Mövzusunda ən çox maraqlanılan

1 Şafi məzhəbinə görə vaxt namazlarında, neçə rükət sünnə neçə rükət fərz qılınar

Bəzi Şafi məzhəbindəkilərin "qəza namazım var sünnə edə bilmərəm" deyərək yalnız fərzi edib sonra tesbihat etmələri uyğun deyil. Qəza borcu olanların yalnız fərz qılıb sünnələri tərk etmələri yerinə etmələri lazım olan sünnələrin yerinə qəza namazı qılmaqdır. Yoxsa yalnız fərzi qılıb çıxmaq doğru deyil. Beləcə qəza borcu olmayanlar sünnə qılar, qəza borcu olanlar da sünnə yerinə qəza namazı qılarlar ən son olaraq da tesbihat edərlər.

 

İmam Şafi sünnəni tərk edin demir sünnə yerinə fərz olan qəza namazını qılın deyir. Vaxt tapa bilməyən kəslər qəza namazlarını etməmək yerinə namazın sünnələri yerində qəza edə bilərlər demiş. Bu hökm yalnız sünnələr üçün deyil boşa keçirilən hər vaxt üçün qəza qılınması lazımdır. Gərəksiz yerə zaman xərcləyib sonra da sünnə yerinə qəza qılın mənasında deyil. Boş olan hər vaxtda qəza qılınması lazımdır.

2 Məzhəb nədir?

 Vəhyi oxumaq, onu başa düşmək və tətbiq etmək bütün müsəlmanların vəzifəsidir.

“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)” (26. Bəqərə, 2/286.)

prinsipinə əsasən insan bu qabiliyyətə sahib yaradılmışdır. Quran və sünnədə qəti hökmlər olmaqla yanaşı, (bir sıra müasir məsələlər kimi) hökmü mövcud olmayan məsələlər də vardır. İşin əhli tərəfindən bunlara cavab axtarmaq, lazımi möhtəvada açıqlamaq səlahiyyət tələb edən işdir. Bunu bacarana (bilavasitə oxuyub anlayanlara) müctəhid deyilir. Kifayət qədər elmi olmayanlar isə onu bilənlərdən soruşub tətbiq etməlidirlər ki, bunlara da müctəhidin yoluna (məzhəbə) tabe olan müqəllid deyilir.

    Müxtəlif hökmlərə dəlalət eməsi baxımından müctəhidin məsələlər qarşısında mövqeyi (məzhəbi) müxtəlif olması zərurətdir. Həddi-büluğa çatmayanın malından zəkat verilməsi haqda, ya “zəkat ibadətdir” mövqeyindən müctəhid “ona zəkat düşmür” deyəcək. Ya da “zəkat mal vergisidir” mövqeyindən müctəhid “ona zəkat düşür” deyəcək. Üçüncü bir yol ola bilər, ancaq burada tək yol iddiası (məzhəbsizlik) mümkün deyildir. Həmçinin bu kimi bir çox məsələdə də yol  budur. Bu baxımdan üləmanın verdiyi ictihad və ya fitvanın müxtəlif olması labüddür. Bu, səhabə dövründən belədir.

Məsələn, səfərdə su tapa bilməyən iki səhabə təyəmmümlə namaz qıldı. Yola davam edərkən namaz vaxtı çıxmamış su ilə qarşılaşdılar. Onlardan biri dəstəmaz alıb eyni namazı təkrar qıldı. Digəri isə buna ehtiyac olmadığını düşündü. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına qayıdan səhabələr bunun hökmü haqqında soruşanda Allah Rəsulu aleyhissalam:

Sən iki dəfə savab aldın. Sənin etdiyin də sünnəyə müvafiqdir və təyəmmümlə qıldığın namaz sənə kifayətdir. (Əbu Davud, Təyəmmüm, 7; Nəsai, Təyəmmüm, 2; İbn Qayyim əl-Cövziyyə, İlamul-Muvaqqin an Rabbil-Aləmin, Beyrut 1973, I/203.)

dedi və hər ikisini irşad edərək müjdələdi. Məsələlər qarşısında, müctəhid dərəcəsindəki hər alimin ictihadı ilə əldə etdiyi nəticə, onu tətbiq edənlər üçün dindir və müvafiq bildiyi biri ilə əməl edilə bilər. Çünki Hz. Peyğəmbər aleyhissalam, ictihad edən alimin doğru qərarı üçün iki, xətalı qərarı üçün bir sa vab-əcir olduğunu xəbər vermişdir.*

(Buxari, İtisam, 21. Müctəhidin görüşündə xəta ehtimalı olsa belə, o öz ictihadı ilə əldə etdiyi zənnə dayalı məsələlərdə həqiqətə çatmış hesab edilir. Həmçinin bu da bir xətanın varlığı ehtimalını tam ortadan qaldırmış olmaz. Çünki müctəhid mütləq doğrunu əldə etməməklə yanaşı, yenə də bir doğru ardınca getmişdir. )

Misaldan da görüldüyü kimi, fərqli ictihadlar hələ Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm dövründə başlamış, səhabə və tabeun dövrlərində daha da artmışdı. Hər kəs də müvafiq bildiyi ictihada tabe olur, qəlbinə yatana əməl edirdi. Ancaq işin əsası o idi ki, fərqli davranan da, əməl edən də, etməyəndə bir amala xidmət edirdi. Möminlərin düşüncəsində məzhəbdə fərqlilik, ixlasda yarışmaqdan ibarətdir.

    Sübh namazının qılınma vaxtı olaraq Şafei məzhəbinin ilk vaxtı, Hənəfi məzhəbinin aydınlıq vaxtını seçməsi hər ikisinin “ən fəzilətli vaxt” prinsipidir. Namazda əllərin fərqli bağlanması və ya açıqlığı hər biri “ən ixlaslı qiyam” prinsipinə əsaslanmışdır və s. Bu mənada fərqli möhtəvadakı rəylər Allah Rəsulunun müjdə verdiyi (Əbu Davud, Təyəmmüm, 7.) və “Allahı və Rəsulunu xoşhal edən şeydən ötrü Rəsulunun elçisinə müvəffəqiyyət verən Allaha həmd olsun,” (Tirmizi, Əhkam, 3; Darimi, Müqəddimə, 19; İbn Sad, Ta baqat., III/583-590.) dediyi rəy və ictihadlardır. Onlar təəssübkeşlik və şəxsi qərəzlərlə yox, ilahi rəhmətin təcəllisi üçün həqiqəti axtaran məzhəb əhli idi. Ən əsası odur ki, müxtəlif sünnələr hər biri müsəlmanlar tərəfindən eyni vaxtda yerinə yetirilirdi. Həzrət Peyğəmbər əleyhissalamın ehkama dair fərqli sünnələri, hamısı məzhəblər vasitəsilə eyni vaxtda işlənmiş olurdu. Məsələn əllərin bağlanmasına dair (üç-dörd bağlanma şəkli) bir neçə rəvayətlə nəql edilmişdir ki, möminlər onların hər birini eyni vaxtda tətbiq edirlər.

      Məlumdur ki, hər bir müctəhid bu rəvayətlərdən birinə istinad edir və ən ixlaslı ibadət halı kimi namazda və ya digər ibadətlərdə bu cürə tətbiq edilməsini münasib bilirdilər. Ancaq digərlərinə qarşı da hörmətlə yanaşaraq, onların digər rəvayətlərində sünnə əməl olduğunu qəbul edirdilər.

    İndiki dövrə gəlincə, alimlər, hal hazırda müsəlmanlar arasında üç cür məzhəb məfumu və anlayışı olduğunu qeyd edir, onların dindəki yerini aşağıdakı kimi izah edirlər.

    Çox məzhəblilər: Dini öyrənmədə tək bir məzhəbə bağlanmayaraq onların hamısından istifadə edənlər;

         Tək məzhəblilər: Bir məzhəbə bağlanıb dini yalnız ondan öyrənən və ona görə əməl edən, digərlərinə qarşı da mömin ünsiyyətində olan;

     Məzhəbçilər: Birinə bağlanan, həqiqəti yalnız onda görən, digərlərini rədd edərək onlarla əməl etməyi caiz görməyənlər.31

     Müsəlmanın özü müctəhid deyilsə (çünki müctəhidlər başqasının məzhəbini, ictihadını təqlid edə bilməz), hər hansı bir müctəhidə bağlanmasının, ya da onların hamısından istifadə etməsinin zərəri yoxdur. (Hayreddin Karaman, İslam Hukukunda İctihad, İstanbul 1996, s 163-166.) 

   Digər məzhəbləri də haqq bilən, bunlardan faydalanmağı da caiz görən, fərqli məzhəblərə bağlı müsəlmanları bir-birindən ayırd etməyən kəslər “qütbləşə” bilməz. Ancaq qeyd edək ki, özünün istinad etdiyi hədis xaricində digərlərini rədd edən məzhəbçilik mövqeyinə dində yer yoxdur. Öz məzhəbini din yerinə qoyub bir məzhəbə bağlanan kəslərin, ondan ayrılmasını ve başqalarından da faydalanmasını haram sayanlar məzhəbçidir və onlar qütbləşməni doğuran, vəhdət və birliyə də zərər vuran ünsürün səbəbkarlarıdır. Zərərli olan və caiz olmayan, eyni zamanda İslama zərər verən üçüncü bənddəki bu məzhəbçilərdir.

      Qloballaşan dünyada fərqli məzhəb mənsubu müsəlmanlar qaynayıb qarışmağa başladı. Bu halı səhabələr arasındakı fərqliliklər kimi görüb “möminlər ancaq qardaşdırlar” (33. Hucurat, 49/10) ayəsi işığında İslamın zənginliyi qəbul edənlər olduğu kimi, cəhalət alətini nifaqla kökləmiş, “siz biz olun, siz olmayın” havası ilə cənnəti inhisarlaşdıranlara da rastlaşmaq mümkündür. Bunlar özünü yeganə “doğru” kimi qəbul edib öz bildikləri xaricində hər şeyi rədd edənlərdir. Onu da qeyd edək ki, başqalarının həyat haqqına da müdaxilə etməyə çalışan bu düşüncədəkilər, Qur`anın qəbul etmədiyi və onları

“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!(Ənam, 6/159.)

ayəsi ilə xəbərdarlıq etdiyi kəslərdir.

3 Vildan nə deməkdir. Vəfat edən Müşriklərin uşaqlarının cənnətdə xidmətçi olması?

1- Qurani Kərim də keçən Vildan sözü hansı mənada istifadə edilmişdir? Qılmandan fərqi nədir?

 

"Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;" (Nəhayət, 17) və "Ətraflarında, əbədi qılınmış vildan (uşaqlar) xidmət üçün gəzər dayanar. Onları gördüyündə, ətrafa saçılmış incilər sanarsan" (İnsan, 19) ayələrində keçən vildan sözü, uşaq doğma və uşaq sahibi olma mənalarına dəlalət edən v-l-d kökündən gəlməkdədir. Qurani Kərimdə bu kökdən gələn bir çox hərəkət və isim1 istifadə edilmişdir. Bunlardan biri olan vildan, velidin çoxluğu olup2 mevlud (doğurulmuş) mənasındadır. Lakin, mevlud olmalarından sərfi nəzərlə (ana-atalarına nisbəti düşünülmədən) kiçik uşaqlar üçün istifadə edilər olmuşdur. 3 Velidin isə, doğumu yaxınlaşmış uşaq üçün istifadə edildiyi deyilsə də 4 körpə mənasını verdiyi daha açıqdır. Çünki ayədə Hz. Musanın körpəlik dövrü üçün istifadə edilmişdir. 5 Bu söz həm qız həm də oğlanları üçün istifadə edilər. Lüğətlərdə vəlidə, sonrakı dövrlərdə bu sözə izafə edilmiş ikinci və üçüncü məna olaraq kölə və gənc xidmətçi mənaları da verilmişdir. 6

 

 

 

2- Cənnət xidmətçilərinin uşaqlar mənasındakı qılman sözüylə ifadə edilməsindəki hikmət nədir?

 

Cənnətliklərin yoldaşlarıyla birlikdə olacaqları mühitlərdə gənclərin yerinə uşaq görünüşlü xidmətçilər olması daha uyğundur. Uşaqların xidməti daha rahatlaşdırıcıdır. Uşaqların xidmət üçün daha hərəkətli, enerjili olduqları da bir həqiqətdir. Ayrıca cənnətdə yorulma olmayacağı, həmçinin bütün işlər zövqlə ediləcəyi üçün bu xidmət onlara əsla ağır gəlməyəcək, əksinə bu işdən böyük bir ləzzət alacaqlar. Qılman ifadəsinin, mahiyyətləri biz tərəfindən məchul olan bu xidmətçilərin bizim anlayış səviyyəmizə uyğun hala gətirilmiş bir xitab şəkli olduğu düşünülə bilər… Bu səbəbdən bu xidmətçilərin qılman (uşaqlar) olaraq adlandırılması onların tamamilə fərqli bir mahiyyət və keyfiyyətdə, kişi və ya qadınlıqdan, cinsiyyət və cinsiliyi xatırladan şeylərdən, tamamilə uzaq bir görünüş və təbiətdə, surətdə yaradıldığına işarə sayıla bilər. Biz tərəfindən cənnətliklərin içki qablarının büllur-gümüş  olaraq təvsif edilmələri, bu qabların çox fərqli bir keyfiyyətdə olduğuna dəlalət etdiyi kimi, bu söz (qılman) da, xidmətçilərin yaş və cinsiyyətindən çox, onların masumiyetini, uşaq görünüşlü olduqlarını, amma güc və qüvvət tərəfindən xidmət üçün son dərəcə əlverişli kəslər olduqlarını ifadə etməkdədir.

 

 

Bu açıqlamalara görə Cənnətlik uşaqların xidmətçi olması, dünya xidməti olaraq deyil, cənnətin gözəllikləri olaraq bilinməlidir. Bu vəziyyət cənnət uşaqları üçün bir əziyyət deyil, böyük bir ləzzət və nemətdir. Eyni gözəlliklər buluq çağına çatmadan ölən kafir uşaqları üçün də etibarlıdır, deyilə bilər.

Haşiyələr:

1- uşağa, yelidu, elidu, vulide, yuled; uşaq, övlad, valid, ana, valideyn, velid, mevlud, vildan.

2. Maverdi, V, 450; Razi, XXIX, 131

3. Razi, XXIX, 131

4. Bursevi, X, 273

5. Şuəra, 18

6. baxın. Kuraşi, Kamusu Quran (uşaq maddəsi), əl-Mu'cemu'l-Vasit (uşaq maddəsi)

4 "Ümmətimin ixtilafı rəhmətdir." hədisini izah edə bilərsinizmi?

     Bəzi hədislərə "uydurma" deyib keçənlər, daha çox o hədisdəki mənanı, hədisin nə məqsədlə deyildiyini bilməyən, idrak edə bilməyən kəslərdir. Hal belə olunca, məsələnin mahiyyətini bilmədən o barədə fikir bildirənlərin sözlərinin bir qiymətinin olmadığını yaddan çıxarmamalıyıq.

     Peyğəmbərimiz aleyhissalatu vəssəlam'dan rəvayət edilən hədislər İslam alimləri tərəfindən çox titiz və ciddi bir incələmə, araşdırma sonunda bizə qədər gəlmişdir. Sadəcə bir hədisi öyrənmək üçün Mədinədən qalxıb Misirə səyahət edən Əbu Əyyup əl-Ənsârî'nin səyi bu məsələni isbata kafidir. Daha sonra davam edən əsrlər boyunca, təxminən dörd-beş əsrlik bir dövrdə, hədis alimləri gecələrini gündüzlərinə qataraq hədislərin səhhəti, doğruluğu barəsində işlər görmüşlər. Hədis olaraq duyduqları hər şeyi dərhal qəbul etməmişlər; kim rəvayət etmiş, necə bir rəvayət silsiləsi təqib etmiş, hamısını tək-tək araşdırmışlar. Hətta bu rəvayət silsiləsinin fərqliliyindən dolayı hədislər dərəcələndirilmiş, buna görə hədis kitabları hazırlanmışdır.

     Bəzi hədislər vardır ki, mənası eyni olmaqla yanaşı fərqli şəkildə rəvayət edilmişdir. Yenə bəzi hədislər də vardır ki, hədis elminin terminlərinə görə, səhhət dərəcəsinə görə "mərfu, munqati, mürsəl, zəif" şəklində sıralanmışdır. Hədis alimləri ilk anda aydın ola bilməyən bu növ hədisləri hədis elminin öz əsasları çərçivəsində, bəzi ayə və hədislərin məna bütövlüyü içində anlamağa çalışmışlar, ona əsasən izah və şərhlər gətirmişlər.

     Məhz "Ümmətimin ixtilafı rəhmətdir." mənasındakı hədisi şərif, yuxarıda sözünü etdiyimiz xüsuslara aiddir. Bu hədis-i şərifə İslam tarixi boyunca müxtəlif etirazlar edilmişdir. Hədis alimləri onlara lazım olan cavabı verərək, etirazlarının manasızlığını ortaya qoymuşlar.

    Bu cür hədisi-şəriflərə bir nümunə olması baxımından, bu barədə hədis alimlərinin sözlərini və şərhlərini bir az geniş şəkildə vermək istəyirik. Ta ki, hər anlamadığı hadisə "mövzudur (uydurma)" deyib keçənlər bu barədə ehtiyatlı olsunlar.

     İmam Aclûnî'nin "Kəşfül-Xafa" adlı bir əsəri var. Bu əsər, haqqında münaqişə edilən və hədis olaraq duyulmuş olan sözlərin hədis olub olmadıqlarını araşdırır. Hədis sahəsində edilmiş ən orijinal bir araşdırmadır. Bu hədis haqqında hədis alimlərinin bu izahlarına yer verilir: İmam Beyhəqi Medhal'də İbni Abbasdan bu mənada bir hədis rəvayət edir:

"Əshabım səmadakı ulduzlar kimidir. Hansına tabe olsanız, hidayət taparsınız. Səhabələrin ixtilafı sizin üçün rəhmətdir." (Əl-Acluni, Kəşfül-Xafa, I / 64; əl-Münavi, Feyzü'l-Qadir, I / 210-212)

     Yenə Bəyhaqi eyni yerdə bu hadisə yer verməkdədir:

"Muhəmmədin (a.s.m.) Səhabələrinin ixtilafı Allahın qulları üçün bir rəhmətdir."

    Oxşar tərcümədəki hədisin varlığını, Təbərani, Deyləmi, Əbu Nəim, əz-Zərkəşi, İbni Həcər kimi hədis alimləri də bildirirlər. Böyük hədis alimi Xəttabi isə belə deyir:

"Bu hədis-i şərifə iki adam etiraz etmişdir. Biri dəli, o birisi də dinsizdir. Bunlar əl-Musilî ilə Cahiz`dir. Bunlar belə deyirlər: "Əgər ixtilaf rəhmət olsaydı, ittifaq əzab olardı."

    Bunun bir axmaqlıqdan ibarət olduğunu ifadə edən Xattabi "ixtilaf" ı belə izah edir:

"İxtilaf üç növdür. Birincisi və ikincisi Allahın zat və sifətindəki ixtilafdır ki, biri küfr, digəri bidətdir. Bir də fərqli cəhətləri olan fiqhə aid fəri (təfərrüat) məsələlərdəki ixtilafdır. Məhz buradakı ixtilaf ümmət üçün rəhmətdir. "

     Ömər bin Əbdüləziz isə belə deyir:

"Əshabi-kiram ixtilaf etməmişdir.' sözü heç xoşuma gəlmir. Əgər onlar ixtilaf etməsəydi heç bir məsələdə rüsxət (icazə) çıxmazdı."

    İmam Nəvəvi isə, Səhih-i Müslim şərhində, bir vəsiləylə ixtilaf mövzusuna toxunur və bu xüsusa bu izahı gətirir:

"Bir şeyin rəhmət olması, onun ziddinin əzab olması mənasına gəlmir. Bu hədisdə də belə bir şey yersizdir. Bunu ancaq cahillər və ya bilməz görünənlər söyləyər. Cənabı-Haqq belə buyurur:

'Rahat edəsiniz deyə gecəni sizin üçün yaratması Onun rəhmətindəndir.'

Gecəyə 'rəhmət' deyilmişdir, bundan gündüzün əzab olması mənası çıxmaz. "(bax. Şərhu Muslim, 11 / 91-92; Acluni, a.y)

   Yenə bəzi alimlər, "Ümmətim dəlalət üzərində toplanmaz." hədisini zikr edərək, "Bundan ümmətin ixtilafının rəhmət olmadığı mənası anlaşılmamalıdır" deyirlər.

    Hədisdəki "ixtilafdan" hansı mənanın qəsd edildiyi barəsində da alimlər belə deyirlər:

   "Buradakı ixtilafdan məqsəd, dinin əsl məsələlərindəki ixtilaf olmayıb, fər'i məsələlərdəki ixtilafdır. Çünki dinin əsillərindəki ixtilaf zəlalətdir (Qazı İyad, imam Subqi). Bu məsələdəki ixtilafdan məqsəd, ümmətin sənət, məqam, mövqe və mərtəbələrindəki ixtilafdır. Bu da ümmət üçün rəhmətdir. Çünki fərqli sənətlərin olması hər kəsə faydalıdır. (İmam Harameyn). "

    Hədis alimlərinin bu xüsusdakı birləşdikləri nöqtə fər'i məsələlərdəki ixtilafdır. Bunun da adı ictihaddır. Müctəhidlərin isə dinin əsillərində deyil də, fər'i məsələlərdəki ixtilaflarından , yəni fərqli ictihadda olmalarından məzhəblər meydana gəlmişdir. Məzhəblərin fərqli fərqli olması da müsəlmanlar üçün bir rəhmət olmuşdur. Çünki hər müsəlman, öz şərtlərinə görə bir məzhəbi təqlid edərək əməl və ibadətini yerinə yetirmişdir.

    Müctəhidlər bir məsələdə ixtilafa düşsələr, isabət edənlər iki savab alarkən, yanılmış olanlar bir savab alırlar. Dini məsələdəki doğrunu axtararkən yanılmaları belə onlara bir günah qazandırmır, savab qazandırır. Bu məsələdəki daha geniş izahı Feyzü'l-Kadirin birinci cildinin 210-212 səhifələrinə baxıla bilər.

   "Ümmətimin ixtilafı rəhmətdir." Tərcüməsindəki hədis-i şərif, "haqqa xidmətdəki ixtilaf, fərqli fikir bəyanı, müxtəlif şərhlər ortaya qoymaq" tərzində anlaşıldığında mövzu bir az daha ümumiləşməkdədir. Çünki müsəlmanların eyni əsas və gerçəklərə inanmasıyla yanaşı, hər fərd müstəqil bir şəxsiyyət və düşüncə quruluşuna sahibdir. Bunun üçün də hədisələri dəyərləndirərkən fərqli bucaqlardan yaxınlaşıla bilər və şərh oluna bilər.

   Müsəlmanlar məsələlərini məşvərət yolu ilə həll edəcəklərinə görə, hər kəs səmimi bir şəkildə fikirlərini açıqlayar, elmi və ixtisası daxilində fikirlərini bəyan edər. Məhz bu yönüylə ixtilaf maddi və mənəvi inkişafın qaynağı olar. Bədiüzzaman bu hədis-i şərifi "Məktubat" adlı əsərində izah edərkən, məsələni üç suala üç cavab çərçivəsində ələ alır və misallarla izah edir. Bu izahı qısa şəkildə verək:

    Sual və cavab:

   - Hədisdə, "Ümmətimin ixtilafı rəhmətdir" deyilmişdir. İxtilaf isə tərəfdar olmağı tələb edir. Bu necə rəhmət olur?

   Hədisdə ifadə edilən "ixtilaf" müsbət olanıdır. Haqqa xidmət edən, İslami həqiqətləri möhtac olanlara çatdırmağa çalışan kəslər müəyyən ölçülərdə fikir alış-verişində olacaqlar. Lakin bu vaxt hər kəs peşəsinin və xidmət tərzinin təmir və rəvacına çalışmalıdır. Başqasının fikir və xidmətini təxrib və ləğv etməyə deyil, tamamlanmasına və islahına cəhd etməlidir. Bu müsbət tərəfi. Mənfi ixtilaf isə, kin, həsəd və düşmən kimi hisslər bəsləyərək bir-birlərinin təxribatına çalışırlar. Hədis bunu rədd edir. Çünki bir-birləriylə boğuşanlar müsbət hərəkət edə bilməzlər.

    İkinci sual: tərəfdarlıq xəstəliyi məzlum xalqı zalım kəslərin şərindən qurtarar. Çünki bir qəsəbənin öndə gedənləri birləşsələr məzlum xalqı əzərlər. Əgər tərəfdarlıq olsa, məzlum tərəfə sığınaraq özlərini qoruyarlar.

Bu məsələ də belə izah edilir:

Əgər tərəfdarlıq haqq naminə olsa, bu vəziyyət haqlı və məzlumlara bir sığınacaq ola bilər. Halbuki indiki qərəz dolu və nəfs hesabına edilən tərəfdarlıq haqlılara deyil, haqsızlara sığınacaq olmuşdur. Onların dayanacaqları nöqtə şəklinə girmişdir. Çünki bu növ insanların yanına şeytan gəlsə, onun fikrinə kömək edib tərəfdar olsa, ona rəhmət oxuyur. Əgər qarşı tərəfə mələk kimi bir adam gəlsə, ona lənət oxuyacaq dərəcədə bir haqsızlıq göstərir.Dolayısıyla bu növ ixtilafdan rəhmət olmadığı kimi, müsbət mənada bir nəticəyə varılmaz.

Üçüncü məsələ də belədir:

Həqiqət hesabına edilən fikri müzakirələrdə məqsəd və əsasda birləşilməklə birlikdə, vəsilələrdə ixtilaf edilir, fərqli düşünülür. Bu müzakirə gerçəklərin hər küncünü ortaya çıxardığı kimi, haqqa və həqiqətə də xidmət edir. Lakin tərəfkeş bir şəkildə və qərəz dolu Fironlaşmış nəfs hesabına və özünü bəyənərək edilən fikri bir müzakirədən həqiqət parıltıları deyil, bəlkə fitnə atəşləri çıxar. Çünki bu tərz fikri bir müzakirəyə girən kəslərin fikirlərinin eyni nöqtədə birləşməsi mümkün deyildir. Çünki haqq naminə edilmədiyi üçün, müzakirələr ifrat bir hal alar, sonsuza qədər davam edib gedər. Müalicəsi mümkün olmayan çatlaqlara, yaralara səbəb olar. Çünki məqsəddə ittifaq edilməmişdir.

Verdiyimiz bu izahlardan sonra Bədiüzzaman bu barədə bütün möminlərə bu xəbərdarlığı edir:

“Ey ehl-i îman! Zillet içinde esaret altına girmemek isterseniz, aklınızı başınıza alınız. İhtilafınızdan istifade eden zalimlere karşı, [Mü’minler ancak kardeştir, meâlindeki âyet-i kerimenin] kal’a-i kudsiyesi içine giriniz, tahassün ediniz [sığınınız]. Yoksa ne hayatınızı muhafaza ve ne de hukukunuzu müdafaa edebilirsiniz. Malumdur ki, iki kahraman birbiriyle boğuşurken iki çocuk ikisini de dövebilir. Bir mizanda (terazide) iki dağ biribirine karşı müvazenede bulunsa [tartılsa] bir küçük taş müvazenelerini bozup onlarla oynayabilir, birini yukarı, birini aşağı indirir."

"“İşte, ey ehl-i iman! İhtiraslarınızdan ve husumetkârâne [düşmanca] tarafgirliklerinizden kuvvetiniz hiçe iner, az bir kuvvetle ezilebilirsiniz. Hayat-ı içtimaiyenizle alakanız varsa, [Mü’minin mü’mine münasebeti, taşları birbirine destek olan sarsılmaz bir bina gibidir.] mealindeki hadiste belirtilen düstur-u âliyeyi düstur-u hayat yapınız. Şefâlet-i dünyeviyeden ve şekavet-i uhreviyeden [dünyada sefaletten ve âhirette azaptan] kurtulunuz.” (Mektubat.s. 247-249)

Bu qədər izahdan və şərhlərdən sonra artıq bu hadisə "mövzudur, uydurmadır" deyib keçmək, məlumatsızlıqdan başqa bir deyildir. Onsuz da heç bir hədis alimi də bu hədisə "mövzu" deməmişdir. Haqqında şübhə edilən hədislərə necə baxmamızın lazım olduğu barəsində Bədiüzzamanın "Sözler" adlı əsərinin "İyirmi Dördüncü Söz, Üçüncü Dal" ında işlənən "On İki Aslı" gözdən keçirməkdə böyük fayda vardır.

 

5 Bir insanın cənnəti qazanması üçün mütləq təriqətə və ya camaata mənsub olması lazımdır?

    Hər kəsin təriqətə və ya camaata girmək kimi bir məcburiyyəti yoxdur. Çünki təriqət və camaatlar xüsusi bir istiqamətdir.

    Müsəlmanın gerçək mürşid və rəhbəri Qurani-Kərim və Rəsuli-Əkrəm sallallahu aleyhi və səlləm`dir. Bir müsəlman bu iki müqəddəsi özünə rəhbər seçib bələdçi edərsə siratı-müstəqimi tapmış, özünə doğru bir yol cızmış olar.

    Onsuz da bunları rəhbər etməyən insanın olsa-olsa rəhbəri və bələdçisi şeytandır. Çünki kainatda yaxşı və pislərin nümayəndəsi var. Üçüncü bir yol yoxdur. Bir insanın rəhbəri ya yaxşı və yaxşıların nümayəndəsi olan Peyğəmbər Əfəndimiz (s.ə.s.), ya da pis və pisliklərin nümayəndəsi olan şeytan və onun fəxri köməkçiləridir.

    Bununla birlikdə başda səhabələr olmaq üzrə müctəhid, vəlilər İslam alimləri də insanlara haqq və həqiqəti göstərən, doğru yolu işarə edən rəhbər və bələdçilərdir. Bunlar onsuz da elm və irfanlarını Qurandan və Hz. Peygambərdən (s.ə.s) alırlar və bir çoxları yüzlərlə, minlərlə insanın hidayətə çatmasına vəsilə olmuş, xidmət etmiş, dünya və axirət səadətinə çatmasına yardım etmişlər.

    Məsələn, İmam Əzəm, İmam Şafi, İmam Qəzali, Abdulqadiri Geylani, İmam Rəbbani, Şah Nəqşibəndi, Mövlanə və əsrimizdə də Bədiüzzaman Səid Nursi bu mürşid və rəhbər şəxsiyyətlərdən biri qismidir. Bu mübarək şəxslərin həyatları, xidmətləri araşdırılsa, böyüklükləri və İslam tarixindəki yerləri asan bir şəkildə görüləcəkdir.

     Bəli, bir müsəlman bu şəxslərin sözlərini, kitablarını, hal və hərəkətlərini, davam etmiş olduqları zikr və  əvradı oxuya bilər, təqlid edə bilər və beləcə İslami yaşayışını zənginləşdirib nurlandıra bilər. Beləcə bu şəxslər insana mürşid olar, rəhbər olar.

    Bu şəxsləri pis görən, bir peyğəmbər varisi olduqları üçün imkan nisbətində təqlid etməyən və  tanımayanların da olsa-olsa yol göstəricisi şeytan və pis kimsələr olar. Çünki bir müsəlman onları, Qurana və Peyğəmbərə tabe olduqları üçün sevər, kitablarını oxuyar, və istifadə etməyə çalışar.

6 Şafi məzhəbində olan birinin etiqadda Eş'ari məzhəbini təqlid etməsi zəruridir.?

Əhli Sünnə Kəlamının iki böyük nümayəndəsi olan Matüridiyye ilə Eş'ariyye məktəbləri kəlam elminin ana mövzuları sayılan xüsuslarda ittifaq etmişlər. Hər iki məzhəb müasir olmaqla birlikdə, lakin ayrı-ayrı bölgələrdə kəlam elminin metodlarıyla, inanc mövzuları barəsində öz görüş və düşüncələrini ortaya qoymağa çalışmışlar. Ancaq bu iki məzhəbə mənsub kəlamçılar fikirlərini və düşüncələrini ortaya qoyarkən, ya da açıqlayarkən çox təbii olaraq kəlamı problemlərə dünyagörüşlərində bir sıra fərqliliklərin ortaya çıxması söz mövzusu ola bilər.

 

Hər iki məktəbin alimləri Quranın ortaya qoyduğu əqaidi və bu əqaidi anlayış və ya qavrayış məzmununda meydana gələn etiqadı məsələləri ağıl və məntiq baxımından bir sıra dəlillərlə isbat etməyə çalışmışlar. Çünki onların düşüncələrinin təməlində səlim ağıl ilə səhih nəql əsla zidd düşməz. Yenə onlara görə ilk baxışda əgər belə bir üst-üstə düşmə və ya qarşıdurma meydana gələcək olsa, o təqdirdə qaynaq məlumatlarının çox yaxşı araşdırılması lazım olduğu qənaətini də daşımaqdadırlar.

 

Əbul-Həsən əl-Eş'ari ilə Əbu Mənsur əl-Matüridi, Əhli Sünnə əqidəsini yayma səyləri içərisindədirlər. Hər iki imam izah etməyə çalışdıqları bir çox mövzunun nəticəsində birləşirlərsə də, yenə də hər iki məktəbin kəlam elmi metodları cəhətdən yəni üsul baxımından aralarında az çox fərqliliklərin olduğu bilinməkdədir. Şübhəsiz hər iki mütekellim Quranın ortaya qoyduğu inanc anlayışını ağıl və məntiq dəlilləriylə isbat etməyə çalışmışlar. Eş'ari ilə Matüridi ayrı-ayrı mədəniyyət ətraflarında yetişməklə birlikdə, məqsədləri və mübarizə edəcəkləri sahələr eynidir. Yəni onların məqsədi Əhli Sünnə etiqad əsaslarını müdafiə etmək, ən yaxşı bir şəkildə açıqlamaq və ortaya qoymaq, Əhli Bidətin səhv anlayış və qavrayışlarını nəqli və ağlı dəlillər ilə isbat etməkdir.

 

 

 

Dr. Xəlil Taşpınar

7 Əhli-sünnə, nə deməkdir və xüsusiyyətləri nədir?

    Əhli-sünnə, dini ədəbiyyatda Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm və səhabələri nümunə qəbul edən Müsəlman cəmiyyətinin böyük bir qisiminə (% 90) deyilir. Adətən qısaca "sünnilik" olaraq bilinir. Bu qrup sünnəyə bağlı olduğu və camaat ruhundan ayrılmadığı üçün "Əhli-i Sünnə vəl-camaat" adıyla da anılır.

    Əhli-sünnə etiqadında olmağın əlâmətləri

   1. Îmânın altı şərtinə, yəni Allah  Təâlâ'nın varlığına və təkliyinə, misli və bənzəri olmadığına, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət həyatındakı hallara, xeyr və şərin, yaxşılıq və pisliyin Allah Təâlâ tərəfindən yaradıldığına inanmalıdır. (Bunlar "Əməntu" da bildirilmişdir.)

   2. Allah Təâlâ'nın son kitabı olan Qur'ân-ı Kərîm'in, Allah Təâlâ'nın kəlamı olduğuna inanmalıdır.

   3. Mömin, öz imanından heç şübhə etməməlidir.

  4. Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) iman edib, həyatda ikən Onu görməklə şərəflənən əshabi-kiramın hamısını çox sevməlidir. Dörd xəlifəsinə, yaxın qohumları olan Əhli-beytinə və möhtərəm xanımlarından heç birinə dil uzatmamalıdır.

   5. Allah Təâlâ'nın əmr və qadağanlarına inanıb, tənbəlliklə əməl etməyən möminləri kafir bilməməlidir.

  6. Əhli-qiblə olduqlarını söyləyən, Allah Təâlâ'ya və Peyğəmbəri Muhamməd əleyhissalatu vassəlama inandım dediyi halda, yanlış etiqadda olanları təkfir etməməli, kafir olduqlarını söyləməməlidir.

  7. Peyğəmbərimizin (s.ə.s.) Me'râç'ının, həm rûh və həm də bədən ilə olduğuna inanmalıdır.

   8. Cənnətdə möminlərin Allah Təâlâ'nı görəcəklərinə inanmalıdır.

   9. Qiyamət günündə, peyğəmbərlər və saleh qulların şəfaət edəcəklərinə inanmalıdır.

   10. Qəbirdə nemət və əzabın, rûh və bədənlə olacağına və qəbirdəki ruhların, diri kimsələrin etdiklərini və söylədiklərini eşidə biləcəyinə inanmalıdır.

   11. Övliyaların kərâməti haqq olduğuna inanmalıdır.

 12. Qur'ân-ı Kərim oxumağın, sədəqə verməyin və hətta bütün ibadətlərimizin savâblarını, ölənlərin ruhlarına göndərməyin, onlara fayda verəcəyinə, əzablarının yüngülləşdiriləcəyinə və ya qaldırılmasına səbəb olacağına inanmalıdır.

 

    İmam Tahavi, əhl-i sünnə yolunu belə xülasə edir: Bu din, ifratla təfritin ortası, təşbehlə tadilin ortası, cəbr ilə qədərciliyin ortası, ümüdsüzlüklə ifrat güvənin ortası, qorxu ilə ümidin ortası bir yoldur. Məhz dinimiz, zahirən və batinən budur. Təfriqə görüşlərdən, mərdud məzhəblərdən, Müşebbihe, Mutəzilə, Cəhmiyyə, Cəbriyyə, Qədəriyyə və.s kimi əhli-sünnə vəl Camaata müxalifət edən, dəlalətə sapan məzhəblərin fikirləri əhl-i sünnə alimləri tərəfindən araşdırılmış və dəlillərə əsaslanan inandırıcı cavablar verilmişdir (Tahavi, Şərhi əqiteti'd- Tahaviyye, 586-588).

8 Şiələrin əhli-sünnəni məzhəblər arası ixtilafda tənqid etməsi haqda.

Şiə tayfası sünnət əhlini tənqid edərkən həvəslə vurğuladıqları nöqtələrdən biri də sünni məzhəbləri arasındakı ixtilaflardır. Onlara görə bu ixtilafların olması sünnət əhlinin fiqhdə izlədiyi yolun batil olduğunu göstərir, çünki sünnət əhli dörd məzhəbə tabe olduqları üçün namaz, təharət, oruc kimi ibadətlərində fərqlər ortaya çıxır. Digər tərəfdən şiə tayfası özünü haqlı göstərmək üçün bir məzhəbə, “cəfəri” adlandırdıqları məzhəbə tabe olduqlarını iddia edirlər. Görəsən bu iddia nə qədər doğru bir iddiadır?

   O zaman iddianın haqq olub olmadığına nəzər salmağımız lazımdır. Reallıq budur ki, “cəfəri” adlandırdıqları məzhəbin içində də ixtilaf kifayət qədər çoxdur. Özlərini cəfəri hesab edən şiə mərciləri, yəni “müctəhidləri” xeyli fiqhi məsələdə öz aralarında ixtilaf ediblər. Bunun səbəbini isə başa düşmək heç kimə çətin gəlməməlidir. Çünki Cəfər əs-Sadiq – radiyallahu anhu – özündən sonra fiqhi bir kitab tərk etməyib, ümumiyyətlə heç rəvayət kitabı da tərk etməyib. Fiqhdə, hədisdə öz əli ilə kitab yazmadığı kimi onun ən yaxın tələbələri də onun fiqhini, hədislərini bir araya toplayıb kitab halına gətirməyiblər. Bu faktı dörd məzhəb imamı ilə müqayisə etsək nə görəcəyik? İmam Əbu Hənifə’nin fiqhini, eləcə də tələbəsi Əbu Yusuf’un fiqhini onun ən məşhur tələbəsi Muhəmməd bin əl-Həsən əş-Şeybəni yazıb. İmam Malik özü “əl-Muvatta” kitabını qələmə alıb ki, bu kitab həm hədis, həm də fiqh kitabı sayılır. Tələbəsi İbnul-Qasim isə öz tələbəsinin suallarına cavab verərək “əl-Mudəvvanə” kitabının hasil olmasına səbəb olub. İmam əş-Şafi’yə gəldikdə isə özündən sonra fiqh, üsulul-fiqh və hədis üzrə kitablar tərk edib. Bu gün “əl-Umm” kitabı olaraq çap olunan kitabın içərisində İmam əş-Şafi’nin “ər-Risələ” adlı üsulul-fiqh kitabı, Mədinə və Kufə əhlinə cavab olaraq yazdığı fiqhi risalələr yer alır. Həmçinin tələbələri əl-Buveyti və əl-Muzəni əş-Şafinin fiqhini müxtəsərlərdə qələmə alıblar və bu gün biz əl-Muzəni’nin müxtəsərini əlimizə götürüb oxuya bilirik. İmam Əhmədə gəldikdə isə “əl-Musnəd” kitabının müəllifidir. Fiqhdə özü kitab yazmasa da tələbələri ona verdikləri suallara aldıqları cavabları yazıblar və bu kitablar bu gün “əs-Suələt” adı ilə çap olunub.

   Bəs Cəfər əs-Sadiq necə? Onun məzhəbini biz bu gün hansı kitablardan oxuyub öyrənə bilirik? Çox təəssüf ki, belə bir kitab yoxdur. Şiələrdə etibar etdikləri ən qədim məsdər əl-Kuleyni’nin “əl-Kəfi” kitabıdır. Cəfər əs-Sadiq hicri 80-ci ildə doğulub və 148-ci ildə vəfat edib. əl-Kuleyni isə üçüncü əsrin ikinci yarısında doğulub və hicri hicri 329-cu ildə vəfat edib, yəni Cəfər əs-Sadiq’dən təxminən iki əsr sonra vəfat edib. Bu kitabdan sonra ikinci yerdə İbn Bəbəveyh əl-Qumi’nin (vəfatı hicri 381) “Mən lə Yəhduruhu əl-Fəqih” kitabı gəlir. Sonra isə Şeyxut-Taifə adlandırdıqları ət-Tusi’nin kitabları yer alır. Ola bilsin ki, bu yerdə desinlər ki, bu kitablardan da öncə “əl-usul” adlanan kitablar olub və onlarda imamlardan rəvayətlər olub. Lakin o kitablar hardadır? O kitablardan əsər-əlamət yoxdur, biz o kitabların necə olduğunu, içindəki rəvayətlərin nə qədər etibarlı olduğunu araşdırmaq imkanından məhrumuq.

   Bu gün özünü “cəfəri məzhəbinin” mərciləri adlandıranlar həmin bu rəvayət kitablarına, əs-Saduq, ət-Tusi kimi alimlərinin topladıqlarına qayıtmaqdan artıq bir şey edə bilmirlər. Sizcə vəziyyət belə olduğu halda iddia etmək olarmı ki, imami şiələri fiqhi məsələlərini bir başa imamın özündən öyrənirlər? Bu sualın cavabı asandır. Xeyr! Belə bir şey əsla səhih ola bilməz. Əslində imami şiələrinin fiqhi öz aralarında ixtilaf edən alimlərinə qayıdır. Lənkərani, Sistani, Xoyi, Xamənəyi və adlarını eşitmədiyimiz bir çox mərcilərinin fətvalarına təqlid edirlər və adını “cəfəri məzhəbi” qoyurlar. Məzhəbin özünü Cəfərin məzhəbi adlandırmaqları da qəribədir, çünki Cəfər əs-Sadiq’in ictihadlarına tabe deyillər. Sünnət əhli Əbu Hənifə, Malik kimi imamların ictihadlarına təqlid etdikləri üçün özlərini onların məzhəblərinə nisbət edirlər, amma özlərini “cəfəri” adlandıranlar Cəfər əs-Sadiq’in ictihadlarına təqlid etmirlər, əksinə imamlara nisbət edilən və səhihliyi, zəifliyi üzərində ixtilaf edilən rəvayətlər üzərindən, keçmiş alimlərindən gəlmiş nəqllər üzərindən ictihad etmiş “ayətullahlara” təqlid edirlər. Ona görə də onların özlərini “cəfəri” adlandırmaqları nə əqlən, nə də nəqlən doğru ola bilməz.

   Dediklərimizin doğruluğunu təsdiqləyən tərəf budur ki, imami şiələrinə görə bir müctəhid öldükdən sonra onu təqlid etmək olmaz, onlara görə yalnız diri müctəhidi təqlid etmək olar. O zaman özünüzə sual verin ki, əgər təqlid etdikləri məzhəb Cəfər əs-Sadiq’in məzhəbi olsaydı və məsələlərdə məzhəbin içində ixtilaf olmasaydı o zaman bu şərtlər nəyə lazımdır ki?! Hələ bu dediklərimiz imamilərin üsuli adı ilə tanınan qoluna aiddir. Əxbarilər ilə üsulilər arasındakı münaqişə isə əslində çox şiddətlidir. Hətta 12-ci əsrin sonlarında əxbarilərin lideri əl-Vahid əl-Bəhbəhəni üsulçu alimlərindən əl-Bəhrani’nin arxasında namazın səhih olmadığına fətva verir.

   İmami şiələrində fiqhi məsələlərdəki ixtilaf qədimdən bəri mövcud olub, hətta demək olar ki, ilk əsrlərdə bu ixtilaf daha şiddətli olub. Hətta Şeyxut-Taifə adlandırdıqları Əbu Cəfər ət-Tusi “əl-Uddə fi Usulil-Fiqh” adlı kitabında (1/136-138) deyir:

  “Bizim işarə etdiyimiz bu xəbərlər ilə əməl etməyin icazəli olmasına dəlalət edən tərəflərdən biri də haqq firqənin öz aralarında bu xəbərlər ilə əməl etməkləri səbəbi ilə ortaya çıxmış ixtilafdır, belə ki, mən bu haqq firqəni əhkam mövzusunda məzhəbləri müxtəlif olaraq gördüm; təharətdən başlayaraq diyət bablarına qədər fiqhin bütün bablarında ibadətlərdə, hökmlərdə, müamələlərdə, mirasda və başqa məsələlərdə birinin fətva verdiyi ilə digəri fətva verməmişdir. Orucda (günləri) saymaq və (hilalı) görmək məsələsi, üç dəfə “boşama” sözünü tələffüz etməyin bir boşama sayılıb sayılmaması məsələsi buna misaldır. Həmçinin təharət babındakı ixtilafları da buna misaldır; misal üçün heç bir şeyin nəcis etmədiyi su miqdarı məsələsindəki ixtilafları və kurrun miqdarındakı ixtilafları, başı və ayaqları məsh etmək üçün yeni su götürməkdə ixtilafları, nifasın ən uzun müddəti haqqındakı ixtilafları (bu babdan verə biləcəyimiz bəzi) misallardır. Eləcə də azan və iqamə ilə bağlı bir çox fəsllərdə ixtilafları və bundan başqa digər fiqhi bablardakı ixtilafları misal ola bilər. Hətta tayfanın alimlərinin fərqli fətvalar ilə bir neçə və ya bir məsələdə ixtilaf etmədikləri heç bir salamat bab tapa bilmədim. “əl-İstibsar” kimi tanınmış kitabımda və “Təhzibul-Əhkəm” kitabında onlardan – aleyhimussələm – varid olmuş fiqhə xas olan beş mindən çox müxtəlif hədis zikr etmişəm və onların əksəriyyətində tayfanın o xəbərlərlə əməl etmək barəsindəki ixtilafını da zikr etmişəm. Bu, heç kəsdən gizli qalmayacaq qədər məşhurdur. Hətta sən onların bu hökmlərdəki ixtilafları üzərində düşünsən onların Əbu Hənifə’nin, əş-Şafi’nin və Malik’in ixtilaflarından daha çox olduğunu görəcəksən...”

  Beləliklə də Əbu Cəfər ət-Tusi bu sözləri ilə təsdiq edir ki, özündən öncəki şiə alimləri gəlmiş xəbərlərdəki ziddiyyətlər səbəbi ilə çoxca ixtilaf ediblər, hətta bu ixtilaflarının müqayisədə sünni məzhəblərinin öz aralarındakı ixtilaflarından daha çox olduğunu deyir. O zaman bu günün şiələr sünni məzhəblərinə qarşı etirazlarını hansı üzlə edə bilirlər?! Hətta işin ironiyalı tərəfi budur ki, imami şiələrindəki ixtilafın şiddəti və çoxluğuna görə, xəbərlərdə ortaya çıxmış aşkar ziddiyyətlərə görə sünnət əhli vaxtında onlara etiraz ediblər. Bunu Əbu Cəfər ət-Tusi “Təhzibul-Əhkam” kitabının müqəddiməsində (1/45) etiraf edərək deyir:

“Üzərimizdə vacib haqqı olan dostlarımızdan biri – Allah ona dəstək olsun! - əshabımızın – Allah onlara dəstək olsun və onlardan ölüb keçmişlərinə rəhm etsin! - hədisləri, onların arasındakı ixtilaf, fərqlilik, ziddiyyət və təzadlar – hətta az qala elə bir xəbər yoxdur ki, qarşısında ona zidd bir başqa xəbər olmasın, elə bir səlim hədis yoxdur ki, onun müqabilində ona qarşı gələn başqası olmasın – barəsində müzakirə açdı. Hətta müxaliflərimiz bunu bizim məzhəbimizə qarşı ən böyük tənələrdən hesab ediblər və bununla bizim etiqadımızı batil çıxarmağa yol tapıblar. Zikr ediblər ki, sizin keçmişdə və indiki şeyxləriniz daima öz müxaliflərinə tənə ediblər ki, Allaha itaət üçün seçdiyiniz dininizdə ixtilaf edirsiz və furu məsələlərində rəylərinin fərqlənməsini onlara qarşı eyib göstərirlər və deyirlər ki, bu cür din hikmətli birinin etiqad edəcəyi və elmli birinin əməl etməsinə imkan verəcək din ola bilməz, halbuki biz sizin öz müxaliflərinizdən daha şiddətli ixtilafda olduğunuzu, sizdən ayrı olanlardan daha çox ayrılığa düşdüyünüzü görürük. Bu cür ixtilafın batil olduğuna etiqad etdiyiniz halda belə bir ixtilafın sizin özünüzdə olması əslinizin fasid olmasının ən böyük dəlilidir. Hətta elmdə güclü olmayan, nəzəri düşüncənin fərqli yolları və ləfzlərin fərqli mənaları haqqında bəsirəti olmayan bir qrupa bu səbəblə şübhə daxil oldu və onlardan bir çoxu bu məsələnin izahı onlara qarışıq gəldiyi üçün və buradakı şübhəni həll etməkdən aciz olduqları üçün haqq etiqadından döndülər. Şeyximiz Əbu Abdilləh’dən – Allah ona dəstək olsun! – eşitdim ki, Əbul-Həsən əl-Həruni əl-Aləvi əvvəl haqq etiqadında idi və imamətə inanırdı və sonra hədislərdəki ixtilaf ona qarışıq gəldiyi üçün bu etiqadından döndü, məzhəbi tərk etdi və başqa məzhəbə tabe oldu, çünki onlardakı mənaların izahı ona aydın olmadı. Bu dəlalət edir ki, o, haqq məzhəbə bəsirət ilə daxil olmamışdı və məzhəbə təqlid yönündən etiqad etmişdi. Çünki furu məsələlərindəki ixtilaf dəlillərlə sabit olmuş üsulu tərk etməyi vacib etmir...”

Burada şeyxi Əbu Abdilləh deyərək yad etdiyi kəs şiələrdə əl-Mufid adı ilə tanınan alimləridir. İndi diqqət edin ki, şiə aliminin o zaman əhlüs-sünnətə cavab olaraq zikr etdiyi məsələni bu günün şiələri unudublar. ət-Tusi’nin həmin sözlərini bir daha xatırladıram: “Çünki furu məsələlərindəki ixtilaf dəlillərlə sabit olmuş üsulu tərk etməyi vacib etmir.” Yəni ət-Tusi deyir ki, furu məsələlərində, yəni əməl ilə, əhkam ilə bağlı olan fiqhi məsələlərdə ixtilafın çoxluğu heç də məzhəbin etiqadı əsasının xətalı olduğuna dəlil deyildir, çünki etiqadi əsasın dəlilləri fiqhi mövzuların dəlillərindən fərqlənir. ət-Tusi’nin verdiyi cavab əslində ümumi olaraq doğrudur, amma bu cavab şiələrin etiqadı ilə uyğun gəlmir. Bunun izahını sözümüzün axırında qeyd edəcəyik. Burada işin ironiyası da öz yerindədir. Yəni o dövrdə əhlüs-sünnətin şiələrdəki şiddətli ixtilafı misal göstərib məzhəblərini rədd etdiyini öyrənirik və sonra bizim zamanımızda şiələrin sünnət əhlinə qarşı dörd məzhəbin ixtilaflarını etiraz səbəbi olaraq göstərməkləri üzərində düşünürük. İşin ironiyasının harada olduğunu gördüyünüzü ümid edirəm.

   Hətta əl-Feyd əl-Kəşşəni “əl-Vafi” adlı əsərinin müqəddiməsində (1/16) şiə fəqihlərinin tarixin gedişi ilə çoxlu ixtilaflara düşdüklərini bu cür zikr edir:

   “Bunların hamısı məsələlərdə öz aralarında çoxca ixtilaf etməklərinə, gecə-gündüz ixtilafın artmasına və əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Hətta vəziyyət o həddə çatdı ki, onları bir məsələdə iyirmi və ya otuz və ya daha çox rəy üzərində ixtilaf edərkən görürsən. Hətta istəsən deyə bilərəm ki, elə fəri bir məsələ qalmayıb ki, onun özündə və ya onunla bağlı bəzi hissələrində ixtilaf etməsinlər.”

   Hətta müasirlərindən bir çoxu müasir “müctəhidlərinin” ictihadlarında keçmiş şiə alimlərin təqrirlərinə müxalif olduğunu etiraf edirlər. Cəfər əş-Şəxuri əl-Bəhrani “Mərci’iyyətul-Mərhələ va Ğubərut-Təğyir” adlı kitabında müasirlərdən Seyyid əl-Xoyi’nin keçmişdəki əs-Saduq və əl-Mufid kimi şiə alimlərinə müxalif olduğunu zikr edir və keçmişdə şiə alimləri arasında məşhur hesab edilən rəylərə müxalif rəylərinin onlarla olduğunu deyir. Özü daha sonra bunlardan 30-unu qısa şəkildə zikr edir və sonra (səh: 138) deyir: “Əgər Seyyid Xoyi’nin məşhur və ya icmaya müxalif olduğu yerlərin hamısını zikr etmək istəsəydik sayı iki yüz və ya üç yüz fətvaya çatardı. İmam Xomeyni, Hakim və başqalarının da halı belədir.”

Beləliklə də şiə tayfasının fiqhi məsələlərdə öz içərisində ixtilaf etdiyi məşhurdur, sabitdir. Hətta öz alimləri bu ixtilaflar haqqında kitablar yazıblar. İbnul-Mutahhər əl-Hilli (h. 648-726) bu mövzuda “Muxtələf əş-Şiə” adlı kitabını qələmə alıb. Kitaba giriş verərkən (1/173) deyir:

   “Fiqh elmində mütəqaddim əshabımızın – Allah onlardan razı olsun! – kitabları və keçmiş alimlərimizin məqalələri ilə tanış olduğumda çox saylı fərqli məsələlərdə, ayrı-ayrı böyük mövzularda ixtilaf etdiklərini gördüm. Ona görə də ittifaq etdiklərini yox, məhz şəriət hökmlərində və fiqh məsələlərində ixtilaf etdiklərindən bizə çatanları ehtiva edən bir düsturda o məsələləri qeyd etmək istədim...

   Bu kitab hicri 1372-ci ildə Qum şəhərində altı cild olaraq çap olunub və gördüyümüz kimi əl-Hilli kitabında yalnız ixtilaf etdikləri mövzuları qeyd etdiyini söyləyir. Bu kitabın ikinci cildi başdan ayağa namaz haqqındakı ixtilafları zikr edir. Bu məsələlərdən bəziləri bunlardır: müxtəlif yerlərdə namaz qılmağın icazəli olub olmaması, qılındığı təqdirdə fasid olub olmaması, azan və iqamənin camaat və tək namazlarda vacibliyi, azanın minarədən başqa yerdə verilməsi, qadının kişilər üçün azan verməsi, dəstəmazsız və ya qibləyə dönmədən iqamə vermək, iqamədə danışmağın hökmü, ayaq üstə durmadan iqamə vermək, azanda “əs-salətu xayrun minən-nəum” deməyin məkruh yoxsa haram olması, azana görə ücrət almağın hökmü, azanda və iqamədə sözlərin sayları, fasiqin azanının hökmü, namaz əsnasında niyyəti dəyişmək namaza təsiri, qiraətin namazda rükun olub olmaması, fatihədən sonra əlavə surə oxumağın vacibliyindəki ixtilaf, camaat namazına qoşulduqda həm istiftah, həm də rüku niyyəti ilə bir təkbir verməyin hökmü, qiraətin yerinə deyilən təsbihin miqdarı, bir rükətdə iki surət oxumaq, sübh və məğribdə səslə oxumağın hökmü, oxunmadığı təqdirdə namazın hökmü, surələrin əvvəlində “bismilləhir-rahmənir-rahim” sözlərini səslə oxumağın hökmü, cümə günü zöhr namazı qılana “cümə” və “munafiqun” surələrini oxumağın vacibliyi, rüku və səcdələrdə təsbihdən     başqa zikr deməyin hökmü, təsbihdə vacib olan say, eşidənə tilavət səcdəsinin vacib olub olmaması, istiftəh təkbirindən başqa təkbirlərin hökmü, namazın təkbirlərində əlləri qaldırmağın hökmü, istirahət oturuşunun hökmü, namazda qunut tutmağın vacib olub olmaması, namazda salamların vacib yoxsa müstəhəb olması, beş namazdakı təkbirlərin sayı, qunutda farsca dua oxumağın hökmü, bütün namazlarda qunutu səsli oxumağın hökmü və sair.

   Bu məsələlərin sayını çoxaltmaq olar. Elə məsələlər var ki, o məsələlərdə sünnət əhlinin dörd məzhəbi ittifaq edib, lakin şiələr öz aralarında ixtilaf ediblər. Misal üçün yəhudi və xristian qadınla evlilik sünnət əhlinə görə səhihdir, şiələr isə ixtilaf ediblər. Həmçinin cümə namazı sünnət əhlinə görə vacibdir, şiələr isə haram olması ilə vacib olması rəyləri arasında ixtilaf ediblər. Hətta sünnət əhlinin təmiz yoxsa nəcis olmasında belə ixtilaf ediblər.

  Sözümüzün axırında ət-Tusi’nin verdiyi cavaba qayıdacağımızı söz vermişdik. Bəli, ət-Tusi´nin cavabı şiələrin üsulu ilə uyğun gəlmir. Çünki imamət üçün gətirdikləri ən əsas əqli dəlilləri budur ki, imamlar peyğəmbərin varisi olaraq ümmətə dini və dünyəvi işlərində doğru yolu göstərən hidayət rəhbərləri olmalıdırlar və insanlara dini və dünyəvi məsələlərdə doğru olanı bildirməkləri üçün xətadan qorunulmuş məsumlar olmaqları lazımdır. O zaman burada soruşmaq lazımdır ki, əgər “məsum” imamların aranızda mövcud olmasına baxmayaraq bu qədər ixtilaf etmisizsə o zaman onların mövcud olması ilə olmamaqları arasındakı fərq nə oldu? Reallıq budur ki, sünnət əhlinin müctəhidləri peyğəmbərin hədislərini anlamaqda, onları tətbiq etməkdə ixtilaf etdikləri kimi şiələrin alimləri də öz imamlarına nisbət etdikləri xəbərləri anlamaqda ixtilaf ediblər. Yəni imamların olması ixtilafı aradan qaldırmayıb, ona görə də onların məsumluğu heç bir şeyi dəyişdirməmişdir. Son etapda formalaşan rəylər “müctəhid” adlanan bəşər övladlarının nəzərinin məhsuludur.

Samir Firdovsioglu

9 MUHAMMƏD BiN HƏSƏN ƏŞ-ŞEYBANi (ö. 805)

    Hənəfi məzhəbinin üç  böyük imamından biri. Əsərləri ilə Hənəfiliyin sistemləşməsində və yayılmasında təsiri olmuşdur. Əbu Yusufla (رحمه الله تعالى) birlikdə, Hənəfi məzhəbinin iki imam manasında “İmameyn” deyə adı çəkilir. Adı Muhamməd, ləqəbi Əbu Abdullahdır. 749-cu ildə İraqın Vasit şəhərində doğulmuşdur. Təhsilini Kufədə aldı. Atasından otuz min qızıl miras qalması, bu elmləri təhsil almasını asanlaşdırmış və bütün sərvətini bu uğurda istifadə etmisdir. Kiçik yaşda Əbu Hənifənin (رحمه الله تعالى)  dərslərini təqibə başladı. 767-ci ildə Əbu Hənifənin (رحمه الله تعالى ) ölümündən sonra, fiqh təhsilini Əbu Yusufdan  (رحمه الله تعالى ) tamamladı. İmam Muhamməd b. Həsən, Əbu Hənifənin öldüyü tarixdə on səkkiz yaşında idi. Muhamməd b. Həsən, müxtəlif yerlərə səyahətlər etmiş, Şamda Əvzainin, Məkkədə Sufyan b. Uyeynənin, Xorasanda Abdullah b. Mübarəkin yanına gedərək bunlardan təhsil aldı. Bəsrədə bir çox elm əhlindən dərs aldı. Bu səyahətlərinin ən əhəmiyyətlisi, Mədinədə olanıdır. İmam Muhamməd burada üç il İmam Malikin  (رحمه الله تعالى) dərslərinə davam etmiş və dəfələrlə Muvattanı ondan dinləmişdir. 

Mədinədəki bu təhsiliylə Muhamməd b. Həsən (رحمه الله تعالى) Rəy əhlinin üsuluyla, hədis əhlinin üsulunu birləşdirdi. İraqa qayıtdığında şöhrəti hər tərəfə yayıldı, bir çox tələbə ondan dərs aldı. Bu tələbələrin ən əhəmiyyətlilərindən biri Əsəd b. Furatdır   (رحمه الله تعالى). Daha əvvəl İmam Malik`dən (رحمه الله تعالى) dərs alan Əsəd, İmam Muhammədin yanına gələrək, tələbəlik etdi. Daha sonra Afrikaya dönüb Muhamməd b. Həsənin  (رحمه الله تعالى ) təsiriylə Afrika və Mərakeşdə Əbu Hənifənin fiqhi ictihadlarını və görüşlərini  xalqa nəql etdi. Bir digər əhəmiyyətli tələbəsi isə, İmam Şafidir (رحمه الله تعالى). İmam Şafi, İmam Muhaməddən elm təhsil aldı və onun əsərlərini istinsax etdi (nüsxələrini çoxaltdı). Digər əhəmiyyətli tələbələri isə, Əbu Hafs əl-Kəbir, Süleyman əl-Curcani, Əbu Ubeyd Qasım b. Səlləm , Yəhya b. Əksam, İsmayıl b. Tövbə kimi alimlərdir (Allah hamısına rəhmət etsin ). 

   Harun ər-Rəşid, əvvəlcə qazilik vəzifəsini qəbul etmədiyi üçün İmam Muhammədi iki ay həbs etdi. Daha sonra İmam Muhamməd bu qərarından əl çəkincə, müvəqqəti bir müddət üçün paytaxt edilən Raqqaya qazi təyin edildi. 792-ci ilda Zeydi İmam Yahya b. Abdullahın üsyanı məsələsində, Harun ər-Rəşid, İmam Muhammədlə istişarə etdi. Bu istişarənin nəticəsi olaraq Xəlifənin etibarını itirdi və Əli oğulları tərəfdarı olmaq şübhəsi altında qaldı. Əsərləri təftiş edilərək, üsyan mahiyyətli cümlələrin olub olmadığına baxıldı və bu vaxt da qazilik vəzifəsindən də azad edildi.  

    İmam Muhamməd, qazilik vəzifəsindən alındıqdan sonra, 805-ci ilə qədər Bağdadda qaldı. Bu vaxt Xəlifəylə araları yaxşılaşdı və yenidən vəzifəyə gətirilərək, Xorasanda qazilik vəzifəsinə təyin edildi. Eyni il Rəydə vəfat etdi. Eyni gün Kisai (رحمه الله تعالى ) [1] də vəfat etmişdi. Harun ər-Rəşid: “Bu gün Ərəbcə və Fiqh dəfn edildi”. deyərək itginin böyüklüyünü dilə gətirdi.

    Hənəfi məzhəbi üsulunda, İmam Muhamməd ilə İmam Əbu Yusufun görüşü bir mövzuda birləşdiyində, İmam Əbu Hənifənin görüşü seçilər və o mövzuda Hənəfi məzhəbinin görüşünü təmsil edar. 

Əsərləri

   İmam Muhammədin dili qüvvətli və qələmi axıcı idi. Asan yazardı. Hənəfi fiqh məsələlərini yığıb sonrakı nəsillərə köçürən o olmuşdur. Qiymətli əsərlər yazmış.Hamısı da zamammıza qədər intiqal etmişdir. Əsərləri ümumiyyətlə iki qismə ayrılır: 

A) Zahirur-Rəvaya: Bunlar altıdır: 

1.Əl-Məbsut, buna “əl-Əsl” da deyilir. 

2.əz-Ziyadat. 

3.əl-Camius-Sağir. 

4.əl-Camiul-Kəbir. 

5.əs-Siyərus-Sağir. 

6.əs-Siyərul-Kabir. 

    Bunların hamısı fiqh (islam Hüququ) ilə əlaqədardır. Bu kitabları İmam Muhamməd təvatür yoluyla Əbu Hənifə və ya Əbu Yusufdan rəvayət etdiyi üçün “açıq rəvayətli, rəvayətində şübhə olmayan” mənasinda “Zahirur-Rəvayə” deyilmişdir. Özünün görüşləri də bu kitablardadır. Bu altı kitab içindəki mövzular Hənəfi fiqhinin təməlini təşkil etdiyi üçün bunlara “əl-Üsul” adı da verilmişdir. 

    Zahirur-Rəvayə kitabları, Hakim əş Şəhid Əbul-Fadl Muhamməd əl-Mərvəzi (رحمه الله تعالى ) (ö. 945) tərəfindən qısaldılaraq bir yerə yığılmış və əsər “əl-Kafi” adını almışdır. Bu kitab, öz dövründə Hənəfi məzhəbinin görüşlərini, füru məsələlərini öyrənmək istiyənə kafi qəbul edilmişdir. Bu müəlifin “əl-Müntəka” adında bir əsəri daha vardır ki, nəvadir məsələrini də içinə alır. “əl-Kafi”, daha sonra, Əbu Bəkr Muhamməd Şəmsül-Əimmə əs-Səraxsi (ö.1097) tərəfindən şərh edilmiş və “əl-Məbsut” adlı bu əsər otuz cild halında nəşr edilmişdir. Əs-Səraxsi, bu əsərinin bir hissəsini zindanda ikən tələbələrinə yazdırmısdır. Hənəfi məzhəbində Əl-Məbsut adını  daşıyan başqa əsərlər də vardır. Digər Məbsutlar sahibinin adları ilə xatırlanılır. Bunlar,  İmam Muhammədin əl-Məbsut adlı əsərinin şərhidir. Digər məzhəblərdə  də Məbsut adlı əsərlərə rast gəlinir. Əs-Səraxsinin Əl Məbsutu Hənəfi fiqhinin ən mötabər kitablarndan biridir. Məsələlərin söykəndiyi dəlillər zikr edilir.

  B)Nadirur-Rəvayə Kitabları:

1. Keysaniyyat kitabı. İmam Muhammaddən Şuayb b. Süleyman əl-Keysani rəvayət etdiyi üçün bu ad verilmişdir.

2. Haruniyyat. Harun ər-Rəşidə təqdim edildiyi üçün bu ad verilmişdir. 

3. Cürcaniyyat. Cürcanda yazıldığı və ya Əli b. Saleh əl Cürcani rəvayət etdiyi üçün bu ad verilmişdir. 

4.Rakkiyat. İmam Muhamməd Rakka qazı ikən ona gələn məsələləri ehtiva edir. 

5. Ziyadetüz-Ziyadat, əz-Ziyadatı tamamlayıcı mahiyyətdədir. Bu kitablara Nəvadirur-Rəvayə və ya Qeyri Zahirur-Rəvayə deyirlər, çünki bu kitabların rəvayati təvatür dərəcəsində deyildir. Bunlardan başqa: 

1. Ər-rəddi alə Əhlil-Mədinə. Əbu Hənifənin rəyləriylə Mədinəlilərin rəylərinin ziddiyyətlərini izah edər.

2.Kitabul-Asar: Bu əsərində, Əbu Hənifədən rəvayət etmiş olduğu mərfu və mürsəl hədisləri toplamışdır. 

   İmam-ı Muhamməd Şeybânî'nin yuxarıdakı əsərlərindən başqa əl-Hucce, əl-Asar və əl-Əmali kimi əsərləri də vardır. Bunlardan başqa İmam-ı Malikin Muvattâ'sının şərhi olan bir əsəri daha vardır. Bu əsərində öz məzhəbində dəlil olan hədis-i şəriflər və xəbərləri toplamışdır. Abdullah-ı Dəhləvi (rəhmətullahi əleyh), Hənəfi alimlərinin bu kitabı mütləq yanında saxlamalarını tövsiyə etmişdir.

 Muhamməd Şeybânî'nin (rəhmətullahi əleyh) gözəl sözlərindən bəziləri:

"Sadiq dost, səni xeyirə təşviq edəndir."

"Bir məclisdə elm və irfan olmazsa, onun yerinə, o məclisdə nəfsani hisslər olar."

"Öz nəfsini bəyənmək qədər axmaqlıq yoxdur."

"Əfv etmək ağılın zəkatıdır. Gözəl əxlaq, pis nəsəbi örtər. "

 

____________________________

   Qeyd:[1].Məşhur yeddi qiraət imamının yeddincisi. Təbəi Tabeindəndir. Kufədə nəhiv elminin qurucusudur. Qiraət, nəhiv, lüğət elmlərində zamanının imamı olub, digər İslam elmlərində də söz sahibi bir İmam olub.

10 Şiə Məzhəbinin Təkamülü.

Əziz şiə qardaşım! Bu yazımızı tamamilə açıq düşüncə ilə oxumanı istəyirəm, hər bir dayanacaqda özünə sual verərək fikirləşməni gözləyirəm. Ümumən bu yazımızda sənə göstərmək istədiyimiz həqiqət budur ki, şiəlik inancı bu gün bildiyimiz şəkildə Allahın elçisinin – salləllahu aleyhi va alə əlihi va səlləm – zamanında mövcud olmayıb, lakin sonradan tədricən formalaşmış bir məzhəbdir, İslam dinində bir yenilikdir. Bu gün, ey şiə qardaşım, sənin şiə məzhəbinin zərurətləri olaraq bildiklərin və sənə öyrədilənlər əslində ilk nəsillərdə aşırılıq və zəlalət olaraq dəyərləndirilirdi. Bu həqiqətə varmaq üçün məqaləmizi diqqətlə oxumanı tövsiyə edirəm.

Biz şiə etiqadının təkamülünü, tədrici dəyişikliklərini göstərmək üçün tam başdan başlamayacağıq. Müasir imamiyyə şiəliyinin formalaşmasında müstəsna rolu olan, hicri dördüncü əsrin sonları və beşinci əsrin əvvəlində fəaliyyət göstərmiş şiə alimi Şeyx əl-Mufid’in dövrü ilə başlayaraq geriyə doğru gedəcəyik. Bilmək lazımdır ki, Şeyx Mufidin zamanında şiə alimləri arasında imamlarla bağlı inanclarda şiddətli ixtilaflar və məzhəblər olub. Şeyx Mufid kitablarının birində yazır:

“Qum şəhərindən bizim yanımıza gəlmiş bir qrup gördüm ki, dində açıq-aşkar qüsur göstərirlər; imamları – aleyhimussələm – öz mərtəbələrindən aşağıya qoyurlar və iddia edirlər ki, onlar qəlblərinə ilham gəlməyincə dini əhkamlardan xeyli bir şeyi bilmirdilər. Onların şəriət hökmündə rəyə və zənnə dayandıqlarını deyənlər gördüm, bununla belə alimlər olduqlarını deyirlər.” [əl-Mufid, “Təshih İtiqadət əl-İməmiyyə”, səh: 135-136; Darul-Mufid, 1414]

Buna misal olaraq eyni səhifədə Qum şəhərindən olan şiə alimi İbnul-Valid əl-Qummi’ni misal gətirir:

“Əbu Cəfər Muhəmməd bin əl-Həsən bin əl-Valid’dən – rahiməhullah – zahir olan bir hekayə eşitmişik ki, oradakı təqsiri heç cür müdafiə edə bilmirik və ondan hekayət olunan bu (qüsur) onun belə deməsidir: “Aşırılığın ilk dərəcəsi peyğəmbərdən və imamdan səhvi inkar etməkdir.” Əgər bu hekayə ondan səhihdirsə o, muqəssirdir, bununla belə o, qummilərin alimlərindən və şeyxlərindəndir.”

Bu onu göstərir ki, o dövrün qumlu şiə alimləri bu günün qumlularını görsəydilər onları aşırılıqda, fanatizmdə ittiham edərdilər. Mufid’in sözlərindən həmçinin anlaşılır ki, Qum şəhərindən gəlmiş həmin şiələr siravi insanlar deyildilər, şiələrin alimləri idilər. İbnul-Valid’in tələbələrindən olan digər məşhur şiə alimi, Şeyx əs-Saduq adı ilə tanınmış İbn Bəbəveyh əl-Qummi yazır:

“Aşırılar və mufəvvida* – Allah onlara lənət etsin! – peyğəmbərin səhv edə biləcəyini inkar edirlər...” [əs-Saduq, “Mən Lə Yəhduruhu əl-Fəqih”, 1/249; Muəssəsətul-Alə lil-Mətbuat, 1406
 

*əl-Mufəvvida; aşırı şiə firqələrindən biridir və onlar təxminən Cəfər əs-Sadiq’in zamanında ortaya çıxıblar. Onların inancına görə imamlar Allahın xüsusi yaratdıqlarıdır və Allah daha sonra yaratmaq, ruzi vermək kimi ilahi sifətləri onlara vermişdir.

Diqqət et ki, peyğəmbərin – aleyhissalətu vassələm – səhv etmək vəsfini inkar etməyi necə bidət firqələrinə nisbət etdi! Əgər tamamilə səhvsiz ismət imamiyyə şiələrində mötəbər ixtilaf olsaydı İbn Bəbəveyh bunu bu şəkildə təqdim etməzdi. Beləliklə də bu zamanda şiələrin arasında etiqad sahəsində ixtilaflar olub. Bir başqa şiə alimi əl-Vahid əl-Bəhbəhəni deyir:

“Bil ki, aşkar olan budur ki, qədim alimlərdən xeyli hissəsi – onların arasından xüsusilə qummilər və əl-Ğadairi – ictihadları və rəylərinə uyğun olaraq imamlar haqqında ucalıq, yüksək status baxımından xüsusi bir mərtəbəyə, məsumluq və kamillik baxımından müəyyən bir mərtəbəyə etiqad edirdilər və bu həddi aşmağı icazəli görmürdülər. Öz etiqadları əsasında bu həddi aşmağı aşırılıq, radikallıq hesab edərdilər, hətta onların səhv edə biləcəklərini inkar etməyi də aşırılıq hesab edərdilər... hətta onların möcüzələrində mübaliğə etməyi, onlardan qeyri-adi xariquladələr nəql etməyi və ya onların şanını çox-çox ucaltmağı, onları bir çox nöqsandan tənzih etməyi, onların güclü qüdrət sahibi olduqlarını izhar etməyi, Göydə və Yerdə olan gizli şeylər barəsində elmlərinin olduğunu deməyi aşırılıq sayardılar, ittiham olunmaq üçün səbəb hesab edərdilər...”

Sonra əl-Bəhbəhəni önəmli bir qeydə yer verir: “Xülasə görünən budur ki, qədim alimlər usul məsələlərində də həmçinin ixtilaf halında idilər; ola bilsin ki, bir şey onlardan bəzilərinə görə fasid və ya küfr və ya aşırılıq və ya “təfvid” və ya “cəbr” və ya “təşbih” olsun, başqasına görə isə ona etiqad etmək vacib olsun...[əl-Əstrəbəzi, “Mİnhəc əl-Məqal ti Təhqiq Əhval ər-Ricəl”, 1/128-129; Muəssəsətu Al Beyt, 1422]

Eyni həqiqəti bir başqa şiə alimi Abdullah əl-Məməqani bu sözləri ilə ifadə edir: “Güclü tədqiqatçı alim görəcək ki, (İbn əl-Ğadairi və Qum şəhərindən olan alimlər tərəfindən) aşırılıqda ittiham edilən (ravi)lərin əksəriyyəti həqiqətdə aşırılıqdan uzaqdır və imamların – aleyhimussələm – vəsfləri ilə bağlı bu gün məzhəbin zərurətlərindən sayılan şeylərin çoxu qədim zamanlarda aşırılıq hesab olunurdu...” [əl-Məməqani, “əl-Fəvaid ər-Ricəliyyə min Tənqih əl-Məqal”, 2/305; Muəssəsətu Al Beyt, 1431]

Beləliklə də, ey insaf sahibi şiə qardaşım, öyrənmiş oldun ki, bu gün şiə məzhəbi olaraq öyrədilən bir çox etiqad əsasları zamanında aşırılıq, radikallıq hesab olunurdu, hətta fasid və küfr hesab olunub.

Gəl indi birlikdə bundan da bir qədər əvvəlki dövrə gedək. Həmin zamana qayıtdığımızda görürük ki, əvvəllər vəziyyət daha da qarışıq olub. İmamların öz dövründə yaşamış və onlardan hədislər rəvayət etmiş şiələr ümumiyyətlə imamların məsum olduqlarına inanmırmışlar, sadəcə olaraq onların saleh alimlər olduqlarına inanırmışlar. Bu həqiqəti bizə şiələrdə əş-Şəhid əs-Səni ləqəbi ilə tanınmış Zeynuddin bin Əli bin Əhməd əl-Amili (911-965) “Həqaiqul-İmən” kitabında etiraf edir və yazır:

“İmanın təhaqquq etməsi üçün (bu təfsilat) etibara alınırmı yoxsa onların imamlığına və itaətlərinin vacibliyinə icmali olaraq etiqad etmək kifayət edir? Bu barədə ... iki rəy vardır; bunlardan birincisini tərcih etmək mümkündür... ikinci rəylə də kifayətlənmək uzaq deyildir, çünki imamların şiələri arasından onlardan rəvayət edənlərin və onların müasirlərinin əksəriyyətinin zahirən halı belə idi; hətta onlardan çox hissəsi imamların məsumluğuna etiqad etmirdilər, çünki onlara gizli qalmışdı. Əksinə onların saleh alimlər olduqlarına inanırdılar. Bu kəslərin həyatlarını və hədislərini incələmiş kəs bunu bilir. Əbu Amr əl-Kəşşi’nin kitabında bunu göstərəcək bir xeyli məlumat vardır…” [əş-Şəhid əs-Səni, “Həqaiqul-İmən”, səh: 150-151; Mətbəə Seyyid əş-Şuhədə, 1409]

Biz həqiqətən də bu cür rəvayətlər ilə şiə qaynaqlarında tez-tez rastlaşırıq. Misal üçün əl-Kəşşi ”ricəl” kitabında isnadını qeyd edərək yazır ki, Əbul-Abbas əl-Bəqbəq dedi: “İbn Əbi Ya’fur və Muallə bin Xuneys müzakirə etdilər və İbn Əbi Yafur dedi: “Vasilər saleh və təqvalı alimlərdir.” İbn Xunes isə dedi: “Vasilər peyğəmbərlərdir.” Sonra hər ikisi də Əbu Abdilləh’in – aleyhissələm – yanına daxil oldular və onun yanına oturduqlarında Əbu Abdilləh dedi: “Ey Abdullah, bizim peyğəmbərlər olduğumuzu deyəndən bəriyəm.[əl-Kəşşi, “Ricəl-Kəşşi”, səh: 180; Muəssəsətul-Alə lil-Mətbuat, 1430] Rəvayət şiə alimi əl-Xoyi’yə görə səhihdir [əl-Xoyi, “Mucəm Ricəl əl-Hədis”, 19/267; Muəssəsə əl-İməm əl-Xuyi əl-İsləmiyyə].

Diqqət edək ki, İbn Əbi Yafur ilə Muallə bin Xuneys arasında gedən bu müzakirə şiələrdə bu gün “zəruri” olaraq bilinən məsələlərdən biri ilə bağlıdır. İbn Əbi Yafur şiələrin imamlarını sadəcə olaraq “saleh və təqvalı alimlər” olaraq görməklə müasir şiə təsəvvüründən tamamilə uzaqlaşır. Onu da qeyd edək ki, İbn Əbi Yafur şiələrdə adi bir şəxsiyyət deyildir; Şeyx əl-Mufid’ə görə o, “halal və haramın, fətva va əhkamın ondan öyrənildiyi böyük fəqihlərdən və başbilənlərdəndir...” [əl-Xoyi, “Mucəm Ricəl əl-Hədis”, 11/103; Muəssəsə əl-İməm əl-Xuyi əl-İsləmiyyə]

Necə olur ki, İmam Əbu Abdulləh əs-Sadiqin müasiri və onu sevənlərdən biri, xüsusilə də şiələrdə alim və fəqih olaraq tanınan bir zat imamların məsum, ləduni elmə malik, bənu-israil peyğəmbərlərindən də əfzəl olduqlarını bilmirdi?! əş-Şəhid əs-Səni’nin bu etirafı bizə nəyi xəbər verir? Bizə onu xəbər verir ki, Cəfər əs-Sadiq kimi imamlar öz şiələrinə məsum olduqlarını öyrətmirdilər, çünki öyrətsəydilər hamıdan qabaq bunu onların müasirləri bilərdilər. Bəs şiə alimləri bunu necə izah edirlər? Şiələrdə Bəhrul-Ulum ləqəbi ilə tanınan Muhəmməd Mehdi ət-Tabətabayi “əl-Fəvaid ər-Ricəliyyə” kitabında əş-Şəhid əs-Səni’nin bu sözləri haqqında yazır ki,

“...bunu, bunun mümkün olduğu həmin əsrlərə aid etmək vacibdir, ondan sonrakı zamanlara aid etmək olmaz, çünki məsələ o zamanlarda qəti olaraq zərurət həddinə çatdı.” [Bəhrul-Ulum, “Ricəl əs-Seyyid Bəhr əl-Ulum”, 3/220; Məktəbətus-Sadiq, 1404]

Ey şiə qardaşım, belə bir izahı necə qəbul etmək olar?! Əgər imamlar haqqında hansısa bir etiqad haqq olsaydı onu hamıdan qabaq imamların müasirlərinin bilməsi lazım olmalı idi. Aşkar görünən budur ki, imamların adından yalanlar uyduran kufəlilər o qədər çox xəbər istehsal ediblər ki, onların çoxluğu altında sonradan gələn şiə nəsillər o xəbərlərdəki yalanları dinin zərurətləri olaraq qəbul ediblər.

Biz bu dövrdə çox önəmli olan daha bir məsələyə baxsaq görəcəyik ki, məsələ orada da ürəkaçıcı deyildir, əksinə daha da qarışıq, daha azdırıcıdır. Ümumiyyətlə şiəliyin ortaya çıxdığı dövrdən sonuncu imama qədər şiələrdə imamlıq haqqında aydın bir təsəvvür olmayıb. Bunun ən bariz misalı şiəlikdə yaranmış firqələrin çoxluğunda, öz aralarındakı şiddətli ixtilaflarda görə bilirik. Bunun üçün imami şiəsi Həsən bin Musa ən-Nubəxti’nin bu barədə yazdığı kitabından misallar gətirəcəyik. Bil ki, ey şiə qardaşın, Əlinin – radiyallahu anhu – vəfatından sonra imamların kimliyi ilə bağlı ortaya çıxmış ilk firqə “Keysənilər” olub: “Bir firqə isə (Əlidən sonra) Muhəmməd bin əl-Hənəfiyyə’nin imam olduğunu dedi; çünki Basra günündə onun atasının sancağını iki qardaşı yox, məhz o, daşıyırdı...” [ən-Nubəxti, “Firaquş-Şiə”, səh: 44; Məcmə əl-İmam əl-Hüseyn əl-İlmi, 1439]

Beləliklə də başa düşürük ki, Muhəmməd bin əl-Hənəfiyyə’ni imam hesab edən şiələrdə imamlıq haqqında aşkar dəlillər yox idi. ən-Nubəxti həmçinin xəbər verir ki, əl-Həsən bin Əli’nin imamlığını qəbul edən şiələrin bir hissəsi daha sonra ondan üz döndərib şiəliyi ümumiyyətlə tərk edirlər, bunun səbəbi isə Həsənin Müaviyə ilə sülh bağlaması və Müaviyənin ona göndərdiyi hədiyyələri qəbul etməsi olmuşdu. Hüseyn şəhid edildikdə hər iki qardaşın imamlığını qəbul edən şiələrin bir hissəsi yenə şiəliyi tərk edirlər, çünki onlara görə Həsənin yanında ordu və güc olduğu halda Müaviyə ilə sülh bağladısa, Hüseynin yanında isə güc olmadığı halda Yezidə qarşı üsyan edib şəhid edildisə bunların ikisi də haqq ola bilməz; beləliklə də bir qrup bu səbəbə görə şiəliyi tərk etdilər. Geridə qalan şiələr isə bir çox firqəyə bölündülər; bir firqə dedi ki, əl-Həsən və əl-Hüseyn’dən sonra İmam Əliyə ən yaxın olan Muhəmməd bin əl-Hənəfiyyə olduğu üçün imam məhz odur. İkinci bir firqə isə əl-Həsən və əl-Hüseyni imam olaraq qəbul etmədilər, yalnız Muhəmməd bin əl-Hənəfiyyə’nin imam olduğunu, onun Əlinin vasisi olduğunu və Mehdi olduğunu dedilər. Bunlar dediyimiz kimi “keysanilər” adlandı. ən-Nubəxti daha sonra Muhəmməd bin əl-Hənəfiyyə’nin ölümündən sonra onu imam hesab edən şiələrin öz aralarında çox sayda firqələrə ayrıldığını yazır və hər biri haqqında məlumat verir.

Ələvi” şiələri adlandırdığı qruplara gəldikdə isə onlar Hüseyn’in şəhadətindən sonra bir neçə qola ayrıldılar; bir qrup dedi ki, Hüseyndən sonra imam yoxdur və iddia etdilər ki, imamların hamısı üçdür və adlarını peyğəmbər – aleyhissalətu vassələm – xəbər vermişdi. Digər firqə isə Hüseyn’in oğlu Əli Zeynulabidin’in imam olduğunu dedi. Üçüncü firqə isə imamın istər Həsənin, istərsə də Hüseynin nəslindən çıxacağını və bunun irəli çıxıb kütlələri öz arxasınca aparacaq kəs olduğunu dedilər. Əli Zeynulabidin vəfat etdikdə şiələrin çoxu onun oğlu Zeydin imam olduğunu dedilər. Şiələrin nə üçün Zeydi tərk edib qardaşı Muhəmməd əl-Baqiri imam görməkləri haqqında Nubəxti bir məlumat vermir, lakin tarix kitablarında məşhur olan budur ki, Zeyd bin Əli öz şiələrinin istəyinə tabe olmur Əbu Bəkr və Ömərin xilafətini rədd etmir, onlara sevgisini ifadə edir və buna görə də şiələrin bir qismi onu tərk edirlər və qardaşı Muhəmmədin imam olduğunu deyirlər. Burada imami şiələr ilə zeydilər ayrılırlar. Zeydilər öz aralarında bir çox qola ayrılırlar, lakin əksəriyyəti Zeydin sonuncu imam olduğunu deyir, beləliklə də onlara görə imamların sayı beşdir.

Muhəmməd əl-Bəqiri imam olaraq görənlər isə o vəfat etdikdə iki firqəyə ayrıldılar. Bir firqə növbəti imamın Mədinədə qiyam etmiş və orada öldürülmüş Muhəmməd bin Abdilləh bin əl-Həsən bin Əli bin Əbi Talib olduğunu dedilər və dedilər ki, ölməyib, sağdır və əl-Aləmiyyə adlı dağdadır, gələcəkdə çıxacaq. Onun Mehdi olduğunu dedilər, çünki bir hədisdə peyğəmbər – aleyhissalətu vassələm – demişdi: “Çıxacaq Mehdinin adı mənim adım, atasının adı atamın adıdır.” Digər firqə isə Muhəmməd əl-Baqir’dən sonra imamın onun oğlu Cəfər əs-Sadiq olduğunu dedilər. Cəfər əs-Sadiq hələ sağ ikən bir qrup onun imamlığından imtina etdilər; bunun səbəbi isə budur ki, Cəfər sağ ikən guya oğlu İsmail’i özündən sonra imam olaraq vəsiyyət edib, lakin İsmail atasından əvvəl vəfat edir və onun növbəti imam olacağını gözləyən bir qrup Cəfər əs-Sadiq’in yalan danışdığını deyərək onun imamlığını qəbul etmədilər. Digərləri isə “əl-bəd’u” inancını ortaya ataraq, hərfi mənada Allahın öz fikrini dəyişməsi mənasına gələn bu inanca görə imamlığın İsmaildən alındığını dedilər.

Cəfər əs-Sadiq vəfat etdikdə şiələr şiddətli ixtilafa düşdülər. Onların bir qolu dedi ki, Cəfər ölməyib, sağdır və Mehdi məhz odur və gələcəkdə təzədən zühur edəcək və insanlara imamlıq edəcək. Bu firqəyə “nəvusiyyə” deyirlər. İkinci firqə isə dedi ki, Cəfərdən sonra imam elə İsmaildir və onlar İsmailin öz atasının sağlığında öldüyünü inkar etdilər və dedilər ki, guya atası Cəfər öz oğlu İsmailin təhlükəsizliyi üçün onun ölüm xəbərini vermiş və yalandan cənazə namazı qılmışdır. Onlar İsmailin hələ də sağ olduğuna inanırlar, çünki atası Cəfər onun imam olduğunu vəsiyyət etmişdi və imam yalan danışmaz. Bunlar xalis “ismailiyyə” firqəsidir.

Üçüncü firqə isə dedi ki, Cəfərdən sonra imam onun oğlu İsmail’dən olan nəvəsi Muhəmməd’dir, yəni Muhəmməd bin İsmail bin Cəfər’dir. Onlara görə əl-Həsən və əl-Hüseyn istisna olmaqla imamlıq Hüseynin nəslində atadan oğula keçir, qardaşdan qardaşa keçməz, beləliklə də İsmail öldüyü üçün, mütləq onun oğlu imam olmalıdır. Bu firqə “mubərakiyyə” olaraq tanınır. Mubərakilər firqəsindən bir qol ayrıldı və dedilər ki, Cəfərin ruhu Əbul-Xattab Muhəmməd bin Əbi Zeynəb əl-Əsədi’yə, ondan da sonra Muhəmməd bin İsmail bin Cəfərə keçib. Onlara görə imamlıq Muhəmmədin nəslində davam edir. İsmaili firqəsindən ayrılmış daha bir firqə “qarmati” (əl-Qaramitə) firqəsidir; onlara görə peyğəmbərdən sonra imamların sayı yeddidir və onlar Əli, əl-Həsən, əl-Hüseyn, Əli Zeynulabidin, Muhəmməd əl-Bəqir, Cəfər əs-Sadiq və Muhəmməd bin İsmail bin Cəfər’dir. Sonuncunu Mehdi və peyğəmbər hesab edirlər.

Dördüncü firqə dedi ki, Cəfər əs-Sadiq’dən sonra imam onun oğlu Muhəmməd bin Cəfərdir. əd-Diybəc ləqəbi ilə tanınan Muhəmməd bin Cəfər hicri 199-cu ildə xəlifə əl-Məmuna qarşı üsyan etmişdir. Onun imamlığına və imamlığın daha sonra onun nəslində davam etdiyinə inananlar “səmtiyyə” firqəsi olaraq tanınırlar.

Beşinci firqə isə Cəfərdən sonra imamın onun oğlu Abdullah əl-Əftəh olduğunu dedilər, çünki Cəfər vəfat edərkən Abdullah onun övladları içində ən böyüyü idi. Bu firqənin nümayəndələri İmam Cəfərdən belə bir rəvayət gətirirlər ki, “imamlıq imamın övladlarından ən böyüyə aiddir.” Cəfər əs-Sadiq vəfat etdikdə onun şiələrinin böyük əksəriyyəti Abdullah əl-Əftəh’in imamlığına etiqad etdilər. Bu firqənin adı “fətəhiyyə” olaraq tanınır. ən-Nubəxti deyir: “Şiələrin şeyxlərinin və fəqihlərinin əksəriyyəti bu firqəyə yönəldilər və imamlığın Abdullah bin Cəfər’də və ondan sonrakı övladlarında olduğuna şəkk etmədilər.” [ən-Nubəxti, “Firaquş-Şiə”, səh: 113; Məcmə əl-İmam əl-Hüseyn əl-İlmi, 1439]

Lakin Abdullah vəfat etdikdə özündən sonra erkək övladı buraxmadı və buna görə də az bir hissədən başqa əksər şiələr onun imamlığı rəyindən döndülər və qardaşı Musa bin Cəfərin imam olduğunu dedilər. Abdullahın imamlığına hələ də inananlar isə dedilər ki, o vəfat etdikdən sonra imamlıq kiçik qardaşı Musaya keçmişdir. Cəfər əs-Sadiqdən sonra imamın oğlu Abdullah yox, Musa olduğunu deyənlər beləliklə də altıncı firqəni təşkil edirlər. Onlar Musanın qardaşı Abdullahı imamlıq kürsüsünə oturduğu üçün xətalı hesab edirlər.

Musanın imamlığına inanan şiələr onun vəfatından sonra bir neçə firqəyə bölündülər. Musa əl-Kazim ikinci dəfə həbsə atıldıqda və orada vəfat etdikdə bir firqə iddia etdi ki, Musa vəfat edib və onun oğlu Əli ər-Rida imamdır. Bunlar imamlığın Əlinin nəslində davam etdiyini dedilər. İkinci firqə isə dedi ki, Musa ölməyib, sağdır və Yer üzünün hər yerinə başçılıq etmədən ölməyəcək və Mehdi odur. Bu firqənin bir hissəsinə görə Musa ölüb, lakin yenidən gələcək. Bu cür inanan şiə firqəsi “vaqifə” adı ilə tanındılar, çünki onlar imamlığın Musada vəqf etdiyinə, dayandığına inandılar. Bir firqə isə dedi ki, Musa ölməyib, sağdır və həbs olunmayıb, lakin imamlığını Muhəmməd bin Bəşir’ə verib və imamlıq artıq onun nəslində Musa yenidən zühur edənə qədər davam edir. Onlar “bəşriyyə” adı ilə bilinirlər. Əli bin Musa’nın imam olduğunu deyənlər onun vəfatından sonra bir neçə firqəyə parçalandılar. Onlardan bir firqəyə görə Əli’dən sonra imam onun oğlu Muhəmməd olmalıdır və Muhəmmədi xəlifə əl-Məmun öz qızına nişanlamışdı. Digər bir firqə isə dedi ki, imamlıq Əli bin Musa’dan sonra qardaşı Əhməd bin Musa’ya keçib. Bir firqə isə Əli bin Musa vəfat etdikdə onun imamlığını inkar etdilər və atası Musa bin Cəfər’in sonuncu imam olduğunu dedilər. Bunlara “muəlləfə” şiələr deyilir. Əli bin Musa’dan sonra şiələrin firqələrə parçalanmasının səbəbi özündən geriyə buraxdığı oğlu Muhəmməd’in sadəcə yeddi yaşının olması idi; onlar dedilər ki, imam yalnız həddi-büluğa çatmış biri ola bilər, çünki əgər Allah həddi-büluğa çatmamış birinə itaəti vacib görərsə o zaman buluğ yaşına çatmamış birini mükəlləf qılması gərəkdir, bu isə məqbul deyildir. Lakin Muhəmməd bin Əlinin imamlığını qəbul edənlər o vəfat etdikdə çoxluqla oğlu Əli bin Muhəmmədi imam kimi qəbul etdilər, lakin kiçik bir hissə Muhəmmədin qardaşı Musanın imam olduğunu dedi. Onlar az bir müddət mövcud oldular, daha sonra isə Əli bin Muhəmmədin imam olması ilə razılaşdılar. Əli bin Muhəmməd əl-Hədi vəfat etdikdə bir firqə onun oğlu Muhəmmədin imam olduğunu dedilər, amma Muhəmməd hələ atası sağ ikən vəfat etmişdi, lakin atası onun imam təyin etdiyi üçün onun imamlığına etiqad etməyə davam etdilər, onun sağ olduğunu dedilər. Xalis ismaili şiələrin İsmail bin Cəfər haqqında dediklərini bunlar Əli əl-Hədi’nin oğlu Muhəmməd haqqında dedilər. Geridə qalan şiələr isə onun hələ də sağ olan oğlu əl-Həsən bin Əlinin imam olduğunu dedilər. Şiələrin kiçik bir hissəsi isə növbəti imamın Əli əl-Hədi’nin digər oğlu Cəfər bin Əli olduğunu dedilər.

əl-Həsən əl-Askərinin imam olduğuna etiqad edənlər onun vəfatından sonra çox şiddətli bir ixtilafa düşdülər. ən-Nubəxti yazır ki, “əl-Həsən bin Əli (əl-Askəri)... ikiyüz altmışıncı ildə vəfat etdi və evində, atasının basdırıldığı evdə dəfn olundu və onun iyirmi səkkiz yaşı var idi... öldükdən sonra onun heç bir izi görülmədi, üzdə hansısa bir övladı bilinmədi, ona görə də mirasından bilinənlər qardaşı Cəfər və anası arasında bölüşdürüldü...” [ən-Nubəxti, “Firaquş-Şiə”, səh: 136-137; Məcmə əl-İmam əl-Hüseyn əl-İlmi, 1439]

ən-Nubəxti həmçinin deyir ki, onun ölümündən sonra şiələr on dörd firqəyə parçalandılar.

Onlardan bir firqə dedi ki, əl-Həsən bin Əli sağdır, ölməyib, qeybə çəkilib, ölməsi caiz deyildir. Yer üzü imamsız qala bilmədiyi üçün, onun özündən sonra övladı olmadığı üçün onun ölməməsi, imam olaraq qalması labüddür.

İkinci firqə isə dedi ki, əl-Həsən ölüb, lakin yenidən həyata qayıdıb və Mehdi odur. Övladı olmadığı üçün yenidən yaşaması və Mehdi olması zəruridir.

Üçüncü firqə dedi ki, əl-Həsən bin Əli həqiqətən ölüb və özündən sonra qardaşı Cəfəri imam olaraq vəsiyyət edib.

Dördüncü firqə dedi ki, əl-Həsənin özündən sonra övlad buraxmaması onun imam olmadığını göstərdi, həqiqi imam Cəfər idi və ona imamlığı atası Əli əl-Hədi vəsiyyət etmişdi.

Beşinci firqə isə əl-Həsən vəfat etdikdə atası ƏIinin sağlığında ölmüş oğlu Muhəmmədin imamlığına qayıtdılar və onun imam olduğunu dedilər. Çünki atası onu vəsiyyət etmişdi və onun özündən sonra övladı qalıb. 

Altıncı firqə isə dedi ki, əl-Həsən bin Əli’nin əslində oğlu olub, adını da Muhəmməd adlandırıb. Onun atasının vəfatından iki il əvvəl doğulduğunu və Mehdi olduğunu dedilər.

Yeddinci firqə isə dedi ki, kim əl-Həsənin öz sağlığında uşağının olduğunu iddia edərsə yalan danışır, amma doğrudur ki, onun oğlu olub, lakin vəfatından səkkiz ay sonra dünyaya gəlib. Özü də uşağı doğulduqda ona Muhəmməd adının qoyulmasını istəmişdi.

Səkkizinci firqə dedi ki, əl-Həsən ölüb, özündən sonra uşaq buraxmayıb, lakin hamilə bir kəniz tərk edib və o, mövcuddur, uşağı dünyaya gətirəndə gətirəcək.

Doqquzuncu firqə dedi ki, əl-Həsən ölüb, həmçinin onun ataları da ölüb və əl-Həsən özündən sonra imam tərk etməyib, beləliklə də imamlıq xətti kəsilib, çünki Allah insanlara qəzəbləndiyi üçün imamlıq məqamını onlardan alıb. Lakin gələcəkdə peyğəmbərin nəslindən bir imam çıxacaq.

Onuncu firqə isə ümumiyyətlə əl-Həsən’in imamlığını inkar etdilər və qardaşı Muhəmməd bin Əli’yə qayıtdılar; dedilər ki, Atası Əli imamlığı ona vəsiyyət etmişdi, o da atasının Nəfis adlı bir xadiminə vəsiyyət etmişdi, o isə imamlığı Muhəmmədin və əl-Həsənin qardaşı Cəfərə təhvil verdi. Bu firqə əl-Həsən bin Əlinin əleyhinə ağır sözlər işlədirlər, onu təkfir edirlər. Qardaşı Cəfəri isə çox ucaldırlar, onun Mehdi olduğunu deyirlər.

On birinci firqə isə əl-Həsənin imamlığını təsdiq etdilər, lakin dedilər ki, ondan sonrakı imamın kim olduğunu bilmirik və təvəqquf edirik.

On ikinci firqə isə - ən-Nubəxti’yə görə - imamiyyə firqəsidir ki, onlara görə əl-Həsən əl-Askəri ölüb və onun özündən sonra övladı vardır və imam odur; lakin onun haqqında bilmirik, adını çağırmaq olmaz, onun işi gizlidir. Bəzi kəslərin onunla qarşılaşdığını iddia etdilər.

On üçüncü firqə isə dedi ki, əl-Həsən’dən sonra imam onun qardaşı Cəfərdir. ən-Nubəxti’nin kitabı on üçüncü firqə barəsində verdiyi məlumatla bitir, on dördüncü firqə haqqında bir şey yazmır. əl-Askəri’nin vəfatı ilə şiələrin düşdükləri ixtilaf və istidam dönəmini şiə kitablarında “heyrət” dövrü adlandırırlar.

ən-Nuri ət-Tabərsi yazır: “Heyrət ilə qəsd olunan qeyb zamanıdır və bu, əl-Askəri’nin vəfat etdiyi və şiələrin heyrətə düşdükləri ildir.” [ən-Nuri, “Xatimətu Mustədrak əl-Vasəil”, 4/44; Muəssəsətu Al əl-Beyt, 1429]

Ey şiə qardaşım, məgər dindən zəruri olaraq bilinən bir məsələdə bu qədər ixtilafın olması normaldırmı? Allahın ayəsini xatırladıram:

“Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilaf tapardılar.” [ən-Nisa, 82]

Bütün bu xəbərlər onu göstərir ki, o dövrdəki şiələrdə imamlar haqqında heç bir tutarlı məlumat olmayıb, ona görə də bu qədər heyrət içində olublar. Şiə alimi Əbul-Qasim əl-Xoyi iddia edir ki, “sünnilər və şiələr tərəfdən bizə gəlib çatmış mütəvatir rəvayətlər imamları say baxımından on iki olaraq məhdudlaşdırıb, lakin onların adlarını bir-bir müəyyən etməyib.” [əl-Xoyi, “Siratun-Nəcət fi Cəvibətul-İstiftəət”, 2/453; Darul-İtisam, 1417] əl-Xoyi çox gözəl başa düşür ki, əgər şiələrdə imamların adları ilə bağlı etibarlı hədislər olsaydı şiələr bu qədər parçalanmazdılar. Nəinki adi şiələr, hətta imamların ən yaxın tələbələri belə imamların adlarını bilməyiblər.

Cəfər əs-Sadiqin – iddia olunduğuna görə - ən xas tələbələrindən olan Zurara misal üçün vəfat edərkən növbəti imamın kim olduğunu bilmirdi. Ona görə də oğlu Ubeydi son xəbərləri gətirmək üçün Mədinəyə göndərir, lakin oğlu qayıtmadan əvvəl vəfat edir. Vəfat etmədən əvvəl Quranı sinəsinə qoyaraq növbəti imamın Quran olduğunu deyir [əl-Kəşşi, “Ricəl əl-Kəşşi”, səh: 117-118; Muəssəsətul-Alə lil-Mətbuat, 1430]. Bu və bu kimi xəbərlər qəti şəkildə dəlalət edir ki, bu dövrdə yaşamış şiələr, imamların kim olduğunu bilmirdilər, ona görə də öz aralarında bu qədər ixtilaf ediblər və çox sayda firqəyə parçalanıblar. Hətta nəinki “ən xas tələbələr”, imamlar özləri belə bundan xəbərsiz idilər, çünki – şiələrin öz rəvayət etdiklərinə görə - Cəfər əs-Sadiq əvvəl bir oğlunu imam olaraq vəsiyyət etmiş, lakin o, həyatında vəfat etmişdi.

əl-Xoyi iddia edir ki, imamların sayları bilinirdi, lakin əl-Xoyi’nin əsaslandığı səbəb nəinki adların, hətta sayların da bilinmədiyini gərəktirir. Bu həqiqəti Şiə alimlərindən Muhəmməd Bəqir əl-Bəhbudi etiraf edir və deyir:

“İmamların kimliyini müəyyən edən hədislərin hamısı – istər (Fatimədən gəlmiş) lövh hədisi olsun, istərsə başqası - “qeyb” və “heyrət” dönəmlərində, və bundan bir az əvvəl uydurulmuşdur. Əgər bu rəvayətlər imami şiələrin arasında mövcud olsaydı, yayğın olsaydı pak imamların kimliyini bilməkdə bu dərəcə çirkin şəkildə ixtilaf etməzdilər və məzhəbin dirəyi sayılan alimlər, hədislərin rükunları sayılan alimlər uzun illər boyunca ixtilaf etməzdilər və (imamın) qeybini isbat etmək üçün, ümmətin qəlblərindən heyrəti dəf etmək üçün kitablar yazmağa tələsməzdilər...”[əl-Behbudi, “Mərifətul-Hədis”, səh: 172; Darul-Hədi, 1427;]

əl-Behbudi sözünün doğruluğuna bir xəbəri misal olaraq gətirir. Bu xəbəri əl-Kuleyni “Usul-Kəfi” kitabında zikr edir və deyir:

“Muhəmməd bin Yəhya mənə Muhəmməd bin əl-Həsən əs-Saffar’dan, o da Əhməd bin Əbi Abdilləh’dən, o da Əbu Haşim’dən eynisini rəvayət etdi. Muhəmməd bin Yəhya dedi: “Muhəmməd bin əl-Həsən’ə dedim: “Ey Əbu Cəfər, kaş ki, bu xəbər Əhməd bin Əbi Abdilləh’dən başqa bir kimsədən gələrdi.” Dedi: “Bunu mənə “heyrət” zamanından iyirmi il əvvəl rəvayət edib. [əl-Kuleyni, “əl-Kəfi”, 1/338; Mənşurat əl-Fəcr, 1428;]

Bu rəvayətdən anlamaq olur ki, şiə ravi Muhəmməd bin Yəhya bu xəbəri rəvayət edən Əhməd əl-Bərqi’nin sidqinə etibar etmirdi, üstəlik açıq şəkildə görünür ki, on iki imam haqqında xəbər əvvəllər mövcud olmayıb, çünki mövcud olsaydı yayılardı və heç kim şəkk içində olmazdı. Hətta bu mərhələdə imamların sayı ilə bağlı rəvayətlər ortaya çıxmağa başladıqda bəzi rəvayətlər onların sayının on üç olduğunu qeyd edirdi. Həmin dövrdə ortaya çıxmış və Suleym bin Qeys əl-Hiləli’yə nisbət edilmiş kitabda keçən bir rəvayətdə - iddiaya görə - peyğəmbər möminlərin əmiri Əli bin Əbi Talibə deyir: “Sən və övladlarından on iki nəfər haqq imamlardır.” Bu, Əbu Cəfər Muhəmməd bin Osman əl-Uməri’nin nəvəsi olan Hibətullah bin Əhməd bin Muhəmməd əl-Katib’i bu barədə xüsusi kitab yazmağa sövq etdi və həmin kitabda imamların sayının on üç olduğunu, onlardan birinin Zeyd bin Əli olduğunu isbat etməyi çalışdı [əl-Katib, “Tətavvur əl-Fikr əs-Siyəsi əş-Şii”, səh: 255; əd-Dar əl-Arabiyyə lil-Ulum, 1426;]. 

Biz bir az da ötəyə getsək, ey şiə qardaşım, görərik ki, ümumiyyətlə əhlul-beytin böyükləri bu imamlıq etiqadından xəbərsiz olublar. Misal üçün əl-Kəşşi isnadı ilə rəvayət edir ki, Əbu Cəfər Muhəmməd bin Əli əl-Əhval’dan soruşurlar: “Əbu Abdilləhin hüzurunda səninlə Zeyd bin Əlinin arasında nə söhbət olub? Dedi: “Zeyd bin Əli dedi: “Ey Muhəmməd bin Əli, mənə çatan xəbərə görə sən Muhəmmədin ailəsində itaət olunması fərz olan bir imamın olduğunu iddia edirsən.” Dedim: “Bəli, doğrudur və sənin atan Əli bin əl-Hüseyn onlardan biri idi.” Dedi: “Axı bu necə ola bilər? O, isti yemək tikəsini mənə verərkən onu əli ilə soyudar və sonra mənə yedirərdi; səncə yeməyin istiliyindən mənə ürək yandırırdı, amma cəhənnəmin istiliyindən mənə ürəy yandırmadı?!” Ona dedim: “Sənə xəbər verdiyi halda sənin küfr etməyindən, beləliklə də həm onun şəfaət haqqından, həm də Allahın məşiətindən məhrum olmağından qorxurdu...” [əl-Kəşşi, “Ricəl əl-Kəşşi”, səh: 138-139; Muəssəsətul-Alə lil-Mətbuat, 1430]

Bu məzmunda Əbu Cəfər əl-Əhval ilə zeydilərin imamı Zeyd bin Əli arasında keçmiş söhbət bir çox şiə qaynağında fərqli isnadlar ilə rəvayət olunub. Şiə alimi əl-Xoyi bu rəvayətlərin birinin isnadının mürsəl, bir başqasını zəif hesab etsə də, bəzilərinin isnad baxımından “güclü” olduğunu yazır.[əl-Xoyi, “Mucəm Ricəl əl-Hədis”, 8/367; Muəssəsə əl-İməm əl-Xuyi əl-İsləmiyyə]

Bu kimi rəvayətlər onu göstərir ki, Zeyd bin Əli kimi əhlul-beyt böyükləri iddia olunan imam etiqadına sahib deyildilər; qabaqcadan müəyyən edilmiş və ya atanın vəsiyyəti ilə ötürülən imamlıq fikrini qəbul etmirdilər. Tarix özü bunu təsdiqləyir, beləki əhlul-beytdən bir çox zat əlinə qılınc alaraq zalım hakimlərə qarşı çıxmış, ədaləti yer üzərində bərqərar etməyə cəhd göstərmiş və insanları özünə itaət etməyə çağırıblar. Əgər onlar öz dövründə itaət olunması vacib olan imamın mövcudluğunu bilsəydilər və ya buna etiqad etsəydilər heç bir şəkildə özlərinə itaətə dəvət etməzdilər.

Misal üçün Zeyd bin Əli hicri 122-ci ildə Kufə şəhərində əməvi xəlifəsi Hişəm bin Abdilməlikə qarşı üsyan edib və xəlifəlik məqamına iddia etmişdi. İmam əl-Həsən əl-Muctəba’nın nəvəsi ən-Nəfs əz-Zəkiyyə ləqəbi ilə tanınmış Muhəmməd bin Abdilləh hicri 145-ci ildə Mədinə şəhərində abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsura qarşı üsyan etmiş və öldürülmüşdür. Onun doğma qardaşı İbrahim də Basra şəhərinə gedərək insanları qardaşı Muhəmmədə beyət etməyə dəvət edirdi. Bütün bu imamlar necə olur ki, Əli bin Əbi Talibin nəslində itaət olunması fərz olan imamın olduğundan xəbərsiz idilər?! Bu barədə düşünmən lazımdır, ey şiə qardaşım.

Həmçinin əl-Kuleyni “Usul əl-Kəfi” kitabında isnadı ilə rəvayət edir ki, Said əs-Səmmən dedi: “Əbu Abdilləh’in – aleyhissələm – yanında idim və bu zaman onun yanına zeydilərdən iki kişi daxil oldu və ona dedilər: “Sizin aranızda itaəti vacib olan bir imam varmı?” Dedi: “Xeyr.” Dedilər: “Etibarlı kəslər bizə xəbər veriblər ki, sən bunun belə olduğuna fətva vermisən, təsdiqləmisən. Onların adlarını sənə deyək; fılankəs və fılankəs və onlar təqva əhlidir, ciddi insanlardır, yalan danışanlardan deyillər.” Əbu Abdilləh – aleyhissələm – qəzəbləndi və dedi: “Mən onlara belə bir şey buyurmamışam.” Onlar onun üzündəki qəzəbi gördüklərində onun yanından çıxdılar...” [əl-Kuleyni, “əl-Kəfi”, 1/138; Mənşurat əl-Fəcr, 1428;]

Həmçinin əl-Kəşşi isnadı ilə rəvayət edir ki, İmam Cəfər’in yanında Əbul-Xattabın əshabından Cəfər bin Vaqid və bir qrup insanın adı zikr olundu və onun (yəni Əbul-Xattabın) Nemruda (bəzi nüsxələrdə Beyruza) getdiyi və onların arasında belə dediyi deyildi: “Göydə də, yerdə də ilah odur!” Dedi: “Yəni imam odur!” Əbu Abdilləh dedi: “Xeyr, Allaha and olsun ki, onunla əsla eyni evin çatısı altında sığınmaram! Onlar yəhudilərdən də, xristianlardan da, məcusilərdən də, şərik qoşanlardan da daha şərlidirlər. Allaha and olsun ki, heç bir şey heç zaman onlar qədər Allahın əzəmətini bu qədər kiçiltməmişdi. Həqiqətən də yəhudilərin dedikləri söz Üzeyrin qəlbində rahatsızlığa səbəb oldu, buna görə də Allah onun adını peyğəmbərlikdən çıxardı! Allaha and olsun ki, İsa əgər xristianların dediklərini təsdiqləsə Allah onu Qiyamət gününə qədər kar edər! Allaha and olsun ki, Kufə əhlinin mənim haqqımda dediklərini təsdiqləsəm Yer üzü məni udar. Mən, məmlük bir kölədən başqa birisi deyiləm, heç bir şeyə nə zərər, nə də fayda verməyə qadirəm!” Bu rəvayətdən sonra daha bir isnadla qeyd edir ki, “Qasim əs-Sayrafi dedi: “Əbu Abdilləhi – aleyhissələm – belə deyərkən eşitdim: “Bir qövm var ki, mənim onların imamı olduğumu iddia edirlər. Allaha and olsun ki, mən onlar üçün imam deyiləm. Onlara – Allaha onlara lənət etsin! – nə olur ki, hər dəfə bir şeyi örtdüyümdə onu açırlar, Allah onların örtülərini açsın!..” [t-Tusi, “İxtiyar Mərifətir-Ricəl”, 2/228-229; Muəssəsətus-Sadiq, 1440;]

Ey şiə qardaşım, Allah sənə doğru olanı göstərsin! Bu sözlərə diqqət etmən lazımdır və yaxından incələyərək düşünmən lazımdır! İmam Cəfər əs-Sadiq israrla imam olduğunu inkar edirdi, həmçinin təkrar-təkrar deyirdi ki, o, sıradan bir bəşərdir, “məmlük bir quldur”, heç kəsə fayda və ya zərər verməyə qadir deyildir. Unutmayaq ki, Cəfər əs-Sadiq və atası Muhəmməd əl-Baqir hər ikisi də Mədinə şəhərində yaşayıblar və Mədinə əhli olublar; Mədinə əhli isə sünnət etiqadına möhkəm sarılmış kəslər idilər. Onların adından imamlıq iddialarını yayanlar isə Kufə şəhərindəki şiələr olublar. Əgər bu iki mübarək zatdan imamlıq iddiaları sabit olsaydı Mədinə əhli onları ittiham edərdilər, amma Mədinə əhli onları heç cür ittiham etməyiblər, əksinə seviblər və onları da sünnət imamları olaraq qəbul ediblər. Bu onu göstərir ki, Mədinə əhli nə Muhəmməddən, nə də Cəfərdən belə bir iddia eşitməyiblər. Şiə alimləri ümumilikdə yuxarıdakı rəvayətləri ya təqiyyə ilə, ya da ikibaşlı danışıq üslubu ilə izah edirlər. Lakin sən, ey şiə qardaşım, düşün ki, bu gün şiə məzhəbi öyrədir ki, imamlıq etiqadı şiə məzhəbinin zərurətlərindəndir və onu təsdiqləməyən kafirdir, əbədi cəhənnəmlikdir və necə olur ki, bu qədər zəruri olan etiqadi bir əsası Yer üzündəki Allahın hüccəti olan imamlar gizlində, yalnız özlərinin “xas tələbələrinə” təbliğ edirdilər və yerdə qalan müsəlmanları bu “xeyirdən”, bu zəruri biliklərdən məhrum edirdilər?! Bunun üzərində yaxşı-yaxşı düşün! Necə olur ki, bir tərəfdə şiə alimləri imamlığı sübut etmək üçün Yer üzünün Allahın hüccətindən xali olmayacağını əsas gətirirlər, digər tərəfdən isə həmin hüccətin təbliğatının həddindən artıq gizli və məhdud şəkildə getdiyini, təqiyyə və aldatmaq məzmununda baş verdiyini iddia edirlər? Onun hüccətinin insanlar üçün aşkar olması, hər kəs tərəfindən başa düşülməsi Onun mərhəmətinin və hikmətinin gərəyi deyilmi? 

Biz bir qədər də keçmişə getsək görərik ki, ilk şiələr ümumiyyətlə müasir şiə məzhəblərindən tamamilə uzaq olublar. Misal üçün sünni tarix qaynaqlarına nəzər saldığımızda görürsən ki, onlar ilk şiələr haqqında məlumat verərkən onların necə olduqlarını da qeyd edirlər. İmam Yəhya bin Main deyir: “əl-Mubərak bin Said bizə Əbul-Cəhhəf’in belə dediyini rəvayət etdi:

“İlk şiələri gördüm və onların arasında aşırı olanları Əlini Əbu Bəkr və Ömər’dən üstün sayanlar idi.[İbn Mihraz, “Mərifətur-Ricəl”, səh: 254; əl-Fəruq əl-Hədisə, 1430]

Sözü gedən Əbul-Cəhhəf kufəli şiələrdən sayılan Davud bin Əbi Auf ət-Təmimidir. əl-Laləkayi isnadı ilə rəvayət edir ki, Leys bin Əbi Suleym dedi: “Kufədəki ilk şiələrlə qarşılaşdım və onlar heç kimi Əbu Bəkr və Ömərdən üstün tutmurdular. [əl-Laləkayi, “Şərh Usul İtiqad Əhlis-Sunnə val-Cəmaa”, 4/139; əl-Məktəbə əl-İsləmiyyə, 1425]

Onu da qeyd edək ki, İbn Əbi Suleym zaman baxımından təxminən Cəfər əs-Sadiq ilə eyni zamanda yaşayıb. Həmçinin İbn Batta isnadı ilə rəvayət edir ki, Hudeyr bin Kureyb dedi: “Əbu İshaq əs-Səbii Kufəyə gəldi və Şimr bin Atiyyə bizə dedi: “Onun yanına gedin!” Biz onun yanında oturduq və onlar danışdılar; Əbu İshaq dedi: “Mən Kufəni tərk etdiyimdə Əbu Bəkrin və Ömərin fəzilətində, onların başqalarından üstünlüyündə şəkk edən yox idi, indi isə gəlmişəm və onlar deyirlər və deyirlər, Allaha and olsun ki, nə dediklərini anlamıram.” bn Teymiyyə, “Minhəc əs-Sunnə ən-Nəbəviyyə”, 6/135-136; Raşid Səlim, 1406]

Yenə əl-Laləkayi isnadı ilə rəvayət edir ki, Sələmə bin Kuheyl dedi: “Mən iyirmi il bu məsciddə əl-Museyyəb bin Nəcbə əl-Fizəri ilə və şiələrdən çox sayda insan ilə oturub durdum; onlardan heç birini Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələri haqqında xeyirdən başqa bir şey deyərkən eşitmədim. [əl-Laləkayi, “Şərh Usul İtiqad Əhlis-Sunnə val-Cəmaa”, 4/230; əl-Məktəbə əl-İsləmiyyə, 1425]

Ola bilsin ki, ey şiə qardaşım, bu rəvayətlərin və xəbərlərin sünni qaynaqlardan gəldiyini görüb təsdiqləmək istəmirsən. Lakin özün düşün ki, sünni qaynaqlarında bu qədər erkən şahidliklər nə üçün yalan olsun ki?! Üstəlik nəzərə alman lazımdır ki, bu xəbərlərdə deyilənləri hətta şiə alimləri özləri də təsdiq edirlər. əş-Şərif əl-Murtəda deyir: “Məlumdur ki, Əlinin əshabının əksəriyyəti ondan – aleyhissələm - əvvəlki xəlifələrin imamlığına etiqad edirdilər və onların arasında o xəlifələri bütün ümmətdən daha üstün hesab edənlər var idi.” [əl-Murtəda, “əş-Şəfi fil-İməmə”, 3/114; Muəssəsətu əs-Sadiq, 1429] Həmçinin Hüseyn ən-Nuri ət-Tabərsi yazır: “Buradan bilinir ki, möminlərin əmiri (Əli) – aleyhissələm – ilə birlikdə üç döyüşdə vuruşub öldürülənlər şəhiddirlər və onların arasında o ikisini təvəlli edən (sevən, dost tutan) çox nəfər var idi.” [ən-Nuri, “Xatimətu Mustədrak əl-Vasəil”, 5/18; Muəssəsətu Al əl-Beyt, 1429]

Ey insaf sahibi şiə qardaşım! İnsaf gözü ilə bu yazılanlara nəzər saldığında, onların üzərində düşündüyündə anlayacaqsan ki, şiə məzhəbində öyrədilən imamlıq inancı Qurandan və peyğəmbərin – aleyhissalətu vassələm – təlimlərindən qaynaqlanmır. Bu inanc tarixin çaxnaşmalı dövrlərində tədricən formalaşmış bir inancdır və bu formalaşma prosesində Sahibut-Taq, Hişəm bin əl-Həkəm kimi aktiv şiələrin müstəsna rolu olub. Nə Quranda, nə də peyğəmbərin təlimlərində tövhid və nübuvvət ilə yanaşı hansısa imamət əsası yoxdur.

Samir Firdovsioğlu

11 Müharibə zamanı hansı kateqoriya insanları öldürmək olmaz?

İmam Malik və İmam Əbu Hənifə demişlər: 

"Korları, ağıldankəmləri, ahıl qocaları, məbəddəki insanları öldürmək olmaz. Var-dövlətlərindən onlara yaşamalarına bəs edəcək qədər saxlamaq lazımdır" (İbn Rüşd. Bidaya əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad: "Məktə ər-Riyad əl-hədisə" nəşriyyatı, I cild, səh. 310-311.)

İmam Övzai və İmam Sövri demişlər: "Təkcə qocaları öldürmək olmaz”. (Yenə orada)

İmam Şafei demişdir:

"Bütün bu insanlar öldürülməlidir”. (Yenə orada)

İbn Rüşd yazırdı:

"Onların (imamların) bu məsələdə fərqli düşünmələrinin sabəbi Kitab və səhih hədislərdəki ümumi məzmundur. (Məsə lən:) “Allahdan başqa ilah yoxdur” demədikcə insanlarla savaşmaq mənə əmr olunub” hədisi, "Haram aylar başa çatdıqdan sonra harada görsəniz müşriklərlə savaşın” ayəsi rahib və digər müşriklərin öldürülməsini zəruri edir...

Onların bütün fikir ayrılıqlarının kökündə qətli zəruri edən səbəb ətrafında fərqli düşünmələri dayanır. Bəziləri deyir ki, qətli zəruri edən səbəb küfrdür, deməli, hər bir müşrik öldürülməlidir. Digərləri isə iddia edir ki, döyüşməyi bacaranlar öldürülməlidir. Deməli, kafir olsalar da, qadınları öldürmək olmaz. Elə isə döyüşməyə gücü yetməyənlər, o cümlədən əkinçi və günəmuzdçularda olduğu kimi özlərini döyüşçü hesab etməyənləri öldürmək yolverilməzdir. Peyğəmbərin (aleyhisselam) dediyi kimi: "Uşaqları, günəmuzdlular və qadınları öldürmək olmaz". (Yenə orada)

Müasir müsəlman müəlliflərindən biri bu mövzunu müzakirəyə çıxarmışdır. Onun fikrincə, fəqihlər, bir tərəfdən, "dində məcburiyyət yoxdur” qaydasını  əsdiqləyir, digər tərəfdən, məsuliyyətə cəlb olunmada seçim azadlığını şərt kimi irəli sürürlər. Təbii ki, bu, açıq-aşkar ziddiyyətdir. (Əbdülmütəali əs-Səidi. İslamda din azadlığı. Qahirə: "Dar al-fikir əl-ərəbi" nəşriyyatı, (tarix göstərilməyib), səh. 46.)

Başqa müəllif isə bildirmişdir ki, bütün fiqhi hökmlərin müqayisəsi aparılarsa, fəqihlər arasında ciddi fikir ayrılıklarının mövcudluğu məlum olacaqdır. Bəzən bu fikir ayrılıqları o qədər ciddidir ki,bir fəqih müəyyən məsələyə görə bir şəxsin "ölümünə fitva çıxarır, digəri isə həmin vəziyyətdə qətlin qeyri-vacibliyini bildirir. Elə də olur ki, bir fəqih müttəhimə mülkiyyət hüququ tanıyır, digər isə tanımır və s. (Məhəmməd Fəthi Osman. Hicrətdən sonra İslam peyğəmbərinin qurduğu ideya dövləti: tarixdə ilk ideoloji dövlət təcrübəsi. Küveyt: "ad-Dar əl-küveytiyyə" nəşriyyatı, 1968, səh. 83.)

İlk dəfə bu məsələni bir problem kimi İbn al-Müqəffə qaldırmışdır. O, xəlifə Mənsura təklif etmişdi ki, *bütün fiqhi görüşlər lazımi dəlilləri ilə bir kitabda cəm olunsun və xəlifə həmin görüşləri təsdiqləsin. Bununla da bütün hökmlər dəqiq və oxşar olacaqdır. (Sübhi Məhmasani. Ərəb dövlətlərində qanunvericiliyin vəziyyəti: keçmişdə və indi. Beyrut: "Dar al-elm lil-məlayin” nəşriyyatı, 1965, səh. 158-159.)

Deyilənə görə, xəlifə Mənsur İmam Malikdən istəyir ki, fiqhi görüşlərini yazıb dövlətin qanunvericilik aktı halına salsın. İmam Malik fiqhə dair mühüm mənbə "Müvətta" kitabını yazmışdı. Amma buna rəğmən o, "Müvətta”nın islam dövlətində hamının icbari qəbul edəcəyi yeganə ana qanun kitabına çevrilməsini qəbul etmədi. (Məhəmməd Fathi Osman. Hicrətdən sonra İslam peyğəmbərinin qurduğu ideya dövləti: tarixdə ilk ideoloji dövlət təcrübəsi. Küveyt: "əd-Darəl-küveytiyyə" nəşriyyatı, 1968, səh. 83.)

Məlumdur ki, tarix boyu alimlər məhkəmə qazılarının işlərini görmüş, fitvalar vermişlər. Bəzən elə olurdu ki, Osmanlı sultanları qanunvericilik işini öz boyunlarına götürür, qanunlar çıxarır, dini əmrlər verirdilər. Bəzən də bunu siyasi və inzibati maraqları əsas tutan şəxslərə tapşırırdılar. (H.A.R. Gibb, Studies on the Civilization of Islam. Ed. By Stanford J. Shaw and William R. Polk (Boston: Beacon Press, 1962), PP. 7-14, 148-149; H.A.R. Gibb, "Religion and Politics in Christianity and Islam", J. Procter ed., Islam and International Relations, (New York: Frederick A. Praeger, 1965), pp. 10-12; Thomas Naff, "The Setting and Rationale of Ottoman Diplomacy in the Region of Selim III (1789. 1807), pp. 3-4.)

Fiqhin beynəlxalq münasibətlərlə məşğul olan hissəsi yalnız cihaddan, onunla əlaqəli anlayışlardan (cihad və "siyər") bəhs edirdi. Əslində bu məsələlər siyasi məzmun daşıyırdı. Bu məsələləri hakimiyyətdən, qanunverici aparatdan yavaş-yavaş uzaqlaşdırılan alimlərin görüşlərinin tətbiqi hesab etmək, demək olar ki, çətindir. (Thomas Naff, "The Setting and Rationale of Ottoman Diplomacy in the Region of Selim III (1789-1807), pp. 17.)

Deməliyik ki, fiqh bütöv bir sistem kimi Müsəlman mədəniyyətinin çiçəkləndiyi dövrdə ənənəvi islam fikrinin ayrılmaz hissəsi olmuşdur. Ali Xəlifəlik adı ilə məşhur olan bu mədəniyyət təxminən 1100-cü ilədək davam etmişdir. Bu müddət ərzində ənənəvi həyat tərzinin cizgiləri və əsas komponentləri bütün aydınlığı ilə özünü büruzə vermişdi. Belə bir həyat tərzinin təsiri ilə sağlam cəmiyyət yaranmış, üstün mədəniyyət formalaşmış, siyasi-iqtisadi, sosial, əxlaqi və hüquqi sahələrdə nailiyyətlər əldə olunmuşdu. Fiqh və "siyər” qərarnamələrin hazırlanmasında vasitələr hesab olunurdu. İndiki dövrdə isə fiqh və "siyər”i islam qanunvericiliyinin mənbələri hesab etmək lazımdır, qanunvericiliyin özü deyil!

Fiqhə məhz bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Bununla da müasir müsəlman zehniyyəti yeni tələblər və təhlükələr əsasında fiqhi çalışmaları yenidən nəzərdən keçirmək ehtiyacı hiss edəcəkdir. Təbii ki, söhbət şəriətin mahiyyəti ilə səsləşən tələblərdən gedir. Biz bunu "ictihad qapısı"nın yenidən açılması da adlandıra bilərik. Bu cür sağlam yanaşma yeni islam qanunvericiliyinin formalaşdırılmasında alimlərin qarşılaşdığı bəzi nəzəri çətinliklərin aradan qaldırılmasına da kömək edəcəkdir. Müsəlman fəqihlərinin görüşləri, bir gün də olsun, indiki məna ilə desək, qanun rolunu oynamamış, əksinə, qanunun mənbəyi kimi çıxış etmişdir. Fiqhin əhəmiyyəti həm də ona görə böyükdür ki, Quran və Pak Sünnə onun mənbələri kim çıxış edir. Bu iki mənbə müsəlman psixikasına təsir etmək baxımından müstəsna rola malikdir. Müsəlmanların vəziyyəti ilə əlaqəli görüşlərin müvafiqliyi bu mənbəyə (fiqhə) xüsusi çəki vermişdir.

Ali Xəlifəlik zamanı islam hökumətinin qanunvericilik, icra yə və məhkəmə funksionallığı yeknəsəq olmamışdır. Hökumət qurumları arasındakı əlaqə dövrdən dövrə, xanədandan xanadana, xəlifədən xəlifəyə dəyişmişdir. İndiki dövrdə isə islamın sosial-inzibati bazisindəki köklü dəyişikliklərin baş verməsi, ictimai quruluş və idarəetmədə sistematikliyə ehtiyacın yaranması nəticəsində müsəlman rejimlər ali islam prinsiplərinə, məqsəd və ideallara riayət etməyə, fəal surətdə siyasi bazalarını möhkəmləndirməyə, hökumətin funksiyalarını yenidən tənzimləməyə başlamışdır. Təbii ki, bu prosesin uğurla başa çatması üçün həmin islam prinsipləri və məqsədlərinin əks olunduğu təlim-tərbiyə və konstitusiya sistemlərində islahatlar aparılmalı, yeni tələblər və vəzifələr nəzərə alınmalıdır. Müsəlman alimləri və fəqihləri yeni layihə üçün öz ideyalarını irəli sürməli, onun hazırlanmasında fəal iştirak etməlidirlər. Amma bu görüşlər qanunlarla dolaşıq salınmazsa, islam cəmiyyətində müxtəlif sahələrin ziddiyyəti az hallarda baş verəcəkdir ki, bu da ənənəvi iqtidar mexanizminə öz vəzifəsini daha asan, daha çevik icra etmədə köməklik göstərəcəkdir.

Mənbə: Əbdülhəmid əbu Süleyman/ İslam görə beynəlxalq münasibətlərin nəzəri əsasları, 2014,

12 ƏHLİ-BEYTİ SEVMƏK.

    Toxunmaq istədiyim mövzu keçmiş siyasi intriqalar və bəzi bidətçi firqələrə müxalif olmaq kimi səbəblərin bir mənada "kölgədə" buraxdığı bir məsələdir. Bu Allah Rəsulunun – sallAllahu aleyhi və alə əlihi və səlləm - əhli beytini sevmək məsələsidir.

     Çox təəssüf ki, bir çox müsəlman nəinki əhli beyt sevgisinin vacibliyini bilmir, hətta əhli beyti tanımır belə.

    Yezidin fəziləti və salehliyi haqda dərslərin keçildiyi, Hz. Hüseynin xavaric olduğunun insanlara öyrədildiyi bir toplum üçün, belə neqativ hallar "normaldır". Allah Rəsulu xavaricləri Cəhənnəmin köpəkləri adlandırdığı halda, Hz. Hüseynin də xavaric olduğunu "öyrənən" avam onu necə sevə bilər? Yaxud da Əhli Beyti sevmək, dinin vaciblərini tərk edərək zəncir vurmaq, öz qanını axıtmaqdan ibarət bir mərasim olaraq təqdim edilirkən ağıllı insanların bu "sevgi izharına" münasibəti nə ola bilər?

   Ümumiyyətlə Əhli Beytə edilmiş zülmlər, tarixdən azacıq xəbəri olan kimsəyə məlumdur.

   Özünü "sevib", Əhli Beytini öldürdükləri, zəncirlərə vurub əsir aldıqları, aşağladıqları, sürgün etdikləri bir Peyğəmbər inancının, Yəhudilərin Peyğəmbərlərə inancından nə fərqi var?

Mövzunu "kölgədən" çıxarmaq və müsəlmanlara Əhli Beyt sevgisinin vacibliyini izah edərək, qəlblərinə bu toxumları əkmək üçün bu barədə Quranda, Sünnətdə zikr edilənləri, alimlərin sözlərini qısa bir şəkildə qeyd etməyə qərar verdim. Tövfiq Allahdandır.

***

Maliki alimlərindən olan Qadi İyad (476-544 h/ 1083-1149 m) rahiməhullah özünün "Əş Şifa bi Tərifi Huquqil Mustafa" adlı məşhur kitabında deyir:

فصلومِنتوْقيرهصلىاللهعليهوسلموبرِّهبرُّآلهوذريتِهوأمّهاتِالمؤمنينأزواجِهكماحضّعليهصلىاللهعليهوسلموسلَكهالسلفالصالحرضِياللهعنهم, قالاللهتعالى{ إِنَّمَايُرِيدُاللَّهُلِيُذْهِبَعَنْكُمُالرِّجْسَأَهْلَالْبَيْتِ} الآية, وقالتعالى{ وَأزْوَاجُهأمَّهَاتُهُمْ} الآية

أخبرَناالشّيخأبومحمّدبنأحمدَالعدلمِنكِتابهوكتبْتُمِنأصْلِهحدَّثَناأبوالحسنالمُقريالفَرغانيحدّثَتْنيأمّالقاسِمبنْتالشيخأبيبكرٍالخفّافقالتحدثَنِيأبيحدثناحاتمهوابنعقيلحدّثنايحيىهوَابنإسماعيلحدثَنايحيىهوالحِمّانيحدثناوكيععنأبيهعنسعيدبنمسروقعنيزيدبنحيّانعنزيدبنأرْقمَرضِياللهعنهقال: قالرسولُاللهصلىاللهعليهوآلهوسلّم« أُنشِدُكماللهَأهلَبَيْتي- ثلاثا- قلنالزيدٍ: مَنأهلُبيتِه؟قال: آلُعليّوآلجعفَروآلعقيلٍوآلالعَبّاس» , وقالصلىاللهعليْهوآلهوسلّم« إنّيتارِكٌفيكُمماإنْأخَذْتُمبهلمتضِلّوا: كتابَاللهوعِتْرتيأهلَبيتِي،فانظُرواكيْفَتخْلُفونيفيهِما» , وقالصلىاللهعليهوآلهوسلم: « معرِفةآلمحمَّدصلىاللهعليهوآلهوسلمبرَاءةمِّنالنّارِ, وحُبّآلمحمَّدٍجَوازعلىالصِّراطوالوِلايةلآلمحمّدأمانٌمِنالعَذاب» , قالبعضُالعُلماء: معرفتُهمهيمعرِفةمَكانِهممِنالنّبِيّصَلّىاللهعليْهوآلهوسلّموإذاعرَفهمبذلكعرَفوُجوبَحقِّهموحُرمَتْهمبِسَبَبه

وعنعُمربنأبيسَلَمةلَمّانزلَتْ{ إِنَّمَايُرِيدُاللَّهُلِيُذْهِبَعَنْكُمُالرِّجْسَأَهْلَالْبَيْتِ} الآية- وذلكفيبيْتِأمِّسَلمة- دعافاطمةَوحَسَناًوحُسيْناًفجلّلَهمبكِساءوعَلِيّخلْفَظهرِهفجللهبِكِسائِهثمّقال: « اللّهمهؤلاءأهلُبيْتيفأذهِبعنهمالرِّجسَوطهِّرهمتَطْهيرا» , وعنسَعْدبنأبيوَقّاصلَمّانزلَتْآيةالمُباهَلَةدَعاالنّبِيّصلىاللهعليهوسلّمعَلِيّاوحسَناوحُسَيناًوفاطِمَةَوقال« اللّهمهؤلاءأهلي» , وقالالنبيصلىاللهعليهوآلهوسلمفيعلِيّ« مَنكنتُمولاهفعَلِيّموْلاه،اللّهُمّوالِمَنوالاهُوعادِمَنعاداه» , وقالفيه« لايحِبُّكإلامؤمِنولايبغُضُكإلامُنافق» , وقالللعَبّاس« والذينفسيبيدِهلايدخُلقلبَرجلٍالإيمانحتّىيُحِبَّكلِلّهورسولِهومَنآذىعَمّيفقدآذاني،وإنّماعَمّالرجُلِصِنْوُأبيه», وقالللعباس« اغْدُعلَيّياعمّمعولدِك, فجمَعهموجلَّلهمبمُلاءتهوقال: هذاعمّيوصِنْوُأبيوهؤلاءأهلُبيتيفاستُرهممِنالناركستريإياهم» فأمَّنتأُسكُفةالبابوحوائطالبيتآمينآمين

وكانيأخذبيَدِأسامةَبنزيدوالحسنويقول: « اللهمإنيأُحِبُّهمافأحِبَّهما» , وقالأبوبكررضِياللهعنه: ارقُبوامحمدافيأهلبيته, وقالأيضا: والّذينفسيبيدِهلقَرابةرسولِاللهصلىاللهعليهوآلهوسلمأحبُّإليَّأنأصِلَمِنقرابتي

وقالصلىاللهعليهوآلهوسلم: « أحبَّاللهُمَنأحبّحسنا» , وقال: « مَنأحبّنِيوأحبّهذَين- وأشارإلىحسنوحسين- وأباهماوأمَّهماكانمعيفيدرَجَتييومَالقِيامة

"Peyğəmbərin – sallAllahu aleyhi və əlihi və səlləm – təşviq etdiyi və saleh sələfin – Allah onlardan razı olsun - etdiyi kimi ona – sallAllahu aleyhi və əlihi və səlləm -, Əhli Beytinə, zürriyyətinə və möminlərin anaları olan zövcələrinə yaxşılıq etməyin, onu – sallAllahu aleyhi və əlihi və səlləm – ucaltmaq olması haqqındakı fəsl.

Allah Təala (təqribi məna olaraq) buyurur: "Ey Əhli Beyt! Allah sizdən sadəcə pislikləri aparmaq istər" (Əl Əhzab: 33/33)

Allah Təala yenə (təqribi məna olaraq) buyurur: "Zövcələri onların (möminlərin) analarıdır" (Əl Əhzab: 33/6)

... Zeyd bin Ərqamdan – radiyallahu anhu – belə dediyini rəvayət edir: Allah rəsulu – sallAllahu aleyhi və əlihi və səlləm – üç dəfə belə dedi: "Əhli Beytim haqda sizi Allaha and verirəm"

(Yezid bin Hibban deyir:) Zeydə belə dedik: "Onun – sallAllahu aleyhi və əlihi və səlləm – Əhli Beyti kimdir?"

Dedi: "Əli ailəsi, Cəfər ailəsi, Aqil və Abbas ailəsi."

Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – belə buyurur: "Mən sizin aranızda ondan tutunduğunuz zaman azmayacağınız şey tərk edirəm. Allahın kitabı və itrətim olan Əhli Beytim. Məndən sonra bu ikisinə necə davranacaığınıza baxın."

Yenə Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – buyurur: "Muhəmmədin – sallAllahu aleyhi və əlihi və səlləm – Əhli Beytini tanımaq oddan uzaqlaşmaq, Muhəmmədin – sallAllahu aleyhi və əlihi və səlləm – Əhli Beytini sevmək siratdan (rahat) keçmək, Muhəmmədin – sallAllahu aleyhi və əlihi və səlləm – Əhli Beytinə dostluq nümayiş etdirmək əzabdan əminamanlıqdır."

Bəzi alimlər demişlər: "Onları (Əhli Beyti) tanımaq, Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – yanında onların mövqelərini/dəyərlərini bilməkdir. Əgər onlar haqqında bunu bilərsə, onun – sallAllahu aleyhi və əlihi və səlləm – səbəbiylə onların haqqının (üzərinə) vacib olduğunu və hörmətlərini də anlar."

Ömər bin Sələmədən gəlir ki (təqribi məna olaraq) "Ey Əhli Beyt! Allah sizdən sadəcə pislikləri aparmaq istər" (Əl Əhzab: 33/33) ayəsi endikdə - ki bu hadisə Ummu Sələmənin evində olmuşdur – Peyğəmbər – sallAllahu aleyhi və əlihi və əlihi və səlləm – Fatiməni, Həsəni və Hüseyni – radiyallahu anhum va ardahum - çağıraraq onları bir paltarla örtdü, Əli də – radiyallahu anhu və kərramə vəchəh – arxasında idi, onu da paltarıyla örtdü. Sonra isə belə dedi: "Allahım onlar Əhli Beytimdir, onlardan pislikləri apar və onları tər təmiz təmizlə" .

Sad bin Əbi Vaqqasdan gəlir ki "Mübahələ/Lənətləşmə" ayəsi endikdə Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – Əlini, Həsəni, Hüseyni və Fatiməni – radiyAllahu anhum və ardahum – çağıraraq belə buyurdu: "Allahım bunlar mənim Əhli Beytimdir".

Həmçinin Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – Əli – radiyAllahu anhu – haqda belə buyurmuşdur: "Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Allahım onla dostluq edənə dost ol, onla düşmənçilik edənə qarşı düşmənçilik et."

Yenə onun haqda buyurmuşdur: "Səni mömindən başqası sevməz, sənə münafiqdən başqası da buğz etməz."

Abbasa isə belə demişdir: "Nəfsim əlində olana and olsun ki, bir şəxsin qəlbinə səni Allah və rəsulu üçün sevməyənə qədər iman daxil olmaz. Kim əmimi incidərsə məni incitmişdir. Bir kəsin əmisi, onun atası kimidir".

Həmçinin Abbasa demişdir: "Ey əmi! Tezdən öz övladınla yanıma gəl" və onları toplayaraq öz paltarıyla örtüb belə dedi: "Bu əmimdir, atam kimidir. Onlar isə Əhli Beytimdir. (Allahım) mənim onları örtdüyüm kimi Sən də onları oddan qoru". Qapının kandarı və evin divarları "amin, amin" dedilər.

Usamə bin Zeydin və Həsənin – radiyAllahu anhum - əlindən tutaraq belə deyərdi: "Allahım mən onları sevirəm, sən də onları sev".

Əbu Bəkr – radiyAllahu anhu və ərdah - demişdir: "Muhəmmədi (rizasını, sevgisini) onun Əhli Beytində axtarın"

Həmçinin demişdir: "Nəfsim əlində olana and olsun ki, Allah rəsulunun – sallAllahu aleyhi və əlihi və səlləm – yaxınları ilə sıx əlaqədə olmam, mənə öz yaxınlarımla sıx əlaqədə olmaqdan daha sevimlidir."

Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – demişdir: "Həsəni sevəni Allah sevsin"

Yenə Həsən və Hüseynə - radiyAllahu anhumə - əliylə işarə edərək belə demişdir: "Məni, bu ikisini, atalarını və analarını sevən Qiyamət günü mənlə bir dərəcədə olacaq."

 

Qaynaq: Qadi İyad: Əş Şifa bi Tərifi Hüquqil Mustafa: 2/604-608

Beyrut: Darul Kutubil Arabi: 1404/1984

***

Hicri ikinci əsrin mücəddidi olan Əhli Sünnətin imamı Muhəmməd bin İdris Əş Şafi (150–204 h/767–820 m) - radiyAllahu anhu - öz şerlərinin birində deyir:

 

ياآلَبيتِرسولِاللهِحُبُّكُمُ..... فَرضٌمِناللهِفيالقُرآنأنزَلَه

يكفيكمُمِنعظيمِالفَخْرِأنّكُمُ..... مَنلَميُصلِّعليْكُملاصَلاةَله

 

Ey Allah Rəsulunun Əhli Beyti sizi sevmək

Allahın Quranda endirdiyi bir fərzdir

 

Sizin üçün əzəmətli bir fəxr olaraq (namaz vaxtı)

Sizə salavat gətirmiyənin namazının səhih olmadığı yetərlidir

 

Qaynaq: İmam Şafi: Divanul İməmiş Şafi: 121

Qahirə: Məktəbə İbn Sina

***

Hənəfi alimlərindən Əbul Məali Əl Alusi (1273-1342 h/1857-1924 m) Rafizilərə yazdığı rəddiyəsində deyir:

إنأهلَالسنةبأجمعهميرْوُونفىكتُبِهمفضائلَأهلالبيتومآثرِهم،كيفلا؟وهميرَونفرضيةَحبِأهلالبيت! ويرْوونفىذلكعدةَأحاديث

"Əhli Sünnətin tamamı, öz kitablarında Əhli Beytin fəzilətləri və öygüləri haqda rəvayətlər etmişlər. Necə etməsinlər ki, onlar (Əhli Sünnət) Əhli Beyt sevgisini fərz sayırlar! Onlar bu barədə bir çox hədislər rəvayət etmişlər..."

 

Qaynaq: Əbul Məali Əl Alusi: Sabbul Azab alə Mən Səbbəl Əshab: 275

Ədvaus Sələf: 1417/1997

***

Uzun sözün qısası Əhli Sünnəyə görə Əhli-Beyti sevmək fərzdir.