Mövzusunda ən çox maraqlanılan

1 Kompüterdə səsli oxunan Quranı Kərimi dinləməklə xətim edilmiş olar?

Quranı Kərimin başdan sona oxunmasına xətim deyilir. Kompüterdəki səsli Quranı Kərimi dinləməklə xətim edilmiş olunar. Quranı Kərim tərcüməsi Quran yerinə keçmədiyi üçün tərcümə oxumaqla xətim edilmiş olunmaz.

 

Allah yolunda edilən ən kiçik bir iş və əməl belə nəticəsiz qalmaz. Hələ Quran oxumaq kimi Kainatın ən böyük bir hadisəsi heç savabsız qalmayacaq. Quranın üzünə baxmaq belə savab olsa Quranın mənasını verən bir kitabı oxumaq əlbəttə savabı vardır. Lakin Quranı əslindən oxumaq ilə tərcüməsindən oxumaq arasında fərq vardır. Əsas olan Quran oxumağı əslindən öyrənmək və mənasını anlamaq içində tərcümədən oxumaqdır. Ancaq heç bir Quran tərcüməsi əslinin yerini tutmayacağından namazda Quran yerinə oxunmaz. Namazımızda mütləq Qurani Kərimi əslindən oxumalıyıq. Allah kəlamı olan ərəbcə olandır. Bunun yeri və savabı ayrıdır. Hər hərfinə qat qat savab verilər.

 

Bizi yaradan Allah, Qurani Kərimi Ərəbcə olaraq bizə göndərmişdir. Əlbəttə ki mənasını öyrənmək üçün Türkcə, İngiliscə kimi tərcümələri oxumamız lazımdır. Ancaq namaz ibadətində oxuduğumuzda mütləq əslindən orijinalını oxumalıyıq. Çünki onun əsli Ərəbcədir. Allah quranı Ərəbcə olaraq endirmişdir. Tərcüməsi quran yerinə keçə bilməz.

 

Məsələn bir nüvənin əslini pozaraq parçalara ayırsaq, sonra da torpağa əlavə etsək ağac ola bilməyəcək. Çünki xüsusiyyətləri itmişdir. Bunun kimi quran ayələri, sözləri və hərfləri bir nüvə kimidir. Başqa dillərə çevrilincə xüsusiyyətini itirəcəyi üçün quran olmayacaq.

 

Qurani Kərimdə altı yerdə "kuranən arabiyyən" ifadəsi keçər. Yəni cənabı haqq, Qurani Kərimi ərəbcə olaraq endirdiyini bildirər. İbrahim surəsinin 4-cü Ayəsinin tərcüməsi belədir:

 

"Haqq dini onlara açıqlasın deyə, hər peyğəmbəri biz öz qövmünün diliylə göndərdik. Sonra Allah, dilədiyini pozğunluğunda buraxar, dilədiyini də doğru yola çatdırar. Onun qüvvəti hər şeyə qalibdir və o hər şeyi hikmətlə edər."

 

Bu vəziyyətdə quranın mənası necə Allahdan gəlmişsə, ifadəsi və yazılışı baxımından da ilahidir. Quran deyildiyi zaman həm onun ərəbcə olaraq oxunan sözləri, həm də aydın olan mənası ağla gəlir və həqiqətdə də elədir. Bu iki xüsusiyyəti bir-birindən ayırmaq, fərqli mütaliə etmək mümkün deyil. Quran ancaq öz dili üzərinə oxuna biləcəyi üçün, yalnız o dilin öz hərfləriylə yazılar, o hərflərlə oxunar.

 

2 Ayətil Kursi oxumanın hikmətləri, fəzilətləri haqqında məlumat verərsiniz?

Məhəmməd b. İsadan rəvayət edildiyinə görə İbnul-Aska' belə deyir:

"Adamın biri Hz. Peyğəmbərə gəlib Quranın ən fəzilətli ayəsi hansıdır?' deyə soruşdu. Rəsulullah (s.ə.s.) belə buyurdu: Allahu La ilahə illa huvə'l-Hayyu'l-Qayyum... " (Müslim, Müsafirin, 258; Əbu Davud, əl-Huruf vəl-Kira, 35; İbn Hənbəl, V, 142). Başqa bir hədisdə də: "Quranın ən fəzilətli ayəsi Bəqərə surəsindəki Ayətul-Kürsidir. Bu ayə bir evdə oxunduğu zaman Şeytan oradan uzaqlaşar. " (Tirmizi, Fədailul-Quran, 2)

Rəsulullah (s.ə.s.) bir dəfə Kab oğulu Ubeyə, əzbərində olan ayələrdən hansının daha uca olduğunu soruşmuş, "Allah və Rəsulu daha yaxşı bilər" cavabını alınca, sualı təkrar etmiş, bunun üzərinə Ubey, bildiyi ən uca ayənin "Allahu la ilahə illa hüvə'l-Hayyu'l-Qayyum" olduğunu söyləmişdir. Rəsulullah (s.ə.s.) aldığı cavabdan məmnun olaraq Ubeyin sinəsinə vuraraq Ey Əbu Münzir! Elm sənə müqəddəs olsun. " buyurmuşdur. (Əbu Davud, Vitr, 17) Ayrıca Hz. Peyğəmbər (s.ə.s.) "Ayətu'l-Kursi Quran ayələrinin şahıdır" buyurmuşdur. (Tirmizi, Fedailu'l-Quran, 2)

Bu ayədə Cənabı Allahın ucalığı, sifətləri, kainatda meydana gələn böyük hadisələrin tamamilə onun iradəsi istiqamətində baş verdiyi, onun istəyi və icazəsi olmadan heç bir kimsənin başqasına şəfaət edə bilməyəcəyi, Onun kürsüsü, göylərdə və yerdəkilərin ona aid olduğu haqqında məlumat verilməkdədir. Tərcüməsi belədir:

Allah (İbadətə ən layiq olandır), Ondan başqa ilah yoxdur. Diridir (əzəli və əbədidir), Qayyumdur (varlıqların bütün işlərini təşkil edicidir. Yaratmada, ruzi vermədə məxluqatın yeganə sahib və hakimi olub hər şey onun sayəsində ayaqda dayanar) Onu nə bir mürgüləmə alar, nə də yuxu. Göylərdə və yerdə nə varsa hamısı onundur. Onun icazəsi olmadan Onun yanında kim şəfaət edə bilər? O, (bütün yaradılmışların) önlərindəkini (dünyadakı bütün etdiklərini, gizlədiklərini), arxalarındakını (Axirətdə olacaq Şeyi) bilər. Onun elmindən, özünün dilədiyindən başqa heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü (elmi) göyləri və yeri əhatə etmişdir. Və onların (göylərin və yerin) qorunması Ona ağır gəlməz. O, çox uca çox böyükdür. " (Əhməd Ağırakça, Şamil İslam Ans.)

3 Quranda 6666 ayə var?

Quranın neçə ayə olduğu barəsində alimlər arasında ixtilaf vardır. Lakin bu ixtilaf yalnız nömrələnildirmə xüsusundadır. Quranın bütünü üçün hər hansı bir ixtilaf mümkün deyil.

 

Quran ayələrinin sayı haqqında tam bir razılaşma yoxdur. Bunun bəzi səbəbləri vardır:

 

1- Ayələrin hamısında və ya quranın ümumisində hər hansı bir çətinlik yoxdur. Yəni Quranın hamısı müəyyəndir. Lakin alimlər arasında ayə sayında bir görüş ayrılığı mövcuddur. Beləki, Quranı açdığınızda ayələrin yerini təyin edən yumru işarələr vardır. Bəzi alimlərə görə, bu iki yumru arasındakı ifadələr ayədir. Lakin bəzi alimlərə görə, bu iki yumruların aralarındakı ifadələrin bəzisi bir ayə deyil, iki və ya daha çox ayədir. Bu görüş ayrılığından ötəri, ayə sayında fərqlilik ola bilər. Yoxsa Quranın hamısında və ya ayələrin özlərində hər hansı bir anlaşılmazlıq və ya tərslik yoxdur.

 

2- Şafi alimləri bismillahı, başında zikr edilən surə ilə bir bütün olaraq saydıqları halda Hənəfi alimləri bismillahı ayrı bir ayə olaraq saymışlar. Surə başlarındakı "yasin, ha mim" kimi hurufu mukattaa üçün də bənzər vəziyyət vardır.

 

3- Ayrıca, Quranda olan "dayanmayın" mənasını verən "LA" işarəsinin olduğu yerlərin də bir ayə sayılıb sayılmayacağı da bu fərqliliyin başqa bir səbəbi ola bilər.

 

Bu və bənzəri səbəblərlə Quranın bir hərfində belə dəyişiklik olmadığı halda, nə qədər ayə olduğu mövzusu tam dəqiqlik qazanmamışdır. Əlinizdə bir kitab olsa neçə parağraf və ya cümlədən meydana gəldiyi soruşulsa dəyişik anlayışlara görə fərqli rəqəmlər çıxacaq. Bu anlayış fərqliliyi kitabın azalacağı və ya çoxalacağı mənasını verməz. Quran da əsas olaraq içindəki hər şey ilə meydandadır. Ancaq qiymətləndirmə fərqliliyindən rəqəmlər də fərqli çıxmaqdadır.

4 Hz. Musa yəhudilərlə birlikdə hansı tarixdə Misirdən çıxmışdır?

E.ə. 1320-ci ildə Hz. Musa fironun himayəsində idi. Qırx yaşlarında ikən də bir misirlinin ölümünə səbəb olaraq Misiri tərk etmişdir.

Misirdən çıxışın qəti tarixi bilinməməkdədir. Bu mövzuda iki görüş vardır. Hadisə ya E.ə. 1290-ci ildə II Ramses dövründə və ya E.ə. 1441-ci ildə XVIII sülalədən Kral Amenofıs dövründə cərəyan etmişdir