"Əməllər niyyətlərə görədir."

Ömər b. əl-Xattab (radiyallahu anh) belə rəvayət edir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in (hicrət hadisəsini anlatdığında) belə dediyini eşitdim:

"Əməllər, niyyətlərə görədir. Və hər kəsə ancaq niyyət etdiyi şey vardır. Bu etibarla, kim (iqamət etdiyi yeri tərk edib Mədinəyə gələrkən) Allah və rəsulu üçün hicrət etməyi niyyət edərsə, onun hicrəti, Allah və rəsulu üçündür.

Kim əldə etməyi umduğu bir dünyalıq və ya evlənməyi düşündüyü bir qadın üçün hicrət edərsə, onun hicrəti də, niyyət etdiyi şey üçündür."

--------------------

İmam Buxari, məşhur hədis kitabını bu hədislə başlatmış və bu hədisi, kitabı üçün bir xütbə və önsöz qılmışdır.

Bununla demək istəmişdir ki, Allah Taala'nın rizasını qazanmaq niyyətilə edilməyən hər hansı bir əməl- növü, görünüşü və sahibinin iddiası nə olursa olsun, boş və batildir.

Belə bir əməlin, nə dünyada, nə də axirətdə əlverişli bir nəticəsi və sevindirici bir səmərəsi yoxdur.

Bu hədis, İslam dininin təməlini meydana gətirən hədislərdəndir.

İmam Şafi belə deyir:

"Bu hədis, dinin 1/3-ni meydana gətirir. O, əməl və ibadətlərin bildirildiyi fiqhin hər mövzusu üçün də, ruh və əsas mövqeyindədir."

"Əməllər niyyətlərə görədir. Və hər kəsə niyyət etdiyi şey vardır." sözü 2 şəkildə başa düşülə bilər:

• Birincisi budur:

Ağıllı və şüurlu olan insanlar, hər işi bir niyyət və məqsəd üçün edərlər. 

Onları bu işə cəlb edən, özlərinə görə bir niyyətdir. Bu niyyət isə, yaxşı və ya pis ola bilər. O, Allah Taala'nın rizasını istəmək şəklində də, bunun xaricində qalan başqa bir şeyi istəmək şəklində də meydana gətirilə bilər. 

Hal bu olunca da, hər kəsə, etdiyi işə, meydana gətirdiyi niyyətə görə qarşılıq verilir. Yaxşı niyyət, savabla mükafatlandırılır, pis niyyət  cəza ilə qarşılanır.

• İkincisi də budur:

Əməllər, niyyətlərə görə dəyərləndirilir. Arxasında yaxşı bir niyyət olan əməl, saleh bir əməldir. Belə bir əməl də, savabı gərəkdirir. 

Arxasında pis bir niyyət olan əməl isə, görünüşü nə olursa olsun, pis bir əməldir. Pis bir əməl də, cəzanı gərəkdirir. 

Bu, belə olduğu üçün, hər kəsə niyyətinə görə qarşılıq verilir.

----------------

Niyyət etmək nə deməkdir?

Niyyət etmək, qəsd etmək, iradə etmək və istəmək deməkdir. Bu da 2 cürdür:

• Birincisi:

Namaz, oruc, həcc və zəkat kimi şəri əməlləri (ibadətləri) ifa edərkən, etdiyi işi təyin etmək və isimləndirməkdir. 

• İkincisi:

Savab qazanmaq qəsdi ilə, etdiyi hər hansı bir işi, yalnızca, Allah Taala'nın rizasını düşünərək etməkdir.

İmam Əhməd, bu hədisi bu 2 məna ilə izah etmiş və bunları demişdir:

"Bir kimsə, namaz qılmaq, oruc tutmaq, sədəqə vermək kimi hər ibadəti ifa etmək istədiyi zaman, mənim xoşuma gələn şey, buna başlamadan əvvəl, o işi sözlə niyyət etməsidir."

"Bir kimsə bir əməl işlədiyi zaman, buna riya qatmamaq və ya savab qazanmaqdan başqa bir düşüncə güdməmək üçün, öz nəfsini sıxmalıdır."

İmam Əhməd bunu da demişdir:

"Niyyət hədisi, nəfsi boğmağı əmr edici mahiyyətdədir."

Niyyət sözü, fiqh kitablarında, edilən ibadəti təyin etmək və müəyyənləşdirmək mənasında istifadə edilmişdir.

Bu etibarla, o kitablarda, məsələn:

"Namaz qılarkən niyyət etmək lazımdır." sözünün mənası budur:

Namaz qılan kimsə, fərz mi, sünnət mi qıldığını; fərz qılırsa əda mı, qəza mı qıldığını; hansı vaxtın fərzini qıldığını, sünnət qılırsa, hansı sünnəti və neçə rükət qıldığını bildirməsi lazımdır.

Bunu müəyyənləşdirmək üçün qərar vermək və qərarını ağlından keçirmək kifayət edər.

Tasavvuf (sufi) kitablarında isə, niyyət, əməli Allah Taala'ya xas qılmaq və sadəcə Onun rizasını düşünərək etmək mənasında istifadə edilmişdir.

Quran və hədislərdə də, o, bu ikinci mənada istifadə edilmişdir. Məsələn, Qura'nda belə buyurulmuşdur:

وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُؤْتُوا۟ ٱلزَّكَوٰةَ ۚ وَذَ‌ٰلِكَ دِينُ ٱلْقَيِّمَةِ

"---Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!---" (Bəyyinə/5)

"---فَٱدْعُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوْ كَرِهَ ٱلْكَـٰفِرُونَ---"

"---Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, Ona dua edin!---" (Ğafir/14)

--------------------

Fiqhi niyyət:

Yuxarıda da təmas edildiyi kimi, fiqhi mənadakı niyyət, edilən əməlin nə olduğunu və nə məqsədlə edildiyini bildirməkdir. Çünki bir iş, fərqli məqsədlərlə edilə bilər. 

Məsələn, dəstəmaz üzvlərini yumaq, dəstəmaz almaq niyyəti ilə ola bildiyi kimi, təmizlənmək və ya sərinləmək üçün də ola bilər. 

Niyyət, bu işin dəstəmaz almaq və ibadət etmək məqsədilə edildiyini təyin etmək üçündür. 

Namaz qılmaq, oruc tutmaq, ehrama girmək, kasıba pul vermək də, fərqli məqsədlər üçün edilə bilər. Bununla bərabər, bunlar, fərz və ya sünnət növündən ola bilərlər.

Niyyət, bu işlərin də mahiyyət və məqsədlərini təyin edər. Onun üçün:

• "Niyyət, ibadətləri, adətlərdən və bir birindən ayırmaq üçündür." və

• "Hər kəsə niyyətinin qarşılığı vardır." deyilmişdir.

İmam Əhməd kimi bəzi alimlər, vaxt namazını vaxdında qılarkən, vaxtı təyin etməyə (misal üçün, namazın zöhr və ya əsr namazının olduğunu söyləməyə) gərək olmadığını, "vaxtın fərzi" diyə niyyət etməyin, yetərli olduğunu söyləmişlərdir.

Bu alimlər, Ramazan ayında fərz olan orucdan başqa oruc tutula bilməyəcəyi üçün, bu oruca niyyət gətirərkən də, "fərz olan bu ilin Ramazan orucu" deməyin gərəkmədiyini, yalnızca "oruca niyyət etdim" deməyin kifayət etdiyini söyləmişlərdir.

Bəzi alimlər də, Ramazan orucunu tutmaq labüd olduğu üçün, ona heç bir şəkildə niyyət gərəkmədiyini söyləmişlərdir.

İmam əbu Hənifə və imam Əvzai, zəkat verərkən, onun zəkat olduğunu niyyət etmənin gərəkmədiyini söyləmişlərdir. Bunun mənası budur:

Bir kimsə niyyətsiz bir şəkildə və bir şey düşünmədən bir kasıba bir miqdar pul versə, ondan sonra istəsə, bunu zəkat saya bilər.

Bəzi alimlərə görə, namaz, oruc, həcc və ya zəkat fərzi olan bir kimsə, bu ibadətləri sünnət niyyəti ilə də ifa etsə, bunlar yenə də fərz yerinə keçərlər. 

Bu alimlərə görə, yalnış gətirilən niyyət də, gətirilməsi gərəkən şəklə çevrilir. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm), Şəbrəmə adında bir adamın, başqası yerinə həcc etməyi niyyət etmiş olduğunu öyrənincə, ona:

-"Sən öz fərz olan həccini etdin mi?" diyə soruşmuş, Şəbrəmə də:

-"Xeyir. Hələ etmədim." diyə cavab verir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Elə isə, bu həcci özün üçün et." buyurur.

Bunun üzərinə, adam, başqası üçün gətirmiş olduğu niyyətlə, özü üçün həcc etmişdir.

Bu, bundan dolayıdır ki, insan, özünə fərz olan həcci etmədən, başqası yerinə həcc edə bilməz. Bu səbəblə, bu şəkildə niyyət gətirməsi, yalnış olur və bu yalnış niyyət, onun özü üçün həcc etmək niyyətinə çevrilir.

Eynilə bunun kimi:

Üzərində həcc və ya hər hansı bir fərz ibadət olan bir kimsə, o ibadəti sünnət niyyəti ilə ifa etsə, niyyəti yalnış olar və bu yalnış özlüyündən düzələrək, etdiyi ibadət, fərz yerinə keçər.

Dəstəmaz üçün (qüsul də belədir), niyyətin lazım olub-olmadığı mövzusu haqqında ixtilaf edilmişdir. Bu mübahisənin səbəbi isə, dəstəmazın öz başına bir ibadət olub-olmadığının qətilik qazanmamasıdır.

Bu səbəblə, onun bir ibadət olduğu qənaətini daşıyan alimlər -bunlar çoxluqdadırlar- digər ibadətlər kimi, dəstəmaz üçün də niyyət gətirməyin zəruri olduğunu söyləmişlərdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Dəstəmaz, günah və xətalara, kəffarət olar." deməsi də, dəstəmazın bir ibadət olduğu qənaətini təyid etməkdədir (qüvvətləndirməkdədir).

Çünki ancaq ibadətlər və xeyir işlər, günahlara kəffarət ola bilər. Bir işin ibadət və xeyir iş olması da, ancaq niyyətlə sabit olur. 

Bu belə olduğu üçün, niyyət gətirilməyən bir dəstəmaz, ibadət və xeyir iş və günahlara kəffarət olmaz.

Hənəfi məzhəbinin imamları kimi, dəstəmazın müstəqil bir ibadət olmadığı, namaz və bənzəri ibadətlər üçün bir ön hazırlıq olduğu qənaətini daşıyanlar isə, dəstəmaz üçün niyyəti gərəkli görməmişlərdir.

--------------------

Niyyət, hökmü dəyişdirə bilər:

Niyyət, şər'i (şəriətə aid) hökmləri dəyişdirə bilər. Bu səbəblə, misal üçün, varlıya zəkat vermək caiz deyildir. Şər'i hökm budur. Və lakin bir varlını kasıb zənn edərək ona bu niyyətlə zəkat vermək caizdir. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vaxtında, bir səhabə (Yezid b. Ahnəs) zəkatını bir adamın yanına buraxmış və özünə vəkalətən onu bir kasıba verməsini söyləyir. Ondan sonra, bu səhabənin oğlu gəlir və kasıb olduğunu söyləyərək zəkatı adamdan alır.

Səhabə bunu eşitdiyində, Allah rəsuluna gedir və özünün zəkatının başqa bir kasına verilməsini niyyət etdiyini, halbuki vəkil olaraq təyin etdiyi adamın, onu öz oğluna verdiyini söyləyib bunun məqbul olub-olmadığını soruşur.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), ona necə niyyət etmişdirsə, zəkatının o şəkildə qəbul edildiyini və bir beis olmadığını söyləyir.

Niyyətin hökmə təsir etdiyi mövzulardan biri də, and içmə mövzusudur. Çünki bir kimsə and içərsə, andının hökmü, niyyətinə görədir. Əgər and niyyətilə and içərsə, andını yerinə yetirməsi lazımdır. Əks təqdirdə, 10 kasıba fidyə verməsi gərəkdir. 

Lakin and niyyətilə deyil, dil alışqanlığı ilə and içərsə, bu and, boş və hökmsüzdür. Bunu bildirən ayətdə belə buyurulmuşdur:

"---لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَـٰنِكُمْ وَلَـٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلْأَيْمَـٰنَ ۖ فَكَفَّـٰرَتُهُۥٓ إِطْعَامُ عَشَرَةِ مَسَـٰكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَـٰثَةِ أَيَّامٍ ۚ ذَ‌ٰلِكَ كَفَّـٰرَةُ أَيْمَـٰنِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَٱحْفَظُوٓا۟ أَيْمَـٰنَكُمْ ۚ كَذَ‌ٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَـٰتِهِۦ لَعَلَّكُمْ تَشْكُرُونَ---"

Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz. (Maidə/89)

Hökmdə niyyət əsas olduğu üçün, məsələn bir kimsə boşamağı qəsd edərək, zövcəsinə:

"Atanın evinə get." deyərsə, xanımı ondan boşdur. 

Bu cür boşama növünə: "kinayəli boşama" deyilir. Kinayəli boşanmalarda, niyyət, müəyyənləşdiricidir.

Açıq olan hallarda isə, məsələ bir az fərqlidir. Onun üçün, adamın niyyəti boşamaq olmadığı halda, "Səni boşadım." dediyi təqdirdə, bununla boşamanın vaqe olub-olmadığı xüsusunda ixtilaf edilmişdir.

Çünki sözün sarahatına (açıqlığına) baxılarsa, boşamanın vaqe olması (gerçəkləşməsi) lazımdır. Niyyətin boşamaq olmadığına baxılarsa, boşamanın vaqe olmaması gərəkdir.

Ancaq alimlərin böyük çoxluğu, sözün sarahatı qarşısında, niyyətin başqa olmasına etibar etməmişlərdir. Çünki açıq olan sözlərə deyil, gizli olan niyyətlərə etibar edilərsə, sözün bir dəyəri qalmaz və söz üzərinə bina edilən işlərdə, güvən və istiqrar ünsuru meydana gəlməz.

Belə olduğu halda, hər kəs:

"Mən, bu sözümdən bu mənanı qəsd etdim."  deyərək, hər cür məsuliyyət, taahhüd (yüklənmə, söz vermə)'dən qurtular. 

Bu cür bir qarışıqlığa meydan verməmək üçün, alimlərin çoxluğuna görə, bir söz açıqca bir mənanı ifadə edərsə, o sözü söyləyənin niyyətinin başqa olması qəzai yöndən (başqalarının hüquqlarına aid mövzularda) bir dəyər ifadə etməz.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Andın, sənin niyyətinə görə deyil, sənə and içdirənin niyyətinə görə (onun sənin sözündən anladığı məna ilə) məqbuldur."

Ancaq qəzai yönü olmayan (başqalarını  hüququna aid olmayan) xüsuslarda, insanı bağlayan, onun ağzından çıxan söz deyil, o sözlə özünün qəsd etdiyi məna və niyyətdir.

Bu, belə olduğu üçün, hakim, insanları sözlərinə görə mühakimə edər və etmək məcburiyyətindədir. Allah Taala isə, onları niyyətlərinə görə mühakimə edər və onu sorğu-sual edərkən, ona:

"Filan sözündən nəyi qəsd etdin, nəyi murad etdin, niyyətin nə idi?" diyə soruşar.

Bir sözün mənası qapalı isə və 2 şəkildə də anlaşıla bilərsə, dünya müamələlərində, o sözü sərf edən şəxsin niyyəti əsas alınır. Bu xüsusda alimlər ittifaq etmişlərdir.

İbn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm", "Birinci hədis: Əməllərin niyyətlərə görə olduğu haqqındadır.", s. 1-25 (müxtəsər bir şəkildə)

Read 32 times
In order to make a comment, please login or register