Mövzusunda ən çox maraqlanılan

1 Şəbəkə marketinqi haramdır?

İslamın qadağan etdiyi faiz, aldatma, haqsız yerə başqasının malını yemə, qumar yoluyla qazanc və ya içki, donuz əti kimi haram malların satışı olmadığı müddətcə, hiylə qarışmırsa, israfı və lüks istehlakı da təşviq etmirsə internet üzərindən və ya başqa bir yolla ticarətə haram deyə bilmərik.

Sualda keçən sistemə gəlincə. Sistemin görə bildiyimiz qədəriylə İslami baxımdan qorxuları bunlardır:

1- Sistem, insanları, çoxlu üzv tap, sonra əlinin altındakılar işləsin, ömürünün sonuna qədər nizamlı gəlirin olsun deyərək tənbəlliyə itələyir. Millətə faydalı heç bir istehsal yoxdur.

2- Alınan xidmət və ya məhsuldan istəməmə haqqınız yoxdur. İslami ticarətin qaydası məhsulun alarkən əldə olması, xüsusiyyətlərinin müəyyən olması qaydasına da uyğun gəlmir.

3- Üzvlər, üzv tapdıqca pul qazana bilir amma əslində ən böyük pulu, dəyişik ölkələrdə qurulmuş yalançı şirkət qazanır. Əldə edilən gəlirin heç bir hissəsi ölkəmizdə vergi olaraq ödənmir. Hər əməliyyat internet üzərindən edilir. Milli sərmayə və təcrübə qeyri-qanuni yollarla, xarici əllərə köçürülür.

Sistemin işiylə əlaqədar edilən şərhlərə görə, alınan obyekt naməlum, daha da əhəmiyyətlisi "sistemdən çıxmaq istəyən heç bir şey ala bilmir"; bu da deməkdir ki, aldığı bir şey yoxdur, əməliyyat saxtadır. Bu halda belə bir əməliyyat caiz olmaz.

 

Prof. Dr. Heyrətdin Karaman

2 məcburiyyət

Əleykum Salam. 

Zərurət olmadan faizli kredit çəkmək haramdır. Evlənmək, nikah etmək deməkdir. Toy etmək və bahalı əşyalar almaq deyil. Bu səbəblə həyatı davam etdirəcək qədər alış-veriş etmək kafi olar. Həqiqətən evlənmək istəyirsinizsə, bahalı, dəbdəbəli bir toy etməyin, mebelə yatırımı sonrakı zamanlara erteleyelim; kasıbca amma bərəkətli bir evlilik edərsiniz.

3 Az miqdar faizli işlərə girmək haramdır? Öz ehtiyaclarımızı hansı yollarla təmin edək?

Və aleykumussalam.

Siz səhv bilirsiniz. Faizin hər növü və istənilən miqdarı haramdır.Burda istənilən halda əvvəlcədən təyin olunmuş faizdən söz  gedir. Yəni, nə olursa olsun, istəyir iflasa uğra, xəstələn, öl, sən mənə hər ay bu qədər pul verməlisən. Əgər elədisə, qohumlar öz aralarında İslamın çox gözəl modeli olan borc versinlər. Bu həm borc verəni Allah`ın rızasına qovuşdurar, həm də borc alanını işini asanlaşdırar. Və hər ay verdiyi faizi yığıb borcunu qısa müddətdə qaytarar. Çox təəssüf ki, faiz sistemi həm İslami, həm də iqtisadi cəhətdən çox gözəl, faydalı olan Borc vermə ədəbimizi unutdurub bizlərə.

Başqa alternativ olaraq İslam Banklarına müraciət edə bilərsiniz.

Azərbaycanda Beynəlxalq Bankın tərkibində yerləşən “İslam Bankçılığı Departamenti” əsasən 2 istiqamətdə fəaliyyət göstərir. Buraya həm fiziki və hüquqi şəxslərin maliyyələşdirilməsi, həm də fərdi müştərilərə xidmətlərin göstərilməsi daxildir. Belə ki, bank əhalidən və ayrı-ayrı şirkətlərdən vəsaitləri cəlb edərək hər hansı layihəyə yatırır və həmin layihədən əldə olunan gəlirdən həm bank, həm də müştəri qazanc əldə edir. “İslam Bankçılığı Departamenti”nin direktoru Behnam Qurbanzadənin sözlərinə görə, islam bankçılığının özəlliyi ondan ibarətdir ki, burada pullar satılmır və bank öz gəlirini faizdən deyil, müştərinin gəlirindən asılı olaraq əldə edir. Bankın əsas layihələrindən biri kimi fərdi müştərilərə ipotekaların verilməsi də nəzərdə tutulur.

“10 il müddətinə bank həmin evi alır və öz müştərisinə icarəyə verir. 10 il ərzində müştəri icarə haqqını tam dolğun ödədikdən sonra mənzil müştərinin ixtiyarına keçir. Ya da ki, hər hansı məbləğ qalıbsa, onu ödəyir və tam sahibi olur”, - deyə “İslam Bankçılığı Departamenti”nin direktoru vurğulayıb.

Əgər bu müddət ərzində hər hansı problem yaşanarsa və müştəri pulu ödəyə bilməzsə, bu halda ev bankın köməkliyi ilə hərraca çıxarılacaq və müştərinin ödədiyi pul geri qaytarılacaq.

İslam bankçılığı iri biznes layihələrinin maliyyələşdirilməsini də nəzərdə tütur. Bütün bu layihələr, maliyyə əməliyyatları şəriət alimləri tərəfindən təsdiqlənir. Ancaq İslam bankçılığının diqər banklardan əsas fərqi həm də odur ki, bu bank heç də bütün məhsulların istehsalını maliyyələşdirə bilməz.

Qabaqcadan ödənişlər, hansısa mal olmadan onun istehsalının qabaqcadan maliyyələşdirilməsi islam bankçılığında problemlidir. O cümlədən, donuzçuluğun, alkoqolun, tənbəkinin maliyyələşdirilməsi qadağandır.

Qeyd edək ki, indiyə qədər banka 68 mln manata yaxın vəsait cəlb edilib və yaxın vaxtlarda əlavə 15 mln manatın cəlb edilməsi nəzərdə tutulub.

Verdiyim borcu qaytarmayan biri yenidən borc istəsə verməyə bilərəm

Ev tikmək, iş qurmaq üçün aşağı faizli bank krediti almaq caizdirmi?

İslam bankçılığı nədir?



4 Bankdan alınan faizli kreditlərə islami alternatiflər.

Aşağı da olsa faizli bir kreditə girmək caiz deyil. Hələlik kredit faiz sayıldığına və gələcəkdəki vəziyyəti məchul olub hər an dəyişməsi mümkün olduğuna görə hökm dəyişməz. Tək borcu bağlamaq barəsində Əbu Yusufa görə vəziyyət dəyişər. Məsələn bir kimsə bir 100 manatlıq pulu bir illiyinə faizlə 150 manata versə, faizli olduğundan haramdır. Sadəcə bir il sonra daha əvvəl verilən 100 manat pul inflyasiya səbəbiylə 150 manata təkabül etsə onu, yəni başlanğıcda verdiyi 100 manat müqabilində 150 nabat alması caizdir. Çünki bu pul qızıl və gümüş olmadığı və dəyəri etibarı olduğu üçün özünə etibar edilən dəyərə görə rəftar görər. (Xəlil GÜNENÇ (Günümüz Məsələlərinə fətvalar, I) Səh: 320-321)

Fiqhçilər, inflyasiya altındakı fərqin caiz olduğunu söyləyirlər. Məsələn 10 qızıl 100 manat qarşılığı ikən, bir yoldaşınıza 100 manat borc verdiniz. Bir il sonra 100 manatınız geri gəldi, ancaq dəyər itkisindən ötəri 100 manat yalnız 8 qızıl ala bilir. Siz iki qızıl fərqini alarsanız faiz olarmı? Sualına İmamı Əzəm "bilmirəm" demiş. Bəzi fiqhçilər isə caizdir demiş. Çünki zərərə uğramaq  mövzusu vardır. İndi ki tətbiqlərdə xüsusilə 2 problem gözə dəyir:

a- İnflyasiya miqdarının təyin olunması üçün hesablamalar nə dərəcə etibarlıdır. Tutaq ki inflyasiya hesabı doğru edildi. Problem yoxdur.

b- İndi bankla razılaşdıq. Bu qədər pula qarşılıq bu qədər faiz veriləcək. İmzaladıq. Əvvəlcə belə bir razılaşmanın heç bir məsuliyyətinin olmadığını söyləyə bilmərik. Çünki şəxsən faiz razılaşması edilməkdədir.

Digər tərəfdən bugünkü inflyasiya rəqəmləri; məsələn % 15 olsun. Biz də bu rəqəmin altında nəqliyyat vasitəsi və əmlak krediti və ya pul yatırdıb faiz razılaşması etmiş olaq. Deyək ki kreditlərimizi ödədik və ya pullarımızı aldıq. Bizi maraqlandıran əvvəlki inflyasiya rəqəmləri deyil. Daha sonrakı, pulu ödədiyimiz və ya aldığımız zamanki inflyasiya rəqəmidir. Baxdıq ki inflyasiya bizim razılaşdığımız rəqəmin üstündə çıxdı. Bu vəziyyət də faiz razılaşması haram olmaqla birlikdə, alınan pula haram deyilməsi çətin görünür. Ancaq inflyasiya miqdarı razılaşmamızın qızıl da qalsa, bunun hesabını kim verəcək. Allaha "hesab edə bilmədik, təxminimiz səhv çıxdı, bazarlar qarışıq idi" deyə bir bəhanəmiz nə dərəcə məqbul olar.
Nəticədə zərərsiz yolları, zərərli yollara seçməmiz daha məqsədəuyğun və hesabının da daha asan olduğu qənaətindəyik. Bu vəziyyətdə, sizə faizli banklara alternativ olaraq xüsusi maliyyə Təşkilatlarını tövsiyə edirik.

Qazanc - zərər sistemi üzərinə işləyən müəssisələri dinimiz ticari müəssisə saydığı üçün halaldır. Pul yatırdılar və qazanc payı olaraq verilən qisim də halaldır.