Ən xeyirli möminlər kimlərdir?
Əsma binti Yezid (radiyallahu anha)'dan rəvayət edildiyinə görə, özü Allah rəsulu'nun səhabələrinə:
"Diqqət edin! Mən, sizə ən xeyirli olanlarınızı bildirməyim mi?" buyurduğunda, səhabələrin də:
"Bəla (yəni bizə bildir) ey Allah'ın rəsulu, diyə qarşılıq verdiklərinə və Allah rəsulu'nun bunun üzərinə:
'Sizin ən xeyirliləriniz o (mömin) kimsələrdir ki, görüldükləri zaman Allah (Azzə və Cəllə) xatırlanar.' buyurduğunda şahid olmuşdur."
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): (Cəmiyyət tərəfindən) heç qiymət verilməyən, iltifat edilməyən (mübarək mömin) lər babı, hədis no: 4119
-------------------
İzahı:
Bu hədisi Əhməd də rəvayət etmişdir. Hədis, bəzi möminlərin görülməsinin Allah'ın xatırlanmasına vəsilə olduğunu bildirir. Allahı xatırlamağa vəsilə olmalarının səbəbinə gəlincə, o möminlər, ya Allahı çox xatırladıqları və ya Ondan çox qorxduqları, üstün təqva sahibi olduqları üçün, görüldükləri, yanlarına varıldıqları zaman, Allah xatırlanır.
Bunun canlı nümunəsi, daima müsəlmanlara vaaz və nəsihət edərək doğru yolu göstərən, bol-bol Allahı zikir edən, olduqları məclislərdə dünya ilə bağlı söhbətlər deyil, daima dini söhbətlər edən Allahın xas qullarıdır.
Belə mübarək şəxslərlə oturub qalxan, onların söhbətlərindən istifadə edən və tövsiyələri doğrultusunda Allaha qarşı qulluq vəzifələrini ifa etməyə çalışan müsəlmanlar, bu hədisin sirrini o mübarək şəxslərdə asanlıqla görərlər.
Yəni onları gördükləri zaman, seçkin özəllikləri dolayısı ilə, Allahı xatırlarlar.
Bu hədis, görülmələri Allahı anmağa vəsilə olan möminlərin, Allah qatında ən dəyərli möminlərdən olduğuna dəlalət edər.
- Malı çox olan varlılar haqqında hədis
- Malı çox olan varlılar haqqında hədis
- Qəriblər hədisi
- Peyğəmbərin belə qibtə etdiyi kimsələr
- Ölü haqqında pis danışmaq olarmı?
- Allah təalanın Qiyamətə qədər yardım edəcəyi bir camaat.
- "Mənim ümmətimdən, daim Allah Taala tərəfindən dəstəklənən və onlara kömək etməyən xalqın zərər verə bilməyəcəyi bir camaat, qiyamət qopuncaya qədər, heç əskik olmayacaqdır." hədisi
- Təvəkkülə dairdir-2
- Zəif möminlərin fəziləti haqqında hədis verə bilərsinizmi?
- Qiyamət günü ən böyük şəfaət edən peyğəmbər kim olacaq.