Əhzab surəsi 40-cı ayətin təfsiri
مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَـٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّۦنَ ۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا
"Muhəmməd, aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin O, Allahın Elçisi və nəbilərin sonuncusudur. Allah, hər şeyi bilir." (Əhzab/40)
-------------------------------
I. Təfsiri:
Allah Taala, (bu ayətdən əvvəl), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Zeynəb (radiyallahu anha) ilə evlənməsindəki hikmətləri bəyan edincə, bunun, hər cür pis hallardan uzaq olduğunu da bildirmişdir. Çünki, bu xüsusda ağla gələ bilən pis (düşüncə), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, oğulluğunun xanımı ilə evlənmiş olması xüsusi ilə bağlıdır. Halbuki, oğulun xanımı ilə evlənmək, caiz deyildir.
Bax bundan dolayı, Haqq Taala, "Zeyd, Onun oğlu deyildir. Hətta, kişilərinizdən heç biri, Onun oğlu deyildir." buyurdu.
Əgər biri:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), əslində, bir kişinin atası idi. Çünki 'racul', insanlardan kişilərə verilən addır. Necə ki, Haqq Taala,
...وَإِن كَانُوٓا۟ إِخْوَةً رِّجَالًا وَنِسَآءً...
...Və in kənu ixvətən raculən və nisəən...
'...Əgər onlar, kişi və qadın qardaşlar (yəni, bacı-qardaş) olarlarsa...' (Nisa/176) buyurmuşdur.
Oğlan uşağı üçün də, 'racul' kəliməsi istifadə edilə bilir." deyərsə, biz, belə deyərik:
Buna, 2 şəkildə cavab verilə bilər:
a. "Racul" kəliməsi istifadə edildiyində, buna, "ağlı büluğ yaşına girmiş kişilər" daxil olur. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in isə, bu şəkildə, özünə "racul" deyilə biləcək (qədər yaşamış) bir oğlu yox idi.
b. Allah Taala, muxatab damiri (şəxs əvəzliyi) ilə, "kişilərinizdən" buyurmuşdur. Bu xitabın edildiyi vaxt, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, hələ oğlan övladı yox idi.
Allah Taala, Onun, kişilərdən heç kimin atası olmadığını bildirincə, bunun ardından, bəzi cəhətlərdən, hökmən ata sayıla biləcəyi xüsusiyyətlərin Onda mövcud olduğunu göstərən ifadəni gətirərək,
وَلَـٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّۦنَ
"Lakin, (O), Allahın rəsulu və nəbilərin sonuncusudur." buyurmuşdur.
Çünki, Allah rəsulu, ümmətinə şəfqətli olmaq və ümmətindən hörmət görmək cəhətindən, eynilə, bir ata kimidir, hətta, daha iləridir (haşiyə). Çünki, Peyğəmbər, möminlərə, onların canlarından iləridir. Halbuki, ata, belə deyildir.
Daha sonra, Haqq Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən daha çox şəfqəti, ümməti tərəfindən də daha çox hörməti gərəkdirəcək xüsusu da, "Nəbilərin sonuncusu" ifadəsilə ortaya qoymuşdur. Çünki:
Özündən sonra bir nəbi gələcək olan bir peyğəmbər, əgər nəsihət və lazımi açıqlama xüsusunda bir şey buraxmışdırsa, sonra gələcək olan nəbi, onu tamamlayar. Ancaq, artıq Özündən sonra heç başqa peyğəmbər gəlməyəcək olan nəbi isə, ümməti üzərində, daha çox titrəyər, daha çox hidayətə çatdırmağa çalışar və daha çox faydalı olar. Çünki bu Peyğəmbər, atasından başqa kimsəsi olmayan bir uşağın atası kimidir.
Allah Taala,
وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا
"Allah, hər şeyi bilir."
Onun hər şeyi bilmə xüsusuna, artıq Muhamməd (sallallahu aleyhi və səlləm)'dən sonra heç bir peyğəmbərin gəlməyəcəyi xüsusu da girməkdədir. Beləcə, O, Muhamməd (sallallahu aleyhi və səlləm)'i, oğulluğu olan Zeydin xanımı ilə evləndirmək surətilə Onun şəriətini tamamlamasının, bir hikmət gərəyi olduğunu bildirmişdir.
Bu, belədir. Çünki, Muhamməd (sallallahu aleyhi və səlləm)'in sözü də, şəriət ifadə etməklə bərabər, O, bu işdən (oğulluğunun xanımı ilə evlənməkdən) imtina edincə, bəzilərinin ağıllarında, o işə qarşı bir nifrət doğa bilər.
Görmürsənmi ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), kərtənkələnin halal olduğunun başa düşüldüyü bir söz söyləmiş olmasına baxmayaraq, Özü, ondan yemədiyi üçün, qəlblərdə, bu xüsusda bir öhdə (məsuliyyət) qalmışdır. Ancaq, dəvənin ətini yemiş olduğu üçün, bəzi millətlərin yeməməsinə baxmayaraq, onu yemək, gözəl və xoş görülmüşdür. Dovşan da, belədir.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
-------------------------
-------------------------
(Haşiyə:
Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "İhya-u Ulumi'd-din" adlı əsərində (1-ci kitab, 5-ci bölmə), belə deyir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Ata, uşağı üçün kimdirsə; Mən də, sizlər üçün o (kimsə)'yəm."
Yəni ata və ana, uşaqlarını dünya atəşindən qoruduqları kimi; müəllim də, verdiyi təhsillə, tələbələrini, çox daha böyük olan axirət atəşindən qurtarmağı, (qarşısına) məqsəd qoymalıdır. Bunun üçün, müəllim haqqı, ona, ata haqqından daha uca olmuşdur.
Çünki, ata, indiki və keçici bir həyatın varlıq səbəbi ikən; müəllim, əbədi həyatda qurtuluşa çatmağın səbəbidir. Əgər müəllim olmasaydı, ata cəhətindən meydana gələn varlıq, özünü, mütəmadi həlaka sürükləyərdi. Əbədi həyata faydası toxunan, yalnız və yalnız, müəllimdir.
Mən (Ğazzali), "müəllim" sözü ilə: "Dünyanı deyil, axirəti qazandırmaq məqsədilə dünyanı öyrədən şəxs"i qəsd edirəm. Yoxsa, dünyalıq təmini məqsədilə öyrətmək, fəlakət və fəlakətə sürükləməkdir. Bundan isə, Allaha sığınırıq.
-------------------------------
-------------------------------
مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَـٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّۦنَ ۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا
"Muhəmməd, aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin O, Allahın Elçisi və nəbilərin sonuncusudur. Allah, hər şeyi bilir." (Əhzab/40)
------------------------------
Il. Təfsiri:
"Muhəmməd, aranızdakı kişilərdən heç birinin atası deyildir."
Bu bəyanın mənası, -ən doğrusunu, Allah bilir- budur:
Muhamməd, oğulluqların xanımlarını haram qılacaq bir atalıq mənasında, heç kimin atası deyildir. Yoxsa O, bütün möminlərin atası idi. Necə ki, Haqq Taala, belə buyurmaqdadır:
ٱلنَّبِىُّ أَوْلَىٰ بِٱلْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ۖ وَأَزْوَٰجُهُۥٓ أُمَّهَـٰتُهُمْ...
"Peyğəmbər, möminlərə, onların özlərindən daha yaxındır. Zövcələri isə, möminlərin analarıdır." (Əhzab/6)
Onun xanımları, bizim analarımız olduğuna görə; O (sallallahu aleyhi və səlləm) də, bizim atamızdır.
Lakin bunun təvili, belədir:
Muhamməd, içinizdən heç bir kişinin atası deyildir. Oğulluqların xanımlarını haram qılacaq bir atalıq mənasında, heç kimin atası deyildir. Lakin bu, Ona aid ucalıq, dəyər, şəfqət və mərhəmət mənalarını ifadə edən bir atalıqdır. Bu, bu İlahi bəyanda bildirilən haldır:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَرْفَعُوٓا۟ أَصْوَٰتَكُمْ فَوْقَ صَوْتِ ٱلنَّبِىِّ وَلَا تَجْهَرُوا۟ لَهُۥ بِٱلْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ...
"Ey iman gətirənlər! Səsinizi, Peyğəmbərin səsindən yüksəyə qaldırmayın; və bir-birinizə müraciət etdiyiniz kimi, Ona da uca səslə müraciət etməyin." (Hucurat/2)
Eyni şəkildə,
"Peyğəmbər, möminlərə, onların özlərindən daha yaxındır." bəyanı da, 2 mənaya açıqdır:
1. Yəni, O, təzim edilməyə, dəyər verilməyə, şərəfli qılınmağa, özlərindən daha yaxındır. Eynilə, bu İlahi bəyanda bildirildiyi kimi:
لِّتُؤْمِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا
"Biz, belə etdik ki, siz, Allaha və Onun Elçisinə iman gətirəsiniz; Ona kömək edəsiniz; Onun hörmətini saxlayasınız; və gecə-gündüz, Allahı tərifləyəsiniz." (Fəth/9)
2. Bəhsi keçən İlahi bəyanın ikinci möhtəməl mənası da, budur:
"O, möminlərə daha yaxındır."
Yəni, onlara, özlərindən belə şəfqətli və daha mərhəmətlidir. Bu, Haqq Taala'nın, Onu vəsf etdiyi mərhəmət və şəfqət xüsusiyyətləridir. Necə ki, O, belə buyurmuşdur:
لَقَدْ جَآءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِٱلْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ
"Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz, Ona ağır gəlir. O, sizə qarşı rauf və rəhimdir." (Tövbə/128)
"Muhəmməd, aranızdakı kişilərdən heç birinin atası deyildir."
İlahi bəyanın, 2 mənaya gəlməsi, möhtəməldir:
1. Bunlardan biri, bu halın Ona nisbət edilməsinə dair olmasıdır. Yəni, O, sizdən birinin, Özünə nisbət ediləcək və Onunla çağrılacaq atası deyildir. Çünki, rəvayət edildiyinə görə, onu (Zeydi), "Zeyd b. Muhamməd" olaraq çağırırdılar. Övladlıq əldə etmək, caiz; lakin, insana, oğul olaraq nisbət edilməsi və onunla adlandırılması, caiz deyildir. Eynilə bu İlahi bəyanda bildirildiyi kimi:
ٱدْعُوهُمْ لِءَابَآئِهِمْ هُوَ أَقْسَطُ عِندَ ٱللَّهِ
"Oğulluğa götürdüyünüz uşaqları, öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir." (Əhzab/5)
2. İkincisi isə, bu bəyanın, evlilik qadağası haqqında olmasıdır. Sanki O, belə buyurmuşdur:
Oğulluqların xanımları ilə evlənmənin haram olması və nisbət etmə xüsusunda, O, sizdən birinin atası deyildir. -Başda da bildirdiyimiz kimi-, O, şəfqət, rəhmət və mərhəmət göstərməkdə, sizin atanız olsa da, həqiqi mənada, sizin atanız deyildir. Lakin O, Allahın rəsuludur. Bildirdiyimiz üzərə, Onu ucaltmaq; və qarşılıqlı münasibətlərdə Ona təzim etmək və ya Onu çağırmaq və adlandırma xüsuslarında.
"Lakin O, Allahın elçisidir."
Haqq Taala, bildirdiyimiz üzərə, Onun, içinizdən heç bir kişinin atası olmadığını; lakin Onun, Allahın rəsulu olduğunu bildirmişdir ki, onlar, Allah rəsuluna, öz atalarına davrandıqları kimi davranmasınlar və başqaları ilə dostluq etdikləri kimi, Onunla dostluq etməsinlər. Əksinə, Onu ucaltmaq, Ona hörmət göstərmək və dəyər verməkdə, Onunla, peyğəmbərlərə davrandıqları kimi davransınlar. Çünki, Onun atalığı və şəfqəti, dini'dir. Ataların şəfqəti isə, dünyəvi bir şəfqətdir. Yenə, insan, fərqli hallarda, atasının yanında çox rahat davrana bilir ki, buna bənzər davranışlar, Allah rəsulunun yanında uyğun düşməz. Bundan dolayı, Haqq Taala: "Lakin O, Allahın rəsulu və nəbilərin sonuncusudur." deyə buyurmuşdur. Yəni, O, nübüvvəti, Muhamməd (sallallahu aleyhi və səlləm) ilə tamamlamışdır. Ondan sonra, peyğəmbər yoxdur. Peyğəmbərlərin sonuncusudur. Haqq Taala'nın, Onun, peyğəmbərlərin sonuncusu olduğuna dair açıqlamasının və bildirməsinin səbəbi, bu ola bilər:
Çünki Allah Taala, Öz qatındakı elmilə, Batiniyyə (şiədən batil bir firqə)'nin iddia etdiyi kimi; Muhammməddən sonra başqasının da peyğəmbər olaraq vəsf edilə biləcəyini bilmişdir. Batiniyyə, belə deyir:
"Qaimu'z-zaman, peyğəmbərdir."
Dolayısı ilə, Haqq Taala, bu ayətlə, belə bir iddia içində olanlardan dəlil istənilməyəcəyini; onların, sadəcə yalanlanacağını bildirmişdir. Yenə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğu rəvayət edilmişdir:
"Məndən sonra, peyğəmbər yoxdur." (Buxari, "Ənbiya"/50)
O, Özü ilə, nübüvvətin sonlandığını bildirmişdir.
"Allah, hər şeyi bilir."
Yəni, Allah, olan, olacaq olan və onların faydasına olanların hamısını, əzəldən bilməkdədir.
(əbu Mansur əl-Maturidi, "Təvilatu'l-Quran" təfsiri)
------------------
------------------
Ustad Bədiü'z-Zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanları:
Ustad Nursi, "Sözlər" adlı əsərinin 25-ci Sözü olan "Mucizat-ı Quraniyyə" risaləsinin 1-ci Şölə, 3-cü Şüa, 3-cü Cilvə'sində (s. 401-402), belə deyir:
"Kur'ân-ı Hakîm, her asırdaki tabakat-ı beşerin herbir tabakasına, güya doğrudan doğruya o tabakaya hususî müteveccihtir, hitap ediyor.
Evet, bütün benî Âdeme bütün tabakatıyla en yüksek ve en dakik ilim olan imana ve en geniş ve nuranî fen olan marifetullaha ve en ehemmiyetli ve mütenevvi maarif olan ahkâm-ı İslâmiyeye davet eden, ders veren Kur'ân ise, her nev'e, her taifeye muvafık gelecek bir ders vermek elzemdir.
Halbuki ders birdir, ayrı ayrı değil. Öyle ise, aynı derste tabakat bulunmak lâzımdır. Derecâta göre, herbiri Kur'ân'ın perdelerinden bir perdeden hisse-i dersini alır. Şu hakikatin çok nümunelerini zikretmişiz; onlara müracaat edilebilir. Yalnız burada bir iki cüz'ünün, hem yalnız bir iki tabakasının hisse-i fehmine işaret ederiz.
İkinci misal: Meselâ,
مَا كَانَ مُحَمَّدٌ اَبَۤا اَحَدٍ مِنْ رِجَالِكُمْ
~ Tabaka-i ûlânın şundan hisse-i fehmi şudur ki: Resul-i Ekrem aleyhissalâtü vesselâmın hizmetkârı ve "veledim" hitabına mazhar olan Zeyd, izzetli zevcesini kendine küfüv bulmadığı için tatlik etmiş; Allah'ın emriyle, Resul-i Ekrem aleyhissalâtü vesselâm almış. Âyet der: "Peygamber size evlâdım dese, risalet cihetiyle söyler. Şahsiyet itibarıyla pederiniz değil ki, aldığı kadınlar ona münasip düşmesin."
~ İkinci tabakanın hisse-i fehmi şudur ki: Bir büyük âmir, raiyetine pederâne şefkatle bakar. Eğer o âmir, zâhir ve bâtın bir padişah-ı ruhanî olsa, o vakit merhameti pederin yüz defa şefkatinden ileri gittiğinden, o raiyetin efradı, onun hakikî evlâdı gibi, ona peder nazarıyla bakarlar. Peder nazarı zevc nazarına inkılâb edemediğinden, kız nazarı da zevce nazarına kolayca değişmediğinden, efkâr-ı âmmede Peygamber (a.s.m.) mü'minlerin kızlarını alması şu sırra uygun gelmediğinden, Kur'ân der: "Peygamber (a.s.m.) merhamet-i İlâhiye nazarıyla size şefkat eder, pederâne muamele yapar. Risalet namına siz onun evlâdı gibisiniz. Fakat şahsiyet-i insaniyet itibarıyla pederiniz değildir ki, sizden zevce alması münasip düşmesin."
~ Üçüncü kısım şöyle fehmeder ki: Peygambere (a.s.m.) intisap edip Onun kemâlâtına istinad ederek, Onun pederâne şefkatine itimad edip kusur ve hatîat etmemelisiniz demektir. Evet, çoklar var ki, büyüklerine ve mürşidlerine itimad edip tembellik eder. Hattâ bazan "Namazımız kılınmış" der (bir kısım Alevîler gibi).
~ Dördüncü nükte: Bir kısım, şu âyetten şöyle bir işaret-i gaybiye fehmeder ki: Peygamberin (a.s.m.) evlâd-ı zükûru rical derecesinde kalmayıp, rical olarak nesli, bir hikmete binaen kalmayacaktır. Yalnız, "rical" tabirinin ifadesiyle, nisânın pederi olduğunu işaret ettiğinden, nisâ olarak nesli devam edecektir.
Felillâhilhamd, Hazret-i Fatıma'nın nesl-i mübareki, Hasan ve Hüseyin gibi iki nuranî silsilenin bedr-i münevveri, şems-i nübüvvetin mânevî ve maddî neslini idame ediyorlar.
اَللّٰهُمَّ صَلِّ عَلَيْهِ وَعَلٰۤى اٰلِهِ
Yəni:
Hikmətli Quran, hər əsrdəki bəşər təbəqəsinin hər bir təbəqəsinə, sanki bir-başa o təbəqəyə xüsusi təvəccüh etmiş (yönəlmiş)'dir, xitab etməkdədir.
Bəli, bütün bəni Adəmə, bütün təbəqəsilə,
~ ən yüksək və ən incə elm olan imana; və
~ ən geniş və nurani fənn olan mərifətullaha; və
~ ən əhəmiyyətli və maarif olan İslam hökmlərinə
dəvət edən, dərs verən Quranın, hər növə, hər qrupa müvafiq gələcək bir dərs verməsi lazımdır.
Halbuki, dərs, birdir; ayrı-ayrı deyil. Elə isə, eyni dərsdə, (fərqli anlayış) təbəqələrinin mövcud olması lazımdır. Dərəcələrə görə, hər biri, Quranın pərdələrindən bir pərdədən dərsini, hissəsini alar. Bu həqiqətin çox nümunələrini zikr etdik; onlara müraciət edilə bilər. Yalnız burda, bir-iki cüz (parça)'sının, həm yalnız 1-2 təbəqəsinin anlayış hissəsinə işarət edəcəyik.
• İkinci misal:
Məsələn: "Muhamməd, aranızdan heç kimin atası deyildir." ayəti, (buna misal verilə bilər. Belə ki:)
~ İlk təbəqənin bundan anlayacağı (dərs çıxaracağı) hissə, budur:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xidmətçisi və "oğlum" xitabına nail olan Zeyd, izzətli xanımını özünə bərabər görmədiyi üçün, boşamış; Allahın əmrilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onunla evlənmişdir. Ayət deyir: "Peyğəmbər, sizə, 'övladım' desə, risalət cəhətilə deyər. Şəxsiyyət etibarı ilə atanız deyildir ki, evləndiyi qadınlar, Ona münasib olmasın."
~ İkinci təbəqənin (bu ayətdən) başa düşəcəyi (dərs çıxaracağı) hissə, budur:
Bir böyük əmir, rəiyyətinə, ata şəfqətilə baxar. Əgər o amir, görünən və görünməyən aləmlərin ruhani padşahı olsa, o vaxt, mərhəməti, ataların şəfqətindən 100 dəfə iləri olduğundan, o rəiyyətin hər bir fərdi, Onun həqiqi övladı kimi, Ona, ata nəzərilə baxarlar. Ata nəzəri, ər nəzərinə; qız nəzəri də, zövcə nəzərinə asanca çevrilə bilmədiyindən; və Peyğəmbərin, möminlərin qızları ilə evlənməsi, xalqın nəzərində bu sirrə uyğun düşmədiyindən, Quran (sanki) belə deyir: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), İlahi mərhəmət nəzərilə sizə şəfqət edər; sizə, ata kimi davranar. Lakin, şəxsiyyət etibarı ilə, atanız deyildir ki, sizdən zövcə alması, münasib düşməsin."
~ Üçüncü qisim, ayəti belə fəhm edir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə intisab edib Onun mükəmməlliyinə istinad edərək, Onun ata şəfqətinə etimad edib qüsur və xəta etməməlisiniz. Bəli, bir çoxları vardır ki, böyüklərinə və mürşidlərinə etimad edib tənbəllik edər. Hətta bəzən, "Bizim namazımız, qılınmışdır." deyər (bəzi ələvilər kimi).
~ Dördüncü nüktə (incə məna):
Bəziləri, bu ayətdən, (Quranın) qeybdən verdiyi bir xəbərə işarət fəhm edir. (Belə ki): Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in oğlan övladları, bir hikmətdən dolayı, rical mərtəbəsinə (büluğ yaşına) çatmayacaqdır. Ancaq, "rical/kişi" təbiri (haşiyə), Onun, qızların da atası olduğuna işarət etdiyindən, nəsli, qadınlardan davam edəcəkdir.
Allaha həmd olsun, Fatimə (radiyallahu anha)'nın mübarək nəsli, Həsən və Hüseyn kimi 2 nurani silsilənin nurlanmış ayı, nübüvvət günəşinin maddi və mənəvi nəslini davam etdirirlər.
"Allahım! Ona və ailəsinə salat et."
---------------
(Haşiyə:
Dilimizdə "kişi" mənasına gələn "racul" kəliməsi, aşağıdakı nümunələrdə bildirəcəyimiz kimi, qadınları da əhatə etməkdə; bu kəlimə, həm qadın, həm də kişi bərabər olaraq "insan" mənasında istifadə edilməkdədir. Sadəcə kişilərin qəsd edildiyinə dair, eyni ifadədə "adamlar" ləfzinin yanında "qadınlar" ləfzinin də istifadə edilməsi kimi bir qərinə/ipucu mövcud olmadıqca, sadəcə kişi qəsd edilməz; hər iki cinsi də əhatə edər. Məsələn:
مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ فِى جَوْفِهِ...
Mə cəaləllahu li raculin min qalbeyni fi cəvfihi...
Yəni:
"Allah, bir adamın içində, 2 qəlb yaratmamışdır." (Əhzab/4)
Diqqət edilsə, ayədə, "racul = kişi" kəliməsi keçdiyi halda; qadınların da bu kişi kəliməsi içində yer aldığı görünür. Qadınların 2 qəlblə deyil, kişilər kimi 1 qəlblə yaradıldığını, hər halda izah etməyə ehtiyac yoxdur.
...فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا۟ ۚ وَٱللَّهُ يُحِبُّ ٱلْمُطَّهِّرِينَ
Fihi ricalun yuhibbunə ən yətətahhəru. Vallahu yuhibbu'l-muttahhirin.
Yəni:
"Orada təmizlənməyi sevən adamlar vardır. Allah da, təmizlənənləri sevir." (Tövbə/108)
Allahın, tək kişilərin yox, qadınların da təmizlənməsini sevdiyi, açıqdır.
-------------------
Müəllfimizin Qurandan çıxardığı bu işarə, həqiqətən də, Quranın möcüzə olduğuna dəlildir. Ayət, "O, aranızdakı kişilərdən heç kimin atası deyildir." sözü ilə, sanki işarət edir ki, Onun soyu, kişilərdən davam etməyəcəkdir. Bunu isə, tarix, təfsir etmişdir. Müəllifimiz Nursi, "rical" kəliməsinin, qadınlar üçün də istifadəsinin mümkün olduğunu da zikr edərək, Onun soyunun qadınlardan davam edəcəyini çıxarış etmişdir.
