Əənam surəsi 52-ci ayətin eniş səbəbi nədir?
Habbab (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, o, Allah Taala'nın:
"---وَلَا تَطْرُدِ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَىْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ ٱلظَّـٰلِمِينَ---"
"----Rəbbinin razılığını diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan, zalımlardan olarsan.---" (Ənam/52)
buyuruğu haqqında belə demişdir:
Əl-Aqra b. Habis ət-Təmimi və Uyeynə b. Hisn əl-Fəzari, Allah rəsulunun ziyarətinə gəldilər və Allah rəsulunu, möminlərin zəiflərindən bir qrupun içində oturduğunu, Suheyb, Bilal, Ammar və Habbab ilə bərabər olduğunu gördülər.
Allah rəsulunun ətrafında onları (zəif, kasıb səhabələri) gördüklərində, o zəif səhabələri həqir gördülər.
Ən nəhayət, Onun yanına varıb Onunla yalnız qaldılar (yəni biz də bir kənara çəkildik) və onlar:
"(Ey Allahın rəsulu, sənin ziyarətinə gəldiyimizdə) bizim üçün ayrı bir məclis qurmağını heç şübhəsiz istəyərik, ki, ərəblər bununla bizim üstünülüyümüzü bilsinlər. Çünki Sənin yanına ərəb heyətləri gəlir. Bu etibarla ərəblərin, bizi bu kölə kimsələrlə (yəni kasıb müsəlmanlarla) bərabər görmələrindən utanarıq.
Onun üçün biz sənin yanına gəldiyimiz zaman, kölələri yanından qaldır. Sonra biz sənin hüzurundan ayrılandan sonra, istərsən onlarla bərabər otur." dedilər.
Allah rəsulu da: "Yaxşı." buyurdu. Bu səfər isə, onlar:
"O halda, bu təklifimizi qəbul etdiyinə dair, bizim üçün bir yazı yazdır." dedilər.
Habbab deyir ki:
Bunun üzərinə Allah rəsulu, bir kağız istədi və yazı yazması üçün Əli'ni çağırtdı. Biz də məclisin bir kənarında oturmuşduq. O sırada Cəbrail (əleyhissəlam) endi və:
"---وَلَا تَطْرُدِ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَىْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ ٱلظَّـٰلِمِينَ---"
"----Rəbbinin razılığınl diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan, zalımlardan olarsan.---" (Ənam/52) ayətini söylədi.
Sonra Cəbrail, əl-Aqra b. Habis və Uyeynə b. Hisn'i bildirərək:
"---وَكَذَٰلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍ لِّيَقُولُوٓا۟ أَهَـٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيْهِم مِّنۢ بَيْنِنَآ ۗ أَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِٱلشَّـٰكِرِينَ---"
"---Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər:
“Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?” Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?---" (Ənam/53) ayətini endirdi.
Bundan sonra:
"---وَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِـَٔايَـٰتِنَا فَقُلْ سَلَـٰمٌ عَلَيْكُمْ ۖ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۖ أَنَّهُۥ مَنْ عَمِلَ مِنكُمْ سُوٓءًۢا بِجَهَـٰلَةٍ ثُمَّ تَابَ مِنۢ بَعْدِهِۦ وَأَصْلَحَ فَأَنَّهُۥ غَفُورٌ رَّحِيمٌ---"
"---Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de:
“Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.---" (Ənam/54)
ayətini endirdi.
Habbab deyir ki:
Bu ayətlər endikdən sonra biz Ona elə yaxınlaşdıq ki, dizlərimizi Onun dizlərinə birləşdirdik və Allah rəsulu bizimlə bərabər oturdu. Sonra qalxmaq istədiyi zaman qalxar və bizi tərk edərdi (yəni biz ondan sonra qalxıb ayrılardıq). Sonra Allah (Azzə və Cəllə):
"---وَٱصْبِرْ نَفْسَكَ مَعَ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُۥ عَن ذِكْرِنَا وَٱتَّبَعَ هَوَىٰهُ وَكَانَ أَمْرُهُۥ فُرُطًا---"
"---Səhər və axşam çağı Rəbbinin razılığını diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!---" (Kəhf/28) ayətini endirdi.
Habbab, ayətdə keçən "əmruhu"dan məqsədin: Uyeynə və əl-Aqra olduğunu dedi. (O, sözünə davamla):
"Sonra Allah onlara (yəni möminlərə və kafirlərə), 2 adamın misalını (Kəhf/32 və 44 ayətlərində) və dünya həyatının misalını (Kəhf surəsinin 45. ayətində) gətirdi (yəni zikr edilən ayətləri endirdi).
Habbab dedi ki: (Kəhf surəsinin 28-ci ayəti endirildikdən) sonra biz (yəni kasıb və zəif səhabələr) Allah rəsulunun bərabərində otururduq. Onun qalxacağı vaxtadək biz, Onu tərk edib qalxırdıq ki, O da qalxsın."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Kasıblarla bərabər oturmaq babı", hədis no: 4127)
Not: Heysəmi, Məcmau'z-Zəvaid'də belə deyir:
"Bunun sənədi səhih olub raviləri siqa kimsələrdir. Muslim, Nəsai, ibn Macə (4128 nolu hədis), bu hədisin bəzisini Sad b. Əbi Vaqqas hədisi olaraq rəvayət etmişlərdir."
-----------------------
İzahı:
Hədisdə, Habbab radiyallahu anh'ın:
"Kəhf surəsinin 28-ci ayəti endikdən sonra Allah rəsulu'nun məclisimizdən qalxacağı saat gəldiyində, biz Onu tərk edib qalxırdıq ki, O da qalxsın." sözünün mənası və məqsədi budur:
Bu ayət enmədən əvvəl, Allah rəsulu, biz kasıblarla oturub söhbət edərdi. Söhbət bitdiyində, əvvəl özü qalxıb gedərdi, məclisdə biz qalmış olurduq.
Lakin bu ayət endikdən sonra, O, bizi tərk edib getmək, bizdən öncə məclisdən ayrılmaq istəməzdi. Bunun üçün söhbətin sonunda əvvəl biz qalxıb gedərdik, O da bizdən sonra yerindən ayrılardı."
Bununla bərabər, hədisdə, Allah rəsulunun əl-Aqra b. Habis, Uyeynə b. Hisn və ya müşriklərin böyüklərinin, özləri üçün ayrı məclis qurması və o məclislərə kasıb müsəlmanların alınmaması yolundakı təkliflərinə müsbət cavab verməyə tərəfdar olması, təklif sahiblərinin nüfuzlu, adlı-sanlı və varlılıqları səbəbilə deyil, sırf İslamın güclənməsi, yayılması və yeni müsəlmanların imanlarının kökləşməsi üçündür.
Bu hədis və hədis mətnində keçən ayətlər, kasıblarla oturub durmağın, onlarla söhbət etmənin, alçaq könüllülüyün üstün fəzilətinə dəlalət edər.
- Kəhf surəsi 28-ci ayətin eniş səbəbini verərsinizmi?
- Ənam surəsi 52-ci ayətin eniş səbəbi nədir?
- Xavaric haqqında gələn hədislər- 4
- Bəqərə surəsi 1-ci ayətin təfsiri- 2
- Ölmək üçün dua etmək olarmı?
- İlham-7
- Kəramət- 2
- Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)
- Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)
- Kəlam elmi bidətdirmi?