Əbu Hənifənin donuz əti yeməyi halal görməsi doğrudurmu?
ŞÜBHƏYƏ CAVAB:
Əbu Hənifə donuz əti yeyən şəxs barəsində: “Heç bir eybi yoxdur” deyə fətva verdimi?
خبرنا محمد بن القاسم بن حاتم قال : حدثنا محمد بن داود السمنانى قال : حدثنا ابن المصفى قال : حدثنا سويد بن عبد العزيز قال : جاء رجل إلى أبى حنيفة فقال : ما تقول فيمن أكل لحم الخنزير ؟ فقال : لا شئ عليه
Bir kişi Əbu Hənifənin yanına gəlib soruşdu:
– Donuz əti yeyən adam barəsində nə deyirsən?
– Heç bir eybi yoxdur – deyə Əbu Hənifə cavab verdi”.
Muhəmməd b. Hibban əs-Sicistani, əl-Məcruhin, c.3, s.73; Dar əl-Vay – Hələb; təhqiq: Mahmud İbrahim Zayəd
-----------------------------------------------------------------
CAVAB:
1) Rəvayətin sənədindəki Suveyd ibn Əbduləziz olduqca zəif bir ravidir, Nəsai Zuafada, ibn Həcər Təlxis əl-Xəbirdə (11/210), imam Əhməd kimi Buxari tərəfindən Zuafa əs-Sagirdə və başqaları zəif hesab edilmişdir.
2) Tərcümə yanlışdır. Çünki İmam(r.a) iddiaçının iddia etdiyi kimi “Eybi Yoxdur”, deyə cavab vermir . O deyir: “Ona heç bir şey yoxdur”.
Və mətndəndə çox aydındır ki, İmam (r.a) həmin şəxsə bu dünyada heç bir cəzanın olmadığını qəsd edir ( yə’ni zina cəzası kimi, oğurluq etdikdə verilən cəza kimi, bu işi etdiyinə görə bu növ cəzalardan heç bir cəza ona verilmir)
3) Biz bu iddiaçıdan bir səhih dəlil istəyirik ki, onların imamları, donuz əti yeyən bir adama cəza verib.
4) Əgər bunu edə bilmirlərsə imam İmam Əbu Hənifə ( rahiməhullah ) ilə razilaşmalıdırlar ki , belə bir şəxsə cəza yoxdur.
- İmam Cəfər Sadiq, əbu Hənifənin müəllimidirmi?
- Əbu Hənifənin "Məhrəmi ilə evlənənə hədd yoxdur." sözünü necə başa düşməliyik?
- əbu Hənifə haqqında alimlərin görüşləri nələrdir?
- Namaz qılmayan kafirdirmi?
- Əbu Hənifə səhabə görübmü?
- Təravih namazı-2
- Əbu Hənifə haqqında hədis vardırmı?
- Allahın varlığına əqli dəlillər verə bilərsinizmi?
- Maturidi kimdir?
- Murciə