Ərəfə Günü

Əssələmu aleykum va rahmətullah əziz müsəlman bacı və qardaşlar.

Bu il arəfə günü avqust ayının 20-i, yəni sabahdır. Qurban bayramının birinci günü 21-dir Lakin ölkəmizdə məscidlərdə bayram namazları 22-si qılınacaq. Bayramın ikinci günündə bayram namazını qılmaq və qurban kəsmək fiqhi baxımdan icazəlidir. O səbəbdən tövsiyəmiz odur ki, Arəfə günü oruc tutmaq istəyənlər sabah, yəni ayın 20-si tutsunlar. Bayram namazı və qurban kəsmək isə ayın 22-si olacaq.

Zilhiccə Qəməri ayının doqquzuncu günü. Yəni Qurban bayramından bir öncəki gün deməkdir. Bu gündə Zəvvarlar Ərafat dağına çıxacaqlar. Zəvvarların buradakı duruşlarına Vəqfa (Ərəfatda, Ərafa günü, günəşin çıxışından, Qurban bayramı sabahı şəfəq sökülüncəyə qədər, qısa bir vaxtda da olsa durmaq deməkdir) adı verilir. Peyğəmbərin (s.a.s) Ərafa günü haqqında belə dediyi nəql edilir; Ərəfə günü vəqfa zamanı Allah Talanın cəhənnəmdən azad etdiyi qulların sayı digər günlərdə azad edilənlərlə müqayisə edilməyəcək dərəcədə çoxdur. Allah Tala Ərafa günü vəqfa edənlərə yaxınlaşar. Sonra onları mələklərə göstərərək fərəhlə soruşar; bunlar nə istəyirlər ki, bütün işlərini buraxıb burada toplandılar deyər. (Müslim, Həcc 1348).

Abu Qatada Peyğəmbər (s.a.s) belə rəvayət edir; Ümid edirəm ki, Ərəfa günün orucu bir il sonrakı və bir il əvvəlki günün günahlarını silsin. ( Tirmizi Savm 46, 749)

Ərafa günü Ərafatda vəqfaya duran zəvvarlar topluluğa məhşərin kiçik bir misalını göstərirlər. Bütün zəvvarlar, ağı, qarası, sarısı eyni şərtlərdə, eyni tip geyimdə, rəhbəri, varlısı, kasıbı hamısı bir arada başları açıq, ehramlar içində, yalınayaq vəqfaya durmuş Allaha yalvararaq günahlarının bağışlanmasını istəyirlər. Sosial yönündən böyük bir bərabərlik ərz edən bu mənzərə İslamın insana baxış tərzini göstərməkdədir.

"Günlərin ən fəzilətlisi Ərəfə günüdür. Fazilətcə cümə gününə bənzəyir. O, cümə günü xaricində edilən yetmiş həccdən fəzilətlidir. Duaların ən fəzilətlisi də ərəfə günü edilən duadır. Mənim və məndən əvvəlki peyğəmbərlərin söylədiyi ən fəzilətli söz də: Lailahə illəllah vəhdəhu la şərikə ləhu. (Allah birdir, ondan başqa ilah yoxdur, Onun şəriki də yoxdur) sözüdür. " (Muvatta, Həcc 246)

 

 

Hacı olmayanlar, Ərəfə günü oruc tuta bilərlər. Bu gün, hicri aylardan Zilhiccə ayının 9-cu günüdür. Peyğəmbərimiz (s.ə.s), bu gün tutulan orucun, keçmiş və gələcək bir illik günaha kəffarə olacağını bildirmişdir. Bu günün fəzilətiylə əlaqəli olaraq belə buyrulur:

“Ərəfə günü tutulan orucun, bundan əvvəlki və sonrakı bir ilin günahlarını örtəcəyi Allahdan umulur.” (Əhməd İbn Hənbəl, Müsnəd, V, 196, 297, 304, 307, VI, 128.)

Bundan əlavə Zilhiccə ayının ilk doqquz günü oruc tutmaq tövsiyə edilmişdir. Ancaq həcdə olanlara yorğunluq verə biləcəyi üçün onların ərəfə günü oruc tutması məkruhdur. Həzrət Hafsa (r. anha) belə deyir:

“Rəsulullah (s.ə.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.” (Nəsai, Siyam, 83; Əhməd İbn Hənbəl, Müsnəd, VI, 287.)

“Ərəfə günündən daha çox Allahın cəhənnəm atəşindən insanları azad etdiyi bir gün yoxdur.”

Həcc edən insanların ərəfə günü oruc tutmalarını Allahın Rəsulu qadağan etmişdir. Çünki bu gün oruclu olan kimsə həccdə yerinə yetirəcəyi ibadətləri etməkdə çətinlik çəkər, bəlkə də tam mənasıyla ifa edə bilməz. O zaman da əvvəlcə etməsi lazım olan vəzifəni, ikinci dərəcəyə atmış olar ki bu doğru bir şey deyil.

Ayrıca Təşrik Təkbirlərini də unutmayın. Arəfə günü sabah namazından bayramın dördüncü günü əsr namazına qədər, hər fərz namazdan həmən sonra "Allahu Əkbər Allahu əkbər Ləə İləhə İlləllahu Vallahu Əkbər, Allahu Əkbər və Lilləhil Həmd." şəklində təşrik Təkbirləri oxunur.

 

    Həzrəti Aişə (ra) nəql edir:

"Allah, heç bir gündə, ərəfə günündəki qədər çox qulu oddan azad etməz. Allah məxluqata rəhmətiylə yaxınlaşar və mələklərə qarşı fəxr edər və: "Bunlar nə istəyirlər? "deyər." (Müslim, Həcc 436)

 

   Rəsulullah sallallahu aleyhi və səlləm:

 

   "Ərəfə gününə hörmət edin! Ərəfə, Allah'ın qiymət verdiyi bir gündür."

 

    deyərək, Allah Təâlâ'nın qiymət verdiyi günü hörmət edərək şüurlu bir şəkildə yaşamağa cəhd etməmizi istəmişdir. Hörmət, verilən neməti dərk etməklə və veriləni bilməklə, görəbilməklə başlayır. Ərəfə gününü günahlara girmədən orucla, duayla, istiğfarla keçirmək qullarını ərəfə günündə bağışlayacağını müjdələyən Allah Təalaya hörmətin və şükrün bir ifadəsidir. (Deyləmi)

 

     Həzrəti Ömər (r. a) ilə bir Yəhudi arasında keçən söhbət də ərəfə gününün əhəmiyyətini göstərməkdədir:

 

     Həzrəti Ömərin xəlifəliyi zamanında Yəhudilərdən biri:

 

    "Ey Ömər, siz bir ayə oxuyursunuz ki, o ayə bizə ensəydi o günü bayram olaraq qeyd edərdik." dedi. O ayə, Maidə surəsinin üçüncü âyəsiydi. Cənab-ı Haqq belə buyurmuşdu:

 

   "Bu gün sizin dininizi kamil etdim və sizə olan nemətimi tamamladım."

 

   Bu ayə, hicri onuncu ildə, Vida Həccində, ərəfə günü olan cümə günü əsrdən sonra, Peyğəmbər Əfəndimiz (sav) Ərəfatda "Adba" adındakı dəvəsinin üzərində vəqfədə ikən nazil olmuşdu. Dəvə vəhyin ağırlığına dözə bilməyərək yerə çökmüşdü. Hz. Ömərə Yəhudidən hansı ayə olduğunu öyrənincə belə dedi:

 

"Biz o günü və o gün bu ayənin Hz. Peyğəmbərə (sav) nazil olduğu yeri bilirik. Cümə günü ərəfədə idi." (Buxari, İman, 33, Məğazi, 77, Təfsir, Maidə 2; Müslim, Təfsir 3)

 

    demiş və o günün bayramımız olduğuna işarə edərək ərəfə gününün əhəmiyyətini ifadə etmişdir.

 

    Ərəfə günü, Həzrəti Adəm (aleyhissalam) ilə Həzrəti Həvvanın Ərafatda görüşdükləri gündür. Təvriyə, ərəfə günündən bir əvvəlki günə deyilir.

 

    Ərəfə günü oruc tutmaq da çox savabdır. Bu gün tutulan oruc, min gün nafilə oruca bərabərdir. Ayrıca keçmiş və gələcək ildə edilən tövbənin qəbul olmasına da səbəb olur.

 

    Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

 

"Ərəfə günü tutulan oruc, min günlük nafilə oruca bərabərdir." (Tərğib və Tərhîb Trc, 2/460)

 

"Ərəfə günü tutulacaq orucun əvvəlki və sonrakı ilin günahlarına kəffarə olacağını Allahdan ümid edirəm." (Tirmizi, Savm, 46 (749); İbn Macə, Sıyam, 40)

 

    Ərəfə günü xüsusilə min ədəd İxlas oxumaq büyük zatlar tərəfindən tövsiyə edilmişdir. Hədis-i şəriflərdə İxlas surəsini oxumağın qul borcu xaric digər günahların bağışlanılmasına vəsilə olacağı deyilmişdir.

 

"Kim ərəfə gecəsində min dəfə" Qul huvəllahu Əhəd / İxlas Surəsini "oxuyarsa, Allah ona istədiyini verər." (Kənzul-ummal, h. No: 2737)

 

    "Peyğəmbər (sallallahu aleyhi və səlləm) ərəfə axşamı ümmətinin bağışlanması üçün dua etdi. Duasına,

 

    'Şübhəsiz ki mən zalımdan başqasını məğfirət etdim.' deyə cavab verildi. 'Zalımdan isə məzlumun haqqını alaram.' buyruldu. Rəsul-i Əkrəm:

 

    'Ey Rəbbim, dilərsən məzluma cənnətdə mükafatını verər zalımı da bağışlayarsan. " deyə dua etdi isə də Ərafatda bu duasına Allah Təaladan qəbul gəlmədi. Sabah vaxtı Müzdəlifədə eyni duanı təkrar etdi. Bu dəfə duası qəbul edildi. Rəsulullah məmnuniyyətini və sevincini müəyyən edərək güldü. Bunun üzərinə Əbu Bəkr və Ömər (ra):

 

     'Anam atam sizə fəda olsun, bu saatda siz gülməzdiniz, sizi güldürən nədir?' deyə soruşdu. Rəsulullah (sallallahu aleyhi və səlləm):

 

     'Allah'ın düşməni İblis, Allah Təâlâ'nın duamı qəbul edərək ümmətimi bağışladığını anlayınca torpağı götürüb başına vurmağa və vay sənə həlak oldun deyə fəryada başladı. Məhz Şeytanın görmüş olduğum bu fəryadı məni güldürdü, buyurdu. "(İbn Macə, Mənasik, 56)

 

    Ərəfə gününə hörmət olmalı, o gün hacılar Ərafatda vəqfə edib dua edərkən mənən onların yanında olduğumuzu hiss edərək dualarına iştirak edilməlidir. Belə bir gündə bizi günaha sala biləcək hər şeydən uzaq qalmaq lazımdır.

 

    "Günümüzdə ərəfə, bayramın bir əvvəlki günü olduğu üçün dünyalıq təlaşlar ən sıx olduğu bir gün olaraq yaşanmaqdadır. Halbuki ki ərəfə insana verilən ən qiymətli vaxtlardan biridir. Bu günlər ibadət və əffv edilmə günləridir. Hacıların Ərəfatda" Ləbbeyk (Buyur Rəbbim) "deyərək dil, irqi, bədən ayrımı edilmədən bir araya gəldiyi məhşər gününü xatırladan, qulluğun Allah Təâlâ'ya dualarla, təlbiyələrlə ərz edildiyi ən qiymətli zaman dilimidir. Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Duanın fəzilətlisi, ərəfə günü edilənidir." (Muvatta, Həcc 246)

    Allah Təala bəzi gecələr duaların rədd edilməyecəyini Peyğəmbər Əfəndimizə (sallallahu aleyhi və səlləm) bildirmişdir. Rəhmət qapılarının açıldığı dörd mübarək gecə bunlardır:

 

1. Fıtr (Ramazan) bayramı gecəsi,

2. Qurban Bayramı gecəsi,

3. Tərviyə gecəsi (Zilhiccə ayının 8. gecəsi),

4. Ərəfə gecəsi, (İsfəhani)

     Ərəfə gününü və gecəsini ibadətlə keçirmək çox fəzilətlidir. . Ərəfə günü günahlardan uzaq qalanın da bağışlanacağı Rəsulullah (sallallahu aleyhi və səlləm) tərəfindən müjdələnmişdir.

"Ərəfə günü Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanında olan bir gənc, qadınları düşünür və onlara baxırdı. Rəsulullah (sallallahu aleyhi və səlləm) əliylə bir neçə dəfə gəncin üzünü qadınlardan çevirdi. Gənc yenə onları düşünməyə başladı. Rəsulullah (sallallahu aleyhi və səlləm):

- Qardaşımın oğlu, bu gün elə bir gündür ki, bu gündə hər kəsin qulağına, gözünə və dilinə sahib olarsa günahları bağışlanar, buyurdu. "(Müsnəd, 1/329)

Ərəfə Günü Edilməsi Tövsiyyə Edilenler:

1. Ərəfə gününün sübh namazının fərzindən sonra təşrik təkbirləri gətirilməyə başlanmalıdır.

 

2. Ərəfə günü oruc tutulmalıdır.

 

3. Ərəfə gününə hörmət edilməli, günaha girməməyə diqqət edilməlidir.

 

4. Ərəfə günü çox dua və istiğfar edilməlidir.

 

5. Ərəfə günü 1000 ədət İxlas-şərif oxunması yaxşı olar.

 

 

 

Read 6.146 times
In order to make a comment, please login or register