Əhzab surəsi 59-cu ayə
يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَـٰبِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا
Yə əyyuhə'n-Nəbiyyu = Ey Nəbi!
Qul li: əzvəcikə və bənətikə və nisəi'l-mu'mininə
=
Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de.
Yudninə aleyhinnə min cələbibihinnə
=
Cilbablarından üzərlərinə yaxınlaşdırsınlar (salsınlar).
Zəlikə ədnə ən yu'rafnə fə lə yu'zəynə
=
O, tanınmaları və (bundan dolayı) əziyyət edilməmələri üçün, daha yaxındır.
Və kənəllahu Ğafuran Rahimən
=
Allah, Ğafur və Rahim'dir. (Əhzab/59)
---------------------------
Təfsiri:
وَقَالَ بَعْضُهُمْ: نَزَلَ هَذَا فِي نِسَاءِ الْمُهَاجِرِينَ؛
Bəziləri dedilər ki, bu, mühacirlərin xanımları üçün nazil olmuşdur.
وَذَلِكَ أَنَّ الْمُهَاجِرِينَ قَدِمُوا عَلَى الْمَدِينَةِ، وَهِيَ ضَيِّقَةٌ،
Bunun səbəbi o idi ki, mühacirlər, Mədinə'yə gəlmişdilər; və (həmin vaxt), O (yəni, Mədinə), dar idi.
وَمَعَهُمْ نِسَاؤُهُمْ،
Onlarla bərabər, xanımları (da) var idi.
فَنَزَلُوا مَعَ الْأَنْصَارِ فِي دِيَارِهِمْ،
Ənsarla bərabər, Onların (yəni, Ənsarın) diyarında (yəni, Mədinə'də) məskunlaşdılar.
فَضَاقَتِ الدُّورُ عَلَيْهِمْ.
Beləliklə, evlər, Onlara dar gəldi.
فَكَانَتِ النِّسَاءُ يَخْرُجْنَ بِاللَّيْلِ إِلَى الْبَزَّارِ،
Qadınlar, gecələr, "bəzzər"ə (yəni, açıq, geniş sahəyə), çıxırdılar.
فَيَقْضِينَ حَوَائِجَهُنَّ هُنَالِكَ،
Və Öz ehtiyaclarını, orda qəza edirdilər.
فَكَانَ الْمُرِيبُ يَرْصُدُ النِّسَاءَ بِاللَّيْلِ، فَيَأْتِيهَا، فَيَتَعَرَّضُ لَهَا.
Şübhəli şəxslər, gecə, qadınları izləyər; Onların yanına gələr; və Onlara sataşardılar.
وَإِنَّمَا كَانُوا يَطْلُبُونَ الْوَلَائِدَ وَالْإِمَاءَ،
Onlar, ancaq vəlidə (cariyə) və imə (cariyə)'ləri istəyirdilər.
فَلَمْ تُعْرَفِ الْأَمَةُ مِنَ الْحُرَّةِ بِاللَّيْلِ؛
Gecə, cariyəni azad qadından ayırmaq olmurdu.
لِأَنَّ زِيَّهُنَّ كَانَ وَاحِدًا يَوْمَئِذٍ،
Çünki, onların geyimi, o gün, bir idi.
فَذَكَرَ نِسَاءُ الْمُؤْمِنِينَ ذَلِكَ إِلَى أَزْوَاجِهِنَّ، وَمَا يَلْقَيْنَ بِاللَّيْلِ مِنْ أَهْلِ الرِّيبَةِ وَالْفُجُورِ،
Beləliklə, möminlərin xanımları, gecə, şübhəli və facir kimsələr ilə qarşılaşdıqları şeyləri, öz ərlərinə dedilər.
فَذَكَرُوا ذَلِكَ لِرَسُولِ اللَّهِ ﷺ،
(Kişilər də), onu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə dedilər.
فَنَزَلَ فِيهِمْ: ﴿يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ﴾ إِلَى آخِرِ مَا ذُكِرَ
Bundan sonra da, Onlar haqqında:
"Ey Nəbi! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, cilbablarından üzərlərinə yaxınlaşdırsınlar..." (və ayədə) zikr edilənlərin sonuna qədər (bu ayə) nazil oldu.
أَمَرَ الْحَرَائِرَ بِإِرْخَاءِ الْجِلْبَابِ وَإِسْدَالِهِ عَلَيْهِنَّ؛ لِيَكُونَ عَلَمًا بَيْنَ الْحَرَائِرِ وَالْإِمَاءِ.
Azad qadınlar və cariyələr arasında bir əlamət olsun deyə, azad qadınlara, cilbabı boş buraxmalarını və onu öz üzərlərinə sallamağı əmr etdi.
وَرُوِيَ عَنْ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ جَارِيَةً مَرَّتْ مُتَقَنِّعَةً، فَضَرَبَهَا بِالدِّرَّةِ، وَقَالَ:
Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, bir cariyə, üzü örtülü halda Onun yanından keçdi. (Ömər), onu, şallaqla vurdu və (belə) dedi:
«اكْشِفِي قِنَاعَكِ، وَلَا تَتَشَبَّهِي بِالْحَرَائِرِ».
"Qina (örtü)'yünü aç və azad qadınlara bənzəmə."
وَأَمَرَ الْإِمَاءَ بِكَشْفِ مَا ذُكِرَ، وَالْحَرَائِرَ بِسَتْرِ ذَلِكَ.
(Ömər), cariyələrə zikr ediləni açmağı; və azad qadınlara isə, onu örtməyi əmr etdi.
وَقَدْ أَمَرَ الْحَرَائِرَ فِي سُورَةِ النُّورِ بِضَرْبِ الْخُمُرِ عَلَى الْجُيُوبِ بِقَوْلِهِ:
Nur surəsində, (Allah, bu) sözü ilə, azad qadınlara, ximar (baş örtük)'lərini yaxaları üzərinə salmağı əmr etmişdir:
﴿وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ﴾
"...Ximar'larını, yaxaları üzərinə salsınlar..." (Nur/31).
لِئَلَّا تَظْهَرَ الزِّينَةُ الَّتِي عَلَى الْجُيُوبِ،
(Bu), yaxaları üzərində olan zinətin zahir olmaması üçündür.
وَنُهِينَ أَنْ يَظْهَرْنَ، وَيُبْدِينَ زِينَتَهُنَّ لِلْأَجْنَبِيِّينَ إِلَّا مَا ظَهَرَ مِنْهَا.
Və onlara:
~ görünmələrini; və
~ -ondan (yəni, zinətdən) zahir olan şeylər istisna olmaqla-, əcnəbilərə (məhrəmi olmayan kişilərə), zinətlərini göstərmələrini
nəhy etdi.
وَأُمِرْنَ فِي هَذِهِ الْآيَةِ بِإِرْخَاءِ الْجِلْبَابِ وَإِسْدَالِهِ عَلَيْهِنَّ؛ لِيُعْرَفْنَ أَنَّهُنَّ حَرَائِرُ، فَلَا يُؤْذَيْنَ بِمَا ذَكَرْنَا.
Bu ayədə, -azad qadınlar olduqları bilinsin; və bundan dolayı da, [zikr etdiyimiz] əziyyət edilməmələri üçün- cilbablarını boş buraxmaları və onu üzərlərinə sallamaları əmr edilmişdir.
ثُمَّ اخْتُلِفَ فِي الْجِلْبَابِ:
Sonra, "cilbab" haqqında ixtilaf edildi:
قَالَ بَعْضُهُمْ: هُوَ الرِّدَاءُ، وَالْجَلَابِيبُ الْأَرْدِيَةُ،
~ Bəziləri, (belə) dedilər:
"O, rida (beldən yuxarısını örtən paltar)'dır. Cilbablar, ridalardır."
وَهُوَ قَوْلُ الْقُتَبِيِّ: أُمِرْنَ أَنْ يَلْبَسْنَ الْأَرْدِيَةَ وَالْمُلَاءَ.
Bu, Qutəbi'nin qövlüdür: "Onlara, ridalar və muləə (geniş paltar)'lar geyinmək əmr edildi."
وَقَالَ أَبُو عَوْسَجَةَ: الْجَلَابِيبُ الْمَقَانِعُ، الْوَاحِدُ: جِلْبَابٌ؛ يُقَالُ: تَجَلْبَبِي، أَيْ: تَقَنَّعِي، وَهُوَ الَّذِي يَكُونُ فَوْقَ الْخِمَارِ.
~ əbu Əvsəcə, (belə) deyir:
"Cilbablar, miqnəə'lərdir. Tək halı: 'cilbab'dır. Deyilir ki: 'Təcəlbəbi = cilbab tax'. Yəni: 'təqannəi = miqnəə'ni tax.' O, ximarın üstündə olan şeydir." (haşiyə)
--------------------------
(Haşiyə:
المِقْنَعُ: بِكَسْرِ المِيمِ كَمِنْبَرٍ،
Miqnəu: -minbərdə olduğu kimi- mim, kəsrə ilədir.
وَالمِقْنَعَةُ: مَا تُغَطِّي بِهِ المَرْأَةُ رَأْسَهَا؛
Miqnəatu: "qadının, başını örtdüyü şey"dir.
وَفِي الصِّحَاحِ: مَا تُقَنِّعُ بِهِ المَرْأَةُ رَأْسَهَا؛
"Sihah"da (belə deyilir): "qadının, başını örtdüyü şey"dir.
وَفِي حَدِيثِ عُمَرَ: أَنَّهُ رَأَى جَارِيَةً عَلَيْهَا قِنَاعٌ فَضَرَبَهَا بِالدِّرَّةِ، وَقَالَ: أَتَشَبَّهِينَ بِالحَرَائِرِ؟
Ömər hədisində, (belə gəlmişdir):
O, üzərində qina olan bir cariyə gördü. Onu, şallağı ilə vurub: "Özünü, azad qadınlara bənzədirsən?" dedi.
وَالقِنَاعُ أَوْسَعُ مِنَ المِقْنَعَةِ، وَالقِنَاعُ وَالمِقْنَعَةُ: مَا تَتَقَنَّعُ بِهِ المَرْأَةُ مِنْ ثَوْبٍ تُغَطِّي رَأْسَهَا وَمَحَاسِنَهَا؛
Qina, miqnəa'dan daha genişdir. Qina və miqnəa: "qadının, öz başını və gözəlliklərini, özü ilə örtdüyü paltar"dır.
قَالَ الأَزْهَرِيُّ: وَلَا فَرْقَ عِنْدَ الثِّقَاتِ مِنْ أَهْلِ اللُّغَةِ بَيْنَ القِنَاعِ وَالمِقْنَعَةِ؛ وَهُوَ مِثْلُ اللِّحَافِ وَالمِلْحَفَةِ.
Əzhəri, deyir:
"Siqa (güvənilən) lüğət alimlərinə görə, qina və miqnəə arasında, bir fərq yoxdur. O, lihaf və milhəfə kimidir."
وَجَمْعُ القِنَاعِ: أَقْنِعَةٌ وَقُنُعٌ.
"Qina" (kəliməsi)'nin cəmi, "əqniətun" və "qunuun"dur.
وَجَمْعُ المِقْنَعَةِ: المَقَانِعُ.
"Miqnəa"nın cəmi isə, "məqaniu"dur.
وَعِنْدَ دُوزِي: تُشِيرُ كَلِمَةُ قِنَاعٍ وَمِقْنَعٍ وَمِقْنَعَةٍ فِي العَرَبِيَّةِ إِلَى نَوْعٍ مِنَ القُمَاشِ (شَالٍ) يَضَعُهُ الجِنْسَانِ عَلَى الرَّأْسِ.
Duzi'yə görə: qina, miqnə və miqnəatun, ərəb dilində, qumaşdan bir növə (şala) işarət edir. Hər iki cins, onu, başına qoyur.
وَالفَرْقُ بَيْنَ القِنَاعِ وَالمِقْنَعِ مَوْجُودٌ حَسَبَ مَذَاهِبِ المَعَاجِمِ فِي أَنَّ المِقْنَعَ لَيْسَ لَهُ سَعَةُ القِنَاعِ.
Lüğət məzhəblərinə görə, "qina" və "miqnə" (kəlimələri) arasındakı fərq mövcuddur. Miqnə, qinə qədər geniş deyil.
وَالقِنَاعُ قِطْعَةٌ مِنَ الشَّاشِ المَوْصِلِيِّ
Qina, Mosul'da (hazırlanan) nazik bir parçadır.
لَهُ طُولُ ذِرَاعٍ أَوْ أَكْثَرَ،
Onun, 1 zira və ya ondan çox uzunluğu vardır.
يُوضَعُ شَطْرٌ مِنْهُ فَوْقَ الرَّأْسِ، تَحْتَ الإِزَارِ،
Ondan bir hissə, başın üstünə, izarın altına qoyulur;
وَيَتَدَلَّى سَائِرُهُ مِنَ الأَمَامِ حَتَّى الوَسَطِ،
Və sair (qismi isə), qabaq tərəfdən belə tərəf sallanır.
وَهُوَ يُغَطِّي الوَجْهَ بِتَمَامِهِ،
O, üzü, tamamilə örtür.
وَلَكِنَّهُ لَا يَحُولُ بَيْنَ النِّسَاءِ وَبَيْنَ رُؤْيَتِهِنَّ مَوَاقِعَ أَقْدَامِهِنَّ فِي الطُّرُقَاتِ.
Lakin o, qadınlarla, yollarda ayaqlarını qoyduqları yeri görmələri arasında, maneəçilik törətmir.
Aşağıdakı linkdə, 14-cü maddəyə bax:
“Cilbab” haqqında, belə də deyilmişdir:
اَلْجِلْبَابُ: ثَوْبٌ أَوْسَعُ مِنَ الْخِمَارِ دُونَ الرِّدَاءِ، تُغَطِّي بِهِ الْمَرْأَةُ رَأْسَهَا وَصَدْرَهَا.
• "Cilbab”: “ximardan geniş, ridadan kiçik bir paltardır. Qadın, onunla, başı və sinəsini örtür." (ibn Manzur, "Lisanu'l-Arab")
--------------------------
وَفِي الْآيَةِ دَلَالَةُ رُخْصَةِ خُرُوجِ الْحَرَائِرِ لِلْحَوَائِجِ؛
Ayədə, azad qadınların, ehtiyacları üçün (çölə) çıxmalarının ruxsatına dəlil vardır.
أَنَّهُ لَوْ لَمْ يَجُزْ لَهُنَّ الْخُرُوجُ، لَمْ يُؤْمَرْنَ بِإِرْخَاءِ الْجِلْبَابِ عَلَى أَنْفُسِهِنَّ.
Çünki, çıxmaları caiz olmasaydı, cilbablarını öz üzərlərinə salmaları əmr edilməzdi.
وَلَكِنْ نَهَاهُنَّ عَنِ الْخُرُوجِ \[بِغَيْرِ جِلْبَابٍ\]،
Lakin onlara, cilbabsız çıxmağı nəhy (qadağan) etdi.
فَدَلَّ أَنَّهُ يَجُوزُ لَهُنَّ الْخُرُوجُ لِلْحَاجَةِ،
Beləliklə, bu, ehtiyac üçün çıxmalarının onlar üçün caiz olduğuna dəlalət edir.
وَاللَّهُ أَعْلَمُ.
Allah, ən doğrusunu bilir...
(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)
