Əbu Hənifə, Hz.Hüseynin nəvəsi Zeyd bin Əlinin hakimiyyətə gəlməsi üçün siyasi və maddi dəstək göstərmişdirmi?

Əbu Hənifə, ömrünün 52 ilini Əməvilər, 18 ilini isə, Abbasilər dövründə keçirmişdir.O, Əməvilərə qarşı qiyam etməmiş, lakin onlara qarşı qiyam edən İmam Zeydi və  Əli r.a övladlarını maddi və mənəvi  cəhətdən dəstəkləmişdir.Əlinin övladları Abbasilərə qarşı da qiyam etdikləri zaman yenə onları dəstəkləmişdir.
Əbu Hənifə şiə olmamaqla bərabər, Əməvilərin xilafət üçün heç bir haqların olmadığına qane idi. Lakin, felən Əməvilərə qarşı çıxmasa da, onların əleyhinə edilən hərəkətləri dəstəkləmişdir.

"Zeyd bin Əli Zeynəlabidin Kufədə Hişam bin Əbdulməlikə qarşı qiyama çıxdığı zaman Əbu Hənifə belə demişdir: Zeydin bu çıxışı, Rasulullahın bədr günündəki  çıxışına bənzəyir".Özünə imam Zeydlə birlikdə niyə savaşa qatilmadığı sorusulduğunda bu cavabı vermişdir:

"Məni buna mane edən, xalqın yanındakı əmanətlərimdir. Bu əmanətləri İbni Əbu Leylaya buraxmaq istədim, o qəbul etmədi. Savaşda ölərsəm bu qədər əmanətlərin altında qalaram deyə qorxdum."

Rəvayət edildiyinə görə Zeydlə savaşa qatılmadığına dair üzrünü bəyan edərkən belə demişdir: "Əgər xalqın, Zeydi, daha əvvəl babası Hüseyni buraxıb qaçdığı kimi buraxıb qaçmayacağını bilsəydim, mən də Zeydlə birlikdə döyüşərdim. Çünki, o həqiqi imamdır. Lakin, bu düşüncə ilə ona yalnız maddi köməklik etdim." İmam Əbu Hənifə İmam Zeydə on min dirhəm yardım etmiş və elçisinə "mənim üzürxahlığımı ona bildir" demişdir. (İbnu'l-Bəzzazi, Mənakibu Əbu Hənifə, cild 1, sh 55)

İmam Zeydin hərəkatı özünün h. 122-ci ildə dəhşətli şəkildə ölümü ilə nəticələndi. Daha sonra İmam Zeydin oğlu Yəhya Xorasanda Əməvi idarəsinə qarşı qiyam etdi.O da h.125 ilində atası kimi öldürüldü. Sonra Yəhyanın oğlu Abdullah da Yəməndə Əməvilərə baş qaldırdı. Lakin son Əməvi xəlifəsi Mərvan bin Muhamməd h.130 ilində Abdullahın öldürdü.
Əməvilər devrildikdən sonra Abbasilər Əhli bəytə zülm etməyə başladı. Əlinin nəvələrindən Abdullah bin Həsənin iki oğlu Muhamməd bin Nəfsuz-Zəkiyyə bin Abdullah Mədinədə və İbrahim bin Abdullah isə, İraqda qiyam etdi. Əbu Hənifə İbrahim bin Abdullaha da yardım etdiyini açıqca deyirdi. Hətta əl-Mənsurun komandirlərini İbrahimlə savasmağına mane olurdu. Lakin Abbasilər Nəfsuz-Zəkiyyə və qardaşı İbrahimi h.145 ilində həbs etdilər və onlar orada da öldülər.  

İbnu'l-Bəzzazi, Mənakibul Əbu Hənifə, cild 2, sh 22

Read 9 times
In order to make a comment, please login or register