Əmr-i bil-maruf nehy-i anil-münkər nədir, kimlərə və necə edilməlidir?
İslam cəmiyyəti daxilində ediləcək cihad, xaricinə qarşı ediləcək cihaddan, əlbəttə fərqli olacaq. Xaricə qarşı lazım olsa qaynar döyüş edilər, zülmə maneə olunar. Daxildə isə müsbət bir şəkildə din təbliğ edilər, pisliklərə qarşı mübarizə aparılar (1). Buna əmr-i bil-maruf nehy-i anil-münkər deyilir. Yəni, yaxşılığı əmr etmək, pis əməllərdən çəkindirmək. Bu ayə ümmət içində bunu edəcək bir birliyin olmasını lazımlı bilər:
"İçinizdən, insanları xeyrə çağıracaq yaxşılığı əmr edib pislikdən saxlayacaq bir birlik olsun..."(Ali İmran Surəsi 104) Belə bir birlik cəmiyyətin mənəvi asayiş gözətçiləri olacaq. Necə ki, maddi asayiş üçün təhlükəsizlik təşkilatı vəzifəsini yerinə yetirər; xəstəliklərin müalicəsində səhiyyə nazirliyinin mənsubları çalışar; onun kimi ölkənin mənəvi asayişi və mənəvi yaralarının müalicəsi üçün də belə bir birlik səy göstərəcək.
Rəsulullah bu ifadələri ilə “yaxşılığı əmr et, pisliyi uzaqlaşdır” əhəmiyyətini vurğular: "Nəfsim əlində olan Allaha and içərəm ki, ya yaxşılığı əmr edər, pisliyə mane olarsınız ya da Allah yaxında ümumi bir bəla verər. O zaman dua edərsiniz, lakin duanız qəbul olmaz."(2)
Yaxşılığı əmr edən və pislikdən çəkindirməyi özünə şüar seçən bir cəmiyyət möhkəm balanslı, qüvvətli bir birlik meydana gətirər və "fəzilət cəmiyyəti" olar. Belə bir cəmiyyətdə zərərli axınlar baş qaldırmaz, yanğınlar seyr edilməz, bala ilanların bir kobra halına gəlməsinə göz yumulmaz. Cəmiyyətin vicdanı həssas olar...
Allah yoluna dəvət həmsöhbətlərin vəziyyətinə görə fərqli üslublar tələb edir. Bu ayədə diqqət buna yönləndirilmişdir:
"Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır."(Nəhl Surəsi, 125)
Elm sahibi olan şəxslər qəti dəlillərlə avam olan insanları gözəl öyüdlərlə Allahın dininə dəvət edilərlər. Dinə müxalif inadçı kəslərlə isə ən gözəl bir şəkildə mübarizə aparılar.(3)
Əhli kitabla ediləcək mübarizədə də, ən gözəl şəkildə olan mübarizə metodu əmr edilmişdir:
"İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”(Ənkəbut Surəsi, 46)
Görüldüyü kimi ayədə əhli Kitab iki hissəyə ayrılmışdır:
1 - Zalım olanlar.
2 - Söz dinləyənlər.
Ən gözəl şəkildə olan mübarizə sözdən anlayanlar ilə edilən mübarizədir. Məsələn, həmsöhbətə yüklənmədən onu qınamadan ayıblamadan izah etmək...Ta ki, həmsöhbət insafa gəlsin, təbliğçinin məqsədinin onu haqqa çatdırmaq olduğunu hiss etsin. Çünki, həmsöhbət olduğu adamın qürur və inadı ancaq yumşaq rəftarla qırıla bilər.(4)
Mən “Allaham" deyən Firona haqqı izah etmək üçün Hz. Musa və Haruna "Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”(Ta ha Surəsi, 43-44)
Necə ki, indiki vaxtda Avropada müxtəlif səbəblərlə müsəlmanların xristianlarla müsbət bir dialoq içinə girmələri, bir çox xristianın İslamı qəbul etməsinə vəsilə olmuşdur. Bu gün Avropadakı Xristian əsilli müsəlmanların sayı yüz minlərlədir. Əvvəllər qılıncla ancaq Viyana önlərinə qədər çatmışkən, bu gün təbliğat sayəsində İslamiyyət Avropanın demək olar ki, hər yerinə çatdırılmışdır.
Bədiüzzaman Quranın "əhl-i kitab" ifadəsinin indiki vaxtda "əhl-i məktəbi", yəni elm təhsil alan seqmenti də içinə aldığını söyləyər.(5) Son illərdə ölkəmizdə görülən qarşılıqlı dialoq mühiti əvvəllər dinə düşmən olan məktəblərin sonradan İslama təslim olmalarını göstərmişdir. Çünki savadlı insanlara razısalma yolu ilə qalib gəlmək olar. Söz anlamayan vəhşilərə isə yox. (6)
"Dində məcburiyyət yoxdur"(Bəqərə Surəsi, 256) ayəsi mühüm bir həqiqəti bildirir. Kimsə zorla müsəlman edilə bilməz. Lakin dində təbliğ etmək, dinin həqiqətlərinin izah edilmək vardır. Təbliğ edilən dini hər hansı bir şəxs qəbul etməkdə və ya etməməkdə sərbəstdir.
Qaynaqlar:
1-Bkz. Nursi, Emirdağ Lahikası,s.,481-482
2Tirimizi,Fiten,9
3-Razi,XX,138-139;Beydavi,I,561
4-Kutub,IV,2202
5-Nursi,Sözlər,s.,378-379
6-Nursi,Hutbe-i Şamiye,s.,88
- "Din, nəsihətdir." nə deməkdir?
- Müsəlmanları namaza dəvət üçün azanın təsbiti necə olmuşdur, azanın şəklini kim təyin etmişdir?
- Maidə surəsi 51-ci ayətin təfsiri
- Kafirlərlə dostluqda ölçümüz necə olmalıdır?
- Yaxşılığı əmr edib pislikdən çəkindirmək
- "Qadınları döyün." ayəti necə başa düşülməlidir?-1
- Xoş Gəldin Ramazan-ı Şərif
- Xoş Gəldin Ramazanı-Şərif
- İslamın köməkləşməyə verdiyi əhəmiyyət haqqında bir az məlumat verərsiniz?
- Əhli Kitab Nə Deməkdir?