Mövzusunda ən çox maraqlanılan

1 Qüslsüz oruc tutmaq olarmı?

Sələmun aleykum.

Bəli olar.

Cünub olaraq oruca başlamaq və ya oruc tutmaq caizdir və orucu pozmaz. Ancaq bir vaxt namazı qəzaya buraxacaq qədər cünub olaraq qalmaq caiz olmadığından, qüsl dəstəmazı almaq lazımdır.

Qüsl dəstəmazı alarkən ağız da yuyulur. Suyu boğazdan aşağı axıtmayacaq yəni udmayacaq şəkildə ağız yuyulmalıdır. Qarqara etmək şərt deyildir.

Oruclu ikən yuxuda ihtilam olmaq orucu pozmadığı kimi, qüsl almağı gecikdirərək qüslsuz olaraq qalxmaq də oruca bir zərər verməz. Ancaq, zəruri bir hal olmadıqca, dərhal qüsl alınmalıdır.

Qüslsuz olan kimsənin əlini, ağzını yumadan yeyib içməsi uyğun hesab edilməmişdir. Ancaq əlini, ağzını yuduqdan sonra, qüsl almadan sahur yeməyi yeməsində bir problem yoxdur.

Şafii məzhəbinə görə cünub olaraq oruc tutmaq caizdirmi?

Şafii məzhəbinə görə orucun başlanğıcında təmiz olmaq üçün, fəcirdən öncə cənabətdən yuyunmaq, ədəbdəndir.

Cünub olduğu halda fəcirdən sonra yuyunmaq, orucun səhhətinə əngəl deyildir. Ancaq əfdal olan, fəcirdən öncə yuyunmaqdır. Bunun dəlili, bu hədisdir:

"Hz. Peyğəmbər (s.ə.s.), cimadan dolayı bəzən sabahladıqdan sonra yuyunub orucuna davam edərdi." (Buxari / 1825, 1830)

Aybaşı (heyz) və nifasdan qurtulan qadının da fəcirdən öncə yuyunması müstəhəbdir. (Böyük Şafii Fiqhi, Dr. Mustafa əl-Hin, Dr. Mustafa əl-Buğa, Ali əş-Şerbeci, Tərcüməçi: Ali Arslan)

 

Cünub olaraq bir namaz vaxtından çox gözləmək haramdır. Ancaq iftara qədər cünub olaraq gözləmək orucu pozmasa da savabını azaldar.

Qüslsüz Olaraq Sabahlamaq:

Fəcr doğmadan öncə hər hansı bir səbəblə cünub olmaq və bu vəziyyətdə sabahlamaqda -oruçtan yana- bir problem yoxdur. Ancaq günəş doğmadan yuyunub sübh namazına çatması lazımdır. Çünki bir namaz vaxtından çox cünub qalmaq caiz deyildir.

Gündüz vaxtı Yatarkən İhtilam olmaq:

Gündüz vaxtı yatarkən ihtilâm olmaq oruca zərər verməz. Çünki bu əldə olmayaraq ortaya çıxan bir vəziyyətdir. Namaz vaxtını keçirmədən yuyunmaq lazımdır. (Əl-Mühit - Bahrirâik - İbn Nüceym - İbn Âbidin.)

 (bax. Cəlal YILDIRIM, Qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitabevi: II / 214-215)

Bir ibadət açıqlanarkən, onun ən mükəmməli izah edilər. Ancaq başqa bir ibadətlə əlaqəsi olduqda ona görə hərəkət etmək lazımdır. Oruclu kimsənin qüsl və dəstəmaz alması da bunlardan biridir.

Yuyunmaq, duş almaq, üzmək orucu pozmaz. Ancaq ağıza nəzarətsiz su qaçırmamaq və udmamaq şərtiylə. Rəvayətlərə görə Peyğəmbər Əfəndimiz (s.ə.s.) orucluykən qüsl almış, yuyunmuşdur.

 

Ağız çalxalamaq, orucu pozmaz. Ağıza alınan su udulsa oruc pozular. Oruclunun ağız və burun təmizliyi edərkən diqqət edəcəyi xüsus, içəriyə su qaçırmamasıdır. İçəriyə su qaçmayacaq şəkildə ağzına və burnuna su çəkməlidir. Xəta ilə boğaza su qaçarsa oruc pozular və qəza lazımdır, kəffarə lazım deyil.

Orucluq haqqında ən çox soruşulan suallara cavablar.

2 Oruc üçün sahur və iftar vaxtları nə zamandır?

Sələmun aleykum.

Qeyd edək ki, sahur sübh namazı girənə qədər edilməli, iftar isə axşam namazı girəndən sonra açılmalıdır. Sahur və iftar vaxtlarını burdan  öyrənə bilərsiniz. Həmçinin bizim sitəmizdə də var. Sabahkı sahur və iftar vaxtları: 04:06 - 21:12 (Bakı üçün)

Qəza oruclarının tutulması üçün çox gözəl, doğru bir zamanı seçmisizn.Çünki Allah Rəsulu sallallahu aleyhi və səlləm Ramazandan sonra ən çox Şaban ayında oruc tutmuşdur.Bu ayda oruc tutmaq çox fəzilətli bir ibadətdir

Əfəndimiz Sallallahu aleyhi və səlləm cavab vermişlər:

Bu ay, Rəcəb ayı ilə Ramazan ayı arasındakı Şaban ayıdır. İnsanlarınəhəmiyyətini anlaya bilmədiyi bir aydır. Hansı ki, o ayda əməllər (ibadətlər) âləmlərin Rəbbinə, kâinatın Yaradıcısına qaldırılır, ərz olunur. Mən istəyirəm ki, mənim əməlim, ibadətim mən oruclu ikən Allah Təala`ya ərz olunsun.” [Əhməd b.Hanbel, V / 201; Nəsaî, Sıyam, 70.]

İbadət niyyət ilə olacağı üçün, oruc ibadətində də niyyət şərtdir. Niyyət, əsl insanın ürəyindədir. Yəni gecədən sabah oruc tutacağını bilmək və içindən keçirmək niyyət sayılır. Dil ilə söyləmək isə, şərt olmamaqla yanaşı sünnədir. Oruc tutmaq fikri ilə Gecə sahur yeməyinə duran bir şəxsin həmin düşüncəsi da niyyət yerinə keçər.

Bir qəza orucuna günəşin doğuşundan sonra niyyət edilsə, o oruc qəza yerinə keçməz, nâfilə oruc tutulmuş olur. Qəza oruclarına mütləq imsak vaxtından əvvəl niyyət edilməsi şərtdir.

 Həmçinin, vaxtı müəyyənləşdirilməmış əhd(nəzir) orucuna, nâfilə olaraq başlanıb pozulmuş orucların qəzasına və kəffarə oruclarına niyyət isə, axşamdan etibarən imsak vaxtına qədər edilər. Bu vaxtdan sonra edilən niyyətlə bu oruclar səhih olmaz. 

Oruca niyyət etmə şəkli, niyyətin hökmü və niyyətin vaxtı nə zamandır? Imsakdan sonra oruca niyyət edilərmi? Fərz və ya nafilə oruca görə niyyətin vaxtı dəyişərmi?

Oruc haqda bəzi məlumatlar.

ORUCUN ƏSL MƏNASI VƏ RUHU

ORUC

Oruc insanı mələkləşdirər.

Oruc : Savabı Sonsuz, Oxşarı Olmayan Bir İbadət və Qazanclı Bir Ticarət.


3 İmsaq vaxtı çıxdığı halda yemək yeyilərsə oruc pozulurmu, qəza tutulmalımı?

Va aleykumussalam və rahmətullah.

Önəmli olan azan deyil saatdır. İmsak saatı girmişsə azan oxunsun oxunmasın yemək yeyilə bilməz, su içilə bilməz. Bu vəziyyətdə ölçü azan deyil imsaq saatıdır.

Oruc, dan yerinin ağarmağa başladığı imsaq vaxtının girməsi ilə başlayar. Bu vaxtdan sonra yemək yeyilməz, hər hansı bir şey içilməz və orucu pozan şeylər edilməz. Bu səbəblə oruc tutacaq olan kimsə, imsaq vaxtından öncə yeməyini yeməlidir. İmsaqdan öncəki bu yeməyə «sahur» deyilir.

İmsak vaxtı girincə oruc başladığı üçün, bir gün qəza orucu tutmağınız lazımdır.

Oruc səhər namazı vaxtı ilə başlayar. Bu baxımdan azan istər gec oxunsun istər erkən oxunsun bu dəyişməz.

Hənəfi məzhəbində sübh namazını bir az gec qılmaq fəzilətli olduğundan ramazan ayı xaricində azanı imsak vaxtından sonra oxuyub namaza başlamaqdadırlar.

Ancaq Ramazan ayında imsaqın girdiyini xəbər vermək üçün erkən oxunmaqdadır. Əzan imsaq vaxtının girməsiylə okunmuşsa oxunar oxunmaz yemək və içməyi buraxmaq lazımdır. Əks halda oruc pozular.Ən doğrusu azandan əvvəl yeyib içməyi saxlamaqdır.

İmsaq vaxtı girdiyi halda azan oxunarkən yeyib içə bilərəm zənniylə azan oxunarkən yeyib içən, bir gün qəza orucu tutmalıdır.

Təqvimlərdə göstərilən "imsaq", oruca başlama vaxtı olan fəcr-i sadiqin başlama vaxtını ifadə edir. İmsak vaxtı eyni zamanda gecənin sona çatdığı, şam namazı vaxtının çıxıb sabah namazı vaxtının girdi vaxtdır. Ramazan ayında da sübh azanı imsaq vaxtının başlaması ilə oxunmaqdadır. Bu səbəblə azanın başlaması ilə yeyib içməyi tərk etmək lazımdır.

İmsak vaxtı girdikdən sonra ağızda qalan qırıntılar noxud dənəsindən kiçik isə bu halda oruc pozulmaz; noxud dənəsindən böyük olduğu təqdirdə oruc pozular və qəzası lazımdır. Dişlərin arasında qalan susam və ya buğda dənəsi kimi çox az bir şey udmaq orucu pozmaz. Lakin belə bir şey çöldən alınıb udulacağı təqdirdə isə oruc pozular. (Ömər Nəsuhi Bilmən, Böyük İslam Elmihalı, s. 302)

Sahurda Əzan oxunarkən Yemek Yeyilə bilərmi?

Bilərək və ya bilməyərək azan boyunca yemək yeməyə davam edən birisinin orucu təhlükəyə düşər.

Yəni bu adam oruca niyətlənməmiş kimi olar. Yəni qəlbi niyətlənsə belə, zahiri davranışı, halı ilə  orucunu açmış olar. Yəni yeməyə və ya içməyə davam etməklə niyyətinin gerçəkləşməsini əngəlləmiş olar.

Hal-hazırda ibadət vaxtlarının giriş və çıxışını qüsursuz və şübhəyə yer buraxmayacaq dərəcədə bildirəcək imkanlar vardır

Əzan isə namaza bağlı olaraq oxunan bir tövhid elanıdır. İmsaq vaxtının girişindən çox, namaz vaxtının girdiyini və namazın qılınacağını bildirir. Müəzzin azanı sübh namazı vaxtı girdiyi zaman oxuyar. Daha əvvəl oxumaz. Bu azan, az sonra, camaat toplanınca sübh namazının qılınacağını elan edər. Sahur vaxtı isə şam namazının hüdudları içində qalmaqdadır. Sabah namazının vaxtı girdiyində şam namazının vaxtı çıxmış olduğu kimi, sahur vaxtı də bitmiş olmaqdadır. Bu səbəbdən sübh namazının vaxtı girdiyində əgər şam namazı qılınmamışsa artıq qəzası qılınacaqdır; əgər oruc üçün sahur edilməmişsə, artıq olunmayacaqdır.

2-ci Sual.Bu il Qədr gecəsi 13 iyulun gecəsidir. Yəni Ramazan ayının 27-ci günü.

Qədr Gecəsi

Qədr Gecəsinin vaxtının ramazan içində dəyişməsi və bunun gizli olma hikmətləri nələrdir?

Qədr Gecəsini Kimlər Bilir?

Qədr gecəsində necə ibadət edilməli; bu gecə necə dəyərləndirilməlidir? ..


4 Rəcəb ayında yalnız 1 və 4-cü günlər oruc tutmaq lazımdır? Başqa günlər tutmaq olmaz?

Və aleykum Salam və rahmətullah.

    Rəcəb ayının gün içindəki ən savablı ibadəti, orucdur. Bu oruc nafilə orucdur. Yəni tutulsa savabı vardır. Tutulmazsa bir qorxusu və günahı yoxdur. Sadəcə Allah təalanın verdiyi bu böyük fürsətdən məhrum olarıq. İşin əslinə baxılsa, hədislərdə Peyğəmbərimizin Ramazan ayı xaricindəki orucları nəql edilərkən, onun Hicri ayların 13, 14 və 15`ində oruc tutduğu göstərilər. Bu günlərə də "ağ günlər" mənasında "eyyam-ı bıyd" deyilir.

     Yəni ayın ən parlaq olduğu bütöv ay günləridir. Hətta belə ki, Peyğəmbərimizin bu orucları heç tərk etmədiyi, hər ay tutduğu nəql olunar. Çünki bu günlərdə insan bədənində bəzi psixoloji dəyişmələr olduğu üçün, bu günlərin orucla keçirilməsi tövsiyə edilmişdir. Peyğəmbərimizin hər həftə nafilə olaraq tutduğu bir başqa oruc da Bazar ertəsi və Cümə axşamı günləri oruclarıdır.

    Hz. Âişə Radiyallâhu Anhâ nəql edir: 

“Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm  Bazar ertəsi və Cümə axşamı günlərində orucla savab axtarardı." (Tirmizî, Savm: 44; Nəsai, Savm: 70; İbni Mâcə, Sıyam: 42)

   Hz. Əbu Hüreyrə Radiyallâhu Anh nəql edir: 

Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm buyurdular ki: "Əməllər Allah Təâlâya bazar ertəsi və cümə axşamı günləri ərz edilər. Mən də əməlimin oruclu ikən ərz edilməsini istəyirəm." (Tirmizî, Savm: 44)  

    Rəcəb ayı həmişə xalq arasında üç ayların ilk ayı olaraq bilinər və oruc ayları olaraq tanınar, digər aylara nəzərən bu aylarda daha çox oruc tutular. Onsuz da üçüncü ay olan Ramazanda oruc tutmaq fərzdir. Bir yerdə Rəcəb və Şaban ayında tutulan oruclar Ramazana bir hazırlıq və alışma dövrüdür. Bəzi kitablarda Rəcəb ayı orucu ilə əlaqədar müxtəlif hədislər rəvayət edilər. Lakin hədis alimləri bu hədislərin rəvayət zənciri və gəlişi haqqında sağlam məlumat olmadığını söyləyərək diqqətli olunmasını tövsiyə edərlər.
   Ancaq səhih hədis qaynaqlarında Rəcəb ayı orucu haqqında bu iki hədis qeyd edilər. Abdullah ibn Abbas, Peyğəmbərimizin Rəcəb ayı orucunu nəql edərkən bu rəvayəti zikr edər:

 Abbâd ibni Hanif nəql edir:
Sa’id ibni Cübeyr Rahiməhullah`a, Rəcəp ayındakı orucdan sordum. Mənə bu cevabı verdi:
İbni Abbas Radıyallahu Anhümâyı dinlədim, belə demişdi:

“Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm Rəcəp ayında, bəzi illərdə elə oruc tutardı ki biz, ‘(Deyəsən) heç yeməyəcək (ayın hər günündə tutacaq)’ deyərdik. (Bəzi illərdə də elə) yeyərdi ki biz, ‘(Deyəsən) heç tutmayacaq’ deyərdik.” (Buxari, Savm: 53; Müslim, Siyâm: 179; Əbû Dâvud, Savm 55)

    Bu hədisdə həm bir təşviq var; Rəcəb ayında oruc tutmanın əhəmiyyəti dilə gətirilir. O biri yandan da bu ayda Ramazan ayı kimi dayanmadan, heç ara vermədən oruc tutulmaması tövsiyə edilir. Peyğəmbərimiz hər iki şəkli də tətbiq etmişdir ki, Müsəlmanlar iki seçim arasında sərbəst buraxılmış. İstəyən ara-ara tutar, istəyən daha sıx oruc tutar.

    Mucəsətü’l-Bahilî Radiyallâhu Anh rəvayət edir.

Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm belə buyurdu:
“Haram aylarından bəzisini tut, bəzisini  burax, haram aylarda tut və burax, haram aylarda tut və burax.”
Bâhilî deyir ki:
“Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm ‘Tut’ dedikçə, üç barmağını yumdu, ‘Burax’ deyincə də üç barmağını buraxdı.” (Əbû Davud, Savm: 54)

   Beləcə Pəyğəmbərimizin o adama, “Üç gün tut, üç gün ara ver” dediyi anlaşılır.
   Haram ayları, Zilqadə, Zilhiccə, Məhərrəm və Rəcəp aylarıdır.    

    Rəcəp ayında davamlı olaraq bir ay boyu oruc tutmaq uyğun görülmür. Bunun səbəbi, Rəcəp ayının Ramazan ayına bənzəməsindən qaçınılmasıdır.

    Muâzetu’l-Adəviyyə nəql edir: 

Hz. Âişə Radiyallâhu Anhâdan soruşdum: 

“Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm hər ay üç gün oruç tutarmıydı?”

“Bəli!” deyə cavab verdi.

Mən təkrar, “Ayın hansı günlərində oruc tutardı?” dedim.

“Hansı gündə oruc tutduğuna əhəmmiyət verməzdi” deyə cavab verdi.  (Müslim, Sıyâm: 194; Əbu Dâvud, Savm: 70; Tirmizî, Savm: 54)

Əbu Zər Radiyallâhu Anh nəql edir: 

Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm buyurdular ki: 

“Kim hər ayda üç gün oruç tutarsa, işte bu, ıl orucu olar. Allah Təâlâ bu xüsusu təyit etmək üçün Kitabında bu âyəti endirdi: 

“Kim bir xeyr işləyərsə o ondan on misliylə qəbul edilər.’ (Ən’am 160) Bir gün on misliylə qəbul edilir.”  (Tirmizî, Savm: 54; Nəsâi, Savm: 82)

5 Oruclu halda udqunmaq, yəni ağız suyunu udmaq olarmı?

Və aleykumussalam və rahmətullah.

Bəli olar. Hətta dəstəmaz aldıqdan sonra ağızdakı yaşlığı da tutmaq oruca zərər verməz.

Orucu əsasən kənardan vücuda daxil olanlar pozar. Ağız suyu orqanizmin özündəndir. 

Orucluq haqqında ən çox soruşulan suallara cavablar.

Orucu pozmayan şeylər nələrdir?

6 Oruclu olduğu halda masturbasiya edən birinə qəza yoxsa kəffarə düşür?

     Va aleykumussalam.

     Oruclu olduğunu həqiqətən də unudaraq belə bir şey etmək orucu pozmaz. Fəqət, oruclu olduğunu xatırlayan kimi bu işdən çəkilməlidir. Çəkilməsə orucu pozular.

     Fəqət, oruclu olduğu halda mastürbasiya edən kimsənin orucu pozular. Bunun üçün tövbə edib bir gün qəza orucu tutması lazımdır; kəffarə orucu tutmaq lazım deyil.

     Masturbasiyanın orucu pozduğu, lakin yalnız qəza lazım olduğu, Hindiyyə, Bahr və Dürr-ül-Muxtar və digər fiqh kitablarında yazılmışdır.

      Fərz olduğu halda Ramazanda qəsdən oruc tutmamaq və ya başlanan orucu pozmaq, haram olub böyük günahdır. Mastürbasiya etmək, orucu pozsa da kəffarə tələb etməz. Belə bir əməldən dolayı tövbə edilməsi və pozulan orucun gününə gün qəza edilməsi lazımdır.

      Burası da var ki, kəffarə gərəkməməsi, günahın kiçikliyini göstərməz.

7 Bayram namazı tək başına qılına bilərmi. Camaatla qılmaq şərtmidir?.

   Bayram namazının şərti camaatla qılmaqdır. Bu baxımdan tək başına qılınmaz. 

   Hənəfilərə görə bayram namazlarının keçərli olması üçün lazım olan şərtlər xütbə xaric cümə namazının şərtləri ilə eynidir. Sadəcə xütbə cümə namazında keçərlilik şərti olduğu halda bayram namazında sünnədir. Həmçinin xütbə cümə namazında namazdan əvvəl, bayramda isə namazdan sonra oxunur. Bundan əlavə cümə namazının hökmü fərzi-ayn olduğu halda, bayram namazının hökmü vacibdir.

   Hənbəli məzhəbindəki əsas görüşə görə bayram namazı fərzi-kifayə, Şafii və Malikilərə görə isə müəkkəd sünnədir. [İbnul-Hümam, e.a.ə., I, 422: İbni Abidin, e.a.ə., I, 774: Zeyiai, Təbyinul-Həqaiq, I, 233, vd, Şürünbüləli, e.a.ə., s. 89: İbnu Qudamə, e.a.ə., II, 367, Razi, e.a.ə., 1,118: Züheyii, e.a.ə., II, 363.]

   Şafilərə görə bayram namazının camaatla qılınması daha fəzilətlidir. Lakin təkbaşına xütbəsiz olaraq da qılına bilər. Buna görə yolçu və qadınlar da bu namazı təkbaşına qıla bilərlər.

Bayram və Bayram Namazları

8 Ramazan nə zaman başlayır ?

Salam aleykum.

Miladi təqvimdə gün 24:00-dan başlayar.İslamiyyətdə isə gün axşam namazından başlayar.Yəni axşam namazının girməsilyə gün də dəyişir. Bir tam gün, gecə və gündüzüylə birgə gündür. Hər gecə o gecəni izləyən gündüzə aiddir. Bu səbəblə tam gün, axşamdan başlayıb onu təqib edən gündüzün axşamına qədər davam edər.

Məsələn "cümə gecəsi" cümə axşamını cümə gününə bağlayan gecədir. Eyni şəkildə Ərəfə gecəsi də səhəri Ərəfə olan gecədir. Səhəri Bayram olan gecə də Bayram gecəsidir. Bu ölçüyə görə digər mübarək gecələr müəyyən edilir.

Deməli 27 iyun (29 şaban) günü axşam namazından sonra inşəAllah Ramazan ayı girəcək. Deməli Ramazanın ilk günü iyun ayının 28-di. Niyyət isə 27 iyunun axşamı edilməlidir. 

2014-ci ilin DİNİ GÜNLER SİYAHISI

9 Qastrit xəstələri oruc tutmaya bilərmi? Buna görə cəza nədir və günahdırmı?

Və aleykum Salam.

Buna qərar verəcək olan mütəxəssis və dini həssaslığı olan bir həkimdir. Əgər bu xəstənin oruc tutmasının sağlamlığına zərərli olduğunu bildirsə ourcunu tutmaz, sonra qəza edər. Əgər qəza etməsi də zərərliysə, hər bir gün üçün bir fitrə verər. Ancaq belə bir həkim oruc tutmasının təhlükəli olmadığını söyləsə orucunu tutmaq məcburiyyətindədir.

Oruc tutduğu zaman, xəstəliyinin artmasından və ya uzanmasından narahat olan kimsə ilə, xəstəliyi səbəbiylə oruc tutmaqda çətinlik çəkənlər, Ramazan ayında oruc tutmayıb, yaxşılaşdıqdan sonra bunları qəza etmələrinə icazə verilmişdir. Mütəxəssis bir həkim tərəfindən oruc tutması halında xəstə olacağı bildirilən kimsə də xəstə hökmündədir.

Tâqətsizliyi və gücsüzlüyü hər keçən gün artaraq davam edən və artıq düzəlmə ehtimalı olmayan düşkün qocalar və şəfasız xəstələr, fərz və vacib olan oruc borçlarından xilas olmaq üçün, hər oruca müqabil bir fidyə verərlər.

Bir fidyə-ayəti-kərimədə də ifadə edildiyi kimi-bir kasıbı tam bir gün doyurmaqdır. Bir gündə isə iki öyün vardır.

Fidyə, tək bir kasıba verilə biləcəyi kimi, bir neçə kasıba də verilə bilər. Ramazan içində verilə biləcəyi kimi, əvvəlində və ya sonunda da verilə bilər. Kasıbları səhər - axşam gündə iki öyün doyurmaq surətiylə ola biləcəyi kimi, öyünlərin pulunu vermək surətiylə də ola bilər. Pul birdən da verilə bilər, hər gün ayrı-ayrı da ...

Oruc tutma gücündə olmayan kimsə, fidyə verə biləcək qədər varlı də deyilsə, edəcəyi iş, Allah `dan əfv və bağışlama diləməkdir. Fidyə vermək məcburiyyəti, onun üzərindən qalxmışdır.

Oruc tutmamağı mübah edən xəstəliyin ölçüsünü fəqihlərimiz bu şəkildə bəyan etmişlər:

1 - Oruc tutmaqla xəstə olan kimsənin çox çətinlik çəkməsi,

2 - orucdan dolayı ölüm təhlükəsinin olması,

3 - orucdan dolayı xəstəliyin artması və ya şəfanın gecikməsi.

Bu gün etibarlı həkimlərin bəyanlarına görə oruc tutmamağı mübah edən xəstəliklərin bəziləri bunlardır:

1 - Son mərhələdə olan ürək xəstəliyi,

2 - Vərəm və ciyər iltihabı xəstəliyi,

3 - Xərçəng xəstəliyi,

4 - Şiddətli böyrək iltihabı,

5 - Sidik yollarında iltihabla birlikdə daşın olması,

6 - Yüksək dərəcədə damar sərtliyi,

7 - Mədə və ya bağırsaqlarda mədə yarasının olması,

8 - İrəli mərhələdə şəkər xəstəliyi (əl-Fıkh'ul-İslami və Edilletuha c. 2, s. 645)

10 Qəza orucu haqqında...
Ramazan orucunu tutmaq fərzdir. Ramazan orucunu qəsdən pozmaq kəffarə gərəkdirir. Normal şərtlərdə pozulan ramazan orucuna kəffarə gərəkdir. Kəffarə arxa arxaya tutulmalıdır. Kəffarə iki ay ard-arda ara vermədən tutulmalıdır.
 
Qəzaya qalan orucu isə, müəyyən bir ay və ya gündə tutmaq fərz olmayıb istədiyimiz zaman tutma haqqımız vardır.

11 Receb ayinda 1 /4gunler tekce oruc tutmaq lazimdi?

Əleykum Salam, 

Rəcəb ayı Peyğəmbərimizin ramazandan sonra ən çox oruc tutduğu aydır. Bu ayda mümkünsə hamısında, deyilsə bazar ertəsi və cümə axşamı günləri, bu da mümkün deyilsə, ən azı başında, ortasında və sonunda oruc tutmaq çox fəzilətlidir, çox savabı vardır. Rəcəb ayı ilə əlaqədar geniş məlumat üçün aşağıdakı sualı oxumanızı tövsiyə edirik:

Rəcəb Ayı və Rəgaib Gecəsi ilə əlaqədar Hədis-i Şəriflər 


12 Oruca niyyət etmə şəkli, niyyətin hökmü və niyyətin vaxtı nə zamandır? Imsakdan sonra oruca niyyət edilərmi? Fərz və ya nafilə oruca görə niyyətin vaxtı dəyişərmi?

Orucda Niyyətin Hökmü Nədir?

İbadət niyyət ilə olacağı üçün, oruc ibadətində də niyyət şərtdir. Niyyət, əsl insanın ürəyindədir. Yəni gecə sabah oruc tutacağını bilmək və içindən keçirmək niyyət sayılır. Dil ilə söyləmək isə, şərt olmamaqla birlikdə sünnədir. Oruc tutmaq fikri ilə Gecə sahur yeməyinə duran bir şəxsin həmin düşüncəsi da niyyət yerinə keçər.

Oruca Ne Zaman Niyyət Edilməlidir?

Ramazan orucuna, zamanı müəyyənləşdirilmiş əhd(nəzir) orucuna və nafilə oruçlara; axşamdan etibarən ertəsi günü quşluq vaxtına(günortadan 45 dəqiqə əvvələ) qədər niyyət edilə bilər. Ramazan orucunun qəzası ilə vaxtı müəyyənləşdirilməmış əhd orucuna, nâfilə olaraq başlanıb pozulmuş orucların qəzasına və kəffarə oruclarına niyyət isə, axşamdan etibarən imsak vaxtına qədər edilər. Bu vaxtdan sonra edilən niyyətlə bu oruclar səhih olmaz. Şafiilərə görə, nâfilə oruc üçün, günəş batana qədər niyyət caizdir. Yetər ki niyyətə qədər orucu pozan bir şey edilməsin.

* Bir kimsə gecə hər hansı bir oruc üçün niyyət etdiyi halda, imsak vaxtından əvvəl bu niyyətindən dönsə, bu dönmə səhihdir(doğrudur).

* Ramazan-ı şərifin hər günü üçün ayrı niyyət lazımdır. Çünki araya gecələr girməkdə və hər günün orucu, ayrı bir ibadət sayılmaqdadır.

* Bir qəza orucuna günəşin doğuşundan sonra niyyət edilsə, o oruc qəza yerinə keçməz, nâfilə oruc tutulmuş olur. Qəza oruclarına mütləq imsak vaxtından əvvəl niyyət edilməsi şərtdir.

* Bir qadın, hələ aybaşı halında ikən gecədən oruca niyyət etsə, imsak vaxtından əvvəl də aybaşı halından çıxsa, niyyəti səhih olar, oruc tutması lazımdır.

Şafi məzhəbinə görə niyyətin vaxtı oruc fərz olursa gecədir; gündüzə buraxılmaz. Gecə niyyət edilmədiyi təqdirdə bayramdan sonra gününə gün qəza etmək lazımdır. Ancaq, İbn Həcər deyir ki: "Şafi olan kimsə Ramazan`da niyyətini unudub gecə vaxtında etməyən kimsə Hənəfi məzhəbini təqlidən gündüz günortadan əvvəl niyyət gətirsin. "

Maliki məzhəbinə görə, Ramazan-ı Şərifin başında bir niyyət gətirilsə kafidir. Hər gecə niyyət gətirmək lazım deyil. Bunun üçün Şafii və ya Hənəfi olan kimsə Ramazan-ı Şərifdə "Mən bu Ramazan-ı Şerif ayında oruc tutmağa niyyət etdim." desə yaxşı olar. Çünki bir günün niyyətini unudacaq olarsa da Maliki məzhəbinə görə orucu etibarlı olar ...

13 Etikaf, Etikafın Dəlilləri,Etikafın Şərtləri, Etikafın Növləri, Etikafın Ədəbləri, Etikafı Pozan Şeylər

XI - ETİKAF

    Etikaf, bir yerdə durmaq, gözləmək və özünü oraya həbs etmək deməkdir. Fiqhi termin olaraq isə; bir məsciddə və ya eyni hökmdəki bir yerdə etikaf niyyəti ilə bir müddət (durmaq) qalmaq deməkdir.

    Etikaf vacib, sünnə və müstəhab olaraq üç qismə ayrılır. Nəzir olunan bir etikaf vacib, ramazanın son on günündə etikafa girmək kifayə yolu ilə sünnə və başqa bir vaxt ibadət niyəti ilə məsciddə bir müddət edilən etikaf da müstəhabdır. (İbnül-Hümam,e.a.ə.,2;136; İbn Abidin, e.a.ə., ıı, 176; Şürünbüləli, e.a.ə., s, 118; Meydani, e.a.ə., l, 174.)

A - ETİKAFIN DƏLİLLƏRİ

    Etikaf kitab, sünnə və icma dəlillərinə istisnad edir.

    Kitabdan dəlil bu ayədir:

Məscidlərdə ibadətdə (etikafda) olduğumuz zaman qadınlarınızla yaxınlıq etməyin.” (Bəqərə, 2/187.)

Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətlə olanlar (etikafda olanlar), rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin!” (Bəqərə, 2/125.)

    İlk ayədə etikaf, ibadətlərin edildiyi məscidlərə nisbət edilmişdir. Digər yöndən etikaf üçün, mübah olan cinsi əlaqəni tərk etmək, onun bir ibadət olduğunu göstərir.

    Sünnədəndəlil, İbn Ömər, Ənəs və Həzrət Aişənin (r.anhum) rəvayət etdikləri bu hədisdir:

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. ” (Buxari, Etikaf, 1,6; Müslim, Etikaf, 2; Əbu Davud, Səvm, 77, 78; Tirmizi, Səvm, 71; İbn Macə, Siyam, 58.)

    Etikafın məqsədi: Səmimi olaraq edilən etikaf şərəfli bir ibadətdir.

    Bununla Allaha yönəlmək, boş vaxtları ibadətə həsr etmək, ibadət üçün nəfsi xarici aləmdən təcrid etmək və Uca Allahın qapısından bağışlanana qədər ayrılmamaq nəzərdə tutulur.

    Etikafın ən qısa müddəti, Əbu Yusifə görə bir gün, İmam Muhammədə görə isə bir saatdır. Daha qısa müddət də ola bilər.

    Malikilərdəüstün tutulan görüşə görə, etikafın ən qısa müddəti bir gün bir gecədir. Şafeilərə görə ən az “sübhanallah” deyəcək qədər bir müddət durmaq da etikaf sayılır. Hənəfilərə görə də az müddət bir az durmaqdır. (Şürünbülali, e.a.ə., s. 119; Züheyli, e.a.ə., ll, 695, 696)

B - ETİKAFIN ŞƏRTLƏRİ

    Bir etikafın səhih olması üçün aşağıdakı şərtlər lazımdır:

    1. Etikafa girən şəxs müsəlman, ağıllı və təmiz olmalıdır. Qeyri-müsəlmanın, ruhi xəstənin, cünubun, heyz və nifasdan təmizlənməmiş kimsələrin etikafı caiz deyildir. Çünki qeyri-müsəlman ibadətə, ruhi xəstə də niyyətə əhil deyil. Təmiz olmayanların isə məscidə girmələri qadağandır.

    Etikafa girən şəxs məscidin içində ikən ehtilam olarsa, çölə çıxaraq qüsl alar və yenidən etikafa davam edər. Etikafda yetkinlik yaşına çatmaq şərt deyil. Buna görə ayırdetmə gücü olan uşağın da etikafı caizdir.

    2. Etikafa niyyət olunmalıdır. Niyyətsiz etikaf caiz deyil. Nəzir edilən etikafda isə niyyətin xüsusən dillə də ifadə edilməsi lazımdır.

    3. Etikaf məsciddə və ya məscid hökmündə bir yerdə edilməlidir.

İçərisində camaatla namaz qılınan hər hansı bir məsciddə etikafa girmək olar. Böyük camelərdə olması isə daha fəzilətlidir. Abdullah b. Məsud (r.a) belə demişdir:

 "Etikaf ancaq camaatla namaz qılınan yerdə edilə bilər. ” (Zeyləi, Nəsbur–rayə, ll, 490)

    Qadınlara gəlincə, onlar öz evlərində məscid kimi bir otaqda etikafa girə bilərlər. Qadınların məscidlərdə etikafa çəkilmələri caiz olsa da, kərahətli hesab olunmuşdur. Qadınların öz evlərində namaz qılmaları məscidlərdə namaz qılmalarından daha fəzilətli olduğu kimi, evdə etikafları da məsciddə etikafdan daha fəzilətli sayılmışdır.

    İmam Şafeiyəgörə etikaf təzimə uyğun bir yerdə edilməlidir və buna ən münasib yer də məsciddir. Evlərdə məscid edilən yerlər bu təzimə münasib deyil. Çünki evdə məscid edilən yerlər dəyişdirilə bilər, orada cünub olaraq gəzilə bilər. Digər tərəfdən Hz. Peyğəmbərin (s.ə.s) xanımları məsciddə etikafa girərdilər. Əgər onların evləri etikaf üçün kifayət etsəydi, evlərində etikafa girmələri daha yaxşı olardı. (Şirbini, MuğniI–möhtac, l, 450, vd; Şirazi, Mühəzzəb, l, 190, vs;)

    4. Vacib olan bir etikafda, etikaflı oruclu olmalıdır. Bu halda orucunun xətaən pozulması etikafa zərər verməz. Sünnə olan etikaf, həm də Ramazan daxilində olduğu üçün orucluğa düşür. Ancaq yolçuluq, xəstəlik kimi bir səbəblə orucsuz olmaq sünnə olan etikafa zərər verməyəcəyi kimi, digər müstəhəb etikaflarda da oruc şərt deyil. Digər tərəfdən sünnə və ya nafilə etikaflar üçün bir müddət də mövzu bəhs deyil.

    Şafeilərə görə vacib etikafda da oruc şərt deyildir.

   Qadının etikafa girə bilməsi üçün yoldaşından icazə alması lazımdır. Ər arvadına icazə verdikdən sonra, artıq bundan dönə bilməz.

C · ETİKAFIN NÖVLƏRİ

    1. Vacib olan etikaf:Nəzir olunan etikaf vacibdir. Bu ən az bir gün olur və oruclu keçirilir. Hz.Ömər belə demişdir:

“Rəsulullaha (s.ə.s),Məscidi-Həramda bir gecə etikafa girməyi nəzir etmişdim” dedim. Mənə:

Еу Ömər! nəzirini yerinə yetir” buyurdu. (Buxari, Etikaf, 16; ə.b.Hənbəl, ll, 10.)

    2. Sünnə olan etikaf:Ramazan ayının son on günündə etikafa girmək,kifai olaraq müəkkəd sünnədir. Bir nəfərin bunu etməsi, bir yaşayış bölgəsindəki digər müsəlmanları məsuliyyətdən azad etdiyi kimi, Allahın etikaf edənin əcrini o bölgədəki bütün müsəlmanlara da verəcəyi umulur. Həzrət Aişədən rəvayət edildiyinə görə, Həzrət Peyğəmbər (s.ə.s) orucun fərz qılınmasından ömrünün axırına qədər Ramazan aylarının son on günündə etikafa girmişdir. (Əhməd İbn Hənbəl, Müsnəd, ll, 67, 129.)

    3. Müstəhəb etikafın müəyyən bir vaxtı və müddəti yoxdur.Hətta məscidə girən şəxs çıxana qədər etikafa niyyət etsə, orada qaldığı müddətcə etikafda sayılır. Bu etikafda oruc şərt deyil.

Ç · ETİKAFIN ƏDƏBLƏRİ

    1. Etikafa Ramazanın son on günündə və ən fəzilətli məsciddə girilməlidir.

    2. Etikaf vaxtı ədəbsiz söz danışmamalı, xeyir danışmalıdır. Günah olmayan sözlər danışmaqda bir maneə yoxdur.

    3. Etikaf vaxtı Quran, hədis, Allahı zikr və ibadətlə məşğul olmalı, təmiz paltar geyinib, gözəl ətirlər vurulmalıdır.

D - ETİKAFI POZAN ŞEYLƏR

    1. Cinsi əlaqədə olmaq: Qurani-Kərimdə; “Məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman qadınlarınızla yaxınlıq etməyin.”- buyurulur.(Bəqərə, 2/187.)

    2. Etikafda olanın məsciddən üzürsüz olaraq, çıxması etikafını pozur.İstər bilərək olsun, istər bilməyərək. Bu müddət Əbu Yusif və Imam Məhəmmədə görə bir günün yarısından çox olan müddətdir. Digər bir görüşə görə isə bir günün bir hissəsindən ibarətdir. Qadın da etikafda olduğu otaqdan üzrsüz olaraq, evin digər hissəsinə keçərsə etikafı pozular.

    Xəstə ziyarəti, cənazə, cənazə namazı və ya şahidlik etmək üçün (məsciddən) etikafda olunan yerdən çıxmaq da etikafa manedir. Xəstəlik səbəbilə bir saat qədər çöldə olmaq da etikafı pozur. Ancaq nəzir edilmiş etikafda xəstə ziyarəti, cənazə namazı və s. üçün məsciddən çıxmaq şərt qoyulmuşdursa bunlar üçün çıxmaq etikafı pozmaz.

    3. Etikafda olana, etikafı ərzində bir neçə gün huşunu itirmə və ya ruhi xəstəlik üz verərsə etikafı pozulur. Səhhəti düzəldikdən sonra etikafa yenidən başlayar.

    Etikafda olan məsciddən şəri, zəruri və ya təbii ehtiyacları üçün çıxa bilər. Etikafda olanın qaldığı məsciddə cümə namazı qılınmırsa, cümə namazını qılmaq üçün başqa bir məscidə getməsi, kiçik və ya böyük dəstəmaz üçün məsciddən çıxması şəri və təbii üzrlərdən hesab olunur.

    İçində olduğu məsciddən zorla çıxarılma, ya da şəxsi və ya əşyası üçün narahat olması səbəbilə başqa bir məscidə köçmək də zəruri bir ehtiyac üçün çıxışdır.

    Etikafda olanın yeməsi, içməsi, yatması və ehtiyacı olan şeyləri satın alması məsciddə olmalıdır. Məscidi məşğul etməyəcək şeyləri oraya gətirə bilər. Məscid içində hazırlanmış münasib bir yer varsa orada dəstəmaz və qüsl ala bilər. Belə bir yer yoxdursa çölə çıxıb dəstəmaz və ya qüsl alaraq dərhal geri qayıtmalıdır. Etikafda olan, azan oxumaq üçün minarəyə çıxa bilər. Minarənin qapısının məscid xaricində olması buna zərər verməz. (İbn Abidin, e.a.ə., İstanbul, 1984, II, 440 vs.; Zəbidi, Təcridi–Sən'h, tərc. VI, 323 vs.; Mehməd Zihni, Nimeti İslam, İstanbuı, 1329, s., 98 vs.; Züheyli, e.a.ə., s., 323 vs.)

14 Bir hadisənin olacagını niyyət edib, nafilə orucu tutmaq olar?

Əgər adak(əhd) yapmamışsa, yalnız niyyət etməklə oruc tutması lazım deyil. Məsələn axşamdan nafilə oruc tutmağa niyyət edən adam, imsak vaxtından əvvəl oruc tutmaqdan imtina etmek isteyerse, tutmaqdan imtina edə bilər.

15 Fitrə sədəqəsini kimsə vəkalətən verə bilərmi?

1) Təbiiki mümkündür. Telefonla istədiyiniz adama sizin adınızdan fitrə verməsini istəyəbilərsiniz, daha sonra siz o adama pulunu ödərsiniz.

2) Uca Allah buyurur: "Zəkatlar Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"  (Tövbə: 60)

Fitrədə bir zəkat növüdür. Zəkatı ehtiyacı olan hərkəsə verəbilərsiniz.

16 Qədr Gecəsi vaxtının Ramazan ayının içində dəyişməsi və bunun gizli olmasının hikmətləri nələrdir?

Qədr Gecəsinin hansı gecə olduğu qəti olaraq bilinməməklə bərabər, ümumiyyətlə ramazanın iyirmi yeddinci gecəsində olduğu seçilmişdir. Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunun tam olaraq hansı gecə olduğunu bildirməmiş, ancaq belə buyurmuşdur:

"Siz Qədr Gecəsini ramazanın son on günü içərisindəki tək rəqəmli gecələrdə axtarın." (Buxari, Leylətü'l-Qədr, 3; Müslim, Siyam, 216)

Qədr Gecəsi`nin vaxtı təqvimə bağlı deyil, gizlidir. İlk ayələr ramazanın iyirmi yeddisində endirilmişdir, amma ondan sonra gələn Qədr gecələrinin də ramazanın iyirmi yeddisində olma məcburiyyəti yoxdur. Əvvəlki günlərdə və ya sonrakı günlərdə ola bilər. Məsələn, keçən il ramazanın on dokuzunda olan Qədr Gecəsi bu il iyirmi beşində ola bilər. Allah, bu gecənin yerini, hikməti gərəyi ramazan içində dəyişdirməkdədir.

Bəzi şeylərin gizli olması qiyməti, dəyəri üçündür. Ayrıca ona bənzəyən hər şeyi özünün dəyərinə yüksəldər. Belə ki;

- İnsanlar içərisində vəli gizlidir. Bundan dolayı hər kəsi vəli bilmək lazımdır.

- Cümə günündə saat-i icabə(qəbul) dediyimiz bir vaxt var. Bunda ediləcək dualar qəbul olar. Gizli olmasına görə cümənin hər anını bu vaxtın dəyərinə yüksəldər.

- Ömürdə əcəl gizlidir. Beləcə hər anımızı "ölə bilərik" narahatlığıyla keçirər, günahlardan uzaq durarıq.

- Kainatın ömründə qiyamət gizlidir.

- Qədr Gecəsi ramazan içərisində gizlidir. Beləcə hər ramazan gecəsi qədr dərəcəsində bilinsin və əhya edilsin.

Lakin bütün bunlarla birlikdə, Peyğəmbərimiz (s.ə.s.) bəzi işarələr etmişlər.

"Qədr Gecəsini ramazanın son on beşində, xüsusilə son on gündə və xüsusilə tək gecələrdə axtarın."

deyə ümməti bir az aydınlatmış. Əgər açıq açıq söyləmiş olsaydı, o zaman Allah`ın hikmətinə zidd olardı.

Zamanın və məkanın, onlarda meydana gələn mübarək hadiseler ilə keyfiyyət qazanmaları mümkündür. Mü'minlərin qatında, Kəbə-i Muazzama ən mübarək məkandır. Çünki Allah Təala (cc) Onu, bütün möminlərə qiblə olaraq təyin etmişdir. İrfan əhlinin "On bir ayın sultanı." olaraq ifadə etdikləri, Ramazan-ı Şerif ayı da mübarək bir zamandır. Bu ayda, haqq ilə batili bir-birindən ayıran və hidayət rəhbəri olan Qur'an-ı Kərim endirilmişdir. Bu həqiqət;

"O saylı günlər Ramazan ayıdır ki, Qur'an o ayda endirilmişdir. Qur'an insanlara mahz-ı hidayətdir. Elə isə içinizdən kim o aya yetişərsə, orucunu tutsun." (Bəqərə, 2/185)

ayəsi ilə sabitdir. Bu Lövhü Məhfuzdan endirilmə hadisəsi, min aydan daha xeyirli olan Qədr Gecəsi 'ndəolmuşdurİmam Qurtubi:

  "Qur`an-ı Kərim`in Ramazan-ı Şerif ayı içərisində endirildiyi Allah Təala (cc) 'nın "O Ramazan ayıdır ki, Qur'an onda endirilmişdir." sözü ilə ilə sabitdir. Qədr surəsində isə, Qur'an'ın Qədr Gecəsi'ndə nazil olduğu, qəti olaraq xəbər verilmişdir. Bu nassları əsas alan Əhl-i Sünnət`in müctəhid imamları, Qədr Gecəsi'nin Ramazan-ı şərif ayı içərisində olduğunda icma etmişlər (fikir birliyi). " (İmam-ı Qurtubi, Əl Camii Li Ahkamu'l Qur'an, Qahirə: 1967, XX/136.)

deyərək, bir incəliyə işarə etmişdir. Bəzi qaynaqlarda, İmam Əbu Hənifənin bu təsbitinə yer verilmişdir:

"Qədr Gecəsi Ramazan ayındadır. Lakin sabit deyil; gah takaddüm (öncə), gah təahhur (sonra) edər." (İmam-ı Qadıhan, Əl Fətəva, Qahirə: 1282, I/190.)

Ramazan-ı Şerif ayının hər gecəsini, "Qədr Gecəsi ola bilər" zənni ilə dəyərləndirmək sünnəyə uyğundur. Hz. Abdullah İbn-i Ömər (Allah ondan razı olsun) 'in:

"Rəsul-i Əkrəm`ə (sallallahu aleyhi və səlləm) Qədr Gecəsi`ndən soruşuldu. Bunun üzərinə Peyğəmbərimiz Əfəndimiz (aleyhissalatu vəssəlam)

'O, hər Ramazan-ı şərif ayındadır.' cavabını verdi." (İmam-ı Beyhaki, əs-Sünənü'l- Kübra, Haydarahad: 1350, IV/307.)

dediyi məlumdur.

Səhih hədis məcmualarında, Rəsul-i Əkrəm (s.ə.s.) 'in Ramazan-ı şərif ayında məsciddə itikafa girdiyi xəbər verilir. Hər il, fərqli zamanlarda itikafa girməsi, Qədr Gecəsini axtarışı ilə əlaqədardır.

Füqəha Qədr Gecəsini axtarmağın müstəhəb olduğunda ittifaq etmişdir. Fətəva-ı Hindiyyə'də:

"Qədr Gecəsi'ni axtarmaq müstəhəbdir. İmam Əbu Hənifəyə görə; Qədr Gecəsi Ramazan ayının içərisindədir. Lakin onun hansı gecə olduğu bilinə bilməz. Bəzən irəli keçər, bəzən geri qalar. İmameyn`ə (İmam Yusuf və İmam Muhamməd) görə; Qədr Gecəsi Ramazan ayının içərisindədir. Gizli olan müəyyən bir gecədir. İrəli keçmədiyi kimi, geri də qalmaz. O gecəni axtarmaq sünnədir." (Şeyx Nizamüddin və Heyət, Fətəva-ı Hindiyyə, Beyrut: 1400, I/216.)

hökmü qeydlidir.

Ramazan ayında müsəlmanların; həm bədənlərinin zəkatı olan oruc ibadətini əda etmələri, həm min aydan xeyirli olan gecəni (Qədr Gecəsi 'ni) axtarmaları lazımdır.

17 Mədə bağarsaqlarımda ciddi olmayan xəstəlik var . Mən oruc tuta bilərəmmi ?

Və aleykum Salam.

Bəli bir neçə gün tutun. Ondan sonra özünüzdə mənfi hallar ortaya çıxmağa başlasa o zaman inanclı və mütəxəssis bir həkimə müraciət edin. İlk sırada  Allah`ın əmrini düşünərək, öz vəziyyətinizi və həkimin məsləhətini nəzərə alıb ona görə hərəkət edərsiniz. Adətən bəzi həkimlər çox da ciddi xəstəliyi olmayan birinə oruc tutmamağı məsləhət görür.Ona görə də əsas olan sizin oruc tutarkən vəziyyətinizin necə olacağıdır. Bir də ki, onsuzda bu dövürdə əksər insanın mədə bağırsaqlarında problem və xəstəlik var. Amma bir müsəlmanın sağlamlığı ona Allahın əmrini yerinə yetirməyə imkan vermirsə o mütləq müalicə olunmalıdır.Beləki İnfaq ayələri nazil olduqda heç bir dünya malına sahib olmayan kasıb səhabələr də bu ayələrin möhtəvasına girə bilmək üçün odun doğramış,satmış və infaq etmişdilər. Oruc ona fərz olamyan xəstə insanlar da Allah`ın əmrinə tabe olmaq istəyi və şövqü ilə müalicə olunmalı, oruc onlara fərz olacaq hala gəlməyə çalışmalıdırlar.


Bunu da oxuyun:

Qastrit xəstələri oruc tutmaya bilərmi? Buna görə cəza nədir və günahdırmı?


18 Susuz olaraq həb qəbul etmək orucu pozarmı?

Sələmun aleykum

Oruclu bir kimsə qida və ya dərman (dərman) cinsindən bir şeyi istər su ilə, istər susuz olaraq yeyər və ya içərsə orucu pozular. Şafiî məzhəbinə görə; bu halda yalnız qəza etmək lazımdır. Hənəfi məzhəbinə görə isə; həm qəza, həm də kəffarə lazım gəlir. Ancaq oruc pozmağı mübah edəcək ölçüdə bir xəstəlik, rahatsızlıq səbəbiylə dərman qəbul etmişsə, orucu pozular və özünə yalnız qəza lazımdır, kəffarə gərəkməz.

Orucluq haqqında ən çox soruşulan suallara cavablar.


19 Hamamda çimərkən qulağa su girməsi orucu pozur?

   Qulaq ilə boğaz arasında bir kanal var. Ancaq qulaq pərdəsi bu kanalı tutduğuna görə su və ya dərman boğaza çatmaz. Bu səbəblə qulağa damladılan dərman və ya qulağın yuduzdurulması orucu pozmaz.

    Qulaq pərdəsində dəlik olsa belə, qulağa damladılan dərman qulağın içərisində əmiləcəyi

üçün dərman ya heç mədəyə çatmayacaq,ya da çox azı çatacaq. Bu miqdar orucda əfv edilmişdir.

   Ancaq qulaq pərdəsinin desik olması halında qulaq yuyularkən suyun mədəyə çatması mümkündür. Orucu pozacaq qədər suyun mədəyə çatması halında oruc pozular.

20 Cümə günü Oruc tutumaq olar?

Əgər sadəcə 1 gün tutmaq istəyirsə tutmamalıdır, ama arxa-arxaya neçə gün tutursa o zaman tutmaq olar.

Əlavə məlumat üçün:

 

http://www.sorularlaislamiyet.com/article/9748/cuma-ve-cumartesi-gunu-oruc-tutmak.html

21 Oruc tutarkən ağız suyunu udmaq günahdırmı ?

    Salam aleykum.

   Oruc tutarkən ağız suyunu qeyri ixtiyari olaraq udmaqda bir günah yoxdur. Bilərəkdən ağız suyunu yığıb sonra udmaq isə məkruhdur(bəyənilmir).

ORUCU POZAN VƏ POZMAYAN ŞEYLƏR.


22 Səfərə çıxan adam o gün orucunu poza bilər mi?

   Səfər halında olan kimsənin iftar etməsi, yəni oruc tutmaması mübahdır. Ancaq oruca niyyət edib səhərləsə, sonra səfərə çıxsa, o təqdirdə o günün orucunu tutması lazımdır. Bu, oruc yeməsini mübah edən bir səbəb sayılmaz. Ancaq ikinci və ardınca gələn günlər səfəri davam edərsə, o halda oruc tutmaya bilər.

   Bu mövzuda alimlər belə demişdir: Oruclu olaraq səhərləyən kimsə o gün səfərə çıxsa belə, bu orucu yeməsini mübah edən bir üzr sayılmaz. Əgər orucunu pozarsa, yalnız qəzasını tutması lazımdır. [(El-Muhit, Səraxsi, Fətava-yi Hindiyye.) Bax. Cəlal Yıldırım, qaynaqlarıyla İslam Fiqhi, II / 233-234.]                        

    Ramazanda ən az üç günlük (on səkkiz saatlıq) bir yerə gedəcək olan kimsə, gecədən oruca niyyət etməyə bilər. Buna görə də o gün yola çıxınca oruclu olmamış olar. Lakin bir kimsə oruc tutduqdan sonra, gündüz vaxtı səfərə çıxsa, bu səfər o ilk gün üçün bir üzr sayılmaz, orucuna davam etməsi lazımdır. Ancaq o gün yola çıxar da, ondan sonra orucunu açarsa, ona kəffarə lazım deyil, yenə yalnız qəza lazımdır. (bax. Ömər Nəsuhi Bilmən, Böyük İslam Elmihalı)

   Hafîi və Hənbəlilərə görə yolçu, gecədən niyyətləndiyi orucunu da poza bilər. Dəlil, İbn Abbas (r.anhuma) dan rəvayət edilən bu hədisdir:

 

"Hz. Peyğəmbər Ramazanda Məkkənin fəthinə çıxdı. Kedid'ə çatana qədər oruc tutdu. Orada özü də orucunu pozdu, insanlar da oruclarını pozdular." (Həmdi Döndüren, Delilleriyle İslam Elmihalı)

23 Zilhiccə orucunun ilk gününü qaçırdım. Digər günləri tutmaq normal nafilə kimidir?

Xeyr, hər günün ayrı-ayrı savabı və fəziləti vardır. İlk günü qaçırsanızda nə qədərini tuta bilirsinizsə o qədər yaxşıdır. Peyğəmbərimiz (əsv) ərəfə günü orucu üçün belə buyurur:

"Ərəfə gününün orucu min gün oruc tutmaq kimidir." (Tərgib vəTərhib tərc, 2. 460)

Əbu Hüreyrə radıyallahu Anhın rəvayətinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurur:

"Allaha ibadət ediləcək günlər içində Zilhiccənin ilk on günündən daha sevimli günlər yoxdur. O günlərdə tutulan hər günün orucu bir illik oruca, hər gecəsində qılınan namazlar da Qədr gecəsinə bərabərdir." (İbni Macə, Sıyam: 39)

24 Qədr gecəsini kimlər bilər?

 


 

 

 

 

 

 

 

 

 

   Bu sual Hz. Peyğəmbərdən bu yana hər Ramazanda bir çox müsəlmanın gündəmində olmuşdur. Quran ayəsi ilə min aydan xeyirli deyə xəbər verilən bir gecəni axtarışın həyəcanıdır insanı bu suala göndərən. Bir çox sual kimi bu problemin də tək bir cavabı yoxdur. Bəzilərinə görə cavab iki maddədən meydana ibarətdir: bəli və ya xeyr. Kimilərinə görə isə problemin qəti bir cavabı yoxdur. Kvantdakı naməlumluq qanunu kimi ehtimalla təxmin edilə bilər, ancaq qəti olaraq naməlumdur. Kimiləri də Allahın sevimli qullarının bir cür ilhamla bu gecəni biləcəklərini iddia edərlər. Kimiləri isə bu cür müstəsna bir gecənin fizika aləmində kainat diametrində bir əlaməti olduğuna inanar və atomlardan da qalaktik sistemə qədər bu gecəyə işarə edən bir fiziki hadisəni axtararlar. Axtarış metodları fərqli də olsa hamısı bir məqsəd üçündür: Qədr Gecəsini tapmaq. Bu axtarışa qatılanlardan biri olaraq, keçmiş bir Ramazanda yaşadığım bir macəranı sizinlə paylaşmaq istəyirəm. Qədr Gecəsini axtararkən maraqlı bir həqiqətlə qarşılaşmışdım. Qədr Gecəsini bilib bilmədiyimi Allah bilər, ancaq Qədr Gecəsini bilənləri bilirəm artıq. Kimlər? Buda hekayəsi...

    Qədir Gecəsi axtarışına çıxarkən fərq etdiyim ilk şey Türkiyədəki müsəlmanlar ilə digər müsəlmanlar arasında bu gecə ilə əlaqədar fərqli fikirlərin varlığı idi. Hədislərdə Qədr Gecəsini son on gecədə və xüsusilə təkli gecələrdə axtarın deyilməsinə baxmayaraq Türkiyədə iyirmi yeddinci gecə Qədr Gecəsi olaraq idrak edilmişdir. Halbuki Amerikada qarşılaşdığımız digər Müsəlmanlar tək gecə yerinə, hədisin mənasına uyğun olaraq, son on gecəyə bağlanmağı daha uyğun görürlər. Bir qismi bu gecəni əldən qaçırmamaq üçün son on gündə seçərlər. Qədr Gecəsinin qədrini bilənlər hər bir gecəni Qədr gecəsi ola bilər deyə qiymətləndirərlər.

   Qədr Gecəsi axtarışına davam edərkən şahid olduğum başqa bir şey isə axtarış metodlarının fərqliliyiylə əlaqədardır. Kimiləri buludlu bir gecədə okeana gedib səhərə qədər balıq axtarar kimi axtarır. Kimiləri yüksək maaşlı yeni bir iş axtarar kimi axtarır. Kimiləri Bayram ərəfəsində qazancını maksimum etmək üçün uyğun bir bazar axtaran tacir kimi axtarır. Kimiləri dünyanın ən qiymətli xəzinəsini axtarar kimi axtarır. Kimiləri fizika aləmindəki fövqəladə xəbərlərin içində axtarır onu. Kimiləri yuxularda axtarır. Kimiləri şeyxindən və ya ustadından gələcək bir mesajda axtarır. Qədr Gecəsini insanlar min bir fərqli yollarla axtarır.

    Bu yaxınlarda bir axşamüstü iftardan sonra bir neçə yoldaşın balıq ovuna çıxmaq üzrə hazırlıq edərkən danışdıqlarına qulaq qonağı oldum. Hamısı bir məqsəd ətrafında toplanmışdı: mümkün olduğu qədər çox balıq tutmaq. Təxminən iki saat uzaqlıqdakı okeana gedib qarmaqla balıq tutacaqdılar. Biri "böyük okeanda balıqlar tapa tapa bizim qarmağımı tapacaq" deyə şübhəsini dilə gətirərkən, bir başqası "böyük okeanda da balıq tapa bilməsək başqa harada tapa bilərik" deyə ümidvar olduğunu bəyan edirdi. Hərçənd xalq arasında balıq kimi ovlanmaq deyə bir təbir istifadə edilsə də, dinlədiyim qədəriylə balıqlar elə asan ovlanılmazmış. Hava vəziyyəti, istifadə etdiyin yem, getdiyin bölgə və gediş zamanı kimi bir çox fərqli faktoru diqqətə almaq lazım olurmuş müvəffəqiyyətli olmaq üçün. Buludlu havada və gecə vaxtında balıq tapmaq ola bilirmiş. Balıqçı yoldaşlar bu nöqtələrdə fikir birliyinə gəldikdən sonra yola çıxmağa qərar verdilər. Hərçənd yuxularına haram qatacaqdılar. Bütün gecə ayaqda qalmaqla özlərinə əziyyət edəcəkdilər. Bu mənfiliklər ağıllarına gəldiyində, əllərininin arasına alacaqları böyük balıqları xəyal edirdilər. Şüurlu fərdlər olaraq, alacaqları mükafat qarşısında, yuxusuzluq kimi bir xərc ödəməyə razı idilər. Bəlkə də onlara görə gündüz vaxtı balığa getmək irrasyonaldı. Onların şirin müzakirələrinə qulaq asarkən, xəyalım məni başqa bir axtarışa aparmışdı: Qədr gecəsi axtarışı. Nəfsim Ramazan okeanında Qədr Gecəsini axtarmaq üçün bir gecə də olsa rahatından imtina edib axtarışa çıxmağıma razı olardımı görəsən? Həm bu dünya okeanında tutulan balıqlar bir paylıq olmasına baxmayaraq, sonsuz paylarda süfrəmə gələcək balıqların ovuna çıxmaq daha şüurlu deyilmi? Həm sonsuz gecələrdə rahata qovuşmaq üçün bir gecəlik rahatı fəda etmək çoxmu ağır idi? Bu mülahizələr nəfsimi bir dərəcə razı salmaqla birlikdə tam kafi gəlmirdi. Başqa bürhan istəyirdi.

    Ramazanın iyirminci günü idi, bir fizikaçi yoldaşla Qədr gecəsi müddətindən bəhs edirdik. Mən axtarmaq üçün hazırlığa başlarkən, o mənə bu gecə Qədr gecəsi ola bilər dedi fiziki bir hadisəyə dayandı. Bu cür qiymətli bir gecənin Kainat ölçüsündə fiziki bir hadisə ilə əlaqəsi olmalı idi onun izah etdiyinə görə. Üzvü olduğu fizikaçı qrupundan aldığı xəbərə görə bu gecə Andremoda qalaktikasının tutulması hadisəsi yaşanırdı. Qalaktik ölçüdə böyük bir hadisədir. Daha da maraqlısı bu hadisə hər il Ramazanın son on gecəsində cərəyan edirmiş. Eynilə Qədr Gecəsi kimi hansı gecədə olduğunu bilinə bilmirmiş. Arqumentlər çox razı salıcı idi. Keçən il bu hadisə Ramazanın iyirmi səkkizində olmuş bu il isə bu gecəyə rast gəlmişdir. Elmə olan güvənimin təsiri ilə deyilənlərə xeyli inandım. Bu gecə Qədr gecəsi ola bilər deyə səhərə qədər canlandırmağa qərar verdim. Bu qərarımda axşama doğru virtual dünyadan aldığım bir xəbərində təsiri olmuşdu. İnternetdə söhbət etdiyim dost yazıçı bir dostuma eşitdiklərimi rəvayət edərkən maraqlı bir cavab aldım. "Bilirsənmi!" dedi həmsöhbətim, "bu gün Qədr Gecəsiylə əlaqədar bir xəbər aldım." "Bir oxucum mənə gündüz bir mesaj yazdı. Tanışı vəli bir şəxsdən bu gecənin Qədr gecəsi olduğunu öyrənmiş." Eh, dostlara düşən bu böyük fürsətdən bir-birlərini xəbərdar etmək idi. Qədr Gecəsi sirrini həll edən bir Allah dostu, bunu xəbər vermiş öz dostuna.. biz də dostun dostundan eşitmiş olduq.. Bu iki hadisə qarşısında həm ağıl həm də ürək cavabını tapmış və sevinmişdi. "Nəfsim belə səhərləməyə razı olar," deyə düşünmüşdüm. Gəl gör ki, gecəni canlandırmaq üçün səy göstərdikdən sonra, içimdən yüksələn qarşı arqumentlərin təsiriylə nəfəsi yataqda almışdım. Saat gecənin ikisini göstərirdi yatdığımda. "Allah bərəkət versin. Bu qədər yetər demişdi" içimdəki eqoist səs. Çox keçmədən dəhşətli bir yuxu ilə oyanarkən ağlıma gələn ilk şey: bu gecə həqiqətən Qədr Gecəsimi yoxsa? Bir müddət daha oyanıq dayandım. Ancaq, qafil nəfsim olanları unutdurub, yenə məni yana aşırtdı.

    Günlər bir-birini sıralarkən iyirmi yeddinci gecəyə çatmışdım. Axtarışım davam edirdi. Bu gecə Qədr Gecəsi olması qüvvətlə olabiləcəkdir deyə nəfsimi razısalmaya çalışdım. Gecənin irəliləyən saatlarında nəfsimdən yüksələn şübhəli səslər qarşısında ağlım təmin edici bir bürhan axtardı. Ramazan Risaləsindəki bir təşbehdən hərəkətlə bir neçə yoldaşa zəng etməyə qərar verdim. Əslində onlara bir həqiqəti izah etməklə, nəfsimə dərs vermək istəyirdim. Eynilə, qızım sənə söyləyirəm, gəlnim sən eşit. Həm onlarla bir həqiqəti paylaşacaqdım, həm də nəfsimi razı salacaqdım. Oyuncaq vertolyot satan tacir bir yoldaşı axtardım əvvəl. Salam və təbrikdən sonra əsl mövzuya gəldim.

"Vertolyotlarını neçiyə satırsan?"

"Dənəsini 10 manata."

"İlin müəyyən bir zamanında gecə vaxtı açılacaq bir bazarda onların dənəsini 1000 manata satmaq imkanı olsa və daha da sonrası bazara apara bildiyin malların hamısının satın alınacağı zəmanəti varsa nə edərsən?"

"Bir il əvvəlindən hazırlıqlarımı edərəm. Fabrik ilə əlaqəyə keçib maksimum miqdarda məhsulla bazara çxaram."

"Yaxşı bir gecə vaxtı dənəsinə 30 min manat verən bir Bazar olsa nə edərsən"

"Heç tərəddüdsüz bütün gecəni bazarda keçirərəm."

   Dəstəyi endirdikdən sonra öz özümə soruşdum: Belə bazarlarda ən qazanclı ticarəti edib bütün dünyanın maliki belə olsan, Ramazan bazarında qazanacaqlarımızın yanında bir qiymət ifadə edər? Rəd surəsində Cənabı Haqq göy gurultusu şiddətində bir səslə bu suala cavab verirdi: "ona (Rəbbinin əmrinə) uyğun gəlməyənlərə gəlincə, əgər yer üzündə olanların bütünü ilə bunun yanında bir misli daha özlərinin olsa, (cəhənnəmdən xilas olmaq üçün) onu mütləq fəda edərlər. "(Rad, 18)

O halda nəfsimi qazanclı dünya bazarına tərəddüdsüz razı edib, axirət bazarından uzaqlaşdıran nə idi görəsən?

Telefonun düymələrinə bir daha basdım. Bu səfər Amerikanın şimalında kompüterdə doktorluq müdafiə edən bir yoldaş vardı qarşımda. Xoş beşdən sonra ona da əsl mövzunu açdım.

"Bildiyimə görə məktəbdə assistent olaraq işləyirsən. Saat ödənişin neçə manatdır?"

"15 manat"

"Burada xeyli yüksək ödəniş verən bir iş imkanı var. Müraciət etməyi düşünərsənmi?"

"Nəymiş bu?"

"Kompüterlə əlaqəli bir iş."

"Neçə manat verəcəklər."

"Xeyli çox ödəniş verirlər, ancaq bir şərtləri var. Gecə işləyəcəksən."

"Nə qədər verəcəklər?"

"Saatı 100 manat"

"Demə ya, bu qədər yüksək ödəniş verdiklərinə görə bir istədikləri vardır"

"İstədikləri şey proyekti qısa müddətdə bitirmək üçün gecə boyunca işləmək. İstəyirsənsə sənə iş elanını göndərim."

"Olar. Göndər baxaq."

"Yuxusuz qalarsan."

"Əhəmiyyətli deyil ki! Gündüz yatarıq, gecə də çalışarıq. Yetər ki, edə biləcəyimiz bir iş olsun."

    Qədr gecəsini axtarış macəramın sonunda çox əhəmiyyətli bir həqiqəti tapmışdım: Yazının başlığındakı sualda bir səhv vardı. Qədr gecəsinin qədrini bilirikmi? Deyə soruşmaq lazımdır. Həm Quranın özü də belə soruşmurmu? Bu suala cavab tapanlar əslində başlıqdakı suala da cavab tapmış olarlar. Çünki Qədr Gecəsini bilənlər, onun qədrini bilənlərdir. Qaldı ki, bir Ramazanda Qədr Gecəsini bilib, hamısıyla canlandırmaq çətin ola bilər. Ancaq, hər Ramazanda son on və ya on beş gecənin dörd saatını canlandıran, üç ildə qəti olaraq bir Qədr Gecəsini tam olaraq canlandırmış olar. Ömüründə altmış altı dəfə Ramazan ayına çatan biri cəmi 22 dəfə Qədr Gecəsini canlandırmış olar. Bu da, Qədr Surəsinin verdiyi müjdəyə görə 22 min ay, yəni 1833 illik ibadət savabına bərabər olar. O halda, vədindən dönməsi mümkünsüz olan sonsuz rəhmət sahibinin açdığı bu "səmavi kampaniya"nı qaçırmaq ağıllı işdir?

25 Körpəsinə süd verən / uşağı süd əmən qadın oruc tutmalıdır?

   Ənəs ibni Malik radıyallahu anh rəvayət edir:

   Rəsulullah s.ə.v. buyururlar ki:

"Şübhəsiz ki, Allah (Azzə və Cəllə) səfər halında olan kimsədən orucu və namazın yarısını qaldırmışdır. Hamilədən və süd əmizdirən qadından da orucu qaldırmışdır. " (Əbu Davud, Savm: 44, Tirmizi, Savm: 21; İbni Macə Sıyam: 12)

    Hamilə xanımlar və körpəsini əmizdirən analar, oruc tutmağa dözə bilmirlərsə, Ramazan ayı içində oruc tutmazlar. Ramazandan sonra uyğun bir zamanda tuta bilmədikləri oruclarını ardıcıl olmasa da qəza edərlər.

    Hamiləlik və Uşaq əmizdirmək:

   Dürrü'l-Muxar'da bu hökm vardır:

"Zann-ı qalib ilə (qüvvətli, həqiqətə ən yaxın olan zən), öz həyatından və ya uşağının həyatından qorxan hamilə,yaxud zahirü'r rivaye`yə görə (Muhamməd b. Həsən əş-Şeybani (ö. 189/805) tərəfindən qələmə alınan və Hənəfi məzhəbinin quruluş dövrü təməl görüşlərini ehtiva edən beş əsərin ortaq adıdır.), ana olsun, süd ana olsun əmizdirən qadın oruc tutmaya bilər." (İbn Abidin, IV, 338)

   Esas olan; istər hamilə, istərsə də uşaq əmizdirən qadınların, öz canlarının və ya uşaqlarının həlak olma təhlükəsinin mövcudluğudur. Necə ki Fətəvay-ı Hindiyyə'də buyurulur:

"Hamilə olan və ya uşaq əmizdirən qadınlar; istər öz canlarında, istərsə də uşaqlarının həlak olmasından qorxarlarsa oruc tutmaya bilər və ya iftar edə bilərlər. Bu vəziyyətdəki qadınlara kəffarə lazım deyil, daha sonra oruclarını qəza edərlər."  (İbn Abidin, I, 207).

26 Peyğəmbərimiz Ərəfə Günü Oruc Tuturdu?

Rəsulullah sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur:

"Ərəfə günü tutulan orucun keçən ilin və gələcək ilin günahlarına kəffarə olacağına Allahın rəhmətindən ümidim var."

(Tirmizi, Savm: 46; İbni Macə, Sıyam: 40; Muslim, Sıyam: 196)

Ata əl-Xorasani radiyallahu anh deyir:

Əbu Bəkrin oğlu Abdurrəhman  Ərəfəgünü Hz. Aişənin hüzuruna girdi. Hz. Aişə oruclu idi. Hərarətdən ötəri üzərindən su damlayırdı. Abdurrəhman ona, "Orucunu poz" dedi.

Hz. Aişər.ə. Anhə:

"Rəsulullah sallallahu aleyhi vəsəlləm  'Ərəfə günü oruc tutmaq özündən əvvəlki ilin günahlarına kəffarə olar' dediyini eşitdiyim halda iftar edim? 'dedi." (ət-Tərgib vət-Tərhib, 2: 112)

Beyhəqinin bir rəvayətinə görə isə Hz. Aişə radiyallahu anhə belə demişdir:

Rəsulullah sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur:

"Ərəfə günü oruc tutmaq min gün oruc tutmaq kimidir." (ət-Tərgib vət-Tərhib, 2: 112)

Yalnız Ərəfə günü oruc tutmaq o il həccə getməyənlər üçündür. Yəni Ərəfə günü Ərafat vəqfəsində olmayanlar üçündür. Bu xüsusdakı hədisi-şərif belədir:

Əbu Hureyrə radiyallahu anh deyir:

"Rəsulullah sallallahu aleyhi vəsəlləm Ərəfə günü Ərafatda oruc tutmağı yasaqladı." (Əbu Davud, Savm: 63)

Haris binti Ümmül-Fəzl rəvayət edir:

Ərafatda Ərəfə günü insanlar Rəsulullah sallallahu aleyhi vəsəlləmin orucu haqqında ixtilafa düşdülər. Bəzisi, "O orucludur" dedi, bəzisi də, "Xeyr, oruclu deyildir" dedi.

Rəsulullah sallallahu aleyhi vəsəlləm Ərafatda dəvəsi üzərində vəqfədə ikən ona bir stəkan süd göndərdim onu ​​içdi. (Muslim, Sıyam: 110-111)

Hədis alimlərinin bu xüsusdakı şərhləri belədir:

Hafiz deyir ki: "Alimlər Ərəfə günü Ərafatda oruc tutulmasında ixtilaf etdilər."

İbni Ömər dedi ki: "Rəsulullah sallallahu əleyhi vəsəlləm, Əbu Bəkir, Ömər və Osman Ərəfə günü oruc tutmadılar, mən də tutmuram."

İmam Malik ilə İmam Sevri oruc tutmağı üstün tuturdular (seçirdilər).

Abdullah ibni Zübeyr ilə Hz. Aişə Ərəfə günü oruc tutmağa meyl edirdilər.

Ata, "Qışda tuturam, yazda tutmuram" deyirdi.

Qatadə isə, "Ərafatda dua etməyi zəiflətməzsə oruc tutulmasında bir zərər yoxdur" deyirdi.

İmam Şafii "hacılardan başqalarına Ərəfə günü oruc tutmaq müstəhəbdir. Hacılara gəldikdə, dua etmək üçün qüvvət verməsindən ötəri yeməsi mənə görə daha yaxşıdır " dedi.

İmam Əhməd isə, "Oruc tutmağa gücü çatsa tutar, əgər yeyərsə bu hal qüvvəyə ehtiyac duyduğu bir gündür" dedi.

27 Əlin kəsilərək qanaması orucu pozarmı? Yaraya məlhəm qoymaq olarmı?

     Sələmun aleykum.

      Bədənin hər hansı yerindən qanın axması, mədəyə getmədiyi təqdirdə orucu pozmaz. Həmin yaraya məlhəm qoya bilərsiz, amma spirt sürməməyi məsləhət görürük.

      Məlhəm Və dərmanlı bant Istifadə etmək orucu pozarmı?

       Dəri üzərindəki məsamələr və dəri altındakı kapilyar damarlar yoluyla bədənə sürtülən yağ, məlhəm və bənzər şeylər əmilərək qana qarışmaqdadır. Ancaq dərinin bu əmməsi, çox az və yavaş olmaqdadır. Digər tərəfdən bu yemək içme mənasına da gəlməməkdədir. Bu baxımdan, dəri üzərinə sürtülən məlhəm, yapışdırılan dərmanlı lentlər orucu pozmaz.

Orucluq haqqında ən çox soruşulan suallara cavablar.


28 İmsaq və iftar vaxtları üçün müxtəlif təqvimlərin olmasından dolayı biz neyləməliyik ?

    Və aleykum Salam.

    Bizə düşən vəzifə bir təqvimə əsasən əməl etməkdir. Yəni iftarı bir təqvimə sahuru da digər təqvimə görə etmək olmaz.Məsləhət gördüyümüz təqvim diyanətin hazırladığı təqvimdir. Digər təqvimə görə əməl edənlərə də irad tutmamalıyıq. Hər biri müəyyən hesablamalara əsaslandığına görə doğru hesab olunur. 

    Meridianlara görə vaxtlar dəyişir. Günəş şərqdə çıxaraq qərbə doğru hərəkət edir. Beləki günəş Bakıda çıxandan 21 dəqiqə sonra  Naxcıvanda çıxır. 

FƏCRİ-SADİQİN ƏLAMƏTİ

 


29 Muhərrəm ayında hansı gün oruc tutmalıyıq?

Hz. Muhəmməd (a.s.v) Muhərrəm ayının doqquz, on və on birinci günləri oruc tutmağı səhabələrinə

tövsiyə etmişdi. Peyğəmbər Əfəndimiz (s.a.s) buyurur ki:

"Ramazan orucundan sonra tutulan orucların ən fəzilətlisi Allaha izafət (sayğı,

bağlılıq) ilə şərəfləndirilən Muhərrəm ayındakı orucdur."(Riyazus-Salihin, II, 504).

Digər hədislərdə Muhərrəm ayının onuncu gününə düşən və bir çox əhəmiyyətli hadisənin cərəyan

etdiyi "Aşura Günündə tutulan orucun, bir il əvvəl işlənən səhv və günahların bağışlanmasına

vəsilə olacağı müjdələnmişdir" (Riyazus-Salihin, II, 509).

Hədisi-şərifdə bildirilən oruc Muhərrəm ayının 9-10-11-ci günlərində tutulan orucdur.

Aşure yapmak şart değildir; ancak aşure yapıp komşulara ve misafirlere ikram edilebilir.

 

30 Qədr gecəsində necə ibadət edilməli; bu gecə necə dəyərləndirilməlidir? ..

Və aleykum Salam.

Əbu Hüreyrə (ra) 'ın rəvayət etmiş olduğu hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s.) belə buyurmuşdur:

"Kim Qədr Gecəsini, fəzilətinə inanaraq və alacağı savabı Allah`dan gözləyərək ibadət və itaətlə keçirərsə, keçmiş günahları bağışlanar." (Buxari, Qədr, l).

Qədr gecəsində nələr edilə bilər:

Qədr Gecəsini namaz qılaraq, Qurani-Kərim oxuyaraq, tövbə, istiğfar edərək və dua edərək qiymətləndirməli.

Üzərində namaz borcu olanların nafilə namazı qılmazdan əvvəl heç olmasa beş vaxt qəza namazı qılmaları daha fəzilətlidir. Qəzası yoxdursa nafilə qılar.

Süfyan Səvri belə demişdir:

"Qədr Gecəsi dua və istiğfar etmək namazdan sevimlidir. Qur'an oxuyub sonra dua etmək daha gözəldir." (Təcrid-i Sarih Tərcüməsi, VI/313)

Hz. Aişə (Allah ondan razı olsun) anamız demişdir ki; Rasulallah (sallallahu aleyhi və səlləm) 'ə:

"Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gəlsəm necə dua edim?" deyə soruşdum. Rasulallah (s.ə.s.):

"Allahummə innəkə afuvvun tuhibbul-afvə fa`fu anni: Allah`ım sən çox bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla." deyə dua et, buyurdu (Təcrîd-i Sarih Tərcüməsi, VI/314).

Bu gecənin elə bir anı vardır ki, o anda edilən ibadət və dualar mütləq məqbul olur. Bu əhəmiyyətli anı yaxalamaq üçün gecəni bütünlüklə tövbə və istiğfar ilə keçirmək lazımdır. Bu da adamın imanını təzələyər. Gecəni bütünlüklə ibadətlə keçirməyənlər ən azından təravihdən sonra bir az oturub dua etməlidirlər.

Qədr Gecəsi və Dəyərləndirilməsi

Qədr Gecəsi



31 Bəzi hədisi-şəriflərdə, "Ramazan ayı girincə mərədəyi-şeytanlar (inadçı, dirənən, hücum edən) zəncirə vurular." buyurulur. "Mərədəyi-şəyatîn" nə deməkdir; şeytanların zəncirə vurulmalarının təzahürləri nələrdir?

İnsanlar kimi şeytanlar da qisim-qisimdir; həddindən çox zərərvericiləri olduğu kimi hər

insana görə verilmiş şeytanlar da vardır.

Sonsuz hikmət sahibi olan Allah geniş koordinatlar və sərhədsiz potensiala sahib çox

qiymətli cihazlar, çox üstün qabiliyyətlərlə təchiz etdiyi insanın davamlı olaraq tərəqqi

etməsini, yaradılışının haqqını verərək maddi və mənəvi olaraq yüksəlməsini murad

etdiyi üçün şeytanları insana müsəllət etmişdir.

Qrafit deyilən mineralın 100 min atmosfer təzyiqi  və 3 min dərəcə istilik altında

saxlanmasıyla ancaq almaz əldə edildiyi düşünülsə, insan fitrətindəki almazdan daha

çox qiymətli faydalı qazıntıların ortaya çıxması üçün şeytanların nə qədər lazımlı

olduğunu dərk edə bilərik.

Yalnız Ramazan ayında bağlanan şeytanlar, xüsusi şeytanlar deyildir; daha zərərli

və şərli şeytanlardır. Hər kəsin xüsusi şeytanı isə davamlı olaraq insanla bərabər olur.

Əgər şeytan insandan ayrılsa o zaman insanın tərəqqisi dayanır; nə var ki atmosferin

daha nurani və mənəvi iqlimlə həyat sahibi olması, könüllərin iman və Quran nurlarına

boyanması və hər kəsin dərəcəsinə görə cəsədindən sıyrılıb ruhi bir həyata addım

atması səbəbiylə Ramazanı-Şərifdə bu şeytanların təsirləri və zərərləri azala bilər.

Peyğəmbər Əfəndimiz (s.ə.s) "Ramazan ayı girəndə Cənnət qapıları açılar,

Cəhənnəmin qapıları bağlanar və mərədəyi-şəyatin zəncirə vurular."(Buxari, Savm,

5) buyurmuşdur. Hədisdə keçən "Mərədə" inadçılar, dirənənlər, hücum edənlər

deməkdir. Bu ifadə ilə şeytanların ən azğınları, ipə-sapa yatmazlar, gözü dönmüşləri

qəsd edilir. Bəli, bu mübarək ayda"mərədəyi-i şəyatin" zəncirə vurulur.

Ramazanı-Şərif sanki bir axirət bazarıdır, axirət gəlirinin ən məhsuldar tarlasıdır,

əməllərin cücərməsi üçün yaz yağışı hökmündədir, sair zamanlarda bir Quran hərfi

oxuyan adam on savab qazanarkən, bu zamanda qazanc on minlərə qədər artır. Bundan

istifadə edən möminlərin əldə etdiyi böyük mənfəət şeytan baxımından tam bir fəlakətdir.

Bu vəziyyətdə hirsindən dəliyə dönüb, insanları günahlara çəkmək üçün bütün hiylələrini

istifadə etməsi nəzərdə saxlandıqda şeytanın əlinin qolunun bağlanması böyük bir

rəhmət olacaqdır və sonsuz rəhmət sahibi Rəbbimiz də belə etmişdir.

32 Çox susadığım zaman bilərəkdən orucumu poza bilərəmmi?

   Salam aleykum.

   Oruc tutan bir müsəlman bir az acacaq, bir az susayacaq və bir az da halsızlaşacaq. Bu imtahanın şərtləridir. Belə olmasaydı hər kəs oruc tuttardı. İbadətlərimizdə zahiri bir çətinlik olsa da ruhani bir huzur və rahatlıq var.

   Birdə Ramazan orucunu tutmamaq başqa, Ramazan orucunu qəsdən pozmaq başqa. Birinci halda sadəcə bir gün qəza, ikinci halda isə dalbadal 60 gün kəffarə orucu tutulmalıdır.

   Hansı hallarda oruc tutamaya bilər:

33 Muhərrəm ayı və Aşura günü orucu

 

İbni Abbas Radiyallahu Anhumə rəvayət edir:

Peyğəmbərimiz Sallallahu Aleyhi Vəsəlləm Mədinəyə hicrət etdikdən sonra orada yaşayan Yəhudilərin oruclu olduqlarını öyrəndi.

"Bu nə orucudur?"  deyə soruşdu.

Yəhudilər, "Bu gün Allahın Musanı düşmənlərindən qurtardığı, Fironu boğdurduğu gündür. Hz. Musa Əleyhissalam şükür olaraq bu gün oruc tutmuşdur "dedilər.

 

Bunun üzərinə Rəsulullah Sallallahu Aleyhi Vəsəlləm də, "Biz Musanın sünnəsini əhya etməyə sizdən daha çox yaxın və haqq sahibiyik" buyurdu və o gün oruc tutdu, tutulmasını da əmr etdi. (Əbu Davud, Savm: 64) Bu barədə Həzrəti Aişə anamız deyir ki:

 

"Aşura, Qureyş qəbiləsinin Cahiliyyə dövründə oruc tutduğu bir gün idi. Rəsulullah Sallallahu Aleyhi Vəsəlləm də buna uyğun hərəkət edirdi.

 

Mədinəyə hicrət edən kimi bu orucu davam etdirdi və başqalarına da əmr etdi. Lakin Ramazan orucu fərz qılınan kimi özü Aşura günündə oruc tutmağı buraxdı.

 

Bundan sonra müsəlmanlardan istəyən bu gündə oruc tutdu, istəyən tutmadı. "(Buxari, Savm: 69)

Bu barədə başqa bir rəvayət də belədir:

 

Qeys ibni Səd ibni Ubadə Radiyallahu Anhumə deyir:

 

"Biz Aşura günü oruc tutur və sədəqəsini ödəyirdik. Ramazan orucunun fərz olması və zəkat əmri enən kimi artıq onunla əmr olunmadıq, ondan yasaqlanmadıq amma biz onu edirdik. "(Nəsai, Zəkat: 35)

Aşura orucunun fəziləti haqqında da bu tərcümədə hədislər zikr edilir.

 

Bir zat Peyğəmbərimiz Sallallahu Aleyhi Vəsəlləmin yanına gəldi vəsoruşdu:

 

"Ramazandan sonra nə vaxt oruc tutmağımı tövsiyyə edirsiniz?"

 

Peyğəmbərimiz Sallallahu Aleyhi Vəsəlləm, "Muhərrəm ayında oruc tut. Çünki o, Allahın ayıdır. Onda elə bir gün vardır ki, Allah o gündə bir qövmün tövbəsini qəbul edib və o gündə başqa bir qövmü də əfv edə bilər "buyurdu. (Tirmizi, Savm: 40)

Yenə Tirmizidə ​​keçən bir hədisdə Peyğəmbərimiz Sallallahu Aleyhi Vəsəlləm belə buyurmuşdur:

 

"Aşura günündə tutulan orucun Allah qatında o gündən əvvəl bir ilin günahlarına kəffarə olacağını qüvvətlə ümid edirəm." (Tirmizi, Savm: 47)

"Ramazan ayından sonra ən fəzilətli oruc  Allahın ayı olan Muhərrəm ayında tutulan orucdur" (İbni Macə, Sıyam: 43) hədisi-şərifi isə bu günlərdə tutulan orucun fəzilətini ifadə edir.

 

Bu hədisin şərhində İmam Qəzali "Muhərrəm ayı Hicri ilin başlanğıcıdır. Belə bir ili oruc kimi xeyirli bir təmələ söykəmək daha gözəl olar. Bərəkətinin davamından da ümid edilir " deyir.

 

Bundan başqa "Hər kim Muhərrəm ayında bir gün oruc tutarsa, o kəsin tutduğu hər bir günə qarşılıq olaraq ona otuz savab verilər" mənasında bir hədis vardır. Ancaq səhhəti mövzusunda bir məlumata rastlaya bilmədik. (bax. Kənzul-Ummal, 8/572)

 

İstər Yəhudilərə bənzəməmək, istərsə də orucu tam Aşura gününə bərabər gətirməmək üçün Muhərrəmin doqquzuncu, onuncu və on birinci günlərində oruc tutulması tövsiyyə edilmişdir.

Yazıçı:

Mehmet Paksu

34 Başqasının çəkdiyi siqaretin tüstüsünü, qəsdən və istəyərək içinə çəkmək orucu pozarmı?

   Siqaret tüstüsünü, qəsdən və istəyərək içinə çəkmək orucu pozar. Ancaq, kənardan siqaret qoxusunun gəldiyini hiss etmək orucu pozmaz.

   Orucun əsas ünsürü və mənası, yemək, içmək və cinsi əlaqədən uzaq durmaq, nəfsi bunlardan məhrum buraxmaq olduğu üçün, oruclu ikən bunlar və bu anlama gələcək davranışlar orucu pozar. Yemək və içmək, yeyilib içilməsi adət olan hər şeyi əhatə edər. Siqaret, nargilə kimi kef verən tütün mənşəli dumanlı maddələr ilə narkotiklər və asılılıq gərəyi alınan bütün maddələr oruc qadağaları dairəsinə girər. (İbn Abidin, Rəddü'l-Muxtar, Beyrut 2000, II, 394).

35 Orucun vaxtı nə üçün hər il dəyişir?

Qidalanma rejimində bir aylıq dəyişiklik

Bədənin bir ay müddətində fərqli qidalanma rejiminə uyğunlaşması vücudun xəstəliklərə müqavimət gücünü artırır, qida maddələrinin orqanizmdə tam istifadəsini təmin edir. Bütün gün yüngül bədənlə işləməyi, gecə də yaxşı istirahət və qidalanmanı təmin edir. Bu vaxt ortaya qoyulan səbir və dözümün şəxsiyyətin formalaşmasında rolunu, qanın bağırsaq və mədəyə deyil, beyinə sərf olunması nəticəsində formalaşan sağlam düşüncəni, hadisələri düzgün qiymətləndirmə qabiliyyətini qazanılmasını nəzərə alsaq, bu növ pəhrizin, yəni orucun insan üçün nə qədər zəruri olduğunu görərik.   

İslami bəzi günlərin dəyişməsi Günəş ilinə görədir. Qəməri dediyimiz Ay ilinə görə əsla dəyişməz. Mübarək gün və gecələr də Qəməri ilə görə olduğundan Qəməri ilə görə hər il eyni tarixdə olur. Ayrıca hər yeni ilin günü digər ilin günü deyildir. Allah hər zamanı fərqli yaradır. Necə ki bizlər də əvvəlki ilin eynisi deyilik.

Bilindiyi kimi Ramazan orucu və həcc ibadəti Hicri ilə görə edilir. Yəni fərz olan Ramazan orucu bu ayda tutulduğu kimi, fərz olan həcc ibadəti də Şevval, Zilqədə və Zilhiccə ayları içində əda edilir. Bu aylar otuz üç il içində bütün mövsümləri dolaşır. Məsələn, Ramazan ən uzun və ən isti yaz mövsümünə gəldiyi kimi, soyuq və qısa qış mövsümünə də rast gəlir. Həcc mövsümü də eyni.

Beləliklə, mömin oruc, həcc və ibadətində tam bir imtahanla üz-üzədir. Yəni ilin ən qısa və soyuq günlərində rahatca və asanlıqla oruc tutduğu kimi, yazın isti və uzun günlərində də tutmaq məcburiyyətində qalır. Beləliklə, mömin hər cür şərtlərdə Rəbbinə olan qulluq vəzifəsində axsaqlıq etməməyə çalışır.

Bu barədə Muhamməd Həmidullahın belə deyir:

"Hamımız bilirik ki, qəməri təqvimdə ilin ayları yer dəyişdiri. Məsələn, Ramazan bəzən qışa, bəzən yaya rast gələr, bəzən də yaz və ya payızda olur. İndi istifadə etdiyimiz Günəş ili, İslamdan əvvəl ərəblər  tərəfindən bilinirdi. Quran-ı Kərim, görəsən nə üçün onu ləğv edərək yerinə qəməri ili gətirdi? "

İlin mövzümlərinin fərqli təsirləri vardır. İnsan, çox soyuqdan mütəəssir olduğu kimi, çox istidən da narahat olur. Soyuq və isti mühitə görə dəyişir. Məsələn, Məkkə-i Mükərrəmədə qış mövsümü mötədil keçər. Halbuki qütblərə yaxın ərazilərdə yazın gəlməsi dörd gözlə gözlənildiyi halda, Ekvatora yaxın məmləkətlərdə heç də istənilməz. Orta və cənubi Hindistanda bahar mövsümü deyə bir şey yoxdur. Orada yaz, qış və yağış mövsümü vardır.

   Bütün bunlardan görülür ki, bir bölgə üçün rəhmət olan şey, başqa bir yer üçün zəhmət olur. Bütün bəşəriyyətə şamil olan bir dinin, möminlərin bir qisiminə, yəni bəzi bölgə sakinlərinə davamlı rəhmət olub da digərlərinə davamlı surətdə zəhmət olması uyğun deyildir. Oruc çətin bir ibadətdir. İldən ilə Ramazan ayının mövsümünün dəyişməsi belə bir şikayətə imkan verməz.

Bundan başqa dünyanın hər tərəfində eyni zamanda eyni mövsüm hökm sürməz. Mən bu sətirləri Yanvar ayında yazıram. Dünən radioda dinlədim ki, Fransanın bəzi bölgələrində soyuq sıfırın altında qırx dərəcədir. Eyni gündə Cənub Amerikada, Argentinada istilik sıfırın üstündə qırx dərəcədir. Ən gözəl Yaradıcı olan Allah nə qədər xeyirxahdır ki, Ekvatorun üstündəki məmləkətlərdə qış bütün şiddətiylə hökm sürdüyü halda, Ekvatorun altındakı məmləkətlərdə tamamilə yaydır.

Əgər Həzrət-i Peyğəmbər (s.ə.s.) orucu, məsələn, qışda tutmağı ümmətinə bildirsəydi, Şimali Amerikadakı insanlar Yanvar ayında, Cənubi Amerika'dakılar isə İyul ayında oruc tutmuş olacaqdılar. Qədr gecəsinə qədər Nuyork'da oruc tutmuş olan bir kimsə, əgər Buenos Aires'ə (Cənubi Amerika) gedəsi olsa ancaq altı ay sonra, yəni qış gəlincə orada bayram edə biləcək. İyuna rast gələn Şaban ayının sonlarında Buenos Airesdən çıxan, bir gün sonra Nuyork'a çatan bir kimsə Ramazan orucunu tuta bilməyəcəkdi. Çünki Ramazan Nuyork'da İyulda deyil, Yanvarda olacaqdı. Əgər bir kimsə oruc tutmamaq üçün Ekvatorun şimalından cənubuna, cənubundan şimalına getsə, buna imkan tapa biləcəkdi və ömrü boyunca heç oruc tutmayacaqdı. Və din gülünc, qarışıq bir şey olacaq, anarxiya halına gələcəkdir. 

Bu qısa izah göstərir ki, orucun Ramazan ayında tutulması haqqında İslamın əmrləri, Allahın qullarına olan rəhmət və lütfünün əsəridir. Bunda maddi və mənəvi bir çox faydalar vardır. Bu əmrlər ağla və məsləhətə uygundur. (Muhamməd Həmidullah. "Nə üçün oruc tuturuq?" Diyanət İşləri Başqanlığı, 1960 İl, s. 12-14)

Ourucun tutulma vaxtının il ərzində dəyişib, müxtəli fəsillərə rastlaması və həmçinin ac qalma müddətini dəyiməsinin bəzi hikmətlərini bildirək.

Vegetativ sinir sisteminin funksiyalarının pozulması nəticəsində parasimpatik (sinir) sistemi fəaliyyətinin artması mədə şirəsi ifrazının və qastrin hormonunun çoxalmasına səbəb olur. Nəticədə də mədə və ya onikibarmaq bağırsaqda xora xəstəliyi əmələ gəlir.

Vegetativ sinir sistemində dəyişikliklər, xüsusilə, yaz və payız mövsümlərində baş verir. Ancaq bu ilin digər vaxtlarında da ola bilər. Mədə xorası aclıq ağrıları ilə əlaqədar olduğundan, bu pəhrizlərin oruc kimi, ilin müxtəlif vaxtlarına düşməsi məqsədəuyğundur.

Hər mövsümün özünəməxsus meyvə və qidaları vardır. İnsanlar müxtəlif vaxtlarda pəhriz saxlamaqla hər qidaya qarşı nəfsə hakim olma vərdişi qazanır. Bu da onu müxtəlif xəstəliklərdən qoruyur.

Məlumdur ki, bəzi xəstəliklər sırf müəyyən qidalarla bağlı özünü büruzə verir. Məsələn, bəzi dəri xəstəlikləri acı, turş, ədviyyat kimi qidalara çox həssasdır. Həmçinin allergiyanın da müxtəlif qidalarla əlaqəsi vardır.

Nəticə etibarilə, insanlar fərqli mövsümlərin qidalarına qarşı pəhriz saxlamaqla bu xəstəliklərdən qorunurlar. İnsanın doğumundan ölümünə qədər fasiləsiz olaraq işləyən həzm sisteminin ilin bir ayı, yarım gündən (12 saatdan) artıq istirahət etdirilməsinin tibbi faydaları inkarolunmaz həqiqətdir.

 

36 Peyğəmbərimizin iftarı və sahuru necə idi?

Peyğəmbərimiz (s.ə.s.) iftarı dərhal açardı. Bir neçə tikə ilə orucunu açıb axşam namazını qılardı. Ənəs bin Malik (r.a.) deyir: “Rəsulullah (s.ə.s.) iftarını namazdan əvvəl bir neçə təzə xurma ilə, təzə xurma olmayanda quru xurma ilə, o da olmayanda bir neçə qurtum su ilə açardı.”[1]

Xurma o dövrün Mədinəsində ən çox yayılan bitkidir. Xurma tapılmayanda isə hər bölgədə həmişə olan su tövsiyə edilmişdir. Xurma və su seçimini qış mövsümündə xurma,  yay və isti mövsümlərdə su kimi izah edənlər də var.[2] Peyğəmbərimiz (s.ə.s.): “İnsanlar nə qədər ki iftara tələsirlər, xeyirli yoldadırlar“,[3] – buyuraraq ümmətinə iftarı gecikdirməməyi tövsiyə etmişdir. Əbu Hüreyrə (r.a.) Rəsullahdan (s.ə.s.) nəql etdiyi bir qüdsi hədisdə Allah-Təala buyurur:

Dərgahımda ən çox sevilən bəndələrim iftarı dərhal açanlardır.[4]

İftarın gecikdirmədən açılması ibadətlə bağlıdır. Rəvayətlərə görə, Yahudi və Xristianlar ulduzlar görünənə qədər iftarı gecikdirirmişlər.[5] Onların əksinə iftarı dərhal açmaq müstəhəb sayılmışdır.[6] Digər bir səbəb isə axşam namazını fikri dağınıq halda qılmağın qarşısını almaqdır.

Hənəfi fiqh alimləri orucluya 3 şeyin müstəhəb olduğunu bildirmişdir: sahur yemək, sahur yeməyini gecikdirmək və iftar açmağa tələsmək.

Peyğəmbərimiz (s.ə.s.) iftarda xüsusi yemək axtarmaz, nə olsa yeyərdi. Abdullah bin Əbi Əvfa Peyğəmbərimizin sevik adlı şorba ilə iftar açmasından bəhs edir.[7]

İftar əsnasında və ya iftardan sonra Rəsulullah (s.ə.s.): “Susuzluq keçdi, damarlar nəmləndi. İnşallah, savab da hasil oldu”, – deyərdi. “Ey Allahım yalnız Sənin üçün oruc tutdum və Sənin ruzinlə orucumu açdım” sözləri də Rəsulullahındır.[8]

İnsanlara yardım etməyi sevən və ümmətini də buna təşviq edən Peyğəmbərimiz (s.ə.s.) ramazanda müsəlmanları oruclulara iftar verməyə səsləmişdir:

Ey insanlar!.. süfrəniz hər kəsin üzünə açıq olsun, yemək yedirdin… Beləcə Cənnətə girərsiniz!“,[9]

Bir orucluya iftar verən onun savabı qədər savab qazanır, həm də oruclunun savabından heç nə azalmır“.[10]

Bu hədisdə Peyğəmbərimiz (s.ə.s)  iftar verənlərin  böyük  savab qazanacağını bildirir.

“Kasıbları və acları doyurmaq” mövzusu ayələrdə və hədislərdə müxtəlif şəkillərdə əksini tapmış, zəkat, sədəqə, kəffarə və fitrənin ölçüləri müəyyən edilmiş və geniş təhlil olunmuşdur. Lakin Peyğəmbərimiz (s.ə.s.): “Süfrəniz hər kəsin üzünə açıq olsun”, – buyurmaqla varlı-kasıb, mömin-müşrik fərqi qoymamışdır. Ona görə də müsəlmanlar başda olmaqla, hər kəsə, hətta qeyri-müsəlmana da yemək vermək bu əmrin məzmununa daxildir. Süfrəni hər kəsin üzünə açmaq, kim olur-olsun, qonaq etmək möminə xas davranışdır. Hər gələni Xızır bilmək, gülər üzlə qarşılamaq və süfrə açıb qonaq etmək… Allah Rəsulunu “yemək verin” sözünün məna halqası belə geniş götürülməldir.

Peyğəmbərimiz (s.ə.s.) sahura qalxmış və ümmətini də sahura qalxmağa təşviq etmişdir. İbn Adiyydən gələn bir rəvayətdə Həzrət Əli (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu nəql edir:

Bir qurtum su ilə də olsa, sahur edin, bir qurtum su ilə də olsa, iftar açın.[11]

Amr ibnül-Asdan (r.a.) gələn rəvayətdə isə: “Bizim orucumuzun Əhli-Kitabın orucundan fərqi sahur yeməyidir“,[12] – buyuraraq sahur yeməyinin oruc tutmağı asanlaşdırmasına diqqət çəkmişdir.

Allah Rəsulu: “Gecə yeyilən sahur yeməyi gündüz tutulan oruca, gündüz yuxusu (günorta, qaylulə) isə gecə namazına (təhəccüdə) köməkdir“, – buyurur.

Meysərə (r.a.) demişdir: “Rəsulullah (s.ə.s.): “Bir loğma və ya bir qaşıq şorba ilə də olsa, sahur edin, çünki o bərəkət yeməyidir. Sahur sizin orucunuzla Xristianların orucu arasında hüduddur (fərqdir)“, – buyurdu” .

Həzrət Ənəsdən (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu nəql edir:

Sahur edin, çünki sahurda bolluq və bərəkət vardır.[13]

Bərəkət kəlməsi müxtəlif şəkillərdə izah edilmişdir:

a) Az yeməyə qüvvət verərək oruca kömək edir. Rəsullahın (s.ə.s.) “Bir qurtum su ilə, bir xurma dənəsi ilə olsa da…” – buyurması buna dəlalət edir. Bu, Allahın bir hökmüdür.

b) “Bərəkət” sözü ilə hesaba çəkilməkdən qurtulmaq nəzərdə tutulur. Həzrət Əbu Hüreyrədən nəql olunan bir hədisdə Allah Rəsulu:

“Qul üç şeyə görə hesaba çəkilməz. Sahur yeməyinə, iftar yeməyinə və (din) qardaşları ilə birlikdə yediyi yeməyə görə”, – buyurur.

c) “Bərəkət” sözü ilə oruc kimi gündüz edilən ibadətlərdə qüv­vət əldə etməkdir.

Qazı İyaz: “Bu bərəkət sahura qalxan şəxsin zikr, namaz, istiğfar kimi əməllərindən ibarət də ola bilər. Çünki insan sahura qalxmasa, bunları edə bilməz”, – deyir.

Abdullah b. Ömər (r.a.) nəql edir ki, Rəsulullah (s.ə.s.):

Şübhəsiz ki, Allah və mələkləri sahur ye­yənlərə xeyir-dua edərlər“,[14] – buyurdu.

Əbu Ümamə (r.a.) nəql edir: “Mən Rəsulullahın (s.ə.s): “Ya Rəbbi, ümmətimin sahur yeməyini bərəkətli et. Ey ümmətim! Bir qurtum su ilə, bir xurma ilə, bir neçə quru üzüm dənəsi ilə də olsa, sahur yeyin. Çünki mələklər sizə xeyir-dua edərlər“, – buyurduğunu eşitdim.[15]

Rəsulullah (s.ə.s) bir hədisində buyurur:

Sahur bərəkətdir, bir qurtum su ilə də olsa, sahur edin. Çünki Allah-Təala ilə mələkləri sahur yeyənlərə xeyir-dua edərlər.[16]

Həzrət Aişə (r.a.) deyir: “Allah Rəsulu (s.ə.s): “Bizə bərəkətli yeməyi, yəni sahuru gətirin”, – buyurdu. Halbuki çox vaxt bu yemək iki xurma dənəsindən ibarət olurdu.[17]

Nəsaidə verilən hədisi-şərif: “Peyğəmbərimizin (s.ə.s) yanına girdim, sahur yeməyi yeyirdi. “Bu yemək bərəkətdir, bu sizə Allahın verdiyi bir bərəkətdir. Onu tərk etməyin”, – buyurdu.”

İftarı axşam vaxtı girəndə açan Allah Rəsulu (s.ə.s.) sahuru şəfəq sökülənə qədər gecikdirir, vaxtın sonuna doğru yeyir və ümmətinə də belə etməyi tövsiyə edirdi. Bu barədə İbn Ömər (r.a.) belə demişdir: “Rəsulullahın (s.ə.s.) iki müəzzini vardı: Bilal və İbn Ümmü Məktum. Rəsulullah (s.ə.s) buyurdu: “Bilal gecə erkən əzan oxuyur. Siz Ümmü Məktum əzan oxuyana qədər yeyin için.”[18]

Zeyd ibn Sabitdən (r.a.) rəvayət edilir: “Biz Rəsulullahla (s.a.s.) birlikdə sahur yeməyi yedik, sonra isə sübh namazını qıldıq”. “Sahur yeməyi ilə sübh namazı arasında nə qədər vaxt keçdi?” – deyə soruşdular. “Əlli ayə oxuyacaq qədər”, – deyə cavab verdi.[19]

Peyğəmbərimizin (s.ə.s.) təkcə iftardan deyil, sahurda da qonaq qəbul edirdi. Həzrət İrbad ibn Sariyə belə demişdir: “Rəsulullah (s.ə.s.) məni ramazanda sahur yeməyinə dəvət etdi, “Bərəkətli yeməyə buyur!” − dedi.[20]

Əbu Yalanın rəvayəti: “Rəsulullah (s.ə.s.) sahur yeməyi və tirit (ət suyuna qızardılmış və ya bayat çörək qoyulmaqla hazırlanan yemək) haqqında bərəkət duası etdi”. Başqa bir rəvayətində isə: “Rəsulullah (s.ə.s) “Sahur bərəkətdir, tirit bərəkətdir, camaat da bərəkətdir”, –  buyurdu”, – deyir.

Peyğəmbərimizin Ramazanı” kitabından.


[1] Tirmizi, Savm 10 ; Əbu Davud, Savm 21.[2] Abdullah Parlayan, İzahlı tam Riyazüs-Salehin tərcüməsi.
[3] Buxari, Savm 45.
[4] Tirmizi, Savm, 13 ; Beyhəqi , Sünənül-kübra, IV, 237.
[5] Beyhəqi, Sünənül-kübra, IV, 237.
[6] Kamil Miras, Tecridi-Sarih tercüme ve şerhi, VI, 286
[7] Buxari, Savm, 33, 43, 44, 45; Talaq 24; Müslim, Siyam 52-54.
[8] Abdullah Parlıyan, Açıklamalı tam Riyazüs-salihin tercümesi, s. 362.
[9] İbn Macə, Ətimə 1; Darimi, Səlat 156.
[10] Tirmizi, Savm 81.
[11] Bədrüddin Ayni, Ümdətül-Qari, VIII, 70.
[12] Müslim, Siyam 46.
[13] Buxari, Savm 20; Müslim, Siyam 45.
[14] Hədisi İbn Hibban ortaya çıxarmışdır.
[15] Təbəraninin “Müsnəd”indən.
[16] İmam Əhməd Hənbəlin “Müsnəd”ində verilir.
[17] Bu hədisi Əbu Yala “Müsnəd”ində nəslərlə ortaya çıxarmışdır.
[18] Buxari, Əzan 11, 13, Şəhadət 11, Savm 17; Müslim, Siyan 36-39.
[19] Buxari, Savm 19; Müslim, Siyam 47. Həmçinin bax: Tirmizi, Savm 14.
 [20] Hədisi Əbu Davud ilə Nəsai nəslər əsasında müəyyənləşdirmişdir.
 

37 Oruc keçmiş günahları bağışlayır?

Rəsulullah (s.ə.s) bir hədisi şərifində, “Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.“[1] – buyurmuşdur. Rəsulullah (s.ə.s) bu hədisində Ramazanla gələn bərəkətə tam inanan, ixlas və səmimiyyətlə oruc tutub bu mübarək ayı ibadət və itaətlə keçirən, savabını da yalnız Allahdan gözləyən möminlərin keçmişdə işlədikləri günahlarının bağışlanalacağını müjdələmişdir. Hədisdə keçən “İmənən” ifadəsi, inanılması lazımlı olan hər şeyə və orucla əlaqəli dini hökmlərə ürəkdən inanmağı; orucun fərz olduğuna, qarşılığında vəd edilən böyük mükafata şübhəsiz iman etməyi bildirir.

Bəli, biz Allahın bəndələri, Allah da bizim Məbudumuzdur. Bizim Ona qarşı etdiyimiz şeylər Onun haqqı, bizim də vəzifə və borcumuzdur. Oruc da Onun əmridir. O, ibadətlərimizdən hər vaxt xəbərdardır və etdiyimiz hər şeyi bilməkdədir. Eyni zamanda əllərimizi Ona qaldırdığımızda etdiyimiz dualara cavab verəndir. Bir hədisi-şərifdə Peyğəmbərimiz belə buyurur: “Allah Ona dua edən hər kəsə cavab verər (duasını qəbul edib istəyini verər). Ya dünyada dərhal arzusunu yerinə yetirər, ya əvəzini axirətə saxlayar, ya da duası qədər günahlarını bağışlayar. Əsas odur ki, duasında günah sayılan bir şey və ya qohumluq əlaqələrinin pozulmasını istəməsin, ya da tələsməsin,”[2] – buyurmuşdur. Başqa bir hədisi-şərifdə: “Rəbbiniz çox həyalıdır, kərimdir. O, əllərini qaldırıb dua edən qulunu  boş qaytarmaqdan həya edər”.[3] – buyrulmuşdur.

Allaha qarşı yönələrkən və təvəccöh edərkən və Ona yalvararkən, hər şeydən əvvəl Onun qullarını gördüyünə, duaları eşitdiyinə və istəkləri yerinə yetirəcək gücə sahib olduğuna tam inanmaq lazımdır. Yoxsa inanmadan əl açmaq duanın ədəblərinə ziddir və bu şəkildə dua edən şəxsin çağırış və duasına cavab verilməyəcəyi məlumdur. O, lütf, kərəm, rəhmət və mərhəmətinin genişliyi ilə insanların dualarını qəbul edər. Bu səbəblə də “duamız cavabsız qaldı” deyə bilmərik. Duaların qəbul olmağı üçün Ona könüldən inanmalıyıq. İnanacaqsan ki, səmimiyyətlə əllərini qaldırdığın zaman Allah onları boş çevirməsin, üzünü qara çıxartmasın, səni üzüqara etməsin. Hədisdə keçən “imənən” qeydi belə bir inanmağı ifadə etməkdədir. “İhtisab” sözü də savabın Allahdan gözlənilməsi mənasındadır. Bundan əlavə dünyaya aid mənfəət ummaqdan uzaq, yalnız Allahın razılığımı arzulamaq və mükafatı Onun rəhmətindən ümid etmək deməkdir. Xeyir işlərdə və ibadətlərdə ixlas və səmimiyyətə zidd heç bir xüsus olmamalı, riyadan uzaq durulmalıdır. Hər şey Allah üçün edilməli, qarşılıq və mükafat Allahdan gözlənməli, edilən işlər dünyəvi faydalara bağlanmamalıdır. Hər mövzuda çalışmalı, iradənin haqqını verməli amma nəticədə hər şeyi Allahdan diləməliyik. Bununla bərabər qulluğumuzu Cənabı Haqqa təqdim edərkən, Onun Məbud, bizim də bəndə olduğumuzu heç vaxt yaddan çıxarmamalı, Onun haqqı olduğu üçün qulluğumuzu Ona aid etməliyik. Bu səbəbdən, ibadətlərimizi ehtiyac və istəklərimizə bağlamamalı, onları vəzifəmiz olduğu üçün əda etməliyik.

Eyni zamanda, Cənabı Haqqdan nə isə istəmək, bizim şəxsi haqqımız deyil. Onun lütf edib bizə verdiyi haqqdır. O elə lütfkardır ki, o haqqları Özünə qarşı istifadə etməyimizə icazə vermişdir. Məsələn, bir mənada, “Siz Mənə qulluq edin və ibadətlərinizi yerinə yetirin, -ki, bu sizin vəzifənizdir- Mən də, o biri aləmdə nemətlərimlə sizi sevindirim” demiş və bizə bəzi haqqlar vermişdir. Demək ki, haqqı verən də, onu istifadə etmə imkanı bəxş edən də Allahdır.

Yoxsa bizim mahiyyətimizdə və ruzi olaraq bizə verilən nemətlərdə hansı miqdarda öz sərmayəmiz var ki, hər hansı bir haqqımız olsun? Bəli, biz başlanğıcdan sona qədər qədər hər şeyimizlə Ona aidik və Onun verdiyi haqqlarımız olsa da hər şeydən əvvəl bir bəndəyik. Buna görə də, bir bəndəyə yaraşan şəkildə hərəkət etməli və yalnız Xaliqimizin razılığını diləməli, ibadətlərimizi də bu niyyətlə yerinə yetirməliyik.

İxlas və səmimiyyətlə yerinə yetirilən ibadətin qəbul olunacağına inanırıq. Allah etdiyimiz ibadətləri qəbul eləsin!


[1] Buxari, İman, 28, Savm, 6; Müslim, Siyam, 203
[2] Müslim Zikir 92; Tirmizi Dəavat 116
[3] Əbu Davud, Səlat 358.

38 Hansı İftar duaları vardır?

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.[1]  Nəql olunur ki, Peyğəmbərimiz (s.ə.s.) oruc açarkən bu duaları oxuyarmış:

اَللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ اَفْطَرْتُ

(Allahummə ləkə sumtu va alə rizqikə əftərtu)

“Allahım! Sənin rizan üçün oruc tutdum. Sənin verdiyin ruzi ilə orucumu açdım.” [2]

اَللّٰهُمَّ لَكَ صُمْتُ وَعَلَى رِزْقِكَ أَفْطَرْتُ فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

(Allahummə ləkə sumtu, və alə rizqukə əftərtu fə təqabbəl minni innəkə əntəs-səmiul-alim)

“Allahım! Sənin rizan üçün oruc tutduq və ruzinlə iftar açdıq. (Orucumuzu) qəbul eylə. Sözsüz ki, Sən hər şeyi eşidən və bilənsən.”[3]  

 اَلْحَمْدُ لِلَّهِ الَّذِي أَعَانَنِي فَصُمْتُ وَ رَزَقَنِي فَأَفْطَرْتُ

(Əlhəmdu lilləhil-ləzi əanəni fə sumtu və rəzaqani fə əftərtu)

Allaha həmd olsun ki, Onun yardımı ilə oruc tutur, verdiyi ruzi ilə iftar açıram.”[4]

اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِرَحْمَتِكَ الَّتِي وَسِعَتْ كُلَّ شَيْءٍ أَنْ تَغْفِرَ لِي ذُنُوبِي

(Allahummə, inni əsəlukə birahmətikə əlləti vəsi’tə kulli şəyin, ən təğfirə li zənbi)

“Allahım, hər şeyi əhatə edən rəhmətinlə Səndən günahlarımı bağışlamağını istəyirəm.”[5]

اَللَّهُمَّ لَكَ صُمْتُ وَ بِكَ آمَنْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ لِصَوْمِ غَدٍ نَوَيْتُ فَاغْفِرْلِي مَا قَدَّمْتُ وَ مَا اَخَّرْتُ

(Allahummə ləkə sumtu va bikə əməntu va aleykə təvəkkəltu va alə rizqikə əftərtu va li savmi ğadin nəvəytu fəğfirli mə qaddəmtu va mə əxxərtu)

“Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla”.[6]

 ذَهَبَ الظّمَأُ وَابْتَلَّتِ الْعُرُوقُ  وَ ثَبَتَ الاَجْرُ إنْ شَاءَ اللهُ تَعَالَى

(Zəhəbəz-zamə vəb təllətil-uruqu və səbətəl əcru inşəallahu təalə)

“Susuzluq getdi, damar islandı və inşallah, mükafat gerçəkləşdi.”[7] 

İftar verən ev sahibinə edilən dua

Həzrət Ənəs nəql edir: “Rəsulullah (s.ə.s.) bir gün Sad ibn Übadəgilə iftara gəldi. Übadə çörək və zeytun gətirdi. Allah Rəsulu yedi və sonra belə buyurdu:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ وَأَكَلَ طَعَامَكُمُ الْاَبْرَارُ وَصَلَّتْ عَلَيْكُمُ الْمَلَائِكَةُ

(Əftara indəkum əssaimunə və əkələ taaməkumul-əbraruvə sallət aleykumul-mələikətu)

“Süfrənizdə oruc tutanlar iftar etsin, yeməyinizi yaxşı insanlar yesin və mələklər sizə dua etsin.”[8]


[1] Tirmizi, Dəavat, 129; İbn Macə, Siyam, 48.
[2] Əbu Davud, Savm 22; Daraqutni, Sünən, II, 185; Beyhəqi, əs-Sünənül-Kübra, IV, 399.
[3] Daraqutni, Sünən, II, 185.
[4] Beyhaqi, Şuabül-iman, III, 406.
[5] Əbu Davud, Siyam, 22.
[6] Əbu Davud, 22.
[7] Əbu Davud, Siyam, 22.
[8] Əbu Davud, III, 367, Nəsai, əs-Sünənül-kübra, VI, 81.