Ərəfə günü haqqında məlumat verərsinizmi?
Aişə (radiyallahu anha)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Uca Allahın, Ərəfə günündən daha çox sayda qulu atəşdən azad etdiyi başqa heç bir gün yoxdur. Şübhəsiz ki, O, olduqca yaxınlaşar, sonra onlarla mələklərə qarşı qürurlanaraq:
'Bunlar nə istədilər?' buyurar."
-----------------------
Şərhi:
Bu hədis, Ərəfə gününün fəzilətinə açıqca dəlalət etməkdədir. Həqiqətən də belədir. Əgər bir adam:
'Ən fəzilətli gündə zövcəm boş olsun!' deyəcək olarsa, bu xüsusda məzhəb alimlərimizin (Şafiilərin) 2 görüşü vardır:
• Birinci görüşə görə:
Nəbi (sallallahu aleyhi və səlləm)'in daha əvvəl Sahih-i Muslim'də keçdiyi kimi:
"...günəşin doğduğu ən xeyirli gün, cümə günüdür."
buyuruğundan ötürü, cümə günü, ondan boş olur.
Amma bu 2 görüşdən ən səhih olanı, Ərəfə günü boş olacağıdır. Buna dəlil də, bu babda zikr olunan bu hədisdir. Cümə günü ilə bağlı hədis də, həftənin ən fəzilətli günü deyə təvil edilir.
Qadı İyad ( rahiməhullah ) deyir:
"əl-Mazəri dedi ki:
Hədisdə keçən "yaxınlaşar" buyruğu:
"rəhməti, lütf və ehsanları yaxınlaşar" deməkdir. Yoxsa bu, bir məsafə yaxınlaşması və təmas mənasıda bir yaxınlaşma deyildir."
Yenə Qadı İyad ( rahiməhullah ) deyir:
"Bu hədis haqqında da, daha əvvəl dünya səmasına enmə hədisi haqqında edilən təvil, məqbuldur. Necə ki, bir başqa hədisdə, şeytan Ərəfə günündə, rəhmətin nüzulunu (enişini) gördüyü üçün, hiddətlənib qəzəblənər."
Qadı İyad ( rahiməhullah ) yenə belə deyir:
"Bu hədis ilə:
bərabərlərində enən rəhmət ilə mələklərin dünya səmasına yaxud da yer üzünə yaxınlaşmaları və mələklərə qarşı uca Allahın əmri dolayısı ilə onlarla qürurlanması qəsd edilmiş ola bilər."
Hədis, Muslimin "Səhih"ində muxtəsər olaraq yer almışdır.
Abdurrəzzaq, bu hədisi "Müsnəd"ində, ibn Ömərin nəql etdiyi bir rəvayət olaraq belə zikr etməkdədir:
"Uca Allah, dünya səmasına enərək, onlarla (ərəfatdakılarla) mələklərə qarşı qürurlanıb:
'Bunlar, Mənim qullarımdır. Üstləri-başları tozlu, rəhmətimi ümid edərək, əzabımdan qorxaraq -və Məni görmədikləri halda- hüzuruma gəldilər. Bəs Məni görsələrdi necə olardı?"
deyib, hədisin geri qalan qismini zikr etməkdədir.
(Nəvəvi, "əl-Minhac fi Şərh-i Sahih-i Muslim b. Haccac", Həcc kitabı, 79/79- "Həccin, ümrənin və ərəfə gününün fəziləti haqqında bir bab", hədis no: 3275)
- Ərəfə günü
- Ərəfə gününün orucu haqqında məlumat verərsinizmi?
- Ərəfə günü oruc tutmağın hökmü və fəziləti nədir? Ərəfə gününü necə dəyərləndirmək lazımdır?
- Ərəfə Günü
- Şəhid nə deməkdir?
- "Mən, qulumun, haqqımdakı zənni yanındayam." hədisi-1
- Qəriblər hədisi
- Qədr gecəsi
- Qədr gecəsinin əlaməti nədir?
- Allah üçün sevmək, nə deməkdir?-2