Va aleykumussalam va rahmətullahi va bərakətuh!
Bəli akvariumda balıq bəsləmək caizdir.
Lakin burada diqqət edilməsi lazım olan bir xüsus vardır. Belə ki: Balıq sevgisi, marağı, hobbisi günümüzün böyük bir qisimini almamalı, ibadetimize mane olmamalı, bizi əsl vəzifələrimizdən uzaqlaşdırmamalı, işi mâlâyaniyata, boş məşğuliyyətə götürmemelidir.
Bir-birindən gözəl balıqların üzmələrini seyr etmək insana bir çox mənaları xatırladacaq. Balıqların xaricində digər dəniz heyvanları da eyni kateqoriyaya tabedir.
Quranda ele bir ayə yoxdur, Allah Adəmdən öncə dünyada digər canlıları: heyvan və bitkiləri, cinləri, mələkləri yaratmışdı.
Dünyanın yaradılmasının ardından ilk insanların dünyada yaşamağa başlaması arasında müəyyən bir müddət keçmişdir. Bu müddət içərisində dinozavrlar dünyada yaradılmışdır. Bunun hikmətinə gəlincə, bugun dünyada insanlığın istifadə etdiyi enerji qaynaqlarının çoxu dinozavr kimi böyük məxluqların qalıqlarının məhsuludur. Cənabı Allah yer üzünün əsl sahibləri gəlmədən əvvəl onlar üçün yer üzündə hər cür ehtiyacı görəcək mühiti hazırlamışdır.
Dinozavrların ölməsinə gəlincə, bu məxluqların yaşamasına Cənabı Allah icazə versəydi, bu nəhəng məxluqlar insanlıq üçün böyük bir təhlükə ifadə edərdi. Bu səbəblə vəzifəsini tamamlayan bu varlıqlar, Allahın hikmətinin nəticəsi olaraq vəzifədən tərxis edilərək baqi ruh mövqesinə keçmişlərdir.
Peyğəmbər Əfəndimiz sallalalhu aleyhi və səlləm belə buyurmuşdur:
"Heyvan kəsdiyiniz zaman, kəsmə prosesini yaxşı yerinə yetirin (acı çəkdirməyin). Və sizdən biri bıçağını itiləsin və kəsdiyi heyvanı rahatlaşdırın. "(Müslim, Zəbaih: 57; Əbu Davud, Ədâhî 11-12)
Bu səbəblə iti bir vasitə ilə və üsuluna uyğun olaraq heyvanların kəsilməsinə diqqət etmək sünnətdir. (Bax. Zuhayli, əl-Fıkhu'l-İslami, 3/262) Bu ifadəyə görə hər hansı bir heyvan üsuluna uyğun kəsilmədiyi zaman, ona əziyyət edildiyi və acı çəkdiyi aydın olmaqdadır.
Ancaq, üsuluna uyğun olaraq kəsilən heyvanların ağrını hiss etmədiyi söylənilə bilər. Allahın lütf və kərəmiylə hiss etmə duyularının tamamilə aradan qaldırılması ilə acı hissindən qurtulmaq mümkün ola bilər. Bu hal, Allahın mərhəmətinin bir göstəricisidir.
Heyvanların çəkdiyi ağrıların insanın beyin qavrayışı və ölüm düşüncəsindən məhrum olduğu açıq bir xüsusdur.
Heyvanların necə bir duyğu ilə bu ağrıları yaşadıqları insanla müqayisə edilə bilməz Çünki insan beyninin qavrama mexanizmi qəbul edilən duyğulara müxtəlif məna və məzmunlar qatmaqdadır.
Məsələn bir xəstənin xəstəliyindən duyduğu ağrı mexaniki bir ağrı olmaqla yanaşı, ümidsizlik, kimsəsizlik, çarəsizlik, yoxluq kimi hisslər insan şüuruna aid hisslərdir.
Gerçəkdə bizim xəstəlik dediyimiz də, bu kədər, hüzn və iztirab hislərimizdən qaynaqlıdır.
Bu səbəblə kəsilmək üçün yatırılan bir heyvan, bir şey hiss etməz. Yalnız bıçaq kəsdiyi vaxt hiss etmək istər; lakin, o his belə gedər, o ələmdən də xilas olar, inşallah. (Bax. Nursi, Şüalar, On Birinci Şüa)
"Madam yaradan bilir elə də bilən danışar." qaidəsinə görə, bütün heyvanları yaradan və onları insanların xidmətinə təqdim edən Rəbbimiz, istifadə etdiyimiz heyvanları nemət olaraq təyin etmişdir. Əti yeyilən heyvanlar insanlara ruzi olaraq yaradılmışlar. İnsan bu heyvanları kəsdiyində onların ruhları cənnətə getməkdədir. Bədənləri isə insan bədənində vəzifə görməyə davam edəcək. Onların yaradıcısı olan Allah, əlbəttə onlara ən gözəl vəzifələr və ən gözəl bir gələcək hazırlamışdır.
Köç mövsümü gəldikdə, quşların başqa məmləkətlərə köçdüklərini görürük. Arıyeyən, bildirçin, sığırçın kimi quşlar 7.000 km-lik bir köç edirlər.Orta Avropa Leyləyi isə 10.000 km-lik bir köç edir. Gündə 150 km məsafə qət edir.Köç çempionu isə Dəniz qaranquşu deyilən bir quşdur ki 25.000 km-lik bir səyahət edir.
Bir mağaradan bir yarasa tutulub işıq keçirməz bir qəfəsə qoyulub. 300 km uzaqdan buraxılaraq yarasanın mağarasına qayıtdığı təsbit edilmişdir.Elm adamları, quşların istiqamətlərini dünyanın maqnetik sahəsindən vəya ulduzlardan tapdıqlarını deyiblərsə də bir təcrübə ilə bu batil fikirlərini özləri çürütmüşdürlər.
Beləki, heç köç etməmiş bir leylək qəfəs içərisində İtaliyaya aparılıb köç mövsümündə sərbəst buraxılmışdır. Görülüb ki, bu leylək, ən qısa yolu təqib edərək 125 gün sonra nəslinin köç etdiyi məmləkətə çatmışdır.
İndi, quşları bir kənara qoyaraq özümüzə də baxaq; əlimizə bir ünvan verilsə belə, çox vaxt gedəcəyimiz yeri bilmərik, azarıq. Hətta bir xəstəxanaya girsək, çıxış qapısını tapmaqda çətinlik çəkərik. Bir də yollardakı işarə lövhələrini götürsələr və bizdən Bakıdan Şuşaya getməyimizi istəsələr, hər halda ömrümüzün sonuna qədər oraya çata bilməzdik.
Görəsən quşlar bizdən daha ağıllıdır yoxsa onlara ilham edən biri var?
Deməli, Allahı inkar etmək quşdan daha axmaq olduğunu qəbul etməklə mümkündür.
Və aleykum Salam.
Zərəri olmayan hörümçək torlarını dağıtmaq uyğun olmaz. Ancaq məsələn evlərdə olan torları pozmanın bir qorxusu, günahı yoxdur.