Ənam surəsi 159-cu ayətin təfsirini verə bilərsinizmi?

"Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir." (Ənam/159)

--------------------

Parçalanıb firqə-firqə olanlardan məqsəd kimlərdir?

İmam Qurtubi, "əl-Cami li ahkami'l-Quran"da, bu ayətin təfsirində bu görüşləri nəql edir:

Bu buyuruqla qəsd edilənlər, Mücahid, Qatadə, Süddi və Dahhaq'a görə:

•1• "Yəhudi və xristianlardır."

Quran'da onlar, ayrılıq içərisində olmaqla vəsf edilmişlərdir. Uca Allah belə buyurur:

"---وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَةُ---"

"Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər." (Bəyyinə/4)

---------

"--- وَيُرِيدُونَ أَن يُفَرِّقُوا۟ بَيْنَ ٱللَّهِ وَرُسُلِهِۦ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَن يَتَّخِذُوا۟ بَيْنَ ذَ‌ٰلِكَ سَبِيلًا---
أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَـٰفِرُونَ حَقًّا ۚ وَأَعْتَدْنَا لِلْكَـٰفِرِينَ عَذَابًا مُّهِينًا---"

"Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: 

“Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər, məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq." (Nisa/150-151)

------------------------------------------------------------------------------------

•2• Bu buyuruqla, müşriklərin qəsd edildiyi də söylənilmişdir. Çünki onlardan kimiləri bütlərə, kimiləri də mələklərlə ibadət edirdilər.

------------------------------------------------------------------------------------

•3• Ayətin bütün kafirlər haqqında ümumi olduğu da söylənmişdir. 

------------------------------------------------------------------------------------

•4• Uca Allah'ın əmr etməmiş olduğu hər bir şeyi uydurub bidət olaraq ortaya çıxaranlar da, dinlərini parçalamış olarlar.

Əbu Hureyrə, Allah Rəsulu dan belə rəvayət edir:

"Dinlərini parça-parça edib..." ayəti haqqında, bunların, bu ümmətdən olub bidət və şübhə əhli ilə dəlalət əhli kimsələr olduğunu bəyan etdiyini rəvayət etməkdədir. (Taberani, əl-Əvsat, l, 384)

Baqiyyə b. Vəlid rəvayət edir:

Bizə Şu'bə b. əl-Haccac bildirdi, bizə Mücahid, əş-Şabi'dən bildirdi, o Şüreyh'dən, o, Ömər b. əl-Xattab'dan rəvayət etdiyinə görə, Allah Rəsulu, Aişəyə belə demişdir:

"Dinlərini parça-parça edib, özləri də firqə-firqə ayrılanlar, bu ümmətin bidət sahibləri, həva sahibləri və dəlalət sahibləridir. 

Ey Aişə! Hər günah işləyənin bir tövbəsi vardır. Bidət sahiblərilə, həva sahibləri müstəsnadır. Onların tövbələri yoxdur. Mən onlardan uzağam, onlar da məndən uzaqdırlar." (Heysəmi, Məcmau'z-Zəvaid, l, 188)

Read 139 times
In order to make a comment, please login or register