1
Ticarət əxlaqı nədir?
Ticarətin ruhu düzgünlük, etibarlılıq, yaşanan dövrü idrak, müştəriyə qarşı nəzakətli və tərbiyəli davranmaqdır. Bunlardan birində qüsur edən, ticarətin ruhunu zədələmiş, bu səbəbdən də öz qazanc yollarını bağlamış olar.
Ticarətin əsası alış-verişə, təşəbbüskarlığa və sərmayə istifadəsinə əsaslanır. Allah Təala belə buyurur:
“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. “ (Nisa Surəsi, 4/29)
“Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir.” (Bəqərə Surəsi, 2/275)
“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.” (Cümə surəsi, 62/9-10)
Allah elçisinin, ticarət edənlərə aid öyüdlərindən bəziləri də belədir: “Sözü və rəftarı doğru tacir, qiyamət günündə ərşin kölgəsi altındadır.” (İbn Macə, Ticarat 1) “Bir kimsə, qida maddələrini yığıb günün cari mübadilə qiyməti ilə satsa sanki onu yoxsullara və ehtiyac sahiblərinə ödənişsiz paylamış kimi əcr alar.” (İbn Macə, Ruhun 16) “Ey tacirlər! Heç şübhəsiz, alış-verişə boş söz və yalan yerə and çox qarışar. Buna görə, bu əskikliyi sədəqələrinizlə kompensasiya edin!” (Əbu Davud, Büyu 1) “Dürüst, sözünə və işinə güvənilən tacir, nəbilər, sıddıqlar və şəhidlərlə bərabərdir.” (Tirmizi, Büyu 4; İbn Macə, Ticarat 1)
Allah Elçisi (sallallahu əleyhi və səlləm)-in ticarətdə şəriklərlə əlaqədar olaraq müxtəlif tövsiyələri olmuşdur. Bu mövzuda Quranda ümumi etik ölçülər verilməklə kifayətlənilir.
“Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” (Sad Surəsi, 38/24)
Başqa bir ayədə, miras malında ortaqlıqdan belə danışılır:
“Əgər (vəfat etmiş) kişinin və ya qadının (eyni anadan) bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə (mirasın) altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. (Nisa Surəsi, 4/12)
Əbu Hüreyrənin nəql etdiyi qüdsi bir hədisdə belə buyurulur: “İki ortaq bir-birinə xəyanət etmədiyi müddətcə, üçüncüsü mənəm. Əgər onlar bir-birinə xəyanət etsələr, mən aralarından çəkilərəm.” (Əbu Davud, Büyu 26) Yenə hədislərdə belə buyurulmuşdur: “Allahın qüdrət əli, ortaqlar bir-birinə xəyanət etmədiyi müddətcə, onların üzərindədir.” (Əbu Davud, Büyu 26), “Qazancın paylaşılması, ortaqların sərbəstcə təyin etdiyi şərtlərə görə olar. Zərərə görə məsuliyyət daşımaq isə sərmayə nisbətlərinə görədir.” (İbn Macə, Ticarat 63)
Hz. Peyğəmbər (s.ə.v)-in ticarət və iqtisadi həyatla əlaqədar bir çox söz, hərəkət və bəyanları vardır. Necə ki, Allahın Elçisinə ən üstün qazancın hansı olduğu soruşulunca belə cavab vermişdir: “Adamın əlinin əməyi və məbrur (doğru, məqbul) alış-verişdir.” (Əhməd b. Hənbəl, Müsned, 3/466) Bu da, yalan yerə and və aldatma qarışmayan alış-verişi ifadə edir.
Hz. Peyğəmbər (sallallahu əleyhi və səlləm) şəxsən özü də alış-veriş etmiş, borclanmış, girov vermiş, ortaqlıq qurmuşdur. O, insanlar müxtəlif ticarət əməliyyatları həyata keçirərkən peyğəmbər olmuş və onları ticarətdən çəkindirməmiş, əksinə ruzinin onda doqquzunun ticarətdə olduğunu bildirmişdir. (Münavi, Feyzül-kadir, 3/220) Ancaq ticarət həyatında haqsız qazanca yol aça bilən faiz, möhtəkirlik, yalan, hiylə, gabin (1) və garar (2) kimi şeylər qadağan edilmiş, haqq sahibinin haqqını ala bildiyi və haqsızlıq etmək istəyənin xaric edildiyi bir iqtisadi sistem hədəflənmişdir. Sağlam ticarət üçün, biznesmen və tacirin öz sahəsi ilə əlaqədar məlumatları əldə etməsi və ya yaxınında hər vaxt məsləhətləşəcəyi bir mütəxəssis saxlaması lazımdır. Necə ki, Hz. Ömərin xəlifə olunca belə məlumatlanma səfərbərliyi başlatdığı görülür. Onun bütün idarəçilərə nəşr etdiyi ilk ticarət sirkulyar məktubu belədir: “İslama görə, öz ticarətiylə əlaqədar hökmləri bilməyən kimsə, bizim bazarlarımızda alış-veriş etməsin. Çünki bilməmə ucbatından faizə düşə bilər.”
“Qazanc miqdarı üçün bir sərhəd var?”
Ayə və hədislərdə ticarət və qazancdan ümumi olaraq danışılmış və iqtisadi həyatın müəyyən prinsiplərə görə, öz təbii qaydaları ilə davam etməsi istənmişdir. Bazarın öz qaydaları və İslami ölçülərə görə edilən ticarət fəaliyyətlərində meydana gələcək qazanc halal sayılmışdır. Ancaq, cəmiyyəti həddindən artıq qazancla istismar etmək istəyən acgöz kəslərə qarşı da lazımlı tədbirlər alınmışdır. Bu tədbirlərlə sərbəst rəqabət əsasının qorunması və insanların təməl ehtiyaclarının istismarının önlənməsi məqsəd qoyulmuşdur. Faizin, möhtəkirliyin, yalan və hiylənin qadağan edilməsi, qarşılıqsız qazanc yollarının bağlanılması və lazım olduğunda narha (3) müraciət edilməsi bunlar arasında sayıla bilər. Buna görə İslamın, alış-verişlərdə müxtəlif mallara, faiz hesabıyla bir qazanc həddi təyin etmədiyi görülür. Ümumiyyətlə, təklif və tələb qanunlarına bağlı, sərbəst rəqabət əsasları içində meydana gələcək qiymətlər ölçü alınmışdır. Allah elçisinin, bazar qiymətlərinə müdaxilə etməsi və qazanc sərhədlərini təyin etməsi üçün edilən müraciətlərə verdiyi bu cavab bəşəri iqtisadiyyat üçün də mənalıdır: “Şübhəsiz, qiyməti təyin edən, darlıq və bolluq verən, ruzini verən Allahdır. Mən, sizdən birinizin mal və can mövzusundakı bir haqsızlıqdan ötəri, haqqını məndən istəyir olduğu halda Rəbbimə qovuşmaq istəmərəm.” (Əbu Davud, Büyu 49; Tirmizi, Büyu 73; İbn Macə, Ticarat 27) Ancaq bunu dərhal ifadə edək ki, satış razılaşmasında faiz hesabıyla müəyyən bir qazanc sərhədinin qoyulmaması, satıcının dilədiyi qiymətə satış edə biləcəyi mənasını verməz. Yalan yerə and, malın ayıbını gizləmə, malda olmayan xüsusiyyətlərlə malı tərifləmə, xərci yüksək göstərmə, mal darlığından faydalanma kimi yollarla müştəriyə təsir edərək bazar qiymətindən baha satışlarda “hədsiz qiymət” söhbət mövzusu olar. Burada haqqı olmayan əlavə qazanc satıcıya halal olmaz.
“Hədsiz qazanc nədir? Qazanc miqdarı yüzdə neçədir?”
İslamda aldatma, “gabn” termini ilə ifadə edilir. “Hədsiz gabn” və “yesir gabn” olmaq üzrə ikiyə ayrılır. Çox aldatma və az aldatma deməkdir. Az aldatma satış razılaşmasına zərər verməz. Çünki bundan qaçmaq çətindir. Digər tərəfdən, insanlar kiçik qiymət fərqlərinə razılaşarlar. Lakin bazar qiymətindən çox baha satılsa müştəri, aldadıldığını düşünər və əlavə qazancı satıcıya halal etməz. Buna görə də “hədsiz qiymət” məsələsi ortaya çıxar. “Hədsiz qiymət” miqdarları ictihadla təyin olunmuşdur. Hənəfilərə görə mütəxəssislərin qiymətləndirmə sahəsi xaricində qalan çox yüksək və ya çox aşağı qiymətlərdə “gabn (aldanma)” olar. Belh fakihlərindən Nusayr ibn Yəhya (v. 268/881), satış razılaşmasında olan malların, bazardakı dövriyyə sürətini və insanların bu mala olan ehtiyaclarını diqqətə alaraq “hədsiz gabn”i daşınmaz əmlakda %20, heyvanlarda %10 və digər daşınan mallarda isə %5 olaraq məhdudlaşdırmış və bazar qiymətindən baha və ya ucuz bu nisbətlər aşılaraq ediləcək satışların “hədsiz gabn” dərəcəsində olacağını ifadə etmişdir. Bu nisbətə çatmayan əlavələr da “yesir gabn” əhatəsinə girər. Ancaq “hədsiz gabn”in, satış razılaşmasının ləğv səbəbi ola bilməsi üçün, aldatma ilə birlikdə olması lazımdır. Əks halda yalan və hiylə olmasa, bir kimsənin müştəriyə verəcəyi doğru məlumatlarla malını dilədiyi qiymətə satmasına da İslami bir maneə yoxdur. Malikilərə görə, malın dəyərinin üçdə birindən daha çox bazar qiymətindən baha və ya aşağı qiymət “hədsiz qiymətdir”. Hz. Əbu Bəkir (r.ə)ın tətbiqi də bu şəkildə olmuşdur.
Qənaətimizə görə , İslamın həddindən artıq sayılan qazancın miqdarı mövzusunda qəti bir sərhəd qoymaması, nisbətlərin təsbitini ölkə və diyarların ənənələrinə buraxmaq üçündür. Məzhəblərin bu mövzuda fərqli ölçülər gətirməsi də bunu göstərir. Digər tərəfdən nağd satışlarla, nisyə satışları ayrı-ayrı dəyərləndirmək lazımdır. Çünki kreditlə satışda qazanc nisbətinin yüksək tutulduğu bilinir.
Nəticə olaraq, yalan və aldatma qarışdıraraq bazar qiymətindən baha satan kimsə üçün, bu əlavə qazanc təmiz qazanc olmaz. Haqq sahiblərinin halallaşması lazımdır. Bu mümkün olmazsa bu kimi əskikliklər üçün yoxsullara sədəqə verilməlidir. Hədisdə belə buyurulur: “Ey tacirlər! Alış-verişə boş söz və yalan yerə and çox qarışar. Bu əskiklikləri sədəqələrinizlə kompensasiya edin.” (Əbu Davud, Büyu 1;Tirmizi, Büyu 4;Nəsəi, Eyman 7)
“Möhtəkirlik nədir?”
İnsanların ehtiyacı olan bir malı, sırf bahalaşmasını gözləyərək yığmaq və satışa təqdim etməməkdir. İslamda ticarət həyatının sərbəst buraxılaraq qiymətlərin sərbəst rəqabət nəticəsi meydana gəlməsi əsasdır. Bəzi mallar möhtəkirlik üçün saxlanınca, bazarda mal darlığı olar və tələb çoxluğu səbəbiylə qiymətlər süni olaraq yüksəlməyə başlayar. Möhtəkirin məqsədi də budur. Hz. Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: “Möhtəkir nə pis quldur! Qiymətlərin düşdüyünü öyrənincə kədərlənər, yüksəldiyini eşitsə sevinər.” (Kamil Miras, Təcridi Sarih, 6/549) “Bir qida maddəsini 40 gecə yığıb (ehtiyac varkən) saxlayan Allahdan uzaqlaşmış, Allah da onu özündən uzaqlaşdırmışdır.” (Əhməd b. Hənbəl, Müsned, 2/33) Möhtəkirliyin meydana gəlməsi üçün bu şərtlər lazımlıdır:
1) Yığılan malın satın alınmış bir mal olması,
2) Qida maddəsi olması,
3) İnsanların yığılan malı almada çətinlik və ehtiyac içində olması.
Əbu Yusufa görə, qida maddələri xaricində, bazara çıxarılmaması cəmiyyətə zərər verən hər növ malda da möhtəkirlik olar. Malı saxlama müddəti normal hallarda qırx gündür, ancaq cəmiyyətin çətinliyə düşmə vəziyyətinə görə bu müddət qısala bilər. Necə ki, indiki vaxtda maye yanacaq və qaz balonları kimi ehtiyac maddələri iki-üç gün kimi qısa bir müddət bazardan çəkilsə cəmiyyət böyük çətinliyə düşər, əks halda, xüsusilə zəruri maddələrin qiymətlərinə narh tətbiqinə də bir maneə yoxdur.
“Qəbzdən əvvəl satış qadağası nədir? Ticarət həyatında nə cür təsirləri olar?”
Satın alınan bir malın felən təslim alınmasına “qəbz” deyilir. Malın təslim alınmazdan əvvəl, müştəri tərəfindən üçüncü bir adama satılması halında, ilk satıcı və alıcı arasında təslimlə əlaqədar olaraq çıxa biləcək bir anlaşılmazlıq, ikinci satışı da təsir edəcək. Malın ilk satıcıdan təslim alına bilməməsi; onun sözündə durmaması, malın tələf olması və ya qüsurlu çıxması kimi səbəblərdən qaynaqlana bilər. Belə bir vəziyyətdə, əvvəlki problem həll edilmədikcə, ikinci satıcı təəhhüdünü yerinə gətirə bilməyəcək. Hz. Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: “Kim bir qida maddəsini satın alsa onu qəbz etmədikcə başqasına satmasın.” (Buxari, Büyu 54, 55; Müslim, Büyu 29-32; Əbu Davud, Büyu 65) Bu hədisdə zikr edilən yemək maddəsi nümunə üçün olub, hədis bütün daşınan əşyanın alış-verişini əhatəsinə alar. Qəbzdən əvvəl başqasına satış etibarlı olsa bu vəziyyət, mal heç yer dəyişdirmədən, hətta hələ mal istehsal olunmadan qiymətinin yüksəlməsinə səbəb olar. Bir sıra vasitəçilər, malı heç görmədən kağız üzərində qazanc əldə etmiş olarlar. Əbu Hənifə və Əbu Yusufa görə, daşınmaz əmlak üzərində qəbzdən əvvəl mal üzərində sərəncam hüququ caizdir. Əsaslandıqları dəlil, “istehsan” prinsipidir. Çünki daşınmaz əmlakın qəbzdən əvvəl tələf olması və ya dəyişikliyə uğraması çox seyrək görülən bir vəziyyətdir. Seyrək olan bir şeyə isə etibar edilməz. İmam Məhəmməd, Züfər və Şafiiyə görə daşınmaz əmlakın da daşınanlar kimi, qəbzdən əvvəl satışı caiz deyil.
İslamda borclu və borc verənin sahib olduğu haqq və vəzifələr nədir?
Hər mövzuda olduğu kimi, ticarət həyatında da verilən sözlərin tutulması əhəmiyyətlidir. Adamın özünün və sözünün bir olması, sözünün sənəd sayılması, ya göründüyün kimi ol ya da olduğun kimi görün kimi deyimlər, cəmiyyətin vicdanında yerləşmişdir. Böyük ölçüdə qul haqlarının söhbət mövzusu olduğu ticarət həyatında sözündə durmaq, ticari təəhhüdləri vaxtında yerinə yetirmək əhəmiyyətlidir. Əks halda qul haqları pozuntuları ortaya çıxar və halallaşma olmadıqca məsələ axirətdəki hesablaşmağa qalar. Qurani Kərimdə, qarşılıqlı borclanmalarda bunun yazıyla təsbiti ilə yanaşı, verilən sözlərə və edilən andlaşmalara uyulması istənmişdir. Ayələrdə belə buyurulur:
“Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin.” (Maidə Surəsi, 5/1)
“Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır.” (İsra Surəsi, 17/34)
Hz. Peyğəmbərin aşağıdakı hədisi də yuxarıdakı ayələri təfsir edir. “Müsəlmanlar öz aralarında təyin etdikləri şərtlərə uyarlar. Ancaq haramı halal, halalı haram edən şərt bunun xaricindədir.” (Buxari, İcarəyə 14; Tirmizi, Ehkam 17) Digər tərəfdən ödəmə çətinliyi içində olan borcluya asanlığın göstərilməsi lazımdır. Ayədə belə buyurulur:
“Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir.”(Bəqərə Surəsi, 2/280)
Ancaq ödəmə imkanı olduğu halda, borcunu vədəsində ödəməyən kimsə borc verənə zülm etmiş olar. Hədisdə belə buyurulur: “Borcunu ödəmə imkanı olan bir kimsənin borcunu təxirə salması bir zülmdür.” (Buxari, Həvalə 1,2; Müslim, Musakat 33; Əbu Davud, Büyu 10; Tirmizi, Büyu 68) Borc verən belə varlı kimsədən alacağı borcunu məhkəmə yoluyla zorla ala bilər. Bir kimsə gərək ehtiyac üzündən, gərəksə sərmayələrini böyütmək, daha çox mal alaraq gəlirini artırmaq kimi məqsədlərlə də borclana bilər. Ödəmə gücünü aşmayacaq şəkildəki borclanmalarda bir zərər olmaz. Necə ki Hz. Peyğəmbər də vaxtaşırı ehtiyac ucbatından borclanmışdır. Məsələn, bir Yəhudidən nisyə yemək satın almış və zirehini girov olaraq qoymuşdur. (Buxari, Cihad 89)
Ödəmək niyyətiylə borclanan kimsəyə Cənabı Haqq yardım edər. Əbu Hüreyrə (r. ə.)ın nəql etdiyi bir hədisdə belə buyurulur: “Kim ödəmək niyyətiylə borclansa, Allah onu bu borcu ödəməyə müvəffəq edər. Kim də başqasının malını tələf etmək niyyətiylə götürsə, Allah onu tələf etdirər, ödəməyə müvəffəq ola bilməz.” (Buxari, İstikraz 2) Borclanmada niyyətin əhəmiyyəti Əbu Ümamə (r.ə)ın nəql etdiyi bu hədisdə daha açıqdır: “Bir kimsə ödəmək niyyətiylə borclanar, lakin borcunu ödəyə bilmədən ölsə, Allah onun borcundan imtina edər və istədiyi əvəzi verərək, borc verənini razı edər. Buna qarşılıq ödəmə niyyəti olmadan borclanan kimsə, borcunu ödəmədən ölsə Uca Allah ondan borc verənlərin haqqını alar.” (Kamil Miras, Təcridi Sarih, 7/273) Ancaq bu dua və çəkindirmələr, İslamda borclanmanın caiz olmadığı mənasına gəlməz.
Borclanmaqla əlaqəli İslamın tövsiyəsi həddin aşılmaması və ödəmə imkanını aşacaq borc yükü altına girilməməsidir.
Cənabı Haqdan haramdan təmizlənmiş, bərəkətli halal ruzi nəsib etməsini diləyirik.
Haşiyələr:
1. Alış-verişdə aldatmaq, əskik vermək, gizlətmək, mahiyyətini dərk etməmək kimi mənalara gələn “gabn”, Hənəfilərə görə ikiyə ayrılır və hər ikisinin də özünə görə hökmləri vardır. “Hədsiz gabn”; hər hansı bir malı o malın qiyməti haqqında mütəxəssislərin təyin edəcəyi qiymətdən olduqca çox baha qiymətlə satmaq və ya bu ölçüdə aşağı bir qiymətlə satın almaqdır. “Yesir gabn” isə bu dərəcə yüksək və ya aşağı olmayan, insanların aldanma saymaqla birlikdə dözümlə qarşıladıqları bir əvəzlə satmaqdır.
2. Qarar; ticarətdə aldanma riski və naməlumluq mənasını verir. İslam meyvə, tərəvəz və əkinlərin çiçəyində ikən və ya hələ yetişmədən əvvəl satışını qadağan etmişdir. Çünki belə bir məhsulda garar, yəni tələf olma və ya meydana gəlməmə riski söhbət mövzusudur.
3. Narh, əşya qiymətlərinin dövlət, bələdiyyə və ya başqa səlahiyyətlilər tərəfindən təyin olunması və biznesmen və tacirin bu qiymətlərin xaricinə çıxmasının qadağan edilməsidir.
2
Qazancın hər hansı həddi varmı? Həddi aşan (ifrata varan) qazanc nədir, miqdarı yüzdə nəçədir?
Ayə və hədislərdə ticarət və qazancdan ümumi olaraq bəhs olunmuş və iqtisadi həyatın müəyyən prinsiplər əsasında davam etməsi istənmişdir. Qazancın da təbii və əxlaqi normalar çərçivəsində əmələ gəlməsi əsas götürülmüşdür. Ancaq azad rəqabət əsasını qorumaq və insanların təməl əhtiyaclarının istismar edilməsinə əngəl olmaq üzrə lazımi tədbirlər görülmüşdür. Sələmin, əhtikarlığın qadağan olunması və əhtiyac ananında nırxa müraciət edilməsi bunlar arasında sayıla bilər.
Odur ki, İslamda alış-verişlərdə hər hansı qazanc həddi müəyyənləşdirilməmişdir. Ümumiyyətlə tələbat qanunlarına bağlı azad rəqabət əsaslarına görə öz-özlüyündən əmələ gələn qiymətlər məyar olmuşdur.
Allah Əlçisinin qiymətlərə müdaxilə etməsi və qazanc həddinin müəyyən edilməsi üçün olunan müraciətlərə verdiyi bu cavab müasir iqtisadiyyat üçün də bir mənalıdır:
“Şübhəsiz qiymət təyin edən, dara salan və bolluq verən, ruzi verən Allahdır. Mən sizdən birinin mal və can mövzusunda bir haqsızlıqdan ötrü haqqını məndən tələb edən olduğu halda Rəbbimə qovuşmaq istəmərəm. " (Əbu Davut, Büyu, 49; Tirmizi, Büyu, 73; İbn Macə, Ticarat, 27; Əhməd İbn Hənbəl, ll, 327.)
Onu da qəyd etmək lazımdır ki, alqı-satqı əqdində müəyyən qazanc həddinin qoyulmaması, satıcının istədiyi qiymətə sata biləcəyi mənasına gəlmir. Yalan and, malın qüsurunu gizletmə, malda olmayan vəsflərlə malı tərifləmə, maliyyəti yüksək göstərmə, mal azlığından istifadə etmə kimi yollarla müştərini təsir altına salaraq öz qiymətinin çox üstünə qoymaq “fahiş qiymət” həsab olunur. Məhz buradakı haqqı olmayan yüksək məbləğ satıcıya halal olmaz.
Həddi aşan (ifrata varan) qazanc nədir, miqdarı yüzdə nəçədir?
İslamda aldatma “qəbn” tərmini ilə ifadə edilir. Qəbn, fahiş və yəsir olmaqla iki qismdir. Çox və az aldatma mənalarına gəlir. Az miqdarda aldatma alış-verişlərdə zərər verməz. Çünki bundan tamamilə qaçınmaq qəyri-mümkündür. Bununla birlikdə insanlar az miqdarda olan qiymət fərqliliklərinə narazılıq etməzlər. Lakin normal qiymətlərdən çox yuxarı olarsa, müştəri aldadıldığını fikirləşər və həmin üstünə qoyulan məbləği satıcıya halal etməz. Bələliklə də fahiş qiymət (yüksək, həddi aşan) məsələsi ortaya çıxar.
Fahiş qiymət miqdarları ictihadla müəyyən edilmişdir. Hənəfilərə görə mütəxəssislərin müəyyən etdiyindən çox yüksək və ya çox aşağı qiymətlərdə “ğəbn” (aldanma) məydana gəlir. Bəlxli İslam hüquqşünaslarından Nüsəyr İbn Yəhyə (v. 268/881) alqı-satqı əqdində prədmət olan malların bazar qiymətlərini və insanların bu mala olan əhtiyaclarını nəzərə alaraq fahiş qəbni; daşınmaz əmlaklarda 20%, həyvanlarda 10% və digər daşınan mallarda isə 5% olaraq müəyyən edildiyini və normal qiymətlərin buradakı göstəricilərdən yüksək və ya aşağı satışlarda fahiş qəbn əmələ gəldiyini bildirmişdir.(İbn Nücəym, əl-Bəhrur-Raiq, VII, 169.)
Bu göstəricilərə çatmayan əlavələr də yəsir qəbn əhatəsinə daxildir. Məcəllənin 165-ci maddəsində bu göstəricilər qanunlaşdırılmışdır.
Bundan əlavə fahiş qəbnin alqı-satqı əqdinin fəsx (ləğv etmə) səbəbi ola bilməsi üçün aldatma ilə birlikdə olmalıdır. Əks təqdirdə yalan və hiylə olmadıqda, bir kəsin müştəriyə verdiyi düzgün məlumatlarla malını istədiyi qiymətə satmasında hər hansı İslami bir maneə yoxdur. (İbn Abidin, RədduI-Muxtar, IV, 159.)
Malikilərə görə malın dəyərinin üçdə birindən yüksək və ya aşağı olması fahiş qiymətdir. Hz. Əbu Bəkrin (ra) tətbiqatı da bələ olmuşdur.
Gəldiyimiz qənaətə görə, İslamın ifrata varan qazanc miqdarı mövzusunda qəti bir hədd qoymamasının səbəbi göstəricilərin təsbitini hər bir ölkənin öz öhdəliyinə verməsidir. Məzhəblərin bu mövzuda fərqli ölçülər qoyması da buna dəlalət ədir.
Bununla birlikdə nağd satışlarla, nisyə satışları öz çərçivəsində dəyərləndirmək lazımdır. Çünki nisyə satışda qazanc nisbətinin yüksək tutulduğu məlumdur.
Nəticə etibarilə yalan və aldatma qarışaraq normal qiymətdən çox bahalı satılan maldakı qazanc təmiz dəyil. Haqq sahiblərinin halallığı lazımdır. Bu mümkün olmazsa, bu kimi nöqsanlıqlar üçün yoxsullara sədəqə verilməlidir.
“Əy tacirlər topluluğu! Alış-verişə boş söz və yalan yərə and çox qarışdığı üçün bunu sədəqələrinizlə ört-basdır ədin” (Əbu Davud, Büyu, 1; Nəsai, Əyman, 22, 23, Büyu, 7; İbn Macə, Ticarat, 3.)
3
Forex sistemi ilə qazanılan pul halaldır?
Əgər bu sistem İnglizce FOReign EXchange -in qısaldılmışı olan Forex isə bu, ölkələrin milli pul vahidlərinin dəyişmə bazarıdır. Yəni bir növ kurs ilə başqa kursların alındığı və ya satıldığı bazardır. Kurs pariteleri qiymətləri burada təyin olunar. Bazarın ana iştirakçıları banklar və broker şirkətləridir. Broker şirkətləri müştərilərinin alış/satış istəklərini yerinə yetirərlər.
Dünyanın ən böyük bankları bir-birləriylə xüsusi ünsiyyət şəbəkəsiylə əlaqəlidirlər. Bütün əməliyyatlar bu bankçılıq şəbəkəsi köməyiylə reallaşar. Bu məlumat şəbəkələrindən hər hansı bir bankın verdikləri dollar və ya avro qiymətini dərhal öyrənilə bilər. Dünyadakı kurs qiymətləri sərbəst bazar (dalğalı bazar) qaydaların tərəfindən tələb ilə təyin olunar, dövlətlər buna sərbəst bazar qaydaları çərçivəsində nadir olaraq qarışarlar. İki bankın verdikləri parite qiymətləri arasında fərqin olması halında nəzəri olaraq ucuz olanı alıb bahalıya satıla bilər. Bu vəziyyətdə bazardakı ucuzdan alış və bahalıya satış qısa zaman içində iki tərəfdə də qiymətləri bərabərlər. Buna görə Dünya üzərində parite qiymətlərində eyni zaman içində çox dəyişiklik olmaz. Lakin parite qiymətləri zaman içində çox dəyişə bilər. Bu dəyişmə kaotik deyil; hər vaxt müəyyən qaydalar çərçivəsində olar. Bu qaydaları bilən adam bu dəyişmələrin nə istiqamətdə və nə vaxt olacağını təxmin edə bilər.
Bu növ pul bazarlarında adam, dollar və avro kimi başqa ölkələrə aid pulları satın almaqla hər nə qədər o ölkələrin iqtisadiyyatına iştirak etmiş olsa da, bu əməliyyat əsnasında faizli əməliyyatda olmuş olmaz. Beləliklə, bu bazarlarda, sərmayə və ticari məqsəd kurs alınmasında və satılmasında, dayanan bir qorxu yoxdur.
Ancaq, yatırdılan pulun 400 qatı götürübsə; (qızıl, gümüş, kurs, TL vs. pul cinsindən olan şeylərin bir-birləriylə dəyişdirilməsində/satılmasında əvəzlərin nəğd olması lazım olduğundan hərəkətlə əvəzlərdən birinin kreditlə olması halında edilən əməliyyatı faizə çevirəcəyindən yalnız yatırdılan pul qədər alışsa reallaşdırılmalıdır. Yəni adam 1000 dollarlıq bir hesabı varsa bundan daha çoxu ilə əməliyyat edə bilməz. Əks halda bu əməliyyatda faiz narahatlığı olacaq. Faizin hər növü isə dinimizdə haramdır.
Mövzuyla iligli Diyanət İşlərinin verdiyi cavab belədir:
Şübhəsiz, pul cinsindən olan şeylərin bir-birləriylə dəyişdirilməsində (alınıb satılmasında) əvəzlərin nəğd olması lazımdır. Əvəzlərdən birinin kreditlə olması, edilən əməliyyatı faizə çevirər. Buna görə dollar və avro kimi xarici pulların vaxt fərqi tətbiq olunmasa belə kreditlə olaraq satılması caiz deyil. Pulun borc alınıb verilməsində isə faiz cərəyan etməz.
Hz. Peyğəmbər, "kreditlə nisyənin mübadiləsini qadağan etmişdir" əl-Camiu's-Sağir, 6/330. Hədis Nömrə: 9470. Beləliklə, maliyyə mübadilələrində əvəzlərdən ən az birinin nəğd olması, digər əvəzin də həmin günün təsbit edilməsi lazımdır. Əvəzlərdən hər ikisinin də kreditlə olması caiz olmaz. Bu barədə üləma icma etmişdir (görüş birliyinə çatmışdır).
Yuxarıda izah etdiyiniz əməliyyatlar alın tərinə söykənmədiyi, aldatma ehtiva etdiyi, hamısı əldə olmayan bir pulla alver edildiyi və fərziyyələrə açıq olduğu üçün caiz deyil.
4
Bir müsəlman olaraq sərvətə və zənginliyə baxışımız necə olmalıdır?
Zəngin olmaq halaldır və bunun yolu hər müsəlmana açıqdır. Amma, ümid edilən nəticə əldə edilə bilmədiyində, acgözlüklə yaxud sərvət düşmənliyiylə ruha əzab çəkdirməyin də bir mənası yoxdur. Rahatın yolu “qismətə razılıq”dan keçər. Sərvətin hüzur gətirəcəyi şübhəlidir, amma sərvət düşmənliyinin insanı narahat etdiyi açıqdır.
Belə bir vəziyyətə düşməmək üçün, sərvəti müsəlmanca qiymətləndirmək, ona İslama görə baxmaq lazımdır. İslamda fərdi mülkiyyət haqqı, halal yoldan qazanılması şərtiylə qəbul edilmiş, möhtəkirlik, hiyləli satış, qumar, oğurluq, zorbalıq, qısacası hər növ qul haqqının qəsbi haram qılınmış.
Onsuz da zəruri ehtiyac maddələri, su, atəş, boş otlaq fərdi mülkiyyətdən xaric tutulmuş. Zəkat İslamın beş şərtindən biri olmuş; sədəqə və lütfkarlıq daim təşviq edilmiş.
“...Uhud dağı qədər mala sahib olsaydım, Allah yolunda sərf edərdim. Ölərkən iki kiret (dirhəmin on ikidə biri) də buraxmama könülüm razı deyil.” (Hədisi Şərif)
Və ən əhəmiyyətlisi: “İsraf haram qılınmışdır”
Bir zəngin, bütün bu əsaslara tam olaraq riayət edirsə, xeyirli bir insandır və cəmiyyətə xidmət yolundadır; etmirsə özünü aldadır, əbədi səadətiylə oynayır.
Sərvət ya qanunidir- alın tərinin nəticəsi, səyin məhsuludur, “Doğru və dürüst tacir, qiyamət günündə sıddıqlar və şəhidlərlə birlikdə həşr ediləcəkdir.” hədisi şərifindəki müjdəyə daxildir. Və ya haramdır- haqsızdır, üzərində zülm damğası vardır. Hz. Mövlananın, “Zalımların malları uzaqdan gözəl görünər, amma həqiqətdə məzlum qanıdır, günahdır.” dediyi növdəndir.
Qazanc halaldırsa sahibinə düşmən olunmaz, haram isə ona həvəslənməz. Deməli, hər iki halda da bizim başqalarıyla işimiz yoxdur. Öz işimizlə məşğul olmalı, həm dünyəvi, həm üxrəvi səadətimiz üçün çox səy etməliyik.
Bir hikmət əhli belə deyir: “Yalnız öz işinə dalmış biri, həsəd edəcək bir şey tapa bilməz. Çünki, həsəd insanı avara edən bir ehtirasdır. Evdə saxlayacağına küçə-küçə gəzdirər.”
5
Din qardaşlarımızı dəstəkləmək məqsədiylə alış-verişlərimizi mümkün olduqca yalnız onlarla etməmiz üçün nümunələriylə, hədislərlə məlumat verə bilərsiniz?
Bu mövzunu qısa bir neçə maddə halında izah etməkdə fayda vardır:
- Əgər mömin qardaşımız, başqasından daha bahalı və ya keyfiyyətsiz bir mal verib bizi aldadırsa, lütfən ondan almayaq. Necə ki Hz. Peyğəmbər (s.ə.v) bazarda yaş buğdanı, çuvalın altında quru buğda ilə örtərək, satdığı malın qüsurunu gizləmək surətiylə xalqı aldatmağa çalışan adama: “Bizi aldadan bizdən deyil.” (Müslim, İmam, 164; Əbu Davud, Büyü, 50; Tirmizi, Büyü, 72) deyə xəbərdarlıq etmişdir .
- Dini istismar edərək, ticarətini qazanmağa çalışan mömin qardaşlarımızdan da alış-veriş etməməyi prinsip qəbul edək. Çünki, Allahın ayələrini, Allahın dinini dəyərsiz dünya əmtəəsinə satanların mallarında bərəkət olmaz.
“ Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın.” (Maidə, 5/2)
məalindəki ayədə, din ayrımı edilmədən -kim olursa olsun- səhv edən kimsədən uzaq durulması və ona dəstək çıxılmaması əmr edilmişdir.
- “Mömin iki dəfə eyni dəlikdən sancılmaz.” (Buxari, Ədəb, 83) məalindəki hədisi-şərif, bizi diqqətə dəvət edir.
“Adamın namazına, orucuna baxmayın; danışdığında, doğru danışıb danışmadığına, etibar edildiyində , etibarlılığını ortaya qoyub qoymadığına; dünya özünə güldüyündə, təqvanı əldən buraxıb buraxmadığına (mənfəət anındakı rəftarına) baxıb elə qiymətləndirin. “(Kenzul-Ummal, h. No: 8435), “Adamın namazı, orucu sizi aldatmasın. Diləyən oruc tutar, diləyən namaz qılar. Lakin etibarlı olmayanın dini də olmaz.” (a. g. e, h. No: 8436) mənasını verən hədisi şəriflərdə isə diqqət yetirilməsi lazım olan çox şey izah edilir.
- “Mənfəət üzərində dönən siyasət canavar olduğu” kimi, mənfəət üzərində cərəyan edən qardaşlıq da tülkücə bir hiyləgərlik olmalıdır.
Əsas mövzuya gəlincə, yuxarıda qısaca şərhə çalışdığımız mövzularla və bənzəri davranışlarla Allaha qarşı hörmətsizlik içinə girməmiş, dürüst mömin qardaşlarımızla alış-verişi seçmək əlbəttə gözəl niyyətimizi əks etdirən əhəmiyyətli parametrdir.
“Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. “ (Maidə, 5/2)
məalindəki ayədə bu xüsus açıqca ifadə edilmişdir.
- Aşağıdakı hədisi şəriflərdə möminlərin köməkləşmələrinin nə qədər əhəmiyyətli olduğu vurğulanmışdır:
“Möminin möminə qarşı tutumu, bir-birlərini möhkəm saxlayan binanın daşları kimidir. “(Buhari, Ədəb, 36).
“Möminlərin bir-birlərini sevmədə, birlərinə mərhəmət etmədə, birlərinə qarşı şəfqət göstərmədəki misalı, bir orqanı xəstə olduğunda, digər bütün orqanlarının da -gecəni yuxusuz və qızdırma ilə keçirib- eyni iztirabı paylaşdığı bir cəsəd kimidir.” (Buxari, Ədəb, 27; Müslim, Bir, 77).
- Allaha qarşı həqiqətən hörmətli, Qurana içdən bağlı, səmimi bir möminin malı, ən halal mal deməkdir. Bu səmimiyyəti göstərməyənlərin mallarının şübhəli olma ehtimalı qüvvətlidir. Bu baxımdan da səmimi möminlərlə alış-veriş etmək, “Şübhəli olanları buraxın, şübhəsiz olanlara baxın” (Buxari, Büyu, 3) məalindəki hədisi-şərifin əmrinin gərəyidir.
- Bununla birlikdə, bir qruplaşma mənasını verən rəftarlardan mütləq qaçmaq lazımdır. Həm də, alış-verişi halal olan malları, müsəlman olmayanlardan belə olsa, almaq halaldır. Qalanını fərasətinizə həvalə edirik.
6
Rok market açmağın fiqhi cəhətdən qorxusu var?
İslam dini, gərək inanc və ibadət əsasları, gərəksə ictimai həyat və əxlaq anlayışları etibarilə, fərd və cəmiyyət olaraq insanın yaradılışına uyğundur. Fitrət dini olan İslamın, insanın fitrət gərəyi olan ehtiyac və arzularının qarşılanmasına əhəmiyyət verəcəyi açıqdır. Beləliklə, insanın maddi ehtiyac və istəklərinin qarşılanmasını mübah gördüyü kimi, ruhi-mənəvi, bədii-estetik ehtiyac və arzularının qarşılanmasını da eyni şəkildə mübah görmüşdür.
Ruhi ehtiyaclardan olan musiqi, İslam alimləri tərəfindən çox müzakirə edilən və haqqında lehinə və əleyhinə çox şey deyilən mövzular arasındadır . Musiqilə əlaqədar hər iki tərəfin qarşıya qoyduğu səbəblər birlikdə düşünüldüyündə musiqinin mütləq olaraq qadağan edilmədiyi, əksinə mübah qılındığı nəticəsinə gələrik.
Quran və sünnətdə də musiqi dinləmənin haram olduğunu və musiqi dinləyənlərin günahkar olacağını isbata çatacaq kafi məlumat olmadığı açıqca görülməkdədir.
Rəsulullah (s.ə.v.) əfəndimiz nikahın eşitdirilməsi üçün dəf çalınmasını nəsihət etmişdir (Tirmizi, Nikah, 6).
Yenə bir bayram günü Hz. Aişənin yanında dəf çalıb mahnı oxuyan iki cariyəyə söz söyləmək istəyənlərə: “Olsun, bu gün bayramdır,”-deyə icazə vermişdir. (Müslim, İydeyn, 16).
Bütün bunları nəzərə alan fiqhçilər, toylarda və bayramlarda insanların haram sözlər söyləmədən və haram işlər işləmədən dəf çalıb, mahnı oxuya, oynaya və əylənə biləcəklərini söyləmişlər.
Ancaq bir qadının xüsusiyyətlərini təsvir edən, haramları gözəl göstərən cinsi duyğuları təhrik edən və məhrəmlik qaydalarına riayətsizlik kimi davranışlar isə günahdır.
Nəticə olaraq, İslam Dini musiqi mövzusunda təfərrüatlı və xüsusi hökm qoymaq yerinə, ümumi qanun və məqsədləri təyin etməklə kifayətlənmişdir. Beləliklə, dinimizin təməl inanc, əməl və əxlaq qanunlarına zidd olmaması, haramların işlənməsinə aparmaması, başqalarının haqlarını pozmaması kimi şərtlər göz önünə alınaraq milli və mənəvi duyğuları coşduran musiqinin çalınmasında, dinlənməsində bir qorxu yoxdur.
Söz etdiyiniz market yuxarıdakı əsaslara uyğun işlədildiyi təqdirdə bir qorxu yoxdur. Ancaq, yuxarıdakı əsasları tətbiq etməkdə tərəddüd içindəsinizsə, bu fəaliyyətdən uzaq durmanız daha yaxşı olar.
(Diyanət İşləri Başkanlığı)
7
Lizinq (leasing) vasitəsilə hər hansı daşınan və ya daşınmaz əmlak almaq olarmı? Bankla lizinq arasında nə kimi fərqlər var?
Lizinq – lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq, lizinq obyektinin lizinq şirkəti tərəfindən satın alınaraq müştəriyə uzunmüddətli istifadəyə (icarəyə) verilməsi, müqavilə sonunda isə müqavilədə əvvəlcədən razılaşdırılnuş simvolik bir qiymətlə müştəriyə satılmasıdır. Müqavilə müddəti bitdikdə lizinq obyekti (kənd təsərrüfatı avadanlıqları, tibbi avadanlıqlar, tikinti qurğu və avadanlıqları, sənaye avadanlıqları, sərnişin, yük və sair nəqliyyat vasitələri, ticari məqsədli daşınmaz əmlaklar) lizinq alamn mülkiyyətinə keçir. Beləliklə, lizinq verən – lizinq müqaviləsinə əsasən əldə etdiyi və mülkiyyətində olan əmlakı lizinq obyekti kimi lizinq alana müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Lizinq alan – lizinq müqaviləsinə əsasən lizinq predmetini müəyyən ödənişlə, müəyyən müddətə və müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə götürən fiziki və ya hüquqi şəxsdir. Satıcı (təchizatçı) – alğı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.
Lizinqlə bağlı qeyd olunan izahlardan aydın olur ki, ənənəvi pul ticarəti ilə həyata keçirilən kredit əməliyyatlarından fərqli olaraq lizinq əməliyyatlan əmlak ticarəti əsasında həyata keçirilir. Məhz bu səbəbdən də, dini baxımdan tamamilə caiz olan bir alğı–satqı növüdür. Onu da qeyd edək ki, lizinq məsələsi Islam alimləri tərəfindən müzakirə edilmiş və caiz olduğuna qərar verilmişdir. Həmçinin, 1996-cı ildə Türkiyə Cümhuriyyətinin Konya şəhərində təşkil edilən ”İslam ticarət hüququnun günümüzdəki məsələləri" adlı beynəlxalq simpozyumda da lizinq məsələsi tərəffüatı ilə izah edilmiş və müasir İslam hüquqşünasları tərəfindən caiz olduğuna qərar verilmişdir.
Dəlilləriylə Ticarət Elmihalı, Anar QURBANOV-İpəkyolu Nəşriyytı
8
Faizin iqtisadi mahiyyəti
Faiz borcdan əldə edilən gəlirdir. Buna ödənc faizi və ya kredit faizi deyilir. Hələ lap qədim zamandan Yunan filosoflarından Sokratın tələbəsi olan Eflaton faizi əxlaqa zidd bir münasibət bilərək həmişə pisləmişdir.
Eflatuna görə ideal bir cəmiyyət üçün yoxsulluq və hədsiz varlanma yol verilməzdir. Puldan əmtəə kimi istifadə edib sərvət yaratmağı Aristotel qəribə səslənsə də belə pulu “yumurta verməyən toyuğa” bənzədib.
Orta əsrlərdə Qərbi Avropanın ictimai fikrində kononist iqtisadi nəzəriyyələri mühüm yer tutmuşdu. İqtisad elminin tarxinin şərhini verən bəzi iqtisadçılar iqtisad elminin ilkin tarixini kononistlərdən başlamağı məqsədə uyğun hesab edirdilər və bunun sonrakı klassik nəzəriyyəyə təsir etdiyini qeyd edirdilər. İqtisadi məsələləri çox vaxt Aristotelin mövqeyindən şərh edən kononistlərin ilkin banisi Avqustin Blajenin (353-430), sonrakı inkişaf mərhələsinin ən nüfuzlu siması Foma Akvinski (1225-1274) olmuşdur. Kononistlər ticarət mənfəətinin və faizin mənimsənilməsinə “ədalətli qiymətə” görə mübadilənin pozulması kimi baxmışdır. Ona görə də onlar mənfəət əldə etmək məqsədi ilə olan iri ticarətin və faizin qadağan olunması fikrində olmuşlar. F.Akvinski faizi “faydasız metalın törəməsi” kimi izah etmişdir. Kononistlər borc pula verilən faizin bütün növlərini “sələmçilik” kimi şərh etmişdilər. F.Akvinski qeyd edir ki, pul pul törədə bilməz, onun qazanc əldə etmək üçün istifadə edilə bilməz.
Neoklassik elmi cərəyanın banilərindən hesab olunan Alfred Marşal kimi iqtisadçılar yığımla faiz həddinin bir-birinə bağlı olduğu fikrindədirlər. Yığım həcmini təyin edən ən önəmli amil faizin həddidir. Faiz həddi artdıqca yığımın mailliyi artacaq, faiz həddi düşdükcə yığımın mailliyi azalacaq. Bu cərəyanın nümayəndələrinə görə yığım həcmində meydana gələn hər artmada sənayenin, ticarətin və biznes həyatının inkişafına zəmin yaradan investisiyaların artması deməkdir.
Neoklassiklərin bu təhlili sonralar görkəmli kapitalist iqtisadçısı J.M.Keynes tərəfindən çürüdülür. Keynes yığım miqdarının artmasında faiz həddinin yararlı olması düşüncəsinə ciddi bir təlaş göstərdi. O, investisiya həcminin yığım həcminə bağlı olduğunu irəli sürdü. Keynesin bildirdiyinə görə yüksək faiz sahibkarlar tərəfindən qoyulan investisiya həcmini azaldacaqdır. Nəticə olaraq bir ticarətdə, sənayedə, təsərrüfat sahələrində mənfi yöndə təsir buraxacaq ki, bu da öz növbəsində hər sahədə yekun gəlirlərin azalmasına səbəb olacaq. Adambaşına düşən gəlirin azalması yığım həcmini mexaniki azaldacaqdır. Məhz buna görə də Keynes 3%-li faiz həddini normal saymışdır. Keynes özünün “Pul, faiz və məşğulluğun ümumi nəzəriyyəsi” kitabında İslam bank sistemini qəbul etdiyini və insanların təşəbbüs yolu ilə pul qazanmlarına baş vurmasını bildirir.
Poul Samuelsonun araşdırmasına görə inkişaf etmiş ölkələrdə statistik araşdırmalarda faizlə yığım arasında böyük bir əlaqə olmadığı bildirilməkdədir. Sosializm sistemində isə faizi əməyin sərmayə sahibi tərəfindən istismar edilməsinə səbəb olan sömürücü bir alət olaraq qiymətləndirilir. Faiz adlı gəlirin heç bir xidmət qarşılığı olmadığını və faizin heç bir halda bəyənilməməsi iddiasını irəli sürən sosializm əslində faiz, qiymət, pul və ticarət mexanizmlərini mərkəzləşdirilmiş qaydada həyata keçiriridi.
Qərb dünyasında ilk dəfə faizi yasaqlayan hökmlər 1545-ci ildə İngiltərədə VII Henri tərəfindən, 1789-cu ildə Turqonun səyi nəticəsində Fransada çıxarılan qanunla qaldırılmışdır. Mənfəət o halda mənimsənilə bilər ki, onu əldə olunmasında mübadilə və istehsal prosesi getmişdir. Faizsiz sistemin uğurlu olmayacağını irəli sürənlər qanunlarla faizli sistemin qorunmasını istəməkdədirlər. Faizsiz sistemi istəyənlər isə heç bir xüsusi himayəyə güvənmədən sistemlərini faizli sistemə qalib gətirmək imkanındadırlar. Gələcəkdə belə bir sistemin yaranması ona olan tələbin zəruriliyindən doğacaq. Çünki faizsiz sistem bəşəriyyəti inflyasiyadan dolayısı ilə sosial və iqtisadi “xəstəlik”lərdən qurtara biləcək bir sistemdir. Günümüzdəki iqtisadi və sosial tarazlıqların pozulması məhz faizli sistemdən qaynaqlanmaqdadır. Borca ehtiyac olduqda əlbəttə faizsiz kreditə ehtiyac olacaq. Belə olduqda könüllü borc verənlər dövlətin üzərinə düşən vəzifəni tam həll edə bilməzlər. O halda borc vermənin çox hissəsi dövlətin üzərinə düşəcək.
Faizsiz iqtisadiyyatı təsəvvür edə bilməyənlər bilmirlər ki, faizi yasaq edən İslam ona ehtiyac duyulmayacaq əsaslar üzərinə ədalətli və düzgün bir sistem qurmağı bizə bildirir. Faiz iqtisadi sistem daxilində cəmiyyətin bütün təbəqələrinə mənfi təsir göstərən cəhətlərə malikdir. Çünki faiz kapital sahiblərinin investisiya qoyuluşuna əngəl törədərək tam gücü ilə istifadəsinə mane olur. Bu da nəticədə işsizliyin artmasına, istehsal xərclərinin çoxalmasına, dolayı yolla süni qiymət artımına səbəb olmaqla yanaşı həm də gəlir bölgüsündə böyük haqsızlıqların ortaya çıxmasına zəmin yaradır. Həmçinin kapital sahilərini daha da gücləndirərək onların hər cəhətdən cəmiyyət içərisində öz hegemonluqlarının artmasını asanlaşdırır. Bunu nəticəsində haqsız rəqabət meylləri güclənir, təmərküzləşmə prosesi güclənir, sosial təbəqələşmə güclənir, əsas insani dəyərlərinin tamamilə maddi mənfəətlə əvəz olunduğunu, mənəvi və əxlaqi dəyərləin tərk edildiyi bir mühüt meydana çıxır.
Faiz meydana çıxdığı ilk gündən etibarən daim güclünün və kapital sahibinin xeyrinə işləyən, zəif və möhtac insanların vəziyyətini daha da pisləşdirən bir funksiyaya malik olmuşdur. Məsələn, quldarlıq quruluşunun inkişaf edib yayılmasının ən başlıca səbəblərindən biri qədim Yunanıstan və Romada borcunu ödəyə bilməyən insanların borc sahibinin quluna çevrilməsidir. Kredit münasibətləri bilavasitə pul vəsaitlərinin sahibi ilə borc alan arasında yaranan iqtisadi münasibətlərin təzahürüdür.
Faiz iqtisadi risk təhlükəsini artırır. Kreditin başqa prinsipinə görə kreditləşmə prosesi müştərilərin “krediti qaytarma qabiliyyətinə” görə həyata keçirilir. Bu da öz növbəsində iqtisadiyyatın hər tərəfli inkişafına mane olur. Faizli sistem gəlirlərin bütün insanlara tarazlı şəkildə bölgüsünə əngəl olur. Sələmin iqtisadi mahiyyətini konkret olaraq iki istehsalçının və ticarətçinin timsalında göstərmək olar.
Əgər iki ayaqqabı istehsal edəndən biri kredit vasitəsi kimi 500 vahid pul məbləğini illik 7 faizlə, digəri isə 500 vahid pulu istifadə etmək prinsipi ilə götürsə, yəni kreditorun mənfəətdə iştirakını nəzərdə tutursa, onda birinci istehsalçı istehsal xərcləri üzərinə 7 faiz gəlməli və ayaqqabını 10-14-16 və artıq faizə satmalıdır. Belə şəraitdə ayaqqabıya olan tələbat ona çəkilən istehsal olunan ayaqqabılar tam reallaşmayacaq. Digər tərəfdən, ayaqqabı üçün zəruri olan xammal və materiallara olan tələbat artmayacaq. İqtisadi aktivlik zəifləyəcək. Maliyyə tsikli ilə tsikl arasındakı kənarlaşma sürətlənəcək. Lakin ikinci istehsalçı mənfəətdə iştirak prinsipi ilə kredit götürərsə, onda o, istehsal etdiyi ayaqqabını istehsal xərclərinə yaxın bir qiymətə sata bilər. Yəni tələb dairəsi nə qədər məhdudlaşsa da, ayaqqabı istehsalçısı 0,01 prinsipi ilə öz məhsulunu reallaşdıra biləcək. Belə şəraitdə o, həm götürmüş krediti ödəyə biləcək, həm də müəyyən məbləğ mənfəət əldə edə biləcək. Faiz istehsal xərcləri inflyasiyasının yüksək qiymət səviyyəsini zəruriləşdirərək, tələb sferasını məhdudlaşdıracaq. Lakin kreditorun mənfəətdə iştirakı isə istehsal xərclərinin aşağı salınmasına müvafiq olaraq qiymət səviyyəsinin enməsinə, tələb sferasının genişlənməsinə və iqtisadi aktivliyin yüksəlməsinə səbəb olur. Ticarətçilərin əgər biri 100 vahid pulu illik 7 faiz, digəri mənfəətdə içtirak prinsipi ilə 100 vahid pulu illik kreditə götürərsə, onda ikinci ticarətçi məhsulunu aşağı qiymətə reallaşdıra biləcək. Məsələn, birinci ticarətçi 107 qiyməti ilə mənfəət əldə edə bilmir. Çünki o, ən azı məhsulunu 108 qiyməti ilə satmalıdır. Lakin ikinci ticarətçi məhsulunu 106 qiyməti ilə, hətta 101 qiyməti ilə də sata bilər. Belə şəraitdə qazanc əldə etmək imkanı da olur. Lakin birinci ticarətçi var-yoxdan ya qismən, ya da tam çıxmaq təhlükəsində olur. Mənfəətdə iştirak prinsipi, ticarətçinin qazanc əldə etmək imkanını, faiz isə onun iqtisadi təhlükəsini artırır.
Göstərmək lazımdır ki, ticarətin və istehsalın genişlənməsi İslamda bəyənilən mühüm istiqamət olmaqla yanaşı, eyni zamanda əldə olunan pul kütləsinin yığılıb saxlanılması pislənilən cəhət kimi nəzərdə tutulmuşdur. Ona görə də İslam ölkələrində ticarətin genişlənməsi, onun pul rerursları ilə qovuşmasını təkidlə qarşıya qoyulmuşdur. Ticarətin və pul resurslarının birləşməsi, şəriətə əsasən hər iki tərəfin qarşılıqlı razılaşması əsasında “pulun və əməyin” qovuşması baş verə bilər. Burada mübadilə prosesində iştirak edənin ixtisası, səriştəsi, işgüzarlığı əsas götürülərək, pula olan ehtiyacı müəyyən edilir. Pul sahibi işgüzar şəxslə razılaşaraq birlikdə fəaliyyət göstərir. Əldə olunan mənfəətin səviyyəsi, əvvəlcədən müəyyənləşmə prinsipi əsas götürülmür. Aparılan ticarət fəaliyyətindən, mübadilə prosesindən asılı olaraq mənfəətin səviyyəsi müəyyən edilir. Ondan sonra isə qarşılıqlı razılaşma əsasən mənfəətin bölgüsü baş verir. Mənfəət nə qədər çox olarsa bu hər bir iştirakçı üçün xeyirlidir. Bu isə əlavə stimul (həvəs) yaradır. Belə şəraitdə ticarətlə bağlı bütün məsrəflər nəzərə alınaraq, mənfəətin ümumi məbləğindən çıxılır. Hər şəraitdə iqtisadi aktivlik amili kimi çıxış edən kredit münasibətləri İslamda xüsusi yer tutur. Bununla əlaqədar olaraq Qurani-Kərimdə deyilir.
“.....(Ya Muhəmməd) qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri bir əzabla müjdələ” (9/34).
Bu o deməkdir ki, qızıl, gümüş, eləcə də valyuta və kağız pulların dəfinə kimi saxlanılması günah olmaqla yanaşı, eyni zamanda onun sahibi bir sıra vacib görünən fəaliyyətini məhdudlaşdırmalı olacaqdır (Ən doğrusunu Uca Allah bilir). Birincisi, o mübadilə prosesindən pul resurslarını çıxartmaqla yanaşı, məcmu tələbi məhdudlaşdıracaq. İkincisi, məcmu təklifin artımı prosesinin qarşısını alacaqdır. Üçüncüsü, pulun xərclənməsi əlavə gəliri əldə etmək mümkünlüyü olduğu halda və ondan müəyyən qədər ehtiyacı olanların mənafeyinə uyğun istifadə edilə biləcəyi halda, ondan heç nə əldə olunmur. Dördüncüsü, pul sahibi həmin vəsaitin mal ibadətinin, xüsusən zəkat, xüms verilməsinə cəlb etmir.
Beləliklə fərdi fəaliyyətlə bağlı yığım prosesi ictimai rifahı nəinki yaxşılaşdırır, əksinə onu tədricən məhdudlaşdırır. İqtisadi fəaliyyətə cəlb olunmayan pul resurslarının məbləği artdıqca cəmiyyətdə yoxsullaşma prosesi dərinləşir və xroniki hal alır. Ümumiyyətlə faizin zərələrindən danışarkən qeyd etmək lazımdır ki, onun vurduğu zərərlər hansı yolla olursa olsun öz təsirini göstərəcəkdir. Birincisi, istər sənayedə, istər ticarətdə və ya iqtisaiyyatın başqa sahələrində çalışanlar şübhəsiz verilən kreditlərə baş vururlar. Bununla əlaqəli borcalanlar istehsal etdikləri və ya satdıqları malların üzərinə verdikləri faizi də gəlirlər. Nəticə olaraq bütün pulun faizə borc verənin cibinə getməsi üçün malların və ya xidmətlərin qiymətini qaldırır. Həmin faizin yükü dolayı yolla istehlakçının, bütövlükdə xalqın üzərinə düşür. İkincisi, bildiyimiz kimi dövlət özünün bir çox funksiyalarını həyata keçirməkdən və ya iqtisadi sahələri inkişaf etdirməkdən ötrü xarici və daxili borclanmaya girir. Dövlət bu borclanmaları ödəyə bilmək üçün ilk növbədə vergiləri artırır. Nəticə olaraq yenə faizin gətirəcəyi yükü əhali ödəməli olur.Sələmin və ya faizin iqtisadi cəhətdən ziyanı aşağıdakılardan ibarətdir.
- 1. O tələb dairəsini məhdudlaşdırır,
- 2. Təklifin stimullaşdırılması meylinin qarşısını alır,
- 3. Bütövlükdə məcmu tələblə məcmu təklifin nisbətini nəinki tamamilə pozur, həm də onların kəmiyyət miqyasını məhdudlaşdırır,
- 4. İstehsal xərclərini aşağı salma meylini aradan qaldırır,
- 5. Qiymətlərin yüksək səviyyədə qalmasını əsaslandırır,
- 6. Əhalinin məşğulluq dairəsini azaldır,
- 7. İnflyasiya prosesini əbədiləşdirir,
- 8. Qıtlıq yaratmaqda xroniki böhranı və iqtisadi tənəzzülü əsaslandırır,
- insanlarda süstlüyü, ətaləti və mənəvi düşkünlüyü formalaşdırır.
- 9. İnhisarlaşma prosesini sürətləndirir
- 10. Əhalinin təbəqələşmə prosesini artırır
- 11. Ədalətli bölgü və yenidən bölgü prosesinə mane olur
- 12. Rəqabət prosesini zəiflədir
- 13. İqtisadiyyatın birtərəfli inkişafını sürətləndirir.
- 14. Ümumiyyətlə faizin əmələ gəlməsi pul olan pulu mənfəət gətirən pula çevrilməsi imkanlarının məhdudluğu ilə əlaqədardır. Faizin hələ bizim saya bilmədiyimiz nə qədər zərərləri vardır.
9
Ölkəmizdə kreditlə məhsul satan yerlərdə işləməyin İslam hüququ baxımından hökmü nədir?
Birincisi: Hər hansı yerdə işləməyin hökmünü müəyyənləşdirərkən satılan məhsul və ya xidmət baxılar. Əgər mal və xidmət mübah olarsa, orada işləmək caizdir.
İkinci: Bir şeyin fasid olması onun haramalığına dəlalət etməz. Bu bəzən haram olar bəzən məkruh olar.
Üçüncü: məsələ Hənəfi məzhəbinə görə əqd əsnasında faizin şərt qoyulması əqdi fasid edər. Amma Hənbəli məzhəbinə görə müqavilə əsnasında bu tipli şərt qoşularsa müqavilə səhih, şərt isə batil olar.
Muamələt məsələləri günümüzdə artıq o qədər qarışıqdır ki, bəzən bir məzhəblə işin içindən çıxmaq olmur təəssüf ki. Ona görə günümüzdə iqtisadi məsələlərdə bəzən bir məsələ haqqında bir neçə məzhəbin fərqli görüşlərini ələ alaraq hökm verirlər. Bəli bu klassik fətva üsulu baxımından düz deyil. Amma günümüzdə müsəlmanların məsələləri həll edilməlidir.
Qeyd edək ki, məcəllə yazılarkən sadəcə Hənəfi məzhəbi yox günün şərtlərindən dolayı digər 3 məzhəb də diqqətə alınmışdı.
Həmçinin burda başqa suallar da ortaya çıxmaqdadır.
1) Müştəri kreditlə hər hansı məhsul və ya xidmət alarkən müqavilədə qoyulan gecikdirdiyi təqdirdə əlavə pul ödəməsinə razı olmaq şərtinə əsasən, ödəməni gecikdirdiyi təqdirdə o əlavə pulu verməyə razı olduğunu bildirmək.
2) Gecikdirdiyi təqdirdə o pulu vermək.
Hənəfilərə görə bu şərt fasid olsa da, gecikdirmədən ödəsə, ödədiyi təqdirdə fasidlik aradan qalxır. Amma bu şərtə imza atmaq özlüyündə günah olur. Hənbəlilərdə belə bir şərtin özü fasiddir. Yəni keçərsiz sayılır. Bu durumda isə yenə zamanında ödəsə problem olmadığı kimi, buna imza atarkən o müqavilənin bu hissəsi yox hökmündə olur.
Burdakı faizin cahiliyyə fazindən bəzi fərqli cəhətləri vardır. belə ki, cahiliyə faizində mücərrəd borc almaq var. Müzakirə etdiyimiz bu məsələdə isə satış var. Bu faiz isə ancaq gecikdiyi zaman ödənən şeydir. İmza atmağın hökmü isə ayrıdır. Əsas fərq ödəmə məsələsindədir. Ödədiyi zaman riba olur (cahiliyyə olsun ya da olmasın, fərqi yoxdur). Ödəməsə və ya zamanında ödəsə, riba olmaz ümumiyyətlə. Küveyt Fiqh Ensiklopediyası və Tağı Osmani xoca hənəfilərdən Cəssasın "cahiliyyə ribası" tərifini əsasən bu şəkildə nəql edib. Amma "Mu'cəmü'-Şəriə" sahibi iki növə bölür. Biri yenə yuxarıda dediyimiz kimi, digəri isə bunun alış-veriş nəticəsində olsa belə yenə "cahiliyyə ribası" olduğunu qeyd edir.