Mütəkəbbir isminin şərhi

11. əl-Mütəkəbbir isminin şərhi:

~ Zatına izafətən hər şeyi həqir görən;

~ Əzəmət və kibriyanı, sadəcə Özündə görən;

~ Özündən başqasına, məliklərin, qullarına baxdığı nəzər ilə baxan

(Zat)'dır.

Əgər bu (görüş) doğrudursa, bu təkəbbür, haqdır. Sahibi də, həqiqi Mütəkəbbir'dir. Bu da, mütləq mənada, sadəcə Allah (azzə və cəllə) üçün təsəvvür edilə bilər.

Bu təkəbbür və isti'zam (böyüklənmə) batildirsə, əzəmətdəki təfərrüdü (yəni, əzəmət sahibi olmaqda tək olduğu şəklindəki görüşü), zənn etdiyi kimi deyildirsə, bu təkəbbür, batil və məzmum (zəmm edilən)'dir. Hər kim ki, əzəmət və kibriyanı, xüsusi olaraq, sadəcə öz nəfsində görərsə, bu görüşü, yalan; və nəzəri də, batildir. Allah (subhənəhu və taala) xaric.

Tənbeh: Qullardan mütəkəbbir olan, zahid olan ariflərdir. Arifin zühd sahibi olmasının mənası, sirrini, Haqqdan məşğul edən şeylərdən tənzih etməsi; Haqq (subhənəhu və taala) xaricindəki hər şeyə təkəbbür etməsidir. Beləliklə, dünya və axirəti, həqir görər; Haqq Taala'dan məşğul edən hər şeyin üzərinə çıxmış olar.

Arif olmayanın zühdü isə, muamələ və alış-verişdir. Çünki o, dünya malı ilə, axirət malını satın alar. Yəni, (mövcud olan) şeyi, daha sonra, qat-qat olanı qazanmaq üçün tərk edər. Bu da, sələm və alış-verişdir.

Yemək və nikah şəhvətinin nökərləşdirdiyi şəxs, -əgər bu arzusu davamlıdırsa- həqirdir. Mütəkəbbir, o kimsədir ki, heyvanların həzz və şəhvət təsəvvür etdikləri şeyləri, həqir görür.

Allah, ən gözəl biləndir...

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" )

Read 7.650 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR