"Əgər mənim bildiklərimi bilsəydiniz, az gülər, çox ağlayardınız." hədisini izah edərsinizmi?

Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Əgər Mənim bildiyim (həqiqətlər)'i bilsəydiniz, az gülər və çox ağlardınız."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "(Allah qorxusundan dolayı) hüzünlənib ağlamaq babı", hədis no: 4191

---------------------

İzahı:

Bu hədisi, Buxari də rəvayət etmişdir. Bununla bərabər, Buxari, Tirmizi və Nəsai, bunun mislini əbu Hureyrə'dən də rəvayət etmişlərdir.

--------------------

Hədisdə keçən "Mənim bildiyim" ifadəsi ilə işarət edilən:

Allahın günahkar qullarına verəcəyi əzab və qiyamət günü ediləcək hesab və sorğu-sualın şiddət və dəhşəti ilə bağlı olan şeylərdir.

---------------------

Hədisin "çox ağlardınız..." ifadəsindən məqsəd:

Allah qorxusundan dolayı ağlama işinin çoxluğu və ya ağlama zamanının çoxluğudur. 

Yəni Allah qorxusu, Allahın məğfirət etmə ümidinə ağırlıq edəcəkdi və sizlər, bağışlama ümidindən daha çox qorxu bəsləyəcəkdiniz.

------------------- 

Hafiz ibn-i Həcər əl-Asqalani, belə deyir:

Hədisdəki "Mənim bildiyim" sözündən məqsəd:

Allahın əzəməti, günahkarlardan intiqam alması, ruhun alındığı anlardakı qorxunc hal, qəbirdə və qiyamət günü duyulacaq dəhşətli hallarla bağlı həqiqətlərdir.

Hədis, təhdid mahiyətindədir. 

Bu hədisin buyurulmasının səbəbi, Taberani'nin ibn-i Ömər'dən rəvayət etdiyi bir hədisdə belə bəyan edilir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Məscidə çıxdı. O əsnada bir topluluğub öz aralarında gülüşdüklərini gördü. Bunun üzərinə:

'Nəfsim (qüdrət) əlində olan Allaha and içirəm ki..." diyərək, ibn-i Ömər'in rəvayət etdiyi bu hədisi anlatdı.

--------------------

Həsən əl-Basri (rahiməhullah) belə demişdir:

"• Nəhayətinin ölüm;

• Varacağı yerin qiyamət; və

• Duracağı yerin Allah'ın hüzuru 

olduğunu bilən bir kimsənin haqqı, dünyada uzun-uzun düşünüb üzülməkdir."

Read 11 times
In order to make a comment, please login or register