Əbu Hənifənin zahidliyi
• Rabi b. Asim belə deyir:
"Kufə valisi Yezid b. Ömər əl-Hubeyrə, məni əbu Hənifə'nin yanına göndərib öz hüzuruna çağırmağımı söylədi. Əbu Hənifə gəldi. Vali, onu xəzinənin başına keçirmək istəyirdi. İmam, bunu qəbul etmədi. Bunun üzərinə əbu Hənifə'yə 20 şallaq vurdurdu."
Əbu Hənifə'nin işgəncə görmə bahasına da olsa, idari vəzifə yüklənməkdən çəkinməsini diqqətlə düşün.
• Hakəm ibn Hişam əs-Saqafi belə rəvayət edir:
"Şamda mənə əbu Hənifə ilə bağlı olaraq, xalq onun ən güvənilən şəxs olduğunu söyləmişdi. Sultan, əbu Hənifə'yə:
"Ya xəzinə idarəsini yüklənərsən, ya da kürəyin qırmanclanacaq." şəklində, 2 fərqli seçim təklif etdi.
İmam isə, onun verəcəyi əzabı, Allah Taala'nın əzabına tərcih etdiyini söyləyərək qarşılıq verdi.
• Rəvayətə görə, Abdullah ibni Mübarək'in yanında əbu Hənifə haqqında artıq-əskik danışmağa başlanıldığında, o, bu sözləri söyləmişdi:
"Dünya bütün fürsətləriylə, imkanlarıyla ona təqdim edildiyi halda, bunu qəbula yaxın durmayan bir şəxsi mi dilinizə dolaşdırmısınız?!"
• Muhamməd b. Şuca dostlarından birindən nəqlən bu hekayəni danışır:
Əbu Hənifə'yə:
"Möminlərin əmiri əbu Cəfər əl-Mansuri sənə 10.000 dirhəm verilməsini buyurdu." deyildi. O, bunu qəbul etməyəcəyini hiss etdirdi.
Əbu Hənifə, pulun gəlməsinin gözlənildiyi gün, sabah namazını qıldıqdan sonra, paltarına bürünüb yatdı və heç bir şey söyləmədi. Hal bu ikən, Həsən b. Qahtabə'nin elçisi pulu gətirdi və əbu Hənifə'nin yanına girdi. Amma imam ona heç bir şey söyləmədi. Yanındakılardan biri:
"Bu, onun adətidir. Bizimlə də çox az danışır." dedi. Elçi:
"Elədirsə, bu pulları boxçaya qoyub evin bir küncündə qoruyun." dedi.
Elçi ayrılıb getdikdən sonra, əbu Hənifə, evindəki əşyaların nə ediləcəyi xüsusunda oğluna vəsiyyət edərək belə dedi:
"Oğlum, öldüyümdə, məni dəfn edər-etməz, bu boxçanı al, Həsən b. Qahtabə'nin yanına apar və ona bunları çatdır:
"Əbu Hənifə'yə buraxdığın əmanətini al."
Oğlu belə deyir:
Atamın vəsiyyətini eynilə yerinə yetirdim. Həsən b. Qahtabə isə, bunlar qarşısında belə dedi:
"Allah, atana rəhmət etsin. Həqiqətən də o, dininə qarşı çox həssas idi."
• Rəvayətə görə, əbu Hənifə'dən qazılıq vəzifəsini üstlənməsi istənildiyində, o, belə bir üzr bəyan etdi:
"-Mən, bu vəzifəyə əhil deyiləm."
Ondan bunun səbəbi soruşulduğunda isə, belə cavab verir:
"-Əgər mən doğru sözlü biri isəm, bu işə layiq olmadığımı söyləyirəm.
Yox əgər yalan söyləyən biri isəm, yalançılar, qazılıq vəzifəsini yüklənə bilməz."
Əbu Hənifə'nin axirət elmlərinə vaqif olması:
Onun axirət yolu ilə dini işlərin yolunu göstərən elmlərə vaqifliyinin və Allahı tanıdığının dəlili:
hiss etdiyi iləri dərəcədəki Allah qorxusu ilə dünyaya əhəmiyyət vermədiyini bildirən xəbərlərdir.
İbn Cureyc belə deyir:
"Bu Numan b. Sabit'in (əbu Hənifə'nin) Allahdan son dərəcə qorxduğunu, sizin Kufəlilərdən öyrəndim."
Şureyk ən-Nəxai də bunları deyir:
"Əbu Hənifə uzun müddətlər susqun dayanar, mütəmadiyən düşünər, xalqla isə, az danışardı."
Bu özəlliklər, batin elminə sahib olmağın və mühim olan dini işlərlə məşğul olmağın, ən açıq göstəriciləridir.
Bəli, susqunluğu ixtiyar edib zahidlik yoluna girmiş kimsəyə, elmin bütünü verilmişdir, deməkdir.
(İmam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, 1. Kitab, 2. Bölmə: "Elmlərin qisimləri", s. 67-68)
- Səhabənin zahidliyi
- İmam Şafinin zahidliyi
- İmam Malikin zahidliyi haqqında məlumat verərsinizmi?
- Peyğəmbərin zahidliyi haqqında məlumat verərsinizmi?
- Əbu Hənifəyə murciə deyilibmi?
- əbu Hənifə haqqında alimlərin görüşləri nələrdir?
- Əbu Hənifə haqqında hədis vardırmı?
- "Mən kimin mövlası isəm, Əli də onun mövlasıdır." hədisini izah edərsinizmi?
- Əbu Hənifə səhabə görübmü?
- Sələf alimləri əbu Hənifəni pisləmişlərdirmi?