İş yerindəki müdir məmurların cümə namazına getmələrinə və ya digər fərz namazlarını qılmalarına icazə verməzsə, əvvəl müdiri mənfi rəftardan imtina etdirməyə çalışarlar. İmkan olmadığı təqdirdə məmur ya öz nəqlini başqa yerə etdirəcək, yaxud da maddi vəziyyəti uyğun olması halında istefa verəcək. Vəziyyəti uyğun olmazsa vəzifəsinə davam edib cümə namazına getmədən günorta namazını qılar, günah da müdirə aid olar, işçinin və müəllimin də vəziyyəti belədir. Ancaq cümə xaricindəki digər fərz namazları bir şəkildə vaxtı içində qılacaq.
İbn Qasım və Şəbramilisi belə deyirlər: Cümə namazına icazə verməyən bir işə götürənin yanında bir işçinin işləməsi üçün, möhtac olması lazımdır. Möhtac olmadığı təqdirdə cümə namazını qılmayaraq yanında çalışması haramdır. (Şebramilisi: c. 2, s. 134). Hənəfi üləmasından əl-İmam Abi Hafs kimi zat; işə götürənin icazəsi olmadan işçinin cümə namazına getməsi caiz deyil, demişlər isə də işçi və məmurun cümə namazına getmələrinə mane olmaq böyük bir günahdır. (əl-Fətava'l Hindi: c. l, s. 144) Ağlı yetkin hər müsəlmana normal vaxt namazlarını qılması da farzdir. Buna görə əgər işə götürən namaz qılmanıza icazə verməz və siz də orada işə məcbur deyilsinizsə işi buraxarsınız. Əgər məcbursunuzsa namazınızı zamanında qılmaya çalışarsınız.
İş üçün də olsa namazın qəzaya buraxılması əsla doğru deyil. Bu səbəblə işə götürənin xəbəri olmadan və icazə də almadan namaz qılına bilər. Çünki Allah haqqı, hər haqqdan daha üstündür. Buna görə, hər vaxt dəstəmazlı olmaq və yalnız fərzlərini də olsa, namazları qəzaya buraxmadan qılmaq lazımdır.
Mövzusunda ən çox maraqlanılan
- Allah, imtahana tabe tutduğu hər insana imtahanı qazana biləcək qədər təchizat vermişdir. Bu təchizata sahib olmayan, məsələn uşaq və ağıl qüsuru olan insanları məsul tutmamışdır.
- Hər insana verilən iradə gücü, imtahanı qazana biləcək qüvvətə sahibdir. Əks halda onsuz da ədalətli bir imtahandan söz edilə bilməz.
Ancaq Allah, insana verdiyi azad iradəsini əlindən alacaq şəkildə, hər kəsi doğruları etməyə məcbur etməz. Bu halda insanlar bir kukladan ibarət olar.
- Dünya imtahanında çalışanlar qazanar, tənbəllər məğlub olar. Din imtahanı da belədir. Əgər Allah hər kəsi imtahandan keçirmək üçün planlar hazırlasa, bu təqdirdə imtahan ciddiliyini itirib bir oyun və əyləncədən ibarət qaldığı kimi, çalışqanlarla tənbəlləri, ağılını istifadə edənlərlə nəfsini istifadə edənləri, ülvi duyğuları qane etməyə çalışanlarla süfli duyğularını qane etməyə çalışanları, xülasə fəzilətli insanlarla rəzil insanları eyni tərəzinin gözünə qoymuş olacaqdır .
Halbuki imtahanın varlığı onsuz da bu iki sinif insanı ayırd etmək üçündür.
"Allah heç kəsə gücünün çatacağından başqa yük yükləməz. Hər kəsin qazandığı xeyir özünə, etdiyi pisliyinzərəri yenə özünədir. "(Bəqərə, 2/286)
1. "Allah zalıma (bir zaman) möhlət verər. Onu bir dəfə yaxaladığı vaxt da qurtuluşverməz."2. "Məzlumun duası (ı almaq)dan çəkin. Çünki onun duası ilə Allah arasında (heçbir) pərdə yoxdur."3. "Haqları qiyamət günü əlbəttə sahiblərinə veriləcəkdir. Hətta buynuzsuz qoyunüçün buynuzlu qoyundan qisas alınacaqdır."4. "Kimin yanında qardaşının ciddiyyətini ( sarsıdan xüsus)dan və ya (dəyəri olan)bir şeydən zülm (ilə əldə edilmiş bir haqq) varsa, qızıl və gümüşün olmayacağı gün(gəlmə) dən əvvəl bu gün (dünyada ikən) onunla halallaşsın. (Yoxsa ) əgər yaxşı işivarsa on (un savabın) dan (etdiyi haqsızlıq qədəralınacaq) haqq sahibinə veriləcək; əgər onun üçün (edilmiş) yaxşılıqlar yoxdursa(haqq) sahibinin günahlarından alınıb onun üzərinə yüklənəcək. " (Riyazus-Salihin,s.186 vd).
