Əhzab surəsi 33-cü ayətinin təfsirini verə bilərsinizmi?

"Evlərinizdə oturun. İlk cahiliyyə dövründə olduğu kimi açılıb saçılmayın. 

Namaz qılın, zəkat verin. Allaha və Onun elçisinə itaət edin. 

Ey əhli beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir." (Əhzab/33)

--------------------

İlk cahiliyyə dövründə olduğu kimi açılıb-saçılmamaq:

Bu ayət, evdə qalmaq mənasını ehtiva etməkdədir. Xitab hər nə qədər Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xanımlarına yönəlik isə də, məna etibarı ilə, digər xanımlar da bu xitabın əhatəsinə girməktədir.

Bütün xanımları əhatə edən bir dəlilin varid olmaması halında bu belə olmaqla bərabər, əsasən, Şəriət, xanımların evlərində qalmalarını əmr edən və zərurət olmadıqca çölə çıxmaqdan uzaq durmağı bildirən hökmlərlə dolub daşmaqdadır. 

Bu buyuruqda uca Allah, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xanımlarına, evlərində oturmağı əmr etməkdə və onların şərəflərini ucaldmaq üzərə bu şəkildə onlara xitab etməkdə, açılıb-saçılmalarını qadağan etməkdə, belə bir işin ilk cahiliyyə dövrünün davranışlarından olduğunu bildirərək:

"İlk cahiliyyə dövründə olduğu kimi açılıb-saçılmayın." diyə buyurmaqdadır.

Daha əvvəl Nur surəsi 5-ci ayətdə "açılıb-saçılma"ğın mənasına dair açıqlamalar geçmişdir.

Bunun həqiqi mənası: örtülməsi, açığa çıxarılmasından daha uyğun olan yerləri açmaq deməkdir.

--------------------

İnsanlar, ilk cahiliyyənin nə olduğu xüsusunda fərqli görüşlərə sahibdirlər:

• İbrahim (əleyhissəlam)'ın dünyaya gəldiyi dövr olduğu söylənmişdir. Qadın incidən libaslar geyinər, yolun ortasında yeriyərək, özünü kişilərə görsədərdi.

• əl-Hakəm b. Uyeynə də belə demişdir:

Bu müddət, Adəm ilə Nuh arasındakı müddətdir ki, bu da 800 illik zaman dilimini əhatə edir. Bu dövrdə yaşayan insanların çox pis yaşayışları nəql edilmişdir.

Deyildiyinə görə, qadın yan tərəfləri tikilməmiş olduğu halda incidən paltar geyinər,  yenə bədənini örtməyən incə libaslar geyinərmiş.

• Mücahid isə belə deyir:

"Qadınlar, kişilər arasında yeriyərdi. Bax açılıb-saçılmaq budur."

İbn Atiyyə belə deyir:

Gördüyüm qədəri ilə ayət, möminlərin analarının (Peyğəmbər zövcələrinin) yetişmiş olduqları cahiliyyə dövrü (davranışları)na işarət etməkdədir.

Ayət, onlara, o dövrdəki yaşayışlarından fərqli bir şəkildə yaşamaları əmrini vermişdir. Bu isə, şəriətdən əvvəl kafirlərin yaşayışı idi. Çünki şəriətdən əvvəl kafirlərin qısqanclıqları yox idi. Qadınlar təsəttürə riayət etmirdilər. Bu cahiliyyənin ilk diyə vəsfləndirilməsi isə, onların daha əvvəl içində olduqları hala nisbətlədir. Yoxsa ortada başqa bir cahiliyyə vardı mənasında deyildir. İslamdan öncəki bu dövrə cahiliyyə adı verilmişdir. 

İmam Qurtubi sözünə davamla belə deyir:

Mən isə, deyirəm ki:

Bu, gözəl bir açıqlamadır. Ancaq buna belə etiraz edilə bilər:

Ərəblər çoxluqla darlıq və sıxıntı içərisində yaşayan kimsələrdi. Rahat nemətlər içərisində olmaq və zinətin açığa çıxarılması, sadəcə öncəki zamanlarda cərəyan etmiş bir işdir.

Bax ilk cahiliyyə dövrü ilə qəsd edilən də budur. 

Ayətdən məqsəd isə, gözəlliklərini kişilərə göstərmək və buna bənzər şəran (şəri cəhətdən) caiz olmayan digər xüsuslarda, özlərindən əvvəlki qadınlardan fərqli hərəkət etməkdir. Bax bu, bütün görüşləri əhatə və ehtiva edər. Bu baxımdan, onlar, evlərində oturmalıdırlar. Çölə çıxmaq ehtiyacı hiss edərlərsə, bəzənməyi tərk edərək və tam bir təsəttürə riayət edərək bunu etməlidirlər.

----------------------

Möminlərin analarının (Peyğəmbər zevcələrinin) bu ayətə qarşı davranışları:

Sələbi və başqalarının nəql etdiklərinə görə, Aişə (radiyallahu anha) bu ayəti oxuduğunda, baş örtüyünü isladıncaya qədər ağlayardı.

Yenə onun nəql etdiyinə görə, Sevde (radiyallahu anha)'ya:

"Niyə Sən, digər bacılarının etdiyi kimi həcc etmir və ümrəyə getmirsən?" diyə soruşulduğunda, belə cavab verir:

"Mən həm həcc etdim , həm də ümrə. Allah da mənə evimdə qalmağımı əmr etdi."

Bunu rəvayət edən deyir ki:

And olsun Allaha, otağının qapısından cənazəsi çıxardılıncaya qədər, otağından çıxmadı. Allah ondan razı olsun.

İbnu'l-Arabi deyir:

"Mən təxminən 1000 qəsəbəyə girib çıxdım. İbrahim Xəlilullahın (əleyhissəlam)'ın oda atıldığı yer olan Nablus şəhəri xanımlarından daha iffətli, namuslarını daha çox qoruyan qadınlar görmədim. 

Orada yerləşdiyim müddət içərisində, cümə günü müstəsna, gündüz yolda tək bir qadın görmədim. Cümə günü namaza çıxarlar və məscidi doldurarlardı. Namaz bitdiyində o dəqiqə evlərinə dönərlərdi. Bir sonrakı Cüməyə qədər onlardan birisinə gözüm ilişməzdi. 

Mən Məscidu'l-Aqsa'da elə iffətli qadınlar gördüm ki, Məscidin içində şəhid düşdükləri vaxda qədər etiqaf etdikləri yerlərdən çölə çıxmamışlardı."

--------------------

Aişə (radiyallahu anha) haqqındakı yersiz iddialara verilən cavablar:

İbn Atiyyə belə deyir:

Aişə (radiyallahu anha)'nın ağlaması, Cəməl döyüşünə qatılmasından dolayı idi. 

İbnu'l-Arabi belə demişdir:

Rafizilər (Allahın lənəti üzərlərinə olsun) bu ayəti ələ alıb möminlərin anası Aişə (radiyallahu anha)'ya hücum edərək belə deyirlər:

"O, ordulara əmr verib döyüşlərə qatılmaq, özünə fərz olmayan və özü üçün də caiz olmayan xüsuslarda döyüş işlərinə girişmək surətilə çölə çıxmaqla, Allah Rəsulunun əmrinə müxalifət etmişdir."

Yenə deyirlər ki:

Osman (radiyallahu anh) mühasirə altında idi. O, bu halı görüncə, miniklərinin hazırlanmasını əmr etdi və Məkkəyə getmək üçün hazırlıqlar gördü. Mərvan, Ona:

"Ey möminlərin anası, burda qal. Çünki insanları islah etməyin, Sənin həccə getməyindən daha xeyirlidir." demişdi.

İbnu'l-Arabi deyir ki:

Elm adamlarımız (Allahın rəhməti onların üzərlərinə olsun) belə de işlərdir:

Aişə (radiyallahu anha) fitnə və qarışıqlıqların çıxmasından əvvəl həccə getməyi əhd etmiş və bu əhdi geri buraxmağı, uyğun görməmişdi. 

Əgər O, qarışıqlıqlar dövründə çıxıb getmiş olsaydı belə, yenə bu, Onun üçün doğru davranış olardı. 

Cəməl döyüşünə çıxmasına gəlincə, O, savaşmaq qəsdilə çıxmamışdı. İnsanlar bu xüsusda ona gedib gəlir və qarşı-qarşıya qaldıqları böyük fitnə, insanların qan tökmələrini Ona şikayət edirdilər. Onun bərəkətindən faydalanmaq istəyir, əgər insanların qarşısında duracaq olsa, bu qarışıqlıqlardakı insanların, Ondan utanacaqlarını ümid edirdilər. 

O da, bu qənaətə sahib olduğundan dolayı, uca Allah'ın aşağıdakı buyuruğuna tabe olaraq, hadisənin olduğu yerlərə çıxıb getmişdi. Allah Taala belə buyurur:

"Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. 

• Sədəqə verməyi; və ya
• Yaxşılıq etməyi; yaxud da
•İnsanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə, istisnadır. 

Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik." (Nisa/114)

Digər bir ayət isə, belədir:

"Əgər möminlərdən 2 qrup bir biriləri ilə vuruşarlarsa, onları barışdırın..." (Hucurat/9)

İnsanların arasını düzəltmək, onları barışdırmaq əmrinə, kişisi və qadını ilə, köləsi və azadı ilə, bütün insanlar muxatabdır.

(İmam Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Əhzab/33 təfsiri)

Read 4 times
In order to make a comment, please login or register