Ənfal surəsi 41-ci ayətin təfsiri

وَٱعْلَمُوٓا۟ أَنَّمَا غَنِمْتُم مِّن شَىْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ ٱلْفُرْقَانِ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

"Əgər siz, Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün, qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri:

~ Allaha;

~ Peyğəmbərə;

~ Yaxınlara;

~ Yetimlərə;

~ Kasıblara; və

~ Müsafirlərə (yolda qalanlara)

məxsusdur. Allah, hər şeyə qadirdir." (Ənfal/41)

-------------------------------

Təfsiri:

"Bilin ki, qənimət olaraq ələ keçirdiyiniz şeylərin 1/5-i, Allaha, peyğəmbərə və yaxınlara aiddir..."

Müfəssirlərin əksəriyyəti, belə demişlərdir:

~ Qənimət: "müsəlmanların, döyüş yolu ilə qalib gələrək, müşriklərin mallarından əldə etdikləri"dir.

~ Fey isə: "döyüş olmadan, müşriklərin, öz əllərilə verdikləri"dir.

• Qənimətin 1/5-ini, dövlət başçısı alar; geri qalanını isə, onlar arasında bölüşdürər.

• Fey gəlirini isə, dövlət başçısı alar və müsəlmanların faydası üçün istifadə edər. Feydə, 1/5-lik pay (xums) yoxdur.

Bəzi müfəssirlər də, qənimət və feyin eyni olduğunu söyləmişlərdir.

"Bilin ki, qənimət olaraq ələ keçirdiyiniz şeylərin 1/5-i, Allaha, peyğəmbərə və yaxınlara, yetimlərə, kasıblara və müsəfirlərə (yolda qalanlara) aiddir..."

Haqq Taala, 1/5-lik payı açıqlamış; lakin digər 4/5-lük payın kimə aid olduğunu bildirməmişdir. Bununla bərabər, geriyə qalan 4/5-lik pay,

فَكُلُوا۟ مِمَّا غَنِمْتُمْ حَلَـٰلًا طَيِّبًا...

"Artıq aldığınız qənimətdən, halal və təmiz olaraq yeyin..." (Ənfal/69) ayətində bildirildiyi üzərə, döyüşənlərindir. Bu Ənfal/69-un zahirinə görə, qənimətin hamısı, bunu qənimət olaraq əldə edənlərə aiddir.

Ancaq Allah, əvvəlki ayət (yəni, Ənfal/41) ilə, bəhsi keçən payları istisna etmişdir. Bu, 1/5-lik paydır. Bu, elm əhlinin icma etdiyi bir məsələdir. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən də, buna dair hədislər, təvatür yolu ilə gəlmiş; ayrıca, Özündən sonra, əshabından da, buna dair rəvayətlər məvquf olaraq nəql edilmişdir.

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, mal, yəni qənimət haqqında soruşulduğu rəvayət edilmişdir. O da, bu suala cavab olaraq, "1/5-i, Mənimdir. 4/5-ü isə, bunlarındır." deyə buyurmuşdur. Yəni, müsəlmanlarındır. (Suyuti, "əd-Durru'l-Mənsur", lV, 69)

~ Yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, qəniməti, yəni 4/5-lük qismini, döyüşənlər arasında bölüşdürdüyü rəvayət edilmişdir. (Muslim, "Cihad", 47-50; əbu Davud, "Xərac", 23-24) Bəzi rəvayətlərə görə, hadisə belə baş vermişdir: əbu Dərda, Ubadə b. Samit və Haris b. Müaviyə oturarlarkən, əbu Dərda, belə deyir: "Hansınız Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hədisini xatırlayır ki, bu hədisə görə, O, qənimət dəvələrindən birinə doğru namaz qıldırmışdı. Namazı tamamladığında, dəvənin tüklərindən götürmüş və belə buyurmuşdu: '1/5-lik pay xaricində, sizin qənimətlərinizdən bu tük ağırlığındakı bir şeyi götürməyim, Mənə halal deyildir.' Sonra o qisim (1/5-lik hissə) də, sizə qaytarılmaqdadır." (Əhməd b. Hənbəl, "Müsnəd", V, 316, 319, 326)

~ Yenə, ibn Ömər (radiyallahu anh)'dan, belə dediyi rəvayət edilmişdir:

"Qənimətlər, 5 bərabər parçaya bölünər; sonra da, buna görə paylaşdırılardı. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə düşən pay, Onun olardı." (Əhməd b. Hənbəl, "Müsnəd", ll, 71)

~ ibn Abbas (radiyallahu anh)'ın, belə dediyi rəvayət edilmişdir:

"Qənimətlər, 5 parçaya bölünərdi. Bunların 4/5-ü, döyüşənlərə aid idi." (Təbəri, "Təfsir", X, 4)

Bu halı ifadə edən başqa rəvayətlər də vardır. Ümmətin ittifaqı da, bunun üzərinədir.

Alimlərin bir qismi, belə demişdir:

1/5-lik pay (yəni, xums), 6 parçaya bölünər. Bundan:

~ 1 pay, Allahındır. Bu pay, Kəbə'nin örtüsündə istifadə edilər.

~ 1 pay, faydalanması üçün, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə aiddir.

~ 4/5 pay isə, qəniməti əldə edənlərindir.

Belə deyənlər də vardır:

Bəhsi keçən pay, 4-ə bölünər. Bundan:

~ 1 pay, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'indir.

~ 3/4-lük pay isə, qəniməti əldə edənlərə aiddir.

"...1/5-i, Allaha və peyğəmbərə aiddir..."

Haqq Taala'nın, bunu (yəni, qənimətin 1/5-ini) Özünə nisbət etməsi, 2 təvilə açıqdır. Bunlardan:

• Biri, budur: Allaha nisbət edilmişdir. Çünki, bu (pay), Allah üçün olan ibadətləri, fərqli gözəl əməlləri, xeyir və itaəti yerinə gətirmək üçün var edilmişdir. Dolayısı ilə, "Məscidlər, Allaha aiddir." (Cin/18) ayətindəki bəyan ilə, məscidlərin Allaha nisbət edilməsi kimi; bu (yəni, qənimətlər) də, Ona izafə edilmişdir. Halbuki, bütün məkanlar, Allaha aiddir. Eyni şəkildə, hər nə qədər bütün evlər Allaha aid olsa da, Kəbə'nin, "Allahın evi" olaraq vəsf edilməsi, fərqli ibadət və itaətlərin yerinə yetirilmə məkanı olduğundan dolayıdır. Bu səbəblə, bəhsi keçən hal (yəni, qənimətlər) də, Allaha nisbət edilmişdir. Buna görə, bəhsi keçən payın Allaha nisbət edilməsi:

"Bu (payı), ibadətlər, itaətlər və fərqli gözəl əməlləri yerinə yetirmə vəsiləsi qıldığı üçündür."

Ən doğrusunu, Allah bilir...

• İkincisi: Haqq Taala, bəhsi keçən payı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i xüsusi qılmaq üzərə, Özünə nisbət etmişdir. Çünki bu pay, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə, bütün hallarında və işlərində, sadəcə Allah üçün idi. O, Özü üçün və ya başqası üçün deyildi. Buna görə, bütün malı və sahib olduğu hər şey, Onun deyildi. Bütün bunlar, sadəcə Allah üçün idi. Bunları, fərqli itaətlər və gözəl əməlləri yerinə yetirmək; qohumlar, yetimlər, yoxsullar, yolda qalmışlar, bunlardan yaşayan və ya ölənlər, uzaq və ya yaxın olanlar üçün istifadə edirdi. Görmürsənmi, O:

"Biz peyğəmbərlər, miras qoymarıq. (Miras) qoyduğumuz şeylər, sədəqədir." buyurmuşdur. (Buxari, "Fərdu'l-Xums", 1)

Bu hədis, sədəqə olaraq buraxılan şeylərin, miras olaraq qala bilməyəcəyini göstərməkdədir. Əgər malı Özünə aid olsaydı, mirasçıları, başqasından miras qalanı, miras olaraq alarlardı. Bu hal, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Özünün və malının, sadəcə Allaha aid olduğunu göstərməkdədir. Eyni şəkildə, bütün işləri də, sadəcə Allah üçün idi.

Görmürsənmi, rəvayətlərdə nəql edildiyinə görə, O, bir gün ac qalar; bir gün də doyardı. 1 gün doyduğunda; 3 gün ac qalardı. (Tirmizi, "Zühd", 35)

Yenə O, aclıqdan dolayı, qarnına daş bağlayardı. (Tirmizi, "Zühd", 38)

Hal belə olduğuna görə, bəhsi keçən 1/5-lik payın Allaha nisbət edilməsi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Allah qatındakı xüsusi mövqeyindən, Özü və malının, sadəcə Allaha aid olmasından dolayıdır.

Həqiqi mənası ilə, bütün varlıqlar və ehtiva etdiyi hər şey Allaha aid olsa da, hal, belədir. Lakin, onların bunlardan faydalanma, ehtiyacları aradan qaldırmaq, fərqli təsərrüf növlərilə nizamlama, başqasını buna şərik qılma haqları vardır. Bütün bunlar, həqiqətdə Allaha aid olsa da, sadəcə Ona nisbət edilməmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Özü və sahib olduğu hər şey, Allaha aid olduğuna; Onun, bunda bir nizamı mövcud olmadığına; və bunda kimsənin bir şərikliyi olmadığına görə, bunun nisbətini, Özünə aid qılmışdır. Bu hal, -ən doğrusunu Allah bilir- bu bəyanlarda bildirildiyi kimidir:

~ "O gün, hökmranlıq, yalnız Allahındır." (Hacc/57);

~ "Bu gün hökmranlıq Kimindir? Əlbəttə, tək və qahhar olan Allahındır." (Ğafir/16);

~ "Din gününün sahibi." (Fatihə/4);

~ "Hamısı, Allahın hüzuruna çıxacaqlar." (İbrahim/21).

Allah, o günün hökmranlığını və insanların, Onun hüzuruna çıxmasını, Özünə xas qılmışdır. Çünki, hər nə qədər hər bir halda Allaha aid olsa da, o gün, yer üzü krallarının hamısının idarəsi bitmiş; hakimiyyətlər sonlanmış; hüzura çıxma və dönüş, sadəcə Ona xas olmuşdur. İlk hal da, buna görədir. Allah, ən doğru biləndir.

Ayətin zahirində "...və yaxınlara aiddir..." bəyanından məqsədin, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yaxınları" olduğunu göstərən bir dəlil yoxdur. Əksinə, ayətin zahirində, bu mövzuda "pay sahiblərinin yaxınları"nı qəsd etdiyinə dair, dəlil vardır. Çünki, Haqq Taala, bu bəyanı ilə, hər kəsə xitab etmişdir:

"Bilin ki, qənimət olaraq ələ keçirdiyiniz şeylərin 1/5-i, Allaha, peyğəmbərə və yaxınlara aiddir."

Ayətin zahirinə görə, Allah Taala, "xitab etdiyi kimsələrin yaxınları"nı qəsd etmişdir. Xitab, onların hamısı üzərinədir. Məgər görmürsənmi,

لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا تَرَكَ ٱلْوَ‌ٰلِدَانِ وَٱلْأَقْرَبُونَ...

"Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan, kişilərə pay düşür..." (Nisa/7) ayətindən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yaxınları başa düşülmür?! Əksinə, muxatabların yaxınlarının hamısı başa düşülür. Eyni şəkildə,

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ إِن تَرَكَ خَيْرًا ٱلْوَصِيَّةُ لِلْوَ‌ٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ بِٱلْمَعْرُوفِ ۖ حَقًّا عَلَى ٱلْمُتَّقِينَ

"Sizlərdən birinə ölüm gəldiyi zaman, qoyub gedəcəyi var-dövlətdən, müvafiq qaydada, valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi, ona vacib edilmişdir. Bu, müttəqilər üçün bir borcdur." (Bəqərə/180) ayəti, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yaxınlarına həml edilə bilməz. Əksinə, bu xitaba muxatab olanların yaxınları (qohum-əqrəbaları) qəsd edilmişdir.

"...və yaxınlara aiddir..." ayətinin zahiri də, buna görədir.

Ancaq, belə deyilə bilər:

Ayətin zahiri xaricində, başqa dəlillərin işarətilə Haqq Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə yaxınlığı qəsd etmişdir.

~ Bu dəlil də, Onun, 1/5-lik payı (yəni, xumsu), Haşim oğulları arasında böldüyünə dair rəvayətdir. (Buxari, "Məğazi", 38)

~ Yenə, Onun, belə buyurduğu rəvayət edilmişdir:

"Bu maldakı haqqım, sadəcə 1/5-lik paydır. Bu 1/5-lik pay da, sizə qayıtmaqdadır." (Nəsai, "Qasmu'l-Fey", 1)

~ Eyni şəkildə, Nəcdə b. Amir (əl-Xarici)'nin, ibn Abbas (radiyallahu anh)'a məktub yazaraq, ona, yaxınların payı haqqında sual soruşduğu rəvayət edilmişdir. O isə, buna, belə cavab vermişdir: "Mənə məktub yazıb, yaxınların payının kimə aid olduğunu soruşmusan. Bu pay, biz Əhl-i Beytə aiddir. Ömər, bizi çağıraraq, bu paydan subaylarımızı evləndirmək, borclularımızın da borcunu ödəmək istəmişdi. Biz isə, bundan çəkinmiş; hissəmizi bizə təslim etməsini istəmişdik. O da, bu payı, bizə verməkdən çəkindi." (Əhməd b. Hənbəl, "Müsnəd", l, 320)

Ömərin bu feli, onun, 1/5-lik paya dair təvilinə işıq tutmuşdur. O da, payın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yaxınlarına çatmasıdır. Ona görə, bu 1/5-lik pay ilə, onların ehtiyacları ortadan qaldırılar. Çünki, 1/5-lik payın xərclənmə yolu, -əvvəl də bildirdiyimiz üzərə- Allah üçündür. Bu, Allaha aparan yollarda xərclənməsidir. Əgər 1/5-lik pay, həqiqətdə bütün yaxınlara aiddirsə, bu paydan, onların varlılarına da, kasıblarına da verilməlidir. 1/5-lik paydan varlıların aldığı isə, sədəqə hökmü yerinə də, yaxınlıq hökmü yerinə də keçməz. Bununla, onun, pay sahiblərindən varlı olanlara vermədiyi; əksinə, ehtiyacları nisbətində, pay sahiblərindən kasıb olanlara verdiyi ortaya çıxmışdır. Çünki, onun, bu paydan başqa, digər insanların qazancları və fərqli sənət sahibi olmaları kimi, sayəsində çata biləcəyi başqa bir qazanc qaynağı yox idi.

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu paydan bəzi qohum-əqrəbalarına verdiyi, bəzilərinə də vermədiyini göstərən dəlillərdən biri də, Cubeyr b. Mutim'dən rəvayət edilən bu sözlərdir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), yaxınların payını, Haşim oğulları ilə Müttəlib oğulları arasında bölərkən, mən və Osman gələrək, belə dedik:

"Ey Allahın rəsulu! Bunlar, Haşim oğullarıdır. Allahın, səni onlar arasında yerləşdirdiyi mövqedən dolayı, biz, onların üstünlüklərini inkar etmirik. Müttəlib oğulları haqqında, nə buyurursan? Onlara, bu paydan verdin; bizə isə, vermədin. Sənə yaxınlıq cəhətindən, biz, onlarla eyni mövqedəyik."

Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Onlar, nə cahiliyyədə, nə də İslam dövründə, Məndən ayrılmadılar. Haşim oğulları ilə Müttəlib oğulları, birdir."

O, bunu söyləyərkən, barmaqlarını bir-birinə keçirdi. (Buxari, Məğazi/38)

"1/5-i, Allaha, peyğəmbərə, yaxınlara, yetimlərə, yoxsullara və yolda qalanlara aiddir."

Allah Taala, qənimətin 1/5-inin, fərqli gözəl əməllər və Allaha yaxınlıq vasitələrilə, Allah üçün xərclənəcəyini bəyan etmişdir. Sonra da, O, bu yolları açıqlamış və belə buyurmuşdur: "Peyğəmbərə, yaxınlara, yetimlərə, yoxsullara və yolda qalanlara aiddir."

Bu siniflərin ad olaraq bildirilməsi, -ən doğrusunu Allah bilir- bizə, 1/5-lik payın, başqasına deyil; bildirilən əhil kimsələrə xərclənəcəyini öyrətmək üçündür. Bu, Allahın, hər bir sinfə, müəyyən bir hissə vacib qılması demək deyildir. Əksinə, buna əhil olanı və xərclənəcək yeri açıqlamaq mənasındadır. Bu, eynilə bu ayət kimidir:

إِنَّمَا ٱلصَّدَقَـٰتُ لِلْفُقَرَآءِ وَٱلْمَسَـٰكِينِ وَٱلْعَـٰمِلِينَ عَلَيْهَا وَٱلْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِى ٱلرِّقَابِ وَٱلْغَـٰرِمِينَ وَفِى سَبِيلِ ٱللَّهِ وَٱبْنِ ٱلسَّبِيلِ ۖ فَرِيضَةً مِّنَ ٱللَّهِ

"Zəkatlar, Allah tərəfindən bir fərz olaraq, yalnız

~ yoxsullara;

~ kasıblara;

~ onu yığıb paylayanlara;

~ qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə;

~ kölələrin azad olunmasına;

~ borclulara;

~ Allah yolunda cihad edənlərə; və

~ müsafirlərə

məxsusdur." (Tövbə/60)

Məzhəb imamlarımız, bu ayəti, zəkatın başqasına deyil; sadəcə bu sinifdəki kimsələrə verilə biləcəyinə həml etmişlərdir. Onlar, bunu, hər bir sinfin müəyyən və bilinən bir hissəsi olduğuna həml etməmiş; ancaq zəkata əhil olanı açıqlama mənası vermişlərdir. Buna uyğun olaraq, belə bir rəvayət nəql edilmişdir:

İçlərində, Ömər, Əli, Huzeyfə, ibn Abbas'ın da olduğu səhabədən bir topluluq və çox sayda sələf alimi, belə demişlərdir:

"Əgər zəkatı tək bir sinfə verərsənsə, yerinə yetirmiş olarsan." (Təbəri, "Təfsir", X, 166-167)

Əgər hər bir sinif üçün 1/8-lik pay olsaydı, bunu, tək bir sinfə verən kimsə, əmr edilənə müxalif hərəkət etmiş olardı.

"1/5-i, Allaha, peyğəmbərə, yaxınlara, yetimlərə, yoxsullara və yolda qalanlara aiddir." ayəti də, buna görədir.

-Ən doğrusunu Allah bilir- bunun mənası, budur:

Qənimətdən Allaha yaxınlaşma vəsiləsi olan 1/5-lik paya, sadəcə Peyğəmbər (sallallahu aleyhi və səlləm) haqq sahibidir. Bildirilən sinifdən olanlara gəlincə, bu 1/5-lik pay, bunlardan hansı birinə verilərsə, yerinə yetirilmiş olar.

Əgər ayətin təvili, açıqladığımız şəkildədirsə, bu sinifdən olan heç kimin, Ondan, 1/5-lik və ya 1/4-lik payı tələb etmə haqqı yoxdur. Əksinə, onlardan orda olanlara, yoxsulluğu və ehtiyacı nisbətində və ayrıca, dövlət başçısının görüşünə görə verilə bilər.

Əgər başqa qruplar gələrsə, bu 1/5-lik payın, dövlət başçısına verilən hissəsindən ehtiyacları qədərilə verilər. Yenə, ibn Ömər'dən nəql edildiyinə görə, ibn Abbas, belə demişdir:

Ömər, bizə, 1/5-lik paydan, öz görüşünə görə, bizim haqqımız olduğunu düşündüyü qədərini verirdi. Biz, buna razı olmadıq və dedik: "Yaxınların haqqı, 1/5-in 1/5-idir." Bunun üzərinə, Ömər, belə dedi: "Allah, 1/5-lik payı, adlarını bildirdiyi siniflərə təxsis etmişdir. Buna haqq sahibi olanlar, bunların say cəhətindən daha çox olanları ilə daha kasıb olanlarıdır." İnsanların bir qismi bu görüşü qəbul etdi; digər qismi isə, qəbul etmədi. (Beyhaqi, "əs-Sünənu'l-Kubra", Vl, 344) Ömər, dövlət başına keçdikdə də belə etdi. Necə ki, ibn Abbas'ın, belə dediyi rəvayət edilmişdir: Ömər, bizə, 1/5-lik pay ilə, subaylarımızı evləndirməyi, borclularımızın borclarını ödəməyi təklif etdi. Biz, bu payın hamısını bizə təslim etməsi xaricində, bütün təkliflərinə qarşı çıxdıq. O da, bunu bizə verməkdən çəkindi. Ömər'in bu feli, 1/5-lik payın, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yaxınlarına ehtiyacları nisbətində və yoxsulluqlarını ortadan qaldıracaq dərəcədə verdiyini göstərməkdədir. Çünki, əgər 1/5-lik pay, bütün yaxınların haqqı olsaydı, varlılarına da, kasıblarına da verilərdi. Buna işarət edən xüsuslardan biri də, budur: Əgər 1/5-lik pay, varlısı ilə kasıbı ilə bütün yaxınların haqqı olsaydı, Allah rəsulu (sallallahu aleyhi və səlləm), 4/5-lük payı, döyüşənlərə payladığı kimi, bunu da onlara paylayardı. Halbuki O, bəzi yaxınlarına bu paydan vermiş, bəzilərinə isə verməmişdir. Çünki, -az əvvəl yuxarıda zikr etdiyimiz Cubeyr b. Mutim hədisi- bunu göstərməkdədir.

Yenə, bu payın, yaxınların hamısına deyil; onlardan ehtiyac sahiblərinə aid olduğunu göstərən dəlillərdən biri də, bu rəvayətdir: Fadl b. Abbas və filan şəxs (Abdu'l-Müttəlib b. Rəbia b. Haris b. Abdu'l-Müttəlib), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hüzuruna çıxırlar. Allah rəsulu (sallallahu aleyhi və səlləm), o gün, Zeynəb binti Cahş'ın yanında idi. O ikisi, belə deyirlər: "Ey Allahın rəsulu! Sən, insanların ən yaxşısı və insanlara ən çox kömək edənisən. Biz, evlilik yaşımıza gəldik. Bizi, zəkat məmuru olaraq vəzifələndirməyin üçün, Sənin yanına gəldik. O məmurların yerinə yetirdiklərini, biz də yerinə yetirərik; onların əldə etdiyi gəlirləri, biz də əldə edərik." Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), biz təkrar danışmaq istəyənə qədər, uzun müddət səssiz qaldı. Elə ki, Zeynəb, pərdənin arxasından, bizə, Onunla təkrar danışmağımızı işarət etdi. Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu: "Bilin ki, zəkat, Muhamməd'in əhl-i beytinə yaraşmaz. Zəkat, insanların kirləridir. Mənə, Məhmiyyə'ni -ki, bu şəxs, qənimət gəlirlərindən məsul idi- və Nəvfəl b. Haris b. Abdu'l-Müttəlib'i çağırın." Bu ikisi, gəldilər. Allah rəsulu (sallallahu aleyhi və səlləm), Məhmiyyə'yə, "Qızını, bu gənc ilə nikahla." deyə buyurdu. Yəni, Fadl ilə. Bunun üzərinə, o, qızını nikahladı. Nəvfəl'ə də: "Qızını, bu gənc ilə nikahla." deyə buyurdu. O da, qızını nikahladı. Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Məhmiyyə'yə: "Bu ikisinə, mehr üçün, 1/5-lik paydan bunu, bunu ver." deyə buyurdu. (Muslim, "Zəkat", 167)

Bu hal, bəhsi keçən payda, onlardan ehtiyac sahibi olanların haqqının olduğunu göstərməkdədir. Bunu göstərən xüsuslardan biri də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən bu hədisdir: "Bu maldan Mənim 1/5-lik paydan başqa haqqım yoxdur. Bu pay da, sizə qayıtmaqdadır."

Allah rəsulu (sallallahu aleyhi və səlləm), yaxınlar üçün, bundan bir pay müəyyənləşdirməmişdir. Onların halı da, müsəlmanların bu mövzudakı halı kimidir. Onlardan ehtiyac sahiblərinə kifayət edəcək qədər verilər. Rəşid xəlifələrin bu xüsusdakı tətbiqatları, belə idi. Əli (radiyallahu anh) da, xilafət başına keçdiyində, bu mövzuda bir dəyişiklik etməmişdir. Bizə görə, bu hal, müxalifət edilməsi mümkün olmayan mövzulardandır.

Əgər deyilərsə ki: "Əgər Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yaxınlarına 1/5-lik paydan kasıblıq və ehtiyac səbəbilə verilərsə, bu halda, onlar da yoxsullar sinfinə daxil olarlar. Dolayısı ilə, onların ayrıca zikr edilməsinin səbəbi, nədir?"

Buna, belə cavab verərik:

Uca Allah, zəkat xüsusunda, belə buyurmuşdur:

"Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur." (Tövbə/60)

Bununla bərabər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğu rəvayət edilmişdir:

"Zəkat, Muhammədə və Muhamməd ailəsinə halal deyildir." (əbu Davud, "Xərac", 19-20; Nəsai, "Zəkat", 95)

Əgər Allah, 1/5-lik paydan (yəni, xumsdan) onlara pay verməsəydi, "Kasıb da olsalar, zəkatın onlara verilməsinin caiz olmaması kimi; onlara xumsdan pay verilməsi də, caiz deyildir." deyilə bilərdi. Dolayısı ilə, Allahın 1/5-lik payda onları zikr etməsi, bu səbəblədir. Allah, ən gözəl biləndir.

Alimlər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra, Onun və yaxınlarının payı xüsusunda, fərqli görüşlər iləri sürmüşlərdir. (Belə ki, onlardan):

~ Bir qrup, belə deyir: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in payı, Ondan sonrakı xəlifənindir. Yaxınların payı isə, xəlifənin yaxınlarının (qohum-əqrəbalarının)'dır."

~ Bir başqa qrup isə, belə deyir: "Yaxınların payı, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qohum-əqrəbalarına aiddir."

Həsən b. Muhamməd, yaxınların payının, xəlifənin qohum-əqrəbalarına aid olduğunu söyləmişdir. Onun xaricindəkilər isə, burda bildirilən yaxınların, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qohum-əqrəbaları olduğunu söyləmişlərdir.

Bu payın, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'a aid olduğu və Onun qohum-əqrəbalarına bu münasibət səbəbilə çatdığı və ya bu payı, onlara, həyatda olduğu müddətcə, yaxınlıq haqqı ilə verməsinin möhtəməl olduğunu, daha əvvəl bildirdik. Bununla bərabər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğu sabit olmuşdur:

"Biz, miras qoymarıq. (Miras) qoyduqlarımız, sədəqədir."

Dolayısı ilə, Öz səyilə əldə etdiyi şeylərdə Ona mirasçı oluna bilmədiyinə görə; vəfatından sonra qənimət olaraq əldə ediləndən necə mirasçı oluna bilər?! Əgər Ona çatmayan payı miras olaraq qalsaydı, Özü əldə etdiyi payın miras olaraq qalması, daha uyğun olardı. Bununla bərabər, Özü əldə etdiyi və sahib olduğu mal, Ondan miras olaraq qalmadığına görə, digəri də miras olaraq qalmaz. Allah, ən doğru biləndir.

~ Aişə (radiyallahu anha)'dan rəvayət edilir ki, Fatimə və Abbas, əbu Bəkr'in yanına gələrək, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən qalan miraslarını tələb etmişdilər. Onlar, o vaxt, Fədək ərazilərini və Xeybər'dən qalan paylarını istəyirdilər. Əbu Bəkr, onlara belə cavab vermişdi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, "Biz, miras qoymarıq. (Miras) qoyduqlarımız, sədəqədir." buyurduğunu eşitdim. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ailəsi, bu maldan, -yəni, qənimətlərdən- yeyə bilərlər. Allaha and olsun ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyini gördüyüm hər işi, mən də edərəm. (Buxari, "Fərdu'l-Xums", 1)

~ Bəzi rəvayətlərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu nəql edilmişdir:

"Varislərim, nə 1 dinar, nə də 1 dirhəm pay alarlar. Zövcələrimin nəfəqəsi və işçilərimin məişətlərinin xaricində qoyduqlarım, sədəqədir." (Əhməd b. Hənbəl, "Müsnəd", ll, 464)

~ Ömər (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Allahın, özünə fey olaraq verdiyindən, 1 il boyunca xərcləyərdi. Qalanını isə, Allahın malı qılardı.

~ Yenə ondan, belə dediyi rəvayət edilmişdir:

Nadir oğullarının malları, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə fey olaraq verdiklərindəndir. Bunlar, Ona xas idi və O, Öz ailəsinə, 1 illik nəfəqə olaraq xərcləyir; geriyə qalanı isə, silah və döyüş təchizatına ayırardı. (Buxari, "Cihad", 80)

Bu rəvayətlər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in payının, Onun vəfatından sonra miras olaraq qalmadığını açıqlamaqdadır.

Yenə bu rəvayətlər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra, 1/5-lik paydan (xumsdan) xəlifəyə bir pay təqdir edə bilməyəcəyimizi; əksinə, bunun, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə xas bir hal olduğunu göstərməkdədir. Bu, dövlət başçısının özünə xas olaraq ayırdığı qənimətin, başqasına deyil; Ona xas olması kimidir. (əbu Davud, "Xərac", 18-19)

Yenə müsəlmanlar, bu fey malları üçün, at və dəvə yarışdırmış deyillərdi. Dolayısı ilə, bunlar, Ona xas idi. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xaricində heç kimin, dövlət başçısına xüsusi qənimətdə və digərlərində xüsusi payı olmadığı kimi; 1/5-lik payda da, xüsusi bir halı yoxdur. Dolayısı ilə, bu pay, sadəcə Ona məxsus idi. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in payında, hal, bizim vəsf etdiyimiz kimi olduğuna; Onun vəfatından sonra Allah üçün olan 1/5-lik paydan bir şey əskilmədiyinə; və bu 1/5-lik payın hamısı, qənimətdən çıxarıldığına görə, bu hal, 1/5-lik payın, bu pay sahiblərinin təqsim edilmiş haqqı olmadığını göstərməkdədir. Əksinə, bu paydan, bunlara, ehtiyacları miqdarınca verilə bilər.

Yenə bu hal, bu siniflərin hər biri üçün, müəyyən bir payın gərəkli olmadığını göstərməkdədir. Çünki biz, 1/5-lik payda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in payını, digər paylara qaytardıq. Dolayısı ilə, onlara, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in payı döndürüldüyü kimi; eyni şəkildə, yetimlərin payının və paylarının bir qisminin, yetimlərin hazır olmaması və lakin kasıbların hazır olmaları və tələb etmələri halında, bəhsi keçən kasıblar üçün ayrılması, caizdir.

-Ən doğrusunu Allah bilir- ayətin mənası, bu sinifdən olanlar xaricində, kimsəyə qənimətin verilməməsidir. Əgər bu siniflərdən birinə verilmişdirsə, haqq yerinə yetirilmiş olar; başqasına verilməsi, qəbul edilə bilməz.

(əbu Mansur əl-Maturidi, "Təvilatu'l-Quran" təfsiri)

Read 44 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR