"Əməllər qab içindəki maddə kimidir." hədisini izah edərsinizmi?

Muaviyə b. Əbi Süfyan (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən, Allah rəsulunu belə buyurarkən eşitdim:

"Əməllər ancaq qab (içində olan maddə) kimidir. 

• Ən aşağısı (yəni dibdəki qisim) gözəldirsə, ən yuxarısı (yəni üst qismi) də gözəl olar; və

• Ən aşağı (yəni dibdəki qisim) pozularsa, ən üst qismi də pozular."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Əməl (yəni ibadət işin)'ə həssaslıq göstərmək babı", hədis no: 4199

------------------------

İzahı:

Camiu's-Sağir şərhində əl-Əzizi belə deyir:

"Əməllərin qab içindəki maddəyə bənzədilməsindən məqsəd, hər hansı bir şeyin xaricinin içinin əlaməti və aynası olduğunu bildirməktir. 

Bu etibarla, bir kimsənin daxili yaxşı olarsa, xarici də yaxşı olar."

---------------

Əl-Hafni isə belə izah verir:

"Bir qabda bal və ya yağ kimi bir maddə olduğunda, altı yaxşı olarsa, üstü də yaxşı olar. 

Bunun əksinə dibdəki qisim xarab olarsa, üstə də sirayət edər və üst qismi də pozular.

İnsanın əməl və davranışları da belədir. 

Onun əmək və hərəkətləri yaxşı olarsa, nurları bədənin xaricinə də yansıyar və xaricini də yaxşılaşdırar. 

Bunun əksinə, insanın fel və hərəkətləri pis olarsa, bunun izi, bədənin xaricinə da sirayət edər və xarici qismi mənən ləkələyib kirlədər.

Hədisdən məqsəd bu da ola bilər:

Daxili əməl olan ixlas və təmiz niyyət, xarici əməli yəni bədənlə və ya dillə edilən əməli, qəbula layiq hala gətirməklə tənzimlənmiş və islah edilmiş olur.

Xülasə, ixlas, əməllərin məqbul olmasına vəsilə olar.

İxlasın ziddi olan riyakarlıq və göstəriş də bir daxili əməl və qəlb işidir.

İnsanın qəlbindəki niyyət, riyakarlıq, yəni xarab olduğu zaman, bu niyyətlə edilən ibadət də, xarab sayılar.

Bu halda, daxili xarablıq, xarici xarablığa səbəb olar."

Read 11 times
In order to make a comment, please login or register