Əbu Hənifə haqqında hədis vardırmı?

10-cu xəbər:

Xatib əl-Bağadi:

"Mənə ---> Qadı əbu'l-Əla Muhamməd b. Əli əl-Vasiti və əbu Abdullah Əhməd b. Əli əl-Qasri --> əbu Zeyd əl-Hüseyn b. Həsən b. Əli b. Amir əl-Kindi, Kufədə xəbər verdi ---> əbu Abdullah Muhamməd b. Səid əl-Buvraki əl-Mərvəzi ---> Süleyman b. Cabir b. Süleyman b. Yasir b. Cabir ---> Bişr b. Yəhya ---> Fədl b. Musa əs-Sinani ---> Muhamməd b. Amr ---> əbu Sələmə ---> əbu Hureyrə (radiyallahu anh)'dan:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Ümmətimdə bir adam vardır ki -əl-Qasri'nin hədisində- Ümmətimdə bir adam olacaq: Adı Numan, künyəsi əbu Hənifə'dir. O, ümmətimin işığıdır, O, ümmətimin işığıdır."

Mənə əbu'l-Əla əl-Vasiti dedi ki:

Bu hədisi məndən Qadı əbu Abdullah əs-Sayməri yazdı.

Mən deyirəm ki (Xatib əl-Bağdadi):

"Bu hədis, mövzudur. Əl-Buvraki, rəvayətilə tək qalmışdır."

(Xatib əl-Bağdadi, "Tarix-i Bağdad", Xlll, s. 335)

---------------------

Kəvsəri:

Bədrəddin əl-Ayni, "ət-Tarixu'l-Kəbir" adlı kitabında, bu hədisin bütün təriqlərini almışdır. Hədisin təriqləri çox olduğu üçün, xəbərin vazına (uydurma olduğuna) hökm etməkdə çətinlik çəkmişdir.

"ət-Tarixu'l-Kəbir"də, bu hədisin bütün təriqlərini sövq etdikdən sonra, imam Ayni belə deyir:

"Gördüyün kimi, bu hədis, müxtəlif yollarla, fərqli mətinlərlə, müxtəlif ravilərlə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilmişdir. Hər nə qədər bəzi mühəddislər, hətta çoxu, bu hədisi inkar etsələr, bəziləri də mövzu (uydurma) olduğunu iddia etsələr də, bu hal, hədisin bir əslinin olduğuna dəlalət edir. Çox dəfə bu inkarlar, təəssüb səbəbiylədir. Bu hədisi rəvayət edənlərin çoxu alimlərdir. Onlar, ümmətin ən xeyirliləridir. Allah rəsulu (sallallahu aleyhi və səlləm) üzərinə yalan birşey isnad etmələri, hallarına uyğun düşməz. Çünki o alimlər, Allah rəsulu (sallallahu aleyhi və səlləm) üzərinə, bilərək bir şey uydurmağın cəzasının nə olduğunu bilirlər."

Bədrəddin əl-Ayni, imam Tahavi'nin "Şərh-u Məani'l-Asar" adlı kitabının raviləri haqqında yazmış olduğu və "Məğani əl-Əxyar" adını verdiyi kitabında, əbu Hənifənin tərcüməsi haqqında belə deyir:

"Bu hədisi, müxtəlif isnad və mətnlərlə, bütününü 'Tarix-i Bədri'də, əbu Hənifə'nin tərcüməsi qismində açıqladıq. Mühəddislər, bu hədisi inkar edirlər. Hətta əksəriyyəti, mövzu/uydurma olduğunu iddia edirlər. Lakin hədisin təriqləri, mətnləri və ravilərinin müxtəlif olması, bu hədisin bir əslinin olduğuna dəlalət edər. Ən doğrusunu Allah bilir."

Bir alim ki, həyatı boyunca zülmə uğradı, həbsdə olduğu halda vəfat etdi. Sonra onun elmi, ən uzaq ölkələrə, şərqə və qərbə yayıldı. Əsrlər boyunca, onun fiqhinə, Muhamməd ümmətinin yarısı, hətta 2/3-si tabe oldu. Fəqihlərdən, mühəddislərdən və tarixçilərdən bəzilərinin mütəmadi düşmənçiliyinə baxmayaraq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə qeybi bir xəbər verməsi, imkansız deyildir.

Əbu Hənifənin fiqhinin qüdrəti, göz qamaşdırır. Onun elminin çatdığı dərəcəni bilmək, danışmağa gərək hiss edilən şeylərdən deyildir. Burda bu kəlamı sövq etməyimin səbəbi, bu məsələdə insanların sözlərini bildirmək üçündür.

İmam Suyuti, "Təbyidu's-Sahifə" kitabında belə deyir:

"Əbu Nuaym'ın "Hilyətu'l-Əvliya" kitabında təxric etdiyi bir hədisində, Allah rəsulu (sallallahu aleyhi və səlləm), əbu Hənifəni müjdələmişdir. Əbu Hureyrə'nin rəvayət etdiyi hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Əgər elm, Sürəyya ulduzunda asılı olsa, Fars oğullarından bir adam, mütləq onu alar." ("Hilyətu'l-Əvliya", l, 2; Tirmizi: 3260; ibn Hibban, Səhih, 7308; Əhməd, Müsnəd, 9406)

Əbu Hureyrənin rəvayət etmiş olduğu bu hədisin əsli, Buxari və Muslim'in "Səhih"lərində vardır.

• Buxarinin ləfzi belədir:

4897- Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanında oturmuşduq. Bu əsnada ona Cümə surəsi nazil oldu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

وَءَاخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا۟ بِهِمْ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

"Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir. O, Qüdrətlidir, Müdrikdir." (Cümə/3)

Ravi belə davam etdi:

"Onlar kimdir, ey Allahın rəsulu?" deyə soruşdum. Ancaq Peyğəmbər cavab vermədi. -Hətta əbu Hureyrə bu sualı 3 dəfə təkrarlamışdı-

O əsnada aramızda Salman əl-Farisi vardı. Allah rəsulu (sallallahu aleyhi və səlləm), əlini Salmanın üzərinə qoydu və belə buyurdu:

"Əgər iman Sürəyya ulduzunda olsa, əlbəttə insanlardan bəziləri və ya biri onu əldə edərdi."

4898- əbu Hureyrədən Nəbi (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu rəvayət edilmişdir:

"Bu insanlardan bəziləri onu əldə edərdi."

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", Cümə surəsi təfsiri)

• Muslimin ləfzi isə, belədir:

6444- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Əgər din, Sürəyyada olsa idi, Farslardan bir adam -yaxud da fars oğullarından bir adam- onu götürənə qədər gedərdi."

6445- Nəbi (sallallahu aleyhi və səlləm)'in yanında oturmuşduq. Bu vaxt Ona Cümə surəsi nazil oldu.

وَءَاخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا۟ بِهِمْ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

"Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir. O, Qüdrətlidir, Müdrikdir." (Cümə/3)

buyuruğunu oxuyunca, bir adam:

"Bunlar kimlərdir, ey Allahın rəsulu?" deyə soruşdu.

Nəbi (sallallahu aleyhi və səlləm) ona cavab vermədi. Nəhayət Ona 1, 2 ya da 3 dəfə bu sualı soruşdu. Aramızda Salman əl-Farisi də vardı. Bu dəfə Nəbi (sallallahu aleyhi və səlləm) əlini Salmanın üzərinə qoydu və sonra da:

"İman, Sürəyya ulduzunun yanında olsa belə, bunlardan bəzi adamlar, onu əldə edəcəklər." buyurdu. (bax: "Farsların fəziləti babı")

• Qays b. Sa'd'ın hədisi, Taberani'nin "əl-Mucəmu'l-Kəbir"ində bu ləfzlədir:

"Əgər iman, Sürəyya ulduzunda asılı olsa, onu ərəblər almaz, şübhəsiz onu farslardan bəzi adamlar alar." (bax: hədis no: 10470)

Yenə Taberani'nin "əl-Mucəm"ində, Abdullah b. Məsud'un Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayətinə görə, O, belə buyurmuşdur:

"Əgər din, Sürəyya ulduzunda asılı olsa, onu fars oğullarından bəzi adamlar alar." (Heysəmi, "Məcmau'z-Zəvaid", X, 65)

Bütün bu rəvayətlər, əbu Hənifə'nin fəzilətinə və onu müjdələməyə etimad edilən səhih əsllərdir." (Suyuti'nin sözü burda bitdi).

Ancaq Muslim'də: "Əgər din olsaydı..." şəklindədir.

İman, elm dağının zirvəsidir. Din də elə. Buna görə, rəvayətlərin mənası, eynidir/birdir. Sahihayn'da olan rəvayət, digər rəvayətlərə ehtiyac buraxmaz. Bu əsrin uşaqlarından biri (Kəvsəri burda, Əhməd Əmin'i qəsd edir), hədisi zəif göstərmək istəmişdir. O adam, öz nəfsinə pislik etmişdir. Elm əhlinin yolundan ayrılmış və möminlərin yolundan başqa bir yola tabe olmuşdur.

Hədisdə keçən:

"Fars oğullarından bir adam, əlbət onu alar."

cümləsindən qəsd olunanın kim olduğu mübahisəsinə gəlincə,

• "Mədinənin alimi" (haşiyə-1)

(Haşiyə-1:

قال رسول الله صلى الله عليه وسلم: يوشك ان يضرب الناس آباط المطي في طلب العلم فلا يجدون عالما اعلم من عالم المدينة

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"İnsanların elm öyrənmək üçüm dəvələrinin qarınlarına vurmalarının zamanı çox yaxındır. Bax o vaxt, Mədinənin alimindın daha alim bir kimsə tapılmayacaqdır." (bax:

• Tirmizi/2680 (həsən bir isnadla);

• Hakim, "Müstədrək": 307;

• Əhməd, "Müsnəd": 7967;

• Beyhaqi, "Sünən": 1681)

və ya:

"Qureyş'dən bir alim" (haşiyə-2)

(Haşiyə-2:

قال رسول الله صلى الله عليه وسلم: لا تسبوا قريشا; فان عالمها يملا الارض علما

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Qureyş'ə söyməyin! Çünki Qureyş'in alimi, yer üzünü elm ilə dolduracaqdır." (bax:

• ibn əbi Asim, "Sünnə", ll, 637;

• Beyhaqi, "əl-Ma'rifə", l, 206;)

ləfzlərindən kimin murad edildiyi, elm əhlinin arasında bilinən bir şeydir.

Bu hədisdən də kimin murad olunduğu məlumdur. ("Qureyş'dən bir alim" sözü ilə qəsd olunan, imam Şafi'dir.)

Bura isə, bu mövzunun şərh ediləcəyi yer deyildir.

(Zahid əl-Kəvsəri, "Tə'nibu'l-Xatib", s. 100-103)

Read 17 times
In order to make a comment, please login or register