"Əgər dünya Allah qatında bir milçək qanadı qədər qiymət daşısaydı, Allah kafirə ondan bir qurtum su içirməzdi." hədisini izah edərsinizmi?

4110- Səhl b. Sa'd (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Biz, Zu'l-Huleyfə'də Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bərabərində idik. O, şişginlikdən ayağı havaya qalxmış murdar bir davarla ani olaraq qarşılaşdı. Bunun üzərinə O, belə buyurdu:

'Bu murdar davarın, sahibinin yanında qiymətsiz olduğunu görürsünüzmü (və ya bilirsinizmi)? 

Nəfsim (qüdrət) əlində olan (Allah)'a and olsun ki, Allah qatında dünya, sahibi yanında bu davardan daha qiymətsizdir və əgər dünya Allah qatında bir milçək qanadı qədər qiymətli olsaydı, Allah, bir kafirə dünya (suların)'dan bir damla (belə) heç içirməzdi."

----------------------------

4111- əl-Müstəvrid b. Şəddad (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), atılmış murdar bir quzu (və ya oğlaq) üzərinə vardığı zaman, bərabərində olan karvan içində, şübhəsiz ki, mən də vardım.

əl-Müstəvrid demişdir ki:

Allah rsəulu (sallallahu aleyhi və səlləm), o ölü heyvanın yanına vardıqdan sonra:

"Bu murdar heyvanın, sahibləri yanında qiymətsiz olduğunu görürsünüz mü (və ya bilirsiniz) mi?"

Əl-Müstəvrid deyir ki, (bu sual üzərinə):

"Ey Allahın rəsulu, sahibləri onu ancaq, qiymətsizliyindən dolayı atmışlardır." deyildi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Nəfsim (qüdrət) əlində olan Allaha and olsun ki, Allah qatında dünya, sahibləri yanında bu heyvandan daha qiymətsizdir." buyurdu.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'z-Zühd: "Dünya (rahatı və nemətlərinin qiyməti)'nin misalı babı"

-------------------

İzahı:

4110 no-lu Səhl (radiyallahu anh) hədisinin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə aid bölməsinin bir bənzərini, Tirmizi də rəvayət etmiş və səhih-qərib olduğunu söyləmişdir. Ordakı mətn belədir:

"Əgər dünya Allah qatında bir milçək qanadı qədər qiymət daşısaydı, Allah kafirə ondan bir qurtum su içirməzdi."

-------------------

4111 no-lu əl-Müstəvrid (radiyallahu anh) hədisini, Tirmizi və Əhməd də rəvayət etmişlərdir. Müslim də bunun bir bənzərini Zühd kitabının başında, Cabir b. Abdullah (radiyallahu anh)'dan rəvayət etmişdir.

Tuhfə müəllifi, Səhl (radiyallahu anh) hədisinin izahında icmal olaraq belə deyir:

"Yəni əgər Allah qatında dünya həyatının bir qiyməti olmuş olsaydı, kafirə bir qurtum su belə verməzdi. Çünki kafir kimsə, Allah'ın düşmənidir. Düşmənə, qiymətli sayılan heç bir şey verilməz. 

Dünya, Allah qatında heç bir dəyər daşımadığı üçün, Vəli, yəni Allahın sevgili qulu olan mübarək kimsələrə, dünyalıq şeylər elə də çox verilməz. Necə ki, bir hədisdə:

"Biriniz xəstə birini (gərəkdiyində) sudan qoruduğu kimi, şübhəsiz, Allah (da) mömin qulunu dünyadan qoruyar." buyurulmuşdur.

Read 16 times
In order to make a comment, please login or register