Əbu Hənifəyə murciə deyilibmi?
21-ci xəbər:
Xatib əl-Bağdadi:
Bizə ---> əbu Talib Yəhya b. Əli ibnu't-Tayyib əd-Dəskəri, (Hulvan'da) bildirdi ---> əbu Yaqub Yusuf b. İbrahim b. Musa əs-Səxmi, (Cürcan'da) xəbər verdi ---> əbu Şafi Ma'bəd b. Cumə ər-Ruyani ----> Əhməd b. Hişam b. Tavil ---> əl-Qasım b. Osmanı belə deyərkən eşitdim:
Əbu Hənifə, ayaqda öz tualet ehtiyacını ödəyən bir sərxoşa rast gəldi. Ona:
"Kaş ki, oturaraq bunu etsəydin?!" dedi. Sərxoş, əbu Hənifə'nin üzünə baxdı və:
"Get, ey Murciə!" dedi. Əbu Hənifə ona:
"Bu, mənim səndən cəzamdır. Çünki mən, sənin imanını, Cəbrailin imanı ilə eyni tutmuşdum." dedi.
---------------------------
Kəvsəri:
Əl-Qasim b. Osman ər-Rahhal haqqında, Ukayli belə deyir:
"Hədisinə tabe olunmaz." (Haşiyə)
(Haşiyə:
Bu şəxs haqqında Buxari belə deyir:
"Onun elə hədisləri vardır ki, onlara tabe olunmaz."
Daraqutni belə deyir:
"O, qüvvətli deyildir." (İbn Həcər, "Lisanu'l-Mizan", lV, s. 550)
Ma'bəd b. Cumə, əbu Zur'a əl-Kəşşi, onun yalançı olduğunu bildirmişdir. (İbn Həcər, "Lisanu'l-Mizan", Vl, s. 83)
Xəbərin sənədində məchul ravilər vardır. Demək ki, Xatibin yanında məhfuz rəvayətlər belə olur!
Hafiz əbu Bişr əd-Dulabi'nin rəvayət etdiyi bu xəbərə gəlincə;
Hafiz əbu Bişr əd-Dulabi ---> İbrahim b. Cüneyd ---> Davud b. Umeyyə əl-Mərvəzi ---> Əbdü'l-Məcid b. Əbdü'l-Əziz b. əbi Ravvadı belə deyərkən eşitdim:
"Sərxoş olduğu halda bir adam əbu Hənifənin yanına gəldi və ona:
'Ey murciə!' dedi. Əbu Hənifə ona:
'Əgər mən, sən kimilərə imanı isbat etməmiş olsaydım, məni ircaya nisbət edə bilməzdin. Əgər irca bidət olmasa idi, ona nisbət edilmək, mənim vecimə olmazdı."
İbn əbi'l-Avvam, əd-Dulabi'dın bu ləfzlə rəvayət etdi. Bu rəvayət harda, Xatibin rəvayəti harda?!
Açıqca anlaşıldığına görə, bu düşmənliyin səbəbi, xaricilərdir. Bu sərxoşu, əbu Hənifəyə nisbət olsun deyə, qəzəbləndirmək üçün göndərən onlardır. Həqiqətdə sərxoş, ağlı olmayandır. O da, göndərilən deyil, göndərəndir! Həqiqət olan bir şey daha vardır ki, o da:
Xarici və Haşəviyyə'ni izləyənlərin bir çoxu, əbu Hənifəni irca ilə günahlandırarlar. Səbəbi də, əbu Hənifənin əməli, imanın əsli rüknlərindən saymaması, imanda istisna da qəbul etməməsidir. Ən nəhayətdə, onun haqqında elə hekayələr uydurdular ki, bu hekayələri uyduran kimsənin cahilliyinin dərinliyini göstərməkdədir.
Əvvəlki zamanlardan bəri, xaricilər və onların quyruqları, haqq əhlinə irca böhtanını atmağa davam edirlər. Bunda, əbu Hənifə üçün ən kiçik bir qüsur yoxdur.
(Kəvsəri, "Tə'nibu'l-Xatib", s. 127-128)
- Sələf alimləri əbu Hənifəni pisləmişlərdirmi?
- Murciə məsələsinin hekayəsi
- İmam Şafinin əbu Hənifə ilə təbərrük etməsi
- Murciə kimdir?
- əbu Hənifə haqqında alimlərin görüşləri nələrdir?
- Murciə
- Əbu Hənifə səhabə görübmü?
- Əbu Hənifə haqqında hədis vardırmı?
- İmam Muhamməd Baqir və əbu Hənifə
- Əbu Hənifənin "Məhrəmi ilə evlənənə hədd yoxdur." sözünü necə başa düşməliyik?