Mövzusunda ən çox maraqlanılan

1 Oral İntim Əlaqə caizmidir?

Birinci olaraq onu qeyd edək ki, bu hərəkət təmiz fitrətlə zəddiyət təşkil etdiyinə görə, ötən əsrlərin fəqihləri bu barədə danışmağa və bunun barəsində hökm verməyə lüzum hiss etməmişlər. 

Müasir bəzi qələm əhli ər arvadın hər yerinin bir-birilərinə halal olması, həmçinin "əşyada əsl hökm onun mübah olmasıdır" kimi qaydalardan çıxış edərək ağızdan intim əlaqənin halal olmasına fətva vermişdir. Xüsusilə son illərdə qələmə alınan "Ailə və İntim Əlaqələr"ə dair kitablarda bu cür sözlərə rast gəlmək mümkündür.

Bizim bu məsələyə münasibətimiz isə tamamilə başqadır.

Belə ki, qənaətimizə görə bu məsələyə yuxarıdakı şəkildə deyil, İslamda təmizliyin yeri, İslamın insana verdiyi dəyər, insana bəxş edilən bədən üzvlərinin yaradılış məqsədi nöqteyi-nəzərindən yanaşılmalıdır. Hz. Peyğəmbər (s.ə.s) buyurur:

"...Sizdən biri yuxudan oyandıqda, suya əlini salmazdan əvvəl qoy əlini yusun, çünki sizdən heç kəs əlinin harada gecələdiyini  (haralarda gəzdiyini)  bilməz." (Buxari, Dəstəmaz, 26.)

Bu hədisdən də aydın olur ki, Hz. Peyğəmbər (s.ə.s) yuxuda olarkən insan əlinin natəmiz olan yerlərinə təmas edə biləcəciyini diqqətə çatdırır və yuyunarkən əvvəlcə əllərimizi yumağı bizə tövsiyə edir. Əks təqdirdə həm qabdakı suyu, həm də özümüzü mikroblara bulaşdıra bilərik Natəmiz ayıb yerlərə toxunan əllərimizin belə yuyulması bizə buyurulduğu halda, həmin yerlərə ağızı təmas etdirmək nə dərəcədə doğrudur?!

Oral yoldan intim əlaqə iyrənc hərəkətdir və tibbi cəhətdən də mənfi qarşılanır. Çünki cinsiyyət orqanlarından daim bəzi mayelər ifraz olnunur ki, bunların ağıza daxil olması mikrobların orqanizmə nüfuzu deməkdir. Hətta bunun ağız xərçənginə də yol açdığı haqqında fikirlər mövcuddur.

Qısa şəkildə desək, ağız yemək-içmək, danışmaq və s. bu kimi ali məqsədlər üçün xəlq edilmişdir. Bu və bunun daha da fövqündə Qur`an oxumaq, Allah`ı zikr etmək kimi müqəddəs amal üçün yaradılmış, hər zaman təmiz saxlanılmalı olan belə bir üzvün intim əlaqələr üçün istifadə edilməsi nə dini ədəb normalarına, nə gigiyena qaydalarına, nə ağla, nə də insan təbiətinə uyğun gəlir.

Əlavə olaraq qeyd edilməlidir ki, oral yoldan intim əlaqə anormal bir sevişmə olduğuna görə, insanda bir müddət sonra nifrət hisləri oyadır və bu da öz növbəsində normal intim əlaqələrdən insanı soyuda bilər.

 Məni(sperma) və məzi nəcis olduğu üçün bunların udulması haramdır.

Kişi xanımını belə bir əlaqəyə məcbur edə bilməz; buna haqqı yoxdur. Qadın Allah`ın razılığına uyğun olmayan mövzularda ərinə itaət etməməlidir.

İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN EVLİLİK VƏ MƏHRƏM XÜSUSLAR.ARİF ABDULLAH. İpəkyolu Nəşriyyatı. 2011

2 İstimna / masturbasiyanın dini hökmü nədir?

   Ədəbsiz görüntülərin ətrafımızı bürüdüyü, açıq saçıqlığın epidemik xəstəlik kimi cəmiyyətə müsəllət olduğu bir dövrdə yaşayırıq. Bu xəstəlik az çox hər kəsi təsiri altına almaqdadır. Xüsusilə gəncliyin içdən içə mənəviyyatını və ülvi duyğularını yaralamaqdadır.

   Nəfsani hissləri təhrik edən ünsürlərin çoxalması insanlarda bəzi pis vərdişlərin artmasına səbəb olmaqdadır. Naməhrəmə baxmaq, insanda harama qarşı olan həssaslığı azaldır və nəticədə xüsusilə özünə fikir verə bilməyən kəslər harama baxmağı normal və mübah görməyə başlayır. Məhz bunun sonunda insanın maddi və mənəvi aləmində bəzi axsamalar meydana gəlməkdədir.

     Bu mövzuda Bədiüzzaman Həzrətləri belə buyurur:

«İslam əhlində harama nəzər artdıqca, nəfsani həvəsatlar (müsəlmanlar arasında harama baxma artdıqca cinsi duyğular) həyəcana gəlib bədənində sui-istifadə ilə israfa girər. Həftədə bir neçə dəfə qüslə məcbur olub, ona görə, tibbi olaraq hafizə qüvvəsinə (hafizə gücünə) zəiflik gəlir. "

«Bəli, bu əsrdə açıq saçıqlıq üzündən, xüsusilə bu memaliki-i harrede (isti iqlimlərdə) o sui-i nəzərdən, sui-i istifadə, ümumi bir unutqanlıq xəstəliyini nəticə verməyə başlayır. Hər kəs, cüzi-külli o şikayətdədir. »1

    His və həvəslərinə məğlub olan bəzi kimsələrdə harama nəzərin təhrikiylə vücuddan edilən israf, ümumiyyətlə ehtilamla olur. Bəzi kəslər isə bu «israfa»  daha fərqli bir şəkildə düşürlər. «İstimna, masturbasiya» bu barədə ən çox müraciət edilən tətmin (qane olma) yoludur: Hər şeydən əvvəl, anormal bir hərəkət olan bu iş, iradəsi zəif kəslərdə görülən bir vərdişdir.

    Evlənmə çağına gəlib də imkan tapa bilməyən belə kimsələrə Rəbbimiz iffətli olmalarını tövsiyə edir:

«Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar.(Nur surəsi,33)

    Nəfs və həvəslərinin təzyiqi altında olan gənclərə Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) göstərdiyi yol ən gözəlidir. Bu yolla gənc, həm ibadət etmiş olar, həm də özünə hakim olma çarəsini tapar.

    İbni Məsudun rəvayət etdiyi hədisi şərifdə Peyğəmbərimiz (s.ə.s.) belə buyurur:

«Ey gənclər topluluğu, sizdən evlənməyə gücü çatan evlənsin. Çünki evlilik gözü harama baxmaqdan son dərəcə önləyici, iffəti də ən yaxşı qoruyucudur. Evlənmə xərcinə gücü çatmayan kimsə də oruc tutsun. Çünki oruc qüvvətli bir şəhvət qırıcıdır. " (İbni Mâce, Nikâh : 1.)

    Başda oruc olmaq üzrə,  İslâmî və imanı məsələlərlə məşğuliyyət və insanı günahdan qoruyan bir çevrədə olmaq, möminin iffətini mühafizə edən, onun harama getməsinə əngəl olan ən gözəl çarələrdir. Çünki qeyri-qanuni yollara şeytan təşviq edər, nəfs təzyiq göstərər, hisslər də sıxışdırar. Onları susduracaq ən təsirli çarə, qəlbi və ruhu ülvi şeylərlə məşğul etmək; əxlaqlı kəslərlə yoldaşlıq etməkdir.

    Əllə tətmin, alimlərin çoxuna görə caiz deyil; haram sayılmaqdadır.

«Onlar ki ismətlərini qoruyarlar. Ancaq xanımlarına və sahib olduqları nökərlərinə qarşı münasibətləri müstəsnadır. Çünki onlar bu halal olanlarda qınanmazlar. Kim də bu halaldan başqasını axtararsa, məhz onlar həddi aşanlardır.» (Muminun, 5-6-7)

ayəsini dəlil gətirən Şafi, Maliki alimləri və İmam-ı Nəsəfi, istimnanın haram olduğuna hökm etmişdirlər. (Təfsirü'n-Nəsəfî, 3 :114.)

    Əgər caiz olsaydı, Hz. Peyğəmbər aleyhissalatu vəssəlam tərəfindən bir yol göstərilərdi, deyirlər. İmam Əhməd bin Hənbəl və ibni Həzmə görə

«Məni, bədənin, çölə atmağa möhtac olduğu bir şeydir, onu əliylə atan qan aldıran kimidir və caizdir

    Hənbəli alimləri bunun caiz olmasını iki şərtə bağlamışlar: Şəxsin zinaya düşmə təhlükəsi, evlənməyə gücünün və imkanının olmaması.

     Hənəfi məzhəbinin görüşlərini  nəql edən İbni Abidin, bu barədə bəzi alimlərin fikirlərinə yer verməkdədir. İnsanın şəhvəti üstün gələr, qəlbini məşğul edəcək dərəcədə çox olar, subay olar və ya evli olub da bir üzrdən dolayı xanımına yaxınlaşa bilməzsə, şəhvətinə təskinlik vermək istəyən kimsə üçün Fəqih Əbulleys, «Beləsinə bir günah olmayacağını umuram.» demiş. Amma sırf şəhvətini cəlb etmək, özünü zorla təhrik etmək üçün etsə günahkar olar.  (İbni Âbidin, 2:100, 3 :156.)

      Yenə Hənəfi alimlərindən Şurunbulali,

«Bekar  kimsə harama girəcəyindən qorxduğu zaman, şəhvətinə təskinlik vermək üçün istimna caizdir. Bu işindən ötəri nə savab, nə də günah qazanar. Lakin sırf ləzzət almaq üçün edərsə günahkar olar. » (Meraku'l-Felâh, s. 57.)

görüşündədir.

   Harama düşmə təhlükəsiylə qarşı-qarşıya gələn bir kimsə, haram olan zinanı işləməmək üçün əhvən-i şər (Iki şərli işin və ya şeyin daha az zərərlisi.) olan istimnanı edərsə və buradakı niyyəti də haramdan qaçmaq, namusunu qorumaq olarsa, caiz görən alimlərin ictihadlarına görə mümkündür. Amma istimnanı vərdiş halına gətirmək ağıllı bir insana yaraşmayan çirkin bir iş olar. Onsuz da çox (sû-i istimalat) insanda zəka və yaddaş itkisinə səbəb olmaqdadır.

    Belə anormal vəziyyətlərə düşməmək üçün tez-tez imani əsərləri mütaliə etmək, ağılı və qəlbi davamlı İslami xidmətlərdə çalışdırmaq, ülvi şeyləri düşünmək, ləzzətləri qıran və ağrılaşdıran ölümü çox çox xatırlamaq, haram nəzərdən çəkinmək və ədəbsiz görüntülərə iltifat etməmək lazımdır. Ən önəmlisi az yeyib çox oruc tutmaq. 

3 İstimna, masturbasyo günahmıdır ?

"İstimnâ" ərəbcədə, "istihâ bi`l-yəd" və "hadhada" olaraq da bilinən masturbasyon, ümumiyyətlə fitrətə, yəni ümumi olaraq insanın yaradılışına, xüsusi olaraq da orqanlarının yaradılış məqsəd və vəzifələrinə tərs görülmüş və İslâm bir "fitrət" dini olduğu, bu da fitrətə uyğun gəlmədiyi üçün zərurət (məcburiyyət halı) olmadıqca haram, ya da ən azından  məkruh görülmüşdür. Fitrəti daha yaxşı anlamaq üçün belə bir nümunə verə bilərik: Mismar, taxtaları bir-birinə möhkəmləndirmək üçün düzəldilmişdir. Elə isə onunla şiş-kababı edilməyə çalışılsa insanın əli yanar, kabab da yaxşı olmaz. Bu, işin fitrət tərəfidir.

Digər tərəfdən bir âyət-i kərîmədə,namuslarını qoruyanlar  tərifləndikdən sonra:

"... Ancaq zövcələri və ya sahib olduqları (cariyələri bundan) istisnadır. Buna görə onlar qınanmazlar.Kim ondan artığını istəyərsə, onlar əsl həddi aşanlardır..." (el-Mü`minûn 23/5-7)

buyurulur. Təfsirçilərin çoxu, "ondan artığını istəyənlər"ə, əliylə istimna edənlər də daxildir, elə isə onlar da həddi aşmış (haram işləmiş) olar, demişlər. (Nümunə olaraq bax. Qurtubî XII/105-106; Ibn Kesîr V/458; AIûsî XVNI/10-11).Ancaq Alûsî,Cumhura(çoxluğa) görə istimna adət halına gətirilmişsə (cinsi sapma halını almışsa) bu âyənin ehtivasına girəcəyini, əks halda girməyəcəyini söyləyər. (Alûsî, a.k.k.)

    Bir hədîsdə: "əlini nigâhlayan mə`undur " (Mahlüf, Fətava I/117: (Ancaq muraciət edə bildiyim səhih hədîs kitablarında bu hədîsi tapa bilmədim. Bu hədîsi AIûsî, "meşâyihin rivayeti" deyə nəql edər. bax. 1611)

      Səid b. Cübeyrin (Allah ondan razı olsun) rəvâyet etdiyi bir hədîsdə: "Zekerleriyle (cinsiyyet orqanı) oynayan bir ümmətə Allah əzab etmişdir"

     Atâ`nin bir rəvâyetində: "Əlləri hamilə olaraq həşr ediləcək bir qövm eşitdim. Bunların əlləriylə istimna edənlər olduğunu zənn edirəm" demişdir.

     Ayrıca Allah (c. c.), evlənmə imkânı ola bilməyənlərin, imkân tapana qədər iffətlərini qorumalarını əmr etmiş (ən-Nur 24/33) belə bir üsul tətbiq etsinlər deməmişdir.

Rasulüllah Əfəndimiz (Allah'ın Salamı və Salatı Onun üzərinə olsun) də:

"Gənclər! Imkânı olanlar evlənsin, çünki bu, gözü və iffəti daha yaxşı qoruyar. Bunu edə bilməyən oruc tutsun,çünki orucun bunu təmin edəcək bir kamçısı vardır."(Buxari, savm 10, nikah 2,3; Müslim, nikah 1,3)

buyurmuş və subaylara çarə olaraq orucu göstərmişdir. Əgər istimna mübah(nə halal nə haram) olsaydı, çarə olaraq o göstərilərdi. Çünki o daha asan bir yoldur, deyilmişdir. (Mahlûf, akə I/117)

     Ancaq gərək haqqında danışılan âyələrin istimnayı açıqca zikr etmədikləri, gərəksə bu mövzudakı hədîslərin bir qisiminin zəif olması səbəbiylə, əksəriyyətin haram görməsinə qarşılıq, istimnayı normal görən alimlər də vardır. Məsələn Əhməd b. Hənbəl bunu, eynilə qan aldırmağa bənzətmiş və ehtiyac duyulduğunda, bədəndəki artıqları çölə atmaqdan ibarət olduğu üçün caiz olduğunu söyləmişdir. (AIûsî XVNI/10: Burada AIûsî, Əhməd b. Hənbəli o bu fikirini, Cumhurun (əksər alimlərin) haram olduğu qənaətini verdikdən sonra verər. Amma Mahlûf, HanbeIi fiqh kitablarında buna rast gələ bilmədiyini söyləyər, bax. Fətva I/118: ibnü`I-Hümâm da "haramdır, çünki adətən şəhvət üçün edilər, ancaq ümid edirəm ki, cəzası yoxdur" deyər. bax. AIûsî agk.)

     Hənəfilər tərəfindən ümumiyyətlə haram görülmüş, ancaq; adam subaysa, ya da xanımından uzaqda isə və də şəhvət başını həddindən artıq məşğul edirsə, ya da zinaya düşmə təhlükəsi varsa və bunu özünü təskin üçün etsə günah olmayacağı ümid edilər. Amma zövq almaq və şəhvətlənmək üçün etsə günahkardır, deyilmişdir. (ibn Âbidîn N/160: Mezahib-i erba`a'da: "Bəzi Hənəfi və Hənbəlilərin, zinaya düşmə qorxusuyla caiz görmələri zəif bir görüşdür" deyilir. bax. V/152; Mâlikilər də icazə üçün iki şərti nəzərdə tutarlar: 1. Zinaya düşmə qorxusu, 2. Evlənməyə gücü çatmırsa. bax. Kardavî, əl-Helâl ve`I-harâm 165)

   İmam-i Şâfî əvvəlki fikirində caiz olduğunu söyləyərkən, sonrakı fikirində (cedid) haram olduğu qənaətinə gəlmişdir. (Bu mövzuda geniş məlumat üçün bax. Zuhaylî VI/25) .Məsələn Rasûlullah'ın əmisi oğlu Ibn Abbasdan soruşulduğunda: "Zina etməkdənsə bu yaxşıdır" (Şa`rânî, Kesf) cavabını vermişdir.

      Bütün bunlara görə; istimna adətən xoş görülməmiş, fitrətə (normal yaradılışın gərəyinə) zidd bir hərəkət qəbul edilmiş, cinsi sapma halını alması, psixoloji xəstəlik meydana gətirməsi kimi mənfi istiqamətləri hesaba qatılaraq, haram, ya da məkruhdur deyilmişdir. Ancaq daha böyük zərərlərə düşmə təhlükəsi olduğu yerdə; "iki zərərdən başqa alternativ yoxsa, kiçik olan zərər seçilər""zərurətlər haram şeyləri mübah edər" qaydalarına görə edilməsi caiz görülmüş, hətta zina təhlükəsi qəti isə, vacib belə olar deyilmişdir. Vərdiş meydana gətirməsi və zövq üçün edilməsi isə ittifaqla haramdır.

4 Zina etmək olarmı?

Və aleykumusSalam.

Öncəliklə evli olmadığınız halda təklidə görüşməyiniz, cüzi də olsa bir birinizə toxunmanız haramdır. Həmçinin oğlanın hələ naməhrəmi olan bir qıza özü ilə əlqədar olan belə bir şey deməsi ədəbsizlik və qıza qarşı hörmətsizlikdir.

Bir xanımla bir bəy arasındakı naməhrəmlik yalnız NİGAHla aradan qalxar.

İkinci olaraq, onun qadına yox, təqvaya (Allah qorxusu), tövbəyə ehtiyacə var. Əgər nəfsinə söz keçirə bilmirsə ya evlənsin ya da nəfsini tərbiyə edib özünə qul etsin, yoxsa özü ona qul,kölə olmasın. Bunun ən qısa, gözəl yolu ORUCdur.Sizin soruşduğunuz və onun etmək istədiyi BÖYÜK GÜNAH olan Zinadır.

Unutmayın, bu gün bunu sizə deyib belə şey etmək istəyən birisi sizlə evlənəndən sonra da belə bir hərəkət edə bilər.

Və insanın nəfsi, istəklərini yerinə yetirməklə doymaz.Əksinə nəfsin istədiklərini verməklə onun istəkləri daha da artar.

5 Hamiləliyin Təxirə Salınması-Əzl

Bu terminlə müəyyən əsaslı səbəblərdən ötrü uşaq istəməyən ər və arvadın bunun üçün tədbir alması nəzərdə tutulur.Hz. Peyğəmbər (Allah’ın Salamı və Salatı Onun üzərinə olsun) zamanında bu tədbir əzl üsulu ilə edilirdi. Əzl kişinin həyat yoldaşı ilə cinsi əlaqəyə girdiyi zaman spermanı çölə axıtmasıdır. Əshabələrdən Cabir (Allah ondan razı olsun) belə demişdir:                      

“Biz Hz. Peyğəmbər (sallallahu alehyi və səlləm) zamanında əzl edərdik, (həmin vaxtlarda) Qur`an da nazil olurdu.”  Buxari, Nikah, 95.  Yəni bunu qadağan edən bir ayə nazil olmamışdır.

Əbu Hənifə, Malik və Əhməd bin Hənbəlin rəyinə görə əzl edərkən xanımdan icazə almaq daha münasibdir.

Dövrümüzdə bu məqsədlə apteklərdə bir sıra dərman preparatları və başqa vasitələr satılır. Belə vasitələr qadında sonsuzluq yaratmadıqca, xəstəliyə səbəb olmadıqca, döllənmiş yumurtaya zərər vermədikcə işlədilə bilər. Elə isə imanlı və mütəxəssis həkim məsləhətini almaq zəruridir.

Bildiyimiz kimi İslamda evlənməyin əsas məqsədi nəslin artması və müsəlmanların çoxalmasıdır. Bu baxımdan doğuma nəzarət müəyyən zaman dilimində (müvəqqəti olaraq) hamiləliyi təxirə salmaq kimi anlaşılmalıdır.

İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN EVLİLİK VƏ MƏHRƏM XÜSUSLAR/ARİF ABDULLAH

6 İstədiyim biri bəzi bəhanələr gətirib mənim ilə haram olan bir yaxınlıq edir. Mənə nə tövsiyyət edirsiniz ?

Və aleykumussalam.

Sizə Allah`dan qorxub iffətli olmağınızı, qarşıdakı insana da Allah`dan qorxmağı nəsihət edib bir daha belə əməllər etməməyə dəvət etmənizi və birlikdə bağışlanmaq üçün Allah`a tövbə etmənizi tövsiyyə edirik.

Etdiyiniz hərəkət haramdır və bir müsəlmanın haram bildiyi halda bu çirkin əməli etməsi daha böyük bir günahdır. Hələ bu əməli namaz qılıb, oruc tutan birilərinin etməsi çox utandırıcı, üzücü və təəssüf edici bir haldır. Gətirdiyiniz bəhanələr isə şeytanın məhsuludur. Bunu subut etməyə çalışaq.

Masturbasyonun zəruri hallarda edilməsinə alimlərimiz icazə vermişlər və etdiyiniz əməl masturbasyonla müqaisədə dəvənin qarışqanın yanındakı səviyyəsi kimidir. Amma heç bir alim etdiyiniz hərəkətə nihag halı istisna olmaqla heç bir halda icazə verməmişdir. Ən önəmlisi isə masturbasyonun haramlığı barəsində Peyğəmbərimizdən heç bir hədis olmadığı halda, sizin etdiyiniz əməlin haram və böyük bir günah olduğu haqqında çoxlu hədislər, dəlillər var.

Zinaya gəlincə. Belə görünür ki, bu işin sonu zinayla bitəcək. Şeytan sizi hazırlaya-hazırlaya birdən Nəfsi elə hərəkətə gətirər ki, onu saxlayıb qarşısını ala bilməz və böyük xüsrana, ziyana uğrayarsınız. Belə hadislərin çox şahidi olmuşuq.

Başqası zinaya düşməsin deyə sizin özünüzün günaha girməyiniz ağıl karı deyil. Həm də qadını qadın edən onun iffətidir. Kişilər belə əməllərə elə də fikir verməzlər, amma qadının kirlənməsi, iffətini itirməsi halında onu heç bir cəmiyyət qəbul etməz.

Sevgi ülvi, gözəl bir hissdir əslində. Sevən insan ülvi hislərlə sevməlidir birini. Amma əksər insan nəfsani hisslərinə də sevgi adını qoyar. Biz belə düşünürük ki,  dediyiniz o adam əgər sizi sevsəydi sizə toxunmağa əli gəlməzdi. Sizə dəyər verən, hörmət edən, gələcəkdə övladlarının anası, dinini yarısı bilən bir mömin belə hərəkətlər etməzdi. Əgər insan sevirəm dediyi birindən əşya kimi istifadə edib öz nəfsani arzularını onun üzərində həyata keçirməyə çalışırsa demək ki o sevirəm dediyi insanın cismini sevir. Bu isə qarşı tərəfi (sizi) əşya səviyyəsinə salar. Yəqinki heç kəs kiminsə əlində əşya, oyuncaq olmaq istəməz. Hələ-hələ bu kəs mömin isə.

Digər tərəfdən masturbasyon, zina və digər bu növdən olan əməllər başlanğıcda nəfsin təlqini ilə başlasa da, onun davam edib bizi özünə kölə halına salması isə bizim ona vərdiş etməyimizdən aslıdır. Bunun praktiki olaraq şahidi olduğumuzdan tam əminliklə deyə bilərik ki, bir insan tez-tez masturbasyon etsə orqanizm buna öyrəşəcək və artıq bu vərdiş halını alacaq, onun tərk edilməsi isə gün keçdikcə daha da çətinləşəcək. Zina da onu kimi.

Ona görə də belə əməllərdən, ümumiyyətlə bütün günahlardan qorunmaq, onların köləsi olmamaq üçün ilk növbədə onlara vərdiş etməmək lazımdır. 

 Qadın ilə kişi birlikdə olarkən diqqət edilməsi lazım olan mövzular nələrdir? Qız dostlarla danışmanın bir eybi varmı? Qadın ilə kişi arasında caiz olmayan hallar nələrdir?

İrəlidə evlənməyi düşündüyümüz adam ilə telefonla danışmaq və mesajlaşmaq caiz mi?

Evlənmədən əvvəl, evləniləcək namizədlə görüş zamanı ölçülər nələrdir?

Masturbasiya (istimna) ilə məşğul olmaq olarmı?

İstimna, masturbasyo günahmıdır ?