Ənam surəsi 32-ci ayə
وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَعِبٌ وَلَهْوٌ ۖ وَلَلدَّارُ ٱلْءَاخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ
"Dünya həyatı, oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə, axirət yurdu, daha xeyirlidir. Məgər anlamırsınız?" (Ənam/32)
----------------------------
Təfsiri:
Bi ayədə, bir neçə məsələ vardır. (Belə ki):
✓ Birinci məsələ:
Bil ki, öldükdən sonra dirilməyi və qiyaməti inkar edənlərin (bax: Ənam/31) dünyaya olan arzuları, onun ləzzətlərini əldə etmək istəkləri, böyük olur. Bax bu səbəblə, Allah Taala, dünyanın dəyərsizliyinə və əhəmiyyətsizliyinə diqqət çəkmək üçün bu ayəti zikr etmişdir.
Bil ki, dünya həyatının şəxsən özünü qınamaq, mümkün deyildir. Çünki, uxrəvi səadətləri qazanmaq, ancaq bu dünya həyatında bəhs mövzusudur. (haşiyə)
-----------------------
(Haşiyə:
Dünya lənətlidirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/dunya-l%C9%99n%C9%99tlidirmi...
-------------------------
Bax bu səbəbdən dolayı, bu ayətin təfsirində, bu 2 görüş iləri sürülmüşdür:
1. Burdakı həyatdan qəsd edilən, "kafirin həyatı"dır.
ibn Abbas (radiyallahu anh), belə deyir:
"Allah, bu ayədə, şirk və nifaq əhlinin (yəni, müşriklərin və münafiqlərin) həyatını qəsd etmişdir. Bunların həyatının bu şəkildə vəsf edilməsinin səbəbi, budur: Möminin həyatında, saleh əməllər mövcuddur. Bundan dolayı, onun həyatı, bir oyun və əyləncə ola bilməz."
2. Bu ayə, mömin və kafirin həyatı haqqında ümumi bir ifadədir.
Bundan dolayı, bundan murad, bu həyatda əldə edilən ləzzətlər ilə bu həyatda əldə edilmək istənilən gözəl və xoş şeylərdir. Haqq Taala, dünya həyatını, bir oyun və əyləncə adlandırmışdır. Çünki insan, oyun və əyləncə ilə məşğul olarkən, ondan ləzzət alır. Sonra bu ləzzət aldığı şeylər bitdikdə, bunlardan geriyə qalan, sadəcə bir peşmanlıq olur. Bax, bu dünya həyatı da, belədir. Bu da bitdiyində, geriyə, sadəcə bir peşmanlıq qalır.
Bil ki, dünya həyatının oyun və əyləncə deyə adlandırılması, bu şəkillərdə izah edilmişdir:
a. Oyun və əyləncənin müddəti, azdır, çox tez bitir. Bu dünya həyatının müddəti də, belədir.
b. Oyun və əyləncə, bir çox hallarda, istənilməyən şeylərə səbəb olur.
c. Oyun və əyləncə, işlərin zahirilə aldanma sırasında meydana gəlir. Ancaq yaxşıca düşünülüb, işlərin əsası araşdırılıb ortaya qoyulduğunda, geriyə, əsla oyun və əyləncə deyə bir şey qalmaz. Oyun və əyləncə də, belədir. Çünki bunlar, uşaqlar və qafil cahillərə uyğun olan şeylərdir. Ancaq ağlı başında olan kimsələrə gəlincə, onlar, çox nadir hallarda oyun və əyləncəyə dalarlar...
Dünyanın xoş şeylərindən ləzzət alıb, yaxşı şeylərindən də faydalanma da, ancaq, işlərin həqiqətlərindən xəbərsiz olan kimsələr üçün bəhs mövzusu ola bilər. Ancaq mühəqqiq olan hikmət əhlinə gəlincə, onlar, bütün bu yaxşı deyilən şeylərin bir aldatmaca olduğunu; əsasında, bunların, nəzər-i diqqətə alınacaq bir tərəfi olmadığını bilirlər.
d. Oyun və əyləncənin, məqbul bir nəticəsi yoxdur.
Beləcə, bütün bu izahların cəmindən, dünyəvi ləzzət və halların, bir oyun və əyləncə olduğu; həqiqətdə isə, nəzər-i diqqətə alınacaq bir tərəfi olmadığı sabit olmuş olur...
Uca Allah, bunu bəyan edincə, bundan sonra da,
"...Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir..." buyurmuş; axirəti, xeyirli olmaqla vəsf etmişdir.
-----------------------------
Dünya ilə axirət hallarının bir çox yöndən fərqli olmaları da, halın belə olduğuna dəlalət edir:
1. Dünyanın yaxşılıqları, dəyərsiz; axirətin yaxşılıq və xeyirləri isə, uca və alidir. Halın belə olduğunu, bunlar da göstərməkdədir:
a. Dünyanın xeyirləri, ancaq 2 şəhəvi hissi yerinə yetirməsidir. Ki, bu da, son dərəcə dəyərsiz və əhəmiyyətsiz bir işdir. Bunun belə olmasının dəlili, budur:
Bütün əhəmiyyətsiz canlılar, bu mövzuda, insanla müştərəkdirlər. Hətta çox vaxt, o canlıların bu xüsusdakı halları, insanınkından daha mükəmməldir. Çünki, dəvə, daha çox yeyər; xoruz və sərçə, daha çox cima edər (cinsi münasibətdə olar); qurd, daha çox parçalayıcı və yox edicidir; əqrəb, daha çox acı verəndir.
Bunların dəyərsizliyinə dəlalət edən bir digər xüsus da, budur:
Bunlar, əgər çox dəyərli və uca şeylər olsaydılar, bunları çoxca etmək, qiymətin və dəyərin artmasını gərəkdirərdi. Beləcə də, ömrünün hamısını yeməyə və cinsi münasibətə vəqf edən insanın, insanların ən şərəflisi və ən uca dərəcəni ehtiva etməsi lazım gələrdi. Halbuki, halın belə olmadığı; əksinə, belə insanlara kin duyulduğu, pis və dəyərsiz qəbul edildiyi; heyvan, it və ya bunlardan daha aşağı bir şəkildə vəsf edildiyi, ağlın bədahəti (açıqlığı) ilə məlum olan bir xüsusdur.
İnsanların belə şeylərlə iftixar etməyib, tam əksinə, bunları gizləmələri də, bunların adi (bəsit, əhəmiyyətsiz) bir şey olduqlarına dəlalət edir. Bax bundan dolayı, insanlar, cinsi münasibətdə olarkən, bu feli gizli edər və belə felləri, insanların yanında açıqdan danışmağa (və ya etməyə) cəhd etməzlər. Bax bu da, belə fellərin şərəf deyil, əksinə, bir əskiklik gərəkdirdiyini göstərir.
Halın belə olduğuna, bu da dəlalət etməkdədir:
İnsanlar, bir-birilərinə söydüklərində, bu xüsusda, ancaq, cimaya dəlalət edən sözlər deyərlər. Əgər bu ləzzət növü bəzi nöqsanlıqlar cinsindən olmasaydı, belə olmazdı...
Bu ləzzətlərin özünün, bəzi ağrı və kədərləri ortadan qaldırmağa dair olması da, buna dəlalət edir...Bax bu səbəbdən dolayı, daha çox ac və daha çox ehtiyac içində olan kimsənin, bu cür şeylərə ləzzət duyması, daha mükəmməl və daha iləri dərəcədə olur. Hal belə olunca da, həqiqətdə, bu ləzzətlərin bir həqiqətinin olmadığı ortaya çıxar...
Yenə, bu ləzzətlərin çox tez dəyişməsi, sonlanması da, bunu göstərməkdədir.
Beləcə, verdiyimiz bu izahlarla, dünyəvi ləzzətlərin dəyərsizliyi, sabit olur.
Ancaq ruhani səadətlərə gəlincə:
Bunlar, çox şərəfli, uca, qalıcı və müqəddəs olan bəzi səadətlərdir. Bax bundan dolayı, bütün məxluqat, insanlar arasında elmi çox və dünyəvi-maddi ləzzətlərdən ola bildiyi qədər çəkinən birinin mövcud olduğunu xəyal etdiklərində, onlar, təbii olaraq ona hörmət edər, xidmət edər və özlərini, o kimsənin xidmətçisi və nökəri qəbul edər və ona nisbətlə, özlərini günahkar sayarlar. Bax bu da, əsl və səlim fitrətin, maddi ləzzətlərin dəyərsizliyinə, mənəvi ləzzətlərin dərəcəsinin də çox mükəmməl olduğuna şəhadət etdiyini göstərir...
b. Axirətin xeyirləri, dünyanın xeyirlərindən daha üstündür. Bunu, belə deyərək izah edərik:
Fərz edək ki, bu 2 cür xeyir, üstünlük və şərəf cəhətindən müştərək olsunlar...Ancaq, nə var ki, sabah qiyamət günü üçün vəd edilmiş xeyirləri əldə etmək, qəti olaraq məlum olan bir şeydir. Ancaq dünyanın sabahı üçün vəd edilən xeyirlərə çatıb onları əldə etmək isə, qəti olaraq məlum olmayan, hətta zənn edilən bir hal belə deyildir. Çünki, bu günün sabahında, hökmünü tam mənası ilə icra edən neçə-neçə hökmdar vardır ki, eyni günün sonunda, torpağın altında olur. Yenə, neçə-neçə böyük və qüdrətli əmirlər, idarəçilər vardır ki, sabaha məlik və əmir olaraq girər, ancaq axşam vaxtı, həqir bir əsir olar.
Bax bu fərqliliklər də, bu 2 növ xeyir arasında, bir fərqliliyin olduğunu göstərir.
c. Fərz et ki, insan, dünyada, bu gündən başqa, digər bir gün daha tapsın. Ancaq insan, toplamış olduğu mallardan, gözəl şeylərdən və ləzzətlərdən faydalanmasının mümkün olub-olmadığını bilə bilməz...Ancaq, toplamış olduğu səadət gətirən bütün şeylərə gəlincə, o, axirət yurdunda, ondan faydalanacağını qəti olaraq bilir.
d. Fərz edək ki, o, bunlardan faydalansın. Ancaq, o kimsənin, dünyəvi xeyirlərdən faydalanması, arzulanmayan şeylərin bulaşmasından və insana qorxu verən haramların o faydaya qarışmasından, əsla xali (boş, uzaq) qala bilməz. Bax bundan dolayı, "Kim, yaradılmamış olan şeyi istəyərsə, həm özünü yormuş, həm də o nemətə qovuşmamış olar." deyilmiş; buna qarşılıq da, "O nədir, ey Allahın rəsulu?" deyə soruşulmuş; Peyğməbər (sallallahu aleyhi və səlləm) də: "Bir günün hamısının (xoşbəxt keçəcəyini düşünürək) sevinmək..." buyurmuşdur.
e. Fərz edək ki, bu kimsə, sabah, bu mallardan və gözəl şeylərdən faydalansın. Lakin bu faydalar, sonlu, fane və keçicidir. Bax bu faydalar, nə vaxt daha qüvvətli, daha ləzzətli, daha mükəmməl və daha çox olarsa, bunların yox olub sonlanması ilə duyulacaq olan kədər və hüzn də, o nisbətdə çox və güclü olar. Necə ki, şair əl-Mütənəbbi, belə demişdir:
"Mənə görə, kədər-qəmin ən şiddətlisi, sahibinin, daha sonra özündən ayrılacağını qəti olaraq bildiyi bir səadətdən dolayı olanıdır."
Bundan dolayı, verdiyimiz izahlarla, dünyəvi səadət və xeyirlərin, belə böyük əskiklik və qüsurlarla müttəsif olduğu; axirət səadətlərinin isə, bu qüsur və eyiblərdən uzaq olduğu, bundan dolayı da, axirət həyatının daha mükəmməl, daha üstün, daha qalıcı, təqvaya daha uyğun, arzu edilməyə daha layiq və uyğun olduğuna, qəti olaraq hökm etmək gərəkdiyi, sabit olur.
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
