"Əməllər niyyətlərə görədir." hədisini izah edərsinizmi?

Ömər b. əl-Xattab (radiyallahu anh)'dan rəvayət edildiyinə görə,  o, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i belə buyurarkən eşitmişdir:

"Əməllər (yəni insanların öz iradələri ilə işlədiyi şeylərin dəyəri), ancaq niyyətlərə görədir və hər kəsə, ancaq niyyət etdiyi şey vardır.

• Artıq kimin (küfür diyarından İslam məmləkətinə) hicrəti (ndən niyyət və məqsədi), Allah və rəsuluna yönəlik olarsa, o kimsənin hicrəti (həqiqətən) Allah və Rəsulunadır.

• Kimin hicrəti, əldə edəcəyi dünyalıq və ya evlənəcəyi bir qadın üçün olarsa, o kimsənin hicrəti (savaba yönəlik olmayıb), köçünə səbəb olan (dünyalıq və ya qadın)'adır."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Niyyət babı", hədis no: 4227)

--------------------------

İzahı:

• Nəvəvi, niyyəti belə tərif edir: 

"Niyyət, qəlbin bir şeyə qərar verməsidir."

• Kirmani isə, belə deyir:

"Niyyət, bir şeyi qəsd etməkdir. Qəlbin qərar verməsi isə, bir şeyi qəsd etdikdən sonra meydan gəlir."

• Beydavi isə, belə açıqlayır:

"Niyyət, qəlbin yararlı bir şeyi əldə etməyə və ya zərərli bir şeyi dəf etməyə uyğun gördüyü bir fel və ya işə yönəlməsidir."

--------------

Bu hədis, Kütübü'l-Sittə (Buxari, Muslim, Tirmizi, əbu Davud, ibn Macə, Nəsai)'nin hamısında rəvayət edilmişdir.

İmam Sindi (əl-Hənəfi), bu hədisin izahı bölməsində, icmal olaraq bunları deyir:

"Alimlər, bu hədis haqqında səhifələr dolusu danışaraq, fərqli mənalar vermişlərdir. Məncə, mənası belədir:

İnsanların öz iradələrilə işlədikləri fellər, ancaq niyyət, yəni qəlbin qərarı ilə meydana gəlir. Başqa cür, heç bir fel meydana gələ bilməz.

Bir fel və işdən əldə ediləcək mənfəət və ya zərər, ancaq niyyətə görədir. Edilən bir şeyin ibadət sayılması və ya cəzanı gərəkdirən günah olması, ancaq niyyətdən qaynaqlanır.

(Misal üçün, xeyirli bir xərcləmə edən insanın niyyəti, Allah rizası olduğu təqdirdə, bu xərcləmə, ibadət sayılır və savaba vəsilə olur.

Əgər niyyət və məqsəd, riyakarlıq və göstəriş isə, o ibadət deyil, günah sayılır və cəzanı gərəkdirir.)

Küfür diyarından İslam məmləkətinə köçən kimsənin məqsəd və qayəsi, Allah və Rəsulunun razılığını qazanmaqdırsa, bu hicrət, savabdır, ibadətdir.

(Əgər hicrətdən məqsəd, dünyalıq qazanmaq və ya bir qadınla evlənmək isə, bu hicrətdən dolayı savab qazanmaq, bəhs mövzusu deyildir.)

Mən bəzi yazılarımda, bu hədisin mənasını,  bu doğrultuda izah etdim. Hədisin ifadə tərzini düşünən bir kimsə, mənasının belə olduğunu müşahidə edər."

"Tuhfətu'l-Əhvəzi bi şərhi Camii't-Tirmizi" müəllifi- əbu'l-Ula Muhamməd Abdurrahman b. Abdurrahim əl-Mübarəkfuri də, bu hədisin izahına geniş yer vermişdir. O, icmal olaraq belə deyir:

"Əməllərin məqbulluğu, niyyətə bağlıdır. Niyyətsiz işlənən ibadət və əməl, keçərli sayılmaz. Nəvəvi, belə izah vermişdir.

Bu izaha görə, əməllər ifadəsindən, ümumi bir məna qəsd edilmiş olur. Yəni işlənən fel və ya söz ola bilər. 

Bununla bərabər, fərz olsun, vacib və ya nafilə-sünnət olsun, az olsun, çox olsun, fərq etməz.

Ancaq bu şeylərin məsuliyyətlilik şərtlərini daşıyan möminlər tərəfindən işlənməsi gərəkdir. Yəni bir möminin etdiyi hər hansı bir ibadətin məqbul sayılması üçün, niyyət şərtdir."

• Bəzi elm adamları: Hədisin:

"Əməllər, niyyətlərə görədir." cümləsindən məqsəd, əməllərin kamil sayılması üçün, niyyət gərəkdir, demişlərdir. 

• Digər bir qisim elm adamlarına görə, bundan məqsəd əməllərin sağlam olması üçün niyyət şərtdir.

-----------------------

Hicrət kəliməsinin lüğət mənası- bir şeyi tərk etməkdir.

Bir yerə hicrət isə, başqa yerdən oraya köçməkdir. 

Şəriətdə isə, hicrət:

"Allahın qadağan etdiyi şeyi tərk etməkdir."

Bir yerdən başqa yerə köçmək mənasında olan "hicrət", İslam tarixinda 2 şəkildə olmuşdur:

• Birincisi:

Məkkə dövründə müsəlmanların qorxudan, yəni Məkkə müşriklərinin hücumundan dolayı, ordan Həbəşistana (indiki Efiopiya'ya) köç etmələridir. 

Buna, təhlükəli bölgədən, güvənilən bölgəyə hicrət deyilir. 

Məkkə'dən Mədinə'yə hicrətin ilk sıralarındakı hicrət də, bu cür hicrətdən sayılır.

• İkincisi:

Küfür məmləkətindən, İslam məmləkətinə hicrətdir. Bu da, müsəlmanların Mədinə'də yaxşıca yerləşməsindən sonra, Məkkə'nin fəthinə qədər olan müddət içində, müsəlmanların Mədinə'yə etdikləri hicrətdir.

Məkkə fəth edildikdən sonra isə, hicrət,ancaq  küfür diyarından İslam məmləkətinə ola bilər.

Hədisdə, dünyalıq üçün edilən hicrətin ibadət sayıla bilməyəcəyinə işarət edilmişdir. Bir adamın evlənəcəyi qadın üçün hicrəti də, dünyalıq üçün edilən hicrətin əhatə dairəsinə girdiyi halda hədisdə yer alması, bu hədisin buyurulmasına səbəb olan hadisə münasibəti ilədir.

Belə ki, Taberani'nin, raviləri siqa şəxslərdən olan bir sənədlə rəvayət etdiyi hədisdə:

"İbn Məs'ud (radiyallahu anh), belə demişdir:

İçimizdə ümmü Qays adlı bir qadınla evlənmək istəyən bir adam vardı. Qadın, evlənməyi qəbullanması üçün, adamın (Məkkədən Mədinə'yə) hicrət etməsini şərt qoşmuşdu. O şəxs də, bunun üzərinə hicrət etdi və sonra qadınla evləndi.

İbn Məs'ud (sözünə davamla) deyir ki:

"Biz adama ümmü Qays mühaciri deyərdik."

İbn Məs'ud (radiyallahu anh) bunu deməklə, adamın bəhs mövzusu niyyətindən dolayı, hicrətin savabını itirdiyinə işarət etmişdir.

Halbuki o şəxs, etdiyi hicrət dolayısı ilə, böyük bir sünnət olan evlənmə ibadətini qəsd etmişdi. Artıq sırf dünyalıq üçün hicrət edən bir kimsənin savab qazanması, düşünülməməlidir.

Read 12 times
In order to make a comment, please login or register