Ənam surəsi 52-ci ayətin eniş səbəbi nədir?

Sə'd (b. əbi Vaqqas radiyallahu anh)'dan belə rəvayət edilir:

Bu ayət, biz 6 nəfər haqqında endi:

• Mənim haqqımda;
• ibn Məsud, 
• Suheyb, 
• Ammar, 
• Miqdad və 
• Bilal (radiyallahu anhum) haqqında.

Sə'd deyir ki:

Qureyş (müşrikləri) Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə:

"Biz, onlara (yəni yuxarıda adları keçən səhabələrə) tabe olmağa qəti olaraq razı olmarıq. Bu səbəblə, onları, yanından qov."

diyə təklif etdilər. 

Sə'd deyir ki:

"Bunun üzərinə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qəlbinə girməsini Allahın istədiyi bir şey (yəni təkliflərinə tabe olmaq düşüncəsi) də, Onun qəlbinə girdi. Sonra Allah (azzə və cəllə):

وَلَا تَطْرُدِ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَىْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ ٱلظَّـٰلِمِينَ

"Rəbbinin Üzünü (rizasını) diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa, cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan." (Ənam/52)

ayətini endirdi."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Kasıblarla bərabər oturmaq babı", hədis no: 4128)

-------------------

İzahı:

Bu hədisi, Muslim və Nəsai də rəvayət etmişlərdir. Muslim bunu, Sə'd b. əbi Vaqqas (radiyallahu anh)'ın fəziləti bölməsində rəvayət etmiş olub mətnində bir az fərqlilik var isə də, mənaya təsir edəcək bir hal görmədiyimiz üçün, fərqliliyi göstərməyə gərək görmədik.

Bu hədisə görə, Ənam surəsi 52-ci ayəti, hədisdə adları keçən səhabələr haqqında nazil olmuşdur. Ayətin nüzul (eniş) səbəbi də, Məkkə müşriklərinin hədisdə bəhsi keçən təklifləridir.

Bundan əvvəlki hədisə görə isə, ayətin eniş səbəbi, əl-Aqra b. Habis ilə Uyeynə b. Hisn tərəfindən edilən bənzər təkliflərdir.

Read 10 times
In order to make a comment, please login or register