Əmr nədir?

"Əmr": "istila cəhətilə feli tələb etmək"dir. İstiladan məqsəd isə: "əmr edənin, əmr ediləndən üstün olması"dır.

Ərəb dilində, əmr siğası (forması), suləsi (kökü, 3 hərfdən meydana gələn) fellərdə, ifəl (et) və liyəfəl (etsin) vəznində olur. Bu siğalar, əsl etibarı ilə, tələb'ə dəlalət edirlər. Tələbin xaricindəki şeylərə dəlalətləri isə, məcaz yolu ilədir. İrşad, təhdid, həqir görmək və dua kimi məqsədlər üçün əmr fellərinin istifadə edilməsi, məcazidir. Təhdid üçün istifadəsinə:

"İstədiyinizi edin! Şübhəsiz ki, O, etdiklərinizi görməkdədir." (Fussilət/40) ayətini, misal olaraq verə bilərik.

Əmr siğasının dəlalət etdiyi tələb:

~ ya vücub/vaciblik;

~ ya da nədb

ifadə edir.

Lakin araşdırmalar göstərməkdədir ki, İslam şəriətini açıqlayan ayə və hədislərdəki əmrlər, çox vaxt, vaciblik bildirir. Buna görə, bir əmrin vaciblik ifadə etmədiyini ortaya qoymaq üçün, dəlilə ehtiyac vardır. Bax bu görüş, fəqihlərin cumhuruna aiddir.

Onlar, bu görüşlərini isbat üçün, 3 dəlil gətirirlər:

1. Səcdə əmrinə tabe olmadığından dolayı, Allah, iblisi qınamış və:

"Mən sənə əmr etdikdə, sənə səcdə etməyə nə mane oldu?" (Əraf/12) buyurmuşdur.

Əgər əmr, vaciblik və qətilik ifadə etməsəydi, səcdəni tərk etdiyi üçün, iblis qınanmazdı.

 

2. Quranda, "Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar." (Nur/63) buyurulmuşdur.

Burda, Allah, əmrlərinə müxalifət edənləri, dünyada, bəla; və axirətdə, ağrılı bir əzab ilə təhdid etməkdədir. Əgər əmr, vaciblik ifadə etməsəydi, ona müxalifət edənlər, təhdid edilməzdilər. Bu təhdid, ümumi olub, hər əmrə müxalifəti ehtiva edir. Buna görə, Quran örfündə, əsl olan, hər əmrin, vaciblik və qətilik ifadə etməsidir.

 

3. Allah Taala, özlərinə namaz əmr edildiyi halda qılmayanları, zəmm etmiş (pisləmiş) və: "Onlara ruku edin deyildiyində, ruku etməzlər." (Mursəlat/48) buyurmuşdur.

Bu da göstərir ki, əmr, qəti bir tələb ifadə etməkdədir. Əgər belə olmasaydı, ona müxalifət etmək, qınanmağı gərəkdirməzdi.

Hərçənd, Quranda bəzi ibarələr də vardır ki, bunlardakı əmr, bəzi qərinələrə görə, ibahə ifadə etməkdədir. Məsələn:

"Yeyin, için və israf etməyin. Çünki Allah, israf edənləri sevməz." (Əraf/31) ayəti, belədir.

Bu ayədə keçən "yeyin, için" əmrləri, ibahə (mübahlıq) bildirməklə bərabər; ümumi olaraq yeyib-içməyi qətiliklə əmr etmədiyi də doğru ola bilər. Çünki insan, ölməyəcək qədər qida almaqla mükəlləfdir. Ancaq o, bu və ya o maddəni, bu və ya bu miqdarda yeyib-içməkdə, sərbəstdir. Demək ki, cüziyyatda mübah olan bəzi şeylər, ümumi olaraq mətlub (tələb edilən) və vacib olmaqdadır.

Bəzi alimlər, qadağadan sonra gələn əmrlərin ibahə bildirdiyini söyləmişlərdir. Məsələn:

"...İhramdan çıxdığınız zaman ov edə bilərsiniz..." (Maidə/2) ayəti, belədir.

Cumhura görə, nəhy/qadağadan sonra gələn əmrlərin ibahə bildirməsi, qərinələrdən başa düşülür; əmr siğasından başa düşülməz. Çünki, bəzən, nəhydən sonra gələn əmr, vaciblik bildirməkdədir. Məsələn:

"Haram aylar çıxınca, müşrikləri tapdığınız yerdə öldürün." (Tövbə/5) ayətində, qadağadan sonra gələn əmr ibahə bildirsəydi; bu nass'a görə müşrikləri öldürmək, vacib olmazdı.

 

Bəzi alimlərə görə də, əmr, həm vaciblik, həm də nədb (məndubluq) ifadə edir. Bunlardan hansına dəlalət etdiyi, qərinələrlə təsbit edilir. Bu görüş, əmrin lüğət mənasına uyğun ola bilər. Lakin, daha əvvəl də bildirdiyimiz kimi, Quran və Sünnət nass'larındakı əmrlər, əksəriyyətlə vaciblik ifadə edir. Əsl olan da, məhz budur.

Qurandakı əmr siğaları, tələbin edilməsinə dəlalət edir. Təkrara dəlalət etmədiyi kimi; bir dəfə edilməyə də dəlalət etməz. Məsələn:

~ "Namaz qılın." (Bəqərə/43) ayəti, nə təkrar ifadə edir; nə də 1 dəfə namaz qılmağı. Namazın vaxtlara görə təkrar-təkrar qılınmasına, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Namazı Mən necə qılıramsa, siz də elə qılın." (Buxari, "Azan", 18) hədisi dəlalət etməkdədir.

~ Həcc də, "İnsanları həccə çağır..." (Həcc/27) ayəti və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Allah, sizə həcci fərz qıldı. O halda, həcc edin." (Muslim, "Həcc", 412) hədisinə görə fərz qılınmışdır.

Bax bu əmrlər, təkrar ifadə etmədiyi üçündür ki, bəzi səhabələr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən: "Hər il həcc edəcəyik, ey Allahın rəsulu?" deyə soruşmuşlar; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Mən, sizi necə buraxıramsa, siz də, Məni eləcə buraxın. Əgər 'bəli' desəm, həcc, hər il sizə fərz olar." (Nəsai, "Mənəsik", 1)

Əgər təkrar ehtimalı olmasaydı, səhabələr: "Hər il həcc edəcəyik?" deyə soruşmazdılar.

Buna görə, əmr siğası, təkrara dəlalət etmədiyi kimi; 1 dəfə edilməyə də dəlalət etməməkdədir. Təkrar və ya 1 dəfə etmək, əmr ilə bağlı bir qeyd olub, dəlilsiz sabit olmaz.

Əmr siğası, dərhal və ya daha sonra edilməyə də dəlalət etməz. Çünki əmr, bir felin meydana gətirilməsini göstərir. Dərhal və ya daha sonra edilmə (fəvriyyət və ya təraxi), bir qeyd olub, ayrı dəlillərlə sabit olur. Əmr, əsas etibarı ilə, mütləq bir ləfzdir. Ancaq, təqyidini göstərən bir dəlil mövcud olarsa, muqayyəd olar. Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Allah, sizə həcci fərz qıldı. O halda, həcc edin." buyurmuşdur.

Bu hədis, gücü çatan kimsənin, dərhal həccə getməsinə; gecikdirərsə, günahkar olacağına dəlalət etmədiyi kimi; daha sonra getməsinə və gecikdirərsə, günahkar olmayacağına da dəlalət etməz. Bu səbəbdəndir ki, fəqihlər, həccin, fəvrənmi, yoxsa daha sonramı ediləcəyi xüsusunda, ixtilaf etmişlərdir.

Burda, belə düşünmək, mümkündür:

Əmr siğası, təkrar və fövriyyətə dəlalət etməz; ancaq, bir səbəbə bağlı ola bilər. Əgər bu səbəb təkrarlanarsa, əmr də təkrarlanar. Məsələn:

~ "Zina edən kişi və qadından hər birinə, 100 çubuq vurun." (Nur/2) ayəti.

Burda, "100 çubuq vurun." əmrinin səbəbi, zinadır. Bu səbəb təkrarlanarsa, cəza da təkrarlanar.

Yenə,

~ "Oğurluq edən kişi və qadının əllərini kəsin." (Maidə/38) ayətindəki "əllərini kəsin" əmrinin səbəbi də, oğurluqdur.

Yenə,

~ "İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun." (Nur/4) ayətindəki "80 çubuq vurun." əmri, ismətli qadınlara zina isnad etməklə bağlıdır. Bu günah təkrarlanarsa, əlbəttə cəzası da təkrarlanar.

Görülür ki, təkrar, şəxsən əmr siğasından deyil; onun bağlı olduğu səbəbdən qaynaqlanmaqdadır.

Bəzən isə, bu səbəb, zamana bağlı olur və fövriyyət ifadə edir. Zamanın gəlməsilə, əmrin dərhal edilməsi; və bu zamanın təkrarı ilə də, əmrin təkrarlanması lazımdır. Məsələn:

~ "Sizdən kim ramazan ayına şahid olarsa, oruc tutsun." (Bəqərə/185) buyurulmuşdur.

Buna görə, ramazan ayı girincə, dərhal oruc tutulması; və bu ayın təkrarlanması ilə, orucun da təkrarlanması lazım gəlir.

Yenə,

~ "Gün batmağa meyl edəndən gecənin qaranlığınadək bəlli vaxtlarda namaz qıl." (İsra/78) ayətindəki "namaz qıl" əmri, zamana bağlanmışdır. Bu zamanın təkrarlanması ilə, əlbəttə vacib də təkrarlanacaqdır.

Demək ki, əmr edilən şey, şəxsən əmr siğası ilə təkrarlanmayacağı kimi; onun fövriyyəti də, vacib olmaz. Ancaq o, səbəbə bağlı olaraq təkrarlanar. Səbəb, təkrarı gərəkdirmirsə, mə'murun bih (yəni, əmr edilən şey), təkrarlanmaz. Həcc fərzində olduğu kimi.

İndi, görəsən əmr, yalnız ifadə etdiyi şeyin vacibliyinimi gərəkdirir? Əmrin yerinə yetirilməsinə vasitə olan şeylər, vacib deyildirmi? Bu cəhət üzərində dayanaq.

Vacibin tamamlanmasını təmin edən şey:

Vacibin tamamlanmasını təmin edən, bəzi vasitələr vardır. Görəsən, vaciblik ifadə edən əmr, bu vacibliyin ədası üçün vasitə olan şeyi də əmr etmək demək deyildirmi?

Üsul alimlərinin çoxuna görə, vacibin tamamlanmasını təmin edən şey, insanın gücü daxilindədirsə, vacibdir. Məsələn:

Namaz əmri, dəstəmaz almağı da əmr etmək olur. Çünki, dəstəmaz, namazın şərtidir. Ancaq, həcc əmri, həccə getmək üçün imkan sahibi olmağı əmr etmək deyildir. Çünki, bu imkana qovuşmaq, insanın öz əlində olmayıb, Aliyy və Hakim olan Allahdandır. Zəkat ilə əmr də, insanın nisaba sahib olmasını əmr deyildir. Çünki, nisaba sahib olacaq qədər zəngin olmaq, mükəlləfin öz əlində deyildir.

Bəzi alimlərə görə, vacibin tamamlanmasını təmin edən şey, səbəb, insanın öz əlindədirsə, əmr, bunu da ehtiva edir. Məsələn:

~ Namaz qılmaq üçün səy göstərmək, cümə namazı üçün tələsməyi əmr edən ayətin (Cümə/9) dəlalətilə, vacibdir;

~ Gücü çatanların Məkkəyə getməsi və həccin vaciblərini yerinə yetirmək üçün səy göstərməsi də, belədir;

~ Zəkatı əhlinə vermək üçün səy göstərmək də, eyni şeyə daxildir.

Bax bunlar, vacibin yerinə yetirilməsi üçün bir vasitə olduqlarından dolayı, o vacibi bildirən əmr gərəyincə, vacib olurlar. Əgər vacibin tamamlanmasını təmin edən şey şərtdirsə, o vacibi bildirən əmr ilə, şərtiyyər vacib olmaz. Çünki, bu, ayrı bir nass ilə sabit olur. Məsələn:

Namazın sihhəti üçün dəstəmaz almağın şərt olması, müstəqil bir əmrlə sabit olmuşdur. Elə isə, onun şərt olmasını bildirən əmr, vacib olmasını da bildirmişdir, deməkdir. Namazın vacib olmasını bildirən əmr, dəstəmazın da vacib olmasını bildirmiş deyildir.

Bu görüşə görə, vacibin tamamlanmasını təmin edən şey, 2 qismə ayrılır:

1. Şari tərəfindən şərt olduğu bildirilən şeylər. Bunlar, müstəqil dəlillərlə sabit olurlar. Vacibin tamamlanmasını təmin etdiyi üçün, bunlara vacibdir deməyə lüzum qalmır.

2. Vacibin ədası üçün zəruri olan digər xüsuslar. Bunlar, insanın əlində olan bəzi səbəb və vasitələr olub, vacibin edilməsini təmin edir. Məsələn:

Həcc fərzini yerinə yetirmək üçün müqəddəs torpaqlara getmək, vacibdir. Çünki vacib, ancaq, bu sayədə əda edilir. Dolayısı ilə, eyni əmr gərəyincə, bunlar da vacib olurlar.

(əbu Zəhra, "Usulu'l-Fiqh")

Read 47 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR