Əlini sevmək iman, Ona düşmənçilik etmək, nifaq əlamətidirmi?

"Zirr b. Hubeyş (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Əli b. əbi Talib (radiyallahu anh) belə buyurmuşdur:

"Həqiqətən, mömindən başqasının Məni sevməyəcəyinə və münafiqdən başqasının Mənə buğz etməyəcəyinə ümmi Peyğəmbər (sallallahu aleyhi və səlləm), Mənə qəti bir əhd və təminat verdi."

İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Əli b. əbi Talib'in fəziləti babı"

-----------------------

Hz. Əli b. əbi Talib (radiyallahu anh)'ın fəziləti və hal tərcüməsi:

Hz. Əli (radiyallahu anh) b. əbi Talib b. Abdilmuttalib b. abdi Manaf-i Haşimi'dir. 

Anası- Fatimə b. Əsəd ibni Haşim ibni Abdi-Manaf'dır.

Bilindiyi kimi, Peyğəmbərimizin əmisi olan əbu Talib'in oğludur. Əbu'l-Həsən künyəsi ilə anılan Əli (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən "əbu Turab" (Torpağın oğlu) künyəsi ilə də künyələnmişdir.

Muhamməd (sallallahu aleyhi və səlləm)'in risalətinin ikinci günü 12 yaşında ikən müsəlman olmuşdur. 

Peyğəmbərin hicrət etdiyi gecə, Peyğəmbərin yatağında həyati təhlükəni gözə alaraq, böyük bir cəsarətlə yatmış və özünə verilən əmanətləri, sahiblərinə geri verərək bir gün sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in təlimatı gərəyincə, hicrət etmişdir.

Bədir, Uhud, Xəndək və s. döyüşlərə qatılaraq üstün bir qəhrəmanlıqla döyüşmüşdür. Demək olar ki, bütün döyüşlərdə yaralanan hz. Əli, rəvayətə görə, Uhud döyüşündə 16 yara almışdır.

Digər tərəfdən elmi bir dəhaya da sahib olmuşdur. Xatibliyi, ədəbiyyatı müstəsna bir dərəcədə olmuşdur. Hikmətli sözləri, xütbə və şeirləri məşhurdur. Hz. Ömər (radiyallahu anh):

"---أقْضَانَا عليّ---"

"(Görüş və hökmündə ən isabətli) hüquqçumuz və qazımız Əlidir." buyurmaqla, bu sahədəki qüdrətini dilə gətirmişdir.

Özündən hədis rəvayət edənlərin başında:

• Oğulları: Həsən, Hüseyn;
• Zevcəsi Fatimə;
• İbn-i Ömər; və
• İbn-i Abbas gəlir.

Hz. Əlinin hökmləri və fətvaları yayılmışsa da, ibn Qayyim əl-Cevziyyə'nin dediyi kimi, müfrit (ifrata varmış) şiələr, bu fətvalara fərqli-fərqli yalanlar qataraq, çoxunu dəyişdirmişdirlər.

Bu səbəblə Buxari, ibn Sirin'in, Əli (radiyallahu anh)'dan rəvayət edilən fətvaların, yalan olduğuna hökm etmişdir.

Bu səbəblədir ki, səhih hədis kitab sahibləri, Onun yalnız əhli Beyt, yaxud Abdullah b. Məs'ud (radiyallahu anh)'ın dostları yolu ilə rəvayət edilən hədislərinə və hökmlərinə etimad etmişlərdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in kürəkəni və dördüncü xəlifəsi olan Əli (radiyallahu anh)'ın 5 illik xəlifəlik dövrəsi (656-661), bilindiyi kimi çox hadisəli keçmişdir.

Nəhayət hicrətin 40-cı ili, Ramazan ayının 17-ci günü sabah namazında Abdurrahman ibn Mülcəm adlı xəbis bir xarici tərəfindən vurulmuş və 2 gün sonra Kufə'də 63 yaşında ikən şəhid olmuşdur. (bax: "Təzkira", s. 10-13)

-----------------------

İzahı:

Ümmi:

Oxuma-yazma bilməyən kimsəyə deyilir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ümmi olduğu halda:

• Keçmiş ümmətlərin, peyğəmbərlərin, inananların və iman etməyənlərin aqibətlərini;

• Tövrat, Zəbur, İncil və Suhufların (digər ilahi səhifələrin) həqiqi nüsxələrində mövcud məlumatı bilib xəbər verməsi;

• Keçmişdəki bütün hadisələri eynilə bildirməsi;

• Bütün ərəb ədəbiyyatçıların ən dahi olanlarını belə heyrətə gətirəcək fövqəl-bəşər bəlağatı ifadə edən Quranı təbliğ etməsi,

böyük bir möcüzədir.

Bu səbəblə, Quran da, o uca Rəsulu (sallallahu aleyhi və səlləm)'i ümmiliklə vəsfləndirmişdir.

-----------------------

Hz. Əli (radiyallahu anh)'ı sevmək və ya ona buğz etmək məsələsinə gəlincə:

Əhli Sünnət və'l-Camaat'ın görüşünə görə, əbu Bəkr, Ömər, Osman (radiyallahu anhum)'dan sonra, ümmətin ən üstün şəxsiyyəti, Allah rəsulu'nun (sallallahu aleyhi və səlləm)'in 4-cü xəlifəsi, kürəkəni, kiçik yaşlarından etibarən İslama sarılaraq bütün gücü ilə dinə etdiyi böyük xidmət və fədakarlığı ilə bilinən bu mübarək şəxsi sevmək, əlbəttə iman edənlərin şüarı və Ona buğz etmək də, münafiq olanların işidir.

Əsasən bütün səhabələri sevmək, müsəlmanların müqəddəs vəzifələri olduğu kimi, onlara buğz etmək də, münafiqliyin əlamətidir.

Çünki Quran, Səhabələrin dəyərini bildirdiyi kimi, səhih hədis kitablarında yer alan yüzlərlə səhih hədis, Səhabələrin ucalığını və onların mərtəbələrinə yetişilə bilməyəcəyini ortaya qoymuşdur. Allah Taala, cümlə səhabələrin mərtəbələrini daha da ucaltsın və bizləri, onların şəfaətinə nail etsin.

Gərək hz. Əli və gərəksə də, digər Səhabələri sevmək və ya buğz etməyin iman və ya münafiqliyin əlaməti sayıldığına dair hədislər, Buxari, Muslim və digər hədis kitablarında yer almışdır.

Təbii ki, bəhs mövzusu olan sevgi və ya nifrət, Səhabələrin İslam uğrundakı xidmət və faydalılıqlarından dolayı olduğu təqdirdə, iman və nifaq əlaməti olması muraddır.

İmam Qurtubi bu haqda belə deyir:

"...Amma bir kimsə (yuxarıda bildirilən səbəblər deyil də) xüsusi və ya özəl bir səbəblə, məsələn:

• bir məqsədə müxalifət;
• bir zərər; 

və ya bənzəri bir şeydən ötürü, bir səhabəyə buğz edərsə, bundan dolayı, münafiq və kafir olmaz.

Səhabələr arasında bir çox müxalifət, hətta savaş belə meydana gəlmişdir. Bununla bərabər, heç kim, digərinin küfrünə və ya münafiqliyinə hökm etməmişdir. 

Onların bu xüsusdakı halları, şər'i hökmlər xüsusundakı müctəhidlərin halına bənzəyir. 

Bir qövlə görə, hamısı isabət etmişdir. Digər bir qövlə görə, biri isabət etmiş, digəri də xəta etmişdir. Ancaq xəta edən mazur (üzrlü) sayılır. Çünki o da, qənaət və ictihadına görə hərəkət etmişdir. Bax bu səbəblə, heç birinə buğz etmək, caiz görülməz."

İmam Sindi (əl-Hənəfi) də, bu hədisin izahında bunları deyir:

"Hədisdə Əli (radiyallahu anh) üçün istənən sevgi, ifrat dərəcəsinə varılmayan və haqqıyla, gerçək yönü ilə bəslənən məhəbbətdir.

Çünki aşırı sevgi, mətlub (istənilən, axtarılan) olmayıb, iman əlamətlərindən də sayılmaz. Əksinə, azdırmağa və küfrə yol aça bilər. Necə ki, İsa (əleyhissəlam)'a aşırı sevgilərindən dolayı, küfrə gedən qövmlər olmuşdur.

Bununla bərabər, qadağan edilən buğz, dünyəvi bir səbəbə dayanmayan və sırf dini olan nifrətdir. Çünki muamələlərdən doğan və hər zaman qarşılaşıla bilən buğz, insanların yaradılışında mövcud olub, münafiqliyə dəxlisi yoxdur. 

Məsələn: hz. Ömər (radiyallahu anh)'ın yanında hz. Abbas'la hz. Əli (radiyallahu anhum) arasında cərəyan edən hadisə məşhurdur. 

Muslim də bu rəvayət taxric etmişdir."

Read 22 times
In order to make a comment, please login or register