İnsan günah işləyə bilən bir varlıq. "Mənim günah işləməyim mümkün deyil." deyə bilən heç kim yoxdur. Hər insan, bu və ya digər şəkildə, az və ya çox, günah çuxuruna yaxınlaşır, bəzən də içinə düşür.
Bizlər, ağıl və qəlb tarazlığı içində həyatımızı davam etdiririk. Lakin, insan yalnız ağıl və qəlbdən ibarət olmadığı üçün, başda nəfs olmaq üzrə basqın duyğular, söz dinləməz hisslər, önü alınmaz həvəslər və qarşı qoyulmaz qorxular altında, bəzən fərqində olaraq və ya olmayaraq iradəmizə söz geçirə bilmir və günah işləyirik.
İşin əslinə baxılsa, Uca Allah bizi özünə yaxınlaşdırmaq, bizi özünə möhtac etmək, bizi özünə çəkmək üçün bir-birindən fərqli, müxtəlif vəsilələr yaratmış. Məsələn, acmaq kimi bir duyğu verib, bizi ruziyə möhtac etmiş, Rəzzaq olduğunu göstərmiş və bizi bu yolla özünə bağlamış. Biz də qul olaraq bütün ehtiyaclarımızı O'ndan istəmiş, O'nu Rəzzaq olaraq bilmiş, gerçək mənada ruzi verici olaraq O'nu tanımışıq. Demək ki, Rəzzaq ismi, acmamızı tələb edir.
Eyni şəkildə, biz günahkar, Allah bağışlayandır. Biz xəta işləyirik, Allah bağışlayandır. Biz üsyana qapılırıq, Allah məğfirət edəndir. Biz tövbə edirik, Allah tövbəmizi qəbul edəndir. Allah Ğafur`dur, Afuvv'dur, Ğaffâr'dır, Təvvâb'dır. İşlədiyimiz günahlar bizi Allah'ın bu isimlərinə aparır, bizi O'na yönəldir. Beləcə Allah'ı Ğafur və Ğaffar adlarıyla tanımış oluruq.
Bədiüzzamanın dediyi kimi, 'Ğaffar ismi günahların varlığını və Səttar ismi qüsurların olmasını gərəkli edir.' Açıqcası, günah işlənsin ki Allah'ın Ğaffar ismi təcəlli etsin; qüsur edilsin, xəta edilsin ki, Allah da qulunun qüsurunu üzünə vurmayıp örtərək Səttar olduğunu göstərsin.
Bir hədisində, Sevgili Peyğəmbərimiz (s.ə.s.) bu şirin gerçəyi nə də gözəl dilə gətirir:
"Nəfsim qüdrət əlində olan Zata and içirəm ki, əgər siz heç günah işləməsəniz, Allah sizin hamınızı həlak edər; sonra günah işləyən, ardınca da istiğfar edən bir qövm yaradar və onları məğfirət edərdi." 1
Nə qədər günah, o qədər tövbə
İnsan nəfsinə aldanar, şeytana qanar, hisslərinə hakim ola bilməz, iradəsinə söz keçirə bilməz də, sonunda bir günah işləyər, ardında da etdiyinə, edəcəyinə min peşman olar və tövbə üstünə tövbə edər. Məhz, qulun günah işləmiş də olsa tövbə ilə Rəbbinə rücu etdiyi bu hal, hədislərdən öyrəndiyimizə görə, Allah-təalanı məmnun etməkdədir.
Əbu Hureyrə radıyallahu anh nəql edir: "Rəsulullah əleyhissalatu vəssalam Rəbbindən nəqlən buyurdu ki:
"Bir qul günah işlədi və 'Ya Rəbbi, günahımı bağışla!" dedi.
Haqq Təâlâ da, 'Qulum bir günah işlədi; ardınca bildi ki günahları bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi vardır ' buyurdu.
Sonra qul dönüb təkrar günah işlədi və 'Ey Rəbbim, günahımı bağışla! " dedi.
Allah Təâlâ da, 'Qulum bir günah işlədi və bildi ki, günahı bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi vardır.' buyurdu.
Sonra qul dönüb təkrar günah işlədi və 'Ey Rəbbim, məni bağışla! " dedi.
Allah Təâlâ da, 'Qulum günah işlədi və bildi ki, günahı bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi olduğunu bildi. Ey qulum, istədiyini et, mən səni bağışladım. ' buyurdu. "2
Böyük hədis alimi İmam Nəvəvi, bu hədisdən bu hökmü çıxarır:
"Günahlar yüz dəfə, hətta min və daha çox dəfə təkrar edilsə də insan hər səfərində tövbə edərsə, tövbəsi məqbuldur. Və ya bütün günahlar üçün bir tək tövbə etsə belə, yenə tövbəsi səhihdir."
Bir hədisdə də, istiğfar edən kimsənin gündə yetmiş dəfə günahını təkrar etsə belə, 'günahında israr etmiş' sayılmayacağı bildirilir.3
Hz. Ali (ra) 'nin bu mövzuya gətirdiyi açıqlama daha maraqlıdır:
"Özündə qurtuluş resepti olduğu halda həlak olan kimsənin halına heyrət edirəm. O resept də istiğfardır."
Onsuz da Ğaffar və Təvvab isimləri, 'çox çox bağışlayan, tövbələri çox qəbul edən, hər günah işləyəndə istiğfar edəni əfv edəndir, hər tövbə edəndə tövbə edənin tövbəsini qəbul edən' mənasını verir. Əgər Allah-Təala qulunu həyatı boyu yalnız bir səfərə məxsus olmaq üzrə bağışlayacaq olsaydı, ondan sonra insana günah işləmə imkanı və fürsəti verməməsi gərəkirdi. Yəni, Allah bağışlamaq istəməsəydi, bizə əfv istəmə duyğusunu verməzdi.
Digər tərəfdən, Cənabi-Haqqın günahları bağışlaması O'nun fəzli, lütfü və ikramıdır. Hədisdə də ifadə edildiyi kimi, günahı səbəbiylə cəzalandırması isə ədalətinin təcəllisidir. Səid Nursî'nin ifadə etdiyi üzrə, "Cənabi-Haqqın günahkarları əfv etməsi fəzldir, tâzib etməsi [əzab ilə cəzalandırması] adldir (ədalətdir)."
Əfəndimizin (a.s.m.) dizi dibində yetişən səhabə nəsli bu incə nöqtəni çox yaxşı qavramışdı. Allah'ın uca isimlərini mükəmməl mənada həm çox yaxşı anlamışlar, həm də həyatlarına yansıtmışdılar. Rəvayət etdikləri hədislərə baxanda, bu təhsilin səviyyəsini və anlayış güclərinin fərqinə varmaq heç də çətin deyil.
Məsələn, qulun günahı nə qədər çox olursa olsun və qul nə qədər əfv diləyərsə diləsin, heç bir zaman istəyinin qarşılıqsız qalmayacağını, Hz. Ənəs xəbər verir.
Ənəs radıyallahu ənh, "Mən Rəsulullah sallallahu əleyhi vəsəlləmi belə buyurarkən dinlədim" deyir.
"Allah Təâlâ [buyurdu ki: Ey Adəmoğlu! Sən mənə dua etdiyin və məndən əfv dilədiyin müddətcə, işlədiyin günahlar nə qədər çox olursa olsun, onların böyüklüyünə baxmadan səni bağışlayaram. Ey Adəmoğlu! Günahların göyləri dolduracaq qədər olsa, sən Məndən bağışlanmanı dilərsən, günahlarını bağışlayaram .
Ey Adəmoğlu! Sən yer üzünü dolduracaq qədər günahla hüzuruma gəlsən, fəqət Mənə heç bir şeyi şərik tutmasan, şirkə bulaşmamış olsan, Mən də səni yer üzü dolusu məğfirətlə qarşılayaram. "4
Peyğəmbər Əfəndimiz (s.ə.s.) də, bir hədisində, qulun işlədiyi günahdan dolayı tövbə edib Rəbbinə dönməsini çöl iqlimində yaşayan, çölə çıxınca varı yoxu dəvəsi olan bir insanın kədərini və sevincini dilə gətirərək bizə belə izah edir:
"Elə bir kimsə ki, quraq, boş və təhlükəli bir ərazidə yerləşir. Yanında dəvəsi var. Dəvəsinin üzərinə də ərzaqını yükləmiş. Nəhayət yatar. Oyandığında bir də baxar ki, dəvəsi getmiş. Dəvəsini axtarmağa başlayar. Heç cür tapa bilməz. Aclıqdan və susuzluqdan pərişan bir vəziyyətdə ikən öz-özünə belə deyir: 'Artıq ilk olduğum yerə gedim də, ölənə qədər orada yatım.' Gedər, ölmək üzrə başını qolunun üzərinə qoyur. Bir ara oyanar.
Baxar ki, dəvəsi yanında dayanmış. Bütün azuqəsi, yeməyi və içkisi də dəvəsinin üzərindədir. Məhz Allah mömin qulunun tövbə və istiğfarı ilə, belə bir vəziyyətdə olan kimsənin sevincindən daha çox sevinc və ləzzət alar. "5
Ana uşağını atəşə atarmı?
Allah-Təalanın rəhməti, şəfqəti və mərhəməti sonsuzdur. Bütün qullara yetər, bütün bir aləmə kafi gələr. O`nu tanıyan, fəqət günahdan əlini çəkə bilməyən, nəfsinin əlinə əsir düşmüş qullarını öz halına buraxmaz. Bir başqa sözlə, Cənabi-Haqq ona yönələn qulunu müxtəlif vəsilələr yaradaraq onu rəhmət iqliminə çəkər. Yəni, Allah qulunu cəzalandırmaq üçün yaratmamış, bir fürsətini tutub da onu Cəhənnəmə atmaq üçün dünyaya göndərməmiş. İnsan necə öz uşağını səhvindən dolayı atəşə atmazsa, Uca Allah da özünü Rəbb olaraq tanıyan qullarından sonsuz mərhəmətini əsirgəməz, onları Cəhənnəmə atmaz.
Həzrəti Ömər (ra) Səadət əsrində şahid olduğu bir hadisəni nəql edərkən, bu barədə Əfəndimizin (s.ə.s.) müjdəsini bizə də çatdırır.
"Bir savaş sonrasıydı. Əsirlər arasında uşağından ayrı düşmüş bir qadın da var idi. Qadıncığaz uşağına olan həsrətini aradan qaldırmaq üçün gördüyü hər uşağı qucaqlayır, bağrına basır və əmzidirirdi. Rəsulullah sallallahu əleyhi vəsəlləm ətrafındakılara:"
"Bu qadının öz uşağını atəşə atacağına ehtimal verirsinizmi?" deyə soruşdu.
"Əsla, atmaz." dedilər. Bunun üzərinə Rəsulullah sallallahu əleyhi vəsəlləm:
"Məhz Allahu Təâlâ qullarına bu qadının balasına olan şəfqətindən daha mərhəmətlidir." buyurdu. "6
Hədis-i şəriflər Allah-Təalanın sonsuz məğfirətini və rəhmətini izah edir. Eyni şəkildə, dəyişməz bir prinsip olaraq ayələr, ümumi ölçüləri verdikdən sonra əhəmiyyətli bir nöqtəni xatırladır.
O da, qulluq şüurunu zədələməmək, qulun Rəbbinə olan hörmət sərhədini keçməməkdir. Tövbə, istiğfar etdikdən sonra, necə olsa Allah bağışlayar deyib günah işləməyi davam etdirməməli ki, qulluq sirri itməsin. Qur'ân bu həqiqətə belə işarə edir:
"Onlar çirkin bir günah işlədikləri və ya hər hansı bir günaha girərək özlərinə zülm etdikləri zaman Allah'ı xatırlayar və günahlarını bağışlaması üçün O'na dua edərlər. Günahları isə Allah'dan başqa bağışlayacaq kim var? Və onlar işlədikləri günahda bilə-bilə israr etməzlər." 7
Günahla Mənəvi Yüksəliş
Qul işlədiyi günahdan dolayı Allah'a daha ciddi olaraq sığındığı və daha ixlaslı bir şəkildə yönəldiyi təqdirdə, mənəvi bir yüksəlişə də keçə bilməkdədir. Qur'ân bu gerçəyi 'günahların savaba çevrilməsi' şəklində izah etməkdədir.
"Ancaq tövbə edən və yaxşı işlər görənlər bundan müstəsnadır. Allah onların günahlarını silib yerlərinə yaxşılıqlar verər. Allah bağışlayandır, çox rəhm edəndir." 8
Allah-Təala, xəta və günahlarını etiraf edən, peşmanlıq hiss edən kəslərin həm günahlarını bağışlayır, həm də günahların yerini savabla doldurur, beləcə günah yerini savaba buraxır, günah savabla yer dəyişdirir. Bu sirdəndir ki, bəzi hədis alimləri, "Bəzi günahlar vardır ki, mömin üçün bir çox ibadətdən daha faydalıdır." deyərlər.
Hər kəs xəta işləyə bilər, hətta hər kəs mütləq xəta edər, günaha girər. Lakin günahkarların da xeyirlisi vardır. Bu xeyiri Əfəndimiz (s.ə.s.) belə ifadə edər:
"Hər insan xəta işləyər; amma xəta edənlərin ən xeyirlisi, çox tövbə edənlərdir." 9
Xəta edənlərin tövbələri ilə xeyirli bir insan olmalarından yanaşı, bir də Allah'ın sevdiyi bir qul olma mərtəbəsinə yüksəlmələri söz mövzusudur. Qur'ân'ın göstərdiyi bu müjdə, İslâm'ın insana təqdim etdiyi ən şirin müjdələrdən biridir:
"Şübhəsiz ki, Allah çox çox tövbə edənləri və təmizlənənləri sevər." 10
Peyğəmbər Əfəndimiz (s.ə.s.), bu ayəni belə təfsir edirlər:
"Şübhəsiz ki, Allah, təkrar təkrar günah işlədiyi halda üst-üstə tövbə edən qulunu sevər." 11
Bu sevginin gerçək şüurunda olan Peyğəmbərimiz (s.ə.s.), heç bir günahı olmadığı, günahlara qarşı qorunduğu halda, gündə yetmiş dəfə, bəzi zamanlar yüz dəfə tövbə və istiğfar edərdi. Çünki, istiğfarın içində 'Mahbubiyəti' mərtəbəsi və sevinci vardır.
Ancaq, bu müjdəni yanlış bir tərəfə çəkərək, "Bir halda ki günahlar savaba çevrilə bilir, əvvəl günah işləyib sonra da tövbə etsək olmaz mı?" kimi fikirlərlə məsələni istismar etməmək də lazımdır.
Belə bir yanaşma, hər şeydən əvvəl, qulluq ədəbinə ziddir. Bu hal, haşa Allah'ı imtahan etmək, dini hökmləri ciddiyə almamaq sayılır ki, işin sirrini Qavramamaq olur. Belə bir istismara qarşı, bir çox ayədə əfv səlahiyyətinin Allah'a aid olduğu, Allah'ın istədiyini bağışlayacağı, istədiyini əzaba uğradacağı bildirilərək, xof-rəca müvazinətinə, ümid-qorxu tarazlığına diqqət çəkilir.
Qaldı ki, "Necə olsa tövbə edərəm." düşüncəsiylə günaha batan kimsə tövbə etmə fürsəti tapa biləcək midir, buna ömrü çatacaq mıdır, bir zəmanəti varmıdır? Və ya ən əhəmiyyətlisi, davranışları Allah'ın qəzəbini çəkdiyi halda, Allah ona tövbəyə dönüş fürsəti verəcək midir? Bütün bunların da nəzərə tutulması lazımdır.
"Fərzləri edən, kəbirələri işləməyən qurtular."
Bütün bunlarla yanaşı, xüsusilə hər gün yüzlərlə günahın hücumuna məruz qalan möminin ən mühüm məsələsi, günahdan çəkinməyə çalışması, günahlı mühitdən uzaq dayanması, günah işləməyə açıq olan qapılara yanaşmamasıdır. Bir mənada, 'dəf'i şər' etməsi, şərli işlərdən uzaq qalmasıdır. Bu xüsus bu zamanda çox böyük əhəmiyyət kəsb edir. Təqva sirri də ancaq bu yolla əldə edilə bilər. Çünki bir haramı, bir böyük günahı tərk etmək fərzdir. Bir vacibi işləmək bir çox sünnədən daha sevaplıdır. Təqvanın əsas alınmasıyla minlərlə günahın hücumuna qarşılıq bir dəfəlik üz çevirmə ilə, yüzlərlə günah tərk edilmiş, bu səbəbdən yüzlərlə fərz və vacib işlənmiş olar. Beləcə, təqva niyyətiylə, günahdan çəkinmək məqsədilə çox sayda saleh əmələ yol açılır. Çünki bu zamanda "Fərzləri edən, kəbirələri işləməyən xilas olar." 12
Bu qurtuluşu, yəni böyük günahlardan qaçınanların nemətə, ikrama və Cənnət səadətinə çatacaqlarını Qur'ân xəbər verir:
"Əgər sizə qadağan edilmiş günahların böyüklərindən çəkinsəniz, geri qalan günahlarınızı örtər və sizi nemət və ikramlarımızla dolu olan Cənnətə qoyarıq." 13
Madam elədir, "Həyatınızı imanla hayatlandırın və fərzlərlə zinətləndirin və günahlardan çəkinməklə mühafizə edin." 14
Qaynaqlar:
1. Müslim, Tövbə 9.
2. Buxari, Tövhid 35; Müslim, Tövbə 29.
3. Müsnəd, 5: 130.
4. Tirmizî, Dəavat, 98.
5. Müslim, Tövbə 3.
6. Buxari, Ədəb 19, Müslim, Tövbə 22.
7. Ali-İmran surəsi, 3: 135.
8. Furqan surəsi, 25:70.
9. Tirmizî, Qiyamə 49.
10. Bəqərə surəsi, 2: 222.
11. Müsnəd, 1:80.
12. Risale-i Nur Külliyatı, 2: 1632.
13. Nisa surəsi, 4:31.
14. Risale-i Nur Külliyatı, 1: 5.