əbu Hənifə haqqında alimlərin görüşləri nələrdir?
1. İmam Malik'ə (رضي الله عنه), "Əbu Hənifə'ni gördün mü?" deyə soruşuldu.
İmam Malik (رضي الله عنه): "Bəli, elə bir insan gördüm ki, əgər bu dirəklərin qızıl olduğunu iddia etsə, bu iddiasını dəlilləriylə ispat edərdi."
2. İmam əş-Şafi (رضي الله عنه): "İnsanlar fiqhdə, Əbu Hənifəyə möhtacdırlar."
[b]. Başqa yerdə isə İmam əş-Şafi (رضي الله عنه): “Əbu Hənifədən daha fəqih birini görmədim.”
[c]. Bundan əlavə olaraq İmam əş-Şafi (رضي الله عنه), öz Divanında, Əbu Hənifə üçün söylədiyi belə bir şeiri var:
"Müsəlmanların imamı Əbu Hənifə, hökümləri, rəvayətləri və fiqhi ilə kəndləri,qəsəbələri və üzərində yaşayanları, Zəbur ayətlərinin kitab səhifələrini süslədiyi kimi zinətləndirdi. Nə şərqdə, nə qərbdə, nə də Kufə'də, onun bənzəri yoxdur. Rəbbimizin rəhməti o səhifə oxunduğu müddətcə əbədi olaraq onun üzərinə olsun."
3. əl-Həsən bin Salehi (رحمه الله):
“ən-Numən bin Sabit ( Əbu Hənifə ) fəhm sahibi, alim və elmində dəqiq biri idi, əgər onda Allahın elçisindən – salləllahu aleyhi va səlləm – bir xəbər səhih olarsa, onu başqasına tərk etməzdi.”
4. İbn Teymiyyə’nin (رحمه الله) tələbələrindən İmam Əbu Abdilləh Muhəmməd ibn Abdilhədi əd-Diməşqi (رحمه الله) deyir:
“İmam, vəra sahibi, alim, əməl edən, çoxca ibadət edən, böyük şana sahib biri idi, sultanların hədiyyələrini qəbul etməzdi... Üstünlükləri və fəzilətləri çoxdur.”
5. Əli bin əl-Cəd (رحمه الله) :
"Zuheyr bin Muaviyə’nin yanında idik və bir nəfər gəldi. Zuheyr ona dedi: “Hardan gəlirsən?” Dedi: “Əbu Hənifə’nin yanından.” Zuheyr dedi: “Sənin Əbu Hənifə’nin yanına bir gün getməyin, mənim yanıma bir ay gəlməyindən daha faydalıdır.”
6. Süfyan əs-Sevri (رحمه الله) :
"Əbu Hənifə, Allah Təalanın haram etdiklərinin halal edilməməsinin qarşısını almaq üçün, hədisləri alarkən çox ciddi davranardı. Siqa ravilərin rəvayət etdiyi və öz yanında səhih olan hədisləri, Rəsulullahın feli sünnətlərini və Kufə üləmasının məhşur olan hədislərini alırdı".
7. Muhəmməd bin Bişr (رحمه الله):
Əbu Hənifənin və Sufyanın yanına sıx-sıx gedirdim. Əbu Hənifənin yanına gəlirdim, o da məndən soruşurdu: “Hardan gəlirsən?” Mən də - “Sufyanın yanından” – deyə cavab verirdim. Bunun üzərinə (Əbu Hənifə) deyirdi: “Elə bir adamın yanından gəlirsən ki, əgər Alqamə və əl-Əsvəd sağ olsaydılar, onun kimi birisinə ehtiyac duyardılar.” Sufyanın yanına gəldikdə soruşardı: “Hardan gəlirsən?” Deyərdim: “Əbu Hənifənin yanından.” Deyərdi: “Şübhəsiz ki, Yer üzündə ən fəqih olan kəsin yanından gəlirsən.”
8. ibn Hacər əl-Əsqalani (رحمه الله):
"Əbu Hənifənin mənqibələri həqiqətən çoxdur. Allah ondan razı olsun, Firdövs cənnəti ilə mükafatlandırsın. Amin”.
9. Ravh bin Ubədə (رحمه الله):
“(Yüz) əllinci ildə İbn Cureyc’in yanında idim və Əbu Hənifənin ölüm xəbərini ona çatdırdılar. İstirca etdi və kədərləndi. Dedi: “Elə bir elm əldən getdi ki!” İbn Cureyc də həmin il öldü.
10. Yəhya b. Said əl-Qattan (رحمه الله):
"Vallahi Əbu Hənifə'nin məclisində oturdum və dərslərini dinlədim.
Onun üzünə baxdığımda, vallahi, onun Allah'dan qorxduğunu anlayırdım."
11. Sufyan bin Uyeynə (رحمه الله) :
“Bu iki gözüm Əbu Hənifə kimi birini görməyib.”
[b]. Başqa bir yerdə isə Sufyan bin Uyeynə ( رحمه الله) deyir.
“Allah Əbu Hənifəyə rəhmət etsin, o, namaz qılanlardan idi. Çoxlu namaz qıldığını qəsd edirəm."
12. əl-Həsən bin Əli’ni (رحمه الله):
Bir adamı Yezid bin Harundan soruşarkən eşitdim; dedi: “Ey Əbu Xalid, gördüklərin arasında ən fəqihi kimdir?” Dedi: “Əbu Hənifə.” əl-Həsən (bin Əli) dedi: “Əbu Asimə, yəni ən-Nəbilə soruşdum: “Əbu Hənifə daha fəqihdir yoxsa Sufyan?” Dedi: “Əbu Hənifənin köləsi Sufyandan daha fəqihdir.”
13. İmam Əbu Yusuf (رحمه الله):
"Hədislərin təfsirini Əbu Hənifə'dən daha yaxşi bilən bir kimsə bilmirəm."
14. İmam Misar ibn Kidəm (رحمه الله):
“Əbu Hənifə ilə birlikdə hədis təhsili aldım. Ancaq bu sahədə hamımızı qabaqladı. Zühd həyatına başladıq. Bunda da bizdən üstün oldu. Fiqh təhsilinə başladıq. Onun bu sahədəki uğurları onsuzda göz qabağındadır”.
15. Yezid bin Harunu (رحمه الله):
“(Bizdən öncəki) alimlərlə qarşılaşdım və Əbu Hənifə’dən daha ağıllı, daha fəzilətli, daha təqvalı birini görmədim."
16. əl-Qasim bin Mən bin Abdirrahmən bin Abdilləh bin Məsuda (رحمه الله) dedilər:
“Əbu Hənifənin tələbələrindən olmağa razı olarsanmı?!” Dedi (رحمه الله) : “Heç kim Əbu Hənifə ilə oturub durmaqdan fayda götürdüyü kimi başqa biri ilə oturmaqdan fayda götürməyib.
17. İbnul-Mubərak (رحمه الله) :
“Əbu Hənifə bir ayə (möcüzə) idi.” Bir nəfər ona dedi: “Şərdəmi, ey Əbu Abdirrahmən, yoxsa xeyirdə?” Dedi: “Sən sus! (Ərəb dilində) deyəndə “şərdə qayə, xeyirdə ayə” deyirlər” və sonra bu ayəni oxudu: “Məryəm oğlunu və anasını bir ayə (möcüzə) etdik!”
Abdullah bin əl Mubərak (رحمه الله) belə deyir:
“İnsanların ən abidini görmüşəm, insanların ən təqvalısını görmüşəm, insanların ən biliklisini görmüşəm və insanların ən fəqihini görmüşəm. İnsanların ən abidinə gəldikdə o, Abdulaziz bin Əbi Ravvad’dır. İnsanların ən təqvalısına gəldikdə isə o, əl-Fudeyl bin İyad’dır. İnsanların ən biliklisinə gəldikdə isə o, Sufyan əs-Səvri’dir. İnsanların ən fəqihinə gəldikdə isə o, Əbu Hənifədir; fiqhdə onun mislini görmədim.”
Abdullah bin əl-Mubərak (رحمه الله) deyir:
“Bu ikisi bir şey üzərində ittifaq edərlərsə o, güclü rəydir; yəni əs-Səvri və Əbu Hənifə."
18. İbn Cuneyd (رحمه الله) deyir:
“Yəhya bin Mainə dedim: “İnsanın rəyə nəzər salmasına izn verirsənmi?” Dedi: “Hansı rəy?” Dedim: “əş-Şafinin rəyi və Əbu Hənifənin rəyi.” Dedi: “Bir müsəlmana əş-Şafinin rəyinə nəzər salmağı doğru görmürəm, əş-Şafinin rəyinə baxmaqdansa, Əbu Hənifənin rəyinə baxması daha yaxşıdır.”
19. Məlikü'l-Muazzam İsa b. Əyyub, ərəbcə dil bigisinə görə yazmış olduğu fıqhi məsələlər xüsusunda, İmam Əbu Hənifəyə yazdığı rəddiyəsində belə demişdir:
"Hər nə qədər onun məsələlərinə vaqif olduysam, onun bu elmdəki (yəni ərəbcə dil bilgisi və onlardan çıxardığı fiqhi hökümlər) anlama və üstün istinbat gücünə təəccüb qaldım."
20. Yəhya bin Main (رحمه الله):
"Əbu Hənifədə bir bəis yox idi və yalan danışmazdı.” Yəhyanı başqa bir vaxt belə deyərkən eşitdim: “Əbu Hənifə bizim nəzərimizdə sidq əhlindəndir və yalanda ittiham olunmayıb. İbn Hubeyra onu qazi olmaq üçün döydürdü, lakin o, qazi olmaqdan imtina etdi.”
Başqa rəvayətdə isə, İbn Main (رحمه الله) belə deyir:
“Əbu Hənifə siqadır, yalnız hifz etdiyi hədisləri rəvayət edir və hifz etmədiklərini rəvayət etməzdi.” Saleh bin Muhəmməd əl-Əsədi də İbn Maindən (belə dediyini) rəvayət edir: “Əbu Hənifə hədisdə siqa idi."
21. Əbu Davud (رحمه الله):
“Allah Malikə rəhmət etsin, bir imam idi. Allah əş-Şafi’yə rəhmət etsin, bir imam idi. Allah Əbu Hənifəyə rəhmət etsin, bir imam idi."
22. İbn Teymiyyə (رحمه الله) belə deyir:
"Ağıllı insan Əbu Hənifənin fiqhində, fəhmində və elmində şübhəyə düşməz. Ona çirkinlik etmək üçün, ondan bəzi şeylər nəql edirlər. Bunlar isə, qəti bir şəkildə ona qarşı istifadə edilən yalanlardır."
23. Bişr bin Vəlid (رحمه الله):
İbn Uyeynə'nin (رحمه الله) yanında olarkən ona müşkil bir məsələ soruşulduğunda belə deyərdi:
'Burada Əbu Hənifə'nin əshabından biri var mı?'
'Bişr' deyilirdi.
İbn Uyeynə (رحمه الله) mənə 'cavab ver' deyər, məndə cavab verərdim.
Sonra İbn Uyeynə (رحمه الله) belə deyərdi: "Fəqihlərə (Fiqh elmində alim olan kimsərə ) təslimiyyət dində qurtuluşdur."
24. Əlaüddin Həskəfi (رحمه الله):
"Fiqh elmini, Abdullah bin Məsud əkdi, Əlqamə suladı, İbrahim Nəxai biçdi, Hammad xırmanda döydü, Əbu Hənifə üyütdü, Əbu Yusuf yoğurdu, Muhəmməd bişirdi. Beləcə, digər insanlar da onun çörəyindən yeyirlər (fiqhini öyrənirlər).
25. Xələf ibn Əyyub (رحمه الله) :
"Elm, Allahdan Həzrət Muhəmmədə (s.ə.s), sonra səhabələrinə, sonra tabeuna, onların ardından da Əbu Hənifə və əshabına keçmişdir. İstəyən bunu qəbul etsin, istəyən də qəbul etməsin”.
26. Süleyman İbn əbu Şeyx (رحمه الله):
”Əbu Hənifə olduqca vicdanlı və comərd idi”…!
27. İmam Zəhəbi (رحمه الله):
"İmam, fəqih, İraqın alimi Əbu Hənifə. Hədisləri öyrənməyə əhəmiyyət verərdi. Bu məqsədlə səyahətlərə çıxardı. Fiqhdə ən çətin mövzuları tədqiq etməkdə rəy ustadı idi. İnsanlar bu xüsusiyyətlərinə görə ona möhtacdırlar."
Ardından davam edərək buyurur ki:
" Gündüzün varlığının dəlilə ehtiyacı yoxdur"
Bu bir həqiqətdir ki, Əbu Hənifə fiqh sahəsində böyük İmamdır. (Siyəru-Aləmun Nubəla.səhifə; VI, 390,392,404)
28. İmam Şərik (رحمه الله) :
Əbu Hənifənin susması, uzun və ağlı çox olan bir kimsəydi.”
Əbu ‘Asim əl-Nabil dedi, ‘Əbu Hənifə çox namaz qıldığından Əl-Vətəd-(Dirək) deyə adlandırılmışdır...’ ibn Ishaq əs-Səmərqəndi, Qadı Əbu Yusufdan nəql edir ki, o dedi:
‘Əbu Hənifə hər gecə Quranı bir rükətdə xətm edərdi.’
29. İmam Molla Əli əl-Qari (رحمه الله) :
“Əbu Hənifə haqqındakı ən gözəl hüsnü-zənn belə olmalıdır: O, səhih və zəif rəvayətləri yaxşı bilirdi”.
30. Abdullah ibn Davud əl-Xuraybi (رحمه الله):
“Müsəlmanlar namazda Əbu Hənifəyə dua etməlidirlər”. Bunu dedikdən sonra məclisindəkilərə Əbu Hənifənin hədis və fiqh elmindən danışdı”.
31. Əl Həsən bin Muhamməd əl Leys (رحمه الله):
“Kufəyə gəldiyimdə (İnsanlara): "Ən abidiniz kimdir?" deyə soruşdum? Onlar əbu Hənifəni işarət etdilər. Qocaldığım zaman oraya yenidən getdim ve (insanlara): "Ən fəqihiniz kimdir?" deyə soruşdum. Onlar (bu səfər də) əbu Hənifəyə işarət etdilər”.
32. Əbdülqadir Qurəşinin (رحمه الله) :
“İmam Əbu Hənifənin cərh və tədildəki təsbitlərinə etibar etmək olar. Bu elmin alimləri onun bu sahədəki qənaətlərinə − eynilə İmam Əhməd, Buxari, İbn Məin, İbnul-Mədini və digər bu işin ustadı olan şəxslərin fikirlərinə önəm verdikləri kimi – müraciət etmişlər. Bu isə Əbu Hənifənin böyüklüyünü, elminin dərinliyini və ustadlığını göstərir.
Gündüzün varlığının dəlilə ehtiyacı yoxdur”. “Bu bir həqiqətdir ki, Əbu Hənifə fiqh sahəsində böyük imamdır.
33. İmam Əcluninin (رحمه الله):
"Əbu Hənifə isə hafiz və fəqih bir insan idi. Çox hədis rəvayət etməmişdir. Çünki, onun ravilərlə, hədisin və rəvayətlərin qəbulu ilə bağlı qoyduğu şərtlər ağır idi”..
34. İmam Kəsəni (رحمه الله):
“Əbu Hənifə bir hədis səhihdir dedikdə, heç kim həmin hədisdə tənqid olunacaq cəhət tapa bilməz” − demişdir.
Başqa yerdə İmam Kəsəni (رحمه الله) belə deyir:
“Əbu Hənifə hədis sərraflarındandır. Əhəd xəbəri qiyasdan üstün tutardı. Ravinin adil olması və bu yönünün açıq-aşkar bilinməsini şərt qoşardı.”.
35. Şəmsul-əimmə İmam əs-Səraxsi (رحمه الله):
“İmam Əbu Hənifə öz dövründə hədisi ən yaxşı bilən şəxs idi. Hədislərdə ravinin hədisi haqqı ilə zəbt etmə şərtini axtardığına görə az hədis nəql etmişdir.”
36. İmam Əbdülvəhhab əş-Şərani:
"İmam Əzəm Əbu Hənifə Numan ibn Sabit. O, (bəzi təəssübkeş insanların ona nisbət etdiyi şeylərin əksinə) dinin zahirinə müxalif olan hər rəydən çəkinmişdir. Qiyamət günündə imamla üzbəüz gəlmək, onlar üçün çox çətin olacaq. Həqiqət budur ki, azacıq vicdanı olan şəxs heç bir imam haqqında pis söz söyləməz."
37. İbn Davud əl-Xureybi (رحمه الله) :
“Əbu Hənifənin əleyhinə danışan insanlar həsədçilər və cahillərdir.”
38. İbn Kəsir (رحمه الله) :
"Əbu Hənifə etibarlı imamlardan biridir."
39. Əhməd ibn Hənbəlin (رضي الله عنه) müəllimi, imam, alim, hafiz, ustad, Bəsrənin elmdə öndə gedənlərindən olan İbn Aişə (رحمه الله) :
Bu şəxs, Əbu Hənifənin nəql etdiyi bir hədisi rəvayət edir. Oradakılardan biri:
“Biz onun nəql etdiyi hədisi qəbul etmirik”, − deyir. O, da bu cavabı verir: − Onu görmüş olsaydınız “Kaşki həyatda olsaydı”, − deyərdiniz”.
40. İmam əl-Həkim ən-Nisəbur (رحمه الله) hədis elmlərindən qırx doqquzuncu elm haqqında danışarkən deyir:
“Bu elmlərdən bu növ hədisləri hifz, müzakirə və təbərrük üçün toplanan tabiin və ətbəut-tabiindən olan məşhur siqa imamları tanımaqdır. Biz onları şərqdən qərbə doğru zikr edəcəyik.”
Sonra Mədinə və Məkkədən başlayaraq digər şəhərlərə qədər zikr edir. Kufə əhlindən bu kateqoriyaya daxil olan imamların arasında “Əbu Hənifə ən-Numən bin Səbit ət-Teymi” adını da zikr edir. (Mərifətu Ulumil-Hədis”, səh: 649)
[1]. Zəhəbi "Siyəri Aləmun Nubəla" c. 6 s. 399
[2]. İbn Allan, “əl-Futuhatur-rabbaniyyə”, ıı, 155-6, (Bəbu təkbiratil-ihram); Tərixu Bağdad”, 15/474;
Divanül-İmam əş-Şafi, Darü'l-Kütübi'l-Ilmiyyə, Beyrut 1986, 77.
[3]. əl-İntiqa fi Mərifətil-Fuqahə”, səh: 198-199;
[4]. Tabaqat Uləmə əl-Hədis”, 1/261-262;
[5]. əl-İntiqa”, səh: 208;
[6]. İbn Abdilbər, "İntiqa", s.262
[7]. Tarixu Bağdad”, 15/471;
[8]. İmam İbn Hacər Əsqalani, Təhzib əl-Təhzib cilt 10, səh 452.
[9]. Tarixu Bağdad”, 15/463;
[10]. Xatib, Tarixu Bağdad, 13/351
[11]. Musnəd əl-İmam Əbi Hənifə”, səh: 21;
Tarixu Bağdad”, 15/482;
[12]. Tarixu Bağdad”, 15/468;
[13]. İmam Zəhəbi, Mənaqib-u İmam Əbu Hənifə, səh. 114
[14]. İmam Zəhəbi, “Mənəqibu əbi Hənifə”, s. 27.
[15]. Tarixu Bağdad”, 15/498;
[16]. ət-Tarix əl-Kəbir”, 2/950;
[17]. Tarixu Bağdad”, 15/460-461; Tarix-u Bağdad”, 15/469;
[18]. Suələt İbn əl-Cuneyd”, səh: 295
[19]. Muhamməd b. Yûsuf əs-Sâlihî əş-Şâfiî, Uqûdü'l-Cumân, s. 167
[20]. İbn Main, “Mərifətur-Ricəl”, 1/79; Təhzibut-Təhzib”, 10/450;
[21]. Cəmi Bəyənil-İlmi va Fədlihi”, (2196);
[22]. İbn Teymiyyə, "Minhəcus-Sunnə" 2|371
[23].Xatib Bağdadi, Tarixində(7/84)
[24]. Dürrül-Muxtar: 51-52
[26]. Xatib Bağdadi, “tarixu Bağdad”, Xııı, 336.
[26]. Imam Ibn Həcər əl-Əsqalani,Təhzib əl Təhzib, cilt 10, səh 450
[27]. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, VI, 390,392,404
[28]. Imam Zəhəbi, Siyər Aləm ən-Nubəla, cilt 6, sayfa No: 400; Imam Mizzi, Təhzip ul Kamal, cilt 29, sayfa No: 434
[29]. Molla əli əl-Qari, “Sənədul-ənam”, s. 52 Dehli 1330. Muctəbəi nəşri.
[30]. Xatib Bağdadi, “tarixu Bağdad”, Xııı, 344.
[31]. [Tarix Bağdat 15/482, Dr, Bəşər Əvvad dedi: İsnadı güclüdür]
[32]. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Vı, 403.
[33]. Acluni, “ər-risalətul-Acluniyyə”, s. 4-6, Misir, 322.
[34]. əl-Kəsəni, “Bədəius-sənəi fi tərtibiş-şərai”, ıı, 97; əl-Kəsəni, “Bədəius-sənəi fi tərtibiş-şərai”, V, 188. Misir, 1328.
[35]. əs-Səraxsi, “Üsulul-fiqh», ı, 350. Darul-kutubil-ərəbi1372.
[36]. İmam Əbdülvəhhab əş-Şərani “əl-Mizanul-kübra”
[37]. İbn Həcər əl-Asqalani, “təhzibut-təhzib”, X, 452.
[38]. İbn Kəsir, “əl-Bidayə vən-nihayə”, Vı, 85-6, Beyrut 1966, Məktəbətul-Məarif nəşri. 1-ci nəşr.
[39]. İbn Həcər əl-Asqalani, “təhzibut-təhzib”, X, 452.
[40]. İmam Hakim: Mərifətu Ulumil-Hədis”, səh: 649;
- Dörd haqq məzhəbdə (Hənəfi, Şafei,Maliki, Hənbəli) Şəvval orucunu tutmaq müstəhəbdirmi?
- Təravih namazı neçə rükətdir? Dörd haqq məzhəbin (Hənəfi, Şafei, Maliki, Hənbəli) bu haqda görüşləri nədir?
- "Şübhəsiz, hər oruclu üçün iftarını açdığında rədd edilməyən bir dua vardır"- hədisinin alamı nədir?
- Fitrə zəkatı hansı qidalardan çıxarılır? Fitrə zəkatını pul ilə vermək caizmi?
- "Birinizin oruc tutduğu gün olduğu zaman, (qəti olaraq) çirkin söz söyləməsin. Və cəhalətin gərəklərindən bir şey işləməsin. Əgər bir kimsə, ona qarşı cahilcə davransa:"-Mən oruclu bir adamam desin. hədisinin izahı nədir?
- Ramazanın hansı gecələri daha fəzilətlidir?
- Ramazan orucundan bir və ya iki gün öncə oruc tutmaq caizmi?
- Iftarı gecikdirmək caizmi?
- Dörd xəlifədən birinin bir görüşü, digər hər hansı bir səhabənin görüşünə tərcih edilər mi? Hz Ömərin Təravih namazını 20 rükət qılmasına səhabələrin münasibəti necə olub?
- "Şükr edən orucsuza, səbr edən nafilə oruclunun savabının misli vardır"- hədisinin anlamı nədir?