Ənam surəsi 125-ci ayətin təfsiri
فَمَن يُرِدِ ٱللَّهُ أَن يَهْدِيَهُۥ يَشْرَحْ صَدْرَهُۥ لِلْإِسْلَـٰمِ ۖ وَمَن يُرِدْ أَن يُضِلَّهُۥ يَجْعَلْ صَدْرَهُۥ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِى ٱلسَّمَآءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ ٱللَّهُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يُؤْمِنُونَ
"Allah,
~ kimi doğru yola yönəltmək istəsə, onun köksünü, İslam üçün açar;
~ kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər.
Allah, iman gətirməyənləri, beləcə cəzalandırar." (Ənam/125)
---------------------------
Təfsiri:
Ayət ilə bağlı, bir neçə məsələ vardır:
✓ Birinci məsələ:
Alimlərimiz, dəlalət və hidayətin Allahdan olduğu xüsusunda, bu ayət ilə istidlal etmişlərdir. Bil ki:
Bu ayətin ləfzi, bizim görüşümüzə dəlalət etdiyi kimi; yenə onun ləfzi, bu məsələ haqqındakı əqli və qəti dəlili də ehtiva etməkdədir. Bu dəlilin bəyanı, belədir:
Qul, həm imana, həm də küfrə qadirdir. Onun, bu 2 şeyə nisbətlə qüdrəti, bərabər olaraq mövcuddur. Bundan dolayı, qəlbdə, ona (ya imana, ya da küfrə) aparacaq bir səbəb olmadıqca, quldan, küfr yerinə iman; və ya iman yerinə küfrün meydana gəlməsi, imkansızdır. Biz, bu səbəb məsələsini, bu təfsir kitabımızda, dəfələrlə açıqladıq. "Səbəb" isə, "görülən işin böyük bir fayda və daha ağır gələn bir mənfəət ehtiva edəcəyini bilməsi və ya inanması və yaxud zənn etməsi"ndən ibarətdir. Çünki, qəlbdə, bu məna meydana gəldiyi vaxt, bu, qulu, o feli işləməyə sövq edir. Əgər qəlbdə, bu felin böyük bir zərər və daha ağır gələn bir fəsad ehtiva etdiyi yolunda bir elm/bilik və ya inanc yaxud da bir zənn meydana gələrsə, bu hal, o insanı, o feli tərk etməyə sövq edir. Biz, dəlili ilə bərabər, bu səbəblərin, mütləq olaraq Allah qatından olması gərəkdiyini; səbəblərlə qüdrətin cəminin, feli gərəkdirdiyini bəyan etmişdik.
Bu, sabit olunca, biz deyirik ki:
~ Quldan imanın meydana gəlməsi, ancaq, onun qəlbində, imanın, daha faydalı və maslahata daha uyğun olduğuna dair Allahın bir bilik yaratmasından sonra olur. Qəlbdə belə bir bilik meydana gəldiyində, qəlb, o işi görməyə meyl edir və o insanın nəfsində, o işi görmək üçün daha çox arzu meydana gəlir ki, bax, "köksün açılması", budur.
~ Ancaq qəlbdə, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə iman etməyin, məsələn, gərək dini, gərəksə də dünyəvi xüsuslarda böyük bir fəsada səbəbiyyət verəcəyinə və böyük zərərlərə yol açacağına dair bir inanc meydana gəlir ki, bu halda, onun bu zənni, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə iman etməkdən şiddətlə nifrət etməsinə yol açır ki, Allah Taala'nın, "onun qəlbini son dərəcə daraltması"ndan murad, bax budur.
Buna görə, ayətin mənası, belə olur:
~ Allah Taala'nın, iman etməsini istədiyi kimsəni imana sövq edən səbəblər qüvvətlənir. Yenə,
~ Allah Taala'nın, inkar etməsini istədiyi kimsəni, imandan uzaq tutacaq səbəblər ilə, onu küfrə sövq edəcək səbəblər güc qazanır.
Halın belə olduğu əqli dəlillə sabit olunca, Quranın ləfzinin, bu əqli dəlilləri ehtiva etdiyi də sabit olur. Yenə, qəti əqli dəlil, Quran ləfzinin, sarih/açıq mənasına eynilə uyğun olduğu zaman, onun fövqündə hər hansı bir bəyan və dəlil, bəhs mövzusu ola bilməz!
-----------------
✓ Üçüncü məsələ:
Bu, ayətin ləfzlərinin təfsiri haqqındadır. "Köksün açılması"nın təfsiri sədədində, bu 2 izah verilmişdir:
1. Leys, belə deyir:
"Allah, o kimsənin köksünü açdı. O da, açıldı." deyilir. Bu, "Allah, o kimsənin könlünü, bunu qəbul etməsi üçün genişlətdi. Onun könlü də, genişləndi." deməkdir.
Mən (Razi) deyirəm ki:
Leys, köksün açılmasını, "köksün genişlədilməsi" deyə təfsir etdi. Halbuki, bundan muradın, o insanın köksünün, həqiqət mənasında genişlənməsi olmadığında, şübhə yoxdur. Çünki, bunun imkansız olduğu, aşkardır. Əksinə, "köksü genişlətmə" təbirini açıqlamaqda, zərurət vardır. Buna görə, biz deyirik ki:
Bu ifadənin həqiqəti, bizim, daha əvvəl bəhs etdiyimiz xüsusdur. Onu burda təkrarlamaqda, bir problem yoxdur.
Bu cümlədən olaraq biz deyirik:
İnsan, işlərindən hər hansı birinin daha faydalı və daha yaxşı olduğuna inandığında, könlü, o işi görməyə meyl edir. Onu əldə etmək yolundakı arzu və istəyi, qüvvətlənir və qəlbində, onu gerçəkləşdirmək üçün, şiddətli bir istedad hasil olur ki, bax bu hal, "könlün və ruhun genişlənməsi" deyə adlandırılmışdır.
Yenə bir kimsə, işlərindən birinin şərrinin və zərərinin çox olduğuna inandığında, ona qarşı nifrəti böyüyür və təbiətində, o işi qəbul etmək xüsusunda bir nifrət və uzaqlaşma hissi meydana gəlir. Yol dar olduğu vaxt, ordan keçmək istəyənlərin keçə bilməyəcəkləri; ancaq yol geniş olduğunda, ordan keçmək istəyənlərin keçməsinin əlverişli olduğu, məlumdur. Bundan dolayı, filan işin daha xeyirli və daha faydalı olduğu inancı meydana gələr və ona doğru bir meyl və arzu da olarsa, bax bu şəkildə, o meyl, qəlbdə olmuş və ora yerləşmiş olur. Bundan ötrü də, "İttəsəə's-sadru ləhu = Köksü, ona yatdı." deyilir. Ancaq onun çox zərərli və xarab olduğu inancı olduğu zaman da, qəlbdə, ona qarşı bir meyl olmaz. Bax bundan ötrü, "İnnəhu dayyiqun = Onun könlü daraldı." deyilir. Beləcə, qəlb, keçilməsi mümkün olmayan bir yola bənzədilmiş olur. Bax qəlbin genişləməsi və ya qəlbin daralması xüsusundakı sözün həqiqəti, bundan ibarətdir. (haşiyə)
--------------------------
(Haşiyə:
Dəyərli oxuyucu! Diqqət et! 2 şeydən birinin (iman və ya küfr; gözəl və ya çirkin niyyət və s.) qəlbdə yerləşməsindən sonra, birində, genişlik; digərində isə, daralma hasil olur. Bu, bu felləri yaradanın, elm sahibi olduğunu da açıqca göstərir. Çünki felin pis və yaxşı olması; bunun nəticəsində də, qəlbin genişlənməsi və daralması, bu fellərdən birinin pis, digərinin isə gözəl olduğunu bilməyə bağlıdır. Elə isə, bu fellərin ağılsız təbiətə nisbəti düşünülə bilərmi?! Yəni, isbat edilə bilərmi ki, təbiət, bir felin pis olduğunu bilir və nəticədə də insan qəlbini daraldır? Və ya yaxşı olduğunu bilir və qəlbi də bundan dolayı genişlədir?)
------------------------------
2. Bir kimsə, bir şeyi izah edib ortaya çıxardığı vaxt, "şərahə fulənun əmrahu = filankəs, işi şərh etdi, açıqladı"; yenə, bir məsələdə bir problem olub, insan da onu açıqladığı vaxt, "şərahə'l-məsələtə = məsələni şərh etdi/açıqladı" deyilir.
Bil ki, "şərh" ləfzi, sadəcə haqq olan mənalarda istifadə edilməz. Çünki bu kəlimə, Haqq Taala'nın,
أَفَمَن شَرَحَ ٱللَّهُ صَدْرَهُۥ لِلْإِسْلَـٰمِ...
Ə fə mən şərahə'llahu sadrahu li'l-İsləm...
Yəni:
"Allahın, köksünü İslam üçün açdığı..." (Zumər/22) ayətində, İslam haqqında istifadə edildiyi kimi;
...وَلَـٰكِن مَّن شَرَحَ بِٱلْكُفْرِ صَدْرًا...
...Və ləkin mən şərahə bi'l-kufri sadran...
Yəni:
"...lakin kim, köksünü küfrə açsa..." (Nəhl/106) ayətində olduğu kimi, küfr haqqında da istifadə edilmişdir.
Müfəssirlər, belə demişlərdir:
Bu ayə nazil olduğunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, "Allah, onun köksünü necə açar?" deyə soruşulur. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Allah, o kimsənin köksünə bir nur atar; bunun üzərinə də, onun köksü genişlənər." buyurur. Bu cavab qarşısında, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, "Bunu bilməyi asanlaşdıran bir əlamət vardırmı?" deyə soruşulunca, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur: "Əbədilik yurduna yönəlmək; aldanış yurdundan uzaqlaşmaq; və ölüm gəlmədən əvvəl, ölümə hazır olmaq..."
Mən (Razi) deyirəm ki:
Bu hədis, Allahın, köksü açması məsələsinin təfsirindəki tərcihimizin doğruluğuna dəlalət edən dəlillərdən ən qüvvətlisidir. Bunun izahı, belədir:
İnsan, axirət işilə məşğul olmağın, daha çox faydalı və xeyirli olduğunu; dünya işilə məşğul olmağın isə, daha çox zərərli və şərli olduğunu düşünüb və bu xüsus, ya əqli dəlil və ya təcrübə yaxud da təqlid ilə qətiyyət qazanarsa, axirət xüsusundakı arzusu, bax mütləq bu inanca söykənər ki, "axirət yurduna yönəlmək"dən məqsəd, budur. Yenə, dünyadan nifrət etmək arzusu meydana gəlir ki, "aldanış yurdundan uzaqlaşmaq"dan məqsəd də, budur. Ölüm gəlmədən əvvəl ölümə hazırlanmaq da, bu 2 şeyi, yəni: dünyaya iltifat etməməyi; axirətə də arzu və rəğbət hiss etməyi əhatə edər...
Bunu yaxşıca qavradığın zaman, biz deyirik ki:
Bir şeyi etməyə sövq edən səbəbin, mütləq o şeyin varlığından əvvəl olması (yəni, varlığından əvvəl mövcud olması) lazımdır. Bundan dolayı, köksün imana açılması, imana sövq edən səbəb deməkdir. Bax bu mənadan dolayı, ayətin zahiri, köksün açılmasının, müsəlman olmadan əvvəl mövcud olduğunu hiss etdirməkdədir. Bu hökm, küfr cəhətindən də eynidir.
----------------------------------
Kəənnəmə yəssaəddu fi's-səmə.
Yəni:
...sanki o, göyə çıxırmış kimi... ifadəsinə gəlincə:
Burdakı təşbehin keyfiyyəti xüsusunda, 2 izah vardır:
1. Necə ki, insan, göyə çıxmaqla mükəlləf tutulsa, bu, ona ağır və çətin gəlir. Bu əmr gözündə böyüyür və onun, buna qarşı istəksizliyi qüvvətlənirsə; eyni şəkildə, kafirə, iman etməsi ağır gəlir və onun, buna qarşı olan nifrəti, getdikcə çoxalır...
2. Ayətin təqdiri: "Onun qəlbi, İslamdan və imanı qəbul etməkdən uzaqlaşar" şəklindədir. Beləcə, bu uzaqlaşma işi, yerdən göyə çıxan kimsənin uzaqlaşmasına bənzədilmiş olur.
(Qiraət imamlarından biri olan) ibn Kəsir, ayəti, "sad" hərfinin sükunu ilə "yəsadu" şəklində oxumuşdur. Onun bu qiraətinə gəlincə bu, suud/yüksəlmək məsdərindəndir. Buna görə, ayətin mənası:
"Bu kimsə, İslamdan nifrət etməsi və İslamın ona ağır gəlməsi cəhətindən, zorla göyə dırmaşmağa çalışan kimsə kimidir. Bu təklifin könüllərə ağır gəlməsi kimi; iman da, kafirin könlünə ağır gələr..." şəklindədir.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər bir şəkildə-)
------------------
------------------
İmam əbu Mansur əl-Maturidi'nin bəyanı:
Əhl-i sünnətin əqidə imamlarından biri olan əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" adlı təfsirində, belə deyir:
"Allah,
~ kimi doğru yola yönəltmək istəsə, onun köksünü, İslam üçün açar;
~ kimi azdırmaq istəsə, onun köksünə daraldar və sıxıntılı edər."
ayətinin işarət etdiyi məna xüsusunda, fərqli görüşlər vardır:
Bəzi müfəssirlər, belə demişlərdir:
İradə, hər failin öz tərcihi ilə etdiyi felin sifətidir. Haqq Taala, bu ayədə, sanki belə deyir:
"Allah, kimə doğru yolu göstərərsə, onun qəlbini İslama açar. Kimi də azdırarsa, onun qəlbinə, darlıq və sıxıntı verər."
Mötəzilədən Cəfər b. Harb və Ka'bi kimiləri də, belə demişlərdir:
"Allah, kimi doğru yola yönəltmək istəyərsə" ayətinin təfsiri, budur:
Allahın hidayətini ilkin qəbul edən şəxsə, hidayəti qəbul etdiyi üçün, daha sonra, savab olaraq, Allah, könlünü xeyirlərə açar. Allahın hidayətini ilkin qəbul etməyən şəxsə də, hidayəti qəbul və iqrar etmədiyi üçün, cəza olaraq, Allah, onların köksünü daraldar. Çünki Allah, bütün məxluqatına doğru yolu göstərməkdədir və onların könüllərini, İslama açmaqda, lakin onlar hidayəti mənimsəməməkdədirlər.
Mötəzilədən bəziləri də, belə demişlərdir:
Allah, kimi axirətdə cənnət yoluna çatdırmaq istəsə, dünyada könlünü İslama açar. Kimi də axirətdə cənnət yolundan azdırmaq istəsə, dünyada, onun qəlbinə darlıq və sıxıntı verər.
Onlara, belə deyirik:
Siz, "Allah, bütün məxluqatı doğru yola hidayət etməyi və qəlblərini İslama açmağı dilədi." deyirsiniz; sonra da deyirsiniz ki: "Allah, onları, dünyada hidayət etməyi, axirətdə də, şəxsən onları cənnət yolundan azdırmağı dilədi." Bu hal, sizin iddianıza görə, zülmdür. Çünki, onlara dünyada hidayət etməyi dilədi; axirətdə isə, eyni kimsələri cənnət yolundan azdırmağı dilədi. Ayə isə, onların sözlərini rədd etməkdə; görüşlərini nəqz etməkdədir. Çünki O, belə buyurmaqdadır:
"Allah,
~ kimi doğru yola yönəltmək istəsə, onun köksünü, İslam üçün açar;
~ kimi azdırmaq istəsə, onun köksünə daraldar və sıxıntılı edər."
Haqq Taala, onları, 2 qrupa ayırmaqdadır. Bir qrupa hidayət etməyi dilədi; digər qrupa da, azdırmağı. Allah, hidayəti tərcih edib qəbul edəcəyini bildiyi kimsəyə hidayət etməyi və qəlbini İslama açmağı dilədi. Dəlaləti tərcih edəcəyini bildiyi kimsəni də, azdırmağı və qəlbinə darlıq və sıxıntı verməyi dilədi. Allah, Özünə dost olmağı istədiyi və ya seçəcəyini bildiyi davranışın xaricindəki bir davranışı dilədiyi halda; Allaha düşmənlik etməyi diləyən kimsəyə belə bir şeyi etmək, bir zəiflik əlamətidir. Dəlalət (azğınlıq) və Allaha düşmənliyi tərcih edəcəyini bildiyi biri haqqında Allahın dostluq diləməsi, caiz deyildir.
Mötəzilə isə deyir ki: "Allah, hər kəsi doğru yola hidayət etmək istədi. Lakin onlar, doğru yolu mənimsəməmək istədilər və mənimsəmədilər. Beləcə, onların iradəsi, Haqq Taala'nın iradəsinə üstün gəldi."
Bu, inanılmaz dərəcədə çirkin bir sözdür. Sözdə ifratdan və haqdan azmaqdan Allaha sığınırıq. Bütün güc və qüvvət, Allaha məxsusdur.
-------------------------------
Haqq Taala, burda, möminin qəlbini, genişlik və rahatlıqla; kafirin qəlbini isə, darlıq və sıxıntı ilə vəsf etmişdir. Bu, gözlə baxıldığında, "Birinin qəlbi, digərinin qəlbindən daha genişdir." mənasında deyildir. Ancaq, ən doğrusunu Allah bilir:
~ Möminin qəlbini geniş olmaqla vəsf etməsi, "dünya və axirətdə qəlbindən faydalanması" mənasındadır.
~ Kafir isə, "qəlbindən faydalanmadığı üçün, onu, darlıq və sıxıntı" ilə vəsf etmişdir. Bu, eynilə, kafiri, qulağından və dilindən faydalanmadığı üçün, kar və lal olmaqla vəsf etməsi kimidir.
Eyni şəkildə,
~ həyatından gərəyi kimi faydalanmadığı üçün, kafiri, "ölü" deyə;
~ həyatından faydalandığı üçün, mömini də, "diri" deyə adlandırmışdır.
Bax, açıqlamağa çalışdığımız ayət də, bunun kimidir. Allah, qəlbindən faydalanmadığı üçün, kafiri, "köksü dar" olaraq vəsf etmişdir.
------------------
"Sanki göyə çıxırmış kimi"
Deyildi ki: "heç edə bilməyəcəyi halda, göyə çıxmaq məcburiyyətində buraxılmış kimi bir darlıq" deməkdir. "Göyə çıxmağa çətinlik çəkmiş kimi bir darlıq" mənası da verilmişdir.
