Ənam surəsi 38-ci ayətin təfsiri
مَّا فَرَّطْنَا فِى ٱلْكِتَـٰبِ مِن شَىْءٍ ۚ
Mə fərratnə fi'l-kitəbi min şeyin.
"Biz, Kitabda, heç bir şeyi əskik buraxmadıq (ehmal etmədik)." (Ənam/38)
-------------------------
Təfsiri:
Bu ifadədəki "Kitab" ilə nəyin qəsd edildiyi xüsusunda, 2 görüş vardır:
1. Bundan murad: "ərşdə və məxluqatın bu hallarını tam və təfsilatlı olaraq əhatə edən, səmada və ərşdə olan Lövh-i Məhfuz"dur. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Qələm, qiyamətə qədər olacaq hər şeyi yazdı və qurudu." buyurmuşdur.
2. Bundan murad: "Quran"dır.
Bu görüş, daha açıqdır. Çünki, əlif-lam, müfrəd (tək halda olan) ismin başında gəldiyində, (bəhsi) daha əvvəl keçən və bilinən bir varlığı göstərir. Müsəlmanlarca bilinən və daha əvvəl zikr edilmiş olan kitab isə, Quran-i Kərim'dir. Bundan dolayı, bu "kitab" ilə, Quranın murad edilmiş olması lazımdır.
Bunun belə olduğu sabit olunca, belə deyilə bilər:
"Quranda, tibb və cəbr elmlərilə, digər bir çox mövzuların və elmlərin təfsilatlı bilikləri olmadığı halda və yenə, alimlərin üsul və füru elminə dair məzhəblərilə dəlillərinin təfsilatı mövcud olmadığı halda, Haqq Taala, nə üçün: 'Biz, Kitabda, heç bir şeyi əskik buraxmadıq.' buyurmuşdur?"
Buna, bu şəkildə cavab verilə bilər:
Haqq Taala'nın bu ayəti: "Bilinməsi lazım gələn şeylərin bəyan edilmiş olması" mənasına xas olmalıdır. Bunu, bu 2 şəkildə izah edə bilərik:
a. "Təfrit" (əskik buraxmaq) kəliməsi, müsbət və ya mənfi cəhətdən, ancaq, bəyan edilməsi lazım gələn şey haqqında istifadə edilir. Çünki, heç kimin, etməyə ehtiyac duymadığı şeyləri etməmədə təfrit etdiyi və ya qüsurlu davrandığı, deyilə bilməz. Bu kəlimə, ancaq, insanın etməyə ehtiyac duyduğu şeylərdə qüsurlu davrandığında istifadə edilir.
b. Quranın bütün və yaxud əksər ayələri, bu Kitab'ın endirilişindən məqsədin:
~ dini açıqlamaq;
~ Allah ilə Onun hökmlərini tanıtmaq
olduğuna,
• mutabaqat;
• təzəmmün; və yaxud da
• iltizam
olaraq dəlalət etməkdədir. (haşiyə-1)
Bu qeyd, Quranın hamısından anlaşıldığına görə; bu ayədəki mütləq ifadə (yəni, Ənam/38-dəki hər şeyi ifadəsi), bu müqəyyəd mənaya (yəni, dini açıqlamaq və Allah ilə Onun hökmlərini tanıtmaq mənasına) həml edilir. (haşiyə-2)
--------------------------
(Haşiyə-1:
Hər hansı bir söz, hal və ya hərəkət, müəyyən bir məna və ya hökmə, 3 şəkildə dəlalət edir:
1. Mutabiqi dəlalət: Bir ləfzin, qəsd edilən mənanın hamısına olan dəlalətidir. Məsələn:
İnsan ləfzinin, "danışan, düşünən heyvan/canlı"ya dəlaləti kimi. Çünki, "düşünən bir canlı" olmaq, insanın ən ayırd edici xüsusiyyətidir. Bu, "birəbir" dəlalətdir. "Üç bucaq" ləfzinin, 3 bucaqla çevrilmiş şəklə dəlalət etməsi də, belə bir dəlalətdir.
2. Təzəmmuni dəlalət: Bir ləfzin, qəsd edilən mənanın 1 cüz/parçasına dəlalətidir. Məsələn:
"O, bir insandır." dediyimizdə, "yəni, düşünən" mənası vardır. Çünki, insan olmaq, düşünməyi təzəmmunu/ehtiva edir.
3. İltizami dəlalət: Bir ləfzin, qəsd edilən mənanın lazımına dəlalətidir. Məsələn:
Tavan ləfzinin, divara; insan ləfzinin, yazı sənətinə qabiliyyətli şəxsə dəlalət etməsi kimi...
Bu 3 dəlaləti:
~ birəbir dəlalət;
~ bir qisminə dəlalət;
~ xatırlatmaq yolu ilə dəlalət
şəklində də ifadə etmək, mümkündür.
-------------------------
(Haşiyə-2:
Mütləq və Müqayyəd:
~ Mütləq ləfz: "təklik, çoxluq və ya vəsf kimi şeylərə baxılmadan, vaz edildiyi/qoyulduğu mənaya dəlalət edən ləfz" deməkdir. Başqa bir şəkildə ifadə etsək, mütləq, yalnız mahiyyətə dəlalət edir. Məsələn, "qul azad etmək" (Bələd/13) ayətindəki "qul" ləfzi, belədir.
Mütləq ləfz, təklik və ya çoxluq kimi hər hansı bir qeydə bağlı olmadan bir mahiyyət ifadə edir. "Qul, azad etmək" sözü, azad ediləcək qulun, mömin olub-olmamasını, bir və ya çox olmasını göstərməz. Sadəcə qul ismi verilə biləcək bir şəxsin azad edilməsini göstərir.
~ Muqayyəd'ə gəlincə: Bu, bir:
- vəsf;
- hal;
- məqsəd; və ya
- şərt
qeydinə bağlı olaraq mahiyyətə dəlalət edir. Başqa bir təbirlə, muqayyəd, sayları nəzərə almadan hər hansı bir qeydə bağlı olan ləfzdir. Məsələn:
"Mömin bir qul azad etmək..." (Nisa/92) ayətindəki qul, möminlik vəsfilə muqayyəddir.
- Şərtlə muqayyədə misal olaraq:
"...tapa bilməzsə, 3 gün oruc tutsun..." (Maidə/89) ayətindəki "3 gün oruc tutsun" sözü, qul azad etmək, 10 nəfəri geyindirmək və ya yedirmək imkanı olmama şərtilə muqayyəddir.
- Məqsəd ilə təqyidə misal:
"...sonra gecəyə qədər orucu tamamlayın..." (Bəqərə/187) ayətində, orucun tamamlanması "gecəyə qədər" qeydi ilə muqayyəddir. Buna görə, axşam olduqdan sonra, iftar etmədən ertəsi günkü oruca davam etmək, caiz deyildir.)
Mütləqin muqayyəd'ə həml edilməsi:
Mövzu və hökm, eyni olarlarsa, alimlərin ittifaqına görə, mütləq, muqayyəd üzərinə həml edilər. Məsələn:
"...Leş, qan, donuz əti..." (Maidə/3) ayətində, "qan", mütləq olaraq zikr edilmişdir.
Digər tərəfdən, "De: 'Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti...müstəsnadır..." (Ənam/145) ayətində isə, "axar qan", muqayyəd olaraq keçməkdədir.
Hər iki ayətdə də, mövzu, "qan"; və hökm də, bunun haram qılınmasıdır. O halda, birinci ayətdəki, mütləq qan; ikinci ayətdəki isə, muqayyəd qan'a həml edilir.)
------------------------------
Quranın, "bütün elmlərin üsul və fürusunu (təfsilatını) ehtiva etməməsi"nə gəlincə, biz, belə deyirik:
Bütün üsul elmi, Quranda mövcuddur. Çünki, əsli dəlillər, Quranda, ən bəliğ (bəlağatlı) bir şəkildə zikr edilmişdir. Lakin, məzhəblərin rəvayətinə və görüşlərin təfsilatına gəlincə, bunların Quranda mövcud olmasına ehtiyac yoxdur.
Füru elminin təfsilatı üçün də, belə deyərik:
Alimlərin, bu xüsusda, 2 görüşü vardır:
• Birinci görüş:
Onlar, belə deyirlər: "Quran,
~ icma'nın;
~ xəbər-i vahidin; və
~ qiyasın,
şəriətdə bir dəlil olduğuna dəlalət etməkdədir. Bundan dolayı, ---> bu 3 əsldən birinin dəlalət edib ortaya qoyduğu hər şey (yəni, hər hökm), əslində Quranda mövcuddur, deməkdir."
Vahidi, bunun belə olduğuna, bu 3 misalı göstərmişdir:
~ Birinci misal:
Rəvayət edildiyinə görə, ibn Məsud (radiyallahu anh): "Döymə vurduran ilə döymə vuranı; və parik taxan ilə parik düzəldəni qəsd edərək, 'Allahın, Öz kitabında lənət etdiyi kimsəyə, mən, niyə lənət etməyim?" demişdir.
Yenə rəvayət edildiyinə görə, bir qadın, bütün Quranı oxumuş; sonra Abdullah b. Məsud (radiyallahu anh)'ın yanına gələrək, "Ey ibn ummi Abd, dünən axşam, Quranın 2 üz qabığı arasındakı hər şeyi oxudum; ancaq onda, döymə vuran ilə vurdurana lənət edildiyilə qarşılaşmadım." dedi.
- İbn Məsud: "Əgər həqiqətən oxumuş olsaydın, onu taparın. Necə ki, Allah:
...وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ...
'...Peyğəmbər sizə nə verirsə, onu götürün...' (Haşr/7) buyurmuşdur.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bizə verdiyi şeylərdən biri də, 'Allah, döymə vuran və vurdurana lənət etdi.' buyurmuş olmasıdır."
Mən (Razi) deyirəm ki:
Bu mənanı, Quranda, bundan daha açıq bir şəkildə tapmaq, mümkündür. Çünki, Allah Taala, Nisa surəsində,
"Onların Ondan (Allahdan) başqa ibadət etdikləri (bütlər), ancaq qadındırlar. Allah ona (şeytana) lənət etmişdir." (Nisa/117-118) buyurmuş və şeytana lənət etdiyini bildirmişdir.
Daha sonra da, şeytanın pis fellərini saymış və o fellərdən biri olaraq, 'Onlara əmr edəcəm, Allahın yaratdığını dəyişəcəklər.' (Nisa/119) sözünü zikr etmişdir.
Bu ayətin zahiri, Allahın yaratdığını dəyişdirməyin, lənəti gərəkdirdiyini göstərir.
~ İkinci misal:
Bildirildiyinə görə, Şafi (rahmətullahi aleyh), Məscidu'l-Haram'da oturub: "Məndən nə soruşsanız, mütləq, ona, Allahın kitabı ilə cavab verərəm." deyir. Bunun üzərinə, bir nəfər: "Ehramlı bir nəfər, eşşək arısı öldürsə, bunun hökmü nədir?" deyə soruşunca, Şafi: "Bu kimsəyə, bir şey yoxdur." deyir. Adam: "Bu, Allahın kitabının harasındadır?" deyə soruşur. Şafi: "Allah: 'Peyğəmbər sizə nə vermişdirsə, onu götürün.' buyurmuşdur." deyir. Sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə isnad edərək, Onun: "Mənim və Məndən sonrakı rəşidi xəlifələrin sünnətinə sarılın." buyurduğunu; daha sonra da, Ömər (radiyallahu anh)'a isnad edərək, Ömərin, "Ehramlı bir adam, eşşək arısı öldürə bilər." dediyini söyləyir.
Vahidi, belə deyir:
"Şafi, bu kimsəyə, Qurandan, 3 mərhələdə istinbat edərək cavab vermişdir."
Mən (Razi) deyirəm ki:
Burda, bundan daha qısa belə bir başqa yol daha vardır. Belə ki:
Müsəlmanların malları, əslində, məsumdur (yəni, qorunmuşdur). Necə ki, Haqq Taala:
• "Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir." (Bəqərə/286);
• "O, sizdən mal-dövlətinizi istəməz." (Muhamməd/36);
• "Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin." (Nisa/29)
buyurmuş və beləcə, ticarət yolu xaricində bir yolla, insanların mallarını götürüb yeməyi qadağan etmişdir. Bundan dolayı, ticarət bəhs mövzusu olmadığı vaxt, bu malların, (başqasına) haram olması əsli üzərə qalması lazımdır.
Bax bu ümumi prinsiplər, eşşək arısı öldürən ehramlıya, hər hansı bir cəza verilməyəcəyini göstərir. Çünki, bu ümumi prinsiplərə söykənmək, bunun hökmünün də eyni olmasını gərəkdirir.
Şafi'nin izlədiyi yol, bu 4 dərəcədə ümumi ifadələrə istinad etməkdir:
a. Haqq Taala'nın, "Peyğəmbər sizə nə verirsə, götürün." (Haşr/7) ayətinin ümumi mənasına istinad etməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmrlərinə daxil olan şeylərdən biri də, rəşidi xəlifələrə tabe olmaqdır.
b. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Mənim və Məndən sonrakı rəşidi xəlifələrin sünnətinə tabe olun." hədisinin ümumi mənasına istinad etməkdir.
c. Ömər (radiyallahu anh)'ın, rəşidi xəlifələrdən olmasını bəyan etməyə istinad etməkdir.
d. Ömər'in bu məsələdə hər hansı bir cəza lazım gəlmədiyini rəvayət etməyə istinad etməkdir.
Beləcə, bizim söylədiyimiz yolun daha qısa olduğu, sabit olur.
~ Üçüncü misal:
Vahidi, belə deyir: "Zinakar Useyf hədisində rəvayət edildiyinə görə, Useyf'in atası, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə: 'Aramızda, Allahın kitabı ilə hökm et.' deyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): 'Nəfsim əlində olan Allaha and olsun ki, aranızda Allahın kitabı ilə hökm edəcəm.' buyurmuş və sonra, Useyf'ə, cəldə (şallaq) vurulub sürgünə göndərilməsinə; zina etdiyi qadının isə, əgər etiraf edərsə, rəcm edilməsinə hökm etmişdir. Halbuki, Quranda, açıq olaraq, şallaq ilə sürgün cəzası keçməməkdədir. Bax bu da göstərir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hökm etdiyi hər şey, Allahın kitabının eynisi olur."
Mən (Razi) deyirəm ki:
Bu misal, doğrudur və həqiqətdir. Çünki Haqq Taala,
...وَأَنزَلْنَآ إِلَيْكَ ٱلذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ...
"...Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı bəyan/izah edəsən..." (Nəhl/44) buyurmuşdur.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bəyan etdiyi hər şey, bu ayətin hökmünə daxildir.
Beləcə, bu misallarla, Quran,
~ icma'nın;
~ xəbər-i vahidin; və
~ qiyasın
bir dəlil olduğuna dəlalət edincə; yenə, bu 3 yoldan birilə sabit olan hər hökm də, həqiqətdə Quran ilə sabit olmuş kimi olunca; bax o vaxt, Haqq Taala'nın:
مَّا فَرَّطْنَا فِى ٱلْكِتَـٰبِ مِن شَىْءٍ
"Biz, Kitabda, heç bir şeyi əskik buraxmadıq (ehmal etmədik)." bəyanının doğru olduğu, sabit olur.
Bax, bu görüşün izahı, budur və bu görüş, fəqihlərin cumhurunun dəstəklədiyi görüşdür.
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)
