Ənam surəsi 130-cu ayətin təfsiri

 

يَـٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ ءَايَـٰتِى وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَا...

“Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?” (Ənam/130)

--------------------------------------

Təfsiri:

Ayətdə buyurulan "rusulun minkum" = "içərinizdən peyğəmbərlər" haqqında, alimlər, cinlərdən peyğəmbər gəlib-gəlmədiyi xüsusunda ixtilaf etmişlərdir:

1. Bu cümlədən olaraq, Dahhhaq:

"Eynilə insanlar kimi, cinlərdən də bəzi peyğəmbərlər göndərildiyini"

söyləmiş, həm bu ayəti (Ənam/130-u), həm də:

إِنَّآ أَرْسَلْنَـٰكَ بِٱلْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۚ وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌ

"Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın." (Fatir/24)

ayətini oxumuşdur.

(Yəni cinlər də bir ümmət, topluluq olduğu üçün, ayətdən, onlara da bir peyğəmbər göndərildiyi başa düşülməkdədir.)

Dahhaq, bir başqa izah tərzi olan bu xüsusla da istidlal edə bilərdi:

وَلَوْ جَعَلْنَـٰهُ مَلَكًا لَّجَعَلْنَـٰهُ رَجُلًا...

"Əgər onu/peyğəmbəri bir mələk qılsa idik, onu yenə insan (surətində) qılardıq..." (Ənam/9)

buyurmuşdur.

Müfəssirlər, bunun səbəbini:

"İnsanın insan ilə olan ünsiyyəti, onun mələk ilə olan ünsiyyətindən daha mükəmməldir. Bundan dolayı, Allahın hikmətinə görə, bu ünsiyyətin daha mükəmməl olması üçün, insanların peyğəmbərini, insanlardan qılması lazım gəlmişdir."

şəklində açıqlamışlardır.

Bunun belə olduğu sabit olunca, bu səbəb, eynilə cinlər haqqında da bəhs mövzusudur. Bundan dolayı, cinlərin peyğəmbərinin də, cinlərdən olması lazımdır.

2. Əksər alimlərin görüşü olub, buna görə, cinlərdən qətiliklə peyğəmbər GƏLMƏZ. Peyğəmbərlər, ancaq insanlardan olar.

Bu görüşün izahı xüsusunda, "icma" olduğu iddiasından başqa, heç bir dəlil də görmədim...

İcmanın olması da söylənə bilməz. Çünki ixtilaf mövcud ikən, icma necə mümkün ola bilər?!

Bu xüsusda:

إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰٓ ءَادَمَ وَنُوحًا وَءَالَ إِبْرَ‌ٰهِيمَ وَءَالَ عِمْرَ‌ٰنَ عَلَى ٱلْعَـٰلَمِينَ

"Şübhəsiz ki, Allah, Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini seçib, aləmlərdən üstün qıldı." (Al-i İmran/33)

bəhs edilən "istifa" = "seçmə, mümtaz qılmaq" təbiri ilə, sadəcə NÜBÜVVƏT'in qəsd edildiyi xüsusunda ittifaq etmişlərdir.

Bundan dolayı, nübüvvətin, sadəcə o kimsələrə (insanlara) təxsis edilmiş olması lazımdır.

--------------------------------------

Ancaq Dahhaq'ın, bu ayətin (Ənam/130'un) zahirinə söykənməsinə gəlincə, bu xüsusda, bu yönlərdən söz edə bilərik:

a. Allah Taala:

"Ey cin və insan topluluğu, içinizdən ... peyğəmbərlər gəlmədimi?"

buyurmuşdur.

Bu, cinlərin və insanların peyğəmbərlərinin, bu müştərək topluluğun qisimlərindən bir qisim olmasını gərəkdirir. Peyğəmbərlər insanlardan olunca, peyğəmbərlər, o topluluğun qisimlərindən bir qisim olmuş olurlar.

Bundan dolayı, bu qədər izah, ləfzi zahirinə həml etmə xüsusunda kifayət edir. Ayətin zahirindən, cinlərdən də peyğəmbər gəlmiş olduğunun qəbulu lazım GƏLMƏZ.

b. Belə deyilməsi də, uzaq bir ehtimal sayılmaz:

Peyğəmbərlər, insanlardandır. Ancaq nə var ki, Allah Taala, cinlərdən bir qrupun qəlblərinə, peyğəmbərlərin irşadını dinləmək arzusu salmış, beləcə onlar, peyğəmbərlərin sözlərini dinləmiş, sonra öz qövmlərinə gəlmiş, peyğəmbərlərdən eşitdikləri şeyləri xəbər vermiş və eşitdikləri şeylərlə onları inzar etmişlərdir (qorxutmuşlardır). Necə ki, Allah Taala:

وَإِذْ صَرَفْنَآ إِلَيْكَ نَفَرًا مِّنَ ٱلْجِنِّ يَسْتَمِعُونَ ٱلْقُرْءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓا۟ أَنصِتُوا۟ ۖ فَلَمَّا قُضِىَ وَلَّوْا۟ إِلَىٰ قَوْمِهِم مُّنذِرِينَ

"Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar onu dinləməyə gəldikdə bir-birinə: “Susun, qulaq asaq!”– dedilər. Quran oxunub qurtardıqdan sonra isə, xəbərdar etmək məqsədilə öz tayfalarının yanına qayıtdılar." (Əhqaf/29)

buyurmuşdur.

Bundan dolayı, o cinlər, elçilərin (peyğəmbərlərin) elçiləri olmuş olurlar. Beləcə də, Allahın elçiləri olurlar.

Bunun belə olduğunun dəlili, Allah Taalanın, İsa (əleyhissəlam)'ın elçilərini, Şəxsən Öz elçiləri olaraq göstərib:

إِذْ أَرْسَلْنَآ إِلَيْهِمُ ٱثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوٓا۟ إِنَّآ إِلَيْكُم مُّرْسَلُونَ

"O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər." (Yasin/14) buyurmasıdır.

Bu xüsusda, sözün özü budur:

Allah Taala, bu ayət ilə, kafirləri azarlayıb susdurmuşdur. Çünki O, bütün hər kəsə müjdələyici və qorxuducu olaraq peyğəmbərlər göndərməklə, hər cür üzr qapısını bağlamışdır.

Bundan dolayı, bax bu yolla, hər kəsə müjdə və inzar/qorxutma çatınca, hər cür üzr və bəhanəni qaldırma məqsədi gerçəkləşmiş olur. Beləcə də, məqsədin özü meydana gəlmiş olur.

c. Vahidi belə deyir:

Allah Taala, "rusulun minkum" = "içinizdən peyğəmbərlər" buyruğu ilə,

"Siz 2 topluluqdan (yəni insan və cin topluluqlarından) birindən"

mənasını qəsd etmişdir və bu biri də "insan cinsi"dir.

Bu, eynilə:

مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ • بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ • فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ • يَخْرُجُ مِنْهُمَا ٱللُّؤْلُؤُ وَٱلْمَرْجَانُ •

"O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan (o 2 dənizdən) mirvari və mərcan çıxır." (Rahmən/19-22)

ayətində olduğu kimidir. Bu ayət:

"O 2 dənizdən birindən..."

deməkdir. Və o da: şirin olmayıb duzlu olan dənizdir.

Bil ki, ilk 2 izahda (a və b'də), ayətin zahiri mənasını tərk etməyə ehtiyac qalmamaqdadır. Ancaq 3-cü izah (c), ayətin zahirini tərk etməyi gərəkdirməkdədir. Ancaq ayrı bir dəlil olmadığı müddətcə, ayətin zahirini tərk etmək cəhətinə gedilə BİLMƏZ.

"...sizə ayələrimi xəbər verən..."

buyruğundan məqsəd:

"Gərək oxumaq, gərəksə də açıqlamaq surətilə, dəlillərə diqqət çəkmək" mənasıdır.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)

Read 14 times
In order to make a comment, please login or register