Ərəfə gününün orucu haqqında məlumat verərsinizmi?

Ərəfə günü oruc tutmaq-1

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"• Hər aydan 3 gün;

• Ramazandan Ramazana oruc tutularsa, bax bu, ilin bütünü orucla keçirilmiş demək olur.

• Ərəfə günü orucunun isə, Allahdan, özündən əvvəlki il ilə özündən sonrakı il üçün kəffarət olacağını ümid edirəm.

• Aşurə günü orucu ilə də, uca Allahın özündən əvvəlki ilə kəffarət olacağını ümid edirəm."

------------------------

Şərhi:

Yəni Ərəfə günü tutulan oruc, hər 2 ildəki günahlarına kəffarət olur. Elm adamları, bundan məqsəd, kiçik günahlardır, demişlərdir.

Bunun bənzəri bir açıqlama, dəstəmaz ilə günahların əfv edilməsi (kəffarəti) ilə bağlı edilmiş və orda kiçik günahları olmayanların, böyük günahlarının xəfiflədilməsinin umulacağı, əgər bunlar da yoxdursa, dərəcələrinin yüksəldilməsinə səbəb olacağını söyləmişdik...

(Nəvəvi, "əl-Minhac fi Şərh-i Sahih-i Muslim b. Haccac", Oruc kitabı, 36/36- "Hər aydan 3 gün oruc tutmağın, Ərəfə günü, Aşurə günü, Bazar ertəsi və Cümə axşamı günlərində oruc tutmağın müstəhəb olduğu bab", hədis no: 2738)

Read 6 times
In order to make a comment, please login or register