Mövzusunda ən çox maraqlanılan

1 Qeyri müslim ixtiraçıların axirətdəki vəziyyəti nədir? İnsanlığa faydalı olduqları üçün cənnətə girərlər?

Cənnət axirətin bir mənzilidir. Onun varlığına inanmaq axirətə inanmaq sayılar. Demək ki, Cənnət imansız olmaz. Varlığına, inanmadığınız, qəbul etmədiyiniz bir yerə nə haqqla girə bilərsiniz və ya getmək istərsinizmi? İmanı olmayan elm adamlarının vəziyyəti belədir. Cənnətə girə bilmək üçün Cənnətə və onu Yaradana inanmaq başda gəlir.

Peyğəmbər Əfəndimiz bir hədisində, "İman etmədikcə Cənnətə girə bilməzsiniz"(1) buyuraraq bu xüsusa işarə edər. Bir başqa hədisdə də "Ürəyində zərrə qədər iman olan kimsə Cəhənnəmdən çıxacaq" (2) buyrular.

 

Elə isə iman nədir? Bu suala Peyğəmbər Əfəndimiz, Hz. Cəbrayılın sualı üzərinə belə cavab verər: "Allaha, Allahın mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərə, xeyrinə, şərinə inanmağındır. " (3)

 

Peyğəmbərimiz, imanı təsdiq mənasında ifadə etməkdədir. Təsdiq isə ürəyidir. Dil ilə deyilməsə də iman imandır. Bu səbəblə açıq günah işləyənlər və inkar edənlər xaricində kimin imanla getdiyinə, kimin imansız öldüyünə tam qənaət etməmiz mümkün deyil. Bunun üçündür ki, möminlərin hüsnü zənni üçün dua etmələrinin hikməti də bu olsa lazımdır.

 

İmamı Qəzali, imanın müddəti barəsində belə deyər: "Bir gündəlik orucun vaxtı imsak ilə iftar arası isə, imanın müddəti də bir ömürdür." (4) Yəni gündüz ortasında və ya axşama yaxın bir vaxtda orucunu pozan kimsə oruclu sayılmadığı kimi, ömürünün son dəqiqəsində imanını itirən adam da mömin sayılmaz. Lakin son anlarda iman edən kimsənin imanı məqbuldur. Çünki o insan yaşamış olsaydı, ömürünün qalan qisimini imanlı olaraq keçirəcəkdi.

 

Bu səbəblə Qərbli elm adamları, Allaha inanmadıqlarını qəti olaraq söyləməmişlərsə və ya imanlarını dilə gətirməmişlərsə onların imanlı ölüb ölmədikləri barəsində qəti bir şey deyilə bilməz. Ürəkdən inanıb bunu sözlə söyləməmə ehtimalı olduğu kimi, həqiqətən inanmadan ölmüş olma ehtimalı da vardır. Bunun gerçək tərəfini ancaq Cənabı Haqq bilər. Hesabını da yenə O soruşacaq.

 

Ancaq bu var. Darvin kimi insanlığa fitnə, fəsad və anarxiyanı miras buraxan kəslərlə, Edison kimi elmi kəşfləri, faydalı texnikaları miras buraxan elm adamları eyni deyil. Peyğəmbərimizin can düşməni Əbu Cəhil də imansız idi, Peyğəmbərimizi qoruyub gözləyən əmisi Əbu Talib də mömin deyildi. Bunlar imanları olmadığı üçün Cəhənnəmə girsələr də, əzab dərəcələrinin fərqli olması İlahi hikmət və ədalətin zərurətidir.

 

Bədiüzzaman Həzrətləri, "Kafirin Cəhənnəmdə əbədi olaraq qalması Cənabı Haqqın mərhəmət və şəfqətinə necə sığa bilər?" şəklindəki bir suala verdiyi cavabda, sözünü etdiyimiz bu məsələyə işıq tutmaqdadır.

 

"O kafir haqqında iki ehtimal var. O kafir ya adəmə (yoxluğa, heçliyə) gedəcək və ya daimi bir əzab içində mövcud qalacaq. Bədənin (var olmanın), Cəhənnəm də olsa adəmdən daha xeyirli olduğu vicdanı bir hökmdür. Çünki adəm şəri mahz (sırf şər və çirkin) olduğu kimi, bütün müsibətlərin də mərcisidir. Bədən isə Cəhənnəm də olsa xeyiri mahzdır (mütləq xeyrdir). Maahaza kafirin məskəni Cəhənnəmdir və əbədi olaraq orada qalacaq.

 

 

Demək ki, imanı olmayan, lakin insanlığa müsbət yolda böyük xidmət etmiş olan qeyri müslim ixtiraçılar, dünyada etmiş olduqları faydalı işlərinə mükafat olaraq Cəhənnəmdə "bir növ Cənnət həyatı" yaşaya bilərlər. Cənabı Haqq onların bu işlərini qarşılıqsız buraxmaz.

 

1. Müslim, İman: 93.

2. Müslim, İman: 304.

3. Müslim, İman: 1.

4. Əhyai İlahiyyat, 1:135.

 

Məmməd Paksu Məsələlər və Həlləri - 1

2 Bu dəqiqə bütün texnologiya xristian və yəhudilərin əlindədir.İstifadə etditmiz telefon və s. kimi hər şey.Bunları işlətmək müsalmanlar üçün günahdır?

Və Aleykum Salam və rahmətullahi və bərakətuh. Xeyr, günah deyildir. İslamiyyət haram olmamaq şərtilə yeniliklərin, texnologiyaların əleyhinə deyildir.