən bu müəllimindən sonra onun yerinə keçdi, elmdəki üstünlüyündən ötəri İmam Səraxsiyə ( رحمة الله ضد ) də Şəmsül-Əimmə (alimlərin, imamların günəşi) ləqəbi verilmişdir. Zamanının məşhur alimlərindən olan Səraxsidən də Burhanül-Əimmə Əbdüləziz bin Ömər bin Mazə, Mahmud bin Əbdüləziz Özcəndi, Rüknüddin Məsud bin Həsən, Osman bin Əli bin Muhamməd Beykəndi ( Allah hamısına rəhmət etsin ) fiqh elmini öyrənmişlər.

       İmam Səraxsi (رحمة الله ضد)  kəlam və münazərə elmində də alim olub, çox ibadət edən zahid bir şəxs idi. Ömürü elm öyrənmək, öyrətmək və dinə xidmət etməklə keçmişdir. Bu barədə çox çətinliklərə dözmüş və çox mükəmməl əsərlər yazmışdır. Osmanlı Şeyxül-İslamı Kamal Paşazadə (رحمة الله ضد), Səraxsinin (رحمة الله ضد) müctəhid fil-məzhəb təbəqəsindən (Məzhəbdə müctəhid) olduğunu bildirmişdir.

       İmam Səraxsinin (رحمة الله ضد) həyatında əhəmiyyətli və çətin bir dövr olmuşdur. Bu dövr, on ildən çox sürən həbslik həyatıdır. Zamanın xaqanına nəsihət qəbilindən söylədiyi sözlər səbəbiylə həbsə atıldı. Atıldığı həbsxanada bir quyuya bağlanıldı. Uzun müddət, həbs edildiyi quyuda qaldı. Zəminində otaq kimi kiçik bir yer olan quyu içində, həbsdəykən də elmi işlərini davam etdirdi. Yanında heç bir kitab yox idi. Lakin o, on iki min cüz kitabı əzbərləmişdi. Tələbələrinə, bu quyudaykən dərs verdi. Tələbələri quyunun başına da aşağıdan onlara dərs verərdi. Otuz cildlik “Məbsut" adlı əsərini, bu həbsliyi əsnasında, quyunun içindən çöldə olan tələbələrinə söyləmək sürətiylə yazdırmışdır. Вu kitabı yazdırarkən  heç bir qaynağa müraciət etməmiş, daha əvvəl öyrənmiş və əzbərləmiş olduğu məlumatlara yazdırmışdır.

       İmam Səraxsi (ر حمة الله ضد) bir dəfə, soyuq səbəbi ilə elm oxumaq üçün dəstəmaz almayan tələbəsinə  bələ dedi: “Allahu təala səni bağışlasın. Bu qədər soyuq səbəbiylə dəstəmaz almaqdan imtina edilərmi? Mən Buxarada tələbəykən, bir gün qarın ağrısına tutulmuşdum. Gündə qırxa qədər tualetə getməyə məcbur qalırdım. Hər dəfə dəstəmazı təzələmək üçün çaya gedirdim, elə soyuq idi ki, otağıma gəldiyimdə mürəkkəbim donmuş olurdu. Sonra mürəkkəb qabını bir müddət sinəmə sürtürdüm və sinəmin hərarəti onu əridincə, qeydlərimi yazmağa davam edirdim” buyurmuşdur.

        Həbsliyinin son aylarında, məmləkət vətəndaş müharibələri ilə qarışmışdı. Bu aralar, İmam Muhamməd Şeybaninin ( رحمة الله ضد ) dövlətlər ümumi hüququ ilə əlaqədar Siyəri-Kəbir adlı əsərini şərh etməyə başladı. Bu kitabı, dövlətlər hüququ sahəsində yazılan ilk əsərdir. 1087-ci il Rəbiül-Əvvəlin 20-də həbsdən çıxarıldı. Həbsdən çıxarıldıqdan bir müddət sonra Fərqanəyə getdi. Fərqanə Əmri Əmr Həsən onu böyük bir məmnuniyyətlə qəbul etdi. Son illərini Fərqanədə keçirən Səraxsi həzrətləri, orada da alimlər və xalq tərəfindən çox sevilmiş, əhəmiyyətli məsələlər üçün müraciət qaynağı olmuşdur.

       Əsərləri:

    1. Kitabül-Məbsut: 30 cildlik məşhur əsəridir. Fiqh elminə dairdir. Allamə Tarsusi ( رحمة الله ضد ) : “Səraxsinin Məbsutu elə bir kitabdır ki, onun müxalifi ilə əməl edilməz. Ancaq ona etibar edilir və onunla fətva verilər” demişdir.

    2. Əşratüs-saat. Bu əsərini tələbəliyi əsnasında müəllimi Şəmsül-Əimmə Hulvanınin ( رحمة الله ضد ) qiyamət əlamətləri ilə əlaqədar dərsləri əsnasında tutduğu qeydlərdən yazmışdır.

    3, Şərhi Ziyadat-üz-ziyadat,

    4. Şərhi Məscidül -Kəbir,

    5. Şərhi Məscid-əsas-sağır.

    6, Şərhül-müxtəsər fil-fiqh.

    7. Şərhi Siyəri kəbir, İmam Muhamməd Şeybaninin Siyəri kəbır adındakı məşhur əsərinə yazdığı şərhidir.

    8. Müxtəsəri Təhavi şərhi

    9. Şərhi kitabün-nəfəqat

    10. Şərhi Ədəbül-Qazi.

    11. Fəvaidül-fiqhıyyə və kitabül-hayz.

    28 Deizm, ateizm və yeni kəlam elmi...

       Kəlam elmi, yaxud kəlamşünaslıq islam fikri tarixində ən böyük rasional məktəbdir. O, hər şeydən əvvəl Quran və Sünnəyə (mütəvatir hədislərə), daha sonra isə rasional üsullara əsaslanan islam ilahiyyatıdır. Amma onu eyni məqsədlə meydana çıxmış xristian sxolastikası ilə eyniləşdirmək səhv olardı. Bu, başqa mövzudur.

        Orta əsrlərdə islam fəthlərinin davam etdiyi bir dövrdə, xüsusən Suriya və İraqın fəthindən sonra burada mövcud olan dini-fəlsəfi təlimlərin, əsasən suriyalı xristian sxolastiklərinin islam əleyhinə iddialarının puça çıxarılmasında ilk kəlamşünaslar – mötəzililər əhəmiyyətli rol oynamışdılar. Kəlam elmi başlanğıcda qeyri-müsəlmanların iddiaları qarşısında islam ehkamlarını, yaxud etiqad sistemini rasional mühakimə əsasında müdafiə etmək üçün meydana çıxsa da, daha sonra müxtəlif müsəlman qruplar, məktəblər arasında çəkişməyə alət edilmişdir. 

       Ənənəvi kəlamşünaslıq müzakirələrinin böyük hissəsinə bu gün – islam əleyhinə iddialara veriləcək cavablar baxımından ehtiyac yoxdur. Klassik kəlam elmi hələ də Dinin əsasları fakültələrində, din təhsili institutlarında, “hövzə”lərdə tədris olunur, amma o, artıq bişən, yanıb kül olan “təcrübə”ni ifadə edir.
       İndiki dövrdə ateistlərin, deistlərin islam ətrafında yaratdığı suallar olduqca çoxdur, bu suallar islamın əsasları, mənbələri, Quran, Sünnə, islam tarixi, islamın qadına, azadlığa münasibəti barəsindədir. 

       Bu suallara rasional, qənaətbəxş cavablar təqdim edən, islam və müsəlmanlar haqqında saxta təsəvvürləri müəyyənləşdirib puça çıxaran yeni kəlam elminə ehtiyac vardır. 
         Məhz belə kəlam elmi və ritorikası bu günün cəmiyyətində, bugünün deist və ateist zehniyyətində yaranmış suallara cavab tapa, qloballaşma prosesləri zəminində Şərqin Qərbə inteqrasiyasından sonra yaranmış əxlaq, mənəviyyat, azadlıq, din-dövlət, din-siyasət münasibətləri problemlərini müzakirə və həll edə bilər. 
         Təbii ki, yeni kəlamşünaslıq sahəsinin təsis edilməsi problemi başa düşən, kökləri və tarixini öyrənən, həlli üsullarını bilən, müxtəlif humanitar elm sahələrinə vaqif olan mütəxəssislər tələb edir. 

        Həmçinin yeni kəlam elminin tədqiqat obyektinə modernizm, inkişaf ritorikası, liberal ritorika, dünyanın inkişafı fonunda müsəlmanların geriliyi probleminin öyrənilməsi daxil edilməlidir  

       Belə olmazsa, klassik kəlam ritorikasının islam və müsəlmanlara nə verə bilər?! Əgər bu gün kəlam araşdırmaları mötəzililik, əşərilik, mürciəlik, maturidilik, şiəlik və sünnilik mənsublarının vaxtı ilə müzakirə etdikləri mövzularla məhdudlaşacaqsa, hansı faydadan danışa bilərik?! Üstəlik, həmin problemlərin böyük hissəsi bu gün aktual deyildir, həmin qrupların bəzisi bu gün fəaliyyətini davam etdirmir. Amma deizmin, ateizmin, islam əleyhdarı çevrələrin iddiaları indinin islam dünyası, bugünün müsəlmanı ilə əlaqəlidir və onlara cavab vermək lazımdır. 

        Ümidvarıq ki, islam dininin təəssübünü çəkən, gənc və enerjili, həm də səmimi ilahiyyatçı-mütəxəssislər, tələbələr klassik kəlamşünaslıq müstəvisindən yaradıcı, konstruktiv yeni kəlamşünaslıq müstəvisinə keçid edəcək, keçmişin deyil, bugünün problemlərinin həlli ilə məşğul olacaq, ateist-deist və qərəzli iddialara qənaətbəxş rasional cavabları ehtiva edən kitablar qələmə alacaqlar.

       Əməli təklif:

       a) İslam şəriətini, tarixini, müasir humanitar və fiziki elm sahələrini dərindən bilən mütəxəssislərdən ibarət komissiya yaradılmalı;

       b) bu komissiyaya daxil yarımkomissiyalar ayrı-ayrılıqda "islam və qadın", "islam və azadlıq", "islam və siyasət", "islam və dövlət", "Quran və Sünnə", "Peyğəmbərin həyatı", "islam və inkişaf", "islam və insan haqları", "islam və demokratiya" və sair mövzularda əks iddiları müəyyənləşdirməli;

      c) hər komissiyaya ixtisasa uyğun olaraq bu iddialara tutarlı, elmi, rasional münasibəti ifadə edən tədqiqatlar aparmaq tapşırılmalı;

    ç) meydana çıxan materialların toplandığı kitablar, ədəbiyyat, ensiklopediyalar nəşr edilməli;

    d) bu kitablar dərslik halına salınmalı, ilahiyyat fakültələrində, institutlarında, hövzələrdə, mədrəsələrdə tələbələrə - gələcəyin ilahiyyatçı mütəxəssislərinə tədris edilməldiir.

    29 İmam Şafei

    İmam Şafei 767-cı ildə (h. 150) Qəzzada dünyaya gəlmiş, 820-ci ildə (h. 204) Misirdə vəfat etmişdir. Doğulduğu məkanın Asqalan adlı bir şəhər olduğuna dair bir rəvayət var ki, bu şəhər də Qəzzaya yaxındır.

    Ata tərəfdən soyu Həzrət Peyğəmbərin dördüncü nəsildən babası olan Əbdumənaf ilə birləşir. Şafei 54 illik bir ömür yaşasa da, həyatını çox gözəl dəyərləndirmiş, tarixdə iz buraxmışdır.

    Atasının vəfatından sonra anası Fatimə iki yaşlı körpəsi ilə birlikdə Qəzzadan Məkkəyə gəlir. Şafei uşaqlığını Mina yaxınlığında “Şibulhayf” adlı yerdə məhrumiyyət və qıtlıq içində keçirir. Şafei uşaqkən yoxsul yaşasa da, heç kimdən bir şey istəməz, minnət altına girməzdi.

    İlk təhsilini mədrəsədə almışdır. Müəllimi güclü yaddaşı və istedadı ilə seçilən Şafeini özünə köməkçi təyin etmişdi. Kiçik yaşlarından elmə böyük həvəsi olan Şafei ordan-burdan yığdığı sümüklərə, ya da dövlət idarələrindən aldığı tullantı kağızlara yazı yazırdı.

    Yeddi və ya doqquz yaşında Quranı əzbərləyərək hafiz olan Şafei on üç yaşında Məscidül-Haramda Quran dərsi deməyə başlayır.[1]

    Şafei Rəsulullahın nəslindən gəldiyinə görə, ömrünün sonuna yaxın Beytul-maldan ona da pay ayrılmışdır. Yəməndə dörd illik qazilik vəzifəsi istisna olmaqla, bütün ömrünü elm öyrənməyə, fiqh sahəsində araşdırmalar aparmağa həsr etmişdir.

    Ərəblərin digər xalqlarla tanışlığı nəticəsində xüsusən böyük şəhərlərdə ərəb dilinə başqa dillərdən sözlər daxil olurdu. Şəhər həyatında səlis ərəbcəni öyrənmək çətinləşirdi. Buna görə də Şafei ərəb dilini səlis öyrənmək üçün səhrada yaşayan Huzeyl qəbiləsinin yanına gedir: “Məkkədən çıxıb səhrada yaşayan Huzeyl qəbiləsinin yanına getdim. Onların dilini, şivəsini, adətlərini öyrəndim. Huzeyl qəbiləsi ərəb qəbilələri içərisində ən fəsih danışan qəbilə idi. Onlarla birlikdə yaşadım, hara köçsələr, ora getdim.”

    Şafei gözəl simalı bir insan idi. And içməkdən çəkinər, gecənin bir hissəsini ibadətlə keçirər, daha çox Quran oxumaq üçün təravih namazlarını evində tək qılardı. Gündəlik işlərinə və ibadətlərinə zərər verməsin deyə çox az yemək yeyərdi. Səmimi bir dindar olmaq, sadə həyat yaşamaq onun şüari idi.

    Bu sözlərin Şafeiyə aid olduğu deyilir: “Quran öyrənənin hörməti artar, fiqhlə məşğul olanın dəyəri yüksələr, hədis yazanın dəlilləri qüvvətlənər, dili dərindən öyrənən təbiətən incə olar, riyaziyyatla məşğul olanın mühakiməsi güclənər, özünü qorumayana isə öyrəndiyi elm fayda verməz.”[2]

    Fikirləri

    Məkkə qazisi Müslim ibn Xalid əz-Zənadan elm öyrənən və 15 yaşında fətva vermək üçün icazə alan Şafei Mədinəyə, fiqh ustadı və müctəhid Malik ibn Ənəsin yanına gedir. İmam Malik “əl-Muvatta” əsərini yeniyetmə Şafeinin əzbərdən oxumasına təəccüblənir. Şafei 15 yaşından fətva vermə səlahiyyətini alsa da, özünü İmam Malikin tələbəsi saymış və onun vəfatına qədər fətva verməmişdir.

    Şafeinin fikirlərini iki dövrə ayırmaq olar. Birinci dövr “məzhəbi-qədim” və ya “qövlü-qədim”, ikinci dövr isə “məzhəbi-cədid” və ya “qövlü-cədid” adlanır. Əvvəlki dövrə (qövlü-qədim) aid bir sıra görüşlərini tərk etdiyi üçün fiqh məktəbində həmin fikirləri rəğbət görməmiş, olduqca az bir qismi müxtəlif əsərlərdə bugünədək gəlib çatmışdır. Şafeinin yeni görüşləri (qövlü-cədid) əsas sayılır və tələbələri tərəfindən həssaslıqla qorunaraq dövrümüzə qədər gəlib çatmışdır.

    İmam Şafei fiqhə aid fikirlərini özü qələmə almışdır. İslam hüquq tarixində fiqh üsulu (İslam hüquq nəzəriyyəsi) haqqında yazılan ilk əsər Şafeinin “ər-Risalə” əsəridir. [3]

    Şafei elmi müzakirələrə əhəmiyyət verər, gərəksiz mübahisələrdən uzaq durardı.

    Şafeinin Əhli-Beytə böyük sevgisi vardı. Onun “Əbu Bəkir, Ömər və Osmanı sevmək nəsibilik[4] olmadığı kimi, Həzrət Əli və Əhli Beyti sevmək də rafizilik deyildir” kimi fikirləri Abbasi xəlifəsini narahat edirdi. Çox keçmədən böyük alim Yəməndə xəlifəyə qarşı üsyanda iştirak etməkdə günahlandırılaraq Bağdada gətirildi və edam cəzası ilə ittiham olundu. Onunla birlikdə gətirilən alimləri edam etdilər. Məhkəmə zamanı Şafeinin fikirlərinə, fəsahəltli nitqinə və dərin elminə heyran qalan İmam Əbu Hənifənin tələbələrindən Məhəmməd ibn Həsən əş-Şeybani onun edamdan azad edilməsinə nail oldu.

    Şafei Bağdadda Hicaz fiqh məktəbində nisbətən müstəqil formalaşan İraq fiqh məktəbi ilə tanış olur. Bu tanışlıq alimin fikirlərini dəyişir. O günədək topladığı yazılı əsərlərdən uzaq qaldığı üçün Kufəlilərin fiqh təcrübəsini araşdırmağa başlayır. Şafei bir müddət sonra həbsdən azad olub Məkkəyə qayıdanda buradakı və Bağdaddan əldə etdiyi əsərləri yenidən araşdırır.

    Şafei bu illərdə İmam Malikin görüşlərini mənimsəyir, İraq fiqh məktəbini isə elmi dəlillər gətirərək tənqid edir. Bir sözlə, Şafei bu mərhələdə Hicaz fiqhini müdafiə edərək İraq fiqhini qəbul etmirdi. Bu onun “məzhəbi-qədim”, yəni köhnə görüşlərini təşkil edir. Onun bu mövqeyini fiqh elmində yeni bir məktəb və üsulun xəbərçisi də adlandırmaq olar. Nəhayət, Şafei Hicaz və İraq fiqh məktəbləri arasında seçim etməmiş, bu iki məktəb əsasında yeni bir görüş ortaya qoymuşdur.

    Şafeinin dövründə İslam aləmində iki fiqh məktəbi vardı. Birini Əbu Hənifə və tələbələri təmsil edirdi. Kökləri səhabə Abdullah ibn Məsuda qədər gedib çıxırdı. İkincisini isə İmam Malik və tələbələri təmsil edirdi. Onun kökləri də səhabələrdən Abdullah ibn Ömər, Zeyd ibn Sabit, Həzrət Aişə və Əbu Hüreyrəyə qədər uzanırdı. İlk təhsilini Məkkədə alan Şafei İmam Malikin, sonra da Əbu Hənifənin üsul və təcrübələrini dərindən öyrənmişdi. Şafei ilk vaxtlar Malikin müdafiəçisi kimi çıxış etsə də, ömrünün son illərində bu iki fiqh məktəbinin zəif və güclü cəhətlərini ortaya qoyaraq sintez etmişdi. [5]

    Şafei Əhməd ibn Hənbəl və Əbdürrəhman ibn Mehdi ilə bir məsələni müzakirə edərkən belə demişdi: “Siz hədisləri məndən daha yaxşı bilirsiniz. Bilmədiyim bir hədis olsa, mənə xatırladın, ona görə hökm verim.”[6]

    Əhməd ibn Hənbəl də başqa bir vaxt: “Hansısa məsələ üçün Quran və Sünnədə dəlil tapa bilməyəndə Şafeinin sözü ilə fətva verirəm.”[7] – demişdir.

    Elmi şəxsiyyəti

    Şafei fikirlərində birinci vəhyə, sonra da Rəsulullahın sünnəsinə əsaslanırdı. “ər-Risalə” adlı əsərində qeyd etdiyi kimi o vəhyə bağlı qalmağı əsas prinsip sayır və Sünnənin  vəhyin ayrılmaz hissəsi kimi qəbul edirdi.[8] Şafeinin belə dediyi nəql olunur: “Bir  mövzuda səhih hədis varsa, mənim məzhəbim (rəyim) odur. Hər hansı sözüm (fətvam) səhih hədisə zidd olarsa, o sözü götürün divara çırpın.”[9]

    Ərəb dilinə verdiyi əhəmiyyət

    Quran və hədislər ərəb dilində olduğu üçün Şafei bu dilə böyük əhəmiyyət verirdi. Onun fikrincə, ilahi buyuruqları düzgün anlamaq üçün ərəb dilinin incəliklərini bilmək lazımdır.[10] Ona görə, ərəb dili çox zəngin olduğu üçün ilahi bəyanlar insanlara bu dildə çatdırılmışdır.[11]

    Şafei uşaqlıq və gənclik illərində ərəb ədəbiyyatını, adət-ənənəsini, tarixini dərindən öyrənmişdir. Ərəb qəbilələrinin ləhcə və şivələrini belə öyrənmiş, mənasını bilmədiyi söz demək olar ki, qalmamışdı.[12] Ərəb dili, tarixi, adət və ənənəsini yaxşı bilməsi Quran və Sünnəni düzgün və hərtərəfli şərh etməsində öz sözünü demişdir. Belə ki, Şafeinin təfsir və şərhlərinə heyran qalan alimlər onun ayələrin nüzuluna sanki şahid olduğunu deyirlər.[13] Ərəb cəmiyyətinin həm keçmişini, həm də o gününü bilməsi, “şəcərə” elminə və “əyyəmul-ərəb”ə[14] vaqif olması Quran təfsirində köməyinə çatmışdır.[15]

    Kəlam elminə aid fikirləri

    Nəql olunur ki, Şafei əvvəllər kəlam elmi ilə məşğul olmuş, sonralar bu elmlə məşğul olan bəzi insanların etiqadi cəhətdən yanlış yola düşdüyünü görərək fiqh elminə yönəlmişdir. Kəlam elminin hər hansı mövzusunda kitab yaza biləcəyini, ancaq adının bu elmlə xatırlanmaq istəmədiyini bildirmişdir. Tələbələrinə də kəlamla məşğul olmağı məsləhət görməmiş, dövrünün kəlam alimlərini tənqid etmişdir.[16]

    Şafeiyə görə, gözün görmə sərhəddi olduğu kimi, ağılın da düşünmə sərhəddi var. Etiqadi məsələlər başda olmaqla bütün dini məsələlər vəhy çərçivəsində izah edilməlidir.[17] Şafei kəlamçıları etiqadi məsələləri Quran və Sünnəyə əsaslanmadan, ancaq əqli dəlillərlə izah etdiklərinə görə tənqid edirdi.[18]

    Şafeiyə görə, iman arta və azala bilər. Əgər belə olmasaydı insanlar arasında fəzilət fərqi də olmazdı. Hər kəs bərabər olar və ümumiyyətlə üstünlük anlayışı olmazdı. İmanı kamil olan möminlər Cənnətə, imanı nöqsanlı olanlar isə Cəhənnəmə gedirlər.[19]

    Quran və Sünnəyə münasibəti

    Şafei, Quran və Həzrət Peyğəmbərin hədisləri arasında belə bir əlaqə qurur: Quranın göndəriliş səbəbi insanları zülmətdən nura çıxartmaq və onlara Allahın razılığını qazandırmaqdır.[20] Hidayət yolunda olmaq və yaşamaq istəyənlər Qurandan hər şey öyrənə bilərlər.[21]

    Həzrət Peyğəmbərə Quran ayələrini şərh etmək vəzifəsi verilmişdir.[22] Peyğəmbərimizə Allah qatından bəndələri doğru yola çağıran bir nur bəxş edilmişdir.[23] Allah Rəsulunun söylədiklərini və etdiklərini sıravi insanların hərəkət və sözləri ilə əsla müqayisə etmək olmaz. Bu səbəblə digər insanların ictihad və hökmləri hədislərlə eyni səviyyədə ola bilməz. Su olan yerdə təyəmmüm etmək məqbul olmadığı kimi, hədis ola-ola qiyas və başqa üsullarla hökm çıxarmaq da məqbul deyildir.

    Şafeiyə görə, bir alim bilərək Sünnəyə zidd hökm verməz, ancaq bilmədiyi bir hədisə zidd hökm verərsə, hədisi öyrəndikdən sonra öz görüşündən imtina edib Sünnədə deyilənləri əsas götürməlidir. [24]

    Əsərləri

    Şafei fiqh elminə dair əksər əsələrini özü qələmə almış, bəzi əsərlərini isə tələbələrinə yazdırmışdır. Əsərləri dəyişikliyə məruz qalmadan bugünədək gəlib çatmışdır. “əl-Hüccə” onun ilk dövrə aid fikilərini (yəni qövlü-qədim) ehtiva edən əsas əsəri sayılır.[25] Şafeinin yeni görüşlərinə (qövlü-cədid)  aid əsərləri isə bunlardır:

    1. əl-Umm” – Şafeinin (məzhəbinin) fiqh elmindəki ən son fikirləri bu əsərdədir.
    2. ər-Risalə” – Fiqh üsulu haqqındakı fikirləri haqqındadır və bu sahədə yazılmış ilk əsərdir.
    3. ər-Rəd alə Məhəmməd ibn Həsən əş-Şeybani” – Şafei bu risalədə qismən Şeybaniyə cavab vermiş, həmçinin seçdiyi nümunələrlə İraq fəqehlərinin qiyas anlayışındakı nöqsanları göstərmişdir.
    4. İxtilafu Malik vəş-Şafei” – Bu risalədə İmam Malikin sünnə və “Mədinə əhlinin əməli”[26] anlayışını tənqid edilir.
    5. İxtilaful-hədis” – Bir-birinə zidd kimi görünən hədislərin şərhidir. Bu sahədə yazılan ilk əsərlərdən sayılır.

    Elm və irfanı ilə milyonlarla insanın həyatına yön verən Şafei bir şeirlər toplusu – “Divan” da qələmə almışdır.

    Bu sözlər Şafeiyə aiddir: “Əgər şeir üləmaya layiq olsaydı, mən Ləbiddən daha yaxşı şair olardım. Amma şeirlə məşğul olmadım.”

    Ölüm ayağında belə demişdir: “Qəlbim günahlardan qaraldı və mən çarəsiz qaldım. Ümidimi əfvinə nərdivan etdim. Günahım gözümdə böyüdükcə böyüdü, amma onu götürüb əfvinin yanına qoyunca əfvinin yanında çox kiçik qaldı.[27]

    Şafei məzhəbinin yayılması

    Bir fikrə görə, Şafei məzhəbi elmli fəqihlərin tədris fəaliyyəti nəticəsində, digər görüşə görə isə, tədrislə yanaşı, məzhəb alimlərinin dövlət vəzifələrinə təyin olunmasından sonra daha geniş yayılmağa başlamışdır. Nizamülmülkün Nizamiyyə mədrəsələrini qurması Şafei məzhəbi yayılması üçün bir təkan sayılır. Bu dövrdə Şafei məzhəbi İraq və Xorasanda sürətlə yayılmışdır. Əbu İshaq əş-Şirazi, Cüveyni, Qəzzali kimi alimlərin Şafei məzhəbin yayılmasında böyük rolu var.[28]


    [1] Bilal Aybakan. Diyanət İslam Ensiklopediyası. “Şafei”, XXXVIII, s. 223.
    [2] Zəhəbi, “Aləmün-nübəla”. X, 24.
    [3] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 224.
    [4] Şafeinin yaşadığı dövrdə Həzrət Əli və övladlarını, yəni Əhli-beyti sevmək rafizilik adlanırdı. İlk üç xəlifəni sevmək isə əhli-beytə düşmənçilik (nəsibilik) kimi təqdim edilirdi.
    [5] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 224-225.
    [6] Qadı İyaz. Tərtibul-mədarik. I, s. 400.
    [7] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 234.
    [8] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 225.
    [9] Məhəmməd Əbu Zəhra. Kitabuş-Şafei. s. 149.
    [10] Şafei. Risalə. s. 131-136.
    [11] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 226.
    [12] Safədi. əl-Vafi. II, s. 172.
    [13] Zəhəbi, Aləmün-nübəla. X, s. 81.
    [14] Cahiliyyə dövründə və İslamiyyətin ilk dövründə ərəb qəbilələri arasında cərəyan edən döyüşlər.
    [15] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 226.
    [16] Əbu Asim əl-Abbad, Tabəqətul-fuqəhəiş-Şafeiyyə. s.34, 61; Zəhəbi, Aləmün-nübəla. X, s. 18.
    [17] İbn Əbu Hatim, Ədəbuş-Şəfei və mənəqibuh. s. 271.
    [18] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 227.
    [19] Zəhəbi, Aləmün-nübəla. VIII, s. 468.
    [20] Bu haqda bax: İbrahim surəsi, 14/1.
    [21] Bu haqda bax: Nəhl surəsi, 16/89.
    [22] Bu haqda bax: Nəhl surəsi, 16/44.
    [23] Bu haqda bax: Şura surəsi, 42/52.
    [24] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 227-228.
    [25] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 229.
    [26] “Mədinə əhlinin əməli” Mədinə xalqının etdiyi əməl və işlər deməkdir. İmam Malik (r.a.) Mədinə əhalisinin əməllərini fiqh elmində dəlil saymış və bəzi fətvalarında buna əsaslanmışdır.
    [27] Şafei. Divan. s.101; əs-Subki. Tabəqatuş-Şafeiyyətil-kübra. I, s. 296.
    [28] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 239.

    ___________________________
    Mənbə: meneviyyat.az