Əbu Hənifə səhabə görübmü?
Əbu Hənifə səhabə görüb onlardan hədis rəvayət etmişdirmi?
Xatib əl-Bağdadi belə deyir: "əbu Hənifə, Ənəs b. Malik'i görmüş və Ata b. əbi Rabah'dan hədis eşitmişdir."
Kəvsəri: Xatib, burda, əbu Hənifənin Ənəs b. Maliki gördüyünü və Atanı eşitdiyini qəti olaraq söylədi. Əbu Hənifənin Ənəs b. Maliki gördüyünü, imam Cəlaləddin Suyuti, "Təbyidu's-Sahifə fi Mənaqibi əbi Hənifə" kitabının əvvəllərində, Hamza b. əs-Səhmi rəvayəti ilə, Daraqutni'nin də iqrar etdiyini nəql edir.
İbn Abdi'l-Bərr, "Camiu Bəyani'l-İlm" kitabında (l, s. 45), əbu Hənifənin səhabədən Abdullah b. Haris b. Cəzə'ni (radiyallahu anhu) eşitməsi xəbərini, sənədilə sövq etdikdən sonra belə deyir:
"Vaqidi'nin katibi, ibn Sa'd zikr etdiyinə görə, əbu Hənifə, Ənəs b. Maliki və Abdullah b. Haris b. Cəzə'ni gördü."
Demək olur ki, ibn Cəzə'nin vəfatının zamanı gecdir. O vaxt, əbu Hənifənin, Abdullah b. əbi'l-Əfvanı görmə ehtimalı daha çoxdur. Çünki onun evi və vəfat yeri, Kufə'dir.
Əbu Nuaym əl-İsfəhani, əbu Hənifənin gördüyü səhabələri bu şəkildə sayır:
• Ənəs b. Malik;
• Abdullah ibnu'l-Haris; və
• ibn əbi Əfva.
Bu rəvayəti, Sibt ibnu'l-Cevzi (haşiyə), "əl-İntisar və't-Tərcih" kitabında; Zakir b. Kamil ---> əbu Əli əl-Həddad sənədilə, əbu Nuaym'dan rəvayət etmişdir.
(Haşiyə:
Sibt ibnu'l-Cevzi: Adı, əbu'l-Muzaffər Şəmsuddin Yusuf ət-Türki əl-Avni əl-Bağdadi'dir. Anası, məşhur Hənbəli əbu'l-Fərəc ibn Cevzi'nin qızı- Rabiə'dir. Bundan dolayı, Sibt (yəni nəvə) ibnu'l-Cevzi olaraq tanınmışdır.)
Bu, əbu Hənifə'nin 80/699-cu ildə doğması ehtimalına görədir. Əgər ibn Zəvvad və ibn Hibban'ın rəvayət etdiklərinə görə, 61/681-ci ildə və ya 70/690-cı ildə doğmuşdursa, o vaxt, səhabələrdən görmə ehtimalı olanlar, daha geniş olacaq.
Əbu'l-Qasim b. əbu'l-Avam'ın "Fədailu əbu Hənifə və Ashabihi" kitabında, birinci rəvayətə görə, əbu Hənifənin eyni əsrdə yaşadığı səhabələr haqqında uzun açıqlamalar vardır. Şamdakı Zahiriyyə nüsxəsinə müraciət edilə bilər (Məcmuə: 63).
Xatib əl-Bağdadi burda, əbu Hənifənin Ənəs b. Maliki gördüyünü qəbul edir. Xatibə isnad edilən (bax: Tarix-u Bağdad, lV, s. 208) və Həmzə əs-Səhmi'dən hekayə edilən rəvayət, günahkar bir əlin dəyişdirməsi ilədir. O rəvayət budur:
Həmzə dedi ki, Daraqutni'yə:
"Əbu Hənifənin Ənəs b. Maliki eşitməsinin səhih olub olmadığı soruşuldu." O da:
"Xeyr, nə gördü, nə də eşitdi." deyə cavab verdi.
Görəsən, kitabı təshih edənlərdən neçə nəfəri belə dəyişikliklər etmişdir?!
Kəlamın/sözün əsli budur: Daraqutni'yə:
"Əbu Hənifənin Ənəs b. Maliki eşitməsi, səhihdirmi? deyə soruşuldu. O da:
"Xeyr, sadəcə gördü." deyə cavab verdi.
Günahkar bir əl, rəvayətdəki "gördü" sözünü, "görmədi" olaraq dəyişdirmişdir. Buna dəlil, imam Suyutinin "Təbyidu's-Sahifə" kitabının əvvəllərindəki bu rəvayətdir:
Həmzə əs-Səhmi dedi ki: Daraqutni'ni belə deyərkən eşitdim:
"Əbu Hənifə, səhabədən heç kimsə ilə görüşmədi. Sadəcə Ənəsi gözü ilə gördü, ancaq bir şey eşitmədi."
Daraqutni'nin, əbu Hənifənin Ənəs'dən başqa səhabə ilə görüşmədiyini nəfy etməsi və Ənəsi görməsini isbat etdikdən sonra eşitməsini nəfy etməsi:
Nəfy üzərinə şahidlik və sadəcə iddiadır. Burdan məqsəd, əbu Hənifənin Ənəsi gördüyünün, Daraqutni tərəfindən etirafıdır.
Əbu Hənifənin Ənəs b. Malik (radiyallahu anh)'ı gördüyünü qəbul edən alimlər bunlardır:
• ibn Sa'd;
• Daraqutni;
• əbu Nuaym əl-İsfəhani;
• ibn Abdi'l-Bərr;
• Xatib əl-Bağdadi;
• ibnu'l-Cevzi;
• Sibt ibnu'l-Cevzi;
• Səmani;
• Abdu'l-Ğani əl-Maqdisi;
• Fəzlullah ət-Turbuşti;
• Nəvəvi;
• Yafii;
• Zəhəbi;
• Zeynuddin əl-İraqi;
• əl-Vəli əl-İraqi;
• ibnu'l-Vəzir;
• Bədruddin əl-Ayni;
• Suyutinin "Təbyidu's-Sahifə"də nəql etdiyinə görə, ibn Həcər;
• Şihab Qastallani;
• Suyuti;
• ibn Həcər əl-Məkki və başqaları.
Bu dəlillər qarşısında əbu Hənifənin tabiindən olduğunu inkar etmək, böyük bir günah və cahillikdir.
(Tə'nibu'l-Xatib, s. 66-68)
-----------------------
Əbu Hənifənin səhabədən rəvayət etməsi xüsusunda təlif edilmiş əsərlər:
Əbu Hənifənin səhabədən bir topluluqdan hədis rəvayət etməsi haqqında böyük alimlərdən bir topluluq kitab təlif etmişlərdir. Onlardan bəziləri bunlardır:
• əbu Həmid b. Harun əl-Hadrami;
• əbu'l-Huseyn Əli b. Əhməd b. İsa ən-Nəhkəfi;
• əbu Ma'şər Abdulkərim ət-Təbəri əl-Muqrii;
• əbu Bəkr Abdurrahman b. Muhamməd b. Əhməd əs-Səraxsi
və bunlardan başqaları.
(Tə'nibul-Xatib, s. 78)
- Sələf alimləri əbu Hənifəni pisləmişlərdirmi?
- Əbu Hənifəyə murciə deyilibmi?
- əbu Hənifə haqqında alimlərin görüşləri nələrdir?
- Əbu Hənifə haqqında hədis vardırmı?
- İmam Əvzai, əbu Hənifənin ölümünə sevinmişdirmi?
- Namazda əlləri göbək altında bağlamağın dəlilləri-2
- Əbu Hənifənin zahidliyi
- Hənəfi məzhəbi və hədis
- 'Allahım! Məni miskin olaraq yaşat, miskin olaraq öldür və Məni, miskinlər zümrəsi içində dirilt." hədisi necə başa düşülməlidir?
- İmam Cəfər Sadiq, əbu Hənifənin müəllimidirmi?