1) Dinamiklə oxunan azan, əgər İslamın əmr etdiyi şəkildə oxunsa, yəni müəzzinliyin şərtlərinə sahib bir kimsə tərəfindən oxunsa, caizdir. Yalnız müəzzinin səsini daha çox yüksəldib uzaqlara aparar. Bu da azan oxumanın məqsədlərindən biridir. Maqnitofon ilə azan oxumaq caiz deyil. Çünki ortada insan yoxdur. Əks-səda qabilindəndir.
(Xəlil Günenç, Günümüz Məsələlərinə Fətvalar)
2) Bu dəqiqə fərqinin yaranma səbəbi fərqli namaz təqvimlərindən qaynaqlanır. Əsas olaraq siz quran və hədislərə uyğun hərəkət edin. Məsələn axşam əzanının vaxtı, ağ sapla qara sapın ayırd ediləbilməməyidir. Siz buna uyğun hərəkət edin hərzaman.
3) Bu günahdır. Əzanın oxunma şəkli Peyğəmbərimiz (səv) zamanında necə olubsa indi də elə olmalıdır, Mahnı ilə oxumaq yada hansısa mahnı ritminə salmaq bidat və haramdır.
Və aleykum Salam.
İslâm dinində məscidin böyük bir yeri vardır. Zikr, fikir və ibadət yeri olduğu kimi Allah`ın münacatına məzhər olmaq üçün ayrılmış müqəddəs bir yerdir. Beləliklə zərurət olmazsa məsciddə yemək yemək və yatmaq uyğun deyil. Ancaq yabancıların məsciddə yatmalarında beis yoxdur.
Bunun üçün əvvəllər olduğu kimi bu gün də hacılar Məscid-i Haram ilə Məscid-i Nəbəvi`də istirahət edib yatarlar və kimsə də onlara mane olmaz. Bəzi üləmâ məsciddə yatmaqda zərər yoxdur, yabancı (qonaq) yata bildiyi kimi yerli də yata bilər, deyir. Məsələn İbn-i Hacər belə deyir: "Məsciddə yatmaqda zərər yoxdur, çünki Suffa əhli daim məsciddə oturub qalxardılar" Sələf-i salibinin bir qisimi məsciddə yatmaq hər kəs üçün məkruhdur, deyir(1).
1 Mışkat al-Məsabih. c. 1. s. 453
2 al-Fətava al-Hindiyə c. 5. s. 321
Halil Günənç Günümüz Məsələlərinə Fətvalar